Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-488/2022 05.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X5, X6, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsinin müəyyən olunması və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X4 və X1 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onlar tərəfindən qəbul edilməsinin müəyyən olunması və miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 21 sentyabr 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X5, X6, Cavabdeh2 və Cavabdeh3 qarşı “X4 və X1 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onlar tərəfindən qəbul edilməsinin müəyyən olunması, X2 adından tərtib olunaraq Mingəçevir şəhər 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 29 iyun 2015-ci il tarixli vəsiyyətnamənin etibarsız sayılması və hər birinin miras payının müəyyən olunması tələbinə dair” iddiası rədd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-233/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnaməsi qismən, yəni İddiaçı1 aid hissədə ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0.0632 ha torpaq sahəsindən və 120.8 kv.m ümumi sahəsi olan yaşayış evindən ibarət miras əmlakda İddiaçı1 miras payının 1/10 hissə, qalan 9/10 hissəsin isə cavabdeh X3 miras payı kimi müəyyən edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mirbahəddin Hüseynov (sədrlik edən və məruzəçi) Gündüz Abbasov, Elçin Hüseynov). İddiaçılar (Vəkil1) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2(102)-94/2022 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 233/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı2 və İddiaçı3 münasibətdə iddia tələbinin təmin edilməyən və İddiaçı1la cavabdeh İ.Bayramovun miras əmlakdakı paylarının həcminin müəyyən edilən hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmış və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Qeyd olunan mülki iş Şəki Apellyasiya Məhkəməsinin icraatında olan zaman birinci instansiya məhkəməsi tərəfindən işin geri qaytarılması barədə məktub daxil olmuşdur. Həmin məktubda Cavabdeh3 vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verildiyi qeyd edilmiş və hazırki mülki işin Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası sənədləri əlaqəli şəkildə araşdıraraq belə hesab edir ki, Cavabdeh3 vəkili Vəkil2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin uyğunluğunu yоxlаmаq üçün mülki iş Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 364-cü mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsi аpellyаsiyа şikаyətinin bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə uyğunluğunu yоxlаyır. Bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə cаvаb verən аpellyаsiyа şikаyəti оnа əlаvə оlunmuş sənədlərlə və işlə birlikdə аpellyаsiyа şikаyətinin verilmə müddəti bitdikdən sоnrа 7 gün müddətində аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilir. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Göründüyü kimi, аpellyаsiyа şikаyətinin prоsessuаl tələblərə uyğunluğu birinci instаnsiyа məhkəməsi tərəfindən yоxlаnılmаlı və şikаyətin göstərilən tələblərə uyğunluğu müəyyən edildikdə iş аpelyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(107)-2309/2020 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(051)-1180/2020 saylı qətnaməsindən Cavabdeh3 vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmaqla Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 408.1.4, 408.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrа аldı: Şəki Apellyasiya Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(107)-2309/2020 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(051)-1180/2020 saylı qətnaməsindən Cavabdeh3 vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarmaqla, Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-488/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-488/2022
05.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver