Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-46/2024 27.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbinə dair (Açar sözlər: Torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1, İddiaçı1 vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(039)-98/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, onların paylı mülkiyyətində olan, Yevlax şəhəri Heydər Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsinin onların sahibliyinə qaytarılması, həmin torpaq sahəsinin 12 kv.m hissəsində cavabdeh X11 və 20 kv.m hissəsində Cavabdeh2 tərəfindən onların xəbəri və icazəsi olmadan tikilmiş qeyri-yaşayış sahələrinin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 Cavabdeh2 münasibətdə mübahisəli torpaq sahəsinin sonuncunun anası Cavabdeh3 adına dövlət aktı mövcud olduğundan cavadehin əsl cavabdehlə əvəz olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar bir ailənin üzvü olmaqla Yevlax şəhəri, Əfəndiyev küçəsi ev 2-də yaşayırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 ha torpaq sahəsi onların, yəni İddiaçı1, İddiaçı2 və İddiaçı3 (paylı) xüsusi mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli A seriyalı 716671 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən və onları xüsusi mülkiyyətində olan 0,1298 ha torpaq sahəsinin cizgiləri çəkilmişdir. Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən, 0,1298 ha torpaq sahəsi onlara məxsus olmaqla mülkiyyətlərindədir. Lakin cavabdehlər tamamilə qanunsuz və əsassız olaraq onlara məxsus olan torpaq sahəsini zəbt etmiş, orada onların razılığı olmadan obyekt tikmişlər. Cavabdeh Ofeliya Aslanova onlara məxsus olan 12 kv.m ərazini zəbt edərək orada qeyri-yaşayış sahəsi tikərək “avtomobil ehtiyat hissələrinin satışı” ilə məşğuldur. Digər Cavabdeh2 (Cavabdeh3) isə onlara məxsus olan torpaq sahəsinin 20 kv.m hissəsini zəbt edərək orada qeyri-yaşayış sahəsi tikərək bərbərlik fəaliyyəti ilə məşğuldur. Göründüyü kimi, cavabdehlər faktiki olaraq onların mülkiyyətinə müdaxilə etmiş və onlar öz mülkiyyətindən məhrum etmişlər. Cavabdehlərin onlara məxsus olan torpaq sahəsindən çıxarılması, eyni zamanda onların xəbəri və icazəsi olmadan onların mülkiyyətində tikdikləri qeyri-yaşayış sahəsinin onların öz vəsaiti hesabına sökülməlidir.
Birinci instansiya məhkəməsində icraat 3 İddiaçı1 müraciətinə əsasən Cavabdeh2 əsl Cavabdeh3 ilə əvəz olunmuşdur.
4. İddiaçı1 birinci instansiya məhkəməsində məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi X13 birinci instansiya məhkəməsində məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, sözügedən əmlak məhkəmədə hazırki iddia qaldırılmamışdan öncə X16 adlı vətəndaşa alqı-satqı müqaviləsinə əsasən satılmışdır, hazırda təmsil etdiyi şəxs cavabdeh ola bilməz.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh3 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır.
7. Yevlax Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(039)-98/2023 nömrəli qətnaməsi ilə (hakim K.Əliyev), iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbi haqqında iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh qismində qeyd olunmuş Cavabdeh1 münasibətdə AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X17 ilə (satıcı) X16 (alıcı) arasında bağlanmış müvafiq müqaviləyə əsasən satıcı Yevlax şəhəri H.Əliyev prospekti 61/5 ünvanında yerləşən, ümumi sahəsi 0.003 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcıya satmışdır.
9. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Cavabdeh3 münasibətdə JN0024 KOD 90101002 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Cavabdeh3 Yevlax rayonu Yevlax şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 80 saylı qərarı ilə Yevlax şəhərində H.Əliyev pr. 65 ünvanında sahibkarlıq məqsədi ilə 0,0042 ha torpaq sahəsi verilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddia tələbinin yönəldiyi fiziki şəxs yəni cavabdeh hesab oluna bilməz.
11. Habelə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyində mübahisəli torpaq sahəsinin Cavabdeh3 tərəfindən istifadə olunub-olunmamasını müəyyən etmək olmamışdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirsələr də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, ekspert rəyi və iş materialları ilə də bu hal öz təsdiqini tapmamışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsi, “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 50.1, 50.3, 54.1, 76, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti vermişlər.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində iddiaçılar olaraq onların mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiklərini, ekspert rəyi və iş materialları ilə də bu halın öz təsdiqini tapmadığını qeyd etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş və məhkəmənin özünün də birbaşa istinad etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən naturada göstərdikləri 118 kv.m mübahisəli torpaq sahəsinin koordinatlarının müəyyən edildiyi və həmin torpaq sahəsinin 26.5 kv.m hissəsinin naturada digər şəxslər tərəfindən istifadə edildiyi qeyd edilir.
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən dəqiqləşdirilmiş koordinatlardan da aydın göründüyü kimi, mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m hissəsinin digər şəxslər tərəfindən istifadə edildiyi birbaşa sübut olunur.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində digər şəxslər kimi göstərdiyi şəxslər Cavabdeh3 və X11 olmuşlar. Belə ki, zəbt olunmuş sahədə onlara məxsus qeyri yaşayış sahəsi mövcuddur və hal-hazırda fəaliyyət göstərməkdədir. Onların tədqiqat obyektinə baxışda iştirak etməməsi, həmin torpaq sahəsinin onlar tərəfindən istifadə edilməməsi kimi qiymətləndirilə bilməz.
18. Cavabdehlərdən X11 onların məhkəməyə müraciət etdiklərini öyrəndikdən dərhal sonra əmlakı X5 və bilərəkdən AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsini məhkəmə hazırlıq iclasında deyil, məhkəmə baxışı zamanı məhkəməyə təqdim edərək məsuliyyətdən yayınmağa çalışmışdır. Beləliklə, hesab edir ki, iddiaçı olaraq onların tələbi haqlı tələbdir və işin tədqiq olunan faktiki halları, mütəxəssis rəyi ilə sübut olunur. Ona görə də, işə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələbinin pozulması kimi qiymətləndirilməlidir.
19. Yuxarıda qeyd olunduğu kimi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışa əsasən Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən 0,1298 ha ibarət torpaq sahəsi onların paylı mülkiyyətindədir. Lakin, cavabdehlər onların konstitusion hüquqlarını pozaraq xüsusi mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz zəbt etmişlər və onlara məxsus torpaq sahəsində özbaşına tikililər inşa etməklə istifadə edirlər. Birinci instansiya məhkəməsi onların iddia tələbini rədd edilməsi ilə bağlı qətnamə qəbul edərək ali qanun hesab edilən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi onların pozulmuş mülkiyyət hüquqlarının bərpası məqsədi ilə iddia tələbini təmin etməli olduğu halda bunu etməmişdir və nəticədə ali qanunun tələblərinə zidd qətnamə qəbul etmişdir.
20. Cavabdehlərin onların mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m olan hissəsindən özbaşına istifadə etməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində öz əksini tapmışdır. Başqa sözlə, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyətlərində olan torpaq sahəsinə sahiblik və istifadə etmək, torpaq sahəsinə dair sərəncam vermək hüquqları pozulmuşdur. Eyni zamanda, məhkəmə tərəfindən iddia tələblərinin rədd edilməsi Azərbaycan Respublikasının Mülki və Torpaq Məcəllələrinin qeyd olunan maddələrinin tələblərinin pozulmasına gətirib çıxartmışdır. Belə ki, onların mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m olan hissəsindən digər şəxslərin istifadə etməsi ilə bağlı mötəbər sübut mövcud olduğu halda məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin Cavabdeh3 tərəfindən istifadə olunub- olunmamasını müəyyən etmək olmur. Digər tərəfdən, məhkəmə hesab etmişdir ki, Ofelya Asalanova özünə məxsus torpaq sahəsini alqı-satqı nəticəsində özgəsinə özgəninkiləşdirdiyi üçün cavabdeh hesab oluna bilməz. Bildirirlər ki, məhkəmənin iddianın rədd edilməsində əsaslandığı hər iki mövqeyi tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində digər şəxslər kimi göstərdiyi şəxslər onların halında Cavabdeh3 və X11 olmuşlar. Belə ki, zəbt olunmuş sahədə onlara məxsus qeyri yaşayış sahəsi mövcuddur və hal- hazırda fəaliyyət göstərməkdədir. Onların tədqiqat obyektinə baxışda iştirak etməməsi, həmin torpaq sahəsinin onlar tərəfindən istifadə edilməməsi kimi, başqa sözlə iddia tələbinin sübut edilməməsi qiymətləndirilə bilməz.
21. Bundan başqa, cavabdehlərdən X11 onun məhkəməyə müraciət etdiyini öyrəndikdən dərhal sonra əmlakı X5 və bilərəkdən AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsini məhkəmə hazırlıq iclasında deyil məhkəmə baxışı zamanı məhkəməyə təqdim edərək məsuliyyətdən yayınmağa çalışmışdır. Nəticə etibarı ilə, məhkəmənin qəbul etdiyi qətnamə onların mülkiyyətlərində olan torpaq sahələrinə öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozmuşdur.
22. Məhkəmə qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə öz səlahiyyətlərindən istifadə edərək əlavə sübutların toplaması, onların mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunmasını müəyyən etmək üçün ekspertiza və yerli baxış keçirilməsi ilə bağlı müvafiq lazımi təbdirlər görməmiş və buna zərurət olduğu zaman bunları etməmişdir. Vacib əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə iş üzrə ekspertiza təyin etməmiş, yarımçıq tərtib edilmiş mütəxəssis rəyi ilə kifayətlənmişdir. Nəticədə ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Hesab edirlər ki, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmadan qərar qəbul edildiyindən ləğv edilməlidir.
23. Məhkəmədə vəsatət vermələrinə baxmayaraq onların mülkiyyətdə olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunmasını müəyyən etmək üçün ekspertiza və yerli baxış keçirilməsi ilə bağlı müvafiq lazımi təbdirlər görülməmişdir. Xüsusilə də, ekspertiza keçirmədən, başqa sözlə işin bütün faktiki hallarını araşdırmadan yekun nəticəyə gəlmiş, sübutlara qiymət verməmişdir. Belə ki, yarımçıq olsa da mütəxəssis rəyi ilə iddialarının sübut olunmasına baxmayaraq məhkəmə sübuta düzgün qiymət verməmiş, əlavə araşdırma aparmadan, mübahisəli məqamlara aydınlıq gətirmədən işin tədqiq olunan faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
24. Birinci instansiya məhkəməsi tərəfindən digər şəxslərin onların mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m olan hissəsindən özbaşına istifadə etməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X11 mülkiyyətində olmuş torpaq sahəsini AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X2. Lakin, məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən İddiaçı1 naturada göstərdiyi 118 kv.m mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edildiyi və həmin torpaq sahəsinin 26.5 kv.m hissəsi naturada digər şəxslər tərəfindən naturada istifadə edildiyi qeyd olunduğu üçün cavabdehlərin tədqiqat obyektinə baxışda iştirakları təmin edilmədiyindən həmin torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunubolunmamasını müəyyən etmək olmamışdır.
25. Bildirir ki, məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, onların pozulmuş hüquqlarının bərpası məqsədi ilə iddia tələblərini təmin etməli olduğu halda məhkəmə bunu etməmişdir və nəticədə maddi və prosessual hüquq normaların tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən İddiaçı1 naturada göstərdiyi 118 kv.m mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edildiyi və həmin torpaq sahəsinin 26.5 kv.m hissəsi naturada digər şəxslər tərəfindən naturada istifadə edildiyi məhkəmə zamanı sübut olunsa da və məhkəmənin qətnaməsində qeyd edilsə də məhkəmə özünün müəyyən etdiyi hallara və qətnamədə istinad etdiyi hallara zidd olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
26. Odur ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-98/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-98/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-98/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi X13 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-98/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh3 vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-98/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
32. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı3, cavabdehlər Cavabdeh1, Cavabdeh3, cavabdehin vəkili Vəkil1, cavabdehin nümayəndəsi X13, üçüncü şəxs X7 və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
38. “X8rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Apellyatorlar Yevlax Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(039)- 98/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıların apellyasiya şikayətlərinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 17 iyun 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 ha torpaq sahəsinin 1/6 hissəsi İddiaçı1, 4/6 hissəsi İddiaçı2, 1/6 hissəsi isə İddiaçı3 paylı mülkiyyətlərindədir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 0024, KOD 90101002 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Yevlax şəhərində yerləşən 0.0042 hektar torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən 20 may 2022-ci il tarixdə verilmiş **********12-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olmuş, Yevlax şəhəri Heydər Əliyev prospekti 61/5 ünvanında yerləşən 0,003 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 25.1 kv/m olan qeyri yaşayış sahəsi 12 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X1. İddiaçılar mülkiyyətlərində olan torpaq sahəsindən cavabdehlərin çıxarılmalarını, həmin torpaq sahəsinin 12 kv/m hissəsində Cavabdeh1 və 20 kv/m hissəsində Cavabdeh2 (sonradan əsl cavabdeh olan Cavabdeh3 ilə əvəz edilmişdir) tərəfindən onların xəbərləri və icazələri olmadan tikilmiş qeyri-yaşayış sahələrinin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etsələr də, mütəxəssis və ekspert rəyləri ilə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin zəbt edildiyi deyil, iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinin sənəd üzrə, həmçinin naturada faktiki istifadə vəziyyətinə görə cavabdehlərə məxsus torpaq sahələri ilə 26.3 kv/m hissədə üst-üstə düşməsi, cavabdehlərə məxsus torpaq sahələrinin tikinti altında yerləşməsi müəyyən olunmuşdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onların mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunmasını müəyyən etmək üçün ekspertiza və yerli baxış keçirilməsi ilə bağlı müvafiq lazımi təbdirlərin görülməməsi, vacib əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmənin iş üzrə ekspertiza təyin etməməsi, yarımçıq tərtib edilmiş mütəxəssis rəyi ilə kifayətlənməsi, ekspertiza keçirmədən, başqa sözlə işin bütün faktiki hallarını araşdırmadan yekun nəticəyə gəlməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
47. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır.
48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə kollegiyanın 16 may 2023-cü il tarixli 2(107)-589/2023 nömrəli qərardadı əsasında məhkəmə tikinti texniki ekspertizası, 30 oktyabr 2023-cü il tarixli 2(107)-589/2023 nömrəli qərardadına əsasən isə təkrar məhkəmə tikinti texniki ekspertizası təyin edilərək, rəylərin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Yerli baxışın keçirilməsi üçün isə zərurətin olması müəyyən edilməmişdir.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən torpaq sahəsinin 26.5 kv.m hissəsinin naturada digər şəxslər tərəfindən istifadə edilməsi, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən dəqiqləşdirilmiş koordinatlardan da aydın göründüyü kimi, mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m hissəsinin digər şəxslər tərəfindən istifadəsinin birbaşa sübut olunması, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində digər şəxslər kimi göstərdiyi şəxslərin Cavabdeh3 və X11 olmaları, zəbt olunmuş sahədə onlara məxsus qeyri yaşayış sahəsinin mövcud olması və hal-hazırda fəaliyyət göstərməsi, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyətlərində olan torpaq sahəsinə sahiblik və istifadə etmək, torpaq sahəsinə dair sərəncam vermək hüquqlarının pozulması, onların tədqiqat obyektinə baxışda iştirak etməmələrinin, həmin torpaq sahəsinin onlar tərəfindən istifadə edilməməsi kimi qiymətləndirilə bilməməsi, cavabdehlərin onların xüsusi mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz zəbt etmələri, onlara məxsus torpaq sahəsində özbaşına tikililər inşa etməklə istifadə etmələrinə dair dəlillərini əsaslı hesab etmir.
50. Belə ki, iş materiallarına əlavə edilmiş, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən İddiaçı1 naturada göstərdiyi 118 kv.m münahisəli torpaq sahəsinin koordinatları müyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin 26.5 kv.m hissəsi naturada digər şəxslər tərəfindən naturada istifadə edilir. Cavabdehlərin tədqiqat obyektinə baxışda iştirakları təmin edilmədiyindən, həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunubolunmamasını müəyyən etmək olmadı. Digər şəxslər tərəfindən istifadə edən torpaq sahəsinin koordinatları və sahəsi tərtib olunmuş yerquruluşu plana əlavə olunur.
51. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli, 10/6885 nömrəli ekpsert rəyindən görünür ki, -Yevlax şəhəri H.Əliyev prospekti 59-da yerləşən iddiaçıların mülkiyyətlərində olan 0,1298 hektar yaşayış məntəqələrinin torpaq sahəsinin koordinatları müəyyən edildikdən sonra, onun naturada ölçüləri müəyyən edilmişdir. Cavabdeh1 tərəfindən 25.1 kv.m hissəsi X4 0,003 ha torpaq sahəsinin koordinatlarla müəyyən edildikdən sonra, onun naturada plçüləri müəyyən edilmiş lakin koordinatlarla bağlı əlavə məlumat mərkəzə təqdim edilməmişdir. Tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin sənəd üzrə və naturada ölçülərinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. İddiaçılar-İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş Yevlax şəhəri H.Əliyev prospekti 59-da yerləşən 0,1298 hektar torpaq sahəsinin hər hansı bir hissəsi (hissələri) cavabdehlər tərəfindən istifadə edilmir. İddiaçılara aid torpaq sahəsinin cavabdehlər tərəfindən naturada istifadə olunmadığı və heç bir tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir.
52. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekpsert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Fərid Vəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir:
53. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax şəhəri H.Əliyev prospekti 59-da yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan 0,1298 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları elektron məlumat bazasında müəyyən edilmişdir.
54. Yevlax şəhəri H.Əliyev prospekti 59-da yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan 0,1298 hektar torpaq sahəsinin baza məlumatlarında koordinatları müəyyən edilmiş və həmçinin onun naturada göstərdiyi torpaq sahəsinin ölçüləri müəyyən edilmişdir.
55. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən 20 may 2022-ci il tarixdə verilmiş **********12-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 verilmiş və Cavabdeh1 tərəfindən 12 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 25,1 kv.m hissəsi X4 0,003 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları elektron məlumat bazasında müəyyən edilmişdir.
56. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən 20 may 2022-ci il tarixdə verilmiş **********12-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 verilmiş və Cavabdeh1 tərəfindən 12 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 25,1 kv.m hissəsi X4 0,003 ha torpaq sahəsinin baza məlumatlarında koordinatları müəyyən edilmiş, həmçinin iddiaçının cavabdehə məxsus olduğunu bildirdiyi və naturada göstərdiyi torpaq sahəsinin ölçüləri müəyyən edilmişdir. (Cavabdehin iştirakı təmin edilməmişdir).
57. İddiaçının mülkiyyətində olan torpaq sahəsi sənəd üzrə, həmçinin naturada faktiki istifadə vəziyyətinə görə cavabdehlərə məxsus torpaq sahələri ilə 26.3 kv.metr hissədə üst-üstə düşür. (Cavabdehlərə məxsus torpaq sahəsi tikinti altında yerləşir). Əlavə olaraq bildiririk ki, qeyd olunan məlumatlar cavabdehlərə məxsus torpaq sahələri ilə bağlı hazırlanmış ilkin sənədlərində olan texniki qüsurlar (koordinat sürüşməsi) aradan qaldırıldıqdan sonra üst-üstə düşmə müəyyən edilmişdir.
58. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərinə verilmiş Yevlax şəhəri H.Əliyev prospekti 59-da yerləşən 0,1298 hektar torpaq sahəsinin 9.3 kv.m hissəsi Cavabdeh1 tərəfindən, 17 kv.m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilir və tikinti işləri aparılmışdır.
59. İddiaçılara aid torpaq sahəsi cavabdehlər tərəfindən naturada istifadə edilən və tikinti işləri aparılmışdır. İddiaçılara aid olan və cavabdehlər tərəfindən naturada istifadə olunan torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti mütəxəssislər tərəfindən tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
60. Qeyd: ilkin ekspertiza ilə təkrar ekspertizanın nəticələri arasında yaranmış ziddiyətin səbəbi 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssilərinin tərtib etdiyi mütəxəssis rəylərinin fərqli olmasıdır.
61. Məhkəmə kollegiyası qeyd edir ki, təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekpsert rəyi ilə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə, həmçinin naturada faktiki istifadə vəziyyətinə görə cavabdehlərə məxsus torpaq sahələri ilə 26.3 kv.metr hissədə üst-üstə düşməsi, üstüstə düşən torpağın 9.3 kv.m hissəsinin Cavabdeh1 tərəfindən, 17 kv.m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılara aid torpaq sahəsi ilə onların cavabdehlərə aid olduğunu göstərdikləri 0,003 ha və 0,0042 ha torpaq sahələrinin hər birinə münasibətdə ayrıca hüquqmüəyyənedici sənədlər verilmişdir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə 0,003 ha və 0,0042 ha torpaq sahələrinə münasibətdə verilmiş hüquqmüəyyənedici sənədlər eyni hüquqi qüvvəyə malik olmaqla onlardan birinin digərinə münasibətdə üstünlüyü mövcud deyildir. Yəni sənəd üzrə üst-üstə düşən hissə yalnız iddiaçıların deyil, həmçinin adlarına sənəd verilmiş şəxslərin də mülkiyyətlərinə rəsmiləşdirilmişdir.
63. Bu halda ilk öncə üst-üstə düşən hissədə aparılmış qeydiyyatlardan hansının yanlış olması mübahisələndirilməklə həmin məsələyə aydınlıq gətirilməli, bundan sonra kim tərəfindən zəbtin həyata keçirilməsi aydınlaşdırılmalıdır. Üst-üstə düşən 9.3 kv.m və 17 kv.m olmaqla cəmi 26.3 kv.metr hissədən əlavə iddiaçılara məxsus torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi halı müəyyən edilməməklə yanaşı iddiaçılar tərəfindən buna dair əlavə bir sübut da təqdim edilməmişdir.
64. Məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli, 10/6885 nömrəli ekpsert rəyini əsaslı hesab etməməsi səbəbli təkrar məhkəmə tikinti texniki ekspertizası təyin edildiyindən, 26 sentyabr 2023-cü il tarixli, 10/6885 nömrəli ekpsert rəyini iş üzrə mötəbər sübut qismində qəbul etmir və təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekpsert rəyini iş üzrə mötəbər sübut kimi qəbul edir.
65. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyində iddiaçıların mülkiyyətində olan 0,1298 hektar torpaq sahəsinin 0,003 ha və 0,0042 ha torpaq sahələrinin hər hansı bir hissəsi ilə üst-üstə düşməsi halının müəyyən edilməməsi məsələsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə mütəxəssis qarşısında 0,003 ha və 0,0042 ha torpaq sahələrinin sənəd üzrə koordinatlarının və naturada ölçülərinin müəyyən edilməsinə dair hər hansı bir sualın qoyulmadığı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyi ilə təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekpsert rəyinin, həmçinin 20 fevral 2024-cü il tarixli ekspertiza rəyinin verilməsi üçün əsas olmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 01 dekabr 2023-cü il tarixli mütəxəssis rəyinin bir-birinə zidd rəylər kimi qəbul edilməsini doğru hesab etmir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekpsert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçılar bununla bağlı sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekpsert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin Ofelya Asalanovanın özünə məxsus torpaq sahəsini alqı-satqı nəticəsində özgəsinə özgəninkiləşdirdiyi üçün cavabdeh hesab oluna bilməməsinə dair mövqeyinin əsassız olmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, işdə olan X11 ilə (satıcı) X16 (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı ƏMDK yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X9 verilmiş **********12-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Yevlax şəhəri H.Əliyev prospekti 61/5 ünvanında yerləşən, tam mülkiyyət üzrə 25,1 kv/m olan qeyri yaşayış binasını və tam mülkiyyət üzrə 0.003 ha olan torpaq sahəsini alıcıya satmışdır.
68. Məhkəmə kollegiyası qeyd edir ki, X9 məxsus tikilinin və onun yerləşdiyi torpaq sahəsinin X3 işdə olan alqı-satqı müqaviləsi əsasında müəyyən edildiyi halda iddiaçılara məxsus torpaq sahəsinin hər hansı bir hissəsinin X11 tərəfindən zəbt edilməsinə dair iddiaçılar tərəfindən əlavə bir sübut təqdim edilməmişdir.
69. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
71. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin, maddi və prosessual hüquq normaların tələblərinin pozulmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin iddiaçıların apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
72. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********000 2088501; Az.MEM, VÖEN**********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(039)-98/2023 nömrəli qətnaməsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********000 2088501; Az.MEM, VÖEN**********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.