Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-545/2025 29.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) X1 (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin e-2(025)-401/2025 saylı, 03 mart 2025-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Ərizəçi Maraqlı şəxs qarşı alimentin ödənilməsi haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə ərizə verərək birgə nikahdan doğulmuş xx.xx.2022ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs 2024-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 5-dək 1600,0 ( min altı yüz) manat əmək haqqının və digər gəlirlərinin (maddi yardım, mükafat, bonus) 70 faizi miqdarında aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsini xahiş etmişdir.
2. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin iyun ayında Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq evlənmiş və onların birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 adında uşaqları olmuşdur. Maraqlı şəxs hərbi qulluqçu olması ilə əlaqədar onunla birlikdə yaşamır və uşağın saxlanması xərclərini çəkməkdən yayınır. O, uşaqla birlikdə Qəbələ rayonu Tikanlı kəndində Maraqlı şəxs valideynlərinə məxsus olan evdə yaşayır və uşağın maddi ehtiyaclarını təkbaşına ödəyə bilmir. Bu səbəbdən aliment tələbi üzrə başlanmış mediasiya prosesində Maraqlı şəxs ilə aralarında birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs 2024-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 5-dək 1600,0 (min altı yüz) manat əmək haqqının və digər gəlirlərinin (maddi yardım, mükafat, bonus) 70 faizi miqdarında aliment ödəməsi barədə barışıq sazişi bağlanmış, lakin Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliyini icra etməyərək alimenti ödəməmişdir. Ona görə də, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs 2024-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 5-dək 1600,0 (min altı yüz) manat əmək haqqının və digər gəlirlərinin (maddi yardım, mükafat, bonus) 70 faizi miqdarında aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi haqqında ərizə vermişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-401/2025 saylı, 03 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) ərizə təmin edilməmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01304 saylı Barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsindən imtina edilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;
4. Məhkəmə hesab etmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01304 saylı Barışıq sazişi alimentin miqdarı ( Maraqlı şəxs 2024-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 5-dək 1600,0 ( min altı yüz) manat əmək haqqının və digər gəlirlərinin (maddi yardım, mükafat, bonus) 70 faizi) ilə bağlı şərti AR Ailə Məcəlləsinin 76.1 və 78.1-ci maddələrinin, o cümlədən Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğundan məcburi icra olunması üçün təsdiq edilə bilməz.
5. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75, 76.1 və 78.1ci maddələri, Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 3.1.2, 33.3 və 34.5-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
6. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmə qətnaməsi qanunsuz və əsassız olduğun ləğv edilməli, ərizə təmin edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa istinad edərək tələb olunan aliment məbləğini qeyd edilən qanunun tələblərinə zidd olduğunu bildirir. Halbuki, qeyd edilən maddi hüquq normalarına əsasən işçinin əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən 70 faiz həddində alimentin tutulmasına icazə verilir. Bundan başqa, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa o vaxt istinad edə bilərdi ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmasın, aliment sabit pul məbləğində tələb edilsin, aliment ödəməli tərəfin qazancı dəyişən olsun, yaxud onun qazancı və ya sair gəliri olmasın, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmasın, çətinlik törətsin və s. Həmçinin birinci instansiya məhkəməsi iş üzrə maraqlı şəxs olan Maraqlı şəxs iradə ifadəsini nəzərə almamışdır. Belə ki, maraqlı şəxs olan Maraqlı şəxs mediasiya prosesində və mediasiya sazişi bağlanarkən üzərinə götürdüyü öhdəlikləri tam dərk etmişdir. Həmin öhdəlikləri könüllü icra etmədiyi halda baş verə biləcək hüquqi nəticələri bilmişdir. Barışıq sazişi bağlanarkən hər hansı təzyiqə də məruz qalmamışdır və ya bu sübut olunmur. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən maddi hüquq norması(AR Ailə Məcəlləsinin 76.1-ci maddəsi) düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə o halda qeyd edilən maddi hüquq normasını tətbiq edə bilərdi ki, Aliment ödənilməsi barədə razılıq olmasın. Lakin iş materiallarından görünür ki, tərəflər arasında aliment ödənilməsi barədə razılıq mövcuddur. Belə ki, İşdə olan xx.xx.2024-cü il tarixli MŞB/18/2024- 01304 saylıBarışıq sazişinə əsasən Ərizəçi ilə Maraqlı şəxs mediator X5 vasitəsilə həyata keçirilən mediasiya prosesində birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs 2024-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 5-dək 1600,0 ( min altı yüz) manat əmək haqqının və digər gəlirlərinin (maddi yardım, mükafat, bonus) 70 faizi miqdarında aliment ödəməsi barədə razılaşmışlar. Göründüyü kimi, məhkəmə tərəflərin mediasiya vasitəsi ilə aliment ödənilməsi barədə əldə edilmiş razılığını nəzərə almamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi AR Ailə Məcəlləsinin 78.1-ci maddəsini səhvən tətbiq etmişdir. Belə ki, həmin maddə “Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasından” bəhs edir və Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda həmin maddənin tətbiq edilməsini özündə ehtiva edir. İş materiallarından göründüyü kimi tərəflər arasında aliment ödənilməsinə dair saziş mövcuddur. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi “Mediasiya haqqında” AR Qanunun 33.3-cü maddəsinə istinad edərək barışıq sazişi qüvvədə olan qanunvericiliyə..... zidd olduğu qənaətə gəlmişdir. Lakin barışıq sazişinin qanunvericiliyə zidd olmasını əsaslandırmamışdır. Formal mülahizəyə əsaslanmışdır. Yalnız tətbiq edilməli olmayan maddi hüquq normalarının (AR AM 76.1, 78.1) nömrələrini sadalamaqla kifayətlənmişdir.
7. Odur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-401/2025 nömrəli qətnaməsinin ləğv edilməsini Ərizəçi və Maraqlı şəxs arasında Bakı 18 saylı Mediasiya təşkilatında MŞB/18/2024-01304 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi, maraqlı şəxsdən xüsusi icraat ərizəsinin verilməsinə görə ödənilən 100 (bir yüz manat) manat dövlət rüsumunun , apellyasiya şikayətinin verilməsinə görə 50 (əlli manat) manat dövlət rüsumunun və 160 (bir yüz altımış manat) manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(075)-2309/2023 saylı qətnaməsi ləğv edilərək ərizənin təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. 10.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
7-1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3-ci maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.
12. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanunu:
33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Ərizəçi Qəbələ Rayon Məhkəməsinin e-2(025)-401/2025 saylı, 03 mart 2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi barışıq sazişinin təsdiq edilməsindən imtina edərkən mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış və nəticədə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir.
22. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin e- 2(025)-401/2025 saylı, 03 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01304 saylı barışıq sazişi təsdiq edilməlidir.
23. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01304 saylı Barışıq sazişi alimentin miqdarı ( Maraqlı şəxs 2024-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 5-dək 1600,0 ( min altı yüz) manat əmək haqqının və digər gəlirlərinin (maddi yardım, mükafat, bonus) 70 faizi) ilə bağlı şərti AR Ailə Məcəlləsinin 76.1 və 78.1-ci maddələrinin, o cümlədən Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğundan məcburi icra olunması üçün təsdiq edilə bilməz.
24. Lakin işdə olan xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01304 saylı Barışıq sazişinin surətinə əsasən Ərizəçi ilə Maraqlı şəxs mediator X5 vasitəsilə həyata keçirilən mediasiya prosesində birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs 2024-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 5dək 1600,0 ( min altı yüz) manat əmək haqqının və digər gəlirlərinin (maddi yardım, mükafat, bonus) 70 faizi miqdarında aliment ödəməsi barədə razılaşmışlar.
25. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə əsas verən MPM-in 355-26-cı maddəsinin tələbləri pozulmamışdır.
26. Belə ki, MPM-in 55-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
26. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə əsas kimi Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğunu qeyd etsə də, məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanılmışdır.
27. Eyni zamanda barışıq sazişi Maraqlı şəxs razılığı ilə bağlanmış və onun tərəfindən mübahisələndirilməmişdir.
28. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinə əsasən:
1. Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.
2. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
3. Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
30. Mediasiya prosesində tərəflərin arasında bağlanan barışıq sazişi də, tərəflərin mübahisəli əmlak münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Həmin saziş tərəflər arasında əmlakın bölünməsi ilə bağlı mübahisəli vəziyyətin aradan qaldırılması, onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədilə könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı sayəsində meydana gəlmişdir.
31. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, məsələn, vəsiyyətnamə, etibarnamə, müqavilə və s. (Mülki Məcəllə, maddə 324.1, 324.2, 389.1,406).
32. Məhkəmə kollegiyası mediasiyada bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiqlənməsinin xüsusiyyətləri ilə bağlı qeyd edir ki, mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişi əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır ("Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi). Başqa sözlə, bu əqdin əmələ gəlməsi, sazişin məhkəmə tərəfindən təsdiq edilməsindən asılı deyildir. Barışıq sazişi ilə tərəflərin hüquq və öhdəlikləri barışıq sazişinin qüvvəyə minməsi ilə əmələ gəlmişdir.
33. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır ("Mediasiya haqqında” Qanunun maddə 34.4-cü maddəsi, MPM-nin 355- 23.1-ci maddəsi).
34. Belə ki, "Mediasiya haqqında” Qanunun 34.5-ci maddəsinə görə barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
35. Bu normalarda göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri - fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyir, əks halda təsdiqdən imtina edir.
36. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının "Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli, 01/2024 saylı qərarının 47-ci bəndi).
37. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır.
38. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni prosessual hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin e-2(025)-401/2025 saylı, 03 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, barışıq sazişi təsdiq edilməli, maraqlı şəxsdən xüsusi icraat ərizəsinin verilməsinə görə ödənilən 100 (bir yüz) manat dövlət rüsumunun, apellyasiya şikayətinin verilməsinə görə 50 (əlli) manat dövlət rüsumunun və 160 (bir yüz altımış) manat mediasiya xərcinin tutularaq ərizəçiyə ödənilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-401/2025 saylı, 03 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 18 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01304 saylı barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin. Maraqlı şəxs xüsusi icraat ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu, apellyasiya şikayətinin verilməsinə görə 50 (əlli) manat dövlət rüsumu və 160 (bir yüz altımış) manat mediasiya xərci tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.