Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-581/2023 13.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı1, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı torpağın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Torpağa mülkiyyət hüququna dair KOD 40402037, JN 185 nömrəli dövlət aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X5 və X2 ünvan 1i ərazisində 11,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhər VVAQ Şöbəsi tərəfindən 28 mart 2001-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamə ilə müəyyən olunur ki, 27 sentyabr 1988-ci il təvəllüdlü X8 22 fevral 2001-ci il tarixdə ölmüşdür. Satıcılar İddiaçı1, İddiaçı2, X8 və X6 ilə alıcı Cavabdeh1 arasında bağlanmış, Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, 4Ə-1582 reyestr nömrəli, 26 dekabr 2014-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı2, X8 və X6 KOD 40402037, JN 185 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus 11,67 hektar torpaq sahəsini 5.000 manata Cavabdeh1 satmışlar. Həmin müqavilə satıcı və digər satıcıların nümayəndəsi qismində İddiaçı1 tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi X10 qeyd etməklə, cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alğı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X5 və X2 ünvan 1i ərazisindən 11,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən onların adına bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-185 KOD 40402037 saylı dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi İddiaçı1 tərəfindən həmkəndlisi X11 (hazırki iş üzrə üçüncü şəxs) müvəqqəti istifadə üçün verilmişdir. Şifahi razılaşmaya əsasən sonuncu torpaq sahəsini 3 ildən sonra geri qaytarmalı idi. Saleh Hüseynov tərəfindən qeyd edilən razılaşmanın rəsmiləşdirilməsi təklif olunmuş və 4 nəfər ailə üzvünün adından heç bir etibarnamə olmadan müqaviləni yalnız İddiaçı1 imzalamışdır. Hətta notarius və üçüncü şəxs tərəfindən 2001-ci ildə vəfat etmiş X3 əvəzinə də imza etmək İddiaçı1 tələb edilmişdir. Alğı-satqı müqaviləsi imzalanan zaman notarius və üçüncü şəxs həmin müqavilənin formal bir sənəd olduğunu, torpaq sahəsi geri qaytarılan zaman ləğv olunacağını bildirmişlər. İddiaçılar dəfələrlə Saleh Hüseynovdan torpaq sahəsini qaytarmasını tələb etsələr də, o, hər dəfə müxtəlif bəhanələrlə işi gecikdirməyə çalışmışdır. Son vaxtlar isə üçüncü şəxs torpağı başqa şəxsə satdığını bildirmiş və torpağı qaytarmayacağını demişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, üçüncü şəxs X12 onun qayınatasıdır. 2014-cü ilin oktyabr-noyabr aylarında X12 onunla əlaqə saxlayaraq ünvan 1ində 12 hektar torpaq sahəsinin satıldığını bildirmiş və gəlib həmin torpaq sahəsinə baxmasını ona təklif etmişdir. O da Sarıca kəndinə gəlmiş, X7, İddiaçı1 və Arifin yanında olan digər bir şəxsin iştirakı ilə gedib İddiaçı1 satdığı 12 hektar torpaq sahəsinə baxmışlar. O, yerində baxıb torpaq sahəsini bəyənmişdir. O, Arifdən dəqiqləşdirmə apardıqda Arif ailə üzvlərinin də razılığı ilə həmin torpaq sahəsini satdığını demişdir. Sənəd üzrə 11,67 hektar olan torpaq sahəsinin alğı-satqısına görə, hər hektarına görə 600 manat olmaqla torpaq sahəsində Arifə 7.200 manat pulu sayıb vermişdir. Arif də pulu ondan qəbul etmiş və bir nömrəli forma hazır olduqda bununla bağlı məlumat verəcəyini demişdir. Bundan bir müddət sonra ona Arifin satdığı torpaq sahəsinin alğı-satqıya hazır olması barədə məlumat verildiyindən o, əmisi oğlunun maşını ilə Şəki şəhərinə gəlmiş, elə əmisi oğlunun avtomobili ilə notariat kontoruna getmişlər. Notariat kontorunda alğı-satqı müqaviləsi tərtib edilmiş, müqavilə şərtləri notarius tərəfindən oxunmuş və o, alıcı qrafasında alğı-satqı müqaviləsini imzalamışdır. Satıcılar qrafasında isə alğı-satqı müqaviləsi İddiaçı1 tərəfindən imzalanmışdır. Onun notariusdan digər satıcılar tərəfindən Arifə etibarnamənin verilib-verilməməsini soruşmaq, notariusa hər hansı bir göstəriş vermək kimi bir səlahiyyəti olmamış, Arifin oğlu Fəridin vəfatından isə hazırkı mülki iş üzrə iddia ərizəsini aldıqda məlumatlı olmuşdur. Bundan başqa alğı-satqı müqaviləsi hər hansı bir müvəqqəti əsasla deyil, birdəfəlik bağlanmışdır. Həmçinin Arifin həmin ərəfələrdə icra nümayəndəsi işləməsi nəzərə alınaraq özünün etibarnaməni təsdiq etmək, beləliklə də etibarnaməni notariusa göstərmək imkanı olmuşdur. Torpaq sahəsini 7.200 manata almasına baxmayaraq alğı-satqı müqaviləsində onun 5.000 manata satılması kimi yazılmasını İddiaçı1 özü xahiş etmişdir. O, torpaq sahəsinin vicdanlı alıcısıdır. Həmçinin iddiaçılar tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı1 uzun müddət Şəki rayonunun Qaratorpaq, Sarıca, Bolludərə kəndlərinin və Turan qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışmışdır. Bir sözlə İddiaçı1 ali təhsilli və savadlı bir şəxsdir. Həmçinin Arif işlədiyi müddətdə subsidiya və icarə işlərinə də baxmışdır. Eyni ərazidə yaşadıqlarından onun uşaqlıqdan İddiaçı1 ilə səmimi münasibətləri olmuşdur. 2014-cü ilin avqust-sentyabr aylarında Arif ona aqrar islahat zamanı özünə və ailəsinə verilmiş torpaq sahəsini satışa qoyduğunu bildirmişdir. O da bu barədə kürəkəni Cavabdeh1 zəng vurub məlumat vermişdir. Bir müddət sonra kürəkəni Hümmət kəndə gəlmiş, o, kürəkəni Hümmət, torpağı satan şəxs olaraq İddiaçı1 və Arifin yeznəsi Rəsulla birlikdə gedib Arifin satmaq istədiyi torpaq sahəsinə baxmışlar. Torpaq sahəsinə baxdıqdan sonra Ariflə Hümmət torpağın hər hektarını 600 manata olmaqla, ümumilikdə torpaq sahəsinin alğısatqısını 7.200 manata razılaşdırmışlar. Arif ailə üzvlərinin də razılığı ilə həmin torpaq sahəsini satdığını demişdir. Kürəkəni Hümmət torpaq sahəsinin alğı-satqısı ilə bağlı 7.200 manat pulu elə oradaca İddiaçı1 vermişdir. Arif də Hümmətə torpaq sahəsinin sənədlərini hazırlayacağını, sənədlər hazır olduqda isə notarial qaydada müqavilənin bağlanması üçün məlumat verəcəyini bildirmişdir. Bundan 10-15 gün müddət keçdikdən sonra Arif ondan Hümməti alğı-satqı üçün dəvət etməsini xahiş etmişdir. O da bu barədə Hümmətə məlumat vermiş, Hümmət alğı-satqı üçün gəlmiş və notariat kontoruna getmişdir. Notariusda alğı-satqı müqaviləsi imzalanmış, lakin o, notariat kontorunda alğısatqı müqaviləsi rəsmiləşdirilərkən iştirak etməmişdir. Sonradan onlar torpaq sahəsinə yerində baxanda Arif torpaq sahəsini müvəqqəti olaraq Turan qəsəbə sakini Şahir adlı şəxsin istifadəsinə verdiyini bildirmiş və 2015-ci ilin iyul-avqust aylarından etibarən, yəni həmin dövrün məhsul biçinindən sonra Hümmətin aldığı torpaq sahəsindən istifadə etməsini demişdir. 2015-ci ilin iyul-avqust aylarından etibarən torpaq sahəsi alıcı Cavabdeh1 tam istifadəsindədir. Torpağın alğı-satqısı razılaşdırılarkən torpaq sahəsinin müvəqqəti alğı-satqı edilməsi barədə İddiaçı1 göstərdikləri isə həqiqəti əks etdirmir. Belə ki, əgər Arif və onun ailə üzvləri torpaq sahəsini müvəqqəti əsaslarla satsaydılar onda Hümmət kənddə eyni qiymətə satılan digər torpaq sahələrindən birini alacaqdı. Yəni həmin vaxt Arif tərəfindən torpaq sahəsi birfələlik əsasla satılmışdır. Torpaq sahəsinin sonradan geri qaytarılması ilə bağlı Arif tərəfindən heç bir təklif irəli sürülməmiş və ümumiyyətlə belə bir şifahi razlaşma olmamışdır. 2021-ci ilin sonlarında İddiaçı1 Mingəçevir şəhərində onunla görüşmüş və torpaq sahəsini geri qaytarmaq istədiyini bildirmişdir. O da Arifə əgər oxşar ərazidən kənarda 12 hektar torpaq alacağı, yaxud da 12 hektar torpaq sahəsinin dəyərinin bu günkü qiymətləri ilə ödəniləcəyi halda bunun müzakirə edilməsinin mümkün olduğunu, həmçinin torpaq sahəsinin onun deyil, kürəkəni Hümmətə aid olduğunu Arifə bildirmişdir. Cavabdeh1 dəyərini ödəməklə və notariatda alğı-satqı müqaviləsi imzalamaqla torpaq sahəsini almışdır. Hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı iddia tələbləri əsassızdır. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(075)-287/2022 nömrəli iş üzrə qəbul etdiyi 01 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərinin əsaslı olduğuna istinad etdikləri hal kimi 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 reyestr nömrəli alqı-satqı müqaviləsinin heç bir etibarnamə olmadan digər mülkiyyətçilərin, hətta vəfat etmiş şəxsin də əvəzindən yalnız İddiaçı1 tərəfindən imzalanmasını, həmin müqavilənin alıcıya aid hissəsinin Cavabdeh1 tərəfindən deyil, üçüncü şəxs X12 imzalandığını göstərirlər. Müqavilənin alıcıya dair hissəsinin üçüncü şəxs X12 tərəfindən deyil, məhz Cavabdeh1 tərəfindən imzalanması məhkəmə iclasında Cavabdeh1 və X7 izahatları ilə təsdiq edilmişdir. Həmçinin, İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında digər mülkiyyətçilərin etibarnaməsi olmadan, həmçinin vəfat etmiş şəxsin əvəzindən imzaladığı, alıcı qismində cavabdehin deyil, üçüncü şəxsin imzaladığı 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 reyestr nömrəli alğı-satqı müqaviləsinin elə həmin tarixdə notariat kontoru tərəfindən ona təqdim edildiyini, müqaviləni elə həmin tarixdə evə aparıb onun məzmunu ilə arvadı İddiaçı2 və qızı X4 tanış etdiyini, beləliklə də 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 reyestr nömrəli alğı-satqı müqaviləsindən imzalandığı tarixdə onunla yanaşı digər iddiaçının və qızının da məlumatlı olduqlarını təsdiq etmişdir. İddiaçı tərəfin alğı-satqı müqaviləsinin özündə onun birdəfəlik əsasla bağlanmasının nəzərdə tutulmasına baxmayaraq tərəflərin şifahi qaydada, sonradan pulun ödənildiyi məqamda müqavilənin ləğv edilməsinin razılaşdırılması barədə qeyd etdiklərinə qiymət verərək, məhkəmə daşınmaz əmlakın alğı-satqı müqavilələrinin yazılı qaydada tərtib edilməklə yanaşı notarial qaydada təsdiq edilməli, müqavilə şərtlərinin də məhz yazılı şəkildə müqavilənin məzmununda təsbit edilməli olduqlarını nəzərə alaraq iddiaçıların yazılı müqavilə üzrə əlavə olaraq şifahi şərtin də razılaşdırılması barədə göstərdiklərinə tənqidi yanaşır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sənədlərə ümumilikdə hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı1 digər mülkiyyətçilərin adından heç bir etibarnamə olmadan, həmçinin 22 fevral 2001-ci il tarixdə vəfat etmiş X3 adından satıcıların nümayəndəsi qismində alğı-satqı müqaviləsini imzalamaqla, faktiki olaraq 7.200 manata satılmış torpaq sahəsinin dəyəri barədə müqavilənin məzmununda onun satış qiymətinin 5.000 manat təşkil etməsi barədə yanlış məlumatlar daxil edilməklə tərəflər arasında alğı-satqı müqaviləsi bağlanarkən bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər pozulmuşdur. Lakin, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki tələbləri ilə bağlı məhkəməyə müraciət etmələri üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşlər. İddia müddətindən fərqli olaraq kəsiçi müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 329.2, 389.1, 389.2, 337.1, 337.3, 337.4, 337.5, 354.1, 354.2, 389.1, 389.2, 567, 646.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 birgə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-799/2022 nömrəli iş üzrə 01 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və V.Məlikov) apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(075)-287/2022 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı ünvan 1i ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alğı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçılara ayrılmış torpaq sahəsi 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmışdır. Mübahisəli birgə mülkiyyətdə olan torpaq sahəsini digər mülkiyyətçilər adından yalnız İddiaçı1 tərəfindən imzalanmışdır. Digər mülkiyyətçi İddiaçı2 tərəfindən ona bununla bağlı heç bir etibarnamə verilməmişdir. Eyni zamanda mülkiyyətçilərdən olan X8 22 fevral 2001ci il tarixdə vəfat etmişdir. Alğı-satqı müqaviləsi imzalanarkən iddiaçının ailə üzvlərinə məxsus torpaq sahəsi onların iradəsi ziddinə satılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-440/2023 nömrəli iş üzrə 27 fevral 2023-ci il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və A.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, mübahisəli torpaq sahəsinin satıcılar İddiaçı1, İddiaçı2, X8 və X6 tərəfindən alıcı Cavabdeh1 5.000 manata satılmasına dair Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş, 4Ə-1582 reyestr nömrəli, 26 dekabr 2014-cü il tarixli alğı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Alıcı daşınmaz əşyanın dəyərini ödəmiş, torpaq sahəsini sahibliyinə qəbul etməklə ondan istifadə etmişdir. İddiaçılar xx.xx.2021-ci ildə hazırkı iddianı irəli sürməklə həmin müqavilənin etibarsız sayılmasını xahiş etmişlər. İddia ona əsaslanır ki, İddiaçı1 müqaviləni digər satıcıların adından imzalamaq səlahiyyətinə dair etibarnaməsi olmamış, Fərid Məmmədəliyev isə 22 fevral 2001-ci il tarixdə vəfat etmişdi. Cavabdeh isə iddiaya etirazında və kassasiya şikayətində bildirir ki, İddiaçı1 ailə üzvlərinin torpaq sahəsinin ona satılmasından məlumatları olmuşdur. Əgər digər birgə mülkiyyətçilər əqdin bağlanılmasına razı olmasaydılar, bunun üçün 7 il gözləməz, dərhal məhkəməyə müraciət edərdilər. Apellyasiya məhkəməsi iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, alğısatqı müqaviləsi imzalanarkən iddiaçının ailə üzvlərinə məxsus torpaq sahəsi onların iradəsi ziddinə satılmışdır. Belə ki, mübahisəli birgə mülkiyyətdə olan torpaq sahəsini digər mülkiyyətçilər adından yalnız İddiaçı1 tərəfindən imzalanmışdır. Mülkiyyətçi İddiaçı2 tərəfindən ona bununla bağlı heç bir etibarnamə verilməmişdir. Eyni zamanda mülkiyyətçilərdən olan Fərid Məmmədəliyev 22 fevral 2001-ci il tarixdə vəfat etmişdir. Apellyasiya məhkəməsinin yalnız yuxarıda qeyd edilən halları və müqavilənin etibarsızlığına dair normları göstərməklə mübahisəni həll etməsi düzgün və etibarlı nəticəyə gəlmək üçün yetərli olmamışdır. Çünki, bu xarakterli mübahisələrə baxılarkən göstərilənlərlə yanaşı səlahiyyətsiz şəxsin əşyaya sərəncam verməsi halında əqdi bəyənmə və hüquqdan sui-istifadə qadağası ilə bağlı qaydalar da nəzərə alınmalı, işin əhəmiyyət kəsb edən faktiki halları mülki qanunvericiliyin aidiyyəti normaları ilə birlikdə dəyərləndirilməklə qanuni və ədalətli nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. Baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Bundan əlavə, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi və onun nəticələri ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin digər normaları ilə də tənzimlənmişdir. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Baxılan işdə cavabdeh bildirir ki, 2014-cü ildə İddiaçı2 alğı-satqı müqaviləsi barədə məlumatı olmuşdur. Əgər digər birgə mülkiyyətçilər əqdin bağlanılmasına razı olmasaydılar, bunun üçün 7 il gözləməz, dərhal məhkəməyə müraciət edərdilər. İşdən görünür ki, iddiaçılar ailə üzvləridirlər və torpağın yerləşdiyi ünvan 1inin sakinləridirlər. İddiaçı1 tərəfindən ailə üzvlərinə verilmiş torpağın satılmasına dair notarial qaydada müqavilə bağlanmış və sahə 2014-cü ildən cavabdehin sahibliyində və istifadəsinə verilmişdir. İddiaçı1 birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında bildirmişdir ki, alqı-satqı müqaviləsi imzalanan gün onun bir nüsxəsini evə aparmış, müqaviləni həm arvadı İddiaçı2, həm də Aygül Məmmədəliyevaya göstərmiş, müqavilənin məzmunu barədə məlumat vermiş, arvadı və qızı müqavilə ilə tanış olmuşlar. Belə olan halda, apellyasiya məhkəməsi tərəfindən ailə üzvlərinin kənd təsərrüfatı təyinatlı, özü də 11,67 hektar həcmində torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmamaları, habelə sakini olduqları kənddə həmin sahəni bir neçə il ərzində başqasının istifadə etməsini görməmələrinin mümkünlüyü (inandırıcılığı) qiymətləndirilməmiş, torpağa görə vergilərin kim tərəfindən ödənilməsi, (əgər varsa) dövlət tərəfindən verilən ödənclərin kim tərəfindən alınması və digər əhəmiyyət kəsb edən hallar tərəflərin iştirakı ilə tam və hərtərəfli yoxlanılmamış, tərəflərin razılaşma öncəsi və sonrakı hərəkətləri müqaviləni imzalamamış mülkiyyətçilərin (və ya onların vərəsələrinin) əqdi bəyənib-bəyənməmələri baxımından müzakirə edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli qərarında göstərmişdir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Nəzərə alınmalıdır ki, mübahisəli sahənin cavabdehə satılmasından müqaviləni imzalamamış mülkiyyətçi(lər)in məlumatlı olduqları, özlərinin davranışları ilə əqdi bəyənmələri müəyyən ediləcəyi halda, hazırkı iddianın irəli sürülməsinə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə baxımından hüquqi qiymət verilməlidir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Baxılan işdə isə apellyasiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunanlar nəzərə alınmamış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara dair sübutlar çəkişmə prinsipinə əməl edilməklə araşdırılmamış, onlara lazımi hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə işin hallarını araşdırarkən həqiqətə qismən nail olmuş, alğı-satqının etibarsızlığını müddət ötürülməsi ilə əlaqələndirmişdir. Halbuki, məhkəmə qətnaməsində İddiaçı2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 imzalarının olmamasını onların mübahisələndirilən alğı-satqı aktından xəbərləri olmaması kimi yox, xəbərləri vardır kimi qiymətləndirmiş, bununla da səhvə yol vermişdir. İddiaçı1 müqavilə imzaladıqdan sonra evə gəlib müqavilə şərtlərini bütün müddəaları ilə İddiaçı2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izah etməsi iş materiallarında mövcud deyildir. Məhkəmə ancaq İddiaçı1 ifadəsinə əsaslanaraq belə qənaətə gəlmişdir, lakin bu məqam da şübhəli olduğundan hazırki iş üzrə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Bundan əlavə İddiaçı2 və X6 onlara məxsus torpaq sahəsinin satılmasından mübahisə məhkəməyə verilərkən xəbərləri olmuşdur, onlar ailələrinin mülkiyyətində olan JN-185 KOD 40402037 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsinin icarədə olduğunu, onlara məxsus olduğunu daim İddiaçı1 eşitmişlər və buna etirazları olmamışdır. Halbuki məhkəmə qətnaməsində bütün bu söylənənlər yanlış yorumlanmış, onlar tərəfindən söylənməyən fikirlər məhkəmə qətnaməsinə salınaraq sanki 7 il əvvəlki alğı-satqıdan onların xəbərləri varmış və onlar bu alğı-satqıya razıymış kimi qiymətləndirilmişdir. Bu hal da məhkəmə tərəfindən səhv yorumlanaraq qanunsuz qətnamə qəbul edilmişdir. Bundan başqa İddiaçı1 JN-185 KOD 40402037 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktı ilə həmin torpaq sahəsinin yalnız özünə aid hissəsinin satılması barədə sərəncam verə bilərdi, İddiaçı2 və X1 adından torpaq sahəsinin onlara məxsus hissəsinin satılması absurddur və qanunsuzdur. Məhkəmə bu halı öz qətnaməsində göstərsə də, yalan və aldadıcı ifadələrlə cavabdehlərin xeyrinə qanunsuz qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12, birinci instasiya məhkəməsində verdikləri izahatla eyni məzmunlu izahat vermişdirlər. Cavabdeh1 əlavə olaraq bildirmişdir ki, 2015-ci ildən 2021-ci ilədək, yəni torpaq sahəsi onun tərəfindən özgəninkiləşdirinədək mübahisəli torpaq sahəsinə dair vergiləri özü ödəmiş və həmin torpaq sahəsinə dair subsidiyaları özü almışdır. İddiaçı2, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Göründüyü kimi hazırkı iddiaya Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət tətbiq edilə bilməz. Buna görə də Məhkəmə hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. İşdə olan sənədlərdən və tərəflərin, habelə 3-cü şəxsin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X5 və X2 ünvan 1i ərazisindən 11,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən onların adına bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-185 KOD 40402037 saylı dövlət aktı verilmişdir. Birgə mülkiyyətçilərdən Fərid Məmmədəliyev 2001-ci ildə vəfat etmişdir, mərhumun birinci növbə vərəsələri onun valideynləri, hazırki iş üzrə iddiaçılardır. Həmin torpaq sahəsi 26 dekabr 2014- cü il tarixli, 4Ə-1582 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmışdır. Hazırda iddiaçılar özlərinə və övladlarına məxsus olan torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin digər mülkiyyətçilər adından yalnız İddiaçı1 imzaladığını, digər mülkiyyətçilər tərəfindən ona bununla bağlı səlahiyyət verilmədiyini, hətta mülkiyyətçilərdən biri olan və xx.xx.2001-ci il tarixdə vəfat edən Fərid Məmmədəliyevin adı qarşısındakı imzanın İddiaçı1 icra etdiyini, habelə alğı-satqı müqaviləsinin alıcı qismində çıxış edən Cavabdeh1 tərəfindən deyil, üçüncü şəxs Saleh Hüseynov tərəfindən imzalandığını bildirərək, beləliklə də alğı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib edilməsini iddia edərək, müqavilənin etibarsız hesab edilməsi barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qərarında qeyd olunanlara əsasən hazırkı iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formadabağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyinə əsaslanan Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə müraciəti Mülki Məcəlləinin 5.3-cü və 16.1-ci maddələrində təsbit edilmiş mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd olmaqla həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən hüquqdan sui-istifadə halını yaradır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçılar və iş üzrə 3-cü şəxs Aygül Məmmədəliyeva ailə üzvləridirlər və torpağın yerləşdiyi ünvan 1inin sakinləridirlər. İddiaçı1 tərəfindən ailə üzvlərinə verilmiş torpağın satılmasına dair notarial qaydada müqavilə bağlanmış və sahə 2014-cü ildən cavabdehin sahibliyində və istifadəsinə verilmişdir. İddiaçı1 birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında bildirmişdir ki, alqı-satqı müqaviləsi imzalanan gün onun bir nüsxəsini evə aparmış, müqaviləni həm arvadı İddiaçı2, həm də Aygül Məmmədəliyevaya göstərmiş, müqavilənin məzmunu barədə məlumat vermiş, arvadı və qızı müqavilə ilə tanış olmuşlar. Qeyd olunanlara qiymət verən Məhkəmə bildirir ki, ailə üzvləri olan iddiaçılar və 3cü şəxs Aygül Məmmədəliyevanın kənd təsərrüfatı təyinatlı, özü də 11,67 hektar həcmində torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmamaları, habelə sakini olduqları kənddə həmin sahəni bir neçə il (7 il) ərzində başqasının istifadə etməsini görməmələri inandırıcı və ağlabatan deyil. Göstərilənlərələ bağlı iddiaçıların məhkəmələrə yanlış məlumat vermələri həmçinin keçən 7 il ərzində torpaq sahəsinin qaytarılması ilə bağlı keçmiş mülkiyyətçilərin hər hansı addım atmamaları ilə təsdiq olunur. Bundan başqa, işdə olan sənədlərdən(Şəki rayon Qayabaşı Bələdiyyəsinin xx.xx.2022-ci tarixli, 04 nömrəli arayışı və Şəki şəhər İcra Hakimiyyəti başçısının Qayabaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 10 nömrəli arayışı) və Cavabdeh1 verdiyi məlumatdan görünür ki, mübahisəli torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlandıqdan sonra torpağa görə vergilər Cavabdeh1 tərəfindən ödənilmiş, həmçinin əmlakla bağlı onun adına subsidiyalar ayrılmışdır. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibi olan iddiaçıların və 3-cü şəxs Aygül Məmmədəliyevanın bu əqddən xəbərdar olmaları və bəyəndikləri işin araşdırılmış halları ilə müəyyən olunur. İşin faktiki hallarına əsasən Məhkəmə hesab edir ki, iddiaçıların hazrıkı iddia tələbi üzrə birgə mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsində bütün paylı mülkiyyətçilərin sırf yazılı qaydada razılığı ifadə edilmədiyinə görə İddiaçı2 və 3-cü şəxs Aygül Məmmədəliyeva tərəfindən bəyənilməmiş hesab edilməsi barədə dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə qismən əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 aprel 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “ünvan 1i ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alğı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2(iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-581/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-581/2023
13.06.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver