Məhkəmə qərarları › İş №2(107)-453/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-453/2024

29.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-453/2024 29.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(046)-780/2023 saylı qərardadından Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6000 manat dəyərində stenka mebel, 2 ədəd şfonerin, 2 ədəd servantın, 800 manat dəyərində 1 ədəd divan altı bazalının, 600 manat dəyərində 1 ədəd 2 nəfərlik taxtın, 200 manat dəyərində 1 ədəd güzgülü termonun, 300 manat dəyərində 16 metrəlik pərdənin və 6 ədəd karnizin, 100 manat dəyərində 1 ədəd 2 nəfərlik taxt yun döşəyinin, 150 manat dəyərində 1 ədəd iki nəfərlik taxt yun yorğanının, 60 manat dəyərində 3 ədəd - 20x3 ölçüdə yastığın, 200 manat dəyərində 1 ədəd lüstürün (çilçıraq), 400 manat dəyərində 4 ədəd (xrustal və bagema) su qrafinkasının, 30 manat dəyərində 12 ədəd iri, böyük stəkanın (xrustal), 30 manat dəyərində 12 ədəd stəkanın (xruslal) (kiçik armudu), 10 manat dəyərində 24 ədəd sadə stəkanın, 10 manat dəyərində 24 ədəd nəlbəkinin (sadə), 30 manat dəyərində 24 ədəd boşqabın ( sadə, böyük ), 20 manat dəyərində 24 ədəd kiçik boşqabın (sadə), 30 manat dəyərində 1 ədəd bagema bal qabının, 100 manat dəyərində 2 ədəd xurustal vazalar, 4 ədəd qənd qabları və çərəz qablarının, 30 manat dəyərində 6 ədəd xrustal şərab badəsinin, 30 manat dəyərində 6 ədəd sadə su badələri, bakalların, 50 manat dəyərində 4 ədəd qazan, tavanın (tefal dəstləri), 30 manat dəyərində 4 ədəd qazan dəstinin ( Rusiya istehsalı), 100 manat dəyərində Xırda əşyaların ( ət doğrayan limon taxtaları, xırda məişət ləvazimatları tam şəkildə: aşsüzən, qazanlar, tavalar, plastik qablar və s. ), 20 manat dəyərində 6 ədəd Kasa dəstinin, 30 manat dəyərində 3 ədəd tort qabının, padnos dəstlərinin, 500 manat dəyərində paltaryuyan maşının, 12 manat dəyərində 12 ədəd çay dəsmallarının, 20 manat dəyərində 6 ədəd süfrələrin, 30 manat dəyərində xrustalın (gül qoyan vazalar, yəni 1 ədəd böyük bagema güldan), 50 manat dəyərində 4 ədəd xrustal güldanın, 100 manat dəyərində 15 ədəd oyuncaqların (oyuncaq itlər və ayılar), 50 manat dəyərində 12 ədəd çəngəl, bıçaq, qaşıq dəstinin, 10 manat dəyərində sadə bıçaqların (oxlov, çömçə, aşsüzən), 50 manat dəyərində 5 ədəd böyük qazan və kiçik qazan dəstlərinin və 20 manat dəyərində 1 ədəd üç mərtəbə çərəz qabının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-780/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh əmlak tələbinə dair iddiası qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil xx.xx.2023-cü il tarixdə apelyasiya şikayəti vermiş, şikayət vermə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil ərizəsində tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-780/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili kimi prosessual müddət ərzində apellyasiya şikayəti vermiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)- 780/2023 saylı qərardadı ilə texniki səbəblər üzündən apellyasiya şikayəti düzgün verilmədiyindən şikayət geri qaytarılmışdır. Həmin qərardaddan Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, xx.xx.2023- cü il tarixdə apellyasiya şikayəti təmin olunmamışdır. Hal-hazırda apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsini rəhbər tutaraq hesab edir ki, müddət üzrlü səbəbdən buraxıldığından bərpa olunmalıdır. Ona görə də buraxılmış müddəti üzrlü sayıb, bərpa edib işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(046)-780/2023 saylı qərardadı ilə ərizənin təmin edilməməsi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil Göyçay Rayon Məhkəməsinin 2(046)-780/2023 saylı xx.xx.2023-ci tarixli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü iltarixli, 2(046)-780/2023 saylı qətnaməsindən prosessual müddət ərzində xx.xx.2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsinin e-mail elektron ünvanına apellyasiya şikayəti göndərilmiş, sonradan vəkil tərəfindən məhkəməyə ərizə göndərilərək elektron kabinetə yerləşdirilməsi xahiş olunmuşdur. Telefona gec cavab verildiyindən iş gününün axırında elektron kabinet vasitəsilə apellyasiya şikayəti yenidən göndərilmişdir. Lakin, Göyçay Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(046)-780/2023 saylı qərardadı ilə şikayəti geri göndərmişdir. Həmin qərardaddan şikayət verilmiş və texniki qüsurlar üzündən elektron kabinetdə problem yaranmışdır və Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin olunmamışdır. xx.xx.2023-cü il tarixdə tərəfindən verilmiş apellyasiya şikayəti və müddətin bərpası ilə bağlı ərizə Göyçay Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli qərardadı ilə bərpa olunmamışdır. Ona görə də məhkəməyə müraciət edərək hesab edir ki,müddət üzrlü səbəblərdən, yəni elektron kabinetdə baş vermiş problemlə əlaqədar buraxılmışdır, apellyasiya şikayəti vaxtında və prosessual müddət ərzində verilmişdir. Hesab edir ki, apellyasiya şikayəti tərəfindən vaxtında verilmişdir, lakin texniki səbəbllərə görə prosessual müddət buraxılmışdır. Ona görə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cüil tarixli, 2(046)-780/2023 saylı qərardadının tam ləğv edilməsini və müddətin bərpa edilməsi barədə yeni qərardadın çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2(046)-780/2023 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil Göyçay Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(046)-780/2023 saylı qərardadının ləğvi barədə şikayət ərizəsinin təmin edilməməsi, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə Göyçay Rayon Məhkəməsində keçirilən məhkəmə qərarının ləğv edilməsini, vəkilin hansısa kompyüter formatında şikayəti səhv göndərib arada o, ziyan çəkir. xx.xx.2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsində iddiaçi Rəhimə Eyvazova 13 il sonra ondan şikayət verir və heç bir sübut təqdim edilmədən hakim qərarı onun əleyhinə çıxarmışdır. Hesab edir ki ədalətsiz qərardır. İddiaçı məhkəməyə teleqram göndərərək Göyçay Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(046)-780/2023 saylı qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(046)-780/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-780/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh qeydiyyatda olduğu Göyçay şəhəri 50-ci məhəlləyə poçt vasitəsi göndərilmiş, lakin Cavabdeh həmin ünvanda yaşamadığından poçt zərfi xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Bundan sonra Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.02023-cü il tarixli 2(046)-780/2023 nömrəli qətnaməsinin ona təqdim edilməsi üçün Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, sözügedən qətnamə xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə Cavabdeh təqdim edilmişdir. Həmin qətnamədən Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil tərəfindən xx.xx.2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti forma və məzmuna riayət edilmədən verildiyindən, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən apellyasiya şikayəti geri qaytarılmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından xx.xx.2023-cü il tarixdə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən Göyçay rayon Məhkəməsinə şikayət verilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh ərizəsində göstərdiyi xüsusiyyətlər buraxılmış müddətin bərpası üçün üzrlü səbəb kimi qiymətləndirilə və həmin qətnamədən şikayətvermə müddətinin bərpası üçün əsas ola bilməz. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh qətnamədə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti üzürsüz səbəbdən buraxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki və ya inzibati prosesdəki tərəfləri, eləcə də cinayət prosesində təqsirləndirilən şəxsi məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki və ya inzibati işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(046)-780/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 15 yanvar 2024cü il tarixli, 2(046)-780/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(046)-780/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar