Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-432/2022 06.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 Siracəddin qızının və iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 Həşim oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Siracəddin qızının Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli 2(019)-28/2021 nömrəli qətnaməsindən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3 Həşim oğlu və iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq İşin halları JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X10 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə Balakən rayonu Talalar kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir. Balakən rayonu Dövlət Notariat Kontorunda bağlanmış AN-İ№0293318 saylı 12 may 2012-ci il tarixli Alqısatqı müqaviləsi ilə X1 ümumi birgə mülkiyyət hüququ ilə özünə və İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus Balakən rayonu Talalar kəndində yerləşən ümumi sahəsi 1.10 ha əkin məqsədli istifadə növlü torpaq sahəsinin 1.0479 ha hissəsini 1500 (bir min beş yüz) manata Cavabdeh İsə oğluna satmışdır. Sonuncunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışı verilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Dövlət Notariat Kontorunda bağlanmış AN-İ№0293318 saylı 12 may 2012-ci il tarixli Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışının ləğv olunması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinə Cavabdeh Balakən rayonu Talalar kəndində yerləşən ailə üzvlərinə məxsus 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişlər. Məhkəmədə məlumatları olmuşdur ki, cavabdeh Balakən rayon Aqraar İslahat Komissiyasının 1998-ci il 04 fevral tarixli 02 nömrəli qərarı ilə ailə üzvlərinə verilmiş 1.10 ha torpaq sahəsini özəlləşdirmişdir. Cavabdehin məhkəmə iclasına təqdim etdiyi sübutlar əldə olunmuşdur. Cavabdehə həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən 15.03.2013-cü il tarixdə **********97 reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarışın verilməsinə əsas olmuş ilkin sənəd Balakən rayon Dövlət notariat Kontorunda bağlanmış AN-İ № ******* saylı 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsidir. İddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1, onun nümayəndəsi-vəkili-Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil1 oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, məhkəməyə müraciət edən vaxt 1.0479 ha torpaq sahəsinin Cavabdeh satılması barədə 12 may 2012ci il tarixli Alqı-satqı müqaviləsinin bağlandığını və Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışının verildiyini bildiklərini, həmin vaxt, yəni 12 may 2012-ci il tarixdə İddiaçı1 19 yaşı olmaqla hərbi ximətdə olduğunu və bu alqı-satqıdan xəbərsiz olduğunu, İddiaçı3 isə 21 yaşının olduğunu və onun da bu alqı-satqıdan xəbərsiz olduğunu, 12 may 2012-ci il tarixdə X1 ümumiyyətlə Azərbaycan Respublikasında olmadığını və Rusiya Federasiyasında olduğunu, Ramazan Süleymanovun 12 may 2012- ci il tarixli alqı-satqı müqaviləsinə imza etmədiyini və imza etməsinin mümkün olmamasını göstərərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, İddiaçı2 əlavə olaraq 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinə imza etmədiyini, əri X1 həmin vaxt Rusiyada olduğunu və Ramazanın ona onun adından müqaviləni imzalamaq üçün etibarnamə və müvafiq səlahiyyət vermədiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh və onun vəkili-Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil3 Həşim oğlu iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirərək rədd olunmasını xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi və Balakən rayon Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi məhkəməyə ərizə göndərərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daxil olan müraciətlərlə bağlı görülən iş həcminin artması və eyni zamanda ərazi idarəsinin cavabdeh qismində cəlb edildiyi digər məhkəmə proseslərində nümayəndənin iştirakı ilə əlaqədar olaraq 06 dekabr 2021-ci il tarixində saat 16:00-da baxılacaq 2(019)-28/2021 saylı mülki işin məhkəmə iclasında nümayəndələrinin iştirakının təmin edilməsinin mümkün olmayacağını bildirərək, nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X10 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə Balakən rayonu Talalar kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir. Notarial qaydada təsdiq olunmuş 12 may 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində X1 ümumi birgə mülkiyyət hüququ ilə özünə və İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus Balakən rayonu Talalar kəndində yerləşən ümumi sahəsi 1.10 ha əkin məqsədli istifadə növlü torpaq sahəsinin 1.0479 ha hissəsini 1500 (bir min beş yüz) manata Cavabdeh İsə oğluna satması göstərilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Dövlət Notariat Kontorunda bağlanmış AN-İ№0293318 saylı 12 may 2012-ci il tarixli Alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışının ləğv olunması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 4/1531 saylı rəyi ilə müəyyən olunur ki, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqində “Satıcı: X2” qrafasındakı “Suleymanov” yazısı və imza - İddiaçı2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 247-249-cu vərəqlərində olan 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqində “Satıcı: X2”qrafasındakı imzada-imzaların qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. İşdəki sübutlar əsasında həmçinin müəyyən edilmiş hesab edilmişdir ki, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini satıcı kimi qeyd olunmuş X1 əvəzinə onun arvadı və torpaq sahəsinin birgə mülkiyyətçisi İddiaçı2 imzalamış, bu zaman onun X2 tərəfindən onun əvəzinə əqdi imzalamağa səlahiyyət verilən etibarnaməsi olmamış, həmçinin həmin vaxt, yəni 12 may 2012-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı3 yetkinlik yaşına çatan şəxslər olmuş və onlardan həmin əqdin bağlanmasına dair müvafiq razılıq alınmamışdır. Bu xüsusda məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli-12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin alqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh satılması hissəsində etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarış qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissənin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməli, qalan hissədə isə təmin edilməməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, faktiki olaraq İddiaçı2 ilə Cavabdeh arasında X2, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi mülkiyyətinə verilmiş 1.10 ha torpaq sahəsinin 1.0479 ha hissəsinin alqı-satqısı ilə bağlı 12 may 2012-ci il tarixli alqısatqı müqaviləsi bağlandığı vaxt İddiaçı1 və İddiaçı3 yetkinlik yaşına çatmışlar. Lakin iş materialları ilə müəyyən olunur ki, İddiaçı1 və İddiaçı3 1.0479 ha torpaq sahəsinin alqısatqısına razılıq verməmiş, notariat qaydada bu müqavilə bağlanarkən onlar dəvət edilməmiş, onlardan yazılı və ya şifahi razılıq alınmamış, onların buna münasibəti belə müəyyən edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, sözügedən torpaq sahəsini almış Cavabdeh da iddiaçılar kimi Balakən rayonu Talalar kəndində yaşayır və iddiaçıları tanıyır, həmçinin alqı-satqı notariat orqanında İddiaçı2 və Cavabdeh iştirakı ilə Dövlət Aktı əsasında həyata keçirilmişdir. X8 isə alqı-satqının predmeti olan 1.0479 ha torpaq sahəsinin daxil olduğu 1.10 ha torpaq sahəsinin X2, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi mülkiyyətində olduğu qeyd edilmişdir. Belə olan halda Cavabdeh həmin 1.10 ha torpaq sahəsinə daxil olan 1.0479 ha torpaq sahəsinin JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X10 əsasən X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verildiyini, həmin torpaq sahəsi ilə bağlı 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin X1 əvəzinə buna müvafiq etibarnaməsi olmadan İddiaçı2 tərəfindən imzandığını, bu zaman ümumi mülkiyyətin digər subyektlərinin-X1, İddiaçı1 və İddiaçı3 notariat orqanında iştirak etmədiklərini, bu alqı-satqı müqaviləsinin bağlanmasına onların şifahi və ya yazılı qaydada razılığının olmadığını və İddiaçı2 onların adından və onların razılğı ilə belə bir müqaviləni bağlamağa səlahiyyətinin olmadığını bilirdi və ya ən azından bilməli idi. Qeyd olunanlar İddiaçı1 və İddiaçı3 torpaq paylarına münasibətdə 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin qanunsuz və əsassız bağlandığı göstərir. Ona görə də məhkəmə hesab edir ki, alqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin və İddiaçı3 payına düşən 1/4 hissəsinin alqı-satqısı hissəsində 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin mübahisə predmetini təşkil edən çıxarış 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verildyindən və məhkəmə tərəfindən həmin müqavilənin qismənİddiaçı1 və İddiaçı3 torpaq paylarının alqı-satqısı hissəsində etibarsız sayılması qənaətinə gəlindiyindən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarış da qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissədə və İddiaçı3 payına düşən ¼ hissədə Cavabdehn adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarından görünür ki, JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X10 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli qərarı ilə Balakən rayonu Talalar kəndi 1.10 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir və qanunvericliyin tələbinə əsasən onların payları bərabər sayılmaqla hər birinin həmin torpaq sahəsi üzərində 1/4 payı vardır. Həmçinin 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsini torpaq sahəsinin digər ümumi mülkiyyətçisi İddiaçı2 imzalamışdır. X2 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışı 1.0479 ha torpaq sahəsinin özünə çatan 1/4 hissəsi üzrə mübahisələndirməmiş, öz torpaq payına münasibətdə həmin müqavilənin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi barədə iddia tələbi irəli sürməmişdir. İş materiallarına əsasən İddiaçı1, İddiaçı3 və İddiaçı2 isə X1 adından 1.0479 ha torpaq sahəsinin ona düşən payı üzrə (1/4 hissə) 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv barədə iddia ilə məhkəməyə müraciət etməyə sübyektiv hüquqları yoxdur. Belə ki, X2 iddiaçılara bununla bağlı etibarnamə verməmiş və ya qanunla nəzərdə tutulmuş qaydada onlara bu subyektiv hüququ verməmişdir. Halbuki məhkəməyə müraciət etmək hüququnu müəyyən edən həm Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, həm də Azərbaycan Respublikası MPMnin 4-cü maddəsinin mənasına görə öz hüquqları və azadlıqlarını müdafiə etmək, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə məhkəməyə müraciət etmək üçün şəxs müvafiq subyektiv hüquqa malik olmalıdır. İddiaçıların isə X1 alqı-satqı predmeti olmuş torpaq sahəsinin ona düşən torpaq payına münasibətdə 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə bağlı belə bir subyektiv hüquqa malik olması iş materialları ilə müəyyən olunmur. Həmçinin işin faktoloji hallarından görünür ki, İddiaçı2 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin imzalyıb, 1.0479 ha torpaq sahəsindən ona düşən payın (1/4 hissə) Cavabdeh satılması barədə öz iradə ifadəsini həyata keçirmiş, həmin pay üzərində sərəncam verməklə öz mülkiyyət hüquqlarını reallaşdırmış və alqı-satqı müqabilində Cavabdeh 1500 manat pul almışdır. İşdə İddiaçı2 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsini imzalamaması, 1.0479 ha torpaq sahəsindən ona düşən payını Cavabdeh satmaması, payını özgəninkiləşdirərkən öz iradə ifadəsini həyata keçirməməsi və ya qarşı tərəfin onu aldatması, onu hədələməsi, nis niyyətlə onunla razılığa gəlməsi, onun ağır vəziyyətindən istifadə etməsi, bunun vacib əhəmiyyətli yanılmanın təsiri altında və ya başqa əqdin etibarsızılığ üçün nəzərdə tutulmuş digər əsaslardan baş verməsini təsdiq edən heç bir sübut yoxdur və iddiaçı tərəf də belə sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia İddiaçı2 1.0470 ha torpaq sahəsinin öz payına düşən 1/4 hissəsinin alqısatqısına dair 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin hissədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv edilməsi və X1 1.0470 ha torpaq sahəsindən 1/4 hissə payı ilə əlaqədar 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin hissədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə Cavabdeh hazırki iddia tələbi üzrə iddia müddətinin ötürüldüyü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 və 375-ci maddələrini rəhbər tutaraq, hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək, hesab etmişdir ki, həmin ərizə əsassızdır və təmin olunmamalıdır. Belə ki, ən əvvəl məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibinin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. İş materiallarından görünür ki, iddiaçılar, o cümlədən İddiaçı1 və İddiaçı3 mübahisə predmetini təşkil edən torpaq sahəsinin mülkiyyətçisi olmuşlar və onların hazırki iddia tələbləri onların mülkiyyət hüquqlarının pozuntularının aradan qaldırılması haqqında tələblərdir ki, qanuna görə də belə tələblərə də iddia müddəti şamil edilmir. Digər tərəfdən, Mülki Məcəllənin 354.2-ci maddəsi maraqlı şəxsin əqdin etibarsızlığına əsas verən halları bildiyi və bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilməsini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən isə iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Bu xüsusda məhkəmə qeyd etmişdir ki, cavabdehin tətbiq edilməsini xahiş etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-375-ci maddələrində göstərilən müddətlər və şərtlərlə Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələrində göstərilən müddətləri və şərtləri fərqləndirmək lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-375-ci maddələrində göstərilən müddətlər iddia müddətləri adlanır və həmin müddətlər yalnız mübahisə tərəfinin verdiyi ərizə əsasında tətbiq edilir və həmin iddia müddətlərinin keçməsi iddiadan imtina barədə qərar çıxarılması üçuün əsasdır. Bu zaman tələb hüququ mövcud olur, lakin iddia müddəti keçdiyinə görə həmin tələb təmin olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1 və 354.2-ci maddələrində göstərilən müddətlər isə kəsici müddətlərdir. Kəsici müddətlər elə müddətlərə deyilir ki, şəxsin tələb hüququ yalnız həmin müddətdə mövcud olur. Həmin müddətlər keçirsə, tələb etmə hüququnun özü də aradan qalxır. Yəni müddət ötürsə, hüquq artıq mövcud olmur. Həmçinin kəsici müddətlərin tətibiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsinə ehtiyac yoxdur. Mübahisə tərəfinin ərizəsi olmadan da kəsici müddətlərin tətbiq olunması məhkəmənin səlahiyyətlərinə aiddir. Lakin hazırki işdən örünür ki, iddiaçıların tələbləri, o cümlədən iddia predmetini təşkil edən çıxarışın ləğvi tələbi mülkiyyət hüquqlarının pozuntularının aradan qaldırılması haqqında tələbdir ki, qanunvericliyə əsasən buna da iddia müddəti tətbiq olunmur. Digər tərəfdən, işdə iddiaçılaran iddia müddətinin ötürülməsi, o cümlədən kəsici müddətin ötürülməsi barədə heç bir sübut yoxdur və cavabdeh də belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsindən və sözügedən çıxarışdan məhkəməyə müraciət edilən vaxt xəbər tutduqlarını bidirir və bu hal iş üzrə cavabdeh tərəfindən təkzib olunmamışdır, həmçinin işdə bunun əksini təsdiq edən heç bir sübut yoxdur. Ona görə də məhkəmə hesab edlir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qismənalqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh satılması hissəsində etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarış qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin iddianın qismən təmin olunması nəticəsinə gəlindiyi üçün iş üzrə ödənilmiş 5 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ödənilməli, iş üzrə 126 manat ekspertiza xərcinin 63 manatı Cavabdeh və 63 manatı iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Balakən Rayon Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli 2(019)-28/2021 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia qismən təmin olunmuş, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən-alqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh satılması hissəsində etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 5 manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçılar X3, İddiaçı3 və İddiaçı2 ödənilməsi; iş üzrə 126 manat ekspertiza xərcinin 63 manatının Cavabdeh və 63 manatının iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2, 139.1, 139.3, 140, 141.1, 141.2, 141.3, 144.1, 144.2, 144.2-1, 144.3, 144.5, 146.1, 146.2, 146.8, 149.2, 152.1, 213.1, 213.2, 214.1, 215.4-215.6, 220.1- 220.3, 221, 222, 223.1, 337, 339, 339.2, 340.1, 340.2, 347.1, 347.2, 354.1, 354.2 və 567ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1 və 4.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 dekabr 2019-cu il tarixli qərarına, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarına və “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli və “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarlarına istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X9 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə Balakən rayonu Talalar kəndində 1.10 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş notarial qaydada təsdiq olunmuş 12 may 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 ümumi birgə mülkiyyət hüququ ilə özünə və yazılı razılıqlarına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 məxsus Balakən rayonu Talalar kəndində yerləşən ümumi sahəsi 1.10 ha əkin məqsədli istifadə növlü torpaq sahəsinin 1.0479 ha hissəsini 1500 (bir min beş yüz) manata Cavabdeh İsə oğluna satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97 olan, ********** qeydiyyat nömrəli 15.03.2013-cü il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndi 1.0479 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 20 №li reyestr kitabının 39 №li vərəqində 15.03.2013-cü il tarixdə Cavabdeh İsə oğlunun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı1 xx.xx.1993-cü il tarixdə doğulmuşdur və onun 12 may 2012-ci il tarixdə müqavilə bağlanan vaxt 19 yaşı olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı3 xx.xx.1990-cı il tarixdə doğulmuşdur və onun 12 may 2012-ci il tarixdə müqavilə bağlanan vaxt 21 yaşı olmuşdur. İşdə olan 27.05.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçılar tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 12 noyabr 2021-ci il tarixli №4/1531 nömrəli rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 247-249-cu vərəqlərində olan 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqində “Satıcı: X2” qrafasındakı “Suleymanov” yazısı və imza - İddiaçı2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 247-249-cu vərəqlərində olan 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqində “Satıcı: X2”qrafasındakı imzada-imzaların qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 12 noyabr 2021-ci il tarixli №4/1531 №li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 126,0 manat təşkil edir. İşə əlavə edilmiş Cavabdeh məhkəməyə ünvanladlığı ərizəsindən görünür ki, o, hazırki iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünü bildirərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 və 375-ci maddələrini rəhbər tutaraq, hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş edir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3 Həşim oğlu və iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, mülki işin materiallarından görünür ki, mübahisələndirilən alqı-satqı müqaviləsində tərəflərin iradə ifadəsi, qarşılıqlı razılığı mövcud olmamışdır. Bunun üçün məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmamışdır. Çünki qeyd olunan maddi hüquq normalarında əqdlərin bir hissəsinin etibarsızlığından deyil, əqdlərin ümumi etibarsızlığından bəhs edilir. Məhkəmə iddianı qismən yox, tam təmin etməli idi. Konstitusiya Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Lakin mübahisələndirilən alqı-satqı müqaviləsində qanunvericiliyin tələblərini pozmaqla, iradə ifadəsinin bildirilməməsi bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsasdır. Mülki qanunvericiliyə əsasən əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh əmlakı vicdanlı şəkildə əldə etməmiş, torpaq mülkiyyətçilərindən X4 Federasiyasında olduğunu, İddiaçı1 Hərbi Xidmətdə olduğunu, İddiaçı3 ümumiyyətlə alqı-satqıda iştirak etmədiyini məhkəmə iclasında bildirmişdir. Vermiş olduğu ifadə bir daha onu təsdiq edir ki, cavabdeh əmlakı vicdanlı şəkildə əldə etməmişdir. Bunun üçün məhkəmə tərəfindən iddianın təmin olunmayan hissəsidə təmin olunmalı idi. Ona görə də, Balakən rayon Məhkəməsinin 2(019)-28/2021 saylı 10.12.2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv olunması və həmin hissə üzrə iddianın təmin olunaraq yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3 Həşim oğlu apellyasiya şikayətində göstərmişdir ki, iddiaçılar faktiki olaraq torpaq sahəsinin satılmasından məlumatlı olmuşlar. Ona görə ki, İddiaçı2 Siracəddin qızı torpaq sahəsinin alqı-satqısını notarial qaydada rəsmiləşdirmişdir. Lakin, İddiaçı2 məhkəməyə torpaq sahəsini icarəyə verdiklərini bildirmişdir. Bu hal onu təsdiq edir ki, iddiaçılar torpaq sahəsinin satılmasından məlumatlı olmuşlar. Eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə baxışı iclasında verdikləri izahatlarında mübahisəli torpaq sahəsini Cavabdeh icarəyə verdikləri göstərmişlər. Lakin, qətnamədə iddiaçıların izahatları göstərilməmiş, nə də ki, qətnamənin əsaslandırıma hissəsində həmin izahatlara - “mübahisəli torpaq sahəsini Cavabdeh icarəyə verdikləri göstərmişlər” hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində ARMM-nin 354.1-ci maddəsinə istinad etsə də, həmin maddənin tələblərini pozmuşdur. Belə ki, məhkəmənin hesab etdiyi kimi 1 illik müddət də ötürülmüşdür. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi 12 may 2012ci il tarixdə bağlanmışdır. Həmin müqavilə əsasında Dövlət reyestrindən çıxarış 15.03.2013-cü il tarixdə verilmişdir. Yəni əqdin icrasına başlanıldığı müddət 15.03.2013-cü il olduğunu nəzərə alsaq iddia qaldırılma müddəti 15.03.2014-cü il tarixdə bitmiş olur. Ona görə də, Balakən rayon Məhkəməsinin 2(019)-28/2021 saylı 10.12.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə etiraz olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 Siracəddin qızı və iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 özlərinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 Həşim oğlu özlərinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 144.2-1-ci maddəsinə əsasən sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin olunmalıdır. Həmin Məcəllənin 144.3-cü maddəsinə əsasən notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərvə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsi iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mylkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilmyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.4-215.6-cı maddələrinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 222.4-cü maddəsinə əsasən birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. Həmin Məcəllənin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Həmin Məcəllənin 337.1, 337.2, 337.3, 337.4 və 337.5-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339-cu maddəsində hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı qaydaları təsbit olunmuşdur. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2.şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Həmin Məcəllənin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldğı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dəkdaşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Qərarlar: Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 dekabr 2019cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Məhkəmələr mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli mənzilə dair müqavilənin və ödəniş qəbzinin imzalanmasının aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verməlidirlər. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 Aprel 2021-ci İl tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Həmin Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesanı keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağrılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı Balakən rayon Məhkəməsinin 2(019)-28/2021 saylı 10.12.2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində, cavabdeh isə tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmuş hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin olunmuş hissəsində əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətində mübahisələndirilən alqı-satqı müqaviləsində tərəflərin iradə ifadəsinin, qarşılıqlı razılığının mövcud olmaması, əqdlərin bir hissəsinin etibarsızlığının deyil, ümumilikdə etibarsızlığın mümkün olması, mübahisələndirilən alqı-satqı müqaviləsində qanunvericiliyin tələblərini pozmaqla, iradə ifadəsinin bildirilməməsi, cavabdehin əmlakı vicdanlı şəkildə əldə etməməsi, torpaq mülkiyyətçilərindən X4 Federasiyasında olduğunun, İddiaçı1 Hərbi Xidmətdə olduğunun, İddiaçı3 ümumiyyətlə alqı-satqıda iştirak etmədiyinin nəzərə alınmaması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş notarial qaydada təsdiq olunmuş 12 may 2012-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, X2 ümumi birgə mülkiyyət hüququ ilə özünə və yazılı razılıqlarına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 məxsus Balakən rayonu Talalar kəndində yerləşən ümumi sahəsi 1.10 ha əkin məqsədli istifadə növlü torpaq sahəsinin 1.0479 ha hissəsini 1500 (bir min beş yüz) manata Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97 olan, ********** qeydiyyat nömrəli 15.03.2013-cü il tarixli çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndi 1.0479 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 20 №li reyestr kitabının 39 №li vərəqində 15.03.2013-cü il tarixdə Cavabdeh İsə oğlunun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 12 noyabr 2021-ci il tarixli №4/1531 nömrəli rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 247-249-cu vərəqlərində olan 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqində “Satıcı: X2” qrafasındakı “Suleymanov” yazısı və imza - İddiaçı2 tərəfindən icra olunmuşdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə istinad edən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar 8 il öncə bağlanmış torpaq sahəsinin alqı-satqısı ilə bağlı müqavilənin həmin müqavilənin bağlanmasında iddiaçılardan biri olmuş İddiaçı2 şəxsən iştirak etdiyi və həmin müqaviləni təsdiq etdiyi birinci instansiya məhkəməsində aparılan araşdırmalar zamanı tam sübuta yetirilmişdir. Həmçinin, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 X1 adından 1.0479 ha torpaq sahəsinin ona düşən payı üzrə (1/4 hissə) 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv barədə iddia ilə məhkəməyə müraciət etməyə sübyektiv hüquqlarının olmaması da sübuta yetirilmişdir. Çünki, X2 iddiaçılara bununla bağlı etibarnamə verməmiş və ya qanunla nəzərdə tutulmuş başqa qaydada onlara bu subyektiv hüququ verməmişdir. Bütün bunlarla yanaşı iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etməmişdən öncə Balakən Rayon Məhkəməsində 1.10 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinə onların hüquqularının bərpa olunması ilə bağlı qaldırdıqları iddiada torpaq sahəsini 2010-cu ilin sonlarında cavabdehə müvəqqəti istifadəyə verdiklərini göstərdiklərindən, həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçılardan İddiaçı1 və İddiaçı2 verdikləri izahatlarında torpaq sahəsini cavabdehə 5 il müddətinə icarəyə verdiklərini bildirdiklərindən aydın olur ki, onlar bağlanmış alqı-satqı müqaviləsindən məlumatlı olmuşlar. Ən azı həmin müqaviləni iddiaçılardan biri olan İddiaçı2 bağlamışdır. Belə olan halda, iddiaçıların 12 may 2012-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən 31.05.2020-ci ildə məhkəməyə iddia verdikdən sonra məlumat almaları barədə göstərdikləri inandırıcı deyil və işin halları ilə təsdiq olunmur. Ona görə də, iddiaçıların apellyasiya şikayəti təmin edilməməlidir. Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil3 Həşim oğlunun apellyasiya şikayətində iddiaçıların faktiki olaraq torpaq sahəsinin satılmasından məlumatlı olmaları, İddiaçı2 Siracəddin qızının torpaq sahəsinin alqı-satqısını notarial qaydada rəsmiləşdirməsi, lakin, İddiaçı2 məhkəməyə torpaq sahəsini icarəyə verdiklərini bildirməsi, bu halın iddiaçıların torpaq sahəsinin satılmasından məlumatlı olmalarını təsdiq etdiyi, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə baxışı iclasında verdikləri izahatlarında mübahisəli torpaq sahəsini Cavabdeh icarəyə verdiklərini göstərmələri, lakin, qətnamədə iddiaçıların izahatlarının göstərilməməsi, nə də ki, qətnamənin əsaslandırıma hissəsində həmin izahatlara hüquqi qiymət verilməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsində aparılan araşdırmalar zamanı yuxarıda göstərilən qaydada tam sübuta yetirilmişdir. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət edərkən iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb etmək hüququnu itirmişlər. Bu isə, alqı-satqı müqaviləsinin etibarlı olmasını təsdiq edir. Etibarlı alqı-satqı müqaviləsinə əsasən verilmiş çıxarışın ləğv edilməsi üçün də əsaslar mövcud deyildir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə iddianın təmin olunmuş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3 Həşim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli 2(019)-28/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən-alqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh satılması hissəsində etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməsinə aid təmin olunmuş hissədə də rədd edilməli, qətnamə iddianın təmin olunmamış mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 Həşim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Balakən Rayon Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli 2(019)-28/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən-alqı-satqı predmeti olmuş 1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh satılması hissəsində etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş 15.03.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın qismən-1.0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməsinə aid təmin olunmuş hissədə də rədd edilsin. Qətnamə iddianın təmin olunmamış mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-432/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-432/2022
06.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver