Məhkəmə qərarları › İş №2(107)-580/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-580/2022

13.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-580/2022 13.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 may 2020-ci il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı pul tələbi barədə iddiası əsasında başlanmış mülki işə baxmış Zaqatala Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 08 may 2020cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 49.790 manat məbləğində pulun, habelə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin- 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının buna səlahiyyəti olan nümayəndəsi-Vəkil2 tərəfindən “iddiadan imtina edilməsi və iş üzrə icraata xitam verilməsi barədə” ərizə Məhkəməyə təqdim edilmişdir. Ərizədə, həmçinin məhkəmə iclasının iddiaçının və onun nümayəndə-vəkilinin iştirakı olmadan keçirilməsi xahiş olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki vəziyyətdə iddiaçının cavabdehlərə qarşı hazırki tələblə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yaranmamışdır. “İddiadan imtina barədə” ərizəni və iş materiallarını araşdıran Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(MPM) 52.1-ci maddəsinin tələblərinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı, iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-nin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. MPM-nin 384.0.5-ci maddəsində qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-Vəkil2 iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2020-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar