Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-444/2022 04.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: çəkilmiş xərclərin ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(051)-27/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı Cavabdeh1 ilə 11 noyabr 2014-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahlarından bir uşaqları anadan olmuşdur. Onlar nikahlarını rəsmiləşdirmə ərəfəsində olarkən 06.11.2014-cü ildə Səlimov X4 şəhəri 10-cu bağ massivi 77-ci ünvanda yerləşən torpaq sahəsini almışdır. Onlar birgə nikahda olduqları müddət ərzində həmin torpaq sahəsi üzərində sahəsi 108,9 kvm olan 3 otaqlı ev tikmişlər. Tərəflərin razılığı ilə həmin torpaq sahəsi 27 iyul 2018-ci il tarixdə Cavabdeh2 satmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, evə çəkilmiş 60000 (altmış min) manat xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı MPM-nin 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin azadılması barədə ərizə təqdim edərək cavabdehlərdən müştərək qaydada 50000 manat pulun üçdə iki hissəsi olan 34000 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 ilə 11 noyabr 2014-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahlarından bir uşaqları anadan olmuş, ailə qurduqdan sonra Mingəçevir şəhəri 10-cu bağ massivi 77-ci ünvanda torpaq sahəsi almışlar. Həmin torpaq sahəsi üzərində valideynlərinin və bacısının maddi köməyi ilə sahəsi 108,9 kvm olan 3 otaqlı ev tikmişlər. 2019-cu ilin yanvar ayının ortalarına qədər həmin ünvanda yaşamış, ev uzaqda yerləşdiyi və Tural evə gec gəldiyi üçün Turalın təklifi ilə şəhərə köçüb kirayə yaşamağa məcbur olublar. Kirayə ev tutandan sonra ailə münasibətləri pisləşmiş və 2019-cu ildə Turalla nikahları pozulmuşdur. Nikahları pozulmazdan əvvəl Tural pul borcu olduğunu bildirərək torpağın bir hissəsinin satılmasına razılıq verməsini xahiş etmiş, o da inanıb torpağın bir hissəsinin satılmasına razılıq vermiş, bu məqsədlə Mingəçevir regional “Asan xidmət” Mərkəzində notarial kontorunda olmuşdur. Kirayədə yaşadıqları vaxt bəzi əşyaları götürmək üçün evə gedəndə, evdə başqa adamları gördü, onlardan kim olduqlarını, evə necə girdiklərini soruşduqda, bildirdilər ki, həmin evi sahibindən alıblar. Aralarında mübahisə yarandı. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 onun xəbəri olmadan birgə nikah müddətində tikdirdikləri Mingəçevir şəhəri 10-cu bağ massivi 77-ci ünvanda yerləşən evi 27 iyul 2018-ci il tarixdə digər Cavabdeh2 satmışdır. Bundan sonra isə həmin ev R.Qurbnov tərəfindən Cavabdeh3 satılmışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ev tikilərkən və təmir edilərkən 50.000 manatdan artıq pul xərcləndiyinə görə uşağın mənafeyi nəzərə alınmaqla 2/3 hissə olan 34.000 manat pulun cavabdehlərdən alınıb ona verilməsini xahiş edir. İddiaçının vəkili Nümayəndə da məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh1 iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, İddiaçı onun keçmiş həyat yoldaşıdır, onunla aralarında olan nikah 2019-cu ildə pozulmuşdur. Nikahları pozulmazdan əvvəl torpaq sahəsi almışlar və Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən həmin torpaq sahəsində ev tikmişlər. O, pul borclu olduğu üçün , həm də bağ sahəsi uzaqda yerləşdiyinə görə həmin bağ sahəsini satıb borcu ödəmək, əgər pul qalarsa başqa bir ev almaq qərarına gəlmişlər. Bu məqsədlə onlar evi 2018-ci ildə Cavabdeh2 satmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və X5 məlumat verilmiş, cavabdeh M.Əsgərov məhkəməyə gəlməmiş, Cavabdeh2 iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və M.Əsgərovun iştirakı olmadan baxılması mümkündür. İş üzrə əvvəlki məhkəmə iclasında izahat vermiş Cavabdeh2 göstərmişdir ki, o, iddianı qəbul etmir və əlavə olaraq bildirdi ki, Mingəçevir şəhəri 10- cu bağ massivi küçə 77-ci ünvanda yerləşən evi Cavabdeh1 notariat qaydasında bağlamış alqı-satqı müqaviləsinə əsasən almışdır və iddiaçı müqavilə bağlanarkən müqavilənin bağlanmasında iştirak etmiş, yazılı razılığını bildirmişdir. Evi aldıqdan az bir müddət sonra X1. İş üzrə şahid kimi dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, İddiaçı bacısı Xədicə xanımgilin evində çox işləyib. Bununla əlaqədar iddiaçı ilə də tanış olub. İddiaçının evinin üstünü o, örtüb, 1800 manat usta haqqını isə iddiaçının yeznəsi, yəni Xədicənin həyat yoldaşı Vüqar verib. X2 ifadəsində göstərmişdir ki, o, iddiaçı Rəvanənin yeznəsidir və evin içərisini o, təmir etmişdir. X3 şahid kimi ifadə verərək bildirdi ki, o, usta işləyir, Vüqarla bacanaqdır, Rəvanənin yeznəsidir, evin içərisinin təmiri işlərində iştirak etmiş, santexnik işlərini o görmüş, zəhmət haqqını Vüqardan almışdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən torpaq sahəsi İddiaçı ilə Cavabdeh1 birgə nikahları müddətində əldə edilmiş, eyni zamanda birgə nikah müddətində qarşılıqlı razılıqlar əsasında satılmışdır. Torpaq sahəsi iddiaçı və Cavabdeh1 tərəfindən qanunla müəyyən edilmiş qaydada satıldığına görə həmin torpaq sahəsinin alıcıları vicdanlı alıcılardır və onların hüquqları məhdudlaşdırıla bilməz. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvandakı torpaq sahəsi üzərindəki evin tikilməsinə çəkilən xərclər ümumi əmlakdan çəkilən xərclər hesab edilməli və tərəflər arasında bərabər bölünməlidir. İddiaçı Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən torpaq sahəsinin satılmasına razılıq versə də həmin torpaq sahəsi üzərində birgə nikah zamanı əldə edilmiş vəsaitin hesabına inşa edilmiş rəsmi qeydiyyata alınmamış evin özgəninkiləşdirilməsinə razılıq verməmişdir. Qiyməti ekspert rəyi ilə 49117,3 manat müəyyən edilən həmin ev Cavabdeh1 tərəfindən satılmış, lakin əldə edilmiş vəsaitdən İddiaçı hər hansı məbləğdə pul verilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin olunmalı, birgə nikah müddətində qazanılmış vəsait hesabına inşa olunmuş evin satışından əldə edilmiş 49117,3 manat pulun ikidə bir hissəsi, yəni 24558(iyirmi dörd min beş yüz əlli səkkiz) manat Cavabdeh1 alınıb İddiaçı verilmişdir. Məhkəmə, həmçinin, hesab edir ki, iddia digər cavabdehlər Cavabdeh2 və X5 münasibətdə təmin olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 100(bir yüz) manat Mülki Prossesual Məcəllənin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 alınıb dövlət büdcəsinə keçirilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(051)-27/2021 nömrəli qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia qismən təmin olunmuş, Cavabdeh1 24558 manat tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manatın Cavabdeh1 alınıb aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilməsisi (Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************) qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 32.1, 33.1, 33.3 və 37.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşə əlavə edilmiş X12 ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən torpaq sahəsi Q.S.Hacıyev tərəfindən T.V. Səlimova satılmışdır. İşə əlavə edilmiş DƏDRX-nin 07.11.2014-cü il tarixli Çıxarışından görünür ki, Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda 0,0459 ha sahədə yerləşən sahəsi 1089,9 kv olan bağ evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İşdə olan Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən bağ evi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. İşdə olan DƏDRX-nin 01.08.2018-ci il tarixli Çıxarışının surətindən məlum olur ki, Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İşdə olan Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə surətindən məlum olur ki, Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmışdır. İşdə olan birinci instansiya məhkəməsinin sorğusuna əsasən Mingəçevir regional “Asan xidmət” Mərkəzində Notariat Ofisindən alınmış sənədləri araşdırarkən müəyyən edilmişdir ki, iddiaçı Səlimova X6 şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən həyat yoldaşı Cavabdeh1 məxsus olan torpaq sahəsinin satılmasına razılıq vermişdir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 10.08.2020-ci il tarixli 2(051)-6320 saylı işə əlavə edilmiş qərardadının surətindən görünür ki, məhkəmə tərəfindən iş üzrə tikinti texniki ekspertizası təyin edilmişdir. İşdə olan birinci instansiya məhkəməsinin qəradadı ilə təyin edilmiş məhkəmə ekspertizasının eksperti tərəfindən tərtib edilmiş 29 mart 2021-ci il tarixli 10/2352 №-li ekspert rəyi ilə müəyyən edilir ki, Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda inşa edilmiş yaşayış evində aparılmış tikinti-təmir işlərinin bazar qiymətinə uyğun olaraq ümumi dəyəri təqribən 49177,3 manat məbləğində müəyyən olunur. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi ye prosessual huquq normalarina ziddir) və əsassızdır (iş materialları elə təkzib edilir). Buna gorə də, hesab edir ki, hazirki iddia ərizəsinə mahiyyəti üzrə baxılaraq ədalətli qərar qəbul edilməlidir. Belə ki, İddiaçı onun keçmiş həyat yoldaşıdır, onunla aralarında olan nikah 2019-cu ildə pozulmuşdur. Nikahları pozulmazdan əvvəl torpaq sahəsi almışlar və Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən həmin torpaq sahəsində ev tikmişlər. Borclu olduğu üçün, həm də bağ sahəsi uzaqda yerləşdiyinə gorə həmin bağ sahəsini satıb borcu ödəmək, əgər pul qalarsa başqa bir ev almaq qərarına gelmişdilər. Bu məqsədlə onlar evi 2018-ci ildə Cavabdeh2 notariat qaydasinda baglanmış alqı-satqı müqavilesinə esasən satmışdır. İddiaçı iddia tələbində 60000 manat pulun dörddə üç hissəsi olan 34000 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş ekspertiza rəyində isə Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda inşa edilmiş yaşayiş evində aparılmış tikinti-təmir işlərinin bazar qiymetinə uygun olaraq ümumi dəyəri təqribən 49177,3 manat meblegində mueyyen olunmuşdur. İş üzrə ekspertiza rəyi qəbul olunduqdan sonra iddiacı iddia telebinin hecminin artırılması barədə heç bir ərizə təqdim etmədiyi halda, məhkəmə ekspertiza rəyində qeyd olunan məbləğin yəni, 49117,3 manat pulun ikidə bir hissəsi, yəni 24558 (iyirmi dord mm be yuz elli sekkiz) manat pulun ondan alınıb iddiaçı X7 verilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə mülki işə baxarkən qanunvericiliyin tələbini pozaraq iddia tələbindən kənara çıxmışdır. Bu isə onun qanunla qorunan huquqlarını kobud şəkildə pozmuşdur. İddiaçı qeyd olunan fərdi yaşayış evinin tikintisi üçün heç bir məbləğdə pul xərcləməmişdir. Ona görə də o, bu məbləğlə razı deyil. Hesab edir ki, 34000 manat pulun 1/3 hissəsi ondan alınıb iddiaçıya verilməlidir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(051)- 27/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsində qeyd edilir ki, nikah müddətində əldə etdikləri əmlak onların birgə ümumi birgə mülkiyyəti hesab olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.3-ci maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(051)- 27/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddiaçının iddia tələbinin həcminin artırılması barədə heç bir ərizə təqdim etmədiyi halda, məhkəmənin ekspertiza rəyində qeyd olunan məbləğin yəni, 49117,3 manat pulun ikidə bir hissəsi, yəni 24558 (iyirmi dord mm be yuz elli sekkiz) manat pulun ondan alınıb iddiaçı X7 verilməsi barədə qətnamə qəbul etməsi, qanunvericiliyin tələbi pozularaq iddia tələbindən kənara çıxılması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, İddiaçı 2 iyun 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini dəyişdirmiş və evin tikintisinə xərclənən 50000 manat pulun 2/3 hissəsi olaraq 34000 manat pulun cavabdehlərdən alınaraq ona verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə qismən təmin edərək iddia tələbində tələb edilən 34000 manatdan daha az məbləğin - 49117,3 manat pulun ikidə bir hissəsi olan 24558 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsini qət etmişdir. Göründüyü kimi, məhkəmə iddia tələbindən kənara çıxmamışdır. 34000 manat pulun 1/3 hissəsinin ondan alınıb iddiaçıya verilməli olması barədə göstərilənlərə gəldikdə isə, cavabdeh məhkəməyə iddianın nəyə əsasən bu məbləğdə təmin olunmalı olmasını əsaslandıracaq heç bir sübut və ya dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(051)-27/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(051)-27/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-444/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-444/2022
04.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver