Məhkəmə qərarları › İş №2(107)-44/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-44/2021

24.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-44/2021 24.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdull oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı və üçüncü şəxs X25 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tаrixli, 2(075)-30/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tаrixli, 2(075)-30/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194.8 m2 fərdi yaşayış evinin İddiaçı məxsus 4/8 hissəsi yəni, «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28.7 m2 olan 2 saylı yaşayış otağı ilə sahəsi 29.0 m2 olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağlanmaqla, sahəsi 22.2 m2 olan 12 saylı yardımçı tikili ilə sahəsi 16.4 m2 olan 13 saylı yardımçı tikili arasındakı arakəsmə üzərində keçid qapısı açılmaqla 3, 10, 11, 12, 13 saylı tikililərin ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi, həmin hissədən istifadə üçün həyət qapısı açılaraq İddiaçı təhvil verilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsi ilə bağlı yaradılacaq hər hansı maneələrin Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qadağan edilməsi, 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh2) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən birmərtəbəli, ümumi sahəsi 194.8 kv.m. olan fərdi yaşayış evindən ona məxsus 4/8 hissə payın ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən birmərtəbəli, ümumi sahəsi 194.8 kv.m. olan fərdi yaşayış evindən ona məxsus 4/8 hissə payın ayrılaraq verilməsi, həmin hissədən istifadə üçün həyət qapısının açılaraq ona təhvil verilməsi, cavabdehlər Cavabdeh2, Mikayılova (Bəkirova) İntima Namiq qızı, Cavabdeh3 və X28 tərəfindən yaradılan maneələrin onlara qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Mikayılova (Bəkirova) İntima Namiq qızı, Cavabdeh3 və X28 cavabdeh qismində cəlb edilmişlər. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194.8 m2 fərdi yaşayış evinin ona məxsus 4/8 hissəsinin yəni, «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28.7 m2 olan 2 saylı yaşayış otağı ilə sahəsi 29.0 m2 olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağlanmaqla, sahəsi 22.2 m2 olan 12 saylı yardımçı tikili ilə sahəsi 16.4 m2 olan 13 saylı yardımçı tikili arasındakı arakəsmə üzərində keçid qapısı açılmaqla 3, 10, 11, 12, 13 saylı tikililərin ayrılaraq mülkiyyətinə verilməsi, həmin hissədən istifadə üçün həyət qapısının açılaraq İddiaçı təhvil verilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsi ilə bağlı yaradılacaq hər hansı maneələrin Cavabdeh2, Cavabdeh3, X28 və Cavabdeh4 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinin tələbinə əsasən iddiaçının razılığı ilə cavabdeh X28 əsl Cavabdeh5 ilə əvəz olunmuşdur. İş üzrə Şəki Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tаrixli 2(075)-30/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikаyəti verərək Şəki Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tаrixli 2(075)-30/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, X8 AZ-İ № 823838 nömrəli Ölüm haqqında şəhadətnaməsindən görünür ki, X16 14.04.1944-cü il tarixdə ölmüşdür. Lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə 14.04.1994-cü il tarixdə ölmüş X8 vərəsəliyinin qəbul edilməsi qeyd edilmişdir. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında da İddiaçı iddia tələbində ayrılıb verilməsini tələb etdiyi fərdi yaşayış evinə RX seriyalı, 1 143633 saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu Şamil Yusufov İddiaçı 28.02.2007-ci il tarixdə ölmüş X6, 14.04.1994-cü il tarixdə ölmüş X8, 29.10.1998-ci il tarixdə ölmüş X3 və 29.10.1998-ci il tarixdə ölmüş X17 vərəsəsi qismində tanımaqla haqlı olmamış və saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Belə ki, İddiaçı qanunvericilikdə göstərilmiş müddətləri ötürdükdən sonra mirasın qəbulu üçün notariusa müraciət etmiş, mirasın qəbulu faktının təsdiq edilməsi və ya ötürülmüş müddətin bərpa edilməsi barədə hər hansı bir məhkəmə qətnaməsi olmamasına baxmayaraq notarius qanunsuz və əsassız olaraq İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. İşin faktiki halları araşdırılarkən müəyyən edilir ki, hazırkı vəziyyətdə mübahisəli fərdi yaşayış evi 4/8 hissədə İddiaçı, 1/8 hissədə Əhməd Nurməmməd oğlu, 1/8 hissədə İdris Nurməmməd oğlu, 1/8 hissədə X14, 1/8 hissədə X4 paylı mülkiyyətindədir və evin texniki göstəriciləri nəzərə alınmaqla 4/8 hissəsinin ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq mümkün deyil. Belə ki, iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli, 16153 saylı ekspert rəyindən görünür ki, Şəki şəhəri Sarıtorpaq küçəsində yerləşən, iş üzrə tərəflərin paylı mülkiyyətində olan 17 saylı fərdi yaşayış evindən İddiaçı 4/8 hissəsinin naturada, təcrid mənzil şəklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Lakin həmin ekspert rəyi qanunsuz və əsassızdır. Belə ki, daha öncə mübahisəli fərdi yaşayış evinin tərəflərin 1/8 və 4/8 payına uyğun şəkildə naturada bölünməsinin mümkün olub-olmaması ilə bağlı tikinti texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 dekabr 2018-ci il tarixli 26629 saylı ekspert rəyi ilə sözügedən fərdi yaşayış evinin iş üzrə tərəflərin 1/8 və 4/8 payına uyğun şəkildə naturada bölünməsi ilə 4/8 hissəsinin ayrılması İnşaat Norma və Qavdalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq mümkün olmadığı müəyyən edilmişdir. Həmin rəyə nəzər saldıqda görürük ki, fərdi yaşayış evinin 4/8 hissədə ayrılması gələcəkdə digər payçıların hüquqlarını pozacaqdır. Belə ki, evin 4/8 hissəsi ayrıldıqdan sonra yerdə qalan hissəsnin 4 yerə bölünməsi mümkün olmayacaq və beləliklə digər payçıların hüquqları pozulacaqdır. Habelə rəydə qeyd edilmişdir ki, evlərin (mənzillərin, tikililərin və.s) tərəflər (mülkiyyətçilər, istifadəçilər) arasında bölgüsü (istifadəsi, ayrılması) təcrid mənzil şəklində aparılmalıdır, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və.s) tikililəri və bu tikililərə (sahələrə) ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. İş materiallarında olan 29.11.2017-ci il tarixli inventar nömrəsi 841-842 nömrəli texniki pasportdan görünür ki, mübahisəli fərdi yaşayış evində sadəcə bir mətbəx mövcuddur. Lakin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli, 16153 saylı ekspert rəyində mətbəxlə bağlı heç bir münasibət bildirilməmiş, tərəflərdən hansının mətbəxi işlətməsi, digər tərəfin isə mətbəxinin olmaması nəzərə alınmamışdır. Bundan əlavə həmin texniki pasporta nəzər saldıqda görürük ki, həyətyanı sahədə bir çox həyətyanı tikililər mövcuddur. Lakin rəydə həmin yardımçı tikililərin kimin istifadəsində qalması, hər tərəfə yardımçı tikili düşüb-düşməməsinə aydınlıq gətirilməmişdir. Bundan əlavə qeyd etmək istəyirəm ki, 29.11.2017-ci il tarixli inventar nömrəsi 841 - 842 nömrəli texniki pasport və çıxarış saxta olmaqla iddiaçı tərəfindən saxta yollarla alınmışdır. Belə ki, həmin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi 1962-ci ildə ayrı iki evdən ibarət olmuş və hər iki evin ayrı texniki pasportu və ev dəftəri (domovoy) olmuşdur. Bizə məxsus hissə Əhməd Nurməmməd oğlunun adına olmuş və ona 1962-ci il tarixdə texniki pasport verilmişdir. Bizim hissənin ayrıca ev dəftəri olmuş və həmin dəftərdə iddiaçı və oııun qohumlarından heç birinin qeydiyyatı olmamışdır. 1962-ci il tarixli inventar nömrəsi 842 olan texniki pasportdan da həmin evin həmin vaxt bölüməsi və hər iki evin müstəqil ev olması evin küçə nömrəsindən də aydın görünür. Belə ki, Əhməd Nurməmmədova məxsus hissə Nuxa şəhəri Kirov küçəsi 15a, X11 aid hissənin isə 1962-ci il tarixli inventar nömrəsi 841 olan texniki pasportunda ünvanın Nuxa rayonu Kirov küçəsi 15 olması göz qabağındadır. Bundan sonra X18 ərizə ilə Kommunal Təsərrüfat Bölməsinə müraciət edərək Mustafa, Rəsul, Yaqub, Ceyhun, Humay, Kətayum Mahmud uşaqları, Əhməd və İdris Nurməmməd oğlunun adlarına qeydiyyata alınmasını xahiş etmişdir. Bundan sonra 8 iyul 1966-cı il tarixli Vəsiqə ilə X18, Mustafa Mahmud oğlu, Rəsul Mahmud oğlu, Ceyhun Mahmud qızı, Humay Mahmud qızı, Kətayum Mahmud qızı, Əhməd Nurməmməd oğlu, İdris Nurməmməd oğlunun bərabər hüquqlarının olması qeyd edilmişdir. Həmin Vəsiqəyə nəzər saldıqda həmin vəsiqənin verildiyi evin KE.54. YY. 75 nömrəli ev olması qeyd edilmişdir. X9 adına verilmiş 1962-ci il tarixli inventar nömrəsi 841 olan texniki pasporta nəzər saldıqda da görürük ki, X15 aid texniki pasportdakı evin də kvartal və sahəsi KE.54. YY. 75 kimi qeyd edilmişdir. Əhməd Nurməmməd oğluna verilmiş 1962-ci il tarixli inventar nömrəsi 842 olan texniki pasportda isə evin kvartal və sahəsinin KE.54. YY. 75a kimi qeyd edilmişdir. X1 yuxarıda qeyd edilən ərizəsindən də göründüyü kimi, ərizəçi ona məxsus evin iki otaqlı və 60 m olmasını qeyd etmişdir. Buradan da aydın şəkildə görünür ki, 29.11.2017-ci il tarixli inventar nömrəsi 841 - 842 nömrəli texniki pasportda hər iki evin bir texniki pasportda bir ev kimi görünməsi tam qanunsuz və əsassızdır və həmin texniki pasport saxtadır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində mövcud 1980-cı il tarixli və 1981-ci il tarixli aktlardan da göründüyü kimi hər iki evin mülkiyyətçiləri arasında mübahisə olmuş və hər iki evin 1962-ci il tarixli inventar nömrəsi 842 olan texniki pasportu və 1962-ci il tarixli inventar nömrəsi 841 olan texniki pasportlardakı mövcud vəziyyətə uyğun sərhədləri müəyyən edilmiş və sxemlərlə sərhədlər müəyyən edilmişdir. Lakin sonra necə olubsa iddiaçı saxta sənədlər əsasında həmin evin vahid ev kimi qeydə alınmasına nail olmuşdur. 05 sentyabr 1990-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, Şəki şəhəri Kirov küçəsi 17-də yerləşən 600 m2 torpaq sahəsinin üstündə olan 134,8 m ümumi sahəsi, 90 m yaşayış sahəsi, 7,7 m qeyri-yaşayış sahəsi, 12.8 m2 köməkçi sahəsi olan evə vərəsəlik almışdır. Lakin hazırda iddiaçıya verilmiş 29.11.2017-ci il tarixli inventar nömrəsi 841-842 nömrəli texniki pasportda mübahisəli fərdi yaşayış evinin ümumi sahəsinin 194,8 m2, yaşayış sahəsinin 110.5 kv.m, köməkşi sahəsinin isə 84.3 kv.m olması qeyd edilmişdir. Buradan aydın şəkildə görünür ki, 1990-cı ildən sonra həmin evdə yaşayan şəxslər tərəfindən bir sıra tikililər əlavə edilmiş və istər yaşayış sahəsi, istərsə də köməkçi sahələr artmışdır. Lakin 2017-ci il tarixdə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən həmin xüsusatlar nəzərə alınmadan əlavə edilmiş həmin sahələr də iddiaçının mülkiyyəti kimi qeydə alınmışdır. Bildirmək istəyirik ki, texniki pasportda 13 nömrə ilə qeydə alınmış 16.4 m2 sahəsi olan şüşəbənd birgə nikah zamanı bizim tərəfimizdən inşa edilmişdir. Lakin hazırkı qətnamə ilə həmin şüşəbənd paylı mülkiyyətdə olan evin tərkib hissəsi kimi qəbul edilərək iddiaçıya verilmişdir. Lakin həmin şüşəbənd evin mülkiyyətçilərinin heç birinə nəxsus olmamış, bizim tərəfimizdən inşa edilmişdir. 29.11.2017-ci il tarixli inventar nömrəsi 841 olan texniki pasportda da həmin yerdə şüşəbəndin olmaması açıq-aydın görünür. 29.11.2017-ci il tarixli inventar nömrəsi 841-842 nömrəli texniki pasportun saxta olması bir daha həmin texniki pasportda “C” hərfi ilə işarənmiş tikilinin yay mətbəxi kimi qeyd edilməsi də sübut edir. Belə ki, həmin tikili qanunsuz inşa edilmiş fərdi yaşayış evidir və həmin evdə iddiaçının oğlu ailəsi ilə birlikdə yaşayır. Həmin fərdi yaşayış evi qanunsuz tikili olmaqla digər payçıların vərəsələrinin icazəsi olmadan inşa edildiyindən mütləq şəkildə sökülməlidir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli, 16153 saylı ekspert rəyinin saxta olması və həqiqəti əks etdirməməsi həmin texniki pasportda “C” hərfi ilə işarənmiş tikilinin yay mətbəxi olmamasının da qeyd edilməməsi bir daha sübut edir. Belə ki, əgər ekspert obyektiv rəy versəydi, həmin tikilinin yay mətbəxi deyil, qanunsuz inşa edilmiş fərdi yaşayış evi olmasını öz rəyində qeyd edərdi. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və üçüncü şəxs X30 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 22 dekabr 2017-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Şəki şəhəri Sarıtorpaq küçəsi ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Əhməd Nurməmməd oğlu (1/8 hissə), İdris Nurməmməd oğlu (1/8 hissə), X10 (1/8 hissə), X12 (1/8 hissə) və İddiaçı (4/8 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, ünvan 3həsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194.8 m2 fərdi yaşayış evi Əhməd Nurməmməd oğlu (1/8 hissə), İdris Nurməmməd oğlu (1/8 hissə), X10 (1/8 hissə), X12 (1/8 hissə) və İddiaçı (4/8 hissə) paylı mülkiyyətlərindədir. Birinci instansiya məhkəməsi Əhməd Nurməmməd oğlunu, İdris Nurməmməd oğlunu, X5, X7 işə cəlb etmədən fərdi yaşayış evinin 4/8 hissəsinin ayrılması zamanı əmlakdan istifadə edənlərin həmin əmlakdan istifadə olunmasına hər hansı maneçilik yaranıb-yaranmamasını bilavasitə müəyyən etmədən iddianı təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası Əhməd Nurməmməd oğlunu, İdris Nurməmməd oğlunu, X5, X7 hazırki iş üzrə üçüncü şəxs qismində cəlb etmiş və həmin şəxslər məhkəmə iclasına çağrılmışlar. Məhkəmə araşdırması zamanı əldə edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, digər paylı mülkiyyətçilər Əhməd Nurməmməd oğlu, İdris Nurməmməd oğlu, X10 vəfat etmiş, X12 isə itkin düşmüşdür. Hazırda həmin şəxslərdən yalnız X2 vərəsəsi X30 və Əhməd Nurməmməd oğlunun vərəsələri – hazırkı iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 sağdırlar. Məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilən X30 bildirmişdir ki, özünün başqa ünvanda ayrıca evi vardır və ünvan 3həsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194.8 m2 fərdi yaşayış evinin İddiaçı məxsus 4/8 hissəsi yəni, «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28.7 m2 olan 2 saylı yaşayış otağı ilə sahəsi 29.0 m2 olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağlanmaqla, sahəsi 22.2 m2 olan 12 saylı yardımçı tikili ilə sahəsi 16.4 m2 olan 13 saylı yardımçı tikili arasındakı arakəsmə üzərində keçid qapısı açılmaqla 3, 10, 11, 12, 13 saylı tikililərin ayrılaraq İddiaçı mülkiyyətinə verilməsinə etiraz etmir. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətinə verilmiş və istifadəsində olan fərdi yaşayış evindən cavabdehlərin təqsiri ucbatından maneəsiz istifadə edə bilmir. Həmin fərdi yaşayış evi iddiaçının paylı mülkiyyətində olmaqla, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 22 dekabr 2017-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən onun paylı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi cavabdehlərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdehlər və digər şəxslər tərəfindən hər hansı hüquq müəyyən edici sənədlər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli 16153 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Şəki şəhəri Sarıtorpaq küçəsində yerləşən, iş üzrə tərəflərin paylı mülkiyyətində olan 17 saylı fərdi yaşayış evindən İddiaçı 4/8 hissəsinin naturada, təcrid mənzil şəklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün, tədqiq olunan «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28.7 m2 olan 2 saylı yaşayış otağı ilə sahəsi 29.0 m2 olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağlanmalı, sahəsi 22.2 m2 olan 12 saylı yardımçı tikili ilə sahəsi 16.4 m2 olan 13 saylı yardımçı tikili arasındakı arakəsmə üzərində keçid qapısı açılmalıdır. Belə bölgü nəticəsində iddiaçının sərəncamında olan mənzilin ümumi sahəsi 91.5 m2 («A» literli evin 3, 10, 11, 12, 13 saylı tikililəri), o cümlədən yaşayış sahəsi 48.2 m2 («A» literli evin 3, 10 saylı tikililəri), yardımçı sahəsi 43.3 m2 («A» literli evin 11, 12, 13 saylı tikililəri) təşkil edə bilər. Bu zaman, iddiaçıya çatacaq 4/8 paydan 5.9 m2 (97.4-91.5) ümumi sahənin az, o cümlədən 7.05 m2 (55.25-48.2) yaşayış sahəsinin az və 1.15 m2 (42.15-43.3) yardımçı sahənin çox düşdüyü müəyyən olunur. Qərardadın ikinci sualı üzrə Şəki şəhəri Sarıtorpaq küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 4/8 hissəsinin ayrılması zamanı əmlakdan istifadə edənlərin həmin əmlakdan istifadə olunmasına hər hansı maneçilik yaranması müəyyən edilməmişdir. Əksinə, işdə olan sənədlərdən də görünür ki, cavabdehlər həmin fərdi yaşayış evindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq istifadə edirlər. Bundan əlavə işə apellyasiya icraatında baxılan zaman iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, X33 Xidmət Mərkəzində Notariat Ofisinə və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 09 dekabr 2017-ci il tarixli, 2V-542 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. BMT Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217A (111) saylı qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan Hüquqlarına dair Ümumi Bəyannamə»nin 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаtlа, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüquq hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifаdə hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvаfiq olаrаq, dövlət torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci və 157.2-ci maddələrinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 dekabr 2017-ci il tarixli RX seriyalı, ******* saylı Çıxarışa əsasən, Şəki şəhəri Sarıtorpaq küçəsi ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinin digər mülkiyyətçiləri olan Əhməd Nurməmməd oğlu, İdris Nurməmməd oğlu, X10 və X7 işdə iştirak etməyə cəlb etmədən hazırkı mübahisəyə baxaraq qətnamə çıxarmışdır ki, bu da yolverilməzdir. Birinci instansiya məhkəməsi bununla səhvə yol vermişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tаrixli 2(075)- 30/2020 nömrəli qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməli, ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194.8 m2 fərdi yaşayış evinin İddiaçı məxsus 4/8 hissəsi, yəni, «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28.7 m2 olan 2 saylı yaşayış otağı ilə sahəsi 29.0 m2 olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağlanmaqla, sahəsi 22.2 m2 olan 12 saylı yardımçı tikili ilə sahəsi 16.4 m2 olan 13 saylı yardımçı tikili arasındakı arakəsmə üzərində keçid qapısı açılmaqla 3, 10, 11, 12, 13 saylı tikililər ayrılaraq İddiaçı mülkiyyətinə verilməli, həmin hissədən istifadə üçün həyət qapısı açılaraq İddiaçı təhvil verilməli, İddiaçı Şəki şəhəri Sarıtorpaq küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsi ilə bağlı yaradılacaq hər hansı maneələr Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qadağan edilməli, 50 (əlli) manat ekspertiza xərci Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X13 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tаrixli 2(075)-30/2020 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə yeni qətnamə çıxarılsın və iddia təmin edilsin. ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194.8 m2 fərdi yaşayış evinin İddiaçı məxsus 4/8 hissəsi, yəni, «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28.7 m2 olan 2 saylı yaşayış otağı ilə sahəsi 29.0 m2 olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağlanmaqla, sahəsi 22.2 m2 olan 12 saylı yardımçı tikili ilə sahəsi 16.4 m2 olan 13 saylı yardımçı tikili arasındakı arakəsmə üzərində keçid qapısı açılmaqla 3, 10, 11, 12, 13 saylı tikililər ayrılaraq İddiaçı mülkiyyətinə verilsin. Həmin hissədən istifadə üçün həyət qapısı açılaraq İddiaçı təhvil verilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsi ilə bağlı yaradılacaq hər hansı maneələr Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qadağan edilsin. 50 (əlli) manat ekspertiza xərci Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X13 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar