Məhkəmə qərarları › İş №2(107)-458/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-458/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-458/2020 26.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı “İddiaçıbank” BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-198/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-198/2019 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddiа qismən təmin edilmiş, xx xxxxxx 2015-ci il tarixli MZ/PB-0503/02/15 saylı kredit müqaviləsi üzrə 22219 (iyirmi iki min iki yüz on doqquz) ABŞ dolları 54 (əlli dörd) sent əsas, 10404 (on min dörd yüz dörd) ABŞ dolları 36 (otuz altı) sent faiz, 4000 (dörd min) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 36623 (otuz altı min altı yüz iyirmi üç) ABŞ dolları 90 (doxsan) sent və xx xxxxxxx 2015-ci il tarixli PB/0xx/xx/479576 saylı kredit müqaviləsi üzrə 2139 (iki min bir yüz otuz doqquz) ABŞ dolları 77 (yetmiş yeddi) sent əsas, 875 (səkkiz yüz yetmiş beş) ABŞ dolları 40 (qırx) sent faiz, 400 (dörd yüz) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 3415 (üç min dörd yüz on beş) ABŞ dolları 17 (on yeddi) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının Cavabdeh tutulub İddiaçı BOKT ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi ev 9, 125 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 52.000 (əlli iki min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində mənzilin boşaldılması, əldə edilən vəsaitdən xx xxxxxx 2015-ci il tarixli MZ/PB-0503/02/15 saylı kredit müqaviləsi üzrə 36623 ABŞ dolları 90 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının İddiaçı BOKT ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 05 (beş) manatının İddiaçı BOKT ASC-yə aid edilməsi, 25 (iyirmi beş) manatının Cavabdeh tutulub İddiaçı BOKT ASC-yə ödənilməsi, 200 (iki yüz) manat ekspertiza xərcinin 40 (qırx) manatının İddiaçı BOKT ASC-dən, 160 (bir yüz altmış) manatının Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. İşin halları İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh İddiaçı BOKT ASCnin xeyrinə xx xxxxxx 2015-ci il tarixli M/Z/PB-0503/02/15 saylı kredit müqaviləsinə əsasən 22219 ABŞ dolları 54 sent əsas, 27814 ABŞ dolları 11 sent faiz, 46374 ABŞ dolları 60 sent dəbbə pulu olmaqla, cəmi 96408 ABŞ dolları 25 sent, xx xxxxxxx 2015-ci il tarixli PB/0xx/xx/479576 saylı kredit müqaviləsi üzrə 2169 ABŞ dolları 40 sent əsas, 3604 ABŞ dolları 04 sent faiz, 4095 ABŞ dolları 67 sent dəbbə pulu olmaqla, cəmi 9869 ABŞ dolları 11 sent, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmetinin 40000 manat qiymətləndirilməsi və xx xxxxxx 2015-ci il tarixli M/Z/PB-0503/02/15 saylı kredit müqaviləsi üzrə borcun əvəzi bu qiymətlə Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi 9 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 45,02 kv.m ümumi, 25,3 kv.m yardımçı, 19,9 kv.m yaşayış sahədən ibarət 1 otaqlı 125 saylı mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi 9 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 45,02 kv.m ümumi, 25,3 kv.m yardımçı, 19,9 kv.m yaşayış sahədən ibarət 1 otaqlı 125 saylı mənzildən orada yaşayan Cavabdeh çıxarılması, mənzilin boşaldılması barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Birinci instyansiya məhkəməsinin iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx xxxxxx 2015-ci il tаriхdə «İddiaçıbank» ASC ilə Cavabdeh аrаsındа bаğlаnmış MZ/PB0503/02/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 аy müddətinə, illik 21 fаiz оlmаqlа 25500 ABŞ dolları məbləğində krеdit verilmişdir. Bundan başqa xx xxxxxxx 2015-ci il tаriхdə «İddiaçıbank» ASC ilə Cavabdeh аrаsındа bаğlаnmış PB/0xx/xx/479576 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18 аy müddətinə, illik 28 fаiz оlmаqlа 2275 ABŞ dolları məbləğində krеdit verilmişdir. xx xxxxxx 2015-ci il tarixli MZ/PB-0503/02/15 saylı kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh arasında xx xxxxxxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə dair xx.xx.2015-ci il tarixli əlavə bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi 9 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 45,02 kv.m ümumi, 25,3 kv.m yardımçı, 19,9 kv.m yaşayış sahədən ibarət 1 otaqlı 125 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)- 3618/2016 saylı qərarına əsasən məcburi ləğv prosesində olan “İddiaçıbank” ASC hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla X8 Təşkilatına çevrilmiş, məcburi ləğv prosesində olan “İddiaçıbank” ASC-nin öhdəliklərinin və aktivlərinin yenidən təşkil olunan X8 Təşkilatına köçürülməsi (ötürülməsi) bankın X1 həvalə olunmuşdur. Krеdit müqаviləsi üzrə öhdəliklərini bаnk qаrşısındа tаm iсrа еtməyən bоrсlunun hеsаblаşmаlаrа görə iddiaçıya xx xxxxxx 2015-ci il tarixli M/Z/PB-0503/02/15 saylı kredit müqaviləsinə əsasən 22219 ABŞ dolları 54 sent əsas, 27814 ABŞ dolları 11 sent faiz, 46374 ABŞ dolları 60 sent dəbbə pulu olmaqla, cəmi 96408 ABŞ dolları 25 sent, xx xxxxxxx 2015-ci il tarixli PB/0xx/xx/479576 saylı kredit müqaviləsi üzrə 2169 ABŞ dolları 40 sent əsas, 3604 ABŞ dolları 04 sent faiz, 4095 ABŞ dolları 67 sent dəbbə pulu olmaqla, cəmi 9869 ABŞ dolları 11 sent bоrсu qаlmışdır. Cavabdehə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instyansiya məhkəməsinin iclasında cavabdeh X2 iddianı qismən qəbul etmiş və bildirmişdir ki, xx xxxxxx 2015-ci il tаriхdə «İddiaçıbank» ASC ilə аrаlarındа bаğlаnmış MZ/PB-0503/02/15 saylı kredit müqaviləsinə əsasən ona 36 аy müddətinə, illik 21 fаiz оlmаqlа 25500 ABŞ dolları məbləğində krеdit verilmişdir. Bundan başqa xx xxxxxxx 2015ci il tаriхdə «İddiaçıbank» ASC ilə аrаlarındа bаğlаnmış PB/0xx/xx/479576 saylı kredit müqaviləsinə əsasən ona 18 аy müddətinə, illik 28 fаiz оlmаqlа 2275 ABŞ dolları məbləğində krеdit verilmişdir. xx xxxxxx 2015-ci il tarixli MZ/PB-0503/02/15 saylı kredit müqaviləsinin təminatı olaraq bankla aralarında xx xxxxxxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə dair xx.xx.2015-ci il tarixli əlavə bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi 9 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 45,02 kv.m ümumi, 25,3 kv.m yardımçı, 19,9 kv.m yaşayış sahədən ibarət 1 otaqlı 125 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. ABŞ dollarının dəyəri qalxdığından kredit borcunu ödəyə bilməmişdir. Bank tərəfindən cərimə pulu yüksək hesablanmışdır. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı BOKT ASC tam olaraq şişirdilmiş rəqəmlərlə onu borca salmış və nəticədə Göyçay Rayon Məhkəməsi isə onun hüquqlarını pozan qətnamə qəbul etmişdir. O, 2015-ci ildə Bankdan kredit götürəndə dolların məzənnəsi manata nisbətdə 1 dollar 0.78 AZN olmuşdur. Sonradan Azərbaycan manatı dollar qarşısında gücünü itirmiş və nəticədə 2015-ci ilin sonunda 1 dollar 1 manat yetmiş qəpik olmuşdur. O, isə həmin vaxtdan pulu ödəyə bilməmişdir. Ancaq o, 2015-ci ildə dööquz min ABŞ dolları pulu banka ödəmişəm. Amma ödədiyim pullar hamısı elə bil havaya buxarlanıb. Qeyd edim ki, məhkəməyə bank iddianı özü təqdim etmir, çünki bank özü qanunun tələblərini pozduğuna görə ləğv olunub. Amma əsində bankların milləti aldadaraq millətin son qəpiyini alması, evlərini alması hamıya məlumdur. Göyçay məhkəməsi elə qətnamə yazıb ki, güya ona hörmət edir, yəni “evi satılsın evin pulu hamısı bank olmayan banka verilsin, hələdə üstəlik iyirmi-otuz min manat yenə də banka borcu qalsın”. Məhkəmə qətnamədə elə həvəslə yazır ki, iddia qismən təmin olunsun, iddia qalan hissədə təmin olunmasın-nə qaldı ki, evi satılması ailəsi, o, çöllərdə qalmışlar, yenə də banka ömrünün sonuna kimi pul ödəməlidir. Məhkəmə tam olaraq işə bir tərəfli baxmış, qərəzli mövqedən çıxış etmişdir. Məhkəmə onun mənzilinin bazar qiymətini müəyyən etmək üçün qiymətləndirmə aparılmasını kommersiya firmasına “xxxxxxxxxxxx”MMC-yə həvalə etmişdir. Həmin firma isə onun mənzilinin bazar qiymətini 52000 manat qiymətləndirmişdir. Buradan görünür ki, məhkəmə, qiymətləndirməni eliyən firma iddiaçının maraqlarından çıxış etmişdir. Çünki onun mənzilinin hazırda bazar qiyməti 100000(yüz min) manatdır. Bu necə ola bilər ki, qiymətləndirmə bu qədər fərqlə məhkəməyə təqdim olunsun. Bu tam olarq qanunsuz bir haldır. Hakim qətnamənin 2-ci səhvəsinin birinci abzasında “məhkəmə iclasında cavabdeh X2 iddiası qismən qəbul etmiş və bildirmişdir” kimi cümlə yazır. Bilinmir ki, cavabdeh X2 niyə iddianı qismən qəbul etmişdir. Buradan görünür ki, Göyçay Rayon Məhkəməsi işə obyektiv baxmamışdır. İddiaçı ilə onunla bağlanmış xx xxxxxx 2015-ci il tarixli MZ/PB- 0503/02/15 saylı kredit müqaviləsinin 3-cü bölməsində (müqavilənin əsas şənləri) kredit məbləği - 25500 ABŞ dolları, müddəti-36 ay, kreditin faizi-21 faiz yazılmışdır. Mən 2015-ci ilin fevral ayından 2015-ci ili dekabr ayına kimi 9000 ABŞ dollarından çox kredit ödəmişdir. Amma nəticədə onun kredit borcu heç azalmamışdır. Həmçinin ona təqdim olunmuş əsas kreditinin yəni 25500 ABŞ dollarının faiz borcu 9085 ABŞ dolları kimi göstəridir. Buradan aydın olmur ki, 25500 ABŞ dollarının 21 faizi niyə 9085 ABŞ dolları olmalıdır. Məhkəmə guya ki, ekspertiza təyin edib, amma başa düşülmür ki, niyə espeıtiza 22350 ABŞ dollarının faiz borcunu 10404 ABŞ dolları kimi qeyd etmişdir. Bu ən azı götürülən kreditin 47 faizi miqdarında hesablanmışdır. Axı onun müqavilə üzrə faiz borcu götürülən pulun 21 faizini təşkil edir. Göyçay Rayon Məhkəməsi mülki işə baxarkən məhkəmə tərəfindən qəbul olunmuş qərarla həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirməmişdir. Belə olan halda onun hüquqları pozulmuşdur. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 198/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış iddiaçı “İddiaçıbank” BOKT ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-198/2019 nömrəli qətnaməsi dəyişdirilməli, xx xxxxxxxx 2012-ci il tarixli MZ/PB-0997/09/12 saylı ipoteka müqaviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi 9 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 45,02 kv.m ümumi, 25,3 kv.m yardımçı, 19,9 kv.m yaşayış sahədən ibarət 1 otaqlı 125 saylı mənzilin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «İddiaçıbank» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli MZ/PB-0503/02/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 21 olmaqla, 36 aylıq müddətə 25500 ABŞ dolları məbləğində kredit verilmişdir (3.1, 3.2, 3.3 cü bəndlər). «İddiaçıbank» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli PB/0xx/xx/479576 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 28 olmaqla, 18 aylıq müddətə 2275 ABŞ dolları məbləğində kredit verilmişdir (2.1, 2.2, 2.3 cü bəndlər). «İddiaçıbank» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli MZ/PB-0997/09/12 saylı ipoteka müqaviləsinə dair 02 saylı əalvəyə əsasən ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 1.1-ci bəndi). İpotekanın predmeti Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi 9 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 45,02 kv.m ümumi, 25,3 kv.m yardımçı, 19,9 kv.m yaşayış sahədən ibarət 1 otaqlı 125 saylı mənzilidir (2.1-ci bənd). İpoteka predmetinin qiyməti 40000 manat məbləğində qiymətləndirilmişdir (2.1-ci bənd). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi ev 9, 125 saylı mənzil Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1630 nömrəli reyestr kitabının 149441 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat tarixi xx.xx.2012). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi ev 9, 125 saylı mənzil «İddiaçıBank» ASC-nin xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi xx.xx.2015). «İddiaçıbank» ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2016-cı il tarixli məktub ünvanlayaraq Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi ev 9, 125 saylı mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildiriş bank tərəfindən xx.xx.2016-cı il tarixdə ipoteka qoyan Cavabdeh göndərilmiş və xx.xx.2016-cı il tarixdə bildiriş alınmışdır. İpoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi ev 9, 125 saylı mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır (xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məktubu). Cavabdeh xx xxxxxx 2015-ci il tarixli MZ/PB0503/02/15 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 22219 ABŞ dolları 54 sent əsas, 27814 ABŞ dolları 11 sent faiz, 46374 ABŞ dolları 60 sent dəbbə pulu olmaqla, cəmi 96408 ABŞ dolları 25 sent borcu yaranmışdır (xx.xx.2018-ci il tarixli maliyyə arayışı). Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli PB/0xx/xx/479576 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 2169 ABŞ dolları 40 sent əsas, 3604 ABŞ dolları 04 sent faiz, 4095 ABŞ dolları 67 sent dəbbə pulu olmaqla, cəmi 9869 ABŞ dolları 11 sent borcu yaranmışdır (xx.xx.2018-ci il tarixli maliyyə arayışı). Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2019-cu il tarixli 5019 nömrəli rəyinə əsasən Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli PB/0xx/xx/479576 saylı kredit müqaviləsi üzrə banka xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin sonuna) borcu 2139 ABŞ dolları 77 sent əsas, 875 ABŞ dolları 40 sent faiz olmaqla, cəmi 3015 ABŞ dolları 17 sent təşkil edir. xx xxxxxx 2015-ci il tarixli, MZ/PB-0503/02/15 saylı krdit müqaviləsi üzrə banka xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) borcu 22350 ABŞ dolları 94 sent əsas, 10404 ABŞ dolları 36 sent olmaqla, cəmi 32755 ABŞ dolları 30 sent təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. “Legal Prime” MMС tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli rəyə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi ev 9, 125 saylı mənzilin xx.xx.2019-ci il tarixinə bazar qiyməti 52.000 manat təşkil edir. xx.xx.2016-cı il tarixli ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-3618/2016 saylı qərarına əsasən məcburi ləğv prosesində olan “İddiaçıbank” ASC hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla X8 Təşkilatına çevrilmiş, məcburi ləğv prosesində olan “İddiaçıbank” ASC-nin öhdəliklərinin və aktivlərinin yenidən təşkil olunan X8 Təşkilatına köçürülməsi (ötürülməsi) bankın X1 həvalə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 295, 296.1, 317, 385.1, 442, 448.1 və 739.1-ci maddələrinə, AzərbaycanRespublikasının «İpotekahaqqında» Qanununun34.1.1 və 59.3.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 121.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsində isə müəyyən edilmişdir ki, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır Həmin Qanunun 59.3.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanlar və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, «İddiaçıbank» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli MZ/PB- 0503/02/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 21 olmaqla, 36 aylıq müddətə 25500 ABŞ dolları məbləğində kredit verilmişdir. «İddiaçıbank» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli PB/0xx/xx/479576 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 28 olmaqla, 18 aylıq müddətə 2275 ABŞ dolları məbləğində kredit verilmişdir. «İddiaçıbank» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli MZ/PB-0997/09/12 saylı ipoteka müqaviləsinə dair 02 saylı əalvəyə əsasən ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 1.1-ci bəndi). İpotekanın predmeti Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi 9 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 45,02 kv.m ümumi, 25,3 kv.m yardımçı, 19,9 kv.m yaşayış sahədən ibarət 1 otaqlı 125 saylı mənzilidir. İpoteka predmetinin qiyməti 40000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh hərəkətləri nəticəsində bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və və bununla da onun hüququ Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə iddiaçıya olan əsas, hesablanmış faiz və dəbbə pulu borclarını ödəməlidir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən banka ödənilməli pulun məbləğinin sübutu kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini xx xxxxxx 2015-ci il tarixli MZ/PB-0503/02/15 saylı kredit müqaviləsi üzrə iddianın faiz borc tələbinə dair hissədə və xx xxxxxxx 2015-ci il tarixli PB/0xx/xx/479576 saylı kredit müqaviləsi üzrə iddianın əsas və faiz borcu tələbinə dair hissədə mötəbər hesab etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gələrkən həm də onu nəzərə almışdır ki, məhkəmə iclasında tərəflər bu ekspert rəyinə etiraz etməmişlər. Birinci instansiya məhkəməsi işin hallarını və Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, xx xxxxxx 2015-ci il tarixli MZ/PB-0503/02/15 saylı kredit müqaviləsi üzrə 46374 ABŞ dolları 60 sent və xx xxxxxxx 2015-ci il tarixli PB/0xx/xx/479576 saylı kredit müqaviləsi üzrə 4095 ABŞ dolları 67 sent dəbbə pulu tənasübsüz surətdə yüksəkdir və bu məbləğlər xx xxxxxx 2015-ci il tarixli MZ/PB-0503/02/15 saylı kredit müqaviləsi üzrə 4000 ABŞ dolları və xx xxxxxxx 2015-ci il tarixli PB/0xx/xx/479576 saylı kredit müqaviləsi üzrə 400 ABŞ dollarınadək azaldılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi ev 9, 125 saylı mənzilə tutma yönəldilməli, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 52.000 manat müəyyən olunmaqla açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı BOKT ASC-yə olan borc və çəkilmiş xərclər ödənilməlidir. Həmin mənzil satıldıqda 1 ay ərzində boşaldılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanlar və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İşdəki sənədlərdən də göründüyü kimi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi ev 9, 125 saylı mənzil kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi ev 9, 125 saylı mənzildən Cavabdeh çıxarılması tələbi təmin edilməməlidir. Çünki cavabdehin mənzildən çıxarılması üçün iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də iddia həmin hissədə təmin edilməməlidir. İddiaçı cavabdehdən hüquqi yardıma görə 1000 manat pul tələb etsə də, hüquqi yardım haqqında müqaviləni və hüquqi yardıma görə nəğd və köçürmə yolu ilə ödənilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də iddianın hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 1000 manat pul tələbinə dair hissəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,iddia ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 05 (beş) manatı iddiaçıya aid edilməli, 25 (iyirmi beş) manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçının xeyrinə xx xxxxxx 2015-ci il tarixli MZ/PB-0503/02/15 saylı kredit müqaviləsi üzrə22219 ABŞ dolları 54 sent əsas, 10404 ABŞ dolları 36 sent faiz, 4000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 36623 ABŞ dolları 90 sent və xx xxxxxxx 2015-ci il tarixli PB/0xx/xx/479576 saylı kredit müqaviləsi üzrə 2139 ABŞ dolları 77 sent əsas, 875 ABŞ dolları 40 sent faiz, 400 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 3415 ABŞ dolları 17 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı tutulmalı, tələb ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi ev 9, 125 saylı mənzilə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 52.000 (əlli iki min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, satıldıqdan sonra 1 ay ərzində mənzil boşaldılmalı, əldə edilən vəsaitdən xx xxxxxx 2015-ci il tarixli MZ/PB0503/02/15 saylı kredit müqaviləsi üzrə 36623 ABŞ dolları 90 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı İddiaçı BOKT ASC-yə ödənilməlidir. 200 (iki yüz) manat ekspertiza xərcinin 40 (qırx) manatı İddiaçı BOKT ASC-dən, 160 (bir yüz altmış) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadları ilə hazırkı iş üzrə iddiaçı “İddiaçıbank” BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli MZ/PB-0503/02/15 saylı kredit müqaviləsi üzrə müqavilənin müddətinin bitdiyi xx xxxxxx 2018-ci ilə və iddianın verildiyi xx xxxxxx 2018-ci il tаrixə, xx xxxxxxx 2015-ci il tarixli PB/0xx/xx/479576 saylı kredit müqaviləsi üzrə müqavilənin müddətinin bitdiyi xx xxxxx 2017-ci il tarixə və iddianın verildiyi xx xxxxxx 2018-ci il tаrixə “İddiaçıbank” BOKT X6 ayrılıqda göstərilməklə hansı borcları (əsas borc, faiz borcu, cərimə borcu və sair) və cəmi nə qədər borcu olduğunu müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx xxxxxxxx 2012-ci il tarixli MZ/PB-0997/09/12 saylı ipoteka müqaviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi 9 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 45,02 kv.m ümumi, 25,3 kv.m yardımçı, 19,9 kv.m yaşayış sahədən ibarət 1 otaqlı 125 saylı mənzilin qiymətləndirilməsinin müstəqil qiymətləndirici “X4” MMC-yə həvalə edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin eyni tarixli başqa qərardadı ilə mülki iş üzrə icraatın ekspertizanın rəyləri məhkəməyə dаxil olаnаdək dаyаndırılması qərara alınmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq xx xxxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 4915 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyi, xx xxxxxx 2020-ci ildə isə “X4” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 026/LBC nömrəli rəy Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 4915 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki; xx xxxxxxx 2015-ci il tarixli, PB/0xx/xx/479576 nömrəli kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından olan ödəniş qəbzi, cari hesabdan çıxarış, titul vərəqəsi məlumatları, xx xxxxxxx 2015-ci il tarixli, PB/0xx/xx/479576 saylı kredit (borc) müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərara müvafiq olaraq Cavabdeh “İddiaçıbank” BOKT ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx xxxxx 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) 3.031,21 USD: - əsas borc üzrə---------------------2.175,16 USD, - faiz borcu üzrə------------------------856,05 USD. xx xxxxxx 2018-ci il tarixə (iddia tarixinə illik 5%-lə hesablanmaqla) 3.172,59 USD: - əsas borc üzrə--------------------2.175,16 USD, - faiz borcu üzrə------------------------997,43 USD. xx xxxxxx 2015-ci il tarixli, MZ/PB-0503/02/15 nömrəli kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından olan ödəniş qəbzləri, cari hesabdan çıxarış, titul vərəqəsi məlumatları və xx xxxxxx 2015-ci il tarixli, MZ/PB-0503/02/15 saylı kredit (borc) müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərara müvafiq olaraq Cavabdeh “İddiaçıbank” BOKT ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx xxxxxx 2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) 32.755,30 USD: - əsas borc üzrə---------------------22.350,94 USD, - faiz borcu üzrə-------------------- 10.404,36 USD. xx xxxxxx 2018-ci il tarixə (iddia tarixinə illik 5%-lə hesablanmaqla) 33.301,66 USD: - əsas borc üzrə---------------------22.350,94 USD, - faiz borcu üzrə--------------------- 10.950,72 USD. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ‘Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. (Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil edir) “X4” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 026/LBC nömrəli rəydə göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində, 9 saylı binada yerləşən 1 otaqlı, 125 nömrəli mənzilinin hazırki dövrə olan orta bazar qiyməti 60 000 (altmış min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apelyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 4915 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyi ilə xx xxxxxx 2018-ci il tarixə əsas borcun məbləği 22.350,94 USD, faiz borcunun məbləği isə 10.404,36 USD, xx xxxxxx 2018-ci il tarixə isə əsas borcun məbləği 22.350,94 USD, faiz borcunun məbləği isə 10.950,72 USD manat göstərilsə də, iddiaçı iddia ərizəsində daha az məbləğ tələb etdiyindən həmin hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi qənaətinin ipoteka predmetinin ilkin satış qiymətinin 52.000 manat müəyyən edilməsi hissəsi ilə razılaşmır və hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarında olan «İddiaçıbank» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli MZ/PB-0997/09/12 saylı ipoteka müqaviləsinə dair 02 saylı əlavədən görünür ki, ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 1.1-ci bəndi). İpotekanın predmeti Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi 9 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 45,02 kv.m ümumi, 25,3 kv.m yardımçı, 19,9 kv.m yaşayış sahədən ibarət 1 otaqlı 125 saylı mənzilidir. İpoteka predmetinin qiyməti 40000 manat məbləğində qiymətləndirilmişdir. “Legal Prime” MMС tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli rəyə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi ev 9, 125 saylı mənzilin xx.xx.2019-ci il tarixinə bazar qiyməti 52.000 manat təşkil edir. “X4” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 026/LBC nömrəli rəydə xx xxxxxxxx 2012-ci il tarixli MZ/PB-0997/09/12 saylı ipoteka müqaviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi 9 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 45,02 kv.m ümumi, 25,3 kv.m yardımçı, 19,9 kv.m yaşayış sahədən ibarət 1 otaqlı 125 saylı mənzilin orta bazar qiyməti təxminən 60000 (altmış min) manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi xx xxxxxxxx 2012-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli qərardadı qəbul edilənədək yuxarıda göstərilən ipoteka predmetinin qiyməti 3 dəfə müəyyən edilmişdir ki, həmin qiymət 2012-ci ildə 40.000 manat, 2019-cu ildə 52.000 manat və 2020-ci ildə 60.000 manat olmuşdur ki, bu da daşınmaz əmlak olan ipoteka predmetinin qiymətinin daima artdığını göstərir. İpoteka predmetinin likvid qiymətini müəyyən etmək üçün yenidən qiymətləndirmə keçiriləcəyi təqdirdə həmin ipoteka predmetinin yuxarıda göstərilən qiymətləndirmələrin zəminində qiymətinin yenidən artacağı gözlənilən olduğundan məhkəmə kollegiyası ipoteka predmetinin hal-hazırda likvid qiymətinin 60.000 manat həcmində olmasını qənaətbəxş hesab edir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, ipoteka predmetlərinin ilkin satış qiymətini 52.000 manat müəyyən etməklə düzgün nəticəyə gəlmədiyindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-198/2019 nömrəli qətnaməsi dəyişdirilməli, xx xxxxxxxx 2012-ci il tarixli MZ/PB-0997/09/12 saylı ipoteka müqaviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi 9 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 45,02 kv.m ümumi, 25,3 kv.m yardımçı, 19,9 kv.m yaşayış sahədən ibarət 1 otaqlı 125 saylı mənzilin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 384.0.3-cü maddəsinə görə аpelyаsiyа instаnsiyаsı Məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-198/2019 nömrəli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilsin. xx xxxxxxxx 2012-ci il tarixli MZ/PB-0997/09/12 saylı ipoteka müqaviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Bakı şəhəri, Nizami rayonu, Məmməd Şərifli küçəsi 9 saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 45,02 kv.m ümumi, 25,3 kv.m yardımçı, 19,9 kv.m yaşayış sahədən ibarət 1 otaqlı 125 saylı mənzilin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 200 (iki yüz) manat Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar