Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-533/2023 27.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- mülkiyyətində olan fərdi yaşayış evinin boşaldılması, mülkiyyət hüququnun müdafiəsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(019)- 177/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixində qeydiyyata alınan, ********** qeydiyyat nömrəli, mülkiyyətində olan, Balakən rayonu, Gərəkli kəndində yerləşən 80,3 kv/m fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,1042 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən ona məcburi təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə sonuncunun mülkiyyətində olmuş, Balakən rayonu, Gərəkli kəndində yerləşən, ümumi sahəsi 80,3 kv/m fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,1042 ha olan həyətyanı torpaq sahəsini almışdır. Bundan sonra həmin fərdi yaşayış evini öz adına qeydiyyatdan keçirərək xx.xx.2021-ci il tarixli çıxarış əldə etmişdir. Aralarında alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh dərhal evi ona təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin bu günə kimi cavabdeh evi ona təhvil verməmişdir. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışdan göründüyü kimi ünvan 1ində yerləşən, ümumi sahəsi 80,3 kv/m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1042 ha olan həyətyanı torpaq sahəsi onun mülkiyyətindədir. Buna baxmayaraq həmin yaşayış evinin nə açarları ona təhvil verilməmişdir, özü də həmin evə özbaşına daxil olmağa çəkinmişdir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(019)-177/2023 saylı qətnaməsi ilə (hakim H.Səlimov) iddianın təmin edilmiş, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Balakən rayonu, Gərəkli kəndində yerləşən 80,3 kv/m fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,1042 ha həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən İddiaçı məcburi təhvil verilməsi, 100 manat məhkəmə xərcinin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh Balakən rayonunun, Gərəkli kəndində 0.1042 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 80.30 kv/m olan fərdi yaşayış evi olmuşdur. Cavabdeh mülkiyyətində olan həmin torpaq sahəsini və fərdi yaşayış evini Bakı şəhəri 50 saylı Notariat Ofisində reyestrdə 4Ə-619 nömrə ilə qeydə alınmış 08 aprel 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 30000 manata İddiaçı satmışdır. Sözügedən torpaq sahəsi və fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən rayonunun Gərəkli kəndində 0.1042 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini İddiaçı təhvil verməmiş,sonuncunun oradan istifadəsinə imkan verməmiş. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, Cavabdeh həmin əmlakları satmaqla həmin əmlaklara hüquqlarını itirməsini, buna baxmayaraq onun İddiaçı oradan istifadə etməsinə imkan verməməsini, bununla da iddiaçının mülkiyyət hüququnu pozmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1ində yerləşən 80,3 kv/m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1042 ha həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən İddiaçı məcburi təhvil verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri, Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri, Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı ona qarşı iddia qaldıraraq xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət sənədinə əsaslanıb ünvan 1ində yerləşən 80,3 kv/m fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,1042 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən ona təhvil verilməsini tələb etmişdir. İddiaçı həmin mülkiyyət sənədini onunla bağladığı xx.xx.2021-ci il tarixli notarial qaydada rəsmiləşdirilmiş Alqı-satqı Müqaviləsi olduğunu nəzərə alaraq həmin alqı-satqı müqaviləsini mübahisələndirmək üçün məhkəməyə qarşılıqlı iddia vermişdir. Qarşılıqlı iddia aşağıdakı qaydada əsaslandırılmışdır: Qarşılıqlı iddia üzrə cavabdehlə aralarında xx.xx.2021-ci il tarixdə notarial qaydada Alqı-satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilə üzrə o mülkiyyətində olan Balakən rayonu, Gərəkli kəndindəki fərdi ev və torpaq sahəsini satmağı öhdəsinə götürmüşdür. Bunun müqabilində qarşılıqlı iddia üzrə cavabdeh həmin əmlakın dəyəri olan 30.000 manatı ödəməli idi. Müqavilə bağlanan vaxt ona 30.000 manat ödənilməmişdir. Bu səbəbdən o, evini nə təhvil vermişdir, nə də əşyalarını oradan çıxartmışdır. Bununla bağlı bu vaxtadək heç bir mübahisə olmamışdır. Lakin İddiaçı məhkəməyə müraciət edərək ondan evin məcburi təhvil verilməsini tələb edəndə, o, hüquqlarının pozulduğunu başa düşmüşdür və dərhal bu qarşılıqlı iddia ərizəsini qaldırmışdır. Həmin Müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edilməsi üçün əks tərəfə müraciət etsə də razılıq olmamışdır. Razılığın mümkün olmadığı ilkin iddiadan da görünmüşdür. Müqavilə üzrə ödəməli olduğu 30.000 manatı İddiaçı ödəməmişdir və bu səbəbdən Müqavilənin mühüm tələbini pozmuşdur. Müqavilənin ləğvini tələb etmişdir. İlk iddiaya qarşı o, qarşılıqlı iddia verərək ilk iddianın rədd edilməsini və onun əsaslarından olan onunla İddiaçı arasında xx.xx.2021-ci il tarixdə notarial qaydada bağlanmış Alqı-satqı Müqaviləsinin ləğvini tələb etmişdir. Qarşılıqlı iddianın baxış iclasınadək və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 155.1-ci maddəsində göstərildiyi qaydada və vaxtda vermişdir. Qeyd etmişdir ki, həmin maddəyə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Lakin məhkəmə həmin maddələrin tələblərini pozaraq iddianı icraata qəbul etmişdir. Ona görə də Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-177/2023 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(019)-177/2023 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-177/2023 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(019)-177/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh Balakən rayonunun Gərəkli kəndində 0.1042 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 80.30 kv/m olan fərdi yaşayış evi olmuşdur. Cavabdeh mülkiyyətində olan həmin torpaq sahəsini və fərdi yaşayış evini Bakı şəhəri 50 saylı Notariat Ofisində reyestrdə 4Ə-619 nömrə ilə qeydə alınmış 08 aprel 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 30000 manata İddiaçı satmışdır. Sözügedən torpaq sahəsi və fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən rayonunun Gərəkli kəndində 0.1042 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini İddiaçı təhvil verməmiş, sonuncunun oradan istifadəsinə imkan verməmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, iddiaçı ilə aralarında xx.xx.2021-ci il tarixdə notarial qaydada Alqı-satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilə üzrə o mülkiyyətində olan Balakən rayonu, Gərəkli kəndindəki fərdi ev və torpaq sahəsini satmağı öhdəsinə götürmüşdür. Bunun müqabilində qarşılıqlı iddia üzrə cavabdeh həmin əmlakın dəyəri olan 30.000 manatı ödəməli idi. Müqavilə bağlanan vaxt ona 30.000 manat ödənilməmişdir. Bu səbəbdən o evini nə təhvil vermişdir, nə də əşyalarını oradan çıxartmışdır. Lakin İddiaçı məhkəməyə müraciət edərək ondan evin məcburi təhvil verilməsini tələb edəndə, o, hüquqlarının pozulduğunu başa düşmüşdür və dərhal bu qarşılıqlı iddia ərizəsini qaldırmışdır. Həmin Müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edilməsi üçün əks tərəfə müraciət etsə də, razılıq olmamışdır. Razılığın mümkün olmadığı ilkin iddiadan da görünmüşdür. Müqavilə üzrə ödəməli olduğu 30.000 manatı İddiaçı ödəməmişdir və bu səbəbdən Müqavilənin mühüm tələbini pozmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayarkən eyni vaxtda Azərbaycan Respublikası Mülki Məcəllənin mülkiyyət hüququn müdafiəsi ilə bağlı 157.4-cü maddəsinə, həmçinin Avropa Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı presedent hüququna istinad etmişdir. Mülkiyyətin müdafiəsi ilə bağlı normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir . Tələbin qanuni əsası kimi bu normaya söykənən iddianın təmin olunması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda, iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi bu istiqamətdə araşdırma apararkən haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətçisi olduğu evə dair mülkiyyət hüququ müdafiə olunmalıdır. İşdə olan Bakı şəhəri 50 saylı Notariat Ofisində reyestrdə 4Ə-619 nömrə ilə qeydə alınmış 08 aprel 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 80.3 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0.1042 ha olan torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 30000 manat 00 qəpik ( otuz min manat sıfır qəpik) qiymətinə satmış, Alıcı isə həmin qiymətə almışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1ində 0.1042 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 80.30 kv.m olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən 30000 manat evin dəyərinin ona ödənmədiyi barədə şikayətin dəlili işdə olan Bakı şəhəri 50 saylı Notariat Ofisində reyestrdə 4Ə-619 nömrə ilə qeydə alınmış 08 aprel 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsi ilə təkzib olunur. Digər tərəfdən kollegiya qeyd edir ki, əgər iddiaçı cavabdehdən satılmış evlə bağlı 30000 manatı almamışdırsa, bunu məhkəmə qaydasında mübahisələndirə bilər. Şikayətin digər dəlili ondan ibarətdir ki, ilk iddiyaya qarşı o qarşılıqlı iddia verərək ilk iddianın rədd edilməsini və onun əsaslarından olan onunla İddiaçı arasında xx.xx.2021-ci il tarixdə notarial qaydada bağlanmış Alqı-satqı Müqaviləsinin ləğvini tələb etmişdir. Qarşılıqlı iddianın baxış iclasınadək və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 155.1ci maddəsində göstərildiyi qaydada və vaxtda vermişdir. Qeyd etmişdir ki, həmin maddəyə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Lakin məhkəmə həmin maddələrin tələblərini pozaraq iddianı icraata qəbul etməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1- ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-cü maddəsinə görə isə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. İş materiallarından görünür ki, Cavabdeh 21 noyabr 2022-ci il tarixdə iddia ərizəsinin surətini almış, bundan iki ay 4 gün sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina edilmişdir. Cavabdeh isə həmin qərardadla razılaşaraq onu mübahisələndirməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızıdır. Beləliklə məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlillərlə razılaşmır və hesab edir ki əsassızdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(019)-177/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(019)-177/2023 saylı qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-533/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-533/2023
27.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver