Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-538/2023 25.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qızıl-ziynət əşyaları tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(046)-1554/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə “apellyasiya şikayətinin, şikayət vermə müddəti buraxıldığından geri qaytarılması barədə” həmin məhkəmənin 13 fevral 2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(046)-1554/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qızıl-ziynət əşyaları tələbinə dair” iddiası qismən təmin edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(046)-1554/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 24 yanvar 2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(046)-1554/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmış, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun şəkildə tərtib edərək müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2023-cü il tarixdə yenidən Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(046)-1554/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 13 fevral 2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(046)-1554/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti, şikayət verilmə müddəti buraxıldığından geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Göyçay Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadından şikаyət verərək həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2022ci il tarixli, 2(046)-1554/2022 saylı qətnaməsindən verdiyi şikayət məhkəmənin xx.xx.2023cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 363cü maddəsinə əsasən geri qaytarılmışdır. Məhkəmə qərardadında göstəmişdir ki, “Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(046)-1554/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayətində məhkəmə aktının hansı hissədə mübahisələndirdiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları və istinad etdiyi konkret fakt və halları, habelə onları təsdiq edən sübutları göstərməmiş, eləcə də apellyasiya şikayətini qanunla müəyyən edilmiş formada tərtib etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır”. Qərardad vəkilin şəxsi kabinetinə yerləşdiriləndən sonra 10 gün ərzində qərardadda göstərilən nöqsanlar aradan qaldırılmış və apellyasiya şikayəti yenidən şəxsi kabinet vasitəsilə verilmişdir. Bundan sonra məhkəmə 13 fevral 2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı ilə apellyasiya şikayətini yenidən geri qaytarmış və göstərmişdir ki, apellyasiya şikayətinin verilmə müddəti ötürülmüşdür. Məhkəmənin 13 fevral 2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı xx.xx.2023-cü il tarixdə vəkilin şəxsi kabinetinə yerləşdirilmişdir. İşin materiallarından da göründüyü kimi iş üzrə yekun məhkəmə qətnaməsi xx.xx.2022-ci ildə çıxarılmış, xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə vəkilin şəxsi kabinetinə yerləşdirilmiş, tərəflərindən xx.xx.2023-cü il tarixdə sözügedən qətnamədən apellyasiya şikayəti verilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-in 363-cü maddəsinə əsasən geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə vəkilin şəxsi kabinetinə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə nöqsanlar aradan qaldırılaraq tərəflərindən yenidən apellyasiya şikayəti verilmişdir. Məhkəmənin 13 fevral 2023-cü il tarixli, 2(046)- 1554/2022 saylı qərardadı ilə apellyasiya şikayəti müddətin ötməsi səbəbilə yenidən geri qaytarılmışdır. Məhkəmənin 13 fevral 2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə vəkilin şəxsi kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi tərəflərindən məhkəmənin 02 dekabr 2022-ci il tarixli, 2(046)-1554/2022 saylı qətnaməsindən qanunvericilikdə nəzərdə tutulmuş apellyasiya şikayətinin verilmə müddəti ötürülməmişdir. Ona görə də hesab edirlər ki, məhkəmənin 13 fevral 2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı qanunsuz və əsassızdır, qərardad ləğv edilməli və apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün aidiyyatı üzrə Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göyçay Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(046)-1554/2022 saylı qətnaməsini xx.xx.2023-cü il tarixdə xəbərnaməyə qəbzə imza atmaqla poçt vasitəsi ilə almış, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2023-cü il tarixdə (rəsmi qaydada təqdim edildiyindən 23 gün sonra) həmin qətnamədən apellyasiya şikayəti vermiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti forma və məzmununa riayət edilməməklə verildiyindən geri qaytarılmışdır. Həmin qərardad nümayəndənin (vəkilin) elektron kabinetinə xx.xx.2023-ci il tarixdə yerləşdirilmişdir. Bundan sonra Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə yenidən Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(046)-1554/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(046)-1554/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Belə ki, birinci instansiya məhkəməsnin qətnaməsindən birinci dəfə apellyasiya şikayəti həmin qətnamənin rəsmi qaydada verildiyi gündən 23 gün sonra verildiyindən və şikayət geri qaytarıldığından yenidən apellyasiya şikayəti verilməsi üçün 7 gün müddət qalmışdır. Həmin müddət xx.xx.2023-cü il tarixdən başlamaqla xx.xx.2023-cü il tarixdə bitir. (23 gün əvvəlki müddət + 7 gün sonrakı müddət). Bundan əlavə, nümayəndə (vəkil) şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin onun elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdiyini bildirir. Belə olduğu təqdirdə apellyasiya şikayətinin verilməsinin qanunla müəyyən edilmiş müddəti daha erkən bitmiş olur. Qeyd edilməlidir ki, məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(046)-1554/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti, şikayət verilmə müddəti buraxıldığından geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Göyçay Rayon Məhkəməsi 13 fevral 2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayəti geri qaytarmaqda haqlı olmuşdur və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Göyçay Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-538/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-538/2023
25.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver