Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-515/2025 16.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs Əjdər oğluna qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(075)-706/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş, lakin e-2(075)-655/2025 nömrəli mülki iş materialına əlavə edilərək məhkəmə kollegiyasına göndərilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında 20 sentyabr 2024-cü ildə təsdiq edilmiş MŞŞ/MT018/2024-01746 nömrəli barışıq sazişinin 2.4-cü bəndinin ikinci yarımbəndi (ana Ərizəçi himayəsində və yanında qalan bigə nikahdan olan digər uşaq 04 noyabr 2018-ci il təvəllüdlü X2 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün, əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanması şərti ilə hər ay 100 (bir yüz) manat alimentin hər ayın ilk beşgünlüyündə Ərizəçi ödənməsini Maraqlı şəxs öz öhdəsinə götürür və bu şərtlə hər iki tərəf Maraqlı şəxs və Ərizəçi razıdırlar hissəsinin) və 2.5-ci bəndinin (hal-hazırda Ərizəçi "xxxx" ASC-də adına olan 7600 manatlıq kreditin bağlananadək hər ay gecikmədən ödənişinin edilməsini Maraqlı şəxs öz öhdəsinə götürür hissəsinin) təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli e-2(075)-655/2025 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) ərizənin qismən təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01746 nömrəli barışıq sazişinin 2.5-ci bəndinin təsdiq edilməsi, 2.5 Maraqlı şəxs tərəfindən hal-hazırda Ərizəçi "xxxx" ASC-də adına olan 7600 manatlıq kredit bağlananadək hər ay gecikmədən ödəniş edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun ərizəçinin özünə aid edilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(075)-706/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs аpellyаsiyа şikаyəti vermişdir. İş apellyasiya icraatına qəbul olunmazdan öncə Şəki Rayon Məhkəməsinin hakimi X8 Apellyasiya Məhkəməsinə müraciət ünvanlayaraq ünvan 2la Şəki Apellyasiya Məhkəməsinə göndərildiyindən, qeyd edilən mülki işin Şəki Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Hazırki halda, birinci instansiya məhkəməsinin müraciəti apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməzdən öncə verildiyindən, ləğv edilməli olan icraata qəbul qərardadı mövcud deyildir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(075)-706/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş, lakin e-2(075)-655/2025 nömrəli mülki iş materialına əlavə edilərək məhkəmə kollegiyasına göndərilmiş apellyasiya şikayəti Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğunluğu məsələsinə baxılması məqsədilə Şəki Rayon Məhkəməsinə qaytarılması üçün apellyasiya baxışından çıxarılsın və Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-515/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-515/2025
16.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver