Məhkəmə qərarları › İş №2(107)-55/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-55/2023

02.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-55/2023 02.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş və mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri tələb edilməsi, torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (dülgər sexi) cavabdehin hesabına sökülməsi və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyyət hüququ, mütəxəssis rəyi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş və mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri tələb edilməsi, torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (dülgər sexi) cavabdehin hesabına sökülməsi və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-56/2022 nömrəli 22 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri tələb edilməsi, torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (dülgər sexi) cavabdehin hesabına sökülməsi və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 05 oktyabr 1991-ci il tarixdə Qəbələ rayonunun Vəndam kəndində (indiki qəsəbə) “Miçurin adına kolxozdan fərdi yaşayış evi tikmək üçün 0,12 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş və bu barədə ona JN-448A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də təqdim edilmişdir. O, torpaq sahəsini əldə etdikdən sonra orada yaşayış evi inşa etdirmişdir. Baxmayaraq ki, o, Bakı şəhərində qeydiyyatdadır, lakin əri X5 xəstə olduğuna görə ilin çox hissəsini Vəndam qəsəbəsində yaşayırlar. Lakin, evlərində asudə yaşamaq imkanları cavabdeh tərəfindən alınmışdır. Birincisi, yuxarıda göstərdiyi kimi onlar Bakıda yaşadıqları dövrdə cavabdeh 0,12 ha torpağının təxminən 0,04 ha hissəsini zəbt etmiş və zəbt etdiyi ərazini hasara alaraq öz torpağına qatmışdır. Həmin zəbt etdiyi ərazi də daxil olmaqla həyətində icazəsiz böyük bir dülgər sexi açmış və oranı mütəmadi olaraq işlədir. Həmin dülgər sexi işləyən zaman səs-küydən və ağac emalından çıxan tozdan həyətdə və evdə durmaq olmur və tozdan nəfəs almaq olmur. Əri xəstədir və cavabdehin təqsiri üzündən yaranan maneələrə dözə bilmir. Sex işləyən zaman toz o qədər olur ki, bu səbəbdən nəvələrini həmin evə gətirə bilmir, çünki nəfəs ala bilmirlər. Cavabdehlə bu barədə çox söhbətlər etmişlər və ona dəfələrlə demişlər ki, bu cür yaşamaq olmaz, qonşuluqda yaxşı iş deyil, lakin nəticəsi olmayıb, əksinə onlara deyib ki, o işini davam etdirəcək, nə istəyirsiz edin. Hətta bu barədə şifahi olaraq aidiyyəti orqanlara da müraciət etmişlər və yenə də nəticəsi olmamışdır. Hətta bu barədə şifahi olaraq aidiyyətu orqanlara da müraciət etmişlər və yenə də nəticəsi olmamışdır. Cavabdeh tərəfindən zəbt edilmiş 0,04 ha torpaq sahəsinin özünə qaytarılmasını, inşa edilmiş hasarın və dülgər sexinin onun mülkiyyətində olan torpaq sahəsində olan hissəsin cavabdehin hesabına sökülməsini və ümumiyyətlə dülgər sexinin fəaliyyətinin dayandırılmasını tələb edir. Çünki həmin dülgər sexinin fəaliyyət göstərməsi onun yaşamaq hüququnu məhdudlaşdırır. Cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini qanunsuz zəbt etmiş və yuxarıda qeyd etdiyi kimi qanunsuz dülgər sexi tikmiş, həmin dülgər sexinin işlənməsi nəticəsində evində hədsiz səs-küy yaranır, toz daxil olur və sağlamlıqlarına həddən artıq pis təsir göstərir. Tikintinin yerləşdiyi torpaq sahəsi tikintini inşa edən şəxsin deyil, başqa şəxsin mülkiyyətində olarsa, tikintini inşa edən şəxsin həmin tikiliyə mülkiyyət hüququ o halda tanına bilər ki, torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada tikintini inşa edən şəxsin mülkiyyətinə keçsin. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tаrixli, 2(025)-56/2022 saylı, qətnaməsi (A.Əliyev) ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş və mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri tələb edilməsi, torpaq sahəsində inşa edilmiş qeyriyaşayış binasının (dülgər sexi) cavabdehin hesabına sökülməsi və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun aradan qaldırılması” tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul iddiaçı Rəsulova Bulqeyis Baba qızından tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı JN-448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini, həmin torpaq sahəsinin cavabdehin zəbtindən alınaraq ona verilməsini, torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (dülgər sexi) cavabdehin hesabına sökülməsnii və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun aradan qaldırılmasını tələb edir. Cavabdeh isə iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini, dülgər sexinin öz mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, həmçinin dülgər sexində ətrafda yaşayan şəxslər üçün heç bir toz olmadığını, bunun bağlı sexin ətrafının pərdələndiyini, bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3383 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X2 ümumi birgə mülkiyyətinə JN-448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Qəbələ rayon AİKin 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X2 ümumi birgə mülkiyyətinə JN-448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh istifadə etdiyi qeyri-yaşayış binasının bir hissəsi (dülgər sexi) iddiaçı X4 mülkiyyətində olan torpaq sahəsinə düşmür. İddiaçının təqdim etdiyi torpağın mülkiyyətə verilməsi aktında göstərilən həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlir. Cavabdehin təqdim etdiyi torpağın mülkiyyətə verilməsinə dair aktdakı həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlir. Cavabdehin təqdim etdiyi torpaq sahəsinə dair akta əsasən mövcud olan torpaq sahəsinə müdaxilə yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia ərizəsində göstərilən xüsusatlara, o cümlədən cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilibedilməməsini, torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (dülgər sexi) cavabdehin yoxsa iddiaçının mülkiyyətində yerləşməsi və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun olubolmaması məsələsinin araşdırılması məqsədi ilə mülki işə mütəxəssis cəlb edilmiş və mütəxəssislərin iştirakı ilə sözü gedən əraziyə baxış keçirilmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 10/3383 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X2 ümumi birgə mülkiyyətinə JN-448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X2 ümumi birgə mülkiyyətinə JN-448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh istifadə etdiyi qeyri-yaşayış binasının bir hissəsi (dülgər sexi) iddiaçı X4 mülkiyyətində olan torpaq sahəsinə düşmür. İddiaçının təqdim etdiyi torpağın mülkiyyətə verilməsi aktında göstərilən həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlir. Cavabdehin təqdim etdiyi torpağın mülkiyyətə verilməsinə dair aktdakı həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlir. Cavabdehin təqdim etdiyi torpaq sahəsinə dair akta əsasən mövcud olan torpaq sahəsinə müdaxilə yoxdur. Göründüyü kimi, cavabdehin bildirdikləri ilə, o cümlədən mütəxəssis rəyləri və ekspert rəyləri ilə iddia tələbi həmin hissədə təkzib olunur. İddiaçı isə dediklərini sübut edə bilmir və bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə və ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş və mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri tələb edilməsi, torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (dülgər sexi) cavabdehin hesabına sökülməsi və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4-cü maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci maddəsinin 1-ci və 2-ci bəndləri, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylıProtokolun 1-ci maddəsi, “İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, 05 oktyabr 1991-ci ildə Qəbələ rayonunun Vəndam kəndində (indiki qəsəbə) “Miçurin” adına kolxozdan fərdi yaşayış evi tikmək üçün 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş və bu barədə ona JN-448A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də təqdim edilmişdir. O, həmin torpaq sahəsində yaşayış evi inşa etdirmişdir. O, Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq əri X5 xəstə olduğuna görə ilin çox hissəsini Vəndam qəsəbəsində yaşayır. Lakin, iş üzrə cavabdeh olan Cavabdeh qanunsuz hərəkətləri nəticəsində yaşamaq imkanları əllərindən alınmışdır. Beləki, o və ailə üzvləri Bakıda yaşadıqları müddətdə cavabdeh 0,12 ha torpaq sahəsinin 0,04 ha hissəsini zəbt etmiş və zəbt etdiyi ərazini hasara alaraq öz torpaq sahəsinə qatmış. Cavabdeh zəbt etdiyi ərazi də daxil olmaqla həyətində böyük bir dülgər sexi açaraq mütəmadi olaraq işlədir. Dülgər sexi işləyən zaman səs-küydən və ağac emalı zamanı meydana çıxan tozdan həyətdə və evdə tozdan və səs-küydən durmaq və nəfəs almaq olmur. Qeyd edildiyi kimi onun əri xəstədir və cavabdehin təqsiri üzündən yaranan maneələrə dözə bilmir. Bu səbəbdən Bakıda yaşayan nəvələrini evə gətirə bilmir. O, dəfələrlə cavabdehlə söhbətlər aparmış bu maneələrə son qoymasını xahiş etsə də nəticəsi olmamışdır. Bu barədə aidiyyəti orqanlara da şifahi olaraq müraciət edilsə də bunun da nəticəsi olmamışdır. İddiaçı məhkəmədən zəbt edilmiş torpaq sahəsinin özünə qaytarılmasını, inşa edilmiş hasarın və dülgər sexinin onun mülkiyyətində olan torpaq sahəsində olan hissəsinin cavabdehin hesabına sökülməsini xahiş etmiş, eləcə də bildirmişdir ki, dülgər sexinin fəaliyyət göstərməsi onun və ailə üzvlərinin yaşamaq hüququnu məhdudlaşdırır. Belə olub Qəbələ rayon məhkəməsinə Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri tələb edilməsi, torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (dülgər sexi) cavabdehin hesabına sökülməsi və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-56/2022 nömrəli qətnaməsinə əsasən onun Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş və mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri tələb edilməsi, torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (dülgər sexi) cavabdehin hesabına sökülməsi və səs-küyün, ağac emalı nəticəsində yaranan tozun aradan qaldırılması” tələbinə dair iddiam təmin edilməmişdir. Qətnamədə məhkəmə tərəfindən qonşuluq münasibətləri nəzərə alınmamış: tozun, səs-küyün ona vurduğu zərər nəzərə alınmamışdır. Hansıki bu barədə vəsatətdə məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadında sual qoyulmuşdur. Ümumiyyətlə ekspertiza aparılmamış; ekspert rəyi mütəxəssis rəyində göstərilənləri öz rəyinə köçürmüşdür. Ekoloji ekspertiza isə ümumiyyətlə keçirilməmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, qətnamə çıxarılarkən həll edilməli olan məsələləri həll etməmişdir. Səs-küyün, tozun onun və onun ailə üzvlərinə zərər vurması ekoloji ekspertiza ilə müəyyən edilə bildiyi halda ekoloji ekspertiza da aparılmamışdır. Mübahisəli torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən tutulduğu adi gözlə müəyyən edilə bildiyi halda yerli baxış keçirilməmişdir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(025)-56/2022 saylı qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin və iddia tələbimnin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır, Qəbələ Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə tam əsaslı və qanunidir. İddiaçı aşağıdakıları qeyd etməklə apellyasiya şikayətini əsalandırmağa çalışsa da qeyd edəcəyi dəlillərlə həmin əsaslandırmaların sadəcə əsaassız olaraq qeyd edilmiş fikirlər olmasını diqqətinizə çatdırmağa çalışacağ. İddiaçı Apellyasiya şikayətində qeyd edir ki, iş üzrə cavabdeh olan Cavabdeh qanunsuz hərəkətləri nəticəsində yaşamaq imkanları əllərindən alınmışdır. Beləki, iddiaçı və ailə üzvləri Bakıda yaşadıqları müddətdə cavabdeh 0,12 ha torpaq sahəsinin 0,04 ha hissəsini zəbt etmiş və zəbt etdiyi ərazini hasara alaraq öz torpaq sahəsinə qatmışdır. Qeyd edir ki, iddiaçı özü apellyasiya şikayətində qeyd edir ki, torpaq sahəsi ona 1998-ci ildə verilmişdir, ərinin səhhəti ilə bağlı ilin əksər vaxtlarını Vəndam qəsəbəsində yaşayır. Cavabdeh iddia ərizəsinin heç bir hissəsində və apelyasiya şikayətində qeyd etmir ki, iddia etdiyi zəbt etməni hansı vaxt həyata keçirmişdir. Bildirir ki, onun atası evi ilə onun evi arasında çəkilmiş sadəcə məftil tellər var və o dünyaya hazırki ona məxsus olan torpaq sahəsi və evin yanında yerləşən ata evində gəlmişdir. Qeyd edir ki, bu torpaq sahəsi ona 1998-ci ildən əvvəl ayrılmış torpaq sahəsidir. Və bu illər ərzində onun qonşu ilə hər hansı mübahisə olmamışdır, əgər bu qeyd edilən zəbt etmə bir neçə vaxt ( bir neçə il) əvvəl olsaydı düşünür ki, həmin vaxtdan pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı polis orqanına müraciətlər olardı, iddia rədd edildikdən sonra o artıq sayı unutduğu dəfələrlə polis sahə inspektoruna izahat vermiş belə bir müraciət olsaydı bundan əvvəl də bu müraciət olsaydı eyni qaydada izahatlar verərdi. Qeyd edir ki, onun tərəfindən hər hansı bir zəbt etmə olmamışdır. İddiaçı iddiasında və apellyasiya şikayətində qeyd edir ki, cavabdeh zəbt etdiyi ərazi də daxil olmaqla həyətində böyük bir dülgər sexi açaraq mütəmadi olaraq işlədir. Dülgər sexi işləyən zaman səs-küydən və ağac emalı zamanı meydana çıxan tozdan həyətdə və evdə tozdan və səs-küydən durmaq və nəfəs almaq olmur. Qeyd edildiyi kimi iddiaçının əri xəstədir və cavabdehin təqsiri üzündən yaranan maneələrə dözə bilmir. Bu səbəbdən Bakıda yaşayan nəvələrini evə gətirə bilmir. İddiaçı dəfələrlə cavabdehlə söhbətlər aparmış bu maneələrə son qoymasını xahiş etsə də nəticəsi olmamışdır. Bu barədə aidiyyəti orqanlara da şifahi olaraq müraciət edilsə də bunun da nəticəsi olmamışdır. Diqqətinizə çatdırmaq istəyir ki, o dülgər kimi fəaliyyət göstərərk ailəmi dolandırır, iddiaçının qeyd etdiyi kimi onun dülgər fəaliiyətində istifadə edilən avadanlıqlar iş günü ərzində fasiləsiz deyil günün işıqlı vaxtlarında təxminən dəqiqələrlə ifadə edilən formada istifadə edilir, digər işlərimi isə əl ilə görərək tamamlayıram, ətrafa tozun yayılmaması üçün bütün lazımi tədbirləri özü tam həyata keçirir, belə ki, dülgər sexi dediyi yer tikili ilə onun özünün yaşadığı evin arasındakı məsafə təxminən 3-4 metrdir, mən birinci instansiya məhkəməsi zamanı təqdim etdiyim fotoşəkillərdən də aydın olur ki, ətrafa qeyd edilən formada toz olmasın deyə tədbirləri həyata keçirirəm, apelyasiya şikayətinə yazdığım etirazın dəlilləri ilə bağlı evimlə sexin yerləşməsinə dair fotoşəkli də təqdim edir. Apellyasiya şikayətində iddiaçı məhkəmədən zəbt edilmiş torpaq sahəsinin özünə qaytarılmasını, inşa edilmiş hasarın və dülgər sexinin onun mülkiyyətində olan torpaq sahəsində olan hissəsinin cavabdehin hesabına sökülməsini xahiş etmiş, eləcə də bildirmişdir ki, dülgər sexinin fəaliyyət göstərməsi onun və ailə üzvləriin yaşamaq hüququnu məhdudlaşdırır. Bildirir ki, günün işıqlı vaxtı özünə məxsus mülkiyyətində həyata keçirdiyim hərəkətə görə düşünür kiməsə mane olmur, dülgər sexində gündəlik olaraq kəsilmiş ağacların emalını (“rama” işlətmirəm) həyata keçirmirəm amma qonşuluqda yaşayan iddiaçının bu cür iddia qaldırması hüquqdan sui-istifadədir, tərəfimdən sexin fəaliyyət göstərməsi üçün bütün icazələr alınmış, texniki şərtlər və təhlükəsizlik qaydalarına riayət edilir və illik yoxlamalar keçilir. Bundan başqa iddiaçı aşağıdakı maddi normalara istinad edərək, əsaslandırmağa çalışmışdır, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbi pozulmuş və iddiaçının torpağının bir hissəsi gözlə görülə biləcək dərəcədə cavabdeh tərəfindən zəbt edilsə də yerində baxış keçirilməmişdir. Bu baxımdan mütəxəssis rəyi qeyri-obyektivdir. Bildirir ki, iddiaçı məhkəməyə apellyasiya şikayətində yanlış məlumatlar verir, belə ki, mütəxəssis rəyinin təqdim edilməsinə dair məktubda da qeyd edilir ki, tədqiqat obyektlərinə baxış keçirilərək mütəxəssis rəyi tərtib edilmişdir. Bu halda da iddiaçı öz əsassız mövqeyini əsaslandırmaq üçün həqiqətləri təhrif edib düzgün olmayan məlumatlar vermişdir. Bildirir ki, ekspert qarşısında qoyulmuş suallar ilə ekspertiza qarşısında qoyulan suallar eynidir hansı qaydada ekspert əlavə ekspertiza aparacaqdır ki? Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinad edir lakin hansı hallarla bağlı bu qərara istinad etməsi mənə aydın deyildir. İddiaçı aşağıdakı sözləri ilə sadəcə fikrini ifadə edir, Qətnamədə məhkəmə tərəfindən qonşuluq münasibətləri nəzərə alınmamış: tozun, səs-küyün iddiaçıya vurduğu zərər nəzərə alınmamışdır. Hansıki bu barədə vəsatətdə məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadında sual qoyulmuşdur. Ümumiyyətlə ekspertiza aparılmamış; ekspert rəyi mütəxəssis rəyində göstərilənləri öz rəyinə köçürmüşdür. Yuxarıdakı fikirləri ilə mənim onlara vurduğum ziyan nədən ibarətdir qeyd etmir, eksperti isə əsassız ittiham etməkdədir. Bildirirəm ki, ətrafa yayılan səsin normadan artıq olması ilə bağlı mütəxəssislərin iştirkaı ilə avadanlıqlara baxış keçirilib test edilmişdir, aydın olmuşdur ki, iddiaçının qeyd etdiyi kimi heç bir normadan artıq heçnə yoxdur. Xahiş edirəm üzrlü səbəbdən iclasda iştirak edə bilməyəciyimi də nəzərə alaraq iclası mənim iştirakım olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(025)-56/2022 saylı qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin və iddia tələbimnin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbli barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyatorlar apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(025)-56/2022 saylı qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(025)-56/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyatorlar apellyasiya şikayətlərinin dəlillərində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini qeyd edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri bu hissədə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş kifayət qədər araşdırılmış, ekspert və mütəxəssis rəyləri alınmış, eyni zamanda mdaddi, prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə təyin etdiyi ekspert rəyinə əsaslanaraq haqlı olaraq iddia tələbini təmin etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilən eksperizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3383 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarə tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X2 ümumi birgə mülkiyyətinə JN448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməya əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X2 ümumi birgə mülkiyyətinə JN-448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh istifadə etdiyi qeyri-yaşayış binasının bir hissəsi (dülgər sexi) iddiaçı X4 mülkiyyətində olan torpaq sahəsinə düşmür. İddiaçının təqdim etdiyi torpağın mülkiyyətə verilməsi aktında göstərilən həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlir. Cavabdehin təqdim etdiyi torpağın mülkiyyətə verilməsinə dair aktdakı həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlir. Cavabdehin təqdim etdiyi torpaq sahəsinə dair akta əsasən mövcud olan torpaq sahəsinə müdaxilə yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qəbul etməsi ilə razılaşır. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspertiza tədqiqatı zamanı Azərbaycan Respublikası DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarə tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X2 ümumi birgə mülkiyyətinə JN448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməya əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X2 ümumi birgə mülkiyyətinə JN-448A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh istifadə etdiyi qeyri-yaşayış binasının bir hissəsi (dülgər sexi) iddiaçı X4 mülkiyyətində olan torpaq sahəsinə düşmür. Daha sonra şikayətdə Ekoloji ekspertizanın keçirilməməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası tərəfindən işin obyektiv araşdırılması məqsədi ilə ekspertiza təyin edilmişdir. Rəy verilməsi üçün qərardad Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli məktubu ilə qeyd edilən suallarla bağlı mütəxəssis olmadığından qərardad icra olunmadan geri qaytarılmışdır. Bundan sonra Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Monitorinq İdarəsinə sorğu etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Monitorinq İdarəsinin rəyində qeyd edilmişdir ki, “Qəbələ rayonu, Vəndam kəndində yerləşən dülgər sexinin fəaliyyəti zamanı yaranan toz məmulatları və səs-küyün İddiaçı təsirinin olubolmaması” məzmunlu müraciətə əsasən dülgər sexinin sahibi və 6 saylı RETSİ-nin əməkdaşları ilə birgə tərəfimizdən monitorinq keçirilmişdir. Monitorinq zamanı şikayətçinin yalnız yay fəslində dülgər sexinin qonşuluğunda yaşadığı məlum olmuşdur. Ölçmə işləri Casella və PCE-322A cihazları vasitəsilə, sabit hava şəraitində, saat 14:00-14:30 və 14:35- 14:50 radələrində aparılmış, nəticələrə əsasən atmosferə atılan toz mhissəciklərinin miqdarı 0,2 mq/m3 (norma:0,5 mq/m3) və səs-küy səviyyəsi 58,5 dBA (norma: 60dBA) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilində müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən dülgər sexinin fəaliyyəti zamanı yaranan toz məmulatları və səs-küyün iddiaçıya təsirinin olmadığı ehtimal olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar.Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(025)-56/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(025)-56/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar