Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-562/2021 06.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-13/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək icarəsində olan İsmayıllı rayonu ərazisində yerləşən “Bəyimli-İ” 78 və “Bəyimli-İİ” 79 saylı 144 hektar yay otlaq sahəsindən cavabdehlərin çıxarılmaları, onlar tərəfindən torpaqdan istifadəsinə törədilən maneəçiliklərə qadağa qoyulması, Cavabdeh1 73.300 manat maddi ziyan və 20.000 manat mənəvi ziyan məbləğinin, Cavabdeh2 116 manat maddi ziyan məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-13/2020 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin edilmiş, A Seriyalı 461720 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədi əsasında İddiaçı icarəsində olan İsmayıllı rayon ərazisində yerləşən “Bəyimli-İ” 78 və “Bəyimli-İİ” 79 saylı 144 hektar yay otlaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birlikdə çıxarılmaları və cavabdehlər tərəfindən iddiaçının torpaqdan istifadəsinə törədilən maneəçiliklərə qadağa qoyulması, Cavabdeh1 maddi ziyan kimi 11000 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, Cavabdeh1 357,80 manat iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərcin tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Xidmətinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-13/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-13/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)- 13/2020 saylı qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia ərizəsinin baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi nəticəsinə gəlməli olduğu halda bunu etməmiş, iddia tələbinə mahiyyəti üzrə baxmaqla səhvə yol vermişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemindən çap edilərək iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilən vergi məlumatlarından görünür ki, tərəflərin hər üçü fərdi sahibkar kimi vergi orqanında qeydiyyata alınmışlar. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2013-cü il tarixli, A 461720 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Ağsu rayonu İHB-nın xx xxxxxxx 2012-ci il tarixli 323 saylı sərəncamı və xx xxxxxxx 2012-ci il tarixli 12 saylı icarə müqaviləsi ilə Ağsu rayonu ərazisindən 15 il müddətinə 144 hektar torpaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş JN-16xx xxx 41012018 nömrəli xx xxxxx 2002-ci il tarixli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu İHB-nın xx xxxx 1998-ci il tarixli, 26 saylı sərəncamı və xx xxxxxx 2002-ci il tarixli 02 saylı icarə müqaviləsi ilə Şamaxı rayonu 14 saylı Ocaqlı qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müdddətinə 250 hektar torpaq sahəsi Cavabdeh1 müvvəqqəti istifadəsinə verilmişdir. İşdən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək icarəsində olan İsmayıllı rayonu ərazisində yerləşən “Bəyimli-İ” 78 və “Bəyimli-İİ” 79 saylı 144 hektar yay otlaq sahəsindən cavabdehlərin çıxarılmaları, onlar tərəfindən torpaqdan istifadəsinə törədilən maneəçiliklərə qadağa qoyulması, Cavabdeh1 73.300 manat maddi ziyan və 20.000 manat mənəvi ziyan məbləğinin, Cavabdeh2 116 manat maddi ziyan məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, A Seriyalı 461720 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədi əsasında İddiaçı icarəsində olan İsmayıllı rayon ərazisində yerləşən “Bəyimli-İ” 78 və “Bəyimli-İİ” 79 saylı 144 hektar yay otlaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birlikdə çıxarılmaları və cavabdehlər tərəfindən iddiaçının torpaqdan istifadəsinə törədilən maneəçiliklərə qadağa qoyulması, Cavabdeh1 maddi ziyan kimi 11000 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqla prosessual pozuntuya yol vermişdir. Belə ki, işin həqiqi hallarından görünür ki, tərəflərin hər üçü sahibkarlıq fəaliyyəti ilə məğşul olan fiziki şəxslərdir. Belə ki, İddiaçı xx.xx.2012-ci il tarixdə ********** nömrəli VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi), Cavabdeh1 xx.xx.2005-ci il tarixdə ********** və Cavabdeh2 xx.xx.2020-ci il tarixdə ********** nömrəli VÖEN verilməklə onlar fiziki şəxs olaraq vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmışlar. Həm iddiaçı, həm də cavabdehlər fərdi sahibkarlıqla məşğul olan şəxslərdir. Hazırda baxılan mübahisə də onların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. Belə ki, İddiaçı özünə məxsus olan İsmayıllı rayon ərazisində yerləşən “Bəyimli-İ” 78 və “Bəyimli-İİ” 79 saylı 144 hektar yay otlaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birlikdə çıxarılmaları və cavabdehlər tərəfindən iddiaçının torpaqdan istifadəsinə törədilən maneəçiliklərə qadağa qoyulmasını xahiş etmişdir. Qeyd edilən yay otlaq sahəsindən cavabdehlər qazanc əldə etmiş, eyni zamanda vergi ödəyicisi olmuşlar. Həmin yay otlaq sahəsinin fəaliyyəti zəminində tərəflərin arasında mübahisə yarandığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi, tərəflər qanuni əsaslarla fərdi sahibkar kimi peşəkarcasına sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar, iddianın predmetinə aid olan məsələlər onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı yaranmışdır. Tərəflərin arasında yaranan münasibətdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zəminində yarandığına görə kommersiya xarakterlidir. Belə olan halda, tərəflərin hər üçü hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər olduğundan, tərəflər arasında yaranmış mübahisə isə kommersiya xarakterli olduğundan işə mülki icraat qaydasında deyil, kommersiya icraatı qaydasında Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının: 3-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. 8-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Mülki Prosessual Məcəlləsinin 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsindən çıxış etməklə Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. 12-ci bəndində vurğulanır ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 27-ci bəndində göstərilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. İstinad olunan Plenum qərarının tövsiyəsindən birmənalı görünür ki, fərdi sahibkar statusuna malik olan, yəni vergi uçotuna alınmış fiziki şəxslərin arasında sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, kommersiya icraatı qaydasında kommersiya məhkəmələrində baxılmalıdır. Lakin belə olduğu təqdirdə birinci instansiya məhkəməsi işə kommersiya icraatı qaydasında kommersiya məhkəməsində baxılmalı olması qənaətinə gələrək məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərmək əvəzinə mülki icraat qaydasında mahiyyəti üzrə baxıb qətnamə qəbul etmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Bu, həm də aşağıda qeyd edilən qanunvericilik normalarından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin Vаsilesku Rumıniyаyа qаrşı iş üzrə 22 mаy 1998-ci il tаrixli qərаrındа ifаdə etdiyi hüquqi mövqeyə əsаsən, yаlnız işə bаxmаq üçün tаm həcmdə səlаhiyyətə mаlik оlаn məhkəmə Kоnvensiyаnın 6-cı mаddəsində əks оlunаn «məhkəmə» аnlаyışının tələblərinə cаvаb vermiş оlur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən məhkəmə özü də, mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə əsasən, mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən, işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-13/2020 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanuni istifadədə olan icarə torpaq sahəsindən cavabdehlərin əmlakları ilə birlikdə çıxarılması, torpaqdan istifadəyə edilən maneçiliklərə qadağa qoyulması, maddi və mənəvi ziyan tələbinə dair iş məhkəmə aidiyyəti üzrə kommersiya icraatı qaydasında baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-405-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikаyət qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-13/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanuni istifadədə olan icarə torpaq sahəsindən cavabdehlərin əmlakları ilə birlikdə çıxarılması, torpaqdan istifadəyə edilən maneçiliklərə qadağa qoyulması, maddi və mənəvi ziyan tələbinə dair iş kommersiya icraatı qaydasında baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, rəsmi qаydаdа verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-562/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-562/2021
06.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver