Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-574/2025 27.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - X5 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2025-ci il tаrixli, 2(051)-78/2025 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Mobil MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “Arçelik” kondisioner - 2019-cu ildə alınıb 1800 manata, hazırda qiyməti - 1500 manat, “Samsung” soyuducu elektro senser - 2015-ci ildə alınıb 950 manata, hazırda qiyməti - 750 manat, mətbəx stol və stul - 330 manat, künc divan - 2020ci ildə alınıb 1800 manata, hazırda qiyməti - 1400 manat, eyvanlara şkaf yığılıb (usta haqqı ilə birlikdə) - 750 manat, mebel qonaq dəsti - 2015-ci ildə alınıb 3.800 manata, hazırda qiyməti - 2000 manat, mebel yataq dəsti - 2006-cı ildə alınıb - 1700 manata, hazırda qiyməti - 1000 manat, cəmi 7.730 manat məbləğində qiymətləndirmişdir.
2. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
3. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1416/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği azaldılaraq 01 yanvar 2008-ci il təvəllüdlü X3, 04 avqust 2009-cu il təvəllüdlü X4 və 01 avqust 2014-cü il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 50 (əlli) manat, cəmi 150 (bir yüz əlli) manat məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir.
4. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(051)-105/2023 saylı qərardadından görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1416/2021 saylı icra sənədi üzrə icraatda tələbkar olan Cavabdeh tələbdən imtinasının qəbul edilməsi qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, təqdimata əlavə olunmuş tələbkar Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, öz aralarında razılıq əldə etməklə aliment tələbi ilə bağlı tələbindən imtina etmiş və gələcəkdə də bununla bağlı heç bir iddia verməyəcəyini bildirmişdir. Odur ki, məhkəmənin xx.xx.2021-ci il tarixli 2(051)-1416/2021 saylı icra sənədi üzrə iddiadan imtina edilməsinin qəbul edilməsini xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən birgə nikah dövründə əldə olunmuş 6 adda daşınar əşyaların, əşyalar mövcud olmadıqda onların dəyərinin yarısı olan 3.490 (üç min dörd yüz doxsan) manat və 2 ədəd şkaf (eyvan üçün) əşya yerində olmasa onların bütöv dəyəri 750 (yeddi yüz əlli) manat, mediasiya xərcinin yarısı, yəni 30 (otuz) manat və ödədiyi dövlət rüsumunun 12.40 manat yarısı, yəni 6.20 manat, “Mobil MMC”-nin qiymətləndirmə rəyinin 50 (əlli) manat yarısı, yəni 25 (iyirmi beş) manat alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikah bağlamışdır. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Rifan, xx.xx.2009-cu il tarixdə Aişə və xx.xx.2014-cü il tarixdə Abidin adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Birgə nikah dövründə əldə olunan əşyalar bunlardır: qiyməti 1500 manat olan 1 ədəd kondisioner (Arçelik), qiyməti 750 manat olan 1 ədəd soyuducu (Samsung), qiyməti 330 manat olan mətbəx üçün stol, stul, qiyməti 1400 manat olan 1 ədəd divan (künc), qiyməti 2000 manat olan qonaq otağı (1 kamot, 2 servant (qorka) 6 nəfərlik masa, 6 nəfərlik stul), qiyməti 1000 manat olan 1 ədəd mebel yataq dəsti, əşyaların ümumi dəyəri 6.980 manatdır. Bu əşyanı o, nikah pozulandan sonra almışdır. Qiyməti 750 manat olan 2 ədəd şkaf (eyvan üçün). Qonaq dəstini birgə nikah dövründə almışlar. Kombi tələb etmir. Kondisioneri özü almışdır. Divanı birlikdə gedib Gorandan almışlar. Zal mebelinin pulunu cavabdehin atası verib, ancaq birgə nikah dövründə almışlar, yataq dəsti cavabdehin cehizidir. Boşandıqdan sonra o, cavabdehlə uşaqlara görə barışmış və bir evdə yaşamışlar, lakin sonradan yenə aralarında mübahisə olduğuna görə 2023-cü ildə ayrılmışlar. Ondan sonra qarşılıqlı razılıq əsasında birgə nikah dövründə aldıqları mənzili satıb pulunu bölmüşlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə ailə münasibətlərinə daxil olduqdan sonra 3 il onlar kirayədə yaşamışlar. Kirayə evə köçəndə valideynləri “Beko” markalı soyuducu, divan dəsti, yataq dəsti, “Beko” markalı televizor cehiz vermişdirlər. Daha sonra onlar 2019-cu ilin avqust ayında mənzil almış, həmin mənzilə köçən zaman adı çəkilən əşyaları da aparmışlar, həmçinin valideynləri kirayədə yaşadıqları üçün bəzi əşyalarını cehiz vermədiklərindən bu evə mətbəx mebeli (quraşdırılmış şkaflar, 1 ədəd 4 nəfəlik masa, 4 ədəd stul), qonaq otağı mebeli (1 kamot, 2 servant, 1 ədəd 6 nəfərlik masa, 6 ədəd stul) almışlar. Əlavə olaraq qab-qacaq, qazan dəstləri, tozsoran, paltaryuyan maşın, mətbəx üçün lazım olan elektro avandanlıqlar, televizor, bir sözlə, valideynləri ev üçün lazımlı hər bir əşyaları almışlar. Daha sonra ilk dəfə olaraq ona cehiz verilən soyuducunu bəyənmədiyindən atasının ürəyi dözməyib özü cavabdehlə birlikdə gedib yeni “Samsung” markalı soyuducu almışdır. Ərizədə göstərilən eyvana yığılan şkaf və onun cehiz olaraq apardığı mətbəx mebeli birgə nikah dövründə aldıqları mənzili hər ikisinin razılığı ilə satan zaman mənzillə birlikdə mənzilin yeni sahibinə satılmışdır. Həmin məbləğ də aralarında bölünübdür. Kondisioner evi satanda içində qalıb. Divanı anası pul verib almışlar. Kondisioneri iddiaçı alıb. İddia tələbini qismən qəbul edir. O iddiaçı ilə 2023-cü ildə barışsa da, qısa müddət sonra yenə də ayrılmışlar. Hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmədən iddianın qismən təmin olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 20 fevral 2025-ci il tаrixli, 2(051)-78/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh qiyməti 1400 manat olan 1 ədəd divan (künc) naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyanın dəyəri alınıb İddiaçı verilməsi, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pulun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınıb İddiaçı verilməsi, Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 12.40 (on iki manat qırx qəpik) manat məbləğində pulun yarısı, yəni 6.20 (altı manat iyirmi qəpik) manat məbləğində pul alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, tərəflər bigə nikah dövründə əldə etdikləri 1 ədəd kondisionerə 1500 manat, 1 ədəd dəyəri 750 manat olan soyuducuya 375 manat, bir ədəd dəyəri 1400 manat olan künc divanına 700 manat, cəmi 2575 manat birgə nikah dövründə qazanılmış vəsait sərf etmişlər. Belə olanhalda tərəflərin birgə nikah dövründə əldə etdikləri daşınar əşyaların ümumi dəyəri 2575 manat təşkil edir. Ona görə də həmin vəsait birgə nikah dövründə əldə edilmiş vəsait hesab edilməli və tərəflər arasında bərabər bölünməlidir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, həmin əşyaların alınmasına çəkilmiş xərclərin birgə nikah dövründə qazanılmış vəsaitin iddiaçının payına düşən hissəsi cəmi 1287.5 manat təşkil edir. Hazırkı vəziyyətdə tərəflər arasında mübahisə daşınar əşyaların bölünməsi ilə bağlı mübahisə olduğuna görə daşınar əşyalar birgə nikah dövründə qazanılmış vəsaitə uyğun olaraq tərəflər arasında naturada bölünməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən dəyəri 1400 manat olan 1 ədəd divan (künc) naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyanın dəyəri alınıb iddiaçıya verilməlidir.
11. Məhkəmə birgə nikah dövründə əldə edilməsi iddia olunan qiyməti 330 manat olan mətbəx üçün stol, stul, qiyməti 2000 manat olan qonaq otağı (1 kamot, 2 servant (qorka) 6 nəfərlik masa, 6 nəfərlik stul), qiyməti 1000 manat olan 1 ədəd mebel yataq dəstinin naturada, mövcud olmadıqda isə dəyərinin yarısının, həmçinin qiyməti 750 manat olan 2 ədəd şkafın (eyvan üçün) naturada, mövcud olmadıqda isə dəyərinin alınıb verilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. Belə ki, iddiaçı qiyməti 330 manat olan mətbəx üçün stol, stul, qiyməti 2000 manat olan qonaq otağı (1 kamot, 2 servant (qorka) 6 nəfərlik masa, 6 nəfərlik stul), qiyməti 1000 manat olan 1 ədəd mebel yataq dəstinin birgə təsərrüfatı idarə etdikləri müddət ərzində qazandıqları vəsait hesabına aldıqlarına, həmçinin qiyməti 750 manat olan 2 ədəd şkafın (eyvan üçün) cavabdehin mülkiyyətində qalmasına dair heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə həmin halları etiraf etməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməməlidir. Belə ki, tərəflər arasındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulsa da 2023-cü ildə öz aralarında razılıq əldə edərək barışmış və birgə təsərrüfatı idarə edərək birgə yaşamışlar. Tərəflər bir müddət sonra yenidən ayrılmışlar. Bununla da tərəflər arasında nikahın pozulması ilə bağlıqanunla müəyyən edilmiş 3 illik iddia müddətini axımı dayanmış, yəni iddiaçı 2023-cü ilin sonunda tam şəkildə boşandığına əmin olmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1,32.2, 36.1, 36.3 və 36.9-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1, 372.2 və 377.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3 və 222.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. İddiaçı Mikayılov X1 Şəhər Məhkəməsinin 20 fevral 2025-ci il tаrixli, 2(051)- 78/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Rifan, xx.xx.2009-cu il tarixdə Aişə və xx.xx.2014-cü il tarixdə Abidin adlı övladları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə əldə olunan əşyalar cavabdehin evində qalmışdır. Qiyməti 1500 manat olan 1 ədəd kondisioner (Arçelik), qiyməti 750 manat olan 1 ədəd soyuducu (Samsung), qiyməti 330 manat olan mətbəx üçün stol, stul, qiyməti 1400 manat olan 1 ədəd divan (künc), qiyməti 2000 manat olan qonaq otağı (1 kamot, 2 servant (qorka) 6 nəfərlik masa, 6 nəfərlik stul), qiyməti 1000 manat olan 1 ədəd mebel yataq dəsti, əşyaların ümumi dəyəri 6.980 manatdır. Bu əşyaları nikah pozulandan sonra qiyməti 750 manat olan 2 ədəd şkaf (eyvan üçün). Qonaq dəstini birgə nikah dövründə almışlar. Qonaq dəstini birgə nikah dövründə almışlar. Kombi tələb etmir. Kondisioneri özü almışdır. Divanı birlikdə gedib Gorandan almışlar. Zal mebelinin pulunu cavabdehin atası verib, ancaq birgə nikah dövründə almışlar, yataq dəsti cavabdehin cehizidir. Boşandıqdan sonra o cavabdehlə uşaqlara görə barışmış və bir evdə yaşamışlar, lakin sonradan yenə aralarında mübahisə olduğuna görə 2023-cü ildə ayrılmışlar. Ondan sonra qarşılıqlı razılıq əsasında birgə nikah dövründə aldıqları mənzili satıb pulunu bölmüşlər. Cavabdehdən 1500 manat olan 1 ədəd kondisioner (Arçelik), və qiyməti 750 manat olan 1 ədəd soyuducu (Samsung), istədikdə cavabdeh qaytarmaqdan imtina etmişdir. Ona görə də həmin əşyalar yerində olmadıqda onların dəyərini istəyir. Cavabdeh dediklərinə görə guya ilk dəfə olaraq ona cehiz verilən soyuducunu bəyənmədiyindən atasının ürəyi dözməyib özü cavabdehlə birlikdə gedib yeni “Samsung” markalı soyuducu almışdır. Halbuki, kondisoneri və soyuducunu o almışdır. Bunu cavabdeh özü də məhkəmə iclasında kondisoneri onun aldığını təsqidləsə də, soyuducunu onun almadığını bildimişdir. Halbuki, bununla bağlı foto şəkillər var. Eyni zamanda işdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “Arçelik” kondisioner - 2019-cu ildə alınıb 1800 manata, hazırda qiyməti - 1500 manat, “Samsung” soyuducu elektro senser - 2015-ci ildə alınıb 950 manata, hazırda qiyməti - 750 manat, mətbəx stol və stul - 330 manat, künc divan - 2020- ci ildə alınıb 1800 manata, hazırda qiyməti - 1400 manat, eyvanlara şkaf yığılıb (usta haqqı ilə birlikdə) – 750 manat, mebel qonaq dəsti - 2015-ci ildə alınıb 3.800 manata, hazırda qiyməti - 2000 manat, mebel yataq dəsti - 2006-cı ildə alınıb - 1700 manata, hazırda qiyməti - 1000 manat, cəmi 7.730 manat məbləğində qiymətləndirilməsi də mötəbər sübutdur. Odur ki, qeyd olunanlara əsasən Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2025-ci il tаrixli, 2(051)-78/2025 saylı qətnaməsi iddianın qismən təmin edilməsi-Cavabdeh qiyməti 1400 manat olan 1 ədəd divan (künc) naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyanın dəyəri alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməsi və 1500 manat olan 1 ədəd kondisionerin (Arçelik) və qiyməti 750 manat olan 1 ədəd soyuducunun (Samsung) alınıb iddiaçıya verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazında divanın qiymətinin halhazırda 500 manat olmasını göstərsə də, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Eyni zamanda etirazında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
17. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
21. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. (...).
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş cehiz əmlakının geri qaytarılması, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı cehiz əmlakının geri qaytarılması onun mülkiyyətidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
25. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
26. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
27. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
28. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlak8da ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
29. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Qərarı: - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ərarvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.
31. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı: - 3.6. Əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir.
36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2025-ci il tаrixli, 2(051)-78/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
48. Müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha bağlamışdır. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Rifan, xx.xx.2009-cu il tarixdə Aişə və xx.xx.2014-cü il tarixdə Abidin adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Birgə nikah dövründə əldə etdikləri vəsait hesabına qiyməti 1500 manat olan 1 ədəd kondisioner (Arçelik), qiyməti 750 manat olan 1 ədəd soyuducu (Samsung) və qiyməti 1400 manat olan 1 ədəd divan (künc) almışlar. Kondisionerin tam dəyərini iddiaçı birgə nikah dövründə qazanılmış vəsait hesabına ödəmiş, lakin “Samsung” markalı soyuducunun dəyərinin yarısını iddiaçı, digər yarısını isə cavabdehin atası, divanın dəyərinin yarısını isə iddiaçı ilə bərabər cavabdehin anası ödəmişdir. İddiaçı ilə cavabdeh 2023-cü ildə barışıb bir evdə yaşamışdır. Ona görə də cavabdeh qızı xx.xx.2023-cü il tarixdə ərizə ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə müraciət edərək, İddiaçı ilə aralarında razılıq əldə etməklə aliment tələbi ilə bağlı tələbindən imtina etmiş və gələcəkdə də bununla bağlı heç bir iddia verməyəcəyini bildirmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-1416/2021 saylı icra sənədi üzrə icraatda tələbkar olan Cavabdeh tələbdən imtinası qəbul edilmişdir. Bu hallar işin mübahisə edilməyən faktiki hallarıdır.
49. Eyni zamanda müəyyən edilmişdir ki, qiyməti 1500 manat olan 1 ədəd kondisionerin (Arçelik) dəyəri cavabdehin birgə təsərrüfatı idarə etdikləri müddət ərzində qazanılmış birgə vəsait hesabına ödənilmiş, qiyməti 750 manat olan 1 ədəd soyuducunun (Samsung) və qiyməti 1400 manat olan 1 ədəd divanın (künc) dəyərinin yarısı tərəflərin birgə vəsaiti hesabına, qalan hissəni isə cavabdehin valideynlərinin vəsaiti hesabına əldə edilmişdir. Ona baxmayaraq, qeyd olunan vəsait hesabına əldə edilmiş əmlaklar nikah pozulduqdan sonra cavabdehin mülkiyyətində qalmışdır.
50. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
51. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qiyməti 1500 manat olan 1 ədəd kondisionerin (Arçelik) dəyəri tam şəkildə qazanılmış birgə vəsait hesabına iddiaçı tərəfindən, qiyməti 750 manat olan 1 ədəd soyuducunun (Samsung) və qiyməti 1400 manat olan 1 ədəd divanın (künc) dəyərinin yarısıtərəflər birgə vəsaiti hesabına, qalan yarısı isə cavabdehin valideynləri tərəfindən ödənilmişdir. Belə olan halda tərəflər bigə nikah dövründə əldə etdikləri 1 ədəd kondisionerə 1500 manat, 1 ədəd dəyəri 750 manat olan soyuducuya 375 manat, bir ədəd dəyəri 1400 manat olan künc divanına 700 manat, cəmi 2575 manat birgə nikah dövründə qazanılmış vəsait sərf etmişlər. Belə olan halda tərəflərin birgə nikah dövründə əldə etdikləri daşınar əşyaların ümumi dəyəri 2575 manat təşkil edir. Ona görə də həmin vəsait birgə nikah dövründə əldə edilmiş vəsait hesab edilməli və tərəflər arasında bərabər bölünməlidir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, həmin əşyaların alınmasına çəkilmiş xərclərin birgə nikah dövründə qazanılmış vəsaitin iddiaçının payına düşən hissəsi cəmi 1287.5 manat təşkil edir. Hazırkı vəziyyətdə tərəflər arasında mübahisə daşınar əşyaların bölünməsi ilə bağlı mübahisə olduğuna görə daşınar əşyalar birgə nikah dövründə qazanılmış vəsaitə uyğun olaraq tərəflər arasında naturada bölünməlidir. Odur ki, cavabdehdən dəyəri 1400 manat olan 1 ədəd divan (künc) naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyanın dəyəri alınıb iddiaçıya verilməlidir.
52. Kollegiya birirnci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşır.
53. Əmlakın nikah dövründə əldə olunmasının sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.
54. Ailə Məcəlləsinin 32-ci maddəsində ər-arvadın ümumi birgə mülkiyyətinin təxmini siyahısı verilib və həmin normaya görə, hər hansı əmlakın ar-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin olması zəruridir: birincisi, əmlak birgə nikah dövründə əldə olunmalıdır; ikincisi, əmlak ər-arvadın ümumi gəlirləri hesabına qazanılmalıdır.
55. Apellyasiya şikayətinin əsas dəlili iddianın təmin edilməyən hissəsi ilə bağlıdır.
56. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ...birgə nikah dövründə əldə edilməsi iddia olunan qiyməti 330 manat olan mətbəx üçün stol, stul, qiyməti 2000 manat olan qonaq otağı (1 kamod, 2 servant (qorka), 6 nəfərlik masa, 6 nəfərlik stul), qiyməti 1000 manat olan 1 ədəd mebel yataq dəstinin naturada, mövcud olmadıqda isə dəyərinin yarısının, həmçinin qiyməti 750 manat olan 2 ədəd şkafın (eyvan üçün) naturada, mövcud olmadıqda isə dəyərinin alınıb verilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir.
57. Belə ki, iddiaçı qiyməti 330 manat olan mətbəx üçün stol, stul, qiyməti 2000 manat olan qonaq otağı (1 kamod, 2 servant (qorka), 6 nəfərlik masa, 6 nəfərlik stul), qiyməti 1000 manat olan 1 ədəd mebel yataq dəstinin birgə təsərrüfatı idarə etdikləri müddət ərzində qazandıqları vəsait hesabına aldıqlarına, həmçinin qiyməti 750 manat olan 2 ədəd şkafın (eyvan üçün) cavabdehin mülkiyyətində qalmasına dair heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə həmin halları etiraf etməmişdir.
58. Məhkəmə kollegiyası birinci instansiya məhkəmsinin gəlmiş olduğu həmin nəticəni əsaslı sayır.
59. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 №li Qərarının 3.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
60. Həmin Qərarın 3.3-cü bəndində göstərilmişdir ki, beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.
61. Həmin Qərarın 3.11-ci bəndinə əsasən, ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.
62. Kollegiya cavabdehin apellyasiya şikayətinə etirazında göstərdiyi birinci instansiya məhkəməsinin hazırkı mübahisəyə iddia müddətinin tətbiq etməməsi dəlili ilə bağlı aşağıdakıları bildirir.
63. Məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakının bölünməsi zamanı yaranan əsas sual iddia müddətinin axımının başlanması anı (tarixi) ilə bağlıdır.
64. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2019-cu il 29 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.
65. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq, müvafiq nəticəyə gəlməlidirlər. Məsələyə başqa cür yanaşma, yəni nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri-mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb olardı.
66. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 №li Qərarının 9.5-ci bəndində göstərilmişdirki, ər-arvadın əmlak bölgüsünə dair mübahisələrə baxarkən məhkəmələr nəzərə almalıdır ki, belə mübahisələr üzrə hər bir halda nikahın pozulması ilə iddia müddətinin axımı başlanmır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır.
67. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməməlidir. Belə ki, tərəflər arasındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə müraciət edərək, İddiaçı ilə aralarında razılıq əldə etməklə aliment tələbi ilə bağlı tələbindən imtina etmiş və gələcəkdə də bununla bağlı heç bir iddia verməyəcəyini bildirmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2021ci il tarixli, 2(051)-1416/2021 saylı icra sənədi üzrə icraatda tələbkar olan Cavabdeh tələbdən imtinasının qəbul edilməsi qərara alınmışdır. Göründüyü kimi, tərəflər 2023-cü ildə öz aralarında razılıq əldə edərək barışmış və birgə təsərrüfatı idarə edərək birgə yaşamışlar. Tərəflər bir müddət sonra yenidən ayrılmışlar. Bununla da tərəflər arasında nikahın pozulması ilə bağlı qanunla müəyyən edilmiş 3 illik iddia müddətinin axımı dayanmış, yəni iddiaçı 2023-cü ilin sonunda tam şəkildə boşandığına əmin olmuşdur.
68. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır.
69. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
70. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bu səbəbdən də mülki işin apellyasiya baxışında cavabdehin apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və cavabdehin apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir.
71. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
72. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
74. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
75. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2025-ci il tаrixli, 2(051)-78/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
76. Apellyasiya şikayəti təmin edilmədiyindən sikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
77. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2025-ci il tаrixli, 2(051)-78/2025 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov