Məhkəmə qərarları › İş №2(107)-571/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-571/2020

16.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-571/2020 16.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı оğlu və vəkili Vəkil, Cavabdeh2 vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 qarşı “avtomobil tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-256/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasıya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-256/2019 nömrəli qətnaməsi ilə (hakim E.H.Məmmədov) iddia təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 qarşı VOLVO PUTZMEİSTER yük maşınının naturada və ya onun dəyəri olan 28.200 ABŞ dollarının, həmin məbləğin müəyyən olunmuş faizlərlə hesablanmış maddi gəlirin, bank uçot dərəcəsinin və ona uyğun ödəniləcək faizlərin müəyyənləşdirilərək cavabdehlərdən alınması və cavabdehlərin törətdiyi cinayət haqqında prokurora xəbər verilməsi barədə xüsusi qərardad çıxarılması tələblərinə dair iddiası təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-256/2019 nömrəli qətnaməsindən iddiаçı İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxx 2019-cu il tarixli, 2(107)- 2260/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-256/2019 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxx 2019-cu il tarixli 2(107)- 2260/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-7411/2019 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apelyasiya baxışına qaytarılmışdır. İşin halları İddiaçı məhkəməyə müraciət edərək hazırkı iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank uçot dərəcəsinin və ona uyğun ödəniləcək fazilərin müəyyənləşdirilməsi, “VOLVO PUTZMEİSTER (yük)” markalı, istehsal ili 1988-ci il olan, **- BG-*** dövlət nömrə nişanlı avtomobilin naturada və ya onun dəyəri olan 28.200 ABŞ dollarının və həmin məbləğə müəyyən olunmuş fazilərlə hesablanmış gəlirin cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə, habelə cavabdehlərin törətdiyi cinayət barədə prokurora xəbər verilməsinə dair xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində “VOLVO PUTZMEİSTER (yük)” markalı, istehsal ili 1988-ci il olan, **-BG-*** dövlət nömrə nişanlı avtomobili vardır. Cavabdehlərlə aralarındakı razılaşmaya əsasən o, həmin avtomobili cavabdehlərə satmaq qərarına gəlmişdir. Həmin avtomobili o, 118.000 ABŞ dollarına almışdır. Lakin müəyyən qədər işlənmiş olduğuna görə həmin avtomobilə 41.000 ABŞ dolları qiymət qoyaraq cavabdehlərlə razılaşmışdır. Cavabdehlər həmin avtomobilin dəyərinin bir hissəsinin əvəzinə 12500 manatlıq “KAMAZ-Mikser” markalı avtomobil vermişlər. Bundan başqa, cavabdehlər ona 1300 manat nağd pul da vermişlər. Cavabdehlərin ona verəcəkləri 28200 ABŞ dolları qalmışdır. Avtomobilin pulunu tam ödəyə bilmədiklərinə görə o, avtomobili onalara etibarnamə ilə vermişdir. Cavabdehlər söz vermişlər ki, avtomobillə işləyib pul qazanıb onun pulunu verəcəklər. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdehlər onun pulunu ödəməmişlər. Ona sonradan məlum olmuşdur ki, onun avtomobilini cavabdhelər söküb başqa maşına yığmışlar. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiasının əsaslı olduğunu göstərərək onun təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(033)-256/2019 nömrəli qətnaməsini qanunsuz və əsassız hesab edir, məhkəmə tərəfindən qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də qətnamə ilə razı deyil. Belə ki, o, mülkiyyətində olan avtomobilə dair etibarnamə vermişdir. O, cavabdehlərə etibarnamə verməmişdir ki, əmlakını (avtomobilini) söküb məhv etsinlər. O, onlardan əmlakını (avtomobilini) naturada tələb edir. Etibarnamə ilə verilmiş avtomobilə məhkəmə satılmış əmlak kimi qiymət vermişdir. Hazırkı qətnamə ilə o, mülkiyyətindən məhrum edilmişdir. O, məhkəmənin gəldiyi nəticə ilə, qətnamənin əsaslandırıcı hissəsində qeyd olunanlarla razı deyildir. Ona görə də apelyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı оğlu və vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(033)- 256/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xаhiş etdilər. İddiaçı əlavə olaraq məhkəmə kollegiyasına ərizə təqdim edərək bildirdi ki, onun cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 qarşı “avtomobil tələbinə dair” iddiasında avtomobilin qalıq dəyəri (ödənilməmiş hissəsi) kimi 28.200 ABŞ dolları məbləğini hazırda cavabdehlərdən 2015-ci ilədək olan manatın məzənnəsi ilə, yəni 19.000 manat şəklində tələb edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(033)-256/2019 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əlavə olaraq verdikləri izahatlarının məzmununa görə, onlar iddiaçıdan aldıqları avtomobilin (betonvuran aqreqatın) əvəzində ona “KAMAZ-Mikser” (betonqarışdıran) və 1300 manat nağd pul verməklə başabaş hesablaşmışlar. Onların iddiaçıya borcları qalmamışdır. Onların iddiaçıdan aldıqları avtomobil işlək vəziyyətdə olmamış, həmin avtomobili təmir etdirib işlək vəziyyətə gətirmək və tikinti-beton işlərində istifadə etmək niyyətində olmuşlar. Lakin nə qədər əlavə xərc çəksələr, hətta xaricdən (İrandan) dəfələrlə ehtiyat hissələri gətirtsələr də, lakin avtomobili işlək vəziyyətə gətirmək mümkün olmamışdır. Mübahisəli avtomobil 4 ilə yaxındır ki, aldıqları vəziyyətdə həyətdə qalır, iddiaçı istədiyi vaxt gedib oradan avtomobilini götürüb apara bilər. Onların isə iddiaçıya heç bir borcları yoxdur, bu barədə iddia tələbi əsassızdır. Məhkəmə kollegiyasının iclası təxirə salındıqdan sonra cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 lazımi qaydada dəvət olunmalarına baxmayaraq, hazırkı məhkəmə iclasına gəlməmiş, ayrı-ayrılıqda eyni məzmunlu teleqramla məhkəmə kollegiyasına müraciət edərək koronavirusun yayılması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərindən işin baxılmasının bir ay müddətinə başqa vaxta təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz və Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili X4 apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(033)-256/2019 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, VOLVO PUTZMEİSTER (yük) markalı, istehsal ili 1988-ci il olan, **-BG-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı оğluna məxsus olmuşdur. Sözügedən maşını həm iddiaçı, həm də oğlu Namiq, bəzən də başqa şəxslər işlətmişlər. Həmin avtomobil xüsusi təyinatlı olmuş, üzərinə betonvuran pompa quraşdırılmışdır. İddiaçı həm sürücü, həm də operator işini icra etmişdir. Zaqatala rayonunda zəlzələdən sonra aparılan tikinti işlərində sözügedən avtomobilə çox ehtiyac olmuş, həmin avtomobillə gecə-gündüz işlər icra edilmişdir. O, tikintilərdə işləyən avtomobillərin dayanacağında (avtobazada) gözətçi işləmişdir. Zəlzələ ilə əlaqədar işlər yekunlaşandan sonra o da işdən çıxmış və sonra baş verənlərdən xəbəri olmamışdır. O, işdən çıxandan sonra eşitmişdir ki, iddiaçı maşını işlətmək üçün başqasına vermiş və ya satmışdır. Maşının verildiyi (satıldığı) Elnur adlı şəxsi tanımışdır, digər Cavabdeh2 isə tanımır. Avtomobil Elnura tam işlək vəziyyətdə verilmişdir, çünki Elnuru sözügedən maşını həm idarə edən, həm də təmir etdirən zaman görmüşdür. Həmin vaxtlar maşının üstündə avadanlığı (pompası) olmuşdur. Hesab edir ki, VOLVO PUTZMEİSTER (betonvuran) avtomobilinin qiyməti istehsal ili eyni olan KAMAZ- Mikser (beton qarışdıran) yük maşınının qiymətindən bir neçə dəfə baha olar. O, iddiaçı ilə cavabdehlər arasında mübahisəli avtomobillə bağlı hansı razılaşmanın olmasından məlumatsızdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, İddiaçı onun yeznəsidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2la tanışlığı olmamışdır. İddiaçıya məxsus VOLVO PUTZMEİSTER markalı (betonvuran), istehsal ili 1988-ci il olan, **-BG-*** dövlət nömrə nişanlı avtomobilə bir müddət o da nəzarət etmişdir. Həmin vaxtlar Səfər minik avtomobili ilə qəza törətdiyindən həbsdə olmuş, tikinti işlərində betonvuran aqreqata tələbat çox olduğundan həmin maşını onun nəzarəti altında başqaları işlətmişlər, bu işlərə Səfərin oğlu Namiq də kömək etmişdir. VOLVO PUTZMEİSTER maşını təzə olmasa da, tam işlək vəziyyətdə olmuşdur. Zaqatalada zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar aparılan tikinti işləri qurtarandan sonra o başqa işlərlə məşğul olmağa başlamış, sözügedən maşın isə Səfərin oğlu Namiqin sərəncamında qalmışdır. Sonralar eşitmişdir ki, Səfər həmin maşını satıb, lakin pulunu ala bilmir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o, Cavabdeh2 atasıdır. İddiaçı əvvəllər tanımamış, məhkəmədə olan hazırkı mübahisə ilə bağlı tanımışdır. Oğlu Əlişad VOLVO PUTZMEİSTER markalı, istehsal ili 1988-ci il olan, **-BG-*** dövlət nömrə nişanlı avtomobili aldığını ona demişdir. Oğlu maşını alandan sonra maşına baxmağa getmişdir. Maşını gördükdə oğlundan bu nasaz və yararsız maşını nəyə görə aldığını soruşmuş, oğlu ona bildirmişdir ki, maşını yığdırıb işlək vəziyyətə gətirəcəkdir. Əlişad ona həmçinin bildirmişdir ki, sözügedən maşının müqabilində maşının sahibinə KAMAZ-Mikser (beton qarışdıran) maşını və xatırlamadığı məbləğdə pul da vermişlər. O, oğlu ilə birlikdə yaşamır, ayrı yaşayırlar. Maşını alanda oğlu onunla məsləhətləşsəydi o, oğlunu həmin maşını almağa qoymazdı. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, iddiaçı onun atasıdır. Atası İddiaçı məxsus VOLVO PUTZMEİSTER (yük) markalı, istehsal ili 1988-ci il olan, **-BG-*** dövlət nömrə nişanlı avtomobil 2008-ci ildən onların istifadəsində olmuşdur. Maşın 1988-ci ilin buraxılışı olsa da, lakin üzərinə quraşdırılmış betonvuran aqreqat 2004-cü ilin istehsalı olmuşdur. Hazırda həmin (yəni 15-16 il istismarda olmuş) aqreqatın ayrılıqda (avtomobilsiz) bazar qiyməti təxminən 40.000 manatdır. O indi də bu cür aqreqatda işlədiyindən onların qiymətini yaxşı bilir. Atası 2011ci ildə minik avtomobili ilə yol-nəqliyyat hadisəsi törətmiş və həbs edilmişdir. Bundan sonra mübahisəli avtomobili (betonvuran aqreqatı) özü işlətmiş, dayısı Nəriman da ona nəzarət etmişdir. Həmin dövrdə Zaqatalada baş vermiş güclü zəlzələdən sonra zərər çəkmiş vətəndaşlar üçün dövlət tərəfindən yeni evlər tikilmiş, bununla əlaqədar sözügedən maşına kəskin ehtiyac olmuşdur. O, bir neçə nəfər köməkçi də cəlb edərək tikinti işlərində həmin maşınla fəal işləmişdir. 2015-ci ilin əvvəllərində işlər səngiyəndə atası maşını (betonvuran aqreqatı) Cavabdeh1 və Cavabdeh2, yəni hazırkı iş üzrə cavabdehlərə satmaq qərarına gəlmişdir. Həmin vaxtlar mübahisəli maşının bazar qiyməti təxminən 35.000 manat civarında olmuş, atası həmin maşını cavabdehlərə 41.000 ABŞ dollarına, yəni təxminən 32.800 manata satmağa razılaşmışdır (o vaxtlar 1 ABŞ dolları 0,80 manat kimi götürülürdü). Cavabdehlər onun atasına 12.500 manat dəyərində qiymətləndirdikləri KAMAZ-Mikser maşını (beton qarışdıran) və əlavə 1300 manat nağd pul vermiş, 19.000 manat da borclu qalmışlar. Cavabdehlər işləyib həmin məbləği 1 il ərzində ödəməyə söz vermişlər. Lakin sonralar cavabdehlər maşının işləmədiyini, onu təmir etdirməyin də sərfetmədiyini bəhanə gətirərək qalan pulu ödəməkdən yayınmışlar. Halbuki, şəxsən o özü mübahisəli maşını işlək vəziyyətdə Elnurun atasının işlətdiyi obyektin həyətinə sürüb aparmış və orada Elnur maşının işləməsini bir daha yoxlayıb təhvil almışdır. O, cavabdehlərlə axrıncı söhbətində onlara notarial qaydada 6 ay və ya 1 il müddətinə borc müqaviləsi bağlamağı təklif etmiş, lakin cavabdehlər onun təklifi ilə razılaşmamışlar. Cavabdehlər pulu vermədikdə o və atası maşını geri götürmək istəmişlər. Lakin cavabdehlər maşının geri alınmasının mümkün olmaması üçün onun həm pompasını (aqreqatını), həm də yararlı hissələrini söküb başqa bir maşının üzərinə quraşdırmışlar. O və atası hətta, onların maşınının aqreqat və yararlı hissələrinin hansı avtomobilin (KAMAZ markalı) üzərinə quraşdırıldığını bilirlər. Ona görə də atası məcbur qalıb cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı оğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(033)-256/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə həqiqətən də cavabdehlərin ona 28.200 ABŞ dolları borcunun qalmasını təsdiqləyən sübutlar təqdim edə bilməmişdir. Məhkəmə iclasında iş üzrə cavabdehlər iddiaçı ilə aralarında uzun müddət heç bir narazılığın olmadığını, tam şəkildə halallaşaraq maşınlarını dəyişdirdiklərini, əlavə olaraq iddiaçının tələb etdiyi 1300 manatı da ona verdiklərini, məhz bundan sonra iddiaçının özünə məxsus maşınla bağlı onlara baş etibarnamə verdiyini bildirmişlər, iddiaçı isə məhkəməyə bu dəlilləri təkzib edən hər hansı sübut təqdim etməmişdir.Yaranmış vəziyyətdə məhkəmə mübahisə ilə bağlı iddiaçının haqlı olmaması nəticəsinə gəlmişdir. İddiaçı həqiqətən də cavabdehlərin ona sözügedən məbləğdə borclarının olmasını sübuta yetirə bilməmişdir. Əksinə, iddiaçı tərəfindən maşınla bağlı cavabdehlərə həmin maşın üzərində sərəncam vermək hüququna dair etibarnamə verilməsi özlüyündə həmin vaxt tərəflər arasında razılaşmanın olmasını təsdiq edən sübut kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, sonuncu məhkəmə iclası məhz iddiaçı tərəfindən sübutların təqdim edilməsi məqsədilə təxirə salınmış, məhz hansı sübutların məhkəməyə təqdim olunması iddiaçıya izah edilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş, nə də tələb olunan sübutları rabitə xidməti və ya təmsilçi vasitəsilə məhkəməyə göndərməmişdir. Bu da iddiaçının məhkəməyə təqdim edə biləcəyi müvafiq sübutlarının olmamasına dəlalət etmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının hüquqi mövqeyi və göstərişləri kontekstində yenidən araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamış, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, yekunda düzgün olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apelyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və həmin nəticənin işin faktiki hallarına uyğun olmadığı qənaətindədir. Belə ki, işdə olan Qax rayon Dövlət Notariat Notariat Kontoru tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli, ƏN-İV seriyalı 776226 nömrəli etibarnamədən görünür ki, İddiaçı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi Cavabdeh1 Valyuddin oğluna etibar etmişdir. İşdə olan AB seriyalı 861746 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, VOLVO PUTZMEİSTER YÜK, istehsal ili 1988, ** BG *** dövlət nömrə nişanlı avtomobil İddiaçı adına xx xxxxxx 2012-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli FORMA B-27 nömrəli arayışından görünür ki, İddiaçı Ali Məhkəmənin xx.xx.2013-cü il tarixli qərarı ilə CM-in 263.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin, İddiaçı 10 nömrəli müəssisədə xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək cəza müddəti çəkib və cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, VOLVO PUTZMEİSTER (yük) markalı, istehsal ili 1988-ci il olan, ** BG *** dövlət nömrə nişanlı avtomobil İddiaçı adına xx xxxxxx 2012-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı özünə məxsus həmin maşını (betonvuran aqreqatı) cavabdehlərə məxsus KAMAZ-Mikser (beton qarışdıran) markalı yük maşını ilədəyişdirmiş, cavabdehlərdən əlavə olaraq 1300 manat pul da almışdır. Bundan sonra iddiaçı sözügedən maşınla bağlı Cavabdeh1 Valyuddin oğluna xx xxxx 2015-ci il tarixli baş etibarnamə vermişdir. Həmin etibarnamə ilə İddiaçı nəqliyyat vasitəsini (yəni mübahisəli avtomobili) sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsiləəlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi Cavabdeh1 Valyuddin oğluna etibar etmişdir. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərə verdiyi yük maşınının naturada qaytarılmasını və ya dəyəri olan 28.200 ABŞ dolları pulun (müəyyən olunmuş faizlərlə hesablanmış maddi gəlir də daxil olmaqla) cavabdehlərdən alınaraq ona verilməsini xahiş etmişdir. Eyni zamanda, mülki işin materialları ilə müəyyən edilir ki, **-BG-*** qeydiyyat nişanlı, VOLVO PUTZMEİSTER markalı, 1988-ci il buraxılışlı avtomaşın İddiaçı mülkiyyəti kimi onun adına qeydiyyata alınmış və ona AB seriyalı 483941 saylı şəhadətnamə verilmişdir. O, həmin avtomaşını xx xxxx 2015-ci il tarixdə etibarnamə əsasında 11 ay 28 gün müddətinə, yəni xx xxxx 2016-cı il tarixədək Cavabdeh1 Valyuddin oğlunun ixtiyarına vermişdir. Həmin etibarnamənin müddəti bitmişdir. İddiaçı tərəfindən tələb olunan avtomaşın indiyədək onun mülkiyyətindədir və o, qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan avtomaşını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki işin materialları ilə müəyyən edilir ki, iddiaçı tələb etdiyi **-BG-*** qeydiyyat nişanlı, VOLVO PUTZMEİSTER markalı avtomaşının mülkiyyətçisidir. Cavabdeh1 verilmiş etibarnamənin müddəti bitdiyinə görə isə onun həmin avtomaşına sahibliyi qanunsuzdur. Göründüyü kimi, iddiaçı ona məxsus mübahisəli avtomobili cavabdehlərdən tələb etməkdə haqlıdır. Cavabdehlərin dəlillərinə görə onlar mübahisəli avtomobili iddiaçıdan xx xxxx 2015-ci il tarixli etibarnamə əsasında faktiki olaraq almışlar və həmin avtomobilin dəyəri əvəzində iddiaçıya KAMAZ-Mikser (beton qarışdıran) markalı avtomobil, əlavə olaraq 1300 manat pul vermişlər. Bu yolla onlar iddiaçı ilə tam hesablaşmışlar və buna görə iddiaçı onlara (Cavabdeh1 adına) etibarnamə vermişdir. Onlar avtomobili iddiaçıdan indiki, yəni pompasız (betonvuran aqreqatsız) və işləməyən (işə düşməyən) vəziyyətində qəbul edib yedəyə almaqla hazırda olduğu yerə aparmışlar. Lakin cavabdehlərin həmin dəlilləri həqiqətə uyğun görünmür. Əvvəla, elə vəziyyətdə olan avtomobili almağın hansı zərurətdən irəli gəlməsi başa düşülən deyil. Digər tərəfdən, avtomobili nasazlığına görə idarə etmək mümkün olmayan halda ondan ötrü etibarnamə almaq lüzumsuz olardı. Cavabdehlərin avtomobili iddiaçıdan pompasız (aqreqatsız) aldıqları barədə mülahizələri isə daha məntiqsiz və qeyri-səmimi görünür, ona görə ki, onlar həmin avtomobili məhz üzərindəki pompaya görə almışlar. Cavabdehlərin avtomobili əldə edərkən onun texniki vəziyyəti ilə bağlı mülahizələri işdə olan sübutlarla, o cümlədən şahid ifadələri ilə də təkzib olunur... Bu kimi xüsusatlar ehtimal etməyə əsas verir ki, mübahisəli avtomobil cavabdehlərə təhvil verilərkən heç də yararsız və işləməyən vəziyyətdə olmamışdır. 1988-ci ildən istismarda olan həmin avtomobilin cavabdehlər tərəfindən əldə edilən (istifadəyə götürülən) zaman köhnə olması, təmirə ehtiyacının olması təbiidir və yəqin ki, bunu cavabdehlər özləri də bilirdilər. İnternetdə axtarış vasitəsi ilə əldə edilmiş resusların təhlilindən görünür ki, hazırda alqı-satqı üçün təklif olunan VOLVO PUTZMEİSTER markalı, buraxılış ili 1990-cı il olan avtomaşının satış qiyməti 26.644 ABŞ dolları (45.294 AZN); həmin markalı, buraxılış ili 1994-cü il olan avtomaşının satış qiyməti 34.900 ABŞ dolları (59.330 AZN); həmin markalı, buraxılış ili 1997-ci il olan avtomaşının satış qiyməti 55.000 ABŞ dolları (93.500 AZN) kimi göstərilmişdir. Müqayisəli təhlil aparıldıqda belə nəticəyə gəlmək olur ki, 4 il əvvəl cavabdehlər mübahisəli avtomobili əldə edərkən onun dəyəri təxminən 25.000-26.000 ABŞ dolları civarında olmuşdur. Cavabdehlər mübahisəli avtomobili iddiaçıdan faktiki olaraq satın aldıqlarını iddia etsələr də, lakin alqı-satqı qiyməti və ödəniş şərtləri barədə hansı razılığa gəldiklərini bildirməkdən yayınır, iddiaçıya 12.500 manat dəyərində KAMAZ-Mikser (beton qarışdıran) markalı avtomobil və əlavə olaraq 1300 manat pul verməklə başabaş hesablaşdıqlarını iddia edirlər. İddiaçı isə cavabdehlərin ona 12.500 manat dəyərində KAMAZ-Mikser (beton qarışdıran) markalı avtomobil və əlavə olaraq 1300 manat pul vermələrini inkar etmir və bildirir ki, bunlar onun avtomobilinin dəyərinin bir hissəsini təşkil etmiş, cavabdehlər ona 1 il ərzində daha 19.000 manat pul ödəməli olmuşlar. Buna görə də o, cavabdehlərə 1 illik etibarnamə vermişdir. Lakin sonralar cavabdehlər maşının işləmədiyini, onu təmir etdirməyin isə sərf etmədiyini, çox xərc tələb olunduğunu bəhanə gətirərək qalan pulu ödəməkdən yayınmışlar. Hazırda iddiaçı mülkiyyətində olan mübahisəli avtomobili cavabdehlərdən naturada və onlara verdiyi, yəni işlək vəziyyətdə tələb edir. Lakin avtomobilin indiki vəziyyətinin məhkəməyə təqdim olunmuş fotoşəklindən görünür ki, onun üzərində pompa (betonvuran aqreqat), mühərriki, oturacaq və qapıları yoxdur. İddiaçı avtomobili belə vəziyyətdə qəbul etməməkdə haqlıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər mübahisəli avtomobili təmir etdirib işlək vəziyyətdə naturada iddiaçıya qaytarmalı, bu mümkün olmadıqda isə həmin avtomobilin onlara verildiyi vaxtda olmuş vəziyyətinin bərpasına çəkiləcək xərclərin əvəzində onun qalıq dəyəri kimi tələb edilən 19.000 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməlidirlər. Məhkəmə kollegiyasının qənaətincə, mübahisəli avtomobilin təmir-bərpasına çəkiləcək xərclərin 19.000 manat məbləğindən xeyli artıq olması mümkündür. Bunu müəyyən edə biləcək mütəxəssislərin tapılması və müvafiq rəy alınması mümkün olmadığından məhkəmə kollegiyası ağlabatan ehtimallar əsasında mühakimə yürütmək məcburiyyətindədir. İddiaçını isə ona avtomobilinin qalıq dəyəri kimi 19.000 manat məbləğində pul vəsaitinin cavabdehlər tərəfindən ödənilməsi qane edir (bu barədə məhkəmə kollegiyasına ərizə vermişdir). Belə vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, mübahisəli avtomobilin təmir-bərpasına çəkiləcək xərclərin dəqiq müəyyən olunmasına lüzum yoxdur, ona görə ki, məhkəmə cavabdehlərə seçim imkanı verir və onlar üçün əlverişli olan 2 variantdan birini özləri seçməlidirlər: ya mübahisəli avtomobili təmir etdirib işlək vəziyyətdə naturada iddiaçıya qaytarmaq, ya da (birinci variant əlverişli olmadıqda) iddiaçıya həmin avtomobilin qalıq dəyəri kimi 19.000 manat pul ödəmək. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 qarşı “avtomobiltələbinə dair” iddiası qismən təmin edilməli və VOLVO PUTZMEİSTER (yük) markalı, istehsal ili 1988-ci il olan, **-BG-*** dövlət nömrə nişanlı avtomobil təmir edilərək işlək vəziyyətdə naturada, bu mümkün olmadıqda isə onun qalıq dəyəri (təmirinə çəkiləcək xərclər) əvəzində 19.000 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməsi qət edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ dedikdə subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq başa düşülür. Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər... Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab edərək rədd etməkdə haqlı olmamış, iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-256/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi də qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı оğlu tərəfindən verilmiş аpelyаsiyа şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-256/2019 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 qarşı “avtomobiltələbinə dair” iddiası qismən təmin edilsin və VOLVO PUTZMEİSTER (yük) markalı, istehsal ili 1988-ci il olan, **-BG-*** dövlət nömrə nişanlı avtomobil təmir edilərək işlək vəziyyətdə naturada, bu mümkün olmadıqda isə onun qalıq dəyəri (təmirinə çəkiləcək xərclər) əvəzində 19.000 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər (tərəflər, üçüncü şəxslər və s.) tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə ondan kassasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar