Məhkəmə qərarları › İş №2(107)-570/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-570/2024

26.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-570/2024 26.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Eynulla oğluna qarşı Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarına əsasən Zərdab rayonu Təzəkənd kənd ərazisində ona və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 7.06 ha pay torpaq sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması və cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- törədilən maneənin aradan qaldırılması, zəbt olunmuş torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququ, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X5 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Eynulla oğluna qarşı Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarına əsasən Zərdab rayonu Təzəkənd kənd ərazisində ona və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 7.06 ha pay torpaq sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması və cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(035)-3/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Eynulla oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarına əsasən Zərdab rayonu Təzəkənd kənd ərazisində ona və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 7.06 ha pay torpaq sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması və cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarına əsasən iddiaçıya və onn ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Təzəkənd kəndi ərazisində 7.06 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-0045 Kod 90501018 olan Dövlət Aktı verilmişdir. Lakin, cavbdehlər həmin torpaq sahəsinin bir hissəsinin qanunsuz zəbt etməklə həmin torpaq sahəsində yonca əkmişlər. Hazırda cavabdehlər həmin torpaq sahəsindən istifadə etməsinə maneçilik törədirlər. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin (hakim: İ.Həsənquliyev) 23 yanvar 2024-cü il tarixli, 2(035)-3/2024 saylı qətnaməsi ilə, İddiaçı (həmçinin X3, X4 və X1 qəyyumu və nümayəndəsi) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Eynulla oğluna qarşı “törənən maneənin aradan qaldırılması və cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddia ərizəsinin təmin edilməməsi, iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul iddiaçıdan tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Təzəkənd kəndi ərazisində 7.06 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-0045 Kod 90501018 olan Dövlət Aktı verilmişdir. İddiaçı hesab edir ki, cavabdehlər tərəfindən həmin torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. İddiaçı dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iclasında iddiaçının göstərdiyi dəlillər 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi ilə və məhkəmə tikinti ekspertizasının müvafiq ekspert rəyi ilə təkzib edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, məhkəmə iclasında tədqiq edilən Torpağ Mülkiyyət Hüququna dair JN-0045 Kod 90501018 nömrəli Dövlət Aktın və məhkəmə tikintitexniki ekspertizasının 3-16-16/2-10/7461 saylı, xx.xx.2023-cü il tarixli rəyinən, həmçinin işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı iddianın əsaslı və qanuni olmasını məhkəmə iclasında sübüta yetirə bilməmiş və iddianın təmin edilməsi üçün məhkəməyə hansı bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsinin araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Təzəkənd kəndi ərazisində 7.06 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-0045 Kod 90501018 olan Dövlət Aktı verilmişdir. İddiaçı hesab edir ki, cavabdehlər tərəfindən həmin torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. İddiaçı dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iclasında iddiaçının göstərdiyi dəlillər 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi ilə və məhkəmə tikinti ekspertizasının müvafiq ekspert rəyi ilə təkzib edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, məhkəmə iclasında tədqiq edilən Torpağ Mülkiyyət Hüququna dair JN-0045 Kod 90501018 nömrəli Dövlət Aktın və məhkəmə tikintitexniki ekspertizasının 3-16-16/2- 10/7461 saylı, xx.xx.2023-cü il tarixli rəyinən, həmçinin işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı iddianın əsaslı və qanuni olmasını məhkəmə iclasında sübüta yetirə bilməmiş və iddianın təmin edilməsi üçün məhkəməyə hansı bir sübut təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilmədiyi üçün iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən İddiaçı tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 13, 29, 60 və 71-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 213.1, 213.2, 213.6-cı maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4, 68, 84-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən yuxarda qeyd olunan mütəxəssis rəyini və məhkəmə ekspertiza mərkəzinin rəyini nəzarə almamış və qаnunvericiliyin göstərilən nоrmаlаrını düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2- 3147/2023 nömrəli AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestrı” publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyini və 3-16-16/210/7461 saylı 7 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının məhkəmə ekspertiza mərkəzinin rəyini məhkəmə sübut kimi qəbul etməmişdir. Torpaqların özbaşına tutulması qanunla qadağan olduğundаn, torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı оlduğundаn, onlara məxsus tоrpаq sаhəsini cavabdehlərin qаnunsuz sаhibliyindən geri tələb etmək hüquqları оlduğundаn, cavabdehlər onlara məxsus torpaq sahəsindən çıxarılmаlıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(035)-3/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh2 Eynulla oğlu və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh1 məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasınə xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı: Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Zərdab Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(035)-3/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(035)-3/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməmiş JN-0045 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha (JN-0045) hissəsinin (o cümlədən **********36 reyestr nömrəli çıxarışla iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsi) 0.14 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılmamasına aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün nəticəyə gəlməmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(035)-3/2024 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilməmiş JN-0045 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha (JN-0045) hissəsinin (o cümlədən **********36 reyestr nömrəli çıxarışla iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsi) 0.14 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılmaması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, JN-0045 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha (JN-0045) hissəsinin (o cümlədən **********36 reyestr nömrəli çıxarışla iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsi) 0.14 ha torpaq sahəsində Cavabdeh1 çıxarılmalı, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Təzəkənd kəndi ərazisində 7.06 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-0045 Kod 90501018 olan Dövlət Aktı verilmişdir. Cavabdehlər tərəfindən həmin torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. İddiaçı dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, Torpaqların özbaşına tutulması qanunla qadağan olduğundаn, torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı оlduğundаn, onlara məxsus tоrpаq sаhəsini cavabdehlərin qаnunsuz sаhibliyindən geri tələb etmək hüquqları оlduğundаn, cavabdehlər onlara məxsus torpaq sahəsindən çıxarılmаlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə kollegiyası tərəfindən mülki işin daha obyektiv araşdırılması üçün 2 may 2024-cü il tarixli qərardadla eksperiza təyin edilmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Kollegiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 3-16-16/1-10/6391 saylı ekspert rəyini daha mötəbər sübut kimi qiymətləndirir. Belə ki, 2 may 2024-cü il tarixli qərardaddan görünür ki, kollegiya tərəfindən ekspert qarşısında işin daha obyektiv həll edilməsi məqsədfi ilə 8 sualdan ibarət qərardad qəbul etmişdir. Həmin qərardad əsasında rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 3-16-16/1-10/6391 saylı ekspert rəyindən görünür ki, 1 və 2-ci suallar üzrə 2002-ci ildə tərtib edilmiş “Zərdab rayonu Təzənd kəndi “Bərəkət” təssərrüfatı ərazisində aparılan torpaq İslahatına dair kompleks yerqruluşu layihəsi"ndə göstərilən JN- 0045 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.06 ha torpaq shısinin 2.18 ha hissəsinin koordinatlarını və naturada ölçülərini müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilmiş elektron kadastr uçotu xəritəsində göstərilən JN-0045 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.06 ha torpaq sahəsinin 2.18 ha (JN-0045A) hissəsinin koordinatları və naturada ölçüləri müəyyən edildiyi göstərilmişdir. 3 və 4-cü suallar üzrə **********38 reyestr nömrəli çıxarışla Cavabdeh1 və ailə üzvlərinin birgə mülkiyyətində olan 0.7115 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan “torpaq sahəsinin planı və ölçüsü sənədi” mövcud olmadığı üçün torpaq sahəsinin koordinatlarını müəyyən etmək olmadığı göstərilmişdir Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilmiş elektron kadastr uçotu xəritəsində cavabdeh və ailə üzvlərinin **********38 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olan, JN-226 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə mülkiyyətə verilmiş 7.03 ha torpaq sahəsinin 0.7115 ha hissəsinin (JN-226Q) koordinatları və naturada ölçüləri müəyyən edildiyi göstərilmişdir. 5 və 8-ci suallar üzrə Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilmiş elektron kadastr uçotu xəritəsində göstərilən JN-0045 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha (JN-0045) hissəsinin (o cümlədən **********36 reyestr nömrəli çıxarışla iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsi) 0.14 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə olunduğu göstərilmişdir. Əlavə olaraq bildiririk ki, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə İddiaçı Heydər oğlu və ailə üzvlərinin adına **********36 reyestr nömrəli çıxarışla 2.1772 ha torpaq sahəsi dövlət qeydiyyatın alınmışdır. **********36 reyestr nömrəli çıxarışa xx.xx.2023-cü il tarixdə B182090 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi” tərtib edildiyi göstərilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi cavabdehlərin apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla, şikayətin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsasdır. Belə ki, həmin rəylə müəyyən edilir ki, iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha (JN-0045) hissəsinin (o cümlədən **********36 reyestr nömrəli çıxarışla iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsi) Cavabdeh1 tərəfindən istifadə edilir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın qismən təmin olunması üçün yuxarıda qeyd edilən normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı, bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə, məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın tamamilə rədd edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməmiş JN-0045 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha (JN-0045) hissəsinin (o cümlədən **********36 reyestr nömrəli çıxarışla iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsi) 0.14 ha torpaq sahəsi Cavabdeh1 çıxarılmamasına aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün nəticəyə gəlməmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(035)-3/2024 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilməmiş JN-0045 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha (JN-0045) hissəsinin (o cümlədən **********36 reyestr nömrəli çıxarışla iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsi) 0.14 ha torpaq sahəsi Cavabdeh1 çıxarılmaması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, JN-0045 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha (JN-0045) hissəsindən, o cümlədən **********36 reyestr nömrəli çıxarışla iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsindən Cavabdeh1 çıxarılmalı, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(035)-3/2024 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilməmiş JN-0045 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha (JN-0045) hissəsinin (o cümlədən **********36 reyestr nömrəli çıxarışla iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsi) 0.14 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılmaması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. JN-0045 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha (JN-0045) hissəsindən, o cümlədən **********36 reyestr nömrəli çıxarışla iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsində Cavabdeh1 çıxarılsın. Qətnamə apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh1 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar