Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-619/2021 03.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, cavabdeh tərəfdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon Qızılağac Bələdiyyəsinə qarşı torpaq sahəsindən çıxarılma, yenidən daxil olmasına qadağa qoyulması və mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(046)-90/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(046)-90/2020 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin edilmiş, Göyçay rayonu Qızılağac kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla X1nın mülkiyyətinə verilmiş 1.34 ha torpaq sahəsinin 0.77 ha hissəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1, 0.26 ha hissəsindən Cavabdeh2 çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq X1na verilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 77.28 manat məhkəmə xərcinin müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınaraq Kadastr və X9 Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manat müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qət edilmişdir. İşin halları X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan, Göyçay rayon Qızılağac kəndində yerləşən 1.34 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında X1nın nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş xx.xx.2011-ci il tarixli 4Ə-297 nömrəli alqı-satqı müqaviləsinə əsasən Göyçay rayonu Qizilağac kəndində yerləşən 1.34 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmişdir. DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən Göyçay rayonu Qizilağac kəndində yerləşən 1.34 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxxxx 2018-ci il tarixdə qeydə alınmış və RX seriyalı ******* saylı çıxarış verilmişdir. Bundan sonra DƏDRX-nin 16-saylı ərazi idarəsinin əməkdaşları tərəfindən Göyçay rayonu Qizilağac kəndində yerləşən 1.34 ha torpaq sahəsinə İddiaçı adına ********** №-li çıxanş verilmişdir. Həmin torpaq sahəsi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş və onlar tərəfindən qeyri-qanuni istifadə edilir. Bununla da İddiaçı həmin torpaq sahəsi üzərində mövcud olan mülkiyyət hüququ pozulmuşdur. Bu barədə Qızılağac kənd Bələdiyyəsinə müraciət etmiş, lakin Qızılağac kənd Bələdiyyəsi tərəfindən iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 nümayəndəsi (atası) Cavabdeh1 onlara qarşı qaldırılmış iddianı qəbul etməyərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixli 189 nömrəli Qızılağac kənd bələdiyyəsinin müfəssəl məlumat tipli arayışından göründüyü kimi sözü gedən torpaq sahəsi Cavabdeh3 məxsusdur. Belə ki, təqdim edilmiş ilkin sənədlərdən göründüyü kimi torpaq sahəsi xx xxxx 2000-ci il tarixdə X20 Komissiyasının birgə tərtib etdiyi akt əsasında Qızılağac kənd sakini X12 1998-ci ildən pay torpağı kimi verilmiş, lakin həmin torpaq sahəsi layihə hazırlanarkən səhv üzündən bölgü layihəsinə düşmədiyindən xx xxx 2000-ci il X5 qərarı ilə istifadə etdiyi həmin 1 ha torpaq sahəsi yenidən həmin şəxsə təhkim edilmiş və Göyçay rayon DT və XK-si tərəfindən X8 adına sxematik plan tərtib və təsdiq edilmişdir. Beləliklə xx xxxxxx 2004-cü il tarixdə həmin torpaq sahəsi X8 və Notarial qaydada təsdiq edildiyi ailə üzvlərinin razılığı ilə Göyçay rayon DT və XK-nın iştirakı və təsdiqi əsasında Cavabdeh3 tərəfindən satın alınmış və Cavabdeh3 artıq mülkiyyətində olan torpaq sahəsinin sxematik planı hazırlanıb təsdiq edilmişdir. Həmin gündən etibarən bu vaxta qədər təxminən 15 ildir ki, mütəmadi olaraq həmin torpaq sahəsinə fiziki, maddi, mənəvi əmək sərf edərək meyvə bağı salmışdır. Vaxtı-vaxtında aqrotexniki tədbirlər görmüş, bələdiyyə tərəfindən müəyyən olunmuş ödənişləri müvafiq qaydalara uyğun olaraq həyata keçirmişik. Bu müddətdə həmən torpaq sahəsinə müxtəlif aidiyyətlərı üzrə 30000 manatdan yuxarı xərc çəkmişdir. Həmin torpaq sahəsinə xidmət olunmasaydı torpaq sahəsi öz keyfiyyətini itirər və istifadəyə yararsız olardı. Təqdim etdiyi xx xxxxxxx 2019-cu il tarixli 204 №-li Qızılağac kənd bələdiyyəsinin rəsmi arayışında aydın göstərilir ki, halhazırda 2016-cı ildə tərtib olunmuş mövcud xəritədə şərti işarələnmiş 378 №-ilə həmin torpaq sahəsinin Cavabdeh3 adına olması öz əksini tapmışdır. İddiaçı tərəfindən iddia ərizəsində göstərilir ki, torpaq sahəsi xx.xx.2011-ci il tarixdə alqı-satqı müqaviləsi ilə alınmışdır. Halbuki, torpaq sahəsini satan şəxs ona pay torpağı kimi təqdim edilən və özünün istifadəsində olan (lakin 1997-1998-ci illərdə X5 etdiyi səhvlər və nöqsanlar ucbatından tərtib olunmuş xəritədə tamamilə başqa yerdə düşən) torpaq sahəsini satmışdır. İddiaçı həmin torpaq sahəsindən bir müddət istifadə etmiş, sonradan torpaq sahəsi satan şəxs satdığı torpaq sahəsini xəritədə başqa birinə məxsus olduğunun bildirmiş aldığı pulu geri qaytara bilməmiş əvəzində iddiaçıya bilərəkdən məsləhət görmüşdür ki, araşdırma aparılsın, yəqin ki, onların torpaq payının haradasa xəritəyə düşmüşdür və həmin torpaq sahəsinə sahib çıxmağı ona məsləhət vermişdir. Bunlara baxmayaraq ƏMDK-nin yerli müfəttişləri bütün bunlardan xəbərdar və iştirakçısı olduqları halda 1997-1998-ci illərdə Aqrar İslahatlar zamanı çəkilmiş xəritəyə istinadən, sahəyə baxış keçirmədən 2018-ci ildə iddiaçıya çıxarış verilməsində səbəbkar olmuşlar. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 16 saylı X18 nümayəndəsi X3 izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-ci tarixli, **********72 nömrəli mütəxəssis rəyinə əsasən, hüquqlarln Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış ilə iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu, Qızılağac kəndində yerləşən 1,34 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, ******* nömrəli hüquqlarln Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Rx ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən 0,77 ha-dək hissəsi, digər Cavabdeh2 tərəfindən 0,26 ha-dək hissəsi naturada istifadə edilir. Mövcud xəritə materialları ilə natura arasındaki uyğunsuzluqları arada qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-ci il tarixli 818 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələri hazırlanmasından sonra mümkün olacaqdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, həmin qətnaməni qanunsuz və əsassız hesab edirlər. Göyçay Rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov X1nın onlara, Cavabdeh2 və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nın 16 saylı X16rşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma cavabdehlərə torpaq sahəsinə yenidən daxil olmağa qadağa edilməsi və mülkiyyət huququnun bərpa edilməsi tələbinə dair iddiasını təmin edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.3 və 218.1-ci maddələrinin tələblərini pozmuşdur. İşin faktiki və həqiqi halları ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi cavabdeh X14 məxsusdur. Belə ki, təqdim edilmiş ilkin sənədlərdən göründüyü kımı 1998-cı ildən faktiki istifadəsində olan torpaq sahəsi xx xxxx 2000-ci il tarixdə X20 Komissiyasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin əməkdaşları ilə birgə tərtib etdiyi akt əsasında pay torpağı kimi X12 verilmiş, lakin həmin torpaq sahəsi layihə hazırlanarkən səhv üzündən bolgü layihəsinə düşmədiyindən xx xxx 2000-ci il X5 qərarı ilə istifadə etdiyi həmin 1 ha torpaq sahəsi yenidən X12 təhkim edilmiş və Göyçay rayon DT və XK-si tərəfindən X8 adına sxematik plan tərtib və təsdiq edilmişdir. Beləliklə xx xxxxxx 2004-cu il tarixdə həmin torpaq sahəsi X8 və Notarial qaydada təsdiq edildiyi ailə üzvlərinin razılığı ilə Göyçay rayon DT və XK-nın iştirakı və təsdiqi əsasında X17 tərəfindən satın alınmış və X13 artıq mülkiyyətində olan torpaq sahəsinin sxematik planı hazırlanıb təsdiq edilmişdir. Həmin gündən etibarən bu vaxta qədər təxminən 15 ildir ki, mütəmadı olaraq həmin torpaq sahəsinə fiziki, maddi, mənəvi əmək sərf edərək meyvə bağı salmışdır. Vaxtı-vaxtında aqrotexniki tədbirlər görmüş, bələdiyyə tərəfindən müəyyən olunmuş ödənişləri müvafiq qaydalara uyğun olaraq həyata keçirmişlər. Bu müddətdə həmin torpaq sahəsinə muxtəlif aidiyyətləri üzrə 30000 manatdan yuxarı xərc çəkmişdir. Həmin torpaq sahəsinə xidmət olunmasaydı torpaq sahəsi öz keyfiyyətini itirər və istifadəyə yararsız olardı. Məhkəməyə təqdim etdiyi xx xxxxxxx 2019-cu il tarixli 204 №-li Qızılağac kənd bələdiyyəsinin rəsmi arayışında aydın göstərilir ki, hal-hazırda 2016-cı ildə tərtib olunmuş mövcud xəritədə şərti işarələnmiş 378 №-ilə həmin torpaq sahəsinin X13 adına olması oz əksini tapmışdır. İddiaçı tələbini mübahisəli torpaq sahəsini xx.xx.2011-ci ıl tarixdə alqı-satqı müqaviləsi əsasında əldə etməsi ilə əsaslandırır. Halbuki, torpaq sahəsini satan şəxs ona pay torpağı kimi təqdim edilən və özünün istifadəsində olan (lakin 1997-1998-ci illərdə X5 etdiyi səhvlər və nöqsanlar ucbatından tərtib olunmuş xəritədə tamamilə başqa yerdə düşən) torpaq sahəsini satmışdır. İddiaçı həmin torpaq sahəsindən bir müddət istifadə etmiş, sonradan torpaq sahəsi satan şəxs satdığı torpaq sahəsinin xəritədə başqa birinə məxsus olduğunu bildirmiş, aldığı pulu geri qaytara bilməmiş, əvəzində iddiaçıya bilərəkdən məsləhət görmüşdür ki, araşdırma aparılsın, yəqin ki, onların torpaq payının haradasa xəritəyə düşmüşdür və həmin torpaq sahəsinə sahib çıxmağı ona məsləhət vermişdir. Eyni zamanda məhkəməyə təqdim etdiyi Qızılağac kənd Bələdiyyəsinin xx xxxxxxxx 2019-cu il tarixli 189 №li arayışından aydın görünür ki, ərazidə aqrar islahatları aparılan vaxt bir çox sakinlərin mülkiyyət hüququna dair sənədlərdəki torpaq sahələrinin ölçüləri yer üzərində ölçülərək onlara tanıdıqları torpaq sahələrinin ölçülərindən fərqli olması kımı nöqsanlar baş vermişdir. Bununla əlaqədar 2014-cü ildə Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsinin yer quruluşu üzrə mütəxəssisləri Qızılağac kənd Bələdiyyəsi ərazisində baş verən nöqsan və çatışmamazlıqları, yer dəyişmələri aradan qaldırmaq məqsədi ilə yeni bölgü xəritəsi işləmişdir. Həmin vaxt cavabdeh Razı Dursunov istifadəsində olan 1,0 ha torpaq sahəsini həmin mütəxəssislərə göstərmiş və torpaq sahəsi Cavabdeh3 adına qeyd olunmuşdur. Bunlara baxmayaraq ƏMDK-nın ərazi idarəsinin əməkdaşları ərazidə mütəxəssis kimi dəfələrlə olduqları üçün işin həqiqi hallarından xəbərdar olduqları halda 1997-1998-ci illərdə Aqrar İslahatlar zamanı çəkilmiş xəritəyə istinadən, sahəyə baxış keçirmədən 2018cı ildə ıddiaçıya şübhəli çıxarış verilməsində səbəbkar olmuşlar. Bütün bunlara rəğmən şübhəli çıxarışın verilməsinə səbəb olan iş üzrə maraqlı tərəf ƏMDK yanında DƏDRX-nın 16 saylı X18 nümayəndəsi X3 məhkəmədə verdiyi izahatında bu məsələlərə aydınlıq gətirməmiş, öz nöqsanlarını ört-basdır etmək üçün sadəcə göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-cı tarixli, **********72 nömrəli mütəxəssis rəyinə əsasən huquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış ilə iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu. Qızılağac kəndində yerləşən 1,34 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, ******* nömrəli hüquqlarln Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. RX ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Məhyəddın oğlu tərəfindən 0,77 ha-dək hissəsi, digər Cavabdeh2 tərəfindən 0.26 ha-dək hissəsi naturada istifadə edilir. Mövcud xəritə materialları ilə natura arasındakı uyğunsuzluqların arada qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı ıl tarixli 818 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələri hazırlanmasından sonra mümkün oiacaqdır. İşin faktiki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi 2004-cü ildən bizim istifadə və sahibliyimizdədir və onlar həmin torpaq sahəsinin qanunsuz sahibi deyil, X7 qanuni yolla əldə etmiş torpaq sahibi olmuşlar ki, sonuncuya da mübahisəli torpaq sahəsi X5 xx xxx 2000-cı il tarixli qərarı ilə verilmiş və xx xxxx 2000-cı ıl tarixli aktı ilə naturada tanıdılmışdır. İddiaçı isə xx xxx 2011-ci il tarixdə bağladığı alqı-satqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsinə hüquq əldə etmiş və satıcı iddiaçıya hazırda onların sahibliyində olan torpaq sahəsini deyil, iddiaçının evinin yaxınlığında yerləşən torpaq sahəsini naturada tanıtmış, iddiaçı həmin torpaq sahəsindən təxminən 4-5 il ərzində istifadə etdikdən sonra torpaq sahəsinin satıcıya məxsus olmadığını müəyyən edərkən satıcı pulu qaytarmamış və torpaq sahəsinin yerini müəyyən edərək məhkəmə mübahisəsi açmışlar. Göründüyü kimi onlar torpaq sahəsindən qanunsuz deyil. X5 xx xxx 2000-ci il tarixli qərarı ilə torpaq sahəsini almış şəxsdən alaraq istifadə və sahiblik etmişlər. İlkin məhkəmə prosesi zamanı 2 dəfə məhkəməyə ərizə-izahat və ərizə formasında müraciət etmiş, son nəticədə ziyan çəkmiş bir Azərbaycan vətəndaşı kimi fərd olaraq mövqeyini bildirmiş və aydınlıq üçün əlində olan faktları sənədlər vasitəsi ilə məhkəməyə təqdim edərək məhkəmədən ədalət prinsiplərindən, həssaslıqla yanaşaraq, haqqın və ədalətin bərpa olunmasım xahiş etmişdir. Beləliklə, hakim İbrahim Fəttahov gəldıyı nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan prosessual huquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə çıxarmışdır. Hakim qətnamə çıxararkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(046)- 90/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh2, cavabdeh tərəfdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon Qızılağac Bələdiyyəsi (nümayəndəsi) işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(046)-90/2020 nömrəli qətnaməsi iddianın təmin olunmuş mübahisələndirilən-“Göyçay rayonu Qızılağac kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla X1nın mülkiyyətinə verilmiş 1.34 ha torpaq sahəsinin 0.77 ha hissəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1, 0.26 ha hissəsindən Cavabdeh2 çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən iddianın təmin edilməsinin göstərilməsinə baxmayaraq, iddianın təmin edilməmiş hissəsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmamışdır. Qətnamənin təmin olunmuş hissəsi isə qanuni və əsaslı olduğundan mübahisələndirilməyən əsasla qətnamənin ləğv edilməsi yolverilməzdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX1277758 saylı çıxarışdan görünür ki, X2 xüsusi mülkiyyətinə Göyçay rayonu Qızılağac kəndində yerləşən 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəy və sxem mülki işə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəy verilməsi üçün xərc 77.28 manat təşkil edir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 32411 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-ci tarixli **********72 nömrəli mütəxəssis rəyinə əsasən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış ilə iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən 1,34 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir. RX ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən 0,77 ha-dək hissəsi, digər Cavabdeh2 tərəfindən 0,26 ha-dək hissəsi naturada istifadə edilir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə, 71-ci maddəsinin 2-ci bəndinə, İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-nın 119.1ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla X1nın mülkiyyətinə verilmiş 1.34 ha torpaq sahəsinin 0.77 ha hissəsi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 və 0.26 ha hissəsi Cavabdeh2 qanunsuz istifadəsindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 1.34 ha torpaq sahəsinin 0.77 ha və 0.26 ha hissəsinin cavabdehlərin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X1nın iddiası təmin edilməli, Göyçay rayonu Qızılağac kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla X1nın mülkiyyətinə verilmiş 1.34 ha torpaq sahəsinin 0.77 ha hissəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1, 0.26 ha hissəsindən Cavabdeh2 çıxarılmalıdır. Belə olan halda ödənilmiş dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iş üzrə ekspertiza xərci olan 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabın ödənilməli və iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 77.28 manat məhkəmə xərci cavabdehlərdən müştərək qaydada tutularaq Kadastr və X9 Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(046)- 90/2020 nömrəli qətnaməsi iddianın təmin olunmuş mübahisələndirilən-“Göyçay rayonu Qızılağac kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla X1nın mülkiyyətinə verilmiş 1.34 ha torpaq sahəsinin 0.77 ha hissəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1, 0.26 ha hissəsindən Cavabdeh2 çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(046)-90/2020 nömrəli qətnaməsi iddianın təmin olunmuş mübahisələndirilən-“Göyçay rayonu Qızılağac kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla X1nın mülkiyyətinə verilmiş 1.34 ha torpaq sahəsinin 0.77 ha hissəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1, 0.26 ha hissəsindən Cavabdeh2 çıxarılması” hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-619/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-619/2021
03.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver