Məhkəmə qərarları › İş №2(107)-449/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-449/2024

08.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-449/2024 08.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X13 ibarət tərkibdə, X24 qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “miras əmlaka tam həcmdə payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 15 mart 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X14 ilə X19 29 avqust 1979-cu ildə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar və onların birgə nikahından üç övladı- Tural(hazırki iş üzrə iddiaçı), Güney və Vüsal(hazırki iş üzrə cavabdehin əri) doğulmuşdur. 31 avqust 2007-ci il tarixli, AN-1 ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə müəyyən olunur ki, X4 şəhəri, Atatürk küçəsi 12/31 nömrəli ünvanda yerləşən, iki otaqdan ibarət ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan mənzili almışdır. Hüquqların dövlət qeydiyyatı haqqında MH seriyalı, ******* nömrəli çıxarışla müəyyən olunur ki, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan 2 otaqlı 31 nömrəli mənzil tam mülkiyyət hüquq üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır. X23 ilə hazırki iş üzrə Cavabdeh xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ərarvad olmuşlar və birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Məhəmmədsəid adlı uşaqları doğulmuşdur. X14 ilə övladı X23 01 dekabr 2012-ci ildə vəfat etmişdirlər. “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi publik hüquqi şəxsinin Şirvan şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 36 nömrəli məktubu ilə müəyyən olunur ki, X14 və X20 avtomobil qəzası nəticəsində ölmələri barədə “ME və PA Birliyi” PHŞ Kürdəmir rayonu şöbəsinin “Meyitlərin qeydiyyatı kitabında” ölüm saatları 20:30 qeyd olunmuşdur. X9(miras qoyan) X7 və övladı X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5na məxsus olmuş ünvan 2 ünvanda yerləşən miras əmlak üzərində tam həcmdə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, mərhum atası X14 anası X19 ilə 29 avqust 1979-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.1982-ci il tarixdə Vüsal, xx.xx.1984-cü il tarixdə Tural və xx.xx.1990-cı il tarixdə Güney adlı uşaqları anadan olmuşdur. X30 xx.xx.2010-cu il tarixdə Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Toy mərasimi olduqdan sonra, Cavabdeh valideynlərinin yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşdür. xx.xx.2012-ci il tarixdə atası Əfqan Musayev və xx.xx.2012-ci il tarixdə isə qardaşı Vüsal vəfat etmişdir. Vüsal Musayev vəfat etdikdən sonra, yəni yas mərasimi qurtardıqdan sonra Cavabdeh cehiz əmlaklarını götürərək daimi yaşamaq üçün valideynlərinə məxsus evə köçmüşdür. Göyçay şəhəri Atatürk küçəsində yerləşən 12 saylı evin 31 saylı mənzili mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış verilmişdir. X2 miras qalmış əmlakı atası vəfat etdiyi tarixdən hazırki dövrə kimi faktiki olaraq qəbul edib, həmin əmlakı idarə etmişdir. Həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etsə də, mərhum X30in həyat yoldaşı Cavabdeh ilə sözügedən miras əmlakla bağlı ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Cavabdeh Sevinc Musayevə, eləcə də digər qanun üzrə vərəsələr mirası nə faktiki, nə də qanun üzrə qəbul etməmişlər. X3 dəfn və yas xərclərini, eləcə də miras qalmış mənzilə dair kommunal xərcləri ödəməyinə, əmlakı faktiki idarə etməyinə baxmayaraq, cavabdeh əsassız və qanunsuz olaraq miras əmlakdan pay tələb edir. Cavabdeh, X2 miras qalmış əmlakı qanunla müəyyən olunmuş qaydada qəbul etməmişdir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(046)-635/2023 nömrəli iş üzrə qəbul etdiyi 15 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Qurbanov) iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 2 ünvanda yerləşən miras əmlak üzərində tam həcmdə payının müəyyən edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, miras əmlaka X9 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış Göyçay şəhəri, Atatürk küçəsi 12 saylı evin 31nömrəli mənzili daxildir. Miras qoyanın adına öldüyü məqamadək digər əmlakın (və ya əmlakların) olması müəyyən edilməmişdir. Həmçinin iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, miras xx.xx.2012-ci ildə açıldıqdan sonra miras qoyanın 4 qanun üzrə vərəsəsi olmuşdur: X7, qızı X22, oğlanları İddiaçı və X23. X7 və qızı X22 miras əmlakı qəbul etməmələri barədə ərizə verdiklərindən,mirası qəbul etməkdən imtina etmişlər. X12 isə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyündən (xx.xx.2012-ci ildə) onun vərəsəsi olan Cavabdeh miras əmlakdan payı qanun üzrə vərəsələr üçün müəyyən edilmiş qaydalara riayət etməklə qəbul etməsini təsdiq edən sübut təqdim etməmişdir. İş üzrə tədqiq edilmiş sübutlardan Cavabdeh tərəfindən nə qanunla müəyyən müddət ərzində notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi, nə əmlaka sahiblik etməsi, nə də əmlakı idarə etməyə faktiki başlaması hərəkətlərinin edilməsi müəyyən olunmuşdur. Əksinə olaraq İddiaçı miras açıldıqdan sonra həmin mənzildə yaşayaraq miras əmlaka faktiki sahiblik etmiş, kommunal xidmətlərini ödəyərək miras əmlakı faktiki idarə etmiş, bununla da mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, Cavabdeh miras əmlak olan Göyçay şəhəri Atatürk küçəsi 12 saylı evin 31 nömrəli mənzili qanunla müəyyən edilmiş müddətlər daxilində qəbul etmədiyindən onun, habelə digər vərəsələr X11 və X15 payları mirası faktiki qəbul etmiş İddiaçı payına əlavə edilməli, miras əmlakda İddiaçı tam həcmdə payı müəyyən olunmalıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1151.1, 1159.1, 1243.1, 1243.2, 1246, 1252, 1253.1, 1253.1, 1253.2, 1255, 1262, 1273-1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddianın qismən təmin edilməsi və miras əmlakın 1/2 hissəsinə cavabdehin və azyaşlı oğlunun payının tanınması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Cavabdeh 08 iyul 2010-cu il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə X23 ilə ailə qurmuşdur. Cavabdehin Vüsal Musayevlə birgə nikahından 31 oktyabr 2011-ci il tarixdə Məhəmmədsəid adlı oğulları doğulmuşdur. Vüsal Musayev və atası X1 idarə etdiyi minik avtomobilii ilə 01 dekabr 2012-ci il tarixdə Bakı şəhərindən Göyçay rayonuna gələrkən Kürdəmir rayonu ərazisində avtomobil qəzası nəticəsində hadisə yerində həlak olmuşlar. X5 vəfat edərkən ondan ünvan 4 ünvanında fərdi yaşayış evi və Şərqiyyə Musayeva ilə birgə nikah dövründə aldığı ünvan 2 saylı ünvanda mənzil miras qalmışdır. X16 üzrə birinci növbə vərəsələri aşağıdakı şəxslərdir: 1. arvadı X17 2. X12 3. oğlu İddiaçı 4. qızı X22. Cavabdeh qanun üzrə birinci növbə vərəsə X20 ölümündən sonra miras qoyanın digər qanun üzrə birinci növbə vərəsələr ilə birlikdə mirasa faktiki sahiblənmiş və 03 oktyabr 2016cı il tarixə kimi azyaşlı oğlu ilə birlikdə miras evdə yaşamışdır. Cavabdeh, miras qoyanın qızı Güney Musayeva ona qardaşı İddiaçı qazancı ilə dolandığını dəfələrlə bildirib psixoloji təsir etdiyindən mərhum ərinin ailəsi ilə birlikdə yaşaya bilməmiş və 2016-cı ildə miras evi tərk etməyə məcbur olmuşdur. Miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Göyçay rayon Notariat Ofisinə müraciət edərkən qanun üzrə birinci növbə vərəsələr mirasın bölüşdürülməsi üçün notariat orqanına gəlməmişlər və notarius cavabdehə eyni tələblə məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Bu səbəbdən də cavabdeh miras payının tanınması tələbinə dair iddia ilə 13 oktyabr 2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsinə müraciət edərək X5ndan miras qalmış, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə cavabdehin və 1/8 hissəsinə 31 oktyabr 2011-ci il tarixdə doğulmuş oğlu X6, Göyçay şəhəri Atatürk küçəsi bina 12-də yerləşən 31 saylı mənzilin1/16 hissəsinə cavabdehin və 1/16 hissəsinə 31 oktyabr 2011-ci il tarixdə doğulmuş oğlu X6 miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş üzrə 04 dekabr 2023-cü il tarixdə hazırlıq iclası keçirilərkən cavabdehin nümayəndəsinə məlum olmuşdur ki, İddiaçı mirasda tam payın tanınması haqqında iddia tələbinə 15 mart 2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsində baxılaraq iddiası təmin olunmuşdur. Cavabdeh azyaşlı oğlu ilə birlikdə 03 oktyabr 2016-cı il tarixdən Göyçay rayonunun Ləkçıplaq kəndində yaşadığı halda İddiaçı cavabdehin faktiki yaşadığı ünvanı məhkəmədən gizlətmiş, öz yaşadığı ünvana cavabdehin adına göndərilən bildirişləri və qətnaməni özü imza edib almışdır. Cavabdehin nə məhkəmə iclaslarının vaxtından, nə də qəbul edilmiş məhkəmə qətnaməsi barədə məlumatı olmuşdır. Qeyd edilən qətnamənin cavabdehə təqdim edilməsi üçün ərizə ilə 06 dekabr 2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsinə müraciət edilmiş və qətnamənin surəti cavabdehə poçt vasitəsi ilə 12 dekabr 2023-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə cavabdehin mərhum əri Vüsal Musayevin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyündən onun vərəsəsi kimi cavabdehin miras əmlakdan payı qanun üzrə vərəsələr üçün müəyyən edilmiş qaydalara riayət etməklə qəbul etməyini təsdiq edən sübut təqdim etmədiyini göstərir. Halbuki cavabdeh azyaşlı oğlu ilə birlikdə 03 oktyabr 2016-cı il tarixə kimi X5ndan miras qalmış, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində faktiki yaşamış, miras əmlaka sahiblənməklə mirası faktiki qəbul etmişdir. Lakin cavabdehə ünvanlanmış məhkəmə bildirişləri qeydiyyatda olduğu miras evin ünvanına göndərildiyi və həmin bildirişləri iddiaçı poçt xəbərnaməsinə imza edib götürdüyü üçün cavabdehin məhkəmə prosesləri barədə məlumatı olmamışdır. Göründüyü kimi cavabdeh mirasın bir hissəsinə faktiki sahiblik etdiyi üçün mirasın hazırkı iş üzrə iddianın predmeti olan hissəsini, yəni Göyçay şəhəri, Atatürk küçəsi bina 12-də yerləşən 31 saylı mənzili də qəbul etmiş sayılır. Məhkəmə mirasın iddiaçı tərəfindən qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsini tətbiq etmişdir. Lakin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə guya cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunduğunu göstərərək məhkəməyə cavabdehin adından göndərilmiş teleqrama onun izahatı kimi qiymət vermişdir. Halbuki iş materiallarında olan poçt xəbərnamələrindən görünür ki, cavabdehin adına olan bütün məhkəmə bildirişləri faktiki yaşadığı ünvana deyil, qeydiyyatda olduğu, iddiaçının və ailə üzvlərinin yaşadıqları ünvan 4 ünvanına göndərilmiş və həmin bildirişlər iddiaçının özü tərəfindən imzalanaraq götürülmüşdür. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 fevral 2020-ci il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Məhkəmə tərəfindən işin araşdırılmış və mübahisələndirilməyən hallarından müəyyən edilmişdir ki, X14(miras qoyan) ilə X19 29 avqust 1979-cu ildə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar və onların birgə nikahından üç övladı- Tural, Güney və Vüsal doğulmuşdur. Birgə nikahları dövründə, yəni 31 avqust 2007-ci ildə miras qoyan ünvan 1 ünvanda yerləşən, iki otaqdan ibarət ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan mənzili almışdır. Həmin mənzil miras qoyanın adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır. Miras qoyanın X12 ilə hazırki iş üzrə Cavabdeh xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar və birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Məhəmmədsəid adlı uşaqları doğulmuşdur. Miras qoyan ilə X12 01 dekabr 2012-ci ildə avtomobil qəzası nəticəsində vəfat etmişlər və “qeydiyyat kitabında” hər ikisinin ölüm saatı 20:30 kimi qeyd olunmuşdur. Məhkəmə ilk öncə onu qeyd edir ki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanda yerləşən, iki otaqdan ibarət ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan mənzili bütöv əmlak kimi miras əmlak olaraq qəbul etməkdə səhv nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu və işin mübahiələndirilməyən halı kimi müəyyən olunmuşdur ki, sözügedən mənzil miras qoyanın Şərqiyyə Musayeva ilə birgə nikahı dövründə alınmışdır. Bununla da müəyyən olunur ki, miras əmlak sözügedən mənzilin 1/2 hissəsidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh miras əmlakı qanunla müəyyən edilmiş müddətlər daxilində qəbul etmədiyindən onun, habelə miras qoyanın X7 və qızı X22 miras əmlakı qəbul etməmələri barədə ərizə verdiklərindən sonuncuların payları mirası faktiki qəbul etmiş İddiaçı payına əlavə edilməli, miras əmlakda iddiaçının tam həcmdə payı müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik və mülkiyyət hüquqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.” “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. İş materiallarından görünür ki, miras qoyanın qızı X22(onun əvəzinə etibarnamə üzrə nümayəndə olan iddiaçı) xx.xx.2023-cü ildə, miras qoyanın X7 isə 02 mart 2023-cü ildə ərizə ilə notariusa müraciət edərək miras əmlakdan imtina etdiklərini bildirmişlər. Beləliklə müəyyən olunur ki, mirasdan imtina qanunla müəyyən olunmuş müddətdə olmamışdır. Yəni miras əmlak xx.xx.2012-ci ildə açılmasına baxmayaraq mirasdan imtina 2023-cü ildə həyata keçirilmişdir. Buna görə də, Məhkəmə hesab edir ki, vərəsələrin mirasdan imtinası qanuni və əsaslı hesab edilə bilməz. İş materialları ilə o da müəyyən olunur ki, miras qoyanın oğlu olan Vüsal Musayev onunla eyni gündə və eyni saatda vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. Göründüyü kimi miras qoyan və onun oğlu olan Vüsal Musayev eyni anda ölmüş şəxslər olduğundan hazırki mübahisədə irsi transmissiyanın tətbiqi istisna olunur. Lakin Mülki Məcəllənin 1159-cu maddəsinin tələblərinə görə, ölənin uşaqları onun birinci növbədə vərəsələri sayılır(maddə 1159.1.1). Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar(maddə 1159.1.3). Yuxarıda qeyd olunan normanın tələbindən çıxış edən Məhkəmə qeyd edir ki, mərhum Vüsal Musayevin cavabdehlə birgə nikahında doğulmuş uşağı, xx.xx.2011-ci il təvəllüdlü X6 miras əmlakdan ölmüş valideyni Vüsal Musayevə çatası paydan bərabər miras almaq hüququ yaranmışdır. Beləliklə də, hazırki apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilin X8 miras qalmış 1/2 hissəsinə X7nın, övladları İddiaçı, X15 və X6(ölmüş valideyni Vüsal Musayeva çatası pay üzrə) bərabər şəkildə payları müəyyən edilməlidir. Buna baxmayaraq, Rayon Məhkəməsi iddia tələbini tam təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətin dəlilləri qismən əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “miras əmlaka tam həcmdə payının müəyyən edilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilsin. Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilin X8 miras qalmış 1/2 hissəsinə X11, İddiaçı, X15 və X6 hər birinin 1/4 miras payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar