Məhkəmə qərarları › İş №2(107)-47/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-47/2024

23.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-47/2024 23.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və X5 cavabdehlər Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Maraqlı şəxs və Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, miras paylarının müəyyən edilməsi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və X5 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və X5 cavabdehlər Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Maraqlı şəxs və Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tаrixli, 2(033)-73/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və X11 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi:

1. İddiaçılar İddiaçı1, İddiaçı3 və X11 cavabdehlər Maraqlı şəxs, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X4, Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına dair iş üzrə Maraqlı şəxs tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun hər birinin payı 1/3 olmaqla qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçılar iddialarını onunla əsaslandırmışlar ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun mərhum ataları X31, o cümlədən, X24 və X9 ümumi birgə mülkiyyətinə Zaqatala rayonu, Yuxarı Tala kəndində 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmçinin, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərində iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun mərhum ataları X25 məxsus fərdi yaşayış evi də vardır. Mərhum ataları X19 ölümündən sonra ondan miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evi, 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki payını iş üzrə iddiaçılar faktiki olaraq qəbul etmiş və bu günədək də idarə etməkdədirlər. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlu mərhum ataları X15 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evi,0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki payı üzərində qanun üzrə vərəsəlik hüquqlarını rəsmiləşdirmək məqsədi ilə iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X4 müraciət edərkən məlum olmuşdur ki, mərhum ataları X15 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki paya qanunsuz olaraq 29 dekabr 2019-cu il tarixdə tam pay hüququ ilə iş üzrə üçüncü şəxs Maraqlı şəxs qanun üzrə vərəsəlik hüququ müəyyən edilmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Halbu ki, X15 miras qalmış əmlakları iş üzrə iddiaçılar faktiki olaraq qəbul etmiş və bu günədək də idarə etməkdədirlər. İş üzrə üçüncü şəxs Maraqlı şəxs, mərhum X19 uşaqlarının, yəni vərəsələrinin olmasını bilməsinə baxmayaraq Zaqatala Rayon İcra X27 İnzibati Ərazi Dairəsindən əldə etdiyi özündə həqiqi məlumatları əks etdirməyən, qanunsuz arayış əsasında özünü tək vərəsə kimi bəyan etmişdir. Bununla yanaşı, iş üzrə cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X8 27 iyul 2022-ci il tarixli, 834 nömrəli məktubla X15 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən digər əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi, X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına dair iş üzrə üçüncü şəxs Maraqlı şəxs tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, o cümlədən, X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına iddiaçılarının hər birinin payı 1/3 olmaqla qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 nümayəndəsi vəkil Nümayəndə 30 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına dair iş üzrə üçüncü şəxs Maraqlı şəxs qıznın tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqmda şəhadətnamə"nin etibarsız hesab edilməsi, 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Maraqlı şəxs 2/3 payı üzərində 13 yanvar 2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı ilə bağlı hissədə daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 84-cü vərəqində, **********3 qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, iş üzrə üçüncü şəxs Maraqlı şəxs və digər mülkiyyətçi Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqısatqısına dair 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılması, 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh3 29 oktyabr 2021-ci il tarixdə hüquqlarının dövlət qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 84-cü vərəqində, ********** qeydiyyat nömrəsi ilə aparılmış qevdiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun hər birinin payı 1/3 olmaqla qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. O, ərizəsini bununla əsaslanıdırmışdır ki, işin araşdırılması mərhələsində məlum olmuşdur ki, iş üzrə üçüncü şəxs Maraqlı şəxs və digər mülkiyyətçi Cavabdeh2 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən həmin əmlak üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 16 oktyabr 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən Cavabdeh3 satmışdır. 16 oktyabr 2021-ci il tarixli, AN- İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən Cavabdeh3 həmin daşınmaz əmlak üzərində hüquqları 29 oktyabr 2021-ci il tarixdə daşmmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 84-cü vərəqində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Hazırki, ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi iddianın həcminin artırılması ilə bağlıdır. Belə ki, iddiaçılar hazırda baxılan tələbləri ilə yanaşı, iş üzrə üçüncü şəxs Maraqlı şəxs və digər mülkiyyətçi X20 ilə Cavabdeh3 arasında bağlanmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini istəyirlər.

5. Cavabdeh Maraqlı şəxs məhkəməyə 07 oktyabr 2022-ci il tarixdə etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçılar mərhum ataları X15 miras qalmış torpaq sahələrini faktiki olaraq qəbul etməsini iddia ərizəsində qeyd etsələr də, iş materiallarına iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübut edəcək heç bir sübut əlavə olunmamışdır. İddiaçılar Zaqatala rayon Notariat Ofisinə müraciət edərək atalarından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Notariat ofisinə müraciətlərində atalarının ölümündən sonra həmin yurda sahiblik etmələrini, komunal xərcləri ödəmələrini, müəyyən işlər gördüklərini bildirirlər. İddiaçılara Zaqatala rayon Notariat ofisi tərəfindən 27 iyul 2022ci il tarixdə verilmiş cavab məktubunda qeyd olunur ki, Notariat Haqqında Qanunun müvafiq maddəsinə əsaslanaraq mirasın faktiki qəbulu ilə bağlı sübutlarını təqdim etmədiklərindən, eyni zamanda qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu müddətini ötürdüklərindən və vərəsələr arasında mübahisə olduqda iş məhkəmədə həll edilməlidir. Notariat ofisi tərəfindən verilmiş məktubdan aydın olur ki, iddiaçılar mirası faktiki qəbul etməsi ilə bağlı sübutlarını notariat ofisinə təqdim etməmişlər. Eyni zamanda mirasın qəbulu ilə bağlı müddət ötürülmüşdür. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldıqdan sonra 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçılardan İddiaçı1 və X12 təsərrüfatdan ayrı olmuş, həmin təsərrüfatda qeydiyyatda olmamış və atalarından miras qalmış əmlakı idarə etməmişlər. İddiaçı2 oğlu isə ümumiyyətlə Azərbaycanda yaşamamış, Rusiya Federasiyasında yaşamış və Rusiya Federasiyasının vətəndaşıdır. MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək iddiaçıların iddiasına etiraz edir. Bunun üçün yuxarıda qeyd etdiklərimi əsas gətirərək iddia əsassız olduğundan iddiaçıların iddiasının təmin olunmamasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, izahatında əlavə olaraq göstərmişdir ki, cavabdeh Maraqlı şəxs heç bir övladı göstərmədən tək özünü vərəsə kimi təqdim edərək vərəsəlik şəhadətnaməsi almışdır və iddiaçının əsas qanun üzrə vərəsələri kənarda qalmışdır. İddiaçıların hərəsinin 1/3 payda mülkiyyət hüquqları vardır.

7. Cavabdeh3 27 dekabr 2022-ci il tarixdə verdiyi izahatında göstərmişdir ki, ona torpaq sahəsini satmağı İddiaçı3 təklif etmişdir. O, atasından düşən payın pulunu ona vermişdir. O, həmin torpaq sahəsini razılıqla almışdır. Torpağı 1500 manata almışdır. İddia əsassız olduğundan rədd edilməsini xahiş edir.

8. Cavabdeh Maraqlı şəxs və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dadalova (Hacıyeva) Ülviyyə Elxan qızının nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbi tam əsassızdır. Kamilə əri öləndən sonra 2 il orada yaşamışdır. Sonradan Kamiləni mübahisəli evdə yaşamağa qoymamışlar. Kamilənin çıxarıldığı vaxtdan ev Həcərgilin istifadəsindədir və onlar evin qapısını bağlı saxlayırlar. Evin heç bir sənədi yoxdur və çıxarış alınmamışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə torpaq sahəsinə görə verilmişdir. Vərəsəlik işi açılan zaman icra nümayəndəliyi vərəsələr haqqında arayışda yalnız bir nəfərin adını o səbəbdən göstərmişdir ki, evdə həmin vaxt yalnız Kamilə yaşamışdır. Ülviyyə Kamilənin birinci əri Elxandan olan qızıdır.

9. Cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X8 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.

10. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Cavabdeh4 (alqı satqı müqaviləsində Kamiləni əvəz etmişdir) rəsmi qaydada məmulat verilməsinə baxmayaraq o, gəlməməsinin üzürlü olması barədə məhkəməyə sənəd təqdim etməmişdir.

12. Məhkəmə mülki işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmaısnı mümkün hesab etmişdir.

13. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-73/2023 nömrəli qətnaməsi ilə (hakim V.Məmmədov) İddiaçılar İddiaçı1, İddiaçı3 və X5 cavabdehlər Maraqlı şəxs, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X4, Cavabdeh3, üçüncü şəxslər Dadalova (Hacıyeva) Ülviyyə Elxan qızına, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına dair iş üzrə üçüncü şəxs Maraqlı şəxs tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Maraqlı şəxs 2/3 payı üzərində 13 yanvar 2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı ilə bağlı hissədə daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 84-cü vərəqində, **********3 qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, iş üzrə üçüncü şəxs Maraqlı şəxs və digər mülkiyyətçi Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqı- satqı müqaviləsi"nin etibarsız sayılması, 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqısatqı müqaviləsi"nə əsasən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh3 29 oktyabr 2021-ci il tarixdə hüquqlarının dövlət qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 84-cü vərəqində, ********** qeydiyyat nömrəsi ilə aparılmış qevdiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun hər birinin payı 1/3 olmaqla qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilməsi, iddiaçıların dövlət rüsumu olaraq ödədikləri 100 (bir yüz) manatın özlərinə aid edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X31 ilə Maraqlı şəxs 14 fevral 1996-cı ildən nikah bağlamışlar və bundan sonra arvada Əliyeva soyadı verilmişdir. X31 12 dekabr 1997-ci ildə vəfat etmişdir. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə 0,23 ha torpaq sahəsi və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X31, X24 və X9 ümumi birgə mülkiyyətinə verilmişdir. 29 dekabr 2019-cu il tarixli 2V-1303 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,66 ha olan torpaq sahəsinin 1/3 hissəsinə X3 qalmış miras olaraq Maraqlı şəxs vərəsəlik hüququ tanınmışdır. Bundan sonra həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 13 yanvar 2020-ci il tarixdə ********* sayla Maraqlı şəxs və Cavabdeh2 mülkiyyətlərinə qeydiyyata alınmışdır. Zaqatala rayonu 2 saylı notariat ofisində 06 oktyabr 2021-ci il tarixdə 4Ə- 1658 reystr nömərsi təsdiq olunmuş AN-İ ******* saylı alqı-satqı müqviləsinə əsasən Maraqlı şəxs və Cavabdeh2 mülkiyyətlərində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,6556 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh3 satmışlar. Torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə 29 oktyabr 2021-ci il tarixdə sonuncunun adına tam mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

15. Birinci instansiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır ki, qanunda göstərilən müvafiq müddət ərzində müvafiq hərəkətləri etməmiş iddiaçılar mirası qəbul etmək hüquqlarını (subyektiv vərəsəlik hüququ) itirmişlər. Belə ki, təqdim edilmiş Zaqatala RİHB-ın Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 22 sentyabr 2022-ci il tarixli 43/1 saylı məktubunda, X19 vəfatından sonra ona məxsus fərdi yaşayış evində 2014-cü ildək qızı X6 yaşadığı, Zaqatala rayonu X22 05 oktyabr 2022-ci il tarixli məktubunda isə X15 miras qalmış Yuxarı Tala kəndində yerləşən həyətyanı vergi borclarının 2008-2015-ci illər üzrə X13 tərəfindən ödənildiyi qeyd edilmişdir. Digər iddiaçıların mirası qəbul etmələri barədə sübut təqdim edilməmişdir. Məhkəmə, qeyd edilən sübutlara tənqidi yanaşmış və onları iddianın təmin edilməsinə əsas saymamışdır.

16. Məhkəmə qeyd etmişdir ki, ilk öncə, Zaqatala rayonu X22 05 oktyabr 2022ci il tarixli məktubunda həyətyanı vergi borclarının X13 tərəfindən ödənildiyi dövr əks olunsa da, ödənişlərin konkret olaraq hansı tarixdə (hər il üzrə vaxtında və ya sonuncu ildə) ödənilməsi göstərilməmişdir. Eyni zamanda həmin sübutla müəyyən edilmişdir ki, X13 ödənişləri mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətdə etməmişdir. Zaqatala RİHB-ın Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 22 sentyabr 2022-ci il tarixli 43/1 saylı məktubu isə mötəbər sübut sayıla bilməz.

17. Belə ki, 30 il əvvəlki dövrdən başlayaraq yaranmış hal barədə məlumatın alınma mənbəyi məktubda qeyd edilməmişdir. Bundan başqa, yanaşı yoxlanılmış sübutlarla mərum X19 ümumiyyətlə fərdi yaşayış evinə malik olması halı da təsdiq edilməmişdir. Eyni zamanda iddiaçılar AN-İ ******* saylı alqı-satqı müqviləsini mirasa aid hissədə deyil bütövlükdə mübahisələndirmişlər.

18. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, iddiaçıların qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməyən vərəsə olaraq həmin hüquqlarını itirməsinə əsas olduğundan, bununla da mübahisəli şəhadətnamənin və alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, valideynlərindən qalmış miras əmlak barəsində subyektiv vərəsəlik hüququnu itirmiş iddiaçılar üçün hüquqi nəticələrə səbəb olmadığından iddia tələbi təmin edilə bilməz.

19. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddiaçılar tərəfindən dövlət rüsumu olaraq dövlətə ödənilmiş 100 (bir yüz) manat onun özünə aid edilməlidir

21. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1248.1-ci maddələrinə, G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı3 və X11 apellyasiya şikayəti vermişlər.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən və şahid ifadələrindən müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 oğlu və İddiaçı3 mərhum ataları X15 miras qalmış Zaqatala rayonu, YuxarıTala kəndində yerləşən daşınmaz əmlaklara sahiblik etmiş və ya əmlakı idarə etməyə faktik başlamış və nəticə etibarı ilə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdirlər. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli 43/1 saylı məktubdan görünür ki, X19 vəfatından sonra ona məxsus fərdi yaşayış evində 2014cü ildək qızı X12 yaşamışdır. 2014-cü ildə X12 ərə köçdükdən sonra isə mərhum X25 məxsus daşınmaz əmlaka övladları sahiblik etmişlər və ona məxsus təsərrüfatı idarə etmişlər.

24. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu X22 05 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, X19 vərəsləri atadan miras qalmış Yuxarı Tala kəndində yerləşən əmlaklarının vergi borclarını atalarının vəfatından sonra 2008-2015-ci illərin həyətyanı vergi borcunu qızı X13 ödəmişdir.2016-2022-ci illərin həyətyanı vergi borcu ödənilməyib. 2007-2010-cu illərin və 2018, 2019-cu illərin pay torpağı vergi borcunu qızı X12 ödəyib. 2005, 2006 və 2011- 2017, 2020-2022-ci illərin pay torpaq vergisi ödənilməyib.

25. 27 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X16 göstərmişdir ki, mərhum X31 onun qonşusu olmuşdur. Məhərrəmin uşaqlarını və hər iki arvadını tanıyırdı. Kamilə Məhərrəmin ikinci arvadı olub. Məhərrəm öləndən sonra onun oğlu Firudinin arvadının xahişi ilə evə və həyətə nəzarət etmişdir. Məhərrəm öləndən sonra Kamilə təxminən 3-4 ay orada yaşadıqdan sonra evdən çıxıb getmişdir. Kamilə oradan getdikdən sonra həmin yurdda Cavahir yaşamağa başlamışdır. Məhərrəmin yas mərasimində və dəfnində oğlu Firudin iştirak etmiş və o, sonradan Rusiya Federasiyasına çıxıb getmişdir. Kamiləni heç kəs qovmamış və o, özü öz xoşluğu ilə həmin yurddan çıxıb getmişdir. Həmin mübahisəli yurda yalnız qızları gəlmişdir.

26. Cavabdeh Maraqlı şəxs və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dadalova (Hacıyeva) Ülviyyə Elxan qızının nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbi tam əsassızdır. Kamilə əri öləndən sonra 2 il orada yaşamışdır. Sonradan Kamiləni mübahisəli evdə yaşamağa qoymamışlar. Kamilənin çıxarıldığı vaxtdan ev Həcərgilin istifadəsindədir və onlar evin qapısını bağlı saxlayırlar. Evin heçbir sənədi yoxdur və çıxarış alınmamışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə torpaq sahəsinə görə verilmişdir. Vərəsəlik işi açılan zaman icra nümayəndəliyi vərəsələr haqqında arayışda yalnız bir nəfərin adını o səbəbdən göstərmişdir ki, evdə həmin vaxt yalnız Kamilə yaşamışdır. Ülviyyə Kamilənin birinciəri Elxandan olan qızıdır

27. Belə ki, işin faktiki hallarında müəyyən olunur ki, miras şərikləri arasında ixtilaf vardır və belə olan halda iş üzrə cavabdeh notarius həmin əmlaka qanun üzrə vərəsəlik hüququnu müəyyən etməkdə haqlı olmamışdır.

28. Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.

29. Belə ki, Zaqatala Rayon Məhkəməsi 23 fevral 2023-cü il tarixli, e-2(033)- 73/2023 iş nömrəli qətnaməsində “Məhkəmənin mövqeyi” bölməsində qeyd edir ki, “…. İşin müəyyən edilmiş hallarından görünür ki, qanunda göstərilən müvafiq müddət ərzində müvafiq hərəkətləri etməmiş iddiaçılar mirası qəbul etmək hüquqlarını (subyektiv vərəsəlik hüququ) itirmişlər. Belə ki, təqdim edilmiş Zaqatala RİHB-ın Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 22 sentyabr 2022-ci il tarixli 43/1 saylı məktubunda, Əliyev üzrə nümayəndəliyinin 22 sentyabr2022-ci il tarixli 43/1 saylı məktubunda, X23 vəfatından sonra ona məxsus fərdi yaşayış evində 2014-cü ildək qızı X6 yaşadığı, Zaqatala rayonu X22 05 oktyabr 2022-ci il tarixli məktubunda isə X15 miras qalmış Yuxarı Tala kəndində yerləşən həyətyanı vergi borclarının 2008- 2015-ci illər üzrə X13 tərəfindən ödənildiyi qeyd edilmşdir. Digər iddiaçıların mirası qəbul etmələri barədə sübut təqdim edilməmişdir. Məhkəmə, qeyd edilən sübutlara tənqidi yanaşır və onları iddianın təmin edilməsinə əsas saymır.

30. İlk öncə, Zaqatala rayonu X22 05 oktyabr 2022-ci il tarixli məktubunda həyətyanı vergi borclarının X13 tərəfindən ödənildiyi dövr əks olunsa da, ödənişlərin konkret olaraq hansı tarixdə (hər il üzrə vaxtında və ya sonuncu ildə) ödənilməsi göstərilməmişdir.

31. Eyni zamanda həmin sübutla müəyyən edilmişdir ki, X13 ödənişləri mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətdə etməmişdir.

32. Zaqatala RİHB-ın Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 22 sentyabr 2022-ci il tarixli 43/1saylı məktubu isə mötəbər sübut sayıla bilməz. Belə ki, 30 il əvvəlki dövrdən başlayaraq yaranmış hal barədə məlumatın alınma mənbəyi məktubda qeyd edilməmişdir. Bundan başqa, yanaşı yoxlanılmış sübutlarla mərum X19 ümumiyyətlə fərdi yaşayış evinə malik olması halı da təsdiq edilməmişdir.”

33. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyul2022-ci il tarixli 926 saylı arayışından görünür ki, İddiaçı1 atası X31 vəfat etdiyi günədək (yəni xx.xx.1997-ci il) Zaqatala rayonu Yuxarı Tala kəndində yaşamışdır. Onun ölümündən indiyədək sağ qalmış varisləri arvadı X26, qızı İddiaçı1, qızı İddiaçı3 və oğlu X10r.

34. Halbuki, notariat ofisinə təqdim olunmuş arayış da Zaqatala RİHB-ın Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi məlumatı saxtalaşdırmış və mərhumun yeganə vərəsəsi kimi arvadı X17 qeyd etmişdir. Göründüyü kimi, Zaqatala Rayon Məhkəməsi bir tərəfli araşdırma aparmaqla bütün bu yuxarıda qeyd olunan sübutlara ədalətsiz və qanunsuz olaraq iddiaçıların ziyanına hüquqi qiymət vermişdir.

35. Odur ki, Zaqatala Rayon Məhəkəməsin 23 fevral2023-cü il tarixli, e-2(033)- 73/2023 iş nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

36. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3 və X5 nümayəndəsi və vəkili Nümayəndə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına tərəflərin qanunamüvafiq miras paylarının müəyyən edilməsi hissəsi istisna olmaqla qalan hissədə apellyasiya şikayətinə etiraz etmiş, 0,23 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına tərəflərin qanunamüvafiq miras paylarının müəyyən edilməsi hissəsi istisna olmaqla qalan hissədə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

39. Cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisi, Cavabdeh3, üçüncü şəxslər Dadalova (Hacıyeva) Ülviyyə Elxan qızı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyünə dair heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

4 0 . Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

41. Azərbaycan SSR-in Mülki Məcəlləsinin (11 sebntyabr 1964-cü ildə qəbul edilmiş); 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Yeni Məcəllə); 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

43. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun: 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır.

44. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun: 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. İddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiklərindən məhkəmə kollegiyası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-73/2023 nömrəli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Şəki Apellyasiya Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(107)-47/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və X5 apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)- 73/2023 nömrəli qətnaməsi qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi hissəsində ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı3 və X5 iddia tələblərinin iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.

50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıların "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin, "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ların ləğv edilməsi, miras qalmış torpaq sahələrində payın müəyyən edilməsi tələbinə dair iddialarının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsinə dair apardığı hüquqi əsaslandırma, gəldiyi nəticə ilə tam razılaşmır və mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissələrdə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tələbləri diqqətə alınmamış, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin, "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ların ləğv edilməsi, miras qalmış torpaq sahələrində payın müəyyən edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi hissələrində ləğv edilərək, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməlidir.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

52. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və X5 mərhum ataları X31 14 fevral 1996-cı ildə cavabdeh Maraqlı şəxs ilə ailə qurmuşdur. X31 11 dekabr 1997-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində vəfat etmişdir. X31 vəfat etdikdən sonra X19, cavabdeh Maraqlı şəxs və Maraqlı şəxs əvvəlki nikahdan olan qızı Dadalova (Hacıyeva) Ülviyyə Elxan qızının Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı əsasında verilmiş torpağa mülkiyyət hüququna dair JN-0329 KOD 40216018 olan Dövlət Aktına əsasən ümumibirgə mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-540A KOD 40216018 olan Şəhadətnaməyə əsasən X19, Maraqlı şəxs, Dadalova (Hacıyeva) Ülviyyə Elxan qızının ümumibirgə mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin X25 aid hissələri miras qalmışdır. 29 dekabr 2019-cu il tarixli 2V- 1303 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Musayeva X18 rayonu Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,66 ha olan torpaq sahəsinin X3 miras qalmış 1/3 hissəsinə tam hissədə miras payı almalı olan şəxs kimi qəbul edilmişdir. 13 yanvar 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən 0,66 ha torpaq sahəsi 2/3 hissədə Maraqlı şəxs, 1/3 hissədə isə Cavabdeh2 mülkiyyətləri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zaqatala rayonu 2 saylı notariat ofisində 06 oktyabr 2021-ci il tarixdə 4Ə-1658 reystr nömərsi təsdiq olunmuş AN-İ ******* saylı alqı-satqı müqviləsinə əsasən Maraqlı şəxs və Cavabdeh2 mülkiyyətlərində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,6556 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh3 satmışlar. Torpaq sahəsi 29 oktyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 tam mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 0,66 ha olan torpaq sahəsinin X3 miras qalmış 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qoyanın digər vərəsələri olan iddiaçılar cəlb edilməmişlər. İddiaçılar İddiaçı1, İddiaçı3 və X1 rayon 2 saylı Notariat Ofisinə müraciət edərək, atalarından qalmış mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etsələr də, Zaqatala rayon 2 saylı Notariat Ofisinin 27 iyul 2022-ci il tarixli məktubu ilə iddiaçıların tələblərindən imtina edilmiş, bundan sonra iddiaçılar 0,66 ha torpaq sahəsinin atalarından miras qalmış 1/3 hissəsinin vərəsəlik qaydasında tam şəkildə cavabdeh Maraqlı şəxs adına sənədləşməsini bildiklərindən 11 sentyabr 2022-ci il tarixdə hazırkı tələblə birinci instansiya məhkəməsində iddia qaldırmışlar.

53. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 X3 miras qalmış 0,23 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına tərəflərin qanunamüvafiq miras paylarının müəyyən edilməsi hissəsində apellyasiya şikayətinə və iddia tələbinə etiraz etməsə də, işin hallarından görünür ki, vərəsələr mübahisə üzrə qarşılıqlı kompromisə gəlməmişlər.

54. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən öz mövqeyini əsaslandıran hal kimi qanunda göstərilən müvafiq müddət ərzində müvafiq hərəkətləri etməmiş iddiaçıların mirası qəbul etmək hüquqlarını itirmələri ilə əsaslandırmışdır.

55. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandlırılması və buna dair gəldiyi nəticə ilə razılaşmır. Əksinə iddiaçıların apellyasiya şikayətinin əsas dəlili olan miras şərikləri arasında ixtilaf olduğu halda iş üzrə cavabdeh notariusun həmin əmlaka qanun üzrə vərəsəlik hüququnu müəyyən etməkdə haqlı olmamasına dair dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, notariat ofisi cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasqoyanın birinci növbəli vərəsələri olan iddiaçıları da nəzərə almalı idi.

56. Kollegiya qeyd edir ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.

57. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir.

59. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhumun birinci növbə vərəsələrindən heç biri mirasdan imtina etməmişlər.

60. Beləliklə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi notariat orqanının cavabdeh Maraqlı şəxs miras əmlakın yeganə varisi qəbul edərək birgə mülkiyyətdə olan 0,66 ha torpaq sahəsinin 1/3 hissəsinə yalnız cavabdeh Maraqlı şəxs adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına dair iddianı təmin etməməklə yanlış mövqedən çıxış etmişdir.

61. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ların ləğv edilməsi, 0,66 ha torpaq sahəsinin miras qalmış 1/3 hissəsi üzrə paylarının müəyyən edilməsi hissələrində rədd edilməli olmasına dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarına istinad etməməklə səhvə yol vermiş, həmçinin tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirə bilməmişdir.

62. Məhkəmə kollegiyası 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılmasına dair iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

63. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

64. “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsinin hüquqi müvqeyi оndаn ibаrət оlmuşdur ki, əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаllаrdа dа аlıcı vicdаnlı hesаb edilir.

65. Həmçinin vurğulаnmаlıdır ki, mülkiyyət hüququnа dаir dövlət reyestrindəki yаzının qаnuniliyinin yоxlаnılmаsındаn sоnrа deyil, məhz həmin yаzının mövcudluğu fаktınа əsаsən vicdаnlı аlıcı əmlаkın mulkiyyətcisi kimi tаnınır. Gələcəkdə əqdin bаğlаnmаsı аnındа оnа mаne оlаn hər hаnsı hаllаrın muəyyən оlunmаsı isə vicdаnlı аlıcının əmlаk hüquqlаrının pоzulmаsı səbəbini təşkil etməməlidir.

66. Аdı çəkilən qərаrdа Kоnstitusiyа Məhkəməsinin Plenumu xüsusi оlаrаq оnu dа qeyd etmişdir ki, əqdlərin etibаrsızlığı ilə bаğlı mubаhisələrin həllində həm mülkiyyət hüququ müdаfiə оlunmаlı, həm də vicdаnlı аlıcılаrın əmlаk hüquqlаrı təmin оlunmаlıdır. Belə hüquqi mövqenin tutulmаsı mülki dövriyyə sаbitliyinin, оnun iştirаkçılаrının hüquqlаrının və qаnuni mənаfelərinin qоrunmаsı məqsədlərinə nаil оlmаq, hаbelə Mülki Məcəllənin 6-cı mаddəsində öz əksini tаpmış mülki qаnunvericiliyin prinsiplərinə əməl etmək üçün şərаit yаrаdır.

67. “Könül Nаmidаr qızı Qəribоvаnın şikаyəti ilə əlаqədаr Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi MİÜMK-ın 16 аvqust 2006-cı il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 08 mаy 2008-ci il tаrixli qərаrındа dа Kоnstitusiyа Məhkəməsinin hüquqi mövqeyi оndаn ibаrət оlmuşdur ki, əldə edənin əmlаkı оnu оzgəninkiləşdirməyə səlаhiyyəti оlmаyаn şəxsdən əldə etdiyini bilməməsi fаktının mövcudluğu tələbin təmin оlunmаsının mümkünlüyü bаxımındаn vicdаnlı sаhibi mulkiyyətçiyə nisbətdə dаhа üstün hüquqi mоvqeyə çıxаrır.

68. Həmçinin “H.Cəfərоvun şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki Kоllegiyаsının 6 fevrаl 2012-ci il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 15 sentyаbr 2014-cü il tаrixli qərаrındа dа Kоnstitusytа Məhkəməsi qeyd etmişdir ki, mubаhisəli əşyа üzərində qаnuni əsаslаrlа yаrаnmış əmlаk hüquqlаrı mulkiyyətçi ilə yаnаşı digər şəxslərə də mənsub оlduqdа mülkiyyət hüquqlаrının dövlət müdаfiəsinə verilmiş kоnstitusiyа təminаtı həmin şəxslərin əmlаk hüquqlаrınа dа şаmil оlunur. Bu cür əmlаk hüquqlаrı sırаsınа vicdаnlı əldə edənin hüquqlаrı dа аiddir.

69. Mövcud mülki qаnunvericiliyə əsаsən, əgər mulkiyyətçi tərəfindən аlqı-sаtqı müqаviləsinin və оnun аlıcıyа verilmiş əmlаkının geri qаytаrılmаsı fоrmаsındа dоğurduğu nəticələrin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mübаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildikdə, оndа Mülki Məcəllənin 337.5-ci mаddəsi ilə müəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməlidir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

71. Göründüyü kimi, Kоnstitusiyа Məhkəməsinin аyrı-аyrı işlər üzrə müxtəlif vаxtlаrdа qəbul etdiyi qərаrlаrdа vicdаnlı əldə edənin hüquqlаrının qоrunmаsı, mülkiyyətçiyə nisbətdə оnun dаhа üstün hüquqi mоvqeyə çıxmаsı və əqdin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mubаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildiyi hаldа Mülki Məcəllənin 337.5-ci mаddəsi ilə muəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməsi qeyd edilmişdir.

72. Məhkəmə kоllegiyаsı qeyd edir ki, əqdin etibаrsız sаyılmаsı üçün mövcud оlаn hаllаr əqdin bütün tərəflərinə münаsibətdə mövcud оlmаlıdır. Yəni, əqdin etibаrsızlığı hаlını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və bunа bаxmаyаrаq, оnlаr əqdi bаğlаmаlıdırlаr. Hаzırki hаldа isə yuxаrıdа qeyd оlunduğu kimi Cavabdeh3 06 oktyabr 2021-ci il tarixdə bаğlаnmış 4Ə-1658 reystr nömrəsi təsdiq olunmuş AN-İ ******* saylı alqı-satqı müqviləsi əsasında torpaq sahəsinin əldə edilməsində bаğlаdığı əqdə münаsibətdə vicdаnlı оlmuş, əqdin legitimsizliyi bаrədə оndа hər hаnsı şübhə оlmаmış və əqd üzrə üzərinə düşənləri edərək hüquqlаrını qeydə аldırmışdır.

73. Şərh edilənlərə əsasən Maraqlı şəxs və Cavabdeh2 ilə Cavabdeh3 arasında 06 oktyabr 2021-ci il tarixdə bаğlаnmış 4Ə-1658 reystr nömrəsi təsdiq olunmuş AN-İ ******* nömrəli alqı-satqı müqviləsi etibarsız hesab edilə bilməz.

74. Cavabdeh Maraqlı şəxs qanunsuz hərəkətləri nəticəsində iddiaçılar İddiaçı1, İddiaçı3 və X11 0,66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin atalarından miras qalmış 1/3 hissəsinin özlərinə çatacaq hissələri barəsində mülkiyyət hüquqlarından məhrum olmuşlar. Bununla, iddiaçıların cavabdeh Maraqlı şəxs qanunsuz hərəkətləri nəticəsində məhrum olduqları əmlakın dəyərinin əvəzinin ödənilməsini tələb etmək hüquqları yaranmışdır. Lakin, tələb hüquqları ayrıca məhkəmə baxışının predmeti ola bilər, belə ki, hazırkı iddiada belə bir tələb irəli sürülməmişdir.

75. Məhkəmə kollegiyası iddia tələbinin alqı-satqı müqaviləsinin etibarsızlığına dair hissəsini əsaslı hesab etmədiyindən həmin müqavilənin bağlanmasından irəli gələn Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh3 29 oktyabr 2021-ci il tarixdə hüquqlarının dövlət qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 84-cü vərəqində, ********** qeydiyyat nömrəsi ilə aparılmış qevdiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsinə dair iddia tələbini özüözlüyündə əsassız hesab edir.

76. Məhkəmə kollegiyası qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsaslı olmasına baxmayaraq, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında aparılmış qeydiyyatın və qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğvi tələbləri əsaslı olmadıqlarından, 06 oktyabr 2021-ci il tarixdə bаğlаnmış alqı-satqı müqaviləsi üzrə əldə edilmiş əmlak hazırda Cavabdeh3 tam mülkiyyət payını təşkil etdiyindən, Cavabdeh3 mülkiyyətində olan əmlakın bir hissəsi üzərində iddiaçıların əlavə olaraq da miras paylarının müəyyən edilməsi əsaslı hesab edilə bilməz.

77. Məhkəmə kollegiyası iddia tələbinin 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Maraqlı şəxs 2/3 payı üzərində 13 yanvar 2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı ilə bağlı hissədə daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 84-cü vərəqində, **********3 qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi hissəsinə də münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı deyildir. Belə ki, 06 oktyabr 2021-ci il tarixdə bаğlаnmış alqısatqı müqaviləsi əsasında eyni torpaq sahəsinə münasibətdə alıcı Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində yeni qeydiyyat aparılmaqla və alıcının adına yeni çıxarış verilməklə əvvəlki qeyd və çıxarış artıq öz hüquqi qüvvələrini itirmişlər. Bu baxımdan qüvvədə olmayan biq qeydin və çıxarışın yenidən ləğvi zərurəti müəyyən edilmir.

78. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun hər birinin 1/3 payının müəyyən edilməsi hissəsində də apardığı hüquqi əsaslandırma və gəldiyi nəticə tam doğru olmamışdır.

79. Vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aid olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına iddiaçılardan hər birinin 1/3 payının müəyyən edilməsi hissəsində iddianı bütünlükdə rədd etməkdə haqlı olmamaqla yanaşı, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etməmiş, prossesual qənaət prinsipindən çıxış edərək vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olmasını nəzərə almamışdır.

80. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlər diqqətə alınmaqla mirasın açıldığı, yəni X19 vəfat etdiyi 11 dekabr 1997-ci il tarixə onun birinci növbə vərəsələri övladları İddiaçı1, İddiaçı3, X11 və arvadı Maraqlı şəxs, yəni 4 vərəsədən ibarət olmuşlar.

81. Həmçinin işdə olan sənədlərlə aqrar islahat zamanı 0,23 hektar şəklində verilmiş həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı zamanı həmin torpaq sahəsinin 0,2270 hektar olması müəyyən edilmişdir.

82. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,2270 ha həyətyanı torpaq sahəsindəki X15 miras qalmış 1/3 payına iddiaçılardan hər birinin 1/3 deyil, hər birinin ¼ paylarının müəyyən edilməsi hissəsində əsaslıdır.

83. Kollegiya hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması nəzərə alınmaqla iddiaçılarla yanaşı cavabdeh Maraqlı şəxs da 0,2270 ha həyətyanı torpaq sahəsindəki X15 miras qalmış 1/3 hissəsinə vərəsəlik payı müəyyənləşdirilməli və vərəsələrdən hər birinin miras əmlakda 1/4 payı müəyyən edilməlidir.

84. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və X5 apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-73/2023 nömrəli qətnaməsi "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin, "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ların ləğv edilməsi, miras qalmış torpaq sahələrində payın müəyyən edilməsi, iddiaçıların dövlət rüsumu olaraq ödədikləri 100 manat dövlət rüsumunun özlərinə aid edilməsi hissələrində ləğv edilməli, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1, İddiaçı3 və X5 cavabdehlər Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Maraqlı şəxs və Cavabdeh3 qarşı 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 13 yanvar 2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı ilə bağlı hissədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, Maraqlı şəxs, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqısatqı müqaviləsi"nin etibarsız sayılması, 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən Cavabdeh3 29 oktyabr 2021-ci il tarixdə hüquqlarının dövlət qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 84-cü vərəqində, ********** qeydiyyat nömrəsi ilə aparılmış qevdiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun hər birinin payı 1/3 olmaqla müəyyən edilməsi tələbinə dair iddiaları qismən təmin edilməli, X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki 1/3 payına dair iş üzrə cavabdeh Maraqlı şəxs qıznın tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" etibarsız hesab edilməli, X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,2270 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 oğlunun hər birinin ¼ miras payı müəyyən edilməli, iddianın qalan hissəsi isə təmin edilməməlidir.

85. Həmçinin X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,2270 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına cavabdeh Maraqlı şəxs ¼ miras payı müəyyən edilməlidir.

86. Məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi nəzərə alınaraq ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı iddiaçıların özlərinə aid edilməli, 50 manatı isə cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisindən və Maraqlı şəxs qızndan müştərək qaydada alınıb iddiaçılara qaytarılmalıdır.

87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçılar İddiaçı1, İddiaçı3 və X5 apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-73/2023 nömrəli qətnaməsi "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin, "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ların ləğv edilməsi, miras qalmış torpaq sahələrində payın müəyyən edilməsi hissələrində ləğv edilsin. Həmin hissələr üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və X5 cavabdehlər Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Maraqlı şəxs və Cavabdeh3 qarşı 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 13 yanvar 2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı ilə bağlı hissədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, Maraqlı şəxs, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılması, 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən Cavabdeh3 29 oktyabr 2021-ci il tarixdə hüquqlarının dövlət qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 84-cü vərəqində, ********** qeydiyyat nömrəsi ilə aparılmış qevdiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun hər birinin payı 1/3 olmaqla müəyyən edilməsi tələbinə dair iddiaları qismən təmin edilsin. X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki 1/3 payına dair iş üzrə cavabdeh Maraqlı şəxs qıznın tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqmda şəhadətnamə" etibarsız hesab edilsin. X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,2270 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 oğlunun hər birinin ¼ miras payı müəyyən edilsin. İddianın qalan hissəsi təmin edilməsin. X3 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,2270 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına cavabdeh Maraqlı şəxs da ¼ miras payı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı iddiaçıların özlərinə aid edilsin, 50 manatı isə cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisindən və Maraqlı şəxs müştərək qaydada alınıb iddiaçılara qaytarılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar