Məhkəmə qərarları › İş №2(107)-464/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-464/2024

02.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-464/2024 02.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellyasiya icraatına xitam) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli e-2(014)-1239/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə 26 fevral 2022-ci il tarixdə evlənmişlər. Lakin münasibətləri pozulduğuna görə cavabdehin iddiasına əsasən aralarında olan nikah Qəbələ Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(025)-95/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Ərə gedərkən qeyd etdiyi cehiz əşyalarını toy və nişanda, iddiaçıya hədiyyə şəklində verilmiş qızıl-zinət əşyalarını və geyim paltarlarını cavabdeh ona könüllü şəkildə verməkdən imtina etmişdir. Belə ki, dəfələrlə əmlakını könüllü aparmaq istəsə də, cavabdehin anası iddiaçıya qarşı təhqiredici ifadələr işlədərək qapıdan qovmuşdur. İddiaçıya məxsus əşyaları məhkəmə qətnaməsi olmadan aparmaq mümkün deyildir. Bununla əlaqədar olaraq mediasiya prosesindən keçmişlər və bu barədə işə əlavə edilmiş mediasiya prosesinə xitam verilməsi barədə sənəd də vardır. Bu səbəbdən Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Cavabdehdə qalan cehiz əşyaları, qızıl-zinət və geyim əşyaları - 3000 manat dəyərində yataq mebeli taxta çarpayı, 2 ədəd tumbuçka, 1 ədəd güzgü, 1 ədəd dolab, 2 ədəd servant, 1 ədəd televizor altlığı, 1 ədəd divan, 2 ədəd kreslo, 700 manat dəyərində 1 qabaq stolu və 6 əd stul, 900 manat dəyərində1 ədəd aynalı paltar yuyan maşın, 133 manat dəyərində 1 ədəd sandıq, 260 manat dəyərində 1 ədəd çarpayı, 400 manat dəyərində 1 ədəd xalça, 300 manat dəyərində 1 ədəd xalça, 160 manat dəyərində 1 ədəd tozsoran maşın, 175 manat dəyərində 1 əd. ət çəkən maşın, 45 manat dəyərində 1 dəst miksel (qabları ilə birlikdə), 67 manat 1 ədəd qablı blendr, 107 manat 1 ədəd ütü stolu ütü ilə birlikdə, 165 manat 1 ədəd samovar, 300 manat dəyərində 1 dəst nahar servisi 12 predmetlə, 1 dəst çay servisi 12 predmetlə, 1 dəst kofe servisi 12 predmetlə, 600 manat 1 ədəd plazma televizor, 210 manat 1 ədəd çamadanda qaşıq naboru, 1500 manat üzlüklü kəfrəmli yundan 3 ədəd böyük alt döşəyi, 5 ədəd yorğan, 2 ədəd söykənəcək yastıq, 120 manat dəyərində 6 ədəd tük balınc, 200 manat dəyərində 1 dəst taxt örtüyü yastıq və balıncları ilə birlikdə, 135 manat dəyərində 1 dəst taxt örtüyü yastıq və balıncları ilə birlikdə, 715 manat dəyərində 4 pəncərə və 1 qapı kapsella (tüldən və atlasdan) pərdələri, 150 manat dəyərində 5 ədəd künc böyük güldan, 35 manat dəyərində 2 buket gül, 55 manat dəyərində tək və qoşa güllər (künc gülü), 58 manat dəyərində 1 ədəd gecə lampası (noçnik), 45 manat dəyərində 1 ədəd lampa (neft lampası), 52 manat dəyərində 1 ədəd divar saatı, 35 manat dəyərində 1 dəst pol silən vedrə, 18 manat dəyərində 1 dəst süpürgə, 42 manat dəyərində 1 ədəd vanna, 16 manat dəyərində 2 ədəd dəmir su vedrəsi, 17 manat dəyərində 1 ədəd paltar səbəti, 14 manat dəyərində 1 ədəd zibil vedrəsi, 185 manat dəyərində 4 ədəd ləyən, 18 manat dəyərində 1 ədəd aşsüzən, 56 manat dəyərində 10 ədəd plastmas ləyən, 12 manat dəyərində 1 ədəd dəmir su qabı, 16 manat dəyərində 2 ədəd çörək qabı, 250 manat dəyərində 1 dəst qazan tava və tefal, 140 manat dəyərində 1 dəst güllü 5 qazan-tava, 65 manat dəyərində 3 güllü qazan-tuc dəsti, 385 manat dəyərində 11 ədəd billur vaz, 71 manat dəyərində 3 ədəd göy rəngli böyük vaz, 40 manat dəyərində 2 ədəd göy rəngli kiçik vaz, 27 manat dəyərində 1 dəst salat doğrayan, 35 manat dəyərində 1 ədəd çaydan, 8 manat dəyərində 1 ədəd çaynik, 27 manat dəyərində 1 dəst çaydan və çaynik, 224 manat dəyərində 8 predmetdən ibarət bakal dəst, 192 manat dəyərində 27 ədəd billur qəndqabı, 100 manat dəyərində 4 ədəd 3 mərtəbəli göy rəngli şirniyyat qabı, 130 manat dəyərində 3 ədəd tort servisi ayrı-ayrılıqda qiymətlər 58 manat, 45 manat və 30 manatdan ibarət, 140 manat dəyərində 4 ədəd billur çərəz qabı, 12 manat dəyərində 1 ədəd şüşə qrafinka, 56 manat dəyərində 6 ədəd salfetka qabı (4 ayna və 2 göy rəngli), 160 manat dəyərində 48 predmetdən ibarət qızılı-güllü rəngli boşqab, 185 manat dəyərində 48 predmetdən ibarət göy rəngli ədəd boşqab dəst, 48 manat dəyərində 24 ədəd billur stəkan, 52 manat dəyərində 24 ədəd göy qızılı rəngli nəlbəki, 32 manat dəyərində 24 ədəd ayna rezetka mürəbbə üçün, 44 manat dəyərində 38 ədəd göy qızılı rəngli rezetka mürəbbə üçün, 135 manat dəyərində 2 kəfkir, 2 çömçə, 4 taxta qaşıq, 4 paylayıcı çömçə, 12 dörə qaşığı; 24 xörək qaşığı; 24 çəngəl; 24 çay qaşığı, 24 uzun mürəbbə qaşığı; 4 bıçaq; 3 tort boşqabı; 3 kotlet və balıq boşqabı; 24 tort çəngəli; 12 ədəd meyvə bıçağı, 209 manat dəyərində 10 ədəd kuklalar, 467 manat dəyərində 9 dəst pastel dəsti, 150 manat dəyərində 4 ədəd ağ küpürlü süfrə, 64 manat dəyərində 5 metr klyonka süfrə, 218 manat dəyərində 18 ədəd əl-üz dəsmalı, 228 manat dəyərində 6 ədəd hamam dəsmalı, 25 manat dəyərində 1 ədəd soyuducu altlığı, 12 manat dəyərində 1 ədəd qabqacaq altlığı, 18 manat dəyərində 1 ədəd paltaryuyan maşın üzlüyü, 52 manat dəyərində 20 ədəd çay dəsmalı, 48 manat dəyərində 6 ədəd mətbəx dəsmalı, 67 manat dəyərində 4 ədəd tül naketka, 58 manat dəyərində 24 ədəd salfetka dəsmal, 14 manat dəyərində 1 ədəd mətbəx əlcəyi (tutacaq), 20 manat dəyərində 4 paçkada 48 ədəd enli paltar şpilkası, 18 manat dəyərində 1 dəst mağara, qayçı, iynə, 12 manat dəyərində 6 ədəd praşqast, 495 manat dəyərində 3 pultlu lüstr, 84 manat dəyərində 6 ədəd stul döşəkcə ilə birlikdə, 115 manat dəyərində 2 ədəd çarpayı üstü yun ədyal, 69 manat dəyərində 1 ədəd dividi, 35 manat dəyərində 1 ədəd aynalı tort qabı, 125 manat dəyərində 15 ədəd gül əkmək üçün qab, 38 manat dəyərində 1 ədəd tava, 18 manat dəyərində 1 ədəd aynalı saat suvenir, 16 manat dəyərində 1 ədəd tor süpürgəsi, 12 manat dəyərində 1 ədəd önlük, 135 manat dəyərində 1 ədəd Eurolux duxovka, 18 manat dəyərində 2 ədəd göz muncuğu aksesuarları, 36 manat dəəyrində 2 ədəd aynalı şəkil çərçivəsi, 80 manat dəyərində 2 ədəd billur stolüstü güldan, 30 manat dəyərində 10 ədəd tək-tək güllər, 86 manat dəyərində 3 ədəd saç feni ütü və hava vuran, 1780 manat dəyərində sep , bilərzik bir cüt sırğa və üzük komplekt qızıl dəsti, 200 manat dəyərində nişan üzüyü, 320 manat dəyərində tək qızıl üzük, 500 manat dəyərində anasının verdiyi rus qızıl üzüyü, 350 manat dəyərində anasının verdiyi rus qızıl üzüyü, 700 manat dəyərində atasının alıb verdiyi “Lenovo” mobil telefon, 62 manat dəyərində 1 ədəd palto, 35 manat dəyərində 1 ədəd qadın çəkməsi, 35 manat dəyərində 1 ədəd basanojka, 45 manat dəyərində 1 ədəd qadın əl sumkası (çanta), gəlin gedərkən ata evindən apardığım əşyalar isə 35 manat dəyərində 1 ədəd qış pijaması, 28 manat dəyərində 1 ədəd qış pijaması, 26 manat dəyərində 1 ədəd cins qadın şalvarı, 18 manat dəyərində 1 ədəd cins qadın şalvarı, 25 manat dəyərində 1 ədəd cins qadın şalvarı, 18 manat dəyərində 1 ədəd cins qadın şalvarı, 27 manat dəyərində 1 ədəd soroçka kofta, 22 manat dəyərində 1 ədəd soroçka kofta, 45 manat dəyərində 1 ədəd don, 18 manat dəyərində 1 ədəd kofta, 22 manat dəyərində 1 ədəd kofta, 15 manat dəyərində 1 ədəd kofta, 25 manat dəyərində 1 ədəd kofta, 25 manat dəyərində 1 ədəd kofta, 27 manat dəyərində 1 ədəd kofta, 20 manat dəyərində 1 ədəd kofta, 10 manat dəyərində 1 cüt ev ayaqqabısı, 7 manat dəyərində 1 cüt ev ayaqqabısı, 12 manat dəyərində 1 cüt ev ayaqqabısı, 20 manat dəyərində 1 cüt kapron corab (kalqotka), 35 manat dəyərində qadın alt geyimləri, 160 manat dəyərində 1 ədəd restoran donu, 120 manat dəyərində 1 ədəd restoran donu, 65 manat dəyərində 1 ədəd restoran donu, 45 manat dəyərində 1 ədəd restoran donu, 95 manat dəyərində 1 ədəd restoran donu, 465 manat dəyərində şalvarlar, pijamalar, lasinlər, yay-qış koftaları; 75 manat dəyərində 1 cüt qadın çəkməsi, 60 manat dəyərində 1 cüt qadın ayaqqabısı, 22 manat dəyərində 1 cüt gündəlik geyilən qadın ayaqqabısından ibarətdir. Bundan başqa nikah dövründə cavabdeh 15000 manata ** DT *** dövlət nömrə nişanlı minik avtomobili də almışdır ki, həmin minik avtomobilinin 7500 manat hissəsi idduaçının payına düşür. Cavabdehdən minik avtomobilinə görə 7500 manat tələb edir və cavabdeh həmin minik avtomobilini başqa adamın adına keçirmişdir. İşə əlavə etdiyi fotoşəkillərlə və video disk ilə sübut olunur ki, tələb etdiyi əşyalar olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh 36699 manat dəyərində cehiz əşyalarının, qızıl-zinət əşyalarının, nikah dövründə əldə edilmiş əmlakın dəyərinin yarısını, geyim paltarlarının və ya onların dəyərinin və ödədiyi dövlət rüsumunun məcburi qaydada alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq iddia ərizəsində birgə yaşayış dövründə əldə edilmiş 15000 manat dəyəri olan ** DT *** dövlət nömrə nişanlı minik avtomobilinin yarısı, yəni 7500 manatının tələb edildiyini, nikah dövründə əldə edilmiş avtomobilinin tələb edilməsi məsələsi ilə məhkəmədə ayrıca iddia qaldıracağını, iddia ərizəsində ümumi tələb olunan 36699 manat təşkil etdiyini, bu səbəbdən 36699 manat tələbdən 7500 manat çıxılmalı olduğunu və 29199 manatın saxlanılmalı olduğunu bildirərək iddia ərizəsinin nəticə hissəsində tələbin həcmini 29199 manat qəbul edilməklə tələb olunan əmlakın naturada alınıb verilməsi, mümkün olmadıqda onların onların dəyərinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli e-2(014)-1239/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçıya məxsus 700 manat dəyərində 1 qabaq stolun və 6 əd stulun, 900 manat dəyərində 1 ədəd aynalı paltar yuyan maşının, 133 manat dəyərində 1 ədəd sandığın, 260 manat dəyərində 1 ədəd çarpayının, 400 manat dəyərində 1 ədəd xalçanın, 300 manat dəyərində 1 ədəd xalçanın, 160 manat dəyərində 1 ədəd tozsoran maşının, 175 manat dəyərində 1 əd. ət çəkən maşının, 45 manat dəyərində 1 dəst mikselin (qabları ilə birlikdə), 67 manat 1 ədəd qablı blendrin, 107 manat 1 ədəd ütü stolu ütü ilə birlikdə, 165 manat 1 ədəd samovarın, 300 manat dəyərində 1 dəst nahar servisi 12 predmetlə, 1 dəst çay servisi 12 predmetlə, 1 dəst kofe servisi 12 predmetlə, 600 manat 1 ədəd plazma televizor, 210 manat 1 ədəd çamadanda qaşıq naboru, 1500 manat üzlüklü kəfrəmli yundan 3 ədəd böyük alt döşəyin, 5 ədəd yorğanın, 2 ədəd söykənəcək yastığın, 120 manat dəyərində 6 ədəd tük balıncın, 200 manat dəyərində 1 dəst taxt örtüyü yastıq və balıncları ilə birlikdə, 135 manat dəyərində 1 dəst taxt örtüyü yastıq və balıncları ilə birlikdə, 715 manat dəyərində 4 pəncərə və 1 qapı kapsella (tüldən və atlasdan) pərdələrinin, 150 manat dəyərində 5 ədəd künc böyük güldanın, 35 manat dəyərində 2 buket gülün, 55 manat dəyərində tək və qoşa güllərin (künc gülü), 58 manat dəyərində 1 ədəd gecə lampasının (noçnik), 45 manat dəyərində 1 ədəd lampanın (neft lampası), 52 manat dəyərində 1 ədəd divar saatının, 35 manat dəyərində 1 dəst pol silən vedrənin, 18 manat dəyərində 1 dəst süpürgənin, 42 manat dəyərində 1 ədəd vannanın, 16 manat dəyərində 2 ədəd dəmir su vedrəsinin, 17 manat dəyərində 1 ədəd paltar səbətinin, 14 manat dəyərində 1 ədəd zibil vedrəsinin, 185 manat dəyərində 4 ədəd ləyənin, 18 manat dəyərində 1 ədəd aşsüzənin, 56 manat dəyərində 10 ədəd plastmas ləyənin, 12 manat dəyərində 1 ədəd dəmir su qabı, 16 manat dəyərində 2 ədəd çörək qabı, 250 manat dəyərində 1 dəst qazan tava və tefalin, 140 manat dəyərində 1 dəst güllü 5 qazan-tavanın, 65 manat dəyərində 3 güllü qazan-tuc dəstin, 385 manat dəyərində 11 ədəd billur vazın, 71 manat dəyərində 3 ədəd göy rəngli böyük vazın, 40 manat dəyərində 2 ədəd göy rəngli kiçik vazın, 27 manat dəyərində 1 dəst salat doğrayanın, 35 manat dəyərində 1 ədəd çaydanın, 8 manat dəyərində 1 ədəd çaynikin, 27 manat dəyərində 1 dəst çaydan və çaynikin, 224 manat dəyərində 8 predmetdən ibarət bakal dəstin, 192 manat dəyərində 27 ədəd billur qəndqabının, 100 manat dəyərində 4 ədəd 3 mərtəbəli göy rəngli şirniyyat qabının, 130 manat dəyərində 3 ədəd tort servisinin ayrı-ayrılıqda qiymətləri 58 manat, 45 manat və 30 manatdan ibarət, 140 manat dəyərində 4 ədəd billur çərəz qabının, 12 manat dəyərində 1 ədəd şüşə qrafinkanın, 56 manat dəyərində 6 ədəd salfetka qabının(4 ayna və 2 göy rəngli), 160 manat dəyərində 48 predmetdən ibarət qızılı-güllü rəngli boşqabın, 48 manat dəyərində 24 ədəd billur stəkanın, 52 manat dəyərində 24 ədəd göy qızılı rəngli nəlbəkinin, 32 manat dəyərində 24 ədəd ayna rezetka mürəbbə üçün, 44 manat dəyərində 38 ədəd göy qızılı rəngli rezetka mürəbbə üçün, 135 manat dəyərində 2 kəfkir, 2 çömçə, 4 taxta qaşıq, 4 paylayıcı çömçə, 12 dörə qaşığı; 18 xörək qaşığı; 18 çəngəl; 24 çay qaşığı, 24 uzun mürəbbə qaşığı; 4 bıçaq; 3 tort boşqabı; 3 kotlet və balıq boşqabının; 24 tort çəngəlin; 12 ədəd meyvə bıçağının, 209 manat dəyərində 10 ədəd kuklaların, 467 manat dəyərində 9 dəst pastel dəstinin, 150 manat dəyərində 4 ədəd ağ küpürlü süfrənin, 64 manat dəyərində 5 metr klyonka süfrənin, 218 manat dəyərində 18 ədəd əl-üz dəsmalının, 228 manat dəyərində 6 ədəd hamam dəsmalının, 25 manat dəyərində 1 ədəd soyuducu altlığının, 12 manat dəyərində 1 ədəd qab-qacaq altlığının, 18 manat dəyərində 1 ədəd paltaryuyan maşın üzlüyünün, 52 manat dəyərində 20 ədəd çay dəsmalının, 48 manat dəyərində 6 ədəd mətbəx dəsmalının, 67 manat dəyərində 4 ədəd tül naketkanın, 58 manat dəyərində 24 ədəd salfetka dəsmalının, 14 manat dəyərində 1 ədəd mətbəx əlcəyinin (tutacaq), 20 manat dəyərində 4 paçkada 48 ədəd enli paltar şpilkasının, 18 manat dəyərində 1 dəst mağaranın, qayçının, iynənin, 12 manat dəyərində 6 ədəd praşqastın, 495 manat dəyərində 3 pultlu lüstrun, 84 manat dəyərində 6 ədəd stul döşəkcə ilə birlikdə, 115 manat dəyərində 2 ədəd çarpayı üstü yun ədyalın, 69 manat dəyərində 1 ədəd dividinin, 35 manat dəyərində 1 ədəd aynalı tort qabının, 125 manat dəyərində 15 ədəd gül əkmək üçün qabın, 38 manat dəyərində 1 ədəd tavanın, 18 manat dəyərində 1 ədəd aynalı saat suvenirinin, 16 manat dəyərində 1 ədəd tor süpürgəsinin, 12 manat dəyərində 1 ədəd önlüyün, 135 manat dəyərində 1 ədəd Eurolux duxovkanın, 18 manat dəyərində 2 ədəd göz muncuğu aksesuarlarının, 36 manat dəyrində 2 ədəd aynalı şəkil çərçivəsinin, 80 manat dəyərində 2 ədəd billur stolüstü güldanın, 30 manat dəyərində 10 ədəd tək-tək güllərin, 86 manat dəyərində 3 ədəd saç feni, ütü və hava vuranın, 200 manat dəyərində nişan üzüyünün, 320 manat dəyərində tək qızıl üzüyün, 500 manat dəyərində anasının verdiyi rus qızıl üzüyün, 350 manat dəyərində anasının verdiyi rus qızıl üzüyün, 700 manat dəyərində atasının alıb verdiyi “Lenovo” mobil telefonun, 62 manat dəyərində 1 ədəd paltonun, 35 manat dəyərində 1 ədəd qadın çəkməsinin, 35 manat dəyərində 1 ədəd basanojkanın, 45 manat dəyərində 1 ədəd qadın əl sumkasının (çanta), gəlin gedərkən ata evindən apardığı əşyalar isə 35 manat dəyərində 1 ədəd qış pijamasının, 28 manat dəyərində 1 ədəd qış pijamasının, 26 manat dəyərində 1 ədəd cins qadın şalvarın, 18 manat dəyərində 1 ədəd cins qadın şalvarın, 25 manat dəyərində 1 ədəd cins qadın şalvarın, 18 manat dəyərində 1 ədəd cins qadın şalvarın, 27 manat dəyərində 1 ədəd soroçka koftanın, 22 manat dəyərində 1 ədəd soroçka koftanın, 45 manat dəyərində 1 ədəd donun, 18 manat dəyərində 1 ədəd koftanın, 22 manat dəyərində 1 ədəd koftanın, 15 manat dəyərində 1 ədəd koftanın, 25 manat dəyərində 1 ədəd koftanın, 25 manat dəyərində 1 ədəd koftanın, 27 manat dəyərində 1 ədəd koftanın, 20 manat dəyərində 1 ədəd koftanın, 10 manat dəyərində 1 cüt ev ayaqqabısının, 7 manat dəyərində 1 cüt ev ayaqqabısının, 12 manat dəyərində 1 cüt ev ayaqqabısının, 20 manat dəyərində 1 cüt kapron corabın (kalqotka), 35 manat dəyərində qadın alt geyimlərinin, 160 manat dəyərində 1 ədəd restoran donunun, 120 manat dəyərində 1 ədəd restoran donunun, 65 manat dəyərində 1 ədəd restoran donunun, 45 manat dəyərində 1 ədəd restoran donunun, 95 manat dəyərində 1 ədəd restoran donunun, 465 manat dəyərində şalvarların, pijamaların, lasinlərin, yay-qış koftalarının; 75 manat dəyərində 1 cüt qadın çəkməsinin, 60 manat dəyərində 1 cüt qadın ayaqqabısının, 22 manat dəyərində 1 cüt gündəlik geyilən qadın ayaqqabısından ibarət əşyalar alınaraq İddiaçı verilməli, qeyd olunan əmlakların cavabdehdən naturada alınması mümkün olmadığı halda həmin əmlakların dəyəri pulla cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 202 manat məbləğində dövlət rüsumunun yarısı 100 (yüz) manatın cavabdehdən alınaraq İddiaçı verilməsi, qeyd olunan əmlakların cavabdehdən naturada alınması mümkün olmadığı halda həmin əmlakların dəyəri pulla cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 202 manat məbləğində dövlət rüsumunun yarısı 101 (yüz bir) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməsini qət etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, iddiaçının vəkili https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2753879Vəkil və Cavabdeh səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh məhkəmə iclasınadək məhkəmə kollegiyasına göndərdiyi teleqramında 2(107)-464/2024 nömrəli mülki iş üzrə iddiaçı ilə aralarında mübahisəni qarşılıqlı razılıqda öz aralarında həll etdiklərindən həmin iş üzrə verdiyi apellyasiya şikayətindən imtina etdiyini göstərmiş, və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4-ci maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən cavabdeh tərəfin apellyasiya şikayətindən imtina etməsi barədə teleqramını iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina üçün apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli e-2(014)-1239/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar