Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-601/2025 11.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qax rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsinə, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı "torpaq sahələrinin qaytarılması, torpaq sahələrindən çıxarılma və qərarın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X3 və Məcidov Ələddin Tofiq oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Qax rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsinə, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı "torpaq sahələrinin qaytarılması və torpaq sahələrindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, e-2(024)-385/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Qax rayon Şöbəsinə, Cavabdeh4, X1, Cavabdeh5 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 1952-1959-cu illərdə X7 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X4 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X7 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X4 və Cavabdeh5 göstərilən torpaq sahələrindən çıxarılması və Qax rayon X21 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X5 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1952-1959-cu illərdə X7 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X4 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X7 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X4 və Cavabdeh5un göstərilən torpaq sahələrindən çıxarılması və Qax rayon X21 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X5 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin 21 avqust 2024-cü il tarixli eyni nömrəli qərardadına əsasən iddia tələbinin “Qax rayon X21 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X5 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi”nə dair hissədə iş üzrə icraata xitam verilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayon İcraiyyə Komitəsinin sərəncamına əsasən Qax rayon Mərkəzinin 07 iyun 1952-ci il tarixli aktı ilə X2na fərdi ev tikintisi üçün ümumi sahəsi 5 sot (25x20 m) olan torpaq sahəsi ayrılaraq onun müddətsiz istifadəsinə verilmişdir. 05 oktyabr 1959-cu il tarixində Qax Kommunal-Təsərrüfat idarəsi ilə bağlanılmış və notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən X7 müddətsiz istifadəsinə sahəsi 8,75 sot (250x350 m) olan torpaq sahəsi verilmiş və 20 yanvar 1974-cü il tarixində həmin sahədə inşa edilmiş evin Ş.Ə.Əliyevin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasına dair qeydiyyat vəsiqəsi verilmişdir. X2 və anası X9 vəfat etdikdən sonra, o, 08 iyun 2020-ci il tarixində qanun üzrə vərəsə kimi atasından qalan daşınmaz əmlakı: ev və torpağı öz adına rəsmiləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinin Qax Rayon Şöbəsinə müraciət etmiş və 13 iyun 2020-ci il tarixində «Torpaq sahəsinin planı və ölçüsü» sənədini almışdır. “Torpaq sahəsinin planı və ölçüsü”nə baxılarkən məlum olmuşdur ki, atasının mülkiyyətində olan torpaq sahəsi Qax Rayon X21 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarı ilə əhəmiyyətli dərəcədə kiçildilib, 13,75 sot sahə 5,3 sota düşüb və guya anası X5 verilib. Məhkəmənin diqqətini ona cəlb edir ki, bu “qərarı” qəbul edən Komissiya hələ Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 saylı fərmanı ilə ləğv edilmişdi. Hüquqi baxımdan mövcud olmayan qurumun belə sənəd qəbul etməsi absurddur. Bir də onu qeyd edir ki, bu “qərar” ona, başqa ailə üzvlərinə xəbər verilmədən xəlvəti şəkildə qəbul edilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv olunmuş, fəaliyyəti qüvvədən düşmüş hesab olunan Qax Rayon X21 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının verilməsinə səbəb olmuş əsasları müəyyən etmək üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə, ƏMDX-nın Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri xidmətinə, ƏMDX-nın DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə müraciət etmişdir. Cavab məktublarında heç bir hüquqi əsas göstərilməmiş, X6 kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatlarını aparmaq məqsədilə yaradılmış bir qurum olmuşdur. “Aqrar islahatların əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən aqrar islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Həmin qanunun 12-ci maddəsinə uyğun olaraq, sovxoz və kolxozların islahatı onların kəndli /fermer/ təsərrüfatlarına bölünməsini, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kənd təsərrüfatı müəssisələrinə çevrilməsini, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasını, şəxsi yardımçı təsərrüfatların inkişafını nəzərdə tutur. Yəni hətta hüquqi baxımdan mövcud olsa idi belə, aqrar islahat komissiyasının atasının şəxsi (xüsusi) mülkiyyətinə 1952-ci və 1959-cu illərdə verilmiş torpaq sahələri barədə sərəncam vermək hüququ ümumiyyətlə olmamışdır. Komissiya yalnız sovxoz və kolxozların islahatı ilə məşğul ola bilərdi. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı fərmanı ilə aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktlar təsdiq edilmişdir ki, bunlardan ona, ailəsinə aid olanı “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların/torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”dir. Atasının daimi istifadəsində olmuş torpaqlar kolxoz və sovxoz torpaqlarına aid olmadığından mülkiyyətdə olan torpaqdır və bu qəbildən olan torpaq sahələri üzərində hüquqların tənzimlənməsi sahəsində bu əsasnamədə həm yerli, həm də rayon X6nın səlahiyyəti müəyyən edilməmişdir. Ailəsinə məxsus mülkiyyət hüququnu rəsmiləşdirmək istəsə də, süni olaraq yaranmış anlaşılmazlıq nəticəsində hüquqlarını reallaşdıra bilmir. Bundan əlavə, 534 saylı fərmanla təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə”nin 6-cı bəndinin birinci hissəsinə əsasən hər bir vətəndaşa/ailəyə/düşən torpaq payını dövlət yerquruluşu xidməti/Torpaq Komitəsi/hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırılmaqla, rayon aqrar islahatı komissiyası təsdiq etməli idi. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi qəbul olunduqdan sonra Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 760 nömrəli fərmanı ilə bu əsanamənin 6-cı bəndinin birinci hissəsində “rayon aqrar islahatı komissiyası” sözləri “yerli icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilib. Başqa sözlə, 2002-ci ilin avqust ayından bu abzasda qeyd olunan sovxoz, kolxoz və s.torpaqlarına münasibətdə yerquruluşu layihələrini təsdiq etmək səlahiyyəti rayon aqrar islahat komissiyasından alınıb, yerli icra hakimiyyəti orqanına verilib.
5. Yuxarıdakıları ümumiləşdirərək, bildirir ki, Qax rayon aqrar islahat komissiyası 2002-ci ilin avqust ayından (30 dekabr 2007-ci il tarixi də daxil olmaqla) həm vətəndaşların qanuni istifadəsində olan, həm də kolxoz və sovxoz torpaq sahələrinin ölçüsündə heç bir dəyişiklik edə bilməzdi və belə hərəkətlər cinayət məsuliyyəti yaradır. Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1ci maddəsi ilə nəzərdə tutulub, əsaslar isə 139-1.1-ci maddəsi ilə müəyyən olunur. Məcəllənin 139-1.1.3, 139-1.1.5 və 139- 1.1.8-ci maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və ya yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər həmin əsaslardandır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 1.6-cı bəndinə əsasən şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notarial qaydada təsdiq edilmiş 1948-ci ilin avqust ayının 26-dan sonra bağlanmış müqavilələr, Azərbaycan Respublikası SSRi-nin tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər Mülki Məcəllənin 139-1.1-ci maddəsində sadalanan sənədlərə aiddir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin **********60 saylı 22 dekabr 2020-ci il tarixli məktubunda qeyd olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi qonşunun faktiki istifadəsindədir. Məlum olub ki, ailəsinə məxsus torpaqlar qeyri qanuni yollarla qonşulara - Cavabdeh4, X1, Cavabdeh5 verilib (yaxud satılıb). Azərbaycan Respublikası Mülki Məcəslləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.Atasından qalan torpaq sahəsindən onu qanunsuz olaraq almış Cavabdeh4, X4 və Cavabdeh5 geri tələb edir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş əsasnaməyə görə, torpaq islahatı aparılarkən torpaqların yerquruluşu layihələri torpaq məlumat bankı əsasında ilkin torpaq istifadəçilərindən mövcud istifadəçilərə qədər olan arxiv sənədlərinin dəqiqləşdirilməsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il «Torpaq islahatı haqqında» qanunun 10.2 maddəsində deyilir ki, «Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında» çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dovlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Bu qanunun 10.1 maddəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiqlənir. Bu qanunun 19-cu maddəsində deyilir ki, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda fiziki və hüquqi şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanın və ya bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan bütün torpaqların üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Atası - X14 Böyük Vətən Müharibəsinin İ dərəcəli iştirakçısı, SSRi-nin Səhiyyə Əlaçısı olub. Müharibə qurtardıqdan sonra 1951-ci ilə qədər sovet ordusunda xidmət etmişdir.1951-ci ildə Azərbaycana gəlib, doğma kəndinə-ata evinə qayıtmamış, Qax Rayon Səhiyyə Şöbəsində - SES-da epidemioloq-etimoloq kimi fəaliyyətə başlayır. Tez bir zamanda rayonda hörmət qazanır. Qax qəsəbəsində qeydiyyata duran Şamxal Əliyevə yurd salmaq üçün o dövrün qanunlarına uyğun olaraq xx.xx.1952-ci ildə tərtib olunmuş akt ilə 25m x 20m ölçüdə - 0,05 ha torpaq sahəsi ayrılmışdır. Ayrılan torpaq sahəsində tikintinin aparılması Qax Rayon icraiyyə Komitəsinin sərəncamı ilə rəsmiləşdirilib. Təhkim olunma aktı ilə torpaq sahəsi naturada ölçülüb verilib (akt xx.xx.1952-ci il və arxiv arayışı əlavə olunur) Torpaq sahəsini aldıqdan sonra atası evin inşasına başlamış, 1953-cü ildə çiy kərpicdən evi tikib qurtarmış, 1956-cı ildə ev istifadəyə hazır olmuşdur. Torpaq sahələri paylanıb qurtardıqdan sonra şəhərin baş planında dəyişiklik edildiyi üçün atasına verilən torpaq sahəsinin ətrafında boş qalan 25m x 35m ölçüsündə olan torpaq sahəsi 09 oktyabr 1959-cu il tarixli notarius tərəfindən imzalanmış torpaq müqaviləsinə əsasən əlavə olaraq ona verilib və müqavilə əlavə olunur. Atasının tikdiyi birinci ev çiy kərpiçdən olduğu üçün dövlət tərəfindən “avariynı”- təhlükəli ev sayıldığından o, dövlətdən ssuda götürərək həmin torpaq sahəsində daşdan ikinci ev tikib. 1962-ci ildə həmin evə köçür, torpaq sahəsi Dövlət qeydiyyatına alnımışdır əlavə olunur.
6. Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin Qax Rayon Şöbəsi tərəfindən ona verilən kadastrla, Qax X21 Komissiyasının verdiyi qərarla Konstitusiyanın 13, 29, 60-cı maddələri, Torpaq islahatı haqqında qanunun 10.1, 10.2, 19-cu maddələri pozulmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 1952-1959-cu illərdə X7 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X4 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X7 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X4 və Cavabdeh5 göstərilən torpaq sahələrindən çıxarılması və Qax rayon X21 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X5 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu göstərmişdir ki, 1952-1959-cu illərdə atasına verilən torpaqları ona versinlər. Torpaq sahəsi cavabdehlərə necə verilib, hansı qaydada verilib bilmir. Onda 2 dənə SSRİ vaxtı verilən 1952 və 1959-cu ilin torpaq Aktları vardır. Tələbi ondan ibarətdir ki, cavabdehlər torpaq sahələrindən çıxsın və atasından qalan torpaq sahələri ona verilsin.
8. Cavabdeh X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı 2019-cu ildə sərhəd barısını sökmüş və 1 metr özlərinə aid olan əraziyə keçmiş, ip çəkilmişdir. Ustadan nə etdiyini soruşduqda İddiaçı bilər deyə cavab vermişdir. O, iddiaçıdan nə etdiyini soruşduqda hamamın barısının əyri olduğunu və barını düzəltdiyini demişdir. O Şəfəqə hamamın barısının sökərək 1 metr içəridə tikməsini demişdir. 2019-cu ildə sökülən barı hələ də tikilməmişdir. O anlamır ki, iddiaçı nə fikirdədir. Köhnə kupçada sərhəddə barı yoxdur. Sərhəd evdir. Sonradan pəncərələr görünməsin deyə barı tikilmişdir. İddiaçı barını sökməli və zəbt etdiyi torpağı geri verməlidir. Bununla bağlı məhkəmə olmuş və icra olunmamışdır. İddia tələbində göstərilənləri əsassız hesab edir.
9. Cavabdeh4 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o da iddia tələbini əsassız hesab edir. Çünki 1996-cı ildə Zaqatala rayon Məhkəməsinin və Ali Məhkəmənin qətnamələri vardır ki, iddia əsassız sayılsın. İddianı qəbul etmir, rədd edilməsini xahiş etmişdir.
10. Cavabdeh5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o da iddia tələbinə etiraz edir. İddiaçı düz demir. 1957-ci ildə öz evləri tikilmiş və evə dair Çıxarışı olmasa da texniki pasportu vardır. Ev tikilən də torpaq da verilir. Uşaqlıqdan həmin torpaq sahəsinin özlərinə məxsus olduğunu görmüşdür.
11. Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, e-2(024)- 385/2024 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Qax rayon Şöbəsinə, Cavabdeh4, X1, Cavabdeh5 qarşı “1952-1959-cu illərdə X7 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X4 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X10 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X4 və Cavabdeh5un göstərilən torpaq sahələrindən çıxarılması tələbi”nə dair iddiası əsassız olduğundan iddianın təmin edilməməsi və iddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qax Rayon İcraiyyə Komitəsinin sərəncamına əsasən Qax Rayon Mərkəzinin 07 iyun 1952-ci il tarixli aktı ilə iddiaçının X2na fərdi ev tikintisi üçün ümumi sahəsi 5 sot (25x20 m) olan torpaq sahəsi və 05 oktyabr 1959-cu il tarixdə Qax Kommunal-Təsərrüfat idarəsi ilə bağlanılmış və notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən X7 müddətsiz istifadəsinə sahəsi 8,75 sot (250x350 m) olan torpaq sahəsi verilmişdir. Daha sonra 20 yanvar 1974-cü il tarixdə həmin torpaq sahəsində inşa edilmiş evin Ş.Ə.Əliyevin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasına dair qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçının X2 xx.xx.1992-ci il tarixdə anası X11 isə xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarı ilə X5 513.61 kv.m torpaq sahəsi verilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
13. Məhkəmə qeyd etmişdir ki, tərəflərin izahatı iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Göründüyü kimi məhkəmə iddianın qaldırılması ilə bağlı iddiaçının subyektv hüququnun olub-olmamasına dair diqqətə çatdırır ki, iddiaçı mübahisəli torpaq sahəsinin 1952-1959-cu illərdə iddiaçının mərhum X2na verildiyini iddia edir və o mərhum valideyinin vərəsəsi olduğu üçün miras əmlakın gələcəkdə qəbulu ilə bağlı gözlənilən mülkiyyət hüququ əldə etmək ehtimalı vardır. Odur ki, iddianın qaldırılması barədə İddiaçı subyektiv hüquqa malikdir.
14. İşin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının valideyinlərinin mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış və buna dair hüquqi sənəd Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməmişdir. Ona görə də, mübahisəli torpaq sahəsi üzərində mərhum X11 və X7 mülkiyyət hüququ olmadığı üçün iddiaçı hazırki tələblə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmamışdır. Zaqatala rayon Xalq Məhkəməsinin 8 yanvar 1996- cı il tarixli qətnaməsinə əsasən X16 və qeyrilərinin X12 ünvan 1 ünvanda yerləşən evinin mülkiyyət hüququ üzrə həmin tikintiyə sahiblik mərhum X8 məxsus olması faktının müəyyən edilməsinə və Rəşid Əliyevin öz ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmasına dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Odur ki, məhkəmə tərəflərin izahatlarını dinləyib, işin yuxarıda müəyyən olunmuş hallarını və iş materiallarını qarşılıqlı şəkildə qiymətləndirərək hesab etmişdir ki, iddia təmin edilməməlidir.
15. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilmədiyi üçün iddiaya məhkəmədə baxılması üçün iddiaçılar tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
16. Məhkəmə öz mövqeyini “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 66.1, 152.1, 178.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4. 218.1 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş və iş üçün əhəmiyyəti olan sübutları tədqiq etməmişdir. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.
19. Belə ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya bilməsi haqqında iddia qaldıra bilər. Həmçinin daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməlidir.
20. MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Birinci instansiya məhkəməsi prosessual hüquq normalarını o dərəcədə kobud pozmuş və düzgün tətbiq etməmiş ki, bu, düzgün olmayan qətnamənin qəbul ediməsinə səbəb olmuşdur. Hesab edir ki, onun məhkəmə əlçatanlığı hüququ pozulmuşdur. Məhkəməyə təqdim edilən hüquqmüəyyənedici sənədlər tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Mübahisənin mahiyyəti təhlil edilməmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədlərə və inzibati orqanın hərəkətlərinə qiymət verilməmişdir.
21. Odur ki, Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, e-2(024)- 385/2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı cavabdehlər Cavabdeh4 və Cavabdeh5 yazılı etiraz vermişlər. Cavabdehlər etirazlarında iddianı qanunsuz və əsassız hesab etdiklərini, iddiaçının mübahisəli sahələrə mülkiyyət hüququ olmadığı üçün hazırki tələblə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmadığını qeyd edərək Qax rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və iddianın təmin edilməməsini xahiş etmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, e-2(024)- 385/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, e-2(024)- 385/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddia tələbini əsassız hesab edir, çünki Zaqatala Rayon Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin mübahisə ilə bağlı qətnamələri vardır. 25.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, e-2(024)-385/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 26.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, e-2(024)- 385/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddia tələbini tamamilə əsassız hesab edir. Çünki uzun illərdir ki, mübahisəli torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evi onlara məxsusdur. Həmin evin texniki pasportunu da almışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. 27.Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh Qax rayon İcra Hakimiyyətinin nümayəndəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə işdə iştirak edən lakin məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyator Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, e-2(024)- 385/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Qax Rayon İcraiyyə Komitəsinin sərəncamına əsasən Qax Rayon Mərkəzinin 07 iyun 1952-ci il tarixli aktı ilə iddiaçının X2na fərdi ev tikintisi üçün ümumi sahəsi 5 sot (25x20 m) olan torpaq sahəsi və 05 oktyabr 1959-cu il tarixdə Qax Kommunal-Təsərrüfat idarəsi ilə bağlanılmış və notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən X7 müddətsiz istifadəsinə sahəsi 8,75 sot (250x350 m) olan torpaq sahəsi verilmişdir. Daha sonra 20 yanvar 1974-cü il tarixdə həmin torpaq sahəsində inşa edilmiş evin Ş.Ə.Əliyevin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasına dair qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçının X2 xx.xx.1992-ci il tarixdə anası X11 isə xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən X5 513.61 kv.m həyatyanı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı X2na 1952-1959-cu illərdə verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılmalarını və həmin torpaq qalıq hissəsinin sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etsə də, Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən X5 513.61 kv.m həyatyanı torpaq sahəsinə dair (hazırda mübahisə olunan torpaq sahəsinə dair) “Torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. Hal-hazırda isə Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 qərarı qüvvədədir.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəməyə təqdim edilən hüquqmüəyyənedici sənədlərin tam araşdırılmaması, iş üçün əhəmiyyətli olan hallar sübut edilməməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədlərə və inzibati orqanın hərəkətlərinə qiymət verilməməsi, işin bütün faktiki hallarını araşdırmadan yekun nəticəyə gəlməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş və mülki işin materiallarına əlavə olunmuş sübutlardan görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının valideyinləri mərhum X11 və X7 mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış və buna dair hüquqi sənəd Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən X5 513.61 kv.m həyatyanı torpaq sahəsinə dair (hazırda mübahisə olunan torpaq sahəsinə dair) “Torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. Hal-hazırda isə Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 qərarı qüvvədədir. Həmçinin Zaqatala Rayon Xalq Məhkəməsinin 8 yanvar 1996- cı il tarixli qətnaməsindən görünür ki, X16 və qeyrilərinin X13 qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə həmin tikintiyə sahiblik mərhum X8 məxsus olması faktının müəyyən edilməsinə və Rəşid Əliyevin öz ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmasına dair iddiası əsassız olduğundan rədd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yuxarıda göstərilən xüsusatlar ətraflı tədqiq edilmiş və hüquqmüəyyənedici sənədlərə hüquqi qiymət verildiyindən apellyatorun yuxarıda sadalanan dəlilləri əsassızdır.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı 1952-1959-cu illərdə X2nun müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X4 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X7 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X4 və Cavabdeh5 göstərilən torpaq sahələrindən çıxarılmasını tələb etsədə, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsinin məhz cavabdehlər tərəfindən zəbt edilməsinə dair iddiaçı tərəfindən əlavə bir sübut təqdim edilməmişdir.
41. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006- cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 43.Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normaların tələblərinin pozulmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin iddiaçıların apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, e-2(024)-385/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.