Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-569/2023 11.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı daşınmaz əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və qeyri-yaşayış binasının boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- daşınmaz əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və qeyri-yaşayış binasının boşaldılması, mülkiyyət hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı daşınmaz əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və qeyri-yaşayış binasının boşaldılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(051)-158/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı daşınmaz əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və qeyri-yaşayış binasının boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh aralarında bağlanmış xx.xx.2014-cü il tarixli **********14114 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 17% faiz ödənilməsi şərtilə, 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Daha sonra cavabdeh ilə iddiaçı arasında “xx.xx.2014-cü il tarixli **********14114 №-li kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair” xx.xx.2016-cı il tarixdə Saziş bağlanmışdır. Qeyd edilən Sazişlə iddiaçı və Cavabdehin kredit müqaviləsi üzrə bank qarşısındakı xx.xx.2016-cı il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla, kreditin qaytarılma müddəti uzadılmaqla restrukturizasiyası barədə razılığa gəlmişlər. Beləliklə, Sazişə əsasən kredit üzrə əsas borcun məbləği xx.xx.2016-cı il tarixinə 20463.24 manat müəyyən edilmiş, qaytarılma müddəti xx.xx.2020-ci il tarixinədək uzaldılmışdır. Saziş üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC «Xalq» Bankı və Cavabdeh arasında mülkiyyət hüququ ilə cavabdehə məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsində istifadədə olan 0.1197 ha torpaq sahəsində yerləşən 50 nömrəli binanın, 5-ci girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 91.90 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********14114/ip №-li ipoteka müqaviləsi (həmin Müqaviləyə xx.xx.2016-cı il tarixli 01 №-li əlavə Sazişlə edilmiş dəyişikliklər nəzərə alınmaqla) bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC “Xalq” Bankı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 06 iyun 2018-ci il tarixli 2(013)-466/2018 №-li qətnaməsi ilə iddiaçı ASC “Xalq” Bankının iddiası qismən təmin olunaraq qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunmuş vəsait hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsi qət olunmuşdur. Sözügedən qətnamədən narazı qalan ASC «Xalq» Bankı və cavabdeh Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayətləri vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-397/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda həmin qeyri-yaşayış sahəsi satılmadığından onun alınması iddiaçı ASC “Xalq” Bankına təklif edilmiş və bank buna öz razılığını bildirmişdir. Qeyri-yaşayış sahəsinin alqı-satqısı hərrac təşkilatçısı, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi və iddiaçı ASC “Xalq” Bankı tərəfindən imzalanmış hərracın yekunları barədə 07/01 №-li protokol və iddiaçı ASC “Xalq” Bankı ilə hərrac təşkilatçısı arasında 19 yanvar 2021-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Qeyri-yaşayış binasına iddiaçı ASC “Xalq” Bankının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarış verilmişdir. Bankın qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnu əldə etməsindən 1 ildən çox müddət keçməsinə baxmayaraq, bank bugünədək qeyri-yaşayış binasına dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. İddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb qeyri-yaşayış binasına cavabdehin həmin əmlaka qanunsuz sahiblik və istifadə etməsidir. Bununla əlaqədar bank tərəfindən cavabdehə qeyri-yaşayış binasının 30 gün müddətindən gec olmayaraq boşaldılması barədə xx.xx.2022-ci il tarixli MGR-XO-6.9.2022-002 nömrəli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh qeyri-yaşayış binasını boşaltmamışdır. Bununla da iddiaçının mülkiyyət hüququnu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olmuşdur. İddianın təmin olunmasını, Cavabdeh qanunsuz sahibliyində olan mülkiyyət hüququ əsasında iddiaçı ASC “Xalq” Bankına məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsində, istifadədə olan 0.1197 ha torpaq sahəsində yerləşən 50 nömrəli binanın, 5-ci girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 91.90 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin 1 ay müddətində boşaldılması, cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq ” Bankına təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 9 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barəsində qətnamənin çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(051)-158/2023 saylı qətnaməsi (hakim M.Kərimova) ilə iddia təmin edilmiş, Cavabdeh qanunsuz sahibliyində olan mülkiyyət hüququ əsasında iddiaçı ASC “Xalq” Banka məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən 50 №-li binanın, 5-ci girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 91.90 kv.m qeyri-yaşayış sahəsi boşaldılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq ” Banka təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 9 (doqquz) manat məbləğində çəkilmiş xərclər Cavabdeh alınaraq iddiaçı ASC “Xalq” Bankın xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ASC «Xalq» Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********14114 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 17% faiz ödənilməsi şərtilə, 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Daha sonra cavabdeh ilə iddiaçı arasında “xx.xx.2014cü il tarixli **********14114 №-li kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair” xx.xx.2016-cı il tarixdə Saziş bağlanmışdır. Saziş üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC «Xalq» Bankı və Cavabdeh arasında mülkiyyət hüququ ilə cavabdehə məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsində istifadədə olan 0.1197 ha torpaq sahəsində yerləşən 50 nömrəli binanın, 5-ci girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 91.90 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********14114/ip №-li ipoteka müqaviləsi bağlanmışdır. Ağdam Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli 2(013)-466/2018 №-li qətnaməsi ilə iddiaçı ASC “Xalq” Bankın iddiası qismən təmin olunaraq qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunmuş vəsait hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsi qət olunmuşdur. "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda həmin qeyri-yaşayış sahəsi satılmadığından onun alınması iddiaçı ASC “Xalq” Banka təklif edilmiş və bank buna öz razılığını bildirmişdir. Qeyri-yaşayış binasına iddiaçı ASC “Xalq” Bankın mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarış verilmişdir. Cavabdeh həmin qeyriyaşayış binasına qanunsuz sahiblik və istifadə edir, qeyri-yaşayış binasını boşaltmamışdır. Cavabdeh sözügedən qeyri-yaşayış sahəsinin ona məxsus olmasını, sahibliyində və ya istifadəsində olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin tutularaq istifadə olunması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur, nəticədə iddiaçı mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Ona görə də iddia təmin olunmalı, Cavabdeh qanunsuz sahibliyində olan, mülkiyyət hüququ əsasında iddiaçı ASC “Xalq” Bankına məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsində, istifadədə olan 0.1197 ha torpaq sahəsində yerləşən 50 nömrəli binanın, 5-ci girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 91.90 kv.m təşkil edən qeyri-yaşayış sahəsi boşaldılmalı, həmin qeyri-yaşayış sahəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq ” Bankına təhvil verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, ASC “Xalq” Bank ilə aralarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə 17% olmaqla 30000 (otuz min manat) məbləğində kredit verilmişdir. Daha sonra xx.xx.2016-cı il tarixdə kreditin qaytarılma müddəti uzadılmaqla bağlı razılığa gəlmişlər. Aralarında olan sazişə əsasən kredit üzrə əsas borcun məbləği 20463.24 manat olmuş və qaytarılma müddəti xx.xx.2020-ci ilə kimi uzadılmışdır. Kredit üzrə öhdəliyin icrasını təmin etmək üçün ona məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsində istifadədə olan 0.1197 ha torpaq sahəsində yerləşən 50 nömrəli binanın 5-ci girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 91.90 kv.m təşkil edən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC “Xalq” bankın məhkəməyə müraciəti əsasında Ağdam Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsaitin hesabına kredit üzrə borcun ödənilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən keçirilmiş hərracda həmin qeyri-yaşayış sahəsi satılmadığından bank tərəfindən alınmışdır. Qeyd etmişdir ki, bank tərəfindən əsas borc və faiz borcu şişirdilmişdir. Əmlakın satış qiyməti çox aşağı müəyyən edilmişdir. Əmlakın satışı həyata keçirilərkən hazırkı bazar qiymətləri nəzərə alınmamışdır. Hazırkı bazar qiymətinə görə qeyri-yaşayış sahəsinin qiyməti 80-90 min manat olduğu halda, 50 min manat qiymət müəyyən edilmişdir. Bundan əlavə o, kredit borcunu ödədikdən sonra banka cəmi 15000 manat borcu olmuşdur. Qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş məbləğdən kreditorun borcu və xərclər çıxıldıqdan sonra qalan pul vəsaiti ona qaytarılmalı olduğu halda, buna belə əməl edilməmişdir. Bundan əlavə, obyektin real bazar qiymətindən çox aşağı qiymətə qiymətləndirilərək satılmışdır. Hərracın keçirilməsi ilə bağlı qanunun tələbləri pozulmuşdur. Hər bir halda məhkəmə işə baxarkən ona qiymət verməli idi. Çünki sənədlərə nəzər yetirəndə obyektin bazar qiymətindən çox aşağı qiymətləndirildiyi və faizlərin isə şişirdildiyi məlum olmuşdur. Bu isə bank tərəfindən məqsədyönlü şəkildə edilmişdir ki, burda məqsəd onun əmlakını ələ keçirmək idir. Onun mülkiyyətçi kimi sahiblik, istifadə hüquqları bank tərəfindən pozulmuşdur. O, əmlakından qeyri-qanuni olaraq məhrum edilmişdir. Məhkəmə işə baxarkən faktiki halları araşdırmamış və nəticədə səthi qərar qəbul etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə qətnamədə məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilməsini qeyd etməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı barədə məlumatı olmadığından keçirilən iclasda iştirak edə bilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 158/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(051)-158/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(051)-158/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(051)-158/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(051)-158/2023 saylı qətnaməsini apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(051)-158/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ASC «Xalq» Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********14114 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 17% faiz ödənilməsi şərtilə, 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Daha sonra cavabdeh ilə iddiaçı arasında “xx.xx.2014-cü il tarixli **********14114 №-li kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair” xx.xx.2016-cı il tarixdə Saziş bağlanmışdır. Saziş üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC «Xalq» Bankı və Cavabdeh arasında mülkiyyət hüququ ilə cavabdehə məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsində istifadədə olan 0.1197 ha torpaq sahəsində yerləşən 50 nömrəli binanın, 5-ci girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 91.90 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********14114/ip №-li ipoteka müqaviləsi bağlanmışdır. Sonradan qeyri-yaşayış sahəsi iddiaçı təşkilatın mülkiyyətinə keçmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Şikayətdə qeyd edilmişdir ki, bank tərəfindən əsas borc və faiz borcu şişirdilmişdir. Əmlakın satış qiyməti çox aşağı müəyyən edilmişdir. Əmlakın satışı həyata keçirilərkən hazırkı bazar qiymətləri nəzərə alınmamışdır. Hazırkı bazar qiymətinə görə qeyri-yaşayış sahəsinin qiyməti 80-90 min manat olduğu halda, 50 min manat qiymət müəyyən edilmişdir. Bundan əlavə o, kredit borcunu ödədikdən sonra banka cəmi 15000 manat borcu olmuşdur. Qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş məbləğdən kreditorun borcu və xərclər çıxıldıqdan sonra qalan pul vəsaiti ona qaytarılmalı olduğu halda, buna belə əməl edilməmişdir. Bundan əlavə obyektin real bazar qiymətindən çox aşağı qiymətə qiymətləndrilərək satılmışdır. Hərracın keçirilməsi ilə bağlı qanunun tələbləri pozulmuşdur. Hər bir halda məhkəmə işə baxarkən buna qiymət verməli idi. Çünki sənədlərə nəzər yetirəndə obyektin bazar qiymətindən çox aşağı qiymətləndrildiyi və faizlərin isə şişirdildiyi məlum olur. Bu isə bank tərəfindən məqsədyönlü şəkildə edilmişdir ki, burada məqsəd onun əmlakını ələ keçirməkdir. Onun mülkiyyətçi kimi sahiblik, istifadə hüquqları bank tərəfindən pozulmuşdur. O, əmlakından qeyri-qanuni olaraq məhrum edilmişdir. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Belə ki, qeyd edilən şikayətin dəlilləri hazırkı mülki işin predmeti deyildir. Yəni cavabdeh tərəf kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun tutulması barədə qətnaməni mübahisələndirə bilərdi. Daha sonra kollegiya şikayətin mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin qiymətinin aşağı olması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə də əsassızdır. Belə ki, hərracın yekunları barədə 07/01 №-li protokolun surətindən görünür ki, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC Cavabdeh məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 0.1197 ha torpaq sahəsində yerləşən 50 saylı binanın, 5-ci girişinin 1-ci mərtəbəsində ümumi sahəsi 91.90 kv.m ibarət qeyri-yaşayış binasını 31875 manata almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 50-də ümumi sahəsi 91.90 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2021ci il tarixdən "xxxx" ASC-nin mülkiyyətindədir. Göründüyü kimi apellyator mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin qiymətinin aşağı olmasını mübahisələndirməmiş və qeyri-yaşayış sahəsi iddiaçı tərəfin mülkiyyətinə keçmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst, öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilir. Eləcə də, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntunun davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Hazırkı halda da iddiaçı tərəf belə bir iddia ilə müraciət etmiş və birinci instansiya məhkəməsi də haqlı olaraq iddianı təmin etmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iclasının yeri və vaxtı barədə ona məlumat verilməsini qeyd etməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı barədə məlumatı olmadığından keçirilən iclasda iştirak edə bilməmişdir. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. İş materiallarının 46-cı səhifəsindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh ***-***-**-** nömrəsinə göndərilmiş SMS xəbərdarlığında məhkəmə iclasının vaxt və yeri barədə məlumat qeyd edilmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(051)-158/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(051)-158/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-569/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-569/2023
11.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver