Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-595/2020 22.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Cavabdeh qarşı miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi barədə mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin hakimi İbrahim Fəttahova edilmiş etiraza аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil Göyçay Rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun icraatında olan miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə İbrahim Fəttahovun sədrliyi ilə baxılmasına etiraz etmişdir. İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil etirazı belə əsaslandırmışdır ki, hazırki mülki iş üzrə cavabdeh olan Cavabdeh Göyçay Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyir. Buna görə də hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 19.2.3-cü maddəsinə əsasən hakim İbrahim Fəttahovun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas vardır. Bundan başqa mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh əvvəllər də Göyçay Rayon Məhkəməsində iddia qaldırmış, həmin işə Göyçay Rayon Məhkəməsində baxılmasına etiraz edildiyindən, etiraz təmin edilmiş və mülk iş Şəki Apellyasiya Məhkəməsinin qərardadına əsasən baxılması üçün Ucar Rayon Məhkəməsinə verilmişdir. Buna görə də hesab edir ki, hazırki mülki iş Ucar Rayon Məhkəməsinin icraatında olan eyni predmet üzrə mülki işə birləşdirilərək baxılmalıdır. Buna görə də etirazın təmin edilməsini xahiş edir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli qərаrdаdı ilə, etiraz təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Cavabdeh qarşı miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş etiraz baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, etirazın dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən etiraz təmin edilməlidir. Hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar və hakimə etiraz edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsində müəyyən edilmişdir. Etiraz ərizəsində hakimə etiraz edilməsi üçün sözügedən maddədə göstərilən əsaslar mövcud olmasa da, məhkəmə aşağıdakı səbəblərdən etirazın təmin olunması və baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini məqsədə müvafiq hesab edir. Belə ki, hazırki mülki iş üzrə Cavabdeh Göyçay rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyir. Bu halda işə Göyçay Rayon Məhkəməsində baxılması zahirən işə obyektiv baxılmasını şübhə altına ala bilər. Hakimin işin həllində hər hansı şəkildə marağı olmasa belə, məhkəmənin işçisi barədə mülki işin həllində maraqlı olması görüntüsü yarada bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci hissəsində göstərilmişdir ki, hər kəs onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, Konvensiyada “qərəzsiz” məhkəmə baxışının keçirilməsi ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi, təməl prinsipi kimi nəzərdə tutulur. Konvensiyanın bu prinsipinin təcrübədə tətbiqi ilə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətində Avropa Məhkəməsi) bir sıra qərarlarında göstərmişdir ki, məhkəmənin müstəqilliyi həm də zahiri əlamətlərə malik olmalıdır. Məsələn, «Fay Avstriyaya qarşı» xx xxxxxx 1993cü il tarixli qərarın 28-ci bəndində məhkəmə izah etmişdir ki, 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün qərəzsizliyin mövcudluğu subyektiv test əsasında, yəni konkret hakimin konkret işüzrəşəxsi mövqeyi əsasında, habelə obyektiv test əsasında, yəni hakimin təqdim etdiyi təminatların onun qərəzsizliyi ilə bağlı hər hansı haqlışübhələri istisna edib-etmədiyini müəyyənləşdirmək əsasında müəyyən edilməlidir. Subyektiv testə gəldikdə, bunun əksi sübut olunmayınca ehtimal edilməlidir ki, hakimin şəxsi qərəzliliyi yoxdur. Obyektiv testə əsasən, hakimin şəxsi davranışından savayı, onun qərəzsizliyinə qarşı şübhələr yarada bilən inandırıcı faktların olub-olmadığı müəyyən edilməlidir. Bu baxımdan hətta zahiri əlamətlər də müəyyən əhəmiyyət kəsb edə bilər. Burada söhbət demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə və ilk növbədə proses iştirakçısında doğurduğu inamdan gedir. Bu o deməkdir ki, konkret halda konkret hakimin qərəzsiz olmadığından ehtiyatlanmaq üçün haqlı səbəbin mövcud olub-olmadığı barədə qərar çıxararkən proses iştirakçısının mövqeyi önəmlidir, amma həlledici deyil. Həlledici olan odur ki, bu ehtiyatlanmanın obyektiv əsasa söykəndiyi müəyyən edilməlidir. Avropa Məhkəməsi Konvensiyanın bu normasının şərhi ilə bağlı qərarlarında göstərmişdir ki, məhkəmənin müstəqilliyi həm də zahiri əlamətlərə malik olmalıdır. Avropa Məhkəməsi Belilos İsveçrəyə qarşı xx xxxxx 1988-ci il tarixli qərarın 66-67-ci bəndlərində göstərmişdir ki, hüquq pozuntularının araşdırılması ilə məşğul olan yerli komissiya yeganə üzvdən-işlərə şəxsən baxan polis əməkdaşından ibarət idi. Baxmayaraq ki, o, hər hansı göstərişlərə tabe deyildi, vəzifəsinin icrasına başlayarkən and içmişdi və vəzifəsindən azad edilə bilməzdi. O, bu vəzifəsindən əlavə polis departamentinə qayıdaraq oradakı vəzifələrini də icra etməli idi. Onu öz rəhbərliyinə tabe olan vəöz həmkarlarına rəğbət bəsləyən polis əməkdaşı hesab etmək olardı, bu isə məhkəmə orqanına qarşı inam hissinə xələl gətirə bilərdi. Beləliklə, komissiyanın təşkilati qərəzsizliyi barəsində əsaslı şübhələr vardı və o, 6-cı maddənin 1-ci bəndinin tələblərinə cavab vermirdi. Məhkəmə Avropa Məhkəməsinin yuxarıda şərh olunan presednt hüququna istinad edərək bu nəticəyə gəlir ki, məhkəmədə kuryer kimi çalışan A.Tağıyevanın mülki işinə həmin məhkəmənin hakimləri tərəfindən baxılması məhkəmənin zahiri müstəqilliyinə xələl gətirən haldır. Ona görə də məhkəmə araşdırmasının ədalətliliyi baxımından etirazın təmin edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsinə əsasən, hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir. Həmin Məcəllənin 22.5 və 22.6-cı maddələrinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Məhkəmə kollegiyası hakimə etiraz edilməsi üçün MPM-nin 19.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olmaması və belə əsaslara dair sübutların təqdim edilməməsi, eləcə də məhkəmənin qərəzsizliyinə şübhə doğuran heç bir hal olmasa da, iddiaçı tərəfin mülki işə Göyçay Rayon Məhkəməsində baxılmasına etiraz etməsini nəzərə alaraq, gələcəkdə qəbul ediləcək məhkəmə aktının obyektivliyinə şübhəni aradan qaldırmaq üçün belə nəticəyə gəlir ki, etiraz təmin olunmalı və mülki iş mahiyyəti üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə Kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 22, 23-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil Göyçay Rayon Məhkəməsinin hakimi İbrahim Fəttahova etdiyi etiraz təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Cavabdeh qarşı miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş etiraz baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-595/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-595/2020
22.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver