Məhkəmə qərarları › İş №2(107)-452/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-452/2022

01.03.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-452/2022 01.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin Qəbələ Ərazi idarəsinə, Qəbələ rayon Vəndam bələdiyyəsinə, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi və çıxarışların ləğvi” tələbi üzrə (Açar sözlər: hərracın,alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin Qəbələ Ərazi idarəsinə, Qəbələ rayon Vəndam bələdiyyəsinə, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi və çıxarışların ləğvi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(025)- 1846/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş;

1. Cavabdeh4 05 iyul 2021-ci il tarixli, 13 nömrəli iclas Protokolundan görünür ki, İddiaçı 07.06.2021-ci il tarixli 196-Q saylı təklif məktubunda göstərilən qərarların ləğv edilməsi, qərarın surəti İddiaçınə göndərilməsi qərara alınmışdır. 2.Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə-581 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 30 iyun 2021-ci il tarixli müqaviləsinin surətindən görünür ki, satıcı Qəbələ rayonunun Vəndam Bələdiyyəsi Cavabdeh4 18.01.2020-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun qərarına əsasən bələdiyyə sədri xx.xx.1959-cu il təvəllüdlü Nümayəndə4 Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,065 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh6 2216 manat 00 qəpiyə satmışdır.

3. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********79 reyestr nömrəli Çıxаrışın surətinə görə Qəbələ rayonu, Vəndam qəsəbəsində 0,065 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində 207 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. 4.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı, 012754 nömrəli şəhadətnamənin surətindən görünür ki, Orucov X11 rayon Vəndam bələdiyyəsinin dövlətin mülkiyyətində olan 650 kv.metr və ya 0,065 ha olan torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17 iyun 2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin, hərracının qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində, hərracında 2216 (iki min iki yüz on altı) manat satılmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Hərracların Təşkili və X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticəsi barədə 17 iyun 2021-ci il iclasının 17 iyun 2021-ci il tarixli 056 nömrəli protokolundan görünür ki, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin iştirakı ilə komissiyanın iclasında açılmış, müsabiqədə 2216 (iki min iki yüz on altı) manat ən yüksək təklif vermiş Cavabdeh6 Bakı ş, Binəqədi r/y, M.Ə.Rəsulzadə qəs, M.Məmmədxan küçəsi ev 7/5 eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərinin yerinə yetirilməsinə öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. 6.Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə-581 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 30 iyun 2021-ci il tarixli müqaviləsinin surətindən görünür ki, satıcı Qəbələ rayonunun Vəndam Bələdiyyəsi Cavabdeh4 18.01.2020-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun qərarına əsasən bələdiyyə sədri xx.xx.1959-cu il təvəllüdlü Nümayəndə4 Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,038 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh7 1296 manat 00 qəpiyə satmışdır. 7.Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 iyul 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli Çıxаrışın surətinə görə Qəbələ rayonu, Vəndam qəsəbəsində 0,038 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində 207 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. 8.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı, 012755 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh7 Qəbələ rayon Vəndam bələdiyyəsinin dövlətin mülkiyyətində olan 380 kv.metr və ya 0,038 ha olan torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17 iyun 2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin, hərracının qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində, hərracında 1296,0 (bir min iki yüz doxsan altı) manat satılmışdır. 9.Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Hərracların Təşkili və X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticəsi barədə 17 iyun 2021-ci il iclasının 17 iyun 2021-ci il tarixli 057 nömrəli protokolundan görünür ki, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin iştirakı ilə komissiyanın iclasında açılmış, müsabiqədə 1296 (bir min iki yüz doxsan altı) manat ən yüksək təklif vermiş Cavabdeh7, Bakı ş. Xətai r/y Sarayeva küçəsi, ev 18, mənzil-217 eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərinin yerinə yetirilməsinə öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. 10.Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə-570 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 25 iyun 2021-ci il tarixli müqaviləsinin surətindən görünür ki, satıcı Qəbələ rayonunun Vəndam Bələdiyyəsi Cavabdeh4 18.01.2020-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun qərarına əsasən bələdiyyə sədri xx.xx.1959-cu il təvəllüdlü Nümayəndə4 Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh5 685 manat 00 qəpiyə satmışdır. 11.Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 iyul 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Çıxаrışın surətinə görə Qəbələ rayonu, Vəndam qəsəbəsində 0,02 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 207 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. 12.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı, 012756 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 Qəbələ rayon Vəndam bələdiyyəsinin dövlətin mülkiyyətində olan 200 kv.metr və ya 0,02 ha olan torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17 iyun 2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin, hərracının qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində, hərracında 685,0 (altı yüz səksən beş) manata satılmışdır.

13. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Hərracların Təşkili və X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticəsi barədə 17 iyun 2021-ci il iclasının 17 iyun 2021-ci il tarixli 058 nömrəli protokolundan görünür ki, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin iştirakı ilə komissiyanın iclasında açılmış, müsabiqədə 685 (altı yüz səksən beş) manat ən yüksək təklif vermiş Cavabdeh5 Gədəbəy rayonu, Şahdağ kəndi eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərinin yerinə yetirilməsinə öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. 14.İddiaçı rəisi Abdulla Yusifov tərəfindən Qəbələ rayon Vəndam bələdiyyəsinə ünvanlanmış 07.06.2021-ci il tarixli məktubdan görünür ki, hazırkı məktubun 5 iş günündən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə çıxarılaraq Vəndam bələdiyyəsinin 21 aprel 2021-ci il tarixli 09 nömrəli iclasının gündəliyində olan 2-ci və 3-cü məsələlər üzrə qəbul edilmiş qərarların (8 qərarın) ləğv edilməsi tapşırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin Qəbələ ərazi idarəsinə, Qəbələ rayon Vəndam bələdiyyəsinə, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı “alqı- satqı müqavilələrinin ləğv edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17.06.2021-ci il tarixdə keçirilmiş müsabiqənin 0,02 ha, 0,038 ha və 0,065 ha ölçüdə torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı hissəsində hüquqi nəticələrinin ləğv edilməsi, müsabiqənin qalibləri olmuş Cavabdeh5 verilmiş 012756 nömrəli, Cavabdeh7 verilmiş 012755 nömrəli və Cavabdeh6 verilmiş 012754 nömrəli şəhadətnamələrin ləğv edilməsi, Cavabdeh5 0,02 ha torpaq sahəsinin satılması barədə Qəbələ regional Asan Xidmət Mərkəzinin notariat ofisində 25.06.2021-ci il tarixdə Vəndam bələdiyyəsi ilə alıcının etibarnamə əsasında nümayəndəsi X1 ilə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (AN-İ № 0945572); Cavabdeh7 0,038 ha torpaq sahəsinin satılması barədə Qəbələ regional Asan Xidmət Mərkəzinin notariat ofisində 30.06.2021-ci il tarixdə Vəndam bələdiyyəsi ilə alıcının etibarnamə əsasında nümayəndəsi Nümayəndə5 ilə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (AN-İ № 0945582) və Cavabdeh6 0,065 ha torpaq sahəsinin satılması barədə Qəbələ regional Asan Xidmət Mərkəzinin notariat ofisində 30.06.2021-ci il tarixdə Vəndam bələdiyyəsi ilə alıcının etibarnamə əsasında nümayəndəsi X6 ilə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (AN-İ № 0945583) ləğv edilməsi, satılan torpaq sahəsi üzərində alıcılar Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 mülkiyyət hüquqları qeydiyyata alındığı təqdirdə müvafiq olaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 21.04.2021-ci il tarixli 09 nömrəli iclasında 0,02, 0,038, 0,065 ha torpaq sahələrinin həyətyanı məqsədilə satılması üçün müsabiqəyə çıxarılması, müsabiqədə torpaq sahələrinin hər 100 kv.metri üçün ilkin qiyməti 310 manat müəyyən edilməsi barədə qərarlar qəbul edilmişdir. Həmin qərarlar əsas olan sənədlər inzibati nəzarət qaydasında baxılarkən aydın olmuşdur ki, sözügedən torpaq sahələrinin qiyməti müəyyən edilərkən bazar məzənnəsi nəzərə alınmamışdır. Belə ki, qərarlara inzibati nəzarət qaydasında baxılarkən aydın olmuşdur ki, sözügedən torpaq sahələrinin qiyməti müəyyən edilərkən bazar məzənnəsi nəzərə alınmamışdır. Belə ki, qərarlara inzibati nəzarət qaydasında baxılarkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın DƏDRX-nin Qəbələ ərazi idarəsinə sorğu edilmişdir. Sorğularına dair təqdim edilmiş məlumatda torpaqların orta bazar dəyərinin Vəndam kəndi üzrə hər 0,01 ha üçün 1500 manat təşkil etdiyi göstərilir. Torpağın hər 0,01 ha üçün bələdiyyə tərəfindən müəyyənləşdirilmiş qiyməti, yəni 310 manat bazar dəyərindən (yəni 1500 manatdan) aşağı olduğu üçün tərəflərindən bələdiyyənin qeyd olunan qərarlarının ləğv edilməsi barədə Vəndam bələdiyyəsinə 196-Q saylı, 07.06.2021-ci il tarixli təklif məktubu göndərilmişdir. Həmin təklif məktubu bələdiyyənin 05.07.2021-ci il tarixli 13 saylı iclasında müzakirə edilərək təmin edilmişdir. Bundan əlavə təqdim edilən sənədlərdən də aydın olur ki, ƏMDK yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17.06.2021-ci il tarixdə müsabiqə keçirilmiş və 0,02 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müsabiqənin qalibi olmuş Cavabdeh5 012756 nömrəli; 0,038 ha torpaq sahəsinin mülkiyyət verilməsi ilə bağlı müsabiqənin qalibi olmuş Cavabdeh7 012755 nömrəli və 0,065 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müsabiqənin qalibi olmuş Cavabdeh6 012754 nömrəli şəhadətnamələr verilmişdir. Daha sonra isə Qəbələ regional Asan Xidmət Mərkəzinin notariat ofisində 25.06.2021-ci il və 30.06.2021-ci il tarixlərdə Vəndam bələdiyyəsi ilə alıcılar arasında daşınmaz əmlakın alqısatqı müqavilələri (AN-İ № 0945572, AN-İ № 0945582, AN-İ № 0945583) bağlanmışdır. Vəndam bələdiyyəsinin müsabiqənin keçirilməsi və alqı-satqı edilməsinə əsas olan 21.04.2021-ci il tarixli 09 nömrəli iclasında qəbul edilmiş qərarlar inzibati nəzarət orqanının təklifi əsasında bələdiyyənin 05.07.2021-ci il tarixli 13 nömrəli iclasın qərarları ilə ləğv edildiyindən və belə bir qərarın hüquqi qüvvəsi olmadığından həmin qərarın hüquqi nəticələri, yəni müsabiqənin nəticələri və bağlanmış alqı-satqı müqavilələri də ləğv edilməlidir. Vəndam bələdiyyəsinin məktubuna əsasən bələdiyyənin ləğv edilmiş qərarının hüquqi nəticələrinin də ləğv edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun İddiaçı tərəfindən həyata keçirilməsinə etiraz edilməmişdir. 17.Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 16 dekabr 2021-ci il tarixli, 2(025)- 1846/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh4 21 aprel 2021-ci il tarixli, 09 nömrəli iclas Protokoluna əsasən Vəndam bələdiyyəsinin alqı-satqı predmeti olan yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid 0,02 ha, 0,038 ha və 0,065 ha torpaq sahələri fərdi yaşayış evi tikmək məqsədilə satılması üçün hərraca çıxarılması, müsabiqədə torpaq sahələrinin hər 100 kv metri üçün ilkin qiyməti 310 (üz yüz on) manat müəyyən edilməsi, müsabiqənin keçirilməsi məqsədilə bələdiyyə ilə Hərracların Təşkili üzrə X4 ərazi torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanması, mülkiyyət hüququ ilə müsabiqəyə çıxarılan torpaqlar barədə əhalinin elanlar vasitəsi ilə məlumatlandırılmasının təmin edilməsi qərara alınmışdır. Hərracların Təşkili və X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticəsi barədə 17 iyun 2021-ci il iclasının 17 iyun 2021-ci il tarixli 056 nömrəli protokoluna əsasən Qəbələ rayon Vəndam bələdiyyəsinin dövlətin mülkiyyətində olan 650 kv.metr torpaq sahəsi ilə bağlı müsabiqədə 2216 (iki min iki yüz on altı) manat ən yüksək təklif vermiş Cavabdeh6 müsabiqənin qalibi hesab olunmuş, buna müvafiq olaraq isə ona AM seriyalı, 012754 nömrəli şəhadətnamə verilmişdir. Hərracların Təşkili və X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticəsi barədə 17 iyun 2021-ci il iclasının 17 iyun 2021-ci il tarixli 057 nömrəli protokoluna əsasən Qəbələ rayon Vəndam bələdiyyəsinin dövlətin mülkiyyətində olan 380 kv.metr torpaq sahəsi ilə bağlı müsabiqədə 1296 (bir min iki yüz doxsan altı) manat ən yüksək təklif vermiş Cavabdeh7 müsabiqənin qalibi hesab olunmuş, buna müvafiq olaraq isə ona AM seriyalı, 012755 nömrəli nömrəli şəhadətnamə verilmişdir. Hərracların Təşkili və X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticəsi barədə 17 iyun 2021-ci il iclasının 17 iyun 2021-ci il tarixli 058 nömrəli protokoluna əsasən Qəbələ rayon Vəndam bələdiyyəsinin dövlətin mülkiyyətində olan 200 kv.metr torpaq sahəsi ilə bağlı müsabiqədə 685 (altı yüz səksən beş) manat ən yüksək təklif vermiş Cavabdeh5 müsabiqənin qalibi hesab olunmuş, buna müvafiq olaraq isə ona AM seriyalı, 012756 nömrəli nömrəli şəhadətnamə verilmişdir. Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə- 581 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqısına dair 30 iyun 2021-ci il tarixli müqaviləsinə əsasən satıcı Qəbələ rayonunun Vəndam Bələdiyyəsi Cavabdeh4 18.01.2020-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun qərarına əsasən bələdiyyə sədri xx.xx.1959-cu il təvəllüdlü Nümayəndə4 Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,065 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh6 2216 manat 00 qəpiyə satmışdır. Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə-581 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 30 iyun 2021-ci il tarixli müqaviləyə əsasən satıcı Qəbələ rayonunun Vəndam Bələdiyyəsi Cavabdeh4 18.01.2020-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun qərarına əsasən bələdiyyə sədri xx.xx.1959-cu il təvəllüdlü Nümayəndə4 Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,038 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh7 1296 manat 00 qəpiyə satmışdır. Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə-570 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 25 iyun 2021-ci il tarixli müqaviləyə əsasən satıcı Qəbələ rayonunun Vəndam Bələdiyyəsi Cavabdeh4 18.01.2020-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun qərarına əsasən bələdiyyə sədri xx.xx.1959-cu il təvəllüdlü Nümayəndə4 Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh5 685 manat 00 qəpiyə satmışdır. Sözügedən alqı-satqı müqavilələrinə əsasən Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən alqı-satqı müqavilələri ilə mülkiyyətlərinə verilmiş torpaq sahələrini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almışlar. İddiaçı isə Vəndam bələdiyyəsinin müsabiqənin keçirilməsi və alqı-satqı edilməsinə əsas olan 21.04.2021-ci il tarixli 09 nömrəli iclasında qəbul edilmiş qərarların inzibati nəzarət orqanının təklifi əsasında bələdiyyənin 05.07.2021-ci il tarixli 13 nömrəli iclasın qərarları ilə ləğv edildiyindən və belə bir qərarın hüquqi qüvvəsi olmadığından həmin qərarın hüquqi nəticələri, yəni müsabiqənin nəticələri və bağlanmış alqısatqı müqavilələrinin də ləğv edilməməsini xahiş edir. Cavabdehlər isə, o cümlədən Bələdiyyənin nümayəndəsi göstərilən halları qəbul etmir və iddia tələbinin təmin edilməməsini xahiş edirlər.

19. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Vəndam bələdiyyəsinin məktubuna əsasən bələdiyyənin ləğv edilmiş qərarının hüquqi nəticələrinin də ləğv edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun İddiaçı tərəfindən həyata keçirilməsinə etiraz edilmədiyini (tələbin güzəşti qaydasında) bildirmiş və bu əsasla məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Göründüyü kimi qanunda tələbin güzəştinin hansı hallarda mümkün olması konkret olaraq göstərilmişdir ki, hazırkı iddia tələbi üzrə tələbin güzəştinə yol verilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin hüququn ötürülməsi barədə Vəndam Bələdiyyəsinin ümumi yığıncağının hər hansı bir qərarı olmamışdır. “Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən isə bələdiyyə sədrinin bələdiyyəyə aid hüququ hər hansı bir məktubla (məlumatla) digər şəxslərə ötürə bilməsi nəzərdə tutulmamışdır

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitisiyasının 13, 29, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın, X10 Qanunun, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1, 27.2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamənin 7-ci bəndinə, MM-nin 194, 421-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri 21.Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun tələblərinə görə bələdiyyə qərarları subardinasiya qaydasında deyil, Azərbaycan Respublikası Konstitusiyasına,“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir . Bələdiyyə nümayəndəsinin torpaqlar bazar qiymətinə uyğun satılacağı halda əhalinin aztəminatlı təbəqələrinin fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almaq imkanının məhdudlaşdırılması barədə qeyd etdiyi absurddur, əsaslı deyildir. Hamıya məlumdur ki, bu gün Vəndam qəsəbəsində torpağın bir sotunun qiyməti yerindən asılı olaraq 1500-5000 manat arasında dəyişir. Mübahisələndirilən hər 3 torpaq sahəsinin aztəminatlı ailələr tərəfindən deyil, imkanlı insanlar tərəfindən alınması barədə məlumatlar mövcuddur. Məhkəmə iclasında DaşınmazƏmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin nümayəndəsi bildirmişdir ki, İddiaçı həmin vaxt qeyd olunan qərarların qanunvericiliyin tələblərinə uyğunluğu barədə və torpaq sahələrinin torpaq satışı qiymətləri barədə tədbir görülməli idi. Yuxarıda qeyd olunduğu kimi qiymətin aşağı olması barədəidarənin təklifiVəndam bələdiyyəsi tərəfindən 2 dəfə 21.01.2021 və 06.2021-ci il tarixlərdə ləğv olunmuşdur. Daha sonra nümayəndə bildirir ki, idarə tərəfindən torpaq sahəsinin 0.01 ha 1500 manat qiymət qoyulması nisbidir və bu həmin torpaq sahəsində meyvə ağaclarının sayından, məhsuldarlığından və torpaq sahəsinin abadlaşdırılmasından və s. amillərdən asılıdır. 9 saylı ərazi idarəsi tərəfindən qiymətlə əlaqədar 26.05.2021-ci il tarixdə sorğumuza əsasən verilmiş cavabda isə qiymətin nisbi olması göstərilməmiş, qəti olaraq bildirmişdir ki, Qəbələ rayonu Vəndam qəsəbəsində həyətyanı məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahələrinin 0.01 hektarının orta bazar qiyməti 1500 manatdır. Göründüyü kimi bələdiyyə torpaqlarının satılmasının əsasını bələdiyyə qərarları təşkil edir. Bələdiyyə torpaqlarının satılması ilə əlaqədar qərarlar ləğv edildiyi halda, yuxarıda qeyd olunan torpaq sahələri üzrə müsabiqəninn nəticələrinin, daşınmaz əmlakın alqı – satqı müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrdən çıxarışların qüvvədə qalması əsaslı sayıla bilməz. Daha sonra məhkəmə regional ədliyyə idarəsinin qeyd olunanlarla əlaqədar iddia vermək hüququnun olmadığını qeyd edərək bildirmişdir. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1846/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 24.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X12 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, qanunun tələblərinə görə bələdiyyə qərarları Azərbaycan Respublikası Konstitusiyasına, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Bələdiyyə nümayəndəsinin torpaqlar bazar qiymətinə uyğun satılacağı halda əhalinin aztəminatlı təbəqələrinin fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almaq imkanının məhdudlaşdırılması barədə qeyd etdiyi absurddur, əsaslı deyildir. Hamıya məlumdur ki, bu gün Vəndam qəsəbəsində torpağın bir sotunun qiyməti yerindən asılı olaraq 1500 manat civarında dəyişir. Qiymətin aşağı olması barədə idarənin təklifi Vəndam bələdiyyəsi tərəfindən 2 dəfə 21.01.2021 və 07.06.2021-ci il tarixlərdə ləğv olunmuşdur. Göründüyü kimi bələdiyyə torpaqlarının satılmasının əsasını bələdiyyə qərarları təşkil edir. Bələdiyyə torpaqlarının satılması ilə əlaqədar qərarlar ləğv edildiyi halda, yuxarıda qeyd olunan torpaq sahələri üzrə müsabiqənin nəticələrinin, daşınmaz əmlakın alqı – satqı müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrdən çıxarışların qüvvədə qalması əsaslı sayıla bilməz. Daha sonra məhkəmə regional ədliyyə idarəsinin qeyd olunanlarla əlaqədar iddia vermək hüququnun olmadığını qeyd edərək bildirmişdir. Hansı ki, bu kimi hallarda qanunun analogiyasından istifadə edilməklə, iddia təmin oluna bilərdi. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. İddiaçının nümayəndəsi sonda qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1846/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh tərəf (onların nümayəndəsi) səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. 26.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

27.Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Maddə 71. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) -324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllənin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (Mülki Məcəllənin 421-ci maddəsi). Qanunvericiliyin tələbinə görə müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin əsasları Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Göründüyü kimi tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu halda xüsusilə qeyd edilməlidir ki, müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsi nəticəsində yaranmış hüquqi nəticələr tərəflərin mənafelərini pozarsa, pozulmuş hüquqlar bərpa edilməlidir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (MM-nin 423-cü maddəsi). - 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 30.Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(025)- 1846/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 31.Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.

32. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(025)- 1846/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(025)-1846/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.

36. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh4 21 aprel 2021-ci il tarixli, 09 nömrəli iclas Protokoluna əsasən Vəndam bələdiyyəsinin alqı-satqı predmeti olan yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid 0,02 ha, 0,038 ha və 0,065 ha torpaq sahələri fərdi yaşayış evi tikmək məqsədilə satılması üçün hərraca çıxarılmış, müsabiqədə torpaq sahələrinin hər 100 kv metri üçün ilkin qiyməti 310 (üz yüz on) manat müəyyən edilməsi, müsabiqənin keçirilməsi məqsədilə bələdiyyə ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X4 ərazi torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanması, mülkiyyət hüququ ilə müsabiqəyə çıxarılan torpaqlar barədə əhalinin elanlar vasitəsi ilə məlumatlandırılmasının təmin edilməsi qərara alınmışdır. 37.Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili və X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticəsi barədə 17 iyun 2021-ci il iclasının 17 iyun 2021-ci il tarixli 056 nömrəli protokoluna əsasən Qəbələ rayon Vəndam bələdiyyəsinin dövlətin mülkiyyətində olan 650 kv.metr olan torpaq sahəsi ilə bağlı müsabiqədə 2216 (iki min iki yüz on altı) manat ən yüksək təklif vermiş Cavabdeh6 müsabiqənin qalibi hesab olunmuş, buna müvafiq olaraq isə ona AM seriyalı, 012754 nömrəli şəhadətnamə verilmişdir. 38.Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili və X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticəsi barədə 17 iyun 2021-ci il iclasının 17 iyun 2021-ci il tarixli 057 nömrəli protokoluna əsasən Qəbələ rayon Vəndam bələdiyyəsinin dövlətin mülkiyyətində olan 380 kv.metr olan torpaq sahəsi ilə bağlı müsabiqədə 1296 (bir min iki yüz doxsan altı) manat ən yüksək təklif vermiş Cavabdeh7 müsabiqənin qalibi hesab olunmuş, buna müvafiq olaraq sonuncuya AM seriyalı, 012755 nömrəli nömrəli şəhadətnamə verilmişdir.

39. Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili və X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticəsi barədə 17 iyun 2021-ci il iclasının 17 iyun 2021-ci il tarixli 058 nömrəli protokoluna əsasən Qəbələ rayon Vəndam bələdiyyəsinin dövlətin mülkiyyətində olan 200 kv.metr və ya 0,02 ha olan torpaq sahəsi ilə bağlı müsabiqədə 685 (altı yüz səksən beş) manat ən yüksək təklif vermiş Cavabdeh5 müsabiqənin qalibi hesab olunmuş, buna müvafiq olaraq sonuncuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların AM seriyalı, 012756 nömrəli nömrəli şəhadətnamə verilmişdir.

40. Cavabdeh4 05 iyul 2021-ci il tarixli, 13 nömrəli iclas Protokoluna əsasən İddiaçı 07.06.2021-ci il tarixli 196-Q saylı təklif məktubunda göstərilən qərarların ləğv edilməsi, qərarın surəti İddiaçınə göndərilməsi qərara alınmışdır. 41.Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə-581 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 30 iyun 2021-ci il tarixli müqaviləsinə əsasən satıcı Qəbələ rayonunun Vəndam Bələdiyyəsi Cavabdeh4 18.01.2020-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun qərarına əsasən bələdiyyə sədri Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on (lar)a məxsus hissəsindən ümumi sahəsi 0,065 ha olan hissəni alıcı Cavabdeh6 2216 manata, 0,038 ha olan hissəni alıcı Cavabdeh7 1296 manata, 0,02 ha olan hissəni isə alıcı Cavabdeh5 685 manata satmışdır. Sözügedən alqı-satqı müqavilələrinə əsasən alıcıların adına mülkiyyət hüququnu təsdiq edən sənəd (Çıxarış) verilmişdir.

42. İddiaçı isə Vəndam bələdiyyəsinin müsabiqənin keçirilməsi və alqı-satqı edilməsinə əsas olan 21.04.2021-ci il tarixli 09 nömrəli iclasında qəbul edilmiş qərarların inzibati nəzarət orqanının təklifi əsasında bələdiyyənin 05.07.2021-ci il tarixli 13 nömrəli iclasın qərarları ilə ləğv edildiyindən və belə bir qərarın hüquqi qüvvəsi olmadığından həmin qərarın hüquqi nəticələri, yəni müsabiqənin nəticələri və bağlanmış alqı-satqı müqavilələrinin də ləğv edilməməsini xahiş edir. Cavabdehlər, o cümlədən Bələdiyyənin nümayəndəsi birinci instansiya məhkəməsinin icraatı zamanı göstərilən halları qəbul etməmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. (müvafiq iclas protokolları).

43. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd etməyi vacib bilir ki, ilk növbədə apellyator-İddiaçı apellyasiya şikayətinin dəlillərinə, xüsusən də Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilə tərəfi olmadığı müqaviləni ləğv etmək hüququnun olmaması ilə bağlı iş üçün mühüm əhəmiyyət kəsb edən dəlilinə qiymət verilməlidir.

44. Nəzərə alınmalıdır ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

45. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin icraatı nəticəsində qəbul etdiyi qərarında iddiaçının bağlanmış müqavilənin şərtlərinin, eləcə də hazırkı tələbi irəli sürməyə səlahiyyətli olub-olmaması, belə tələbin qanuni sahibin iradəsinə uyğun olubolmaması ilə bağlı dəyərləndirmə aparmalıdır. Birinci instansiya məhkəməsi də yuxarıda qeyd olunan qaydada bu dəyərləndirməni aparmışdır.

46. Kollegiya Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarı baxımından qeyd edir ki, müqavilə tərəflərinin müqavilə üzrə vicdanlılığına qiymət verməmişdən əvvəl iddiaçının ümumiyyətlə hazırki iddianı qaldırmaq üçün tələb olunan müvafiq subyektiv hüquqa malik olub-olmamasına qiymət verməlidir.

47. Yuxarıda qeyd edilən normaların məzmunundan da görünür ki, müqavilənin ləğv edilməsini müqavilə tərəfləri tələb edə bilər. İddiaçının ləğv edilməsini tələb etdiyi müqavilənin tərəfi olması işə mahiyyəti üzrə baxan biriinci və apellyasiya məhkəmələri tərəfindən müəyyən edilməyib.

48. Apellyasiya məhkəməsinin müəyyən etdiyi hallra görə iddiaçı müqavilə bağlamaq azadlığı olan mülki dövriyyənin subyekti, yəni satıcı Qəbələ rayon Vəndam bələdiyyəsi ilə alıcılar-cavabdehlər Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 arasında bağlanılmış alqısatqı müqavilələrinin ləğv edilməsi üçün subyektiv hüququ mövcud deyildir.

49. Belə ki, iddiaçı alqı-satqının predmeti olmuş mübahisəli torpaq sahəsinə dair mülkiyyət və ya digər əşya hüquqlarının olmasını təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının qeyd olunan torpaq sahəsi üzərində hər hansı hüququ olmamış və sözügedən torpaq sahələri Bələdiyyənin mülkiyyətində olmaqla, qanunvericiliyin tələblərinə riayət edilməklə müsabiqəyə çıxarılmış, sonda cavabdehlər keçirilmiş müsabiqənin qalibləri elan edilməklə mübahisəli torpaq sahəsini əvəzini ödəməklə almışlar.

50. Göründüyü kimi, işin müəyyən edilmiş halları Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna etmişdir. Bu baxımdan, işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

51. İddiaçının subyektiv hüququna qiymət verən kollegiya sonda bildirir ki, Mülki Məcəllənin müqavilələrin ləğvi və yaxud dəyişdirilməsi qaydasını tənzimləyən 421.2-ci maddəsinə əsasən müqavilələrin etibarsızlığı iddialarından fərqli olaraq müqavilənin ləğvi tələbini irəli sürmə hüququ yalnız həmin müqavilənin tərəflərinə məxsusdur. İşin mübahisələndirilməyən halından göründüyü kimi iddiaçı mübahisə predmeti olan alqı-satqı müqaviləsi üzrə tərəf olmadığından, hazırki iddianı qaldırmaq üçün subyektiv hüququn daşıyıcısı deyildir. 52.Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2021ci il tarixli, 2(025)- 1846/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. 53.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(025)-1846/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar