Məhkəmə qərarları › İş №2(107)-507/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-507/2021

18.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-507/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1585/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxxxx 2020-ci il tarixli 2(075)- 1585/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki regional ərazi şöbəsi cəlb edilməklə onun ödənişsiz məzuniyyətə göndərilməsi barədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi və onun məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki regional ərazi şöbəsi cəlb ediməklə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək onun ödənişsiz məzuniyyətə göndərilməsi barədə Cavabdeh-in xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 1983-cü ildə Politexnik insitutunun avtonəqliyyatın istismarı fakultəsini bitirmiş, 1989-cu ildən hal-hazıradək Cavabdeh-də növbətçi mexanik və mülki müdafiə mühəndisi vəzifəsində işləyir. xx.xx.2006-cı il tarixdən ASC-də mülki müdafiə mühəndisi vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsi mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşlədiyi müddətdə cavabdeh tərəf dəfələrlə ona işdən çıxması ilə bağlı təkliflər etmişdir. Habelə cavabeh ona dəfələrlə işlədiyi mülki müdafiə işinin ixtisara düşəcəyini bildirmişdir. Ölkədə baş vermiş Covid-19 pandemiyası ilə bağlı xx.xx.2020-ci il tarixdə ASC-də iclas çağırılmış, o da həmin iclasda iştirak etmiş, iclasda əsasən pandemiya dövründə işçilərin işə necə çıxması ilə bağlı məsələ müzakirə edilmişdir. Həmin vaxt sərt karantin rejimi müəyyən olunmasa da, sərnişin daşımada müəyyən məhdudiyyətlər yarandığından ASC tam gücündə işləyə bilməmişdir. O, xx.xx.2020-ci il tarixədək işə çıxmışdır. Lakin sonradan ona bildirmişlər ki, ödənişsiz məzuniyyətə çıxması ilə bağlı ərizə yazmalıdır. Buna baxmayaraq bu barədə ərizə yazmamışdır. Lakin xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmrlə o, qanunsuz və əsassız olaraq ödənişsiz məzuniyyətə buraxılmışdır. Onunla bərabər ASC-in səkkiz nəfər əməkdaşı da ödənişsiz məzuniyyətə buraxılmışlar. Müəssisədə əmək haqqı 250 manat olmuş, vergilər çıxıldıqdan sonra əlinə çatan təmiz 235 manat olmuşdur. Barəsində haqsızlıq olduqdan sonra ƏƏSMN yanında DƏMX-nin 19 saylı region üzrə Şəki regional ərazi şöbəsinə müraciət etmiş, araşdırma aparılmış və ASC İXM-nin 192.4-cü maddəsi ilə inzibati cərimə edilmişdir. Ödənişsiz məzuniyyətə buraxılsa da, pandemiya ilə əlaqədar dövlətin sahibkarlara dəstəyi ilə əlaqədar o, hər ay 125 manat məbləğində yardım almışdır. Hazırda cavabdeh onu işə qaytarmır. Lakin onun barəsində işdən çıxarılma və ya vəzifəsinin ixtisara düşməsi ilə bağlı hər hansı əmr mövcud deyildir. Bütün qeyd olunanları nəzərə alaraq onun ödənişsiz məzuniyyətə göndərilməsi barədə xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsini və onun məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh-nin müşahidə şurasının üzvü X7 izahat verərək göstərmişdir ki, uzun müddətdir ki “xxxx” ASC-də işləyir. Hazırda ASCnin 8 nəfər sürücüsü, 3 nəfər gözətçisi, 5 nəfər isə aparat işçisi mövcuddur. ASC-nin əsas fəaliyyəti şəhərdaxili deyil, rayonlararası sərnişindaşımadır və o, öz maliyyəsini həmin sərnişindaşıma ilə formalaşdırır. İddiaçı həmin ASC-də 1989-cu ildən işləməklə 2006-cı ildən ASC-də mülki müdafiə mühəndisi vəzifəsində çalışır. Hazırda respublikanın əksər özəl hüquqi şəxslərində mülki müdafiə mühəndisi ştatı mövcud deyildir. Həqiqətən də bu barədə iddiaçıya və digər 2 şəxsə də xəbərdarlıq etmişdir ki, onların ştatı ixtisar oluna bilər. Lakin indiyədək iddiaçı nə işdən çıxarılmış, nə də onun ştatı ixtisar edilməmişdir. Ölkədə baş vermiş Covid-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əsasən xx.xx.2020-ci il tarixdə ASCnin iclasını çağırmış və həmin iclasda iddiaçının özü də iştirak etmişdir. Hətta həmin iclasda iddiaçı çıxış edərək Şəkinin ən böyük müəssisəsi olan “xxxx” ASC-nin də işçilərinin işə müəyyən məhdudiyyətlərlə çıxdığını vurğulamışdır. Həmin iclasda qərara alınmışdır ki, iddiaçı da daxil olmaqla ASC-nin 8 nəfər əməkdaşı ödənişsiz məzuniyyətə göndərilsinlər. Göstərilən bütün 8 nəfər işçi, o cümlədən iddiaçı özü də 60 gün müddətinə ödənişsiz məzuniyyətə buraxılmasına razı olmuş və bununla bağlı xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmr verilmişdir. xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmrin müddəti başa çatdığından xx.xx.2020-ci il tarixdə 09 İ/T nömrəli əmrlə ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operati Qəragahın tövsiyələrinə əsasən tam fəaliyyət göstərməyərək vəziyyətləri ağır olsa da, heç bir işçini işdən çıxarmamış və ixtisar etməmişlər. Pandemiyaya görə dövlətin sahibkarlara dəstəyi ilə əlaqədar ASC-nə vəsait ödənilmiş və həmin vəsait hər ay iddiaçı da daxil olmaqla ASC-nin işçiləri arasında bölüşdürülmüş, həmin vəsaitdən iddiaçıya hər ay 125 manat ödəniş edilmişdir. Bildirmişdir ki, iddiaçının ödənişsiz məzuniyyətə buraxılması işəgötürənin təqsiri ucbatından deyil, dünyada, o cümlədən ölkədə hələ də davam edən Covid-19 pandemiyası ilə əlaqədar olmuşdur. İddiaçının hazırkı narazılığı ilə əlaqədar dəfələrlə onunla söhbətlər aparmışdır. Lakin iddiaçı onu heç bir halda başa düşmək istəməmişdir. İddiaçı işdən çıxarılmamış, onun ştatı ixtisar edilməmiş, digər işçilər kimi qanuni olaraq ödənişsiz məzuniyyətə buraxılmışdır. xx.xx.2020-ci il tarixindən yenidən Şəki şəhərində karantin rejimi tətbiq edilmiş və həmin rejimin müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. Hazırda da müəssisə tam gücündə fəaliyyət göstərə bilmir. İşçilərin əmək haqlarının verilməsində çətinlikləri vardır. Hazırkı karantin rejimi ilə əlaqədar pandemiyaya görə dövlətin yenidən sahibkarlara dəstəyi ilə əlaqədar ASC-nə müəyyən pul vəsaitinin ödənilməsi gözlənilir və həmin vəsaitdən pay alacaq işçilər siyahısında İddiaçı da adı vardır. Buna görə də hesab edir ki, iddiaçının iddiası əsaslı deyildir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh-nin nümayəndəsiqanuni təmsilçisi Nümayəndə da X7 ilə eyni məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən üçüncü şəxs ƏƏSMN yanında DƏMX-nin 19 saylı region üzrə Şəki regional ərazi şöbəsinin nümayəndəsi X9 göstərmişdir ki, İddiaçı şikayət ərizəsi xx xxx 2020-ci ıl tarixdə Şöbəyə daxil olmuş, ərizə ilə bağlı “Cavabdeh" ASC-dən müvafiq sənədlər tələb edilmişdir. “Cavabdeh" ASC-dən daxil oian rəsmi məktuba və məktuba əiavə edilmiş sənədlərə əsasən məlum olmuşdur kı, iddiaçı ilə ASC arasında xx.xx.2006-ci ıl tarixdə yazılı formada əmək müqaviləsi bağlanmış və iddiaçı Şəkı-Sərnişın ASC-nə mülki müdafiə mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. ASC-nin əsas gəlir sahəsi sərnişindaşıma olmuş və ölkədə koronavırus (Covıd-19) pandemiyası ilə əlaqədar təhsil muəssisələrində dərslərin tədrisinin xx.xx.2020-ci il tarixdən dayandırılması və digər səbəblərdən sərnişin daşımanın azalması müəssisənin fəaliyyətinə ciddi təsir göstərmişdir. Məhz bu səbəbdən də müəssisənin fəaliyyətinə cıddı rolu olmayan 8 nəfər işçi o, cümlədən iddiaçı idarə heyətinin xx xxxx 2020-cı ıl tarixli iclasının qərarına əsasən müəssisənin xidməti fəaliyyəti bərpa olunan tarixədək ödənişsiz məzuniyyətə buraxılmışlar. İşçilər ödənişsiz məzuniyyətdə olduqları dövrdə onlara mart ayında əmək haqqı ödənilməmiş, sonrakı dövrdə isə onlara koronavirus infeksiyası ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq dovlətin sahibkarlara ayırdığı maliyyə dəstəyi çərçivəsində əmək haqqı ödənişləri üçün müəssisəyə aprel ayında daxil olmuş 1673. 87 manat vəsaitdən 17.04 2020-ci il tarixdə iddiaçıya 125.00 manat, may ayında daxil olmuş 1673.88 manat vəsaitdən xx.xx.2020-ci il tarixdə 125.00 manat və avqust ayında daxıl olmuş 1573.87 manat vəsaitdən xx.xx.2020-ci l tarixdə 125.0 manat əmək haqqı onun bankda olan plastik kart hesabına köçürülmüşdür. Aparılan əlavə araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisənin əsas gəlir sahəsi olan şəhərlərarası sərnişindaşıma Nazirlər Kabinetinin müvafiq qərarına əsasən xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. Qeyd olunan bu çətinliklərə gorə müəssisə hal-hazırda məhdud sayda işçini işə cəlb etmək məcburiyyətində qalmışdır. Eyni zamanda müəssisədən daxil olan məktubda xx.xx.2020-cı il tarixli 25 saylı məktubda sərnışindaşınmanın dayanması ilə əlaqədar maliyyə vəziyyətinin çox ağır vəziyyətə düşməsi səbəbindən əmək haqlarının ödənilməsində çətinlik olduğu və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən karantın rejimi xx.xx.2020-ci il tarixədək uzadıldığı uçun müəssisənin fəaliyyətinin də xx.xx.2020-cı ıl tarixədək dayandırıldığı qeyd edilmışdır. Cavabdeh-nin direktoru Nümayəndə İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi mübahisələndirilən xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmrlə əlaqəli deyildir. Belə ki, ƏƏSMN yanında DƏMX-nin 19 saylı region üzrə Şəki regional ərazi şöbəsi hesab etmişdir ki, “xxxx” ASC-nin əməlində Əmək Məcəlləsinin 178.1-ci maddəsinin tələbləri pozulmuşdur. Başa düşürlər ki, hazırkı vəziyyətdə Cavabdeh-nin özünü maliyələşdirməsi və işçilərin əmək haqqının ödənilməsi çətindir. Lakin Əmək Məcəlləsinin 178.1-ci maddəsində göstərilmişdir ki, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Bu normaları əsas götürməklə “xxxx” ASC cərimə olunmuşdur. Məhkəmədən müvafiq qərar çıxarılmasını xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1585/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)- 1585/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh-nin nümayəndələri Nümayəndə və X7 izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1585/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs ƏƏSMN yanında DƏMX-nin 19 saylı region üzrə Şəki regional ərazi şöbəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx xxxxxxxx 1976-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1989-cu ildən X4 Birliyinə kolon mexaniki vəzifəsinə qəbul edilmiş, hazırda mülki müdafiə mühəndisi vəzifəsində işləyir və işdən çıxarılması barədə hər hansı məlumat mövcud deyildir. Əmək müqaviləsinin (kontrakt) təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2006-cı il tarixdən Cavabdeh-nə mülki müdafiə üzrə mühəndis vəzifəsinə müddətsiz olaraq qəbul edilmişdir. Həmin müqavilədən görünür ki, İddiaçı əmək məzuniyyətinin ümumi müddəti 36 təqvim günü, əsas məzuniyyət müddəti isə 30 təqvim günüdür. Cavabdeh-nin xx xxxx 2020-ci il tarixli 06 İ/T nömrəli əmrindən görünür ki, yanvarmart aylarında hava şəraitinin əlverişsiz keşməsi və dünyada tüğyan edən “Koronavirus” epidemiyasının ölkədə yayılmasının qarşısının alınması, qış mövsümü ilə əlaqədar yanvar-mart aylarında havaların əlverişsiz keçməsini təhsil müəssisələrinin bağlanmasının sərnişin axınının azalmasına və bu səbəblərin bilavasitə işlərinə ciddi təsir göstərməsini nəzərə alaraq xx.xx.2020-ci il tarixdən etibarən səhmdar cəmiyyətin (şəhərətrafı marşrut sürücüləri istisna olmaqla) Nümayəndə, Səlimova Hicran Daşdəmir qızı, X2, X5, İddiaçı, X1, X10 və X12 adlı işçilərinin ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. Cavabdeh-nin xx.xx.2020-ci il tarixli 09 İ/T saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müvafiq qərarlarına əsasən ölkədə Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə (yanvar-fevral aylarında hava şəraiti səbəbli iqtisadi çətinliklər də nəzərə alınmaqla) xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmrin müddətinin xx.xx.2020-ci il tarixdən bitməsi əmr edilmişdir. xx xxxxx 2020-ci il, xx xxx 2020-ci il, xx xxxxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixli ödəniş tapşırıqlarından və ona əlavə edilmiş cədvəllərdən görünür ki, koronavirus infeksiyası ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq dovlətin sahibkarlara ayırdığı maliyyə dəstəyi çərçivəsində əmək haqqı ödənişləri üçün müəssisəyə aprel ayında daxil olmuş 1673 87 manat vəsaitdən 17.04 2020-ci il tarixdə İddiaçı 125.00 manat, may ayında daxil olmuş 1673.88 manat vəsaitdən xx.xx.2020-ci il tarixdə 125.00 manat və avqust ayında daxıl olmuş 1573.87 manat vəsaitdən xx.xx.2020-ci l tarixdə 125.0 manat əmək haqqı onun bankda olan plastik kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 443 saylı qərarından görünür ki, Şəki şəhəri ərazisində karantin rejimi tətbiq edilmiş və həmin karantin rejiminin müddəti Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 450 saylı qərarı ilə xx.xx.2020-ci il tarixinədək üzadılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İşin gerçək halı ondan ibarətdir ki, iddiaçı 1989-cu ildən “xxxx" ASC-də əmək fəaliyyətinə başlamışdır və hazırda da həmin müəssisədə çalışır. Belə ki, iddiaçı ilə cavabdehin arasında xx.xx.2006-cı il tarixdə yazılı formada əmək müqaviləsi bağlanmış və o, ASC-də mülki müdafiə mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. ASC-nin əsas gəlir sahəsi sərnişindaşıma olmuş və ölkədə koronavırus (Covıd 19) pandemiyasının yayılması ilə əlaqədar təhsil muəssisələrində dərslərin tədrisinin xx.xx.2020-ci il tarixdən dayandırılması və digər səbəblərdən sərnişin daşımanın azalması müəssisənin fəaliyyətinə ciddi təsir göstərdiyindən müəssisənin fəaliyyətində ciddi rolu olmayan 8 nəfər işçi o, cümlədən iddiaçı xx xxxx 2020-ci il tarixli əmrlə müəssisənin xidməti fəaliyyəti bərpa olunana kimi ödənişsiz məzuniyyətə buraxılmışlar. İddiaçı həmin iclasda iştirak edərək buna etiraz etməmişdir. İşçilər ödənişsiz məzuniyyətdə olduqları dövrdə onlara mart ayında əmək haqqı ödənilməmiş, sonrakı dövrdə isə onlara koronavirus pandemiyasının yayılması ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq dovlətin sahibkarlara ayırdığı maliyyə dəstəyi çərçivəsində əmək haqqı ödənişləri üçün müəssisəyə aprel ayında daxil olmuş 1673. 87 manat vəsaitdən xx.xx.2020-ci il tarixdə 125 manat, may ayında daxil olmuş 1673.88 manat vəsaitdən xx.xx.2020-ci il tarixdə 125 manat və avqust ayında daxıl olmuş 1573.87 manat vəsaitdən xx.xx.2020-ci il tarixdə 125 manat, dekabr ayında daxil olmuş 1673.87 manat vəsaitdən xx.xx.2020-ci il tarixdə 125 manat məbləğində əmək haqqı iddiaçının bankda olan plastik kart hesabına köçürülmüşdür. İddiaçı bu halları məhkəmə iclasında təsdiq etmişdir. Habelə, müəssisənin əsas gəlir sahəsi olan şəhərlərarası sərnişindaşıma Nazirlər Kabinetinin müvafiq qərarına əsasən xx.xx.2020-cı ıl tarixədək dayandırılmışdır. Qeyd olunan bu çətinliklərə gorə müəssisə maliyyə çətinliyi dövründə mövcudluğunu qoruyub saxlamaq üçün məhdud sayda işçi ilə fəaliyyət göstərmək məcburiyyətindədir. Eyni zamanda sərnişindaşımanın dayanması ilə əlaqədar maliyyə vəziyyətinin çox ağır vəziyyətə düşməsi səbəbindən əmək haqlarının ödənilməsində çətinlik olduğu, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən karantın rejimi xx.xx.2020-ci il tarixədək uzadıldığı, hazırda da karantin rejiminin mövcudluğu müəssisənin tam gücündə fəaliyyət göstərməməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işə götürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 110-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 112-ci maddəsinin ç) bəndinə əsasən, ödənişsiz məzuniyyət, məzuniyyətin növlərindən biri kimi nəzərdə tutulmuşdur. 114-cü maddəsinin 1-ci hissəsinə görə, əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir. 3-cü hissəsinin b) bəndinə görə, məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə əsas məzuniyyət 30 təqvim günü müddətində verilir. 146-cı maddəsinin 1-ci hissəsinə görə, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Göründüyü kimi, Cavabdeh-nin işçilərin ödənişsiz məzuniyyətə buraxılması ilə bağlı xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmrinin verilməsinə əsas 2020-ci ilin yanvar-mart aylarında hava şəraitinin əlverişsiz keşməsi, dünyada tüğyan edən “Koronavirus” (COVİD 19) pandemiyasının 2020-ci ilin fevral ayından etibarən ölkədə yayılmağa başlanılması, pandemiyanın ölkədə yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə xx xxxx 2020-ci ildən etibarən respublikanın təhsil müəssisələrinin bağlanması, bunların nəticəsində sərnişin axınının azalması və bu səbəblərin bilavasitə sərnişindaşıma işlərinə ciddi surətdə mənfi təsir göstərməsi olmuşdur. Yəni qeyd edilən əmrin verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə uyğun olmuş, bu əmr işəgötürənin qanunsuz hərəkətləri ücbatından verilməmişdir. İddiaçıya məxsus əmək müqaviləsindən də göründüyü kimi o və digər işçilər ƏM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamaqla ödənişsiz məzuniyyətə buraxılmış və bəhs edilən əmr Cavabdeh-nin özünün digər, xx.xx.2020-ci il tarixli 09 İ/T saylı əmri ilə ləğv edilmişdir. Bu müddət ərzində iddiaçı digər işçilər kimi koronavirus infeksiyası ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq dovlətin Cavabdeh-nə ayırdığı maliyyə dəstəyi çərçivəsində hər ay 125 manat pul məbləği ilə təmin edilmişdir. Bundan başqa iddiaçı bu günədək işdən çıxarılmamış, habelə onun işlədiyi vəzifə ixtisara salınmamışdır. Qeyd olunmalıdır ki, xx.xx.2020-ci il tarixindən yenidən Şəki şəhərində karantin rejimi tətbiq edilmiş və həmin karantin rejiminin müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. Nəticədə isə müəssisə tam gücündə fəaliyyətini bərpa edə bilməmişdir. Bütün bunlara görə kollegiya hesab edir ki, Cavabdeh-nin xx.xx.2020-ci il tarixli 06 İ/T nömrəli əmri qanuni və əsaslı olmuşdur. Kollegiyaya görə, birinci instansiya məhkəməsi iddia tələbinin əsassız olduğu qənaətinə gəlməkdə haqlı olmuşdur. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X14 Məhkəməsi “X3” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X14 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçıının apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1585/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1585/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar