Məhkəmə qərarları › İş №2(107)-574/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-574/2020

13.05.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-574/2020 13.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-956/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hаkim Ruslan Əlizadə) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiаsı qismən təmin edilərək, tərəflərin birgə nikahı dövründə əldə edilmiş “Mercedes-Benz E350” markalı **- VJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə İddiaçı payı üçdə iki hissədə müəyyən edilməklə, İddiaçı çatası payın dəyəri olan 18000 manat pul vəsaitinin Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh1 аpelyаsiyа şikаyəti verərək, birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini və “Mercedes-Benz E350” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün ekspertiza təyin etməklə müəyyən edilən qiymətin bərabər bölünməsi barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-956/2019 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dаir” iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, “Mercedes-Benz E350” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 mülkiyyətinə keçirilməsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, birgə nikah dövründə əldə edilmiş həmin avtomobilin Cavabdeh1 ilə onun arasında bölüşdürülməsi üçün hazırkı bazar dəyərinin müəyyən edilərək həmin məbləğin üçdə iki hissəsinin iş üzrə cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxаrılmаsını xаhiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış “Mercedes-Benz E350” markalı **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Cavabdeh2 mülkiyyətinə keçirilməsinə dair xx xxxxxxx 2018-ci il tarixli, qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş əqdin (müqavilənin) etibarsız hesab edilməsinə, birgə nikah dövründə əldə edilmiş həmin avtomobilin Cavabdeh1 ilə onun arasında bölüşdürülməsi üçün avtomobilin hazırkı bazar dəyərinin müəyyən edilərək həmin məbləğin üçdə iki hissəsinin cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxаrılmаsını xаhiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələblərini müdafiə edərək göstərmişdir ki, tərəflər xx xxxx 2014-cü il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından xx xxxxxxx 2015-ci il tarixdə X4 adlı övladları anadan olmuşdur. Ailə münasibətləri baş tutmadığından İddiaçı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(004)-6581/2018 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaq anasının himayəsində saxlanılmış və uşağın saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Tərəflər birgə nikah dövründə “Mercedes-Benz E350” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Həmin avtomobil iddiaçının xəbəri və razılığı olmadan keçmiş qaynatası Cavabdeh2 mülkiyyətinə keçirilmişdir. Cavabdeh1 həmin avtomobili Cavabdeh2 adına keçirməklə, avtomobili birgə nikah dövründə əldə olunmuş əmlakların siyahısından çıxarmaq məqsədi güdmüşdür. Ona görə də məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya şikayəti və proses iştirakçılarının dəlilləri Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməyin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli qətnaməsi dəyişdirilməli və iddia tələbi qismən təmin ediməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh1 xx xxxx 1989cu ildə Yevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri R.Balakişiyev küçəsi, ev 13-də qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1991-ci ildə Yevlax şəhərində anadan olmaqla, Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti, məhəllə 3153, mənzil 141-də qeydiyyatdadır. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(004)-6581/2018 nömrəli qətnaməsinin surətindən məlum olur ki, tərəflər arasında xx xxxx 2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh1 xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət X7 tərəfindən xx xxxxxx 2019cu il tarixdə vəkil sorğusuna və xx xxxxxx 2019-cu il tarixdə məhkəmə sorğusuna verilmiş cavablardan, habelə sonuncu cavabla məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, “Mercedes-Benz E350” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxx 2018-ci il tarixdə vətəndaş Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, xx xxxxxxx 2018-ci il tarixdə isə hesab-arayış əsasında vətəndaş Cavabdeh2 adına sənədləşdirilmişdir. “Mercedes-Benz E350” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda vətəndaş Cavabdeh2 mülkiyyətindədir. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh2 xx xxxxx 1952-ci ildə Yevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri R.Balakişiyev küçəsi, ev 13-də qeydiyyatdadır. İşdə olan “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli rəyindən məlum olur ki, “Mercedes-Benz E350” markalı, qara metalik rəngli, ban WDB2110561B374384, buraxılış ili 2008-ci il olan **-VJ-*** qeydiyyat nişanlı avtomobilin müqayisəli yanaşma ilə xx xxxx 2019-cu il tarixinə dəyəri 27000 manat təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi mütəxəssis rəyi (“xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli rəyi) əsas götürülməklə “Mercedes-Benz E350” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 27000 manat məbləğində qiymətləndirilməli, himayəsində qalan uşağın mənafeyi nəzərə alınmaqla iddiaçının birgə nikah dövründə əldə edilmiş həmin avtomobildə payı 2/3 (üçdə iki) hissə müəyyən edilməli və payın dəyəri olan 18000 manat pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Mülki işi Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının hüquqi mövqeyi və göstərişləri kontekstində yenidən araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, cavabdeh apelyasiya şikayətində sözügedən avtomobilin dəyərini mübahisələndirdiyi üçün apelyasiya baxışı zamanı Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 4938 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “Mercedes Benz-350” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, minik tipli, mühərrik gücü 3500 sm3 olan avtomobilin ekspertiza tədqiqatına təqdim edilmədiyini nəzərə alaraq, baxış keçirilmədən faktiki olaraq avtomobilin hazırda hansı vəziyyətdə olmasını müəyyən etmək mümkün deyildir. Ona görə də avtomobilin qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq müəyyən edilir. Malın (işin, xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdər. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsdiq olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja katirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir... Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet (sayt: Az.turbo) məlumatlarına və Mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən “Mercedes Benz-350” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, minik tipli, mühərrik ğücü 3500 sm3 olan normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 25000,00 (iyirmi beş min) manat müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 97.5-ci maddəsinə müvafiq olaraq, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) ..., məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Ekspertin rəyindən göründüyü kimi, Cavabdeh2 mülkiyyətinə keçən mübahisəli avtomobili ekspert tədqiqatına təqdim etməmişdir, halbuki, məhkəmə qərardadı ilə onun üzərinə belə bir öhdəlik qoyulmuşdur. Ona görə də ekspert avtomobilə baxış keçirmədən, nəzəri üsullardan istifadə etməklə onun dəyərini müəyyən etmişdir. MPM-in 97.5-ci maddəsinin mənası baxımından məhkəmə kollegiyası ekspertin gəldiyi nəticəni əsaslı hesab edir və cavabdeh bu nəticənin onun ziyanına olmasını mübahisələndirə bilməz. Beləliklə, məhkəmə kollegiyası, barəsində tərəflərin birgə mülkiyyət hüquqları olan mübahisəli avtomobilin hazırkı orta bazar qiymətini 25000,00 (iyirmi beş min) manat məbləğində qəbul edir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 ilə İddiaçı aralarındakı nikah pozulandan az müddət sonra onların birgə mülkiyyətlərində olmuş “Mercedes Benz-350” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil formal əqd əsasında digər cavabdeh (Cavabdeh1 atası) Cavabdeh2 mülkiyyətinə keçmişdir. Hər iki cavabdehin yaşayış (qeydiyyat) ünvanı eynidir. Bu da onu təsdiqləyir ki, mübahisəli avtomobil yenə də Cavabdeh1 sahiblik və istifadəsindədir və onunla iddiaçının (keçmiş ər-arvadın) birgə mülkiyyəti olaraq qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Ailə Məcəlləsinin 37.1 və 37.2-ci maddələrinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir... Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. İddia tələbindən göründüyü kimi, iddiaçı mübahisəli əmlakda (avtomobildə) onun payının 2/3 hissədə müəyyən olunmasını tələb etmişdir. Cavabdeh isə apelyasiya şikayətində buna etiraz edərək mübahisəli avtomobildə payların bərabər müəyyən olunmasını xahiş etmişdir. Apelyasiya baxışında iddiaçının nümayəndəsi (vəkili) mübahisəli avtomobildə iddiaçının payının 2/3 hissədə müəyyən olunması barədə arqumentini məhkəmə kollegiyasına təqdim etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə əsaslandırmağa çalışmışdır. Həmin qərar eyni tərəflər arasında “Toyota – Land Cruicer” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bölünməsi tələbi ilə bağlı qəbul olunmuşdur. Qərardan görünür ki, kassasiya kollegiyası “Toyota – Land Cruicer” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində iddiaçının payının 2/3 hissədə müəyyən olunması barədə aşağı instansiya məhkəmələrinin gəldikləri qənaətlə razılaşmış və belə qənaəti iddiaçının himayəsində qalmış azyaşlı uşağın mənafeyi baxımından əsaslı saymışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, Ailə Məcəlləsinin 37.2-ci maddəsinə istinadən ər-arvadın birgə mülkiyyətinin bölünməsi zamanı payların bərabər müəyyən edilməməsi (götürülməməsi) müstəsna hallar üçün nəzərdə tutulmuşdur. Ümumi qayda isə ər-arvadın birgə mülkiyyətinin bölünməsi zamanı payların bərabər hesab (müəyyən) edilməsidir. Konkret tərəflər arasında birgə mülkiyyətin bölünməsi zamanı Ailə Məcəlləsinin 37.2-ci maddəsi artıq bir dəfə (“Toyota – Land Cruicer” markalı avtomobilin və 32,80 kv.m sahəsi olan qeyri-yaşayış binasının bölünməsi zamanı) iddiaçının xeyrinə tətbiq olunmuşdur. Lakin belə bölgünün ər-arvadın birgə mülkiyyətində olan bütün əmlaklara şamil edilməsi düzgün və əsaslı sayıla bilməz. Odur ki, məhkəmə kollegiyası hazırkı iş üzrə “Mercedes Benz-350” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı mübahisəli avtomobilin tərəflər arasında bölünməsi zamanı payların bərabər müəyyən olunmasını məqsədəuyğun hesab edir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli qətnaməsi dəyişdirilməli və tərəflərin birgə nikahı dövründə əldə edilmiş “Mercedes-Benz E350” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə İddiaçı payı ½ (ikidə bir) hissə müəyyən edilməklə, həmin payın dəyəri olan 12.500 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh1 12.500 manat məbləğində pul vəsaitini İddiaçı ödəməklə mübahisəli avtomobili özünün (atası Cavabdeh2) mülkiyyətində saxlaya bilər. Cavabdeh həmin pulu iddiaçıya ödəməkdən boyun qaçırarsa və ya imtina edərsə, iddiaçı eyni məbləğdə pul vəsaitini cavabdehə ödəməklə sözügedən avtomobili əldə edə və ya avtomobilin açıq hərracdan satılmasını və əldə edilən pul vəsaitinin (hərracla bağlı xərclər çıxılandan sonra qalan hissəsinin) tərəflər arasında bərabər bölünməsini tələb edə bilər. Qeyd edilən variantlar və onların tətbiqi qaydası Mülki Məcəllənin 220.3-220.6-cı maddələri ilə tənzimlənir. Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilməli və tərəflərin birgə nikahı dövründə əldə edilmiş “Mercedes- Benz E350” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, hazırkı orta bazar qiyməti25000,00 (iyirmi beş min) manat məbləğində olan avtomobildə İddiaçı payı ½ (ikidə bir) hissə müəyyən edilməklə, həmin payın dəyəri olan 12.500 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi qət edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi müvafiq ekspertizanı Cavabdeh1 vəsatəti əsasında təyin etdiyindən, habelə iddia tələbi ümumən təmin edildiyindən məhkəmə ekspertizasının xərcini təşkil edən 120 (bir yüz iyirmi) manat pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli,2(039)-956/2019 nömrəliqətnaməsidəyişdirilsin. Tərəflərin birgə nikahı dövründə əldə edilmiş “Mercedes-Benz E350” markalı **-VJ- *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, hazırkı orta bazar qiyməti25000,00 (iyirmi beş min) manat məbləğində olan avtomobildə İddiaçı payı ½ (ikidə bir) hissə müəyyən edilməklə, həmin payın dəyəri olan 12.500 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat pul vəsaiti Cavabdeh1 tutularaq Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilsin. Hazırkı qətnamədən tələbləri təmin olunmamış işdə iştirak edən şəxslər qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar