Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-528/2021 11.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İsmayıllı Rаyоn Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-756/2020 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rаyоn Məhkəməsinin (hаkim Rəfayel Şirinov) xx xxxxxxx 2020-ci il tarixli 2(037)-756/2020 nömrəli qətnaməsi ilə Ərizəçinın maraqlı şəxs İsmayıllı Rayon Notariat Ofisinə qarşı xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmiş X11 Ərizəçi doğma bibisi olması faktının müəyyən edilməsinə dair ərizəsi rədd edilmişdir. İşin halları Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) maraqlı şəxs İsmayıllı Rayon Notariat Ofisinə (bundan sonra maraqlı şəxs və ya İsmayıllı Rayon Notariat Ofisi) qarşı ərizə ilə İsmayıllı Rayon Məhkəməsinə mürаciət edərək xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmiş X11 Ərizəçi doğma bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən ərizəçi göstərmişdir ki, X19 onun bibisidir. Bibisi xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmiş, vəfat etdiyi günədək onunla bir ailə üzvü kimi yaşamışdır. Bibisinin vəfatından sonra dəfn və yas mərasimlərinin xərclərini o ödəmişdir. İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən pay torpaq sahəsi bibisindən miras qalmışdır. Lakin bibisinin doğum akt qeydi tapılmadığından bibisi ilə arasındakı qohumluq münasibətini müəyyən etmək mümkün olmamışdır. Ona görə də Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ala bilməmişdir. Bu faktın məhkəməyəqədər və məhkəmədənkənar təsdiqi mümkün deyil. O, xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmiş X11 doğma bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşı, X19 doğma bibisidir. Bibisi vəfat etdiyi günədək ərizəçi ilə ailə üzvü kimi yaşamışdır. O, Zalxa Abdullayevanın ərizəçinin doğma bibisi olması faktını təsdiq edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşı, X19 doğma bibisidir. Bibisi vəfat etdiyi günədək ərizəçi ilə ailə üzvü kimi yaşamışdır. O, Zalxa Abdullayevanın ərizəçinin doğma bibisi olması faktını təsdiq edir. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-756/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bibisi X20 1936-cı ildə İsmayıllı rayon Mollaisaqlı kəndində anadan olmuş, ailə qurmamış, övladı olmamış, xx xxxxxxx 2009-cu ildə vəfat etdiyi günədək əvvəl atası ilə, sonra isə onunla bir ailədə ailə üzvü kimi yaşamışdır. X11 ölümü qeydiyyata alınaraq onun adına Ölüm haqqında şəhadətnamə verilmişdir. Bibisindən İsmayıllı rayon Mollaisaqlı kəndində 0,41 ha pay (əkin) torpaq sahəsi miras qalmışdır. Lakin bibisinin doğum akt qeydi tapılmadığından bibisi ilə aralarındakı qohumluq münasibətini müəyyən etmək olmur. Bu səbəbdən Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ala bilmir. Bu hüquqi məsələləri həll etmək üçün MPM-in 305-308 və 310-311-ci maddələrinə əsaslanaraq qeyd edilən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin onun üçün hansı önəm daşıdığını bildirərək, habelə həmin faktı təsdiq edə biləcək sənədin başqa qaydada alınmasının mümkünsüzlüyünü təsdiq edən sənədləri məhkəməyə təqdim edərək və bu faktın məhkəməyədək və məhkəmədən kənar təsdiqinin mümkün olmaması əsası ilə məhkəməyə müraciət etmişdir. İsmayıllı Rayon Məhkəməsi isə xx xxxxxxx 2009-cu ildə vəfat etmiş və ölümü müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınmış X13 məxsus doğum haqqında şəhadətnamə, doğum haqqında akt qeydi və ya doğum faktını təsdiq edən digər sənəd olmadığını, ilk əvvəl mərhum Abdullayevə Zalxanın doğum faktı müəyyən edilməli olması və bundan sonra qohumluq faktının müəyyən edilməsi üçün müraciət edilməli olmasını əsas tutaraq ərizəni təmin etməmişdir. Hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin gəldiyi bu nəticə tamamilə əsassızdır və heç bir hüquqi əsasa söykənmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi X2 rayon Mollaisaqlı kəndində anadan olmaqla onun doğumu rəsmən qeyd edilməsə də, onun mövcudluğu de-yure təsdiq edilmiş, ona keçmiş Azərbaycan SSR pasportu, müstəqillik dövründə onun şəxsiyyətini təsdiq edən müvəqqəti şəxsiyyət vəsiqəsi verilmiş, islahatlar zamanı bir fərd kimi onun adına pay torpağı ayrılmış və sairə, habelə onun ölümü rəsmən qeydə alınaraq ölüm haqqında şəhadətnamə yazılmışdır. Demək bu şəxsin mövcudluğu artıq de-yure təsdiq edilmişdir. Bütün bunlardan sonra ölmüş şəxsin yenidən doğulması faktının müəyyən edilməsi lüzumsuzdur və bu faktın müəyyən edilib-edilməməsi qohumluq münasibəti faktının müəyyən edilməsinə maneçilik törətmir. X11 doğum haqqında şəhadətnaməsi, övladları olmadığından faktiki vəziyyətdə onun hər hansı vərəsəsinin olması görünmür. Belə olan halda X11 doğulması faktının müəyyən edilməsi üçün müraciət etməyə səlahiyyəti olan şəxs də mövcud olmadığı kimi görünür. Demək bu faktın müəyyən edilməsi hazırkı vəziyyətdə mümkün deyildir. Göründüyü kimi İsmayıllı Rayon Məhkəməsi qeyd edilən halları nəzərə almamış, yalnış nəticəyə gələrək tamamilə əsassız qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-756/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs İsmayıllı Rayon Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx xxxxxxx 2009-cu il tarixli AZ-İ 346890 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. İsmayıllı RİHB-nın Mollaisaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 371 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum bibisi X19 xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmiş, vəfat edənə kimi onun himayəsində digər ailə üzvləri 1957-ci il təvəllüdlü Abdullayeva Rəhilə Vəkil qızı, xx.xx.1996-cı il təvəllüdlü X16 və xx.xx.1995-ci il təvəllüdlü X12 ilə birlikdə yaşamışdır. İsmayıllı RİHB-nın Mollaisaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 145 nömrəli arayışdan görünür ki, mərhum X1 Rəfayıl Məhəmmədəli oğlunun doğma bibisi olmaqla xx xxxxxxx 2009-cu il tarixdə vəfat edənə qədər bir ailənin üzvü olmaqla bir yerdə yaşamışlar. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli arayışdan görünür ki, 1936-1939-cu illər üzrə yoxlama aparılmış, İsmayıllı rayonu üzrə 1936-cı ilə aid İsmayıllı rayon qeydiyyat şöbəsinin arxivində X11 doğum akt qeydi tapılmamışdır. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli 107 nömrəli arayışdan görünür ki, ailə vəziyyətini müəyyən etmək məqsədi ilə arxiv məlumatları 1954-cü ildən xx xxxxxxx 2009-cu ilədək vətəndaşlıq vəziyyəti aktlarının ümumrespublika elektron məlumat bankında yoxlanılmış, qeyd edilən dövrlərdə X11 nikah haqqında akt qeydi aşkar olunmamışdır. İsmayıllı RİHB-nın Mollaisaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 188 nömrəli arayışdan görünür ki, X1 Rəfayıl Məhəmmədəli oğlunun doğma bibisidir, xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmiş, vəfat edənə qədər bir ailənin üzvü olmaqla Ərizəçi ilə bir yerdə yaşamışdır və heç bir övladı yoxdur. İsmayıllı Rayon Dövlət Arxivinin xx xxxxxxx 2020-ci il tarixli 174 nömrəli arayışından görünür ki, İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 170 nömrəli arxiv fondunda saxlanan İsmayıllı rayonu üzrə 1938-1943-cü illərin doğumun bərpa və doğum aktı sənədlərində 1938-ci ildə Mollaisaqlı kəndində anadan olmuş X11 adı aşkar edilməmişdir. xx xxx 1948-ci il tarixli 73 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx xxxxx 1925-ci ildə doğulmuş, atası X24 və anası X17 qeyd olunmuşdur. xx xxx 1964-cü il tarixli AЗ 673793 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxx 1964-cü ildə doğulmuş, atası X8 və anası X5 qeyd olunmuşdur. JN-0062 (KOD-40705028) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, İsmayıllı Rayon AİK-ın xx xxxxxx 1998-ci il tarixli 38 nömrəli qərarına əsasən İsmayıllı rayon Mollaisaqlı kənd sakini X6 təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətinə 0.58 ha torpaq sahəsi verilmişdir. Ərizəçinin apellyasiya şikayətinə əlavə etdiyi İsmayıllı RİHB-nın Mollaisaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həşim Həşimov, İsmayıllı rayon Mollaisaqlı bələdiyyəsinin sədri Rövşən Babayev və Mollaisaqlı kəndinin 14 nəfər sakininin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli Aktda qeyd edilmişdir ki, mərhum X2 rayon Mollaisaqlı kəndində 1936-cı ildə doğulmuş, orada yaşamaqla ailə qurmamış, xx.xx.2009-cu ildə vəfat edənə qədər qardaşı oğlu Ərizəçi ilə bir yerdə yaşamışlar. X19 Ərizəçi doğma bibisidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı araşdıraraq, tərəflərin izahatını dinləyib belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Ərizəçi xx xxx 1964-cü il tarixdə İsmayıllı rayonun Mollaisaqlı kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla orada yaşayır. Ərizəçinin valideynləri X8 və X9r. Ərizəçi X11 doğma bibisi olduğunu bildirir. X4 məxsus doğum haqqında akt qeydi aşkar edilməmişdir. X11 doğum akt qeydi tapılmadığından ərizəçi ilə arasındakı qohumluq münasibətini müəyyən etmək mümkün olmamışdır. Ona görə də ərizəçi Zalxa Abdullayevadan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Zalxa Abdullayevaya məxsus doğum haqqında şəhadətnamə, doğum haqqında akt qeydi və ya doğum faktını təsdiq edən digər sənəd olmadığından ərizəçi doğum faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmədən Zalxa Abdullayevanın onun doğma bibisi olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Ona görə də ərizə rədd edilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıda qeyd edilənləri göstərməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi ərizəni rədd edərkən, ərizəçinin hüququnun pozulub-pozulmamasını araşdırmamışdır, bu hal isə maddi hüquq normasının pozulması olmaqla məhkəmənin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 104.1-cü maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. İşdən görünür ki, birinci instansiya məhkəməsində dindirilən şahidlər Şahid1 və Şahid2 da Zalxa Abdullayevanın ərizəçinin doğma bibisi olması faktını təsdiq etmişlər. Mülki Prossesual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; - ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. İşin gerçək hallarından görünür ki, X19 1936-cı ildə İsmayıllı rayonu Mollaisaqlı kəndində doğulmuş, ailə qurmamış, övladı olmamış, xx xxxxxxx 2009-cu il tarixdə həmin kənddə vəfat etmişdir. O, ərizəçinin atası X3 bacısı olmaqla, onların ataları X8 və anaları isə X14 olmaqla valideynləri eyni şəxslərdir. X19 ailə qurmadığından qardaşı X3 himayəsində olmaqla onunla bir ailədə yaşamış, X8 öldükdən sonra isə həmin təsərrüfata başçılıq etmiş ərizəçinin himayəsində yaşamışdır. X19 öldüyü günə kimi ərizəçi ilə bir ailə üzvü kimi yaşamış, onun ölümündən sonra dəfn və yas mərasimlərini ərizəçi təşkil etmişdir. İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən və JN-0062 (KOD-40705028) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktında qeyd edilmiş 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 miras qalmışdır. Ərizəçi həmin torpaq sahəsinə dair Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə etmək istəmiş, lakin X11 doğum akt qeydi tapılmadığından bibisi ilə arasındakı qohumluq münasibətini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də vərəsəlik haqqında şəhadətnamə ala bilməmişdir. Göründüyü kimi, ərizəçi Zalxa Abdullayevaya məxsus doğum haqqında şəhadətnamə, doğum haqqında akt qeydi və ya doğum faktını təsdiq edən digər sənədləri əldə edə bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin mərhum X11 Ərizəçi doğma bibisi olması işin gerçək hallarırı ilə yanaşı, iş materiallarında olan Şahid1 və Şahid2 şahid qismində verdikləri ifadələr, İsmayıllı RİHBnın Mollaisaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 145 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli 188 nömrəli və 371 nömrəli arayışlar, X7 aid olan xx xxx 1948-ci il tarixli 73 nömrəli Doğum haqqında şəhadətnamə, Ərizəçi aid olan xx xxx 1964-cü il tarixli AЗ 673793 nömrəli Doğum haqqında şəhadətnamə, İsmayıllı RİHB-nın Mollaisaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həşim Həşimov, İsmayıllı rayon Mollaisaqlı bələdiyyəsinin sədri Rövşən Babayev və Mollaisaqlı kəndinin 14 nəfər sakininin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli Aktın məzmunu ilə tamamilə təsdiq olunur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bütün bunları nəzərə almayaraq mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş və ərizəni təmin etməməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X32 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər ərizəçinın hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, maraqlı şəxsin ərizəçinın əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Ərizəçi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-756/2020 qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə ərizə təmin edilərək xx xxxxxxx 2009-cu il tarixdə ölmüş X11 Ərizəçi doğma bibisi olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Ərizəçi tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-756/2020 qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi maraqlı şəxs İsmayıllı Rayon Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. xx xxxxxxx 2009-cu il tarixdə ölmüş X11 Ərizəçi doğma bibisi olması faktı müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-528/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-528/2021
11.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver