Məhkəmə qərarları › İş №2(107)-514/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-514/2020

27.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-514/2020 27.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı1, digər İddiaçı2 vəkili X12, Cavabdeh, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Soltan Nuxa kənd bələdiyyəsinin nümayəndəsi X9 və Qəbələ rayon İcra Hakimiyyəti Soltan Nuxa kənd X5 nümayəndəsi X7 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1340/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsi üzərində pozulmuş hüquqların bərpası və daşınmaz əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların qanuni istifadə hüququna malik olduğu və hal-hazırda Cavabdeh tərəfindən zəbt olunmuş 0,05 hektar torpaq sahəsindən və evdən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin onların istifadəsinə qaytarılması, mübahisələndirilən torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsi nəticəsində dəymiş 10.000 manat (AZN) məbləğində maddi və mənəvi ziyanın Cavabdeh tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1340/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, xx xxxx 2004-cü il tarixli Soltannuxa Bələdiyəsi ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən yuxarıda qeyd olunan torpaq sahəsini İddiaçı1 nəğd pul ödəyərək almışdır. O, həmin torpaq sahəsini öz adına qeydiyyata aldırmaq məqsədi ilə Qəbələ rayonu müvafiq orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ümumiyyətlə həmin torpaq sahələri və üzərindəki tikililər onların babaları tərəfindən yüz il əvvəl inşa edilmiş tikililərdir. Durca qədim kənddir və onların valideynləri, ata-babaları həmişə orada yaşamışlar. Daha əvvəllər həmin torpaqlarla bağlı müvafiq orqanlarla və bələdiyyə ilə bağlı yaranmış mübahisələr xx.xx.2009-cu il tarixli 2(025)-29/2009 saylı mülki işə Qəbələ rayon Məhkəməsində, xx.xx.2010-cu il tarxili 2(107)177/2010 saylı mülki işə Şəki Apelyasiya məhkəməsində baxılmışdır. Şəki Apellyasiya məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(107)-177/2010 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il tarixli 2(025)- 29/2009 saylı Qəbələ rayon Məhkəməsin qətnaməsini qismən ləğv edmişdir. Beləliklə, mübahisə öz yekun həllini tapmışdır. Şəki Apelyasiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, işə əlavə edilmiş Soltanuxa kənd inzibati ərazi idarəsinin xx.xx.2010-cu il tarixli, 198 saylı arayışından görünür ki, İddiaçı2, X4 və İddiaçı1 məxsus Duruca kəndində həmin üç ailəyə məxsus iki yaşayış binası 4 sot torpaq sahəsində yerləşmişdir. Yaşayış binasının biri İddiaçı2 və X2, digəri isə İddiaçı1 aiddir. Beləliklə, Şəki Apellyasiya məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(107)177/2010 nömrəli qətnaməsinə əsasən iddiaçıların şikayəti əsaslı olduğundan təmin olunmuş və həmin torpağ və tikililər üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 ( mərhum X1) istifadə və sahiblik hüququ tanınmışdır. Qəbələ rayon Durca kəndinin ərazisində Dövlət Əhəmiyyətli tədbirlərin görülməsi nəzərdə tutulmuş, bu barədə bir sıra layihələr həyata keçirilmişdir. Həmin layihələrə əsasən iddiaçılara məxsus köhnə tikililərin yerində 1 mərtəbəli, 2 otaqdan ibarət olan, hər birinin ümumu sahəsi təxminən 100 kv olan 2 dənə ayrı-ayrı evlər bir birilərinə bitişik vəziyyətdə, yeni modern görüntüdə tikilib 2013-cü ildə iddiaçıların istifadəsinə verilmişdir. 2015-ci ilin sonlarına doğru Göyçay şəhəri, H.Əliyev prospektində yaşayan və iddiaçılarla yaxından və uzaqdan heç bir qohumluq əlaqəsi olmayan qonşuları olan X13 ilə qarşılaşmışlar. X13 onlara bildirmiş ki, xanımı ilə ayrılıb və həyat yoldaşı və uşaqları onu evdən qovublar. Hal-hazırda yaşamağa heç bir yeri yoxdur. Uzun müddətdir ki, yemək yemir. Qarşılaşdığları bu vəziyyətə çox üzülmüşlər və qərara gəlmişlər ki, müvəqqəti olaraq qonşuları X10 Qəbələ rayonu, Durca kəndində dövlət tərəfindən yeni tikilib onlara verilmiş evə yerləşdirsinlər. Rəhmətə gedənə qədər təxminən 3 ilə yaxın qonşuları Muradov Vaqif həmin mənzildə təmannasız qalmışdır. 2019-cu ilin əvvələrində Cavabdeh onların evdə olmadığları an qapının açarını sındıraraq həmin atası müvəqqəti yaşadığı evə ailəsi ilə birlikdə daxil olaraq orda yaşamağa başlamışdır. Cavabdehə bu hərəkətinin səbəbini soruşduqda isə onlara bildirmiş ki, həmin evdə atası yaşayıb və o rəhmətə getdiyi üçün həmin ev ona məxsusdur. Cavabdehin bu hərəkətini gördükdən sonra qonşuları çağıraraq qanuni istifadələrində olan torpaq sahəsindən 0,05 hektarının və evin Göyçay şəhəri, H.Əliyev prospekti, ev 129 saylı evin sakini Cavabdeh tərəfindən zəbt edilməsi faktı təsdiq olunaraq bu barədə xx.xx.2019-cu il tarixli akt tərtib etmişlər. Cavabdehə dəfələrlə edilən şifahi müraciətləri nəticəsiz qaldığından bu barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışlar. Cavahdeh polis şöbəsindəki izahatında da bildirmiş ki, həmin evə aid heç bir sənədi yoxdur və heç bir əsas olmadan həmin evdə əşyalarını saxlayır. Cavabdehin həmin mənzildən çıxarılmasını iddiaçılar tələb etdikdə isə Qəbələ rayon Polis şöbəsindən onlara bildirmişlər ki, müraciətlərində göstərilən xüsuslar daxili işlər orqanının səlahiyyətlərinə aid olmadığı üçün aiddiyəti üzrə məhkəmə orqanına müraciət etməlidirlər. Göyçay şəhəri, H.Əliyev pr,ev 129 saylı evin sakini Cavabdeh oğlu İddiaçı1 müqavilə hüququ əsasında qanuni istifadə və sahiblikində olan torpaq sahəsindən 0.05 hektarını və İddiaçı2 evini zəbt edərək həmin sahədən heç bir hüquqi əsası olmadan yaşamaq məqsədi ilə istifadə edir. Beləliklə, Göyçay şəhəri, H.Əliyev prospekti, ev 129 savlı evin sakini Cavabdeh tərəfindən həm torpaq qanunvericiliyinin, həm torpaq münasibətlərini tənzimləyən digər qanunvericilik aktlarının tələbləri, həm də iddiaçının qanunla müdafiə olunan hüquqları kobud şəkildə pozulmuş və torpaqdan istifadə hüququnun məhdudlaşdırılması nəticəsində onlara külli miqdarda ziyan dəymişdir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1340/2019 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1, digər İddiaçı2 vəkili X12 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Soltan Nuxa kənd bələdiyyəsinin nümayəndəsi X9 və Qəbələ rayon İcra Hakimiyyəti Soltan Nuxa kənd X5 nümayəndəsi X11 ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)- 1340/2019 saylı qətnaməsi qismən yəni, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2n məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsinə qaytarılmasının təmin edilməməsi hissəsində ləğv olunmalı, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2n məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsinə qaytarılması hissəsinə münasibətdəgəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx xxxx 2004-cü il tarixli Soltannuxa Bələdiyəsi ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən yuxarıda qeyd olunan torpaq sahəsini İddiaçı1 nəğd pul ödəyərək almışdır. O, həmin torpaq sahəsini öz adına qeydiyyata aldırmaq məqsədi ilə Qəbələ rayonu müvafiq orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişdir. Qəbələ rayon Durca kəndinin ərazisində Dövlət Əhəmiyyətli tədbirlərin görülməsi nəzərdə tutulmuş, bu barədə bir sıra layihələr həyata keçirilmişdir. Həmin layihələrə əsasən iddiaçılara məxsus köhnə tikililərin yerində 1 mərtəbəli, 2 otaqdan ibarət olan, hər birinin ümumu sahəsi 100 kv olan 2 ayrı-ayrı evlər bir birilərinə bitişik vəziyyətdə, yeni modern görüntüdə tikilib 2013-cü ildə iddiaçıların istifadəsinə verilmişdir. 2019-cu ilin əvvələrində Cavabdeh onların evdə olmadıqları vaxt iddiaçıların icazəsi olmadən mübahisəli evə daxil olmuşdur. Cavabdehə dəfələrlə edilən şifahi müraciətləri nəticəsiz qaldığından bu barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışlar. Göyçay şəhəri, H.Əliyev pr,ev 129 saylı evin sakini Cavabdeh oğlu İddiaçı1 müqavilə hüququ əsasında qanuni istifadə və sahiblikində olan torpaq sahəsindən 0.05 hektarını və İddiaçı2 evini zəbt edərək həmin sahədən heç bir hüquqi əsası olmadan yaşamaq məqsədi ilə istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilir; Mülki qanunvericiliyin göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə. Hüseynovun və A.Ə. Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların gözlənilən mülkiyyət hüquqları vardır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2010-cu il tarixli qətnaməsindən görünür ki, İsmayıllı rayonunun Duruca adlanan keçmiş ərazisi xəritədə Soltannuxa bələdiyyəsinin ərazisi kimi göstərilmişdir. Bələdiyyə üçün ayrılmış Durca kəndinin torpaq sahəsi sonradan ayrı-ayrı şəxslərə bələdiyyə tərəfindən satılmışdır. Həmin ərazidən 0,05 ha torpaq sahəsi xx xxxx 2004-cü ildə 500.000 manata İddiaçı1 satılmışdır. Həmin ərazidə bələdiyyə yaranmamışdan əvvəl İddiaçı1 valediyinlərinin istifadəsində olmuş ev vardır ki, hazırda həmin evdən cavabdeh İddiaçı1 istifadə edir, həmin evin vaxt tikilməsi barədə məlumat yoxdur. Qəbələ rayon İHB-nın memarlıq və tikinti şöbəsinin işə əlavə edilmiş xx xxxxxx 2010-cu il tarixli məktubundan görünür ki, İddiaçı1 adına olan evin tikilmə tarixi bəlli deyildir. Həmin sahədə 1984-cü ildə uçmuş köhnə evin yerində X3 tərəfindən 1986-cı ildə tikilmiş ikinci bir ev vardır. Firidun Məmmədovun ölümü ilə bağlı həmin evdən İddiaçı2 və İradə Məmmədova istifadə edirlər, iddiaçı tərəfin sökülməsini tələb etdiyi Firudin Məmmədov və İddiaçı1 istifadəsində olmuş evlər kənd bələdiyyəsi yaranmamışdan uzun illər əvvəl tikildiyindən, onun altındakı topaq sahəsi bələdiyyə tərəfindən İddiaçı1 2004-cü ildə satıldığından və həmin torpaq sahəsi üzərində İddiaçı1 istifadə və sahiblik hüququ yarandığından iddiaçı tərəfin cavabdehlər Firuddin Məmmədov və İddiaçı1 qarşı həmin iddianı qaldırmağa hüququ olmamışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia cavabdehin qanunsuz istifadəsi nəticəsində dəymiş 10.000 manat (AZN) məbləğində maddi və mənəvi ziyanın Cavabdeh tutularaq iddiaçılara verilməsi hissəsində təmin edilə bilməz. Belə ki, iddiaçılar maddi və mənəvi zərərə uğradıqları barədə məhkəmə kollegiyasına hər hansı bir mötəbər sübut təqdim etməmişlər. Qeyd edilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1340/2019 saylı qətnaməsi qismən yəni, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2n məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsinə qaytarılmasının təmin edilməməsi hissəsində ləğv olunmalı, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2n məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsinə qaytarılması hissəsinə münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1340/2019 saylı qətnaməsi qismən yəni, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2n məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsinə qaytarılmasının təmin edilməməsi hissəsində ləğv olunmalı, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1340/2019 saylı qətnaməsi qismən yəni, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2n məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsinə qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2n məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Qəbələ rayon Durca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar