Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-494/2024 02.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mingəçevir Şəhər Mərkəzi X1rşı (açar sözlər: Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Kərimli Tunar Mübariz oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Şəhər Mərkəzi X1rşı “əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, 2(051)-294/2024 saylı qətnаməsindən cavabdeh Mingəçevir Şəhər X5 Hüquqi Şəxsin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 08 oktyabr 2018-ci il tarixdə Mingəçevir Şəhər X5 X8 xidmətləri şöbəsinin Texniki xidmət bölməsinə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cü il tarixli əmrə əsasən Mingəçevir Şəhəri X5 Hüquqi Şəxsinin struktur dəyişikliyi ilə əlaqədar olaraq Dəstək xidmətləri şöbəsinin X7 sürücü vəzifəsinə keçirilmişdir .
2. İş materiallarında olan xx.xx.2023-cü il tarixli №1398 saylı əmrdən görünür ki, Teymurov X3 Şəhər X5 X8 Xidmətləri şöbəsnin texniki dəstək bölməsində sürücü vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 3xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2."xxxx" - əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xitam verilmişdir.
3. İş materiallarında olan xx.xx.2006-cı il tarixli № 071843 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır.
II. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Mingəçevir Şəhər X5 Hüquqi Şəxsin 09 oktyabr 2023-cü il tarixli 1398 saylı əmrinin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsi bağlamaqla işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, xx.xx.2018-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına sürücü vəzifəsinə qəbul edilmişdir. Həmin vaxt onunla 1 il 1 gün müddətinə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü ildə 1398 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2."xxxx" maddəsinə əsasən sözügedən əmək müqaviləsi ləğv edilmişdir. O, 5 ildən artıq müddətir ki, müəssisədə əmək fəaliyyəti ilə məşğul olur. Həmçinin, müqavilə artıq 4 dəfə, 1 il 1 gün müddətinə artıldığından müqavilənin bitmə vaxtı xx.xx.2023-cü il tarixdə bitirdi və əmək müqaviləsi 5 ildən artıq davam etdiyindən müddətsiz əmək müqaviləsi hesab olunur. Qanunun tələbinə görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Müddətli əmək müqaviləsi isə yalnız Əmək Məcəlləsinin 45.5-ci maddəsi ilə müəyyən edilmiş hallarda bağlanılır. Onunla cavabdeh arasında yaranmış əmək münasibətlərində isə həmin hallar olmamışdır. Hesab edir ki, cavabdehin onun əmək müqaviləsinə xitam verilməsi haqqında əmri əsassızdır. Ona görə də ləğv edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə etmiş və məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Mingəçevir Şəhər X5 Hüquqi Şəxsin nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ərizəsi əsassızdır. Belə ki, işçi ilə işəgötürən arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi hazırkı mülki işin materiallarındadır. Əmək müqaviləsi müddətli olaraq bağlanmışdır. İddiaçı xəstəxanada sürücü vəzifəsində işləyib. Onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixində bitdiyindən müəssisədə, yəni, xəstəxanada nəqliyyat vasitəsinin olmaması səbəbindən yəni, artıq avtomobilin olmaması ilə bağlı onunla əmək müqaviləsinin müddətinin yenidən artırılmasına zərurət qalmamışdır. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının İddiaçıla heç bir qərəzliyi yoxdur, ancaq hazırkı vəziyyətdə müqavilənin davam etdirilməsinə lüzum yaranmadığından onların tərəflərindən İddiaçıla müqavilə müddətinin davam etməsi ilə bağlı qarşılıqlı razılaşmaya ehtiyac qalmamışdır. İddiaçının özünə də bildirilmişdir ki, zərurət yarandığı anda onunla bağlı məsələyə yenidən baxılacaqdır. Şəxslə əmək müqaviləsi qanuni əsaslarla bağlanmış, tərəf müqavilədəki şərtlərlə razılaşmışdır. İddia ərizəsindən də göründüyü kimi xx.xx.2023-cü il tarixli 1398 saylı əmr qanuni və əsaslıdır. Əmək müqaviləsinin şərtlərinə uyğun olaraq onunla bağlı əmək müqaviləsinin müddəti bitdiyindən qarşılıqlı əmək münasibətlərinə xitam verilmişdir. İddiaçının işə bərpa tələbinə dair ərizəsinin təmin olunmamasını xahiş etmişdir.
8. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Güləndam Quliyeva) 11 yanvar 2024-cü il tаrixli, 2(051)-294/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı işdən azad edilməsi barədə Mingəçevir Şəhər X5 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 1398 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilməsi, Teymurov X3 Şəhər X5 X8 Xidmətləri Şöbəsinin X7 sürücü vəzifəsinə bərpa edilməsi, Mingəçevir Şəhər X5 Hüquqi Şəxsi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi qət edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, işçinin (iddiaçının) əmək funksiyasının daimi xarakterə malik olması qabaqcadan bəlli olmuş olduğu halda, işçinin əmək müqaviləsini müddətli bağlamasının iradə ifadəsinə uyğun olmasını düzgün hesab etmək olmaz. Belə ki, iddiaçı 08 oktyabr 2018-ci il tarixdən 09 oktyabr 2023-cü il tarixədək fasiləsiz olaraq müəssisəsdə sürücü vəzifəsində işləmişdir. 2022-ci ildə müdriyyət dəyişilmiş, həmin il üzrə müddət başa çatan kimi işçi ilə əmək müqaviləsinə xitam verilmişdir.
10. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır, bu hal isə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin ləğv edilməsi üçün əsasdır.
11. Məhkəmə bu nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçını Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslar olmadan işdən azad etdiyindən cavabdeh Mingəçevir Şəhər Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 1398 saylı əmri ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa olunmalı, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14, 43.3, 45, 47, 47.1, 68, 287 və 300-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh Mingəçevir Şəhər X5 Hüquqi Şəxsin nümayəndəsi və vəkili Məmmədov X2 Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, 2(051)-294/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı 2018-ci il tarixində sürücü vəzifəsinə qəbul edilmişdir. Şəxs xx.xx.2019-cu il tarixli əmrə əsasən X7 sürücü vəzifəsinə keçirilmişdir. Bağlanmış müqavilələr müddətli əmək müqaviləsi olduğundan hər il yenilənmişdir. xx.xx.2023-cü il tarixli 1398 saylı əmrə əsasən bağlanmış 2077 saylı əmək müqaviləsi iddiaçının Əmək Məcəlləsinin 68 "xxxx" bəndinə əsasən işinə xitam verilmişdir. Müəssisə ilə işçi arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə mülki işin materiallarındadır. Tərəflər arasında bağlanmış müqavilənin müddəti xx.xx.2023cü il tarixində bitdiyindən onunla bağlı əmək müqaviləsinə baxılmasına zərurət yaranmadığından müqavilə təzələnməmiş, tərəflər arasında olan bu münasibətlərə xitam verilmişdir. Əmək müqaviləsi qanuni əsaslarla hər iki tərəf arasında razılaşdırılmaqla imzalanmışdır. Bu səbəbdən də müqavilədən sonra qanuni əsaslarla şəxs işə götürülmüş və nəhayət müqavilə müddəti bitdiyindən işdən çıxarılmışdır. Müqavilənin şərtləri ilə iddiaçı tanış olaraq onu imzalamışdır. Artıq bundan sonrakı məsələlər isə müqavilənin əsasında tənzimlənir. Mingəçevir şəhər X5 Hüquqi Şəxsin iddiaçı ilə heç bir qərəzliliyi yoxdur. Bağlanan müddətdə əmək müqaviləsindəki müddət bitmişdir. Burada müəssisə bundan sonrakı əmək münasibətlərini davam etdirmək istəmir. Ona görə həm avtomobil, həm də digər texniki şərait yoxdur. Əmək Məcəlləsinin 68ci maddəsində deyilir ki, əmək müqaviləsi yalnız bu məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin ikinci hissəsində deyilir ki, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi üçün əsaslardan biridir. Qanunun bütün normalarına əsasən birmənalı olaraq qərara gəlmək mümkündür ki, iddiaçı tərəfin iddiasını, məhkəmə təmin etməkdə doğru olmamışdır. Əmək müqaviləsi 54-cü maddədə nəzərdə tutulmuş qaydada işçinin əmək funksiyası və öhtəlikləri göstərilməklə fərdi qaydada bağlanır. Məhkəmə qanunun bu normalarını pozmuşdur. Qeyd olunanlara əsasən Mingəçevir şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, 2(051)-294/2024 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv ediməsini, iş üzrə yeni məhkəmə qətnaməsi çıxarılaraq “X4 işdən azad edilməsi barədə Mingəçevir şəhər X5 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 1398 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, Teymurov X3 şəhər X5 X8 Xidmətləri Şöbəsinin X7 sürücü vəzifəsində bərpa edilməsi, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmuşdur. Həmin etirazda verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, 2(051)-294/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, 2(051)-294/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmammışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
21. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
22. Maddə 14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
23. Maddə 43. Əmək müqaviləsinin məzmunu (...)
3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
24. Maddə 45. Əmək müqaviləsinin müddəti.
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. (...)
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
25. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
26. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: (...); b) əmək müqaviləsinin müddətinin qurtarması; (...).
27. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
28. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri. İ. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Mingəçevir Şəhər X5 Hüquqi Şəxsin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, 2(051)-294/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
41. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
42. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qənaətini belə əsaslandırmışdır ki, iddiaçı ilə işəgötürən arasında əmək müqaviləsi bağlanılarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. Həmçinin işçinin əmək funksiyasının daimi xaraktera malik olması qabaqcadan bəlli olmuş olduğu halda, işçinin əmək müqaviləsini müddətli bağlamasının iradə ifadəsinə uyğun olmasını düzgün hesab etmək olmaz. Belə ki, iddiaçı 08 oktyabr 2018-ci il tarixdən 09 oktyabr 2023-cü il tarixədək fasiləsiz olaraq müəssisəsdə sürücü vəzifəsində işləmişdir. 2022-ci ildə müdiriyyət dəyişilmiş həmin il üzrə müddət başa çatan kimi işçi ilə əmək müqaviləsinə xitam verilmişdir.
43. Bundan başqa, məhkəmə qeyd edilmişdir ki, cavabdeh etirazının əsası kimi ilk növbədə iddiaçının könüllü razılığı əsasında onunla müddətli əmək müqaviləsi bağlanmasına istinad edərək, həmin müqaviləyə bərabər tərəflər arasında bağlanmış müqavilə kimi yanaşmış və iddiaçının hərəkətini sərbəst iradə ifadəsi kimi qiymətləndirmişdir. Halbuki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati sərəncamverici səlahiyyətlərə malik olur. Hazırkı mübahisə üzrə də işdən görünür ki, iddiaçı uzun müddət (5 il) cavabdeh müəssisədə daimi xarakter daşıyan əmək fəaliyyəti ilə məşğul olmuş, sonradan, yəni 2023-cü ildə işdən azad edilmişdir. Cavabdeh təşkilat hazırkı etirazında bu halı etiraf etmiş, bu halı avtomobilin olmaması ilə əlaqələndirməyə çalışmışdır. İddiaçı cavabdeh müəssisənin işçisi olaraq oradan əmək haqqı alıb ailəsinin dolanacağı qarşıladığı üçün onun müəssisə ilə müddətli müqavilə bağlaması heç də könüllü müqavilə bağlanması kimi qiymətləndirilə və dəyərləndirilə bilməz.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır.
45. Tərəflərin müddətli (1 il 1 gün) əmək müqaviləsi bağlaması və həmin müqavilənin 4 dəfə 1 il 1 gün müddətinə artırılması və bununla da əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi işin mübahisələndirilməyən hallarıdır.
46. Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi).
47. Belə tənzimetmə ilə qanunverici dövlətin Konstitusiyanın 35-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədini güdür. Belə ki, əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir.
48. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur.
49. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanılmasına imkan verən hallar (əsaslar) nəzərdə tutulmuşdur (25-c paraqraf).
50. Əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin bağlanılması imkanının müəyyən edilməsi məşğulluğa kömək, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət etməklə yanaşı, işəgötürənlərin müvəqqəti xarakterli ehtiyaclarının qarşılanmasına da imkan verir.
51. Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir.
52. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə bağlı göstərilməlidir ki, Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
53. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
54. Hazırkı halda tərəflər arasında əmək münasibətləri fasiləsiz olaraq 5 ildən artıq davam etdiyindən müddətli əmək müqaviləsinə çevrilmişdir.
55. Göründüyü kimi, əmək funksiyasının şərtlərinə görə iddiaçının yerinə yetirdiyi iş daimi xarakterə malik olmasına və bunun qabaqcadan bəlli olmasına baxmayaraq cavabdeh müddətli əmək müqaviləsi bağlamaqda haqlı olmadığı kimi, həmin müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə keçdikdən (çevrildikdən) sonra müddətin bitməsi əsası ilə xitam verilməsinə dair əmr verməkdə də haqlı olmamışdır.
56. Ona görə də birinci instnasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu hal isə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin ləğv edilməsi üçün əsasdır.
57. Göründüyü kimi, apellyasiya şikayətinin həmin dəlilləri yalnız mülahizələrdən ibarət olduğuna görə əsassız hesab edilməlidir.
58. Apellyasiya şikayətində göstərilmişdir ki, işə baxan məhkəmə qətnamə qəbul edərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərini pozmuşdur.
59. Əmək Məcəlləsinin müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasından bəhs edən 73-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir.
60. İşdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verərəkən Əmək Məcəlləsinin 73-cü deyil, 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə istinad etmiş, bununla da dolayısı ilə, tərəflər arasında bağlanmış müqavilənin müddətli müqavilə olmadığı nəticəsinə gəlmişdir.
61. Ona görə də apellyasiya şikayətinin sözügedən dəlili də əsassızdır.
62. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
63. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
65. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
66. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
67. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, 2(051)-294/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Mingəçevir Şəhər X5 Hüquqi Şəxsin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, 2(051)-294/2024 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov