Məhkəmə qərarları › İş №2(107)-478/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-478/2020

12.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-478/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X5 iclas katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X1 (sonuncu prosesdə iştirak etmir), Cavabdeh6 (sonuncu prosesdə iştirak etmir) və Cavabdeh4 və onun vəkili X2 iştirakı ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Kazımov Sabir Əlisaab oğlu, Həmidov Maarif Polad oğlu, Qurbanov Mübariz Həmid oğlu, Məmmədov Rəhim Əlisafa oğlu, Cavabdeh6 və Cavabdeh7 qarşı nəliyyat vasitəsinin qaytarılması, icarə haqqının və əldən çıxmış faydanın cavabdehlərdən tutulub ona ödənilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-1007/2019 nömrəli qətnaməsindən cavabdehlər Qurbanov Mübariz Həmid oğlu və Cavabdeh6 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Kazımov Sabir Əlisaab oğlu, Həmidov Maarif Polad oğlu, Qurbanov Mübariz Həmid oğlu, Məmmədov Rəhim Əlisafa oğlu, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin, ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun (birlikdə dəyəri on iki min manat) və 15900 (on beş min doqquz yüz) manat borcun Cavabdeh1 Əlisafa oğlundan; Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin, ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun (birlikdə dəyəri on iki min manat) və 15000 (on beş min ) manat borcun Cavabdeh2 oğlundan; Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin (dəyəri doqquz min manat) və 18760 (on səkkiz min yeddi yüz altmış) manat borcun Həmidov Maarif Polad oğlundan; Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin ( dəyəri doqquz min manat) və 21030 (iyirmi bir min otuz) manat borcun Cavabdeh4 Həmid oğlundan; Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin ( dəyəri doqquz min manat) və 14400 (on dörd min dörd yüz) manat borcun Cavabdeh5; Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin (dəyəri doqquz min manat) və 23700 (iyirmi üç min yeddi yüz) manat borcun Cavabdeh6 Babalı oğlundan; KRAZ-256B 1 ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin (dəyəri yeddi min manat) və 14300 (on dörd min üç yüz ) manat borcun Cavabdeh7 alınaraq “xxxx” ASC-yə qaytarılması, əmlakın naturada qaytarılması mümkün olmadıqda cavabdehlər - Cavabdeh1 Əlisafa oğlundan, Cavabdeh2 oğlundan, Həmidov Maarif Polad oğlundan, Cavabdeh4 Həmid oğlundan, Cavabdeh5, Cavabdeh6 Babalı oğlundan və Cavabdeh7 avtomobillərin dəyəri olan pulun alınaraq “xxxx” ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun Cavabdeh1 Əlisafa oğlundan, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Həmidov Maarif Polad oğlundan, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh4 Həmid oğlundan, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh5, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh6 Babalı oğlundan, KRAZ-256B 1 ** AC *** dövlət qeydiyyat nişanlı texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin Cavabdeh7 alınaraq “xxxx” ASC-yə qaytarılması, 5100 (beş min bir yüz) manat məbləğində icarə haqqının və 10800 (on min səkkiz yüz) manat məbləğində əldən çıxmış faydanın Cavabdeh1 Əlisafa oğlundan, 8640 (səkkiz min altı yüz qırx) manat məbləğində icarə haqqının və 10120 (on min bir yüz iyirmi) manat məbləğində əldən çıxmış faydanın Cavabdeh3 oğlundan, 2730 (iki min yeddi yüz otuz) manat məbləğində icarə haqqının və 18300 (on səkkiz min üç yüz) manat məbləğində əldən çıxmış faydanın Cavabdeh4, 900 (doqquz yüz) manat məbləğində icarə haqqının və 13500 (on üç min beş yüz) manat məbləğində əldən çıxmış faydanın Cavabdeh5, 2940 (iki min doqquz yüz) manat məbləğində icarə haqqının və 20760 (iyirmi min yeddi yüz altmış) manat məbləğində əldən çıxmış faydanın Cavabdeh6 Babalı oğlundan və 14300 (on dörd min üç yüz ) manat məbləğində əldən çıxmış faydanın Cavabdeh7 alınaraq “xxxx” ASC-yə verilməsi barədə qətnamə qəbul olunmasını, Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun icarədarı Cavabdeh2 heç bir tələb olmadığı üçün onu cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-1007/2019 nömrəli (hakim Z.Quliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, ODAZ9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqu Cavabdeh1 Əlisafa oğlundan, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Həmidov Maarif Polad oğlundan, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh4 Həmid oğlundan, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh5, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh6, KRAZ-256B 1 ** AC *** dövlət qeydiyyat nişanlı texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin Cavabdeh7 alınaraq “xxxx” ASC-yə qaytarılması, 10800 (on min səkkiz yüz) manat məbləğində əldən çıxmış fayda Cavabdeh1 Əlisafa oğlundan, 10120 (on min bir yüz iyirmi) manat məbləğində əldən çıxmış fayda Cavabdeh3 oğlundan, 18300 (on səkkiz min üç yüz) manat məbləğində əldən çıxmış fayda Cavabdeh4, 13500 (on üç min beş yüz) manat məbləğində əldən çıxmış fayda Cavabdeh5, 20760 (iyirmi min yeddi yüz altmış) manat məbləğində əldən çıxmış fayda Cavabdeh6 Babalı oğlundan və 14300 (on dörd min üç yüz ) manat məbləğində əldən çıxmış fayda Cavabdeh7 alınaraq “xxxx” ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdehlər Qurbanov Mübariz Həmid oğlu və Cavabdeh6 apelyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçının nümayəndəsi və vəkili X3 tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus yük avtomobilləri 2010-2015-ci illər ərzində icarə müqaviləsi əsasında cavabdehlər - Cavabdeh1 Əlisafa oğlunun, Cavabdeh3 Polad oğlunun, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 istifadələrinə verilmişdir. Cavabdehlər icarə müqavilələri üzrə öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmiş və müqavilə müddəti başa çatdıqdan sonra icarəyə götürdükləri avtomobilləri mülkiyyətçiyə qaytarmayaraq sonuncuya maddi zərər vurmuşlar. Belə ki, cavabdehlər icarəyə götürdükləri nəqliyyat vasitələrini icarə müqaviləsinin müddəti bitdikdən sonra iddiaçıya qaytardığı təqdirdə iddiaçı həmin avtomaşınları başqa şəxsə eyni məbləğə icarəyə verməklə gəlir əldə edə bilərdi. İddiaçı ilə sonuncu dəfə xx xxxx 2015-ci il tarixdə müqavilə bağlayaraq Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqunu icarəyə götürən Cavabdeh1 Əlisafa oğlu müqavilənin müddəti xx xxxx 2015-ci il tarixdə bitdikdən sonra avtomaşını mülkiyyətçiyə qaytarmamış və həmin vaxtdan iddia ərizəsi məhkəməyə verilən günə kimi mülkiyyətçiyə 10800 manat məbləğində maddi zərər vurmuşdur. İddiaçı ilə sonuncu dəfə xx xxxxxx 2014-cü il tarixdə müqavilə bağlayaraq Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə götürən Cavabdeh3 Polad oğlu müqavilənin müddəti xx xxxxxx 2014-cü il tarixdə bitdikdən sonra avtomaşını mülkiyyətçiyə qaytarmamış və həmin vaxtdan iddia ərizəsi məhkəməyə verilən günə kimi mülkiyyətçiyə 10120 manat məbləğində maddi zərər vurmuşdur. İddiaçı ilə sonuncu dəfə xx xxxxxx 2014-cü il tarixdə müqavilə bağlayaraq Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə götürən Cavabdeh4 müqavilənin müddəti xx xxxxxx 2014-cü il tarixdə bitdikdən sonra avtomaşını mülkiyyətçiyə qaytarmamış və həmin vaxtdan iddia ərizəsi məhkəməyə verilən günə kimi mülkiyyətçiyə 18300 manat məbləğində maddi zərər vurmuşdur. İddiaçı ilə sonuncu dəfə xx xxxx 2015-ci il tarixdə müqavilə bağlayaraq Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə götürən Cavabdeh5 müqavilənin müddəti xx xxxx 2015-ci il tarixdə bitdikdən sonra avtomaşını mülkiyyətçiyə qaytarmamış və həmin vaxtdan iddia ərizəsi məhkəməyə verilən günə kimi mülkiyyətçiyə 13500 manat məbləğində maddi zərər vurmuşdur. İddiaçı ilə sonuncu dəfə xx xxxx 2007-ci il tarixdə müqavilə bağlayaraq Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə götürən Cavabdeh7 müqavilənin müddəti xx xxxx 2007-ci il tarixdə bitdikdən sonra avtomaşını mülkiyyətçiyə qaytarmamış və həmin vaxtdan iddia ərizəsi məhkəməyə verilən günə kimi mülkiyyətçiyə 14300 manat məbləğində maddi zərər vurmuşdur. İddiaçı ilə sonuncu dəfə xx xxxxxx 2010-cu il tarixdə müqavilə bağlayaraq Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə götürən Cavabdeh6 müqavilənin müddəti xx xxxxxx 2010cu il tarixdə bitdikdən sonra avtomaşını mülkiyyətçiyə qaytarmamış və həmin vaxtdan iddia ərizəsi məhkəməyə verilən günə kimi mülkiyyətçiyə 20760 manat məbləğində maddi zərər vurmuşdur.Göründüyü kimi cavabdehlərin icarə müqavilələrinin müddətləri başa çatdıqdan sonra icarəyə verilmiş avtomaşınları mülkiyyətçiyə qaytarmamaqla mülkiyyətçiyə həmin avtomobilləri icarəyə verməklə gəlir əldə etməsinə mane olmuşlar. Aşağıda qeyd edilən maddi normaların tələblərinə görə iddiaçı, cavabdehlərdən avtomaşınları saxladıqları müddət üçün dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. O, iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə bildirmişdir ki, iddiaçının iddiası mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğundan bu tələblərə iddia müddəti tətbiq oluna bilməz. O, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri : Cavabdeh6 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni qanunsuz, əsassız və birtərəfli çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsinin hakimi qətnamənin müəyyən etdi hissəsində şahid İlkin Rəhimovun ifadəsini etibarnamə verilmişdir hissəsində dəyişdirərək, bu zamanda ona etibarnamə verilməmişdir kimi təsvir etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, birinci instansiya məhkəməsinin hakimi iddiaçı tərəfindən öyrədilən yalançı şahidlərin ifadələrinə əsaslanmışdır. Bildirir ki, birinci instansiya məhkəməsində ifadə verən şahidlərin heç birini tanımır və onlarda onu tanımırlar. Əlavə olaraq bildirir ki, məhkəmə prosesində hakim iddiaçı “xxxx” ASC-dən xx xxxxxx 2010-cu il tarixli müqavilə üzrə avtomobilin təhvil təsim aktını tələb etsə də sonradan müəmmalı səbəblərdən aktın tələb olunmasından vaz keçmişdir. Məhkəmə iddiaçı “xxxx”ASC-nin iddiasını hesablama aparmadan iddia ərizəsində olduğu kimi qətnaməyə köçürmüşdür. Halbuki, 2010-cu ilin noyabrından 2019cu ilin oktyabr ayına kimi iddiaçının tələb etdiyi əldən çıxmış fayda 107 ay təşkil edir və 107 ayı 120 manata vuranda 12840 manat təşkil edir. Beləliklə də birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, mötəbər yazılı sübuta əsaslanmadan yalançı şahid ifadələri əsasında qətnamə qəbul etmişdir. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsini Kamaz 5511 markalı, ** AC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Cavabdeh6 Babali oğlundan alınaraq “xxxx” ASC-nə qaytarılması və 20760 manat əldən çıxmış fayda Cavabdeh6 Babali oğlundan alınaraq “xxxx” ASC-nə verilməsi hissəsində ləğv edib, iddianı həmin hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdeh Qurbanov Mübariz Həmid oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin həmin qətnaməsi ona aid əldən çıxmış fayda məbləğinin ödənilməsi hissəsində qanunsuz və əsassızdır, ləğv edilməlidir. Belə ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, sübutlara düzgün qiymət verilməmiş, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilməmiş, qeyrimötəbər, ziddiyyətli sübutlarla təsdiq edilmiş və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək sonda onların hüquqlarının və qanuni mənafeylərinin pozulması ilə nəticələnən əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(046)-1007/2019 saylı qətnaməsini ona münasibətdə 18300 (on səkkiz min üç yüz) manat məbləğində əldən çıxmış faydanın ondan alınaraq “xxxx” ASC-yə verilməsi hissəsində ləğv edəsiniz və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarasınız. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında izahat vermiş cavabdeh Qurbanov Mübariz Həmid oğlu apelyasiya şikayətini müdafiə edərək bildirmişdir, sözügedən Kamaz markalı avtomaşın 2014-cü ilin fevral ayında bir aylıq müqavilə əsasında onun istifadəsinə verilmişdir. Lakin sonradan iddiaçı tərəf onunla müqavilə müddətini uzatmadığından, ona yol vərəqəsi vermədiyindən həmin Kamazdan istifadə edə bilməmişdir. Neçə olur ki, iddiaçı 6 il ərzində ondan heç nə tələb etmədi, indi isə bu qədər pul tələb edir. O, bu gün də Kamaz markalı avtomaşını qaytarmaqdan imtina etmir. Birinci instansiya məhkəməsi əsassız olaraq ondan əldən çıxmış faydanı tutmuşdur. Çünki o heç bir qazanc əldə etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin əldə çıxmış fayda hissəsinin ona aid olan hissəsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında izahat vermiş cavabdeh Qurbanov Mübariz Həmid oğlunun vəkili X4 özləri tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi heç bir hüquqi əsas olmadan cavabdehə əldən çıxmış fayda hesablamışdır. Göründüyü kimi müqavilə bir aylıq müddətə bağlanmış, sonra isə tərəflər arasındakı münasibət pozulmuşdur. Cavabadeh sözügedən Kamaz markalı maşından təyinatı üzrə istifadə etmədiyi bir halda bu qədər ziyan ona nəyə görə hesablanmalıdır. Hesab edir ki, qətnamənin əldən çıxmış fayda hissəsinin təmin olunması tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunaraq, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında izahat vermiş Cavabdeh6 (sonuncu prosesdə iştirak etmir) özü tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək bildirmişdir, sözügedən Kamaz markalı avtomaşını 2010-ci ilin noyabr ayında bir aylıq müqavilə əsasında onun istifadəsinə verilmişdir. Lakin sonradan iddiaçı tərəf onunla müqavilə müddətini uzatmadığından, ona yol vərəqəsi vermədiyindən həmin Kamazdan istifadə edə bilməmişdir. Neçə olur ki, iddiaçı 10 ildən sonra ona qarşı iddia qaldırır. Bundan əlavə onun 73 yaşı var, gözləri də yaxşı görmür. Səhhətinin bu vəziyyətində o Kamaz markalı avtomaşını necə idarə edə bilər.O, da Kamaz markalı avtomaşını qaytarmaqdan imtina etmir. Birinci instansiya məhkəməsi əsassız olaraq ondan əldən çıxmış faydanı tutmuşdur. Çünki o heç bir qazanc əldə etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin əldə çıxmış fayda hissəsinin ona aid olan hissəsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X3 (sonuncu prosesdə iştirak etmir) apelyasiya şikayətlərinə etiraz edərək bildirmişdir ki, cavabdehlərin hər ikisi ilə Kamaz markalı avtomaşından istifadə etmələri üçün müvafiq olaraq 2010 və 2014-cü illərdə bir ay müddətinə müqavilə bağlanmışdır. Lakin müqavilə müddəti bitməsinə baxmayaraq cavabdehlər həmin Kamazlardan təyinatı üzrə istifadə etmiş və xeyli məbləğdə qazanc əldə etmişlər. İddiaçı tərəf isə bütün bu illər ərzində nə qədər qazanc itirmişdir. İddiaçı tərəf bu ötən müddət ərzində humanistlik edərək qarşılıqlı razılıq əsasında məsələni həll etmək istəsə də, sonda heç bir razılıq əldə olunmamış, bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının vəkili sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər və iddiaçının nümayəndəsi və vəkili məhkəmənin sonuncu iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə teleqram ünvanlayaraq mülki işin təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəb barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə kollegiya belə qənaətə gəlir ki, tərəflər xx.xx.2020-ci il tarixli məhkəmə iclasında izahat verdiklərindən prosesin yenidən təxirə salınmasına lüzum yoxdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Məhkəmə kollegiyası qeyd edir ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-1007/2019 nömrəli qətnaməsindən cavabdehlərdən Cavabdeh4 Həmid oğlu və Cavabdeh6 tərəfindən apelyasiya şikayəti verildiyindən məhkəmə araşdırması da yalnız onlara münasibətdə aparılmalıdır. Apelyasiya şikayəti vermiş cavabdehlər yalnız özlərinə münasibətdə qətnaməni mübahisələndirdiklərindən,digər cavabdehlər isə sözügedən qətnaməni mübahisələndirmədiklərindən kollegiya sonunculara münasibətdə araşdırma aparılmasına zərurət görmür. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini apelyasiya şikayəti vermiş cavabdehlərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-1007/2019 nömrəli qətnaməsi cavabdehlər Qurbanov Mübariz Həmid oğlu və Cavabdeh6 münasibətdə əldən çıxmış fayda hissəsinin təmin olunmuş hissəsində ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış müqavilələrə əsasən “Kamaz-5410” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil və ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqu xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək sürücüyə verilir, sürücü nəqliyyat vasitəsinə qulluq etmək, onun təmirini təmin etmək, icarə haqqını ödəmək vəzifələrini üzərinə götürmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış müqaviləyə əsasən “Kamaz-5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək sürücüyə verilir, sürücü nəqliyyat vasitəsinə qulluq etmək, onun təmirini təmin etmək, icarə haqqını ödəmək vəzifələrini üzərinə götürmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh6 arasında bağlanmış müqaviləyə əsasən “Kamaz-5511” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilədək sürücüyə verilir, sürücü nəqliyyat vasitəsinə qulluq etmək, onun təmirini təmin etmək, icarə haqqını ödəmək vəzifələrini üzərinə götürmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış müqaviləyə əsasən “Kamaz-5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək sürücüyə verilir, sürücü nəqliyyat vasitəsinə qulluq etmək, onun təmirini təmin etmək, icarə haqqını ödəmək vəzifələrini üzərinə götürmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış müqaviləyə əsasən “Kamaz-5511” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək sürücüyə verilir, sürücü nəqliyyat vasitəsinə qulluq etmək, onun təmirini təmin etmək, icarə haqqını ödəmək vəzifələrini üzərinə götürmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh7 arasında bağlanmış müqaviləyə əsasən “KRAZ-256B 1” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək sürücüyə verilir, sürücü nəqliyyat vasitəsinə qulluq etmək, onun təmirini təmin etmək, icarə haqqını ödəmək vəzifələrini üzərinə götürmüşdür. AA 284466 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Kamaz-5410” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil, AA 495603 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqu, AA 230447 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Kamaz-5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil, AA 151592 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Kamaz-5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil, AA 231939 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Kamaz-5511” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil,, AA 230475 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Kamaz-5511” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil və AA 364149 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən KRAZ-256B 1” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. “xxxx” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il teleqramlarla cavabdehlərə müraciət edərək icarə haqqının ödənilməsini və nəqliyyat vasitələrinin qaytarılmasını tələb etmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli avtomaşınlarla bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kollegiya qeyd edir ki, qeyd olunan mübahisəli avtomaşınlar mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğundan iddiaçı həmin avtomobillərə münasibətdə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir və birinci instansiya məhkəməsi də avtomaşınların iddiaçıya qaytarılması hissəsində düzgün qənaətə gəlmişdir Apelyasiya şikayəti vermiş cavabdehlərə münasibətdə “əldən çıxmış fayda” ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Birinci instansiya məhkəməsi iddia tələbinin əldən çıxmış fayda hissəsini qismən təmin edilməsi qənaətinə gələrkən, tərəflər arasında bağlanmış icarə müqavilələrinə istinad etmişdir. Belə ki, yuxarıda sadalanan iş materiallarından göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqavilələrə əsasən “Kamaz-5410” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil və ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqu xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək, Cavabdeh4 arasında bağlanmış müqaviləyə əsasən “Kamaz-5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək, Cavabdeh6 arasında bağlanmış müqaviləyə əsasən “Kamaz-5511” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilədək, Cavabdeh5 arasında bağlanmış müqaviləyə əsasən “Kamaz-5511” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək, Cavabdeh3 arasında bağlanmış müqaviləyə əsasən “Kamaz- 5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü ildən xx.xx.2014cü ilədək, Cavabdeh7 arasında bağlanmış müqaviləyə əsasən “KRAZ-256B 1” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək sonunculara verilmişdir. Birinci instansiya da məhz həmin müqavilələrdə qeyd olunmuş icarə haqlarına istinad etməklə əldən çıxmış qazancı hesablamışdır. Lakin apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Əvvəla ona görə birinci instansiya məhkəməsi bu qənaətə gələrkən öz qətnaməsində əsaslandırmışdır ki, cavabdehlər əldən çıxmış faydanıın məbləğinin çox olduğunu bildirsələr də bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Kollegiya birinci instansiya məhkəməsinin bu əsaslandırmasına tənqidi yanaşaraq qeyd edir ki, əvvəla iddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir ki, cavabdeh də buna qarşı öz etirazının əsaslarını təsdiq etsin. İş materiallarından isə göründüyü kimi iddiaçı tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə öz mülahizələri əsasında bunu əsaslandırmağa çalışmışdır. Çünki yuxarıda qeyd olunduğu kimi cavabdehlər Cavabdeh4la bağlanmış bir aylıq müqavilənin müddəti xx.xx.2014-cü il tarixdə, Cavabdeh6lə bağlanmış bir aylıq müqavilənin müddəti isə xx.xx.2010-cu il tarixdə bitmişdir. Təqribi riyazi hesablama aparılmalı olsa Cavabdeh4 müqavilə müddətindən 6 il (72 ay), Cavabdeh6 müqavilə müddətinin sonundan isə 9 il 1 ay (109 ay) keçmişdir. Həmin illəri də icarə haqqına, yəni 120 manat məbləğə vurulsa müvafiq olaraq 8640 manat, digərinki isə 13080 manat olmuş olar. Birinci instansiya məhkəməsi hansı riyazi hesablama ilə qeyd olunan məbləğləri hesablamışdır, başa düşülən deyil. İş materiallarına əlavə edilmiş 03 və 05 saylı əmrlərə (səhifə 102-103) gəldikdə isə cavabdeh tərəfin həmin əmrlərə tanış olması, əmrlərin cavabdeh tərəfə təqdim olunması, sonuncuların buna öz razılıqlarının bildirməsi sübut olunmur. Kollegiya qeyd edir ki, ümumiyyətlə bu kimi icarə haqlarının dəyişməsi (artırılması və ya azaldılması) bir tərəfli qaydada əmrlə deyil, müqavilə münasibətləri ilə tənzimlənməlidir. Buradan da göründüyü kimi iddiaçı tərəf öz üstün mövqeyindən çıxış etməklə sözügedən formal əmrlər vermişdir. İkincisi, birinci instansiya məhkəməsi mübahisəli Kamaz markalı avtomobillərin işlək vəziyyətdə olub-olmamasını, müqavilə müddətlərinin xeyli müddət bundan əvvəl bitməsinə, icarə müqavilələrinin hansı səbəbdən uzadılmamasına, bu müddət ərzində iddiaçının müabahisəli Kamaz markalı avtomobilləri və ya əldən çıxmış qazancının tələb etməməsini araşdırmamış, iddiaçı tərəf də tələbin bu hissəsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Üçüncüsü, apelyasiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, apelyasiya şikayəti vermiş Cavabdeh6 icarə müqaviləsi ilə ona verilmiş Kamaz markalı avtomaşını icarə müqaviləsinin müddəti bitdikdən sonra, iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində müqavilə müddətinin uzadılmasınınqeyri-mümkün olduğundan iddiaçıya məxsus olan saxlanc yerinə aparmışdır. Bundan əlavə sonuncunun bu yaşda, həm də səhhətində promler olduğu bir vəziyyətdə sözügedən Kamaz markalı avtomaşını idarə etməklə qazanc əldə etməsi heç də inandırıcı və ağalabatan görünmür. Digər cavabdeh isə ona verilmiş Kamaz markalı avtomaşının icarə müqaviləsinin müddəti bitdikdən sonra təyinatı üzrə işlədə bilməməsi nəticəsində yolun kənarında saxladığını və istənilən vaxt iddiaçıya qaytara biləcəyini qeyd etmişdir. Göründüyü kimi cavabdehlər mübahisəli Kamaz markalı maşınlardan təyinatı üzrə istifadə edə bilmədiklərini, bununla bağlı onların əlində hər hansı hüquq olmadığını (etibarnamə və ya icarə müqaviləsi), həmin maşınların iddiaçıya qaytarmaq niyyətində olduqlarını, lakin iddiaçı qəbul etmədiyini bildirmişlər. Dördüncüsü, ötən bu qədər müddət ərzində cavabdehlərin mübahisəli avtomaşınlardan “təyinatı üzrə istifadə edərək qazanc əldə etdikləri halda” iddiaçı tərəfin susması, öz əmlakını və əldə edə biləcək qazancını geri tələb etməməsi kollegiya tərəfindən heç də inandırıcı və ağlabatan görünmür. İş materiallrına (səh. 54-63) əlavə edilmiş teleqramlara münasibətdə kollegeya tənqidi yanaşaraq qeyd edir ki, (Cavabdeh6 göndərilmiş teleqram ümumiyyətlə imzalanmamışdır. səh. 61) həmin teleqram surət olmaqla, eyni zamanda cavabadeh tərəfə çatdırılması görünmür. Beşincisi, kollegiya sonda geyd edir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Buradan da göründüyü kimi birinci instansiya məhkəməsinin iddia tələbinin apelyasiya şikayəti vermiş cavabdehlərə münasibətdə “əldən çıxmış fayda” hissəsi ilə bağlı gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, həmçinin müəyyən olunmuş hesab etdiyi iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edilmişdir. Bundan əlavə yuxarıda qeyd olunduğu kimi iddiaçı ilə cavabdehlər arasında bağlanmış icarə müqavilələrinin müddəti xeyli müddətdir ki, bitmiş və tərəflərin heç birinin həmin müqavilənin müddətinin uzadılması barədə iradə ifadəsi iş materiallarından görünmür. İddiaçının nümayəndəsinin “iddiaçı bununla bağlı bir neçə dəfə cəhd etmiş və humanistlik göstərmişdir” deməsinə gəldikdə isə kollegiya hesab edir ki, iddiaçı tərəfin bu dəlili iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir. Göründüyü kimi, iddia tələbinin bu dəlilləri kifayət qədər ziddiyyətli olmasını, yəni konkret olaraq cavabdeh tərəfin iddiaçıya maddi ziyan vurmasını təsdiq etmədiyini birinci instansiya məhkəməsi nəzərə almayaraq ətraflı araşdırma aparmamışdır. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadıqda məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin “əldən çıxmış fayda” hissəsi (pulun alınıb verilməsi) birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayəti vermiş cavabdehlərə münasibətdə qismən ləğv edilməli, ləğv olunmuş hissələrdə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.4,385, 387.2.2, 392, 393 və 405-cimaddələrinirəhbərtutaraq, məhkəmə q ə t e t d i: Cavabdehlər Qurbanov Mübariz Həmid oğlu tərəfindən verilmiş apelyasiya şikayəti tam, Cavabdeh6 tərəfindən verilmiş apelyasiya şikayət isə qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-1007/2019 nömrəli qətnaməsi cavabdehlər Qurbanov Mübariz Həmid oğlu və Cavabdeh6 münasibətdə qismən yəni- “20760 manat əldən çıxmış faydanın Cavabdeh6 alınaraq “xxxx” ASC-nə verilməsi və 18300 (on səkkiz min üç yüz) manat məbləğində əldən çıxmış faydanın Cavabdeh4 alınaraq “xxxx” ASC-yə verilməsi hissələrində” ləğv edilsin. İş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə iddia tələbi “18300 (on səkkiz min üç yüz) manat məbləğində əldən çıxmış faydanın Cavabdeh4, 20760 (iyirmi min yeddi yüz altmış) manat məbləğində əldən çıxmış faydanın Cavabdeh6 Babalı oğlundan” alınaraq “xxxx” ASC-yə qaytarılması hissələrində təmin edilməsin. Qətnamə Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh4 Həmid oğlundan və Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh6 alınaraq “xxxx” ASC-yə qaytarılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar