Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-625/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X14 vərəsəsi X5 qarşı (açar sözlər: Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X8 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh - X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “əmlak tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 fevral 2024-cü il tаrixli, 2(051)-58/2024 saylı qətnаməsindən İddiaçı nümayəndəsi və vəkili X15 və cavabdeh X9 tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(051)-233/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin olunmuş, miras əmlakına ikidə bir hissə miras payın bağışlanmasına dair cavabdeh ilə X22 arasında X21 Xidmət mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixlu müqavilə və mənzilin satılmasına cavabdeh birinci cavabdeh tərəfindən iddiaçının adından imzalanmış 29 iyun 2021-ci il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, X14 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv olunması, miras əmlakı olan mənzilin 25000 manata satılmasına dair X22 ilə 3-cü şəxs arasında Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ikidə bir hissədə etibarsız hesab edilməsi, həmin hissədə 3-cü şəxsin adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışın ləğv olunması qət edilmişdir.
2. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(107)-1012/2022 saylı qətnaməsindən görünür ki, 3-cü şəxs və ikinci cavabdehin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
3. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-599/2023 saylı qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(107)-1012/2022 saylı qətnaməsi qismən, iddiaçının miras payının bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23.05 2023-ci il tarixli, 2(107)-596/2023 saylı qətnaməsi ilə üçüncü şəxs X10 və cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətləri miras payın bağışlanmasına dair 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(051)-233/2022 saylı qətnaməsi Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair X23 ilə X22 arasında Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3667/2023 saylı qərarı ilə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-ci il tarixli, 2(107)-596/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. İş materiallarında olan 29 iyun 2021-c il tarixli AN-№0928138 saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzil 25000 manata satılmışdır.
II. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh X5 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə olan əmlak payının dəyəri olaraq 30000 manat pulun X11 miras qalmış şəriksiz mülkiyyəti olan 02 iyul 2021-ci ildən mülkiyyətində olan VAZ- 21074 markalı 02-B0-307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021- ci ildən mülkiyyətində olan Mingəçevir şəhəri Şəfa küçəsi 19-cu döngə 23 saylı evin hesabına ona ödənilməsi və 39 adda ev əşyalarının cavabdeh X2 alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə olan əmlak payının dəyəri olaraq 30000 manat pulun, 39 adda anasından miras qalmış adları aşağıda qeyd olunan: 1. Yataq mebeli (qoşa yataq, kamod, şifaner, tumba-2 ədəd) - 1450 manat 2. Servant-550 manat 3. 5 xalça (5x3- 1 ədəd, 3X2-4 ədəd) - 470 manat 4. 108 ekran televizor-1 ədəd-740 manat 5. Divan və 2 ədəd kreslo-590 manat 6. Soyuducu- 2 qapılı - 860 manat 7. Mətbəx mebeli-1200 manat
8. Elektrik samovarı-95 manat 9. elektrik ətçəkən-110 manat 10. elektrik sokçəkən-150 manat 11. Alminium qazanlar - 6 ədəd (müxtəlif ölçülü) - 160 manat 12. 5 ədəd yorğan- 175 manat 13. 5 ədəd döşək-200 manat 14. 6 ədəd yastışq 180 manat 15. 6 dəst yataq üzü-180 manat 16. 1 ədəd künc divanı-800 manat 17. Müxtəlif ölçülü boşqab-48 ədəd-84 manat 18. Qaşıq bıçaq,çəngəl-48 ədəd - 88 manat 19. Stəkan-24 ədəd - 30 manat 20. Nəlbəki-24 ədəd- 26 manat 21. Çilçıraq 12 şamlı, xrustal-120 manat 22. Stol və 6 ədəd stul-280 manat 23. Taxta stullar - 6 ədəd-120 manat 24. Paltaryuyan maşın(avtomat deyil)- 110 25. Pərdə 3 dəst-170 manat 26. Televizoraltı-1 ədəd-230 manat 27. Adeyal (buxovıy)- 2 ədəd-54 manat 28. Pakrıval- 2 ədəd- 76 manat 29. Süfrə- 6 ədəd -90 manat 30. 2 ədəd şüşə çılçıraq-70 manat 31. Tək kravat- 2 ədəd - 96 manat 32. Bağema konfet qabı(göy rəngli)- 2 ədəd-84 manat 33. Bağema meyvə qabı( göy rəngli)- 2 ədəd-78 manat 34. Meyvə qabı-xrustal-1 ədəd-28 manat 35. Gül qabı-xrustal- 2 ədəd-54 manat 36. Qənd qabı 6 ədəd-24 manat 37. Yemək servizi-12 nəfərlik(Rusiya istehsalı)-90 manat 38. Bakalxrustal 12 ədəd -58 manat 39. Bakal- bagema- 36 ədəd -96 manat - cəmi: 10072 (on min yetmiş iki) manat dəyərində əşyaların özünün və ya dəyərinin, X11 miras qalmış şəriksiz mülkiyyəti olan 02 iyul 2021-ci ildən mülkiyyətində olan VAZ-21074 markalı 02-B0-307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021-ci ildən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdeh X9 onun qardaşı Anar Quliyevin arvadıdır. Anar Quliyevlə o, Quliyev Vidadi Həbib oğlu ilə X12 birgə evliliyindən doğulmuşdur. Valideynləri arasındakı nikah 1982-ci ildə pozulmuşdur. Onlardan başqa valideynlərinin Həbib və Tural adlı uşaqlarıda olmuş, ancaq onlar da vəfat etmişdir. X4 07 noyabr 2020-ci ildə vəfat etmişdir. Həmin vaxt və hazırdada o, Ədliyyə Nazirliyi Pentensiar Xidmətin İxtisaslaşdıılmış Müalicə Müəssisəsində cəza çəkir. Buna qədər isə biz ailəlikcə Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 saylı evin, 9 saylı mənzilində yaşamışlar. Həmin mənzil anası vəfat edənə qədər onun adına olmuşdur. Həmçinin həmin mənzildə o, yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. 23 iyun 2021-ci ildə qardaşı X33 Müəssisəsinə gələrək iddiaçı ilə görüşmüşdür. Söhbət əsnasında Anar ona bildirmişdir ki, onun cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azad olunmaq imkanı vardır. Bunun üçün pul tələb olunur. Əgər o, razılaşarsa, anasının evini satar, bir qism pulla onu çıxarar, qalan hissə pula düşən payına isə ona ev alacaqdır. O da azadlığa çıxmaq arzusunda olduğundan və Anarın onun doğma qardaşı olması səbəbindən ona inanıb onun bu təklifinə razılaşdı. Onun təkidi ilə Anar Quliyevlə həbsxanaya gəlmiş Vüqar Əhmədova etibarnamə vermişdir. 02 sentyabr 2021-ci ildə iddiaçının qardaşı Anar Quliyev vəfat etmişdir. Onun vəfatından sonra yanına gələn xalası Validə Aslanovaya olanları bildirmiş və bundan sonra iddiaçıya məlum olmuşdur ki, qardaşı Anar Quliyev anasından miras qalmış evi satmış, həmin pula öz adına 02 iyul 2021-ci ildə VAZ-21074 markalı 02-B0-307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021-ci ildə isə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini satın almış, mülkiyyət hüquqları onun adına qeydə alınmışdır. Həmçinin anası Mirvari Quliyevadan miras qalmış ev əşyalarını həmin evə aparıb yığmışdır.Qeyd edir ki, qardaşı Anar Quliyev vəfat etdikdən sonra həmin evdə onun arvadı Lamiyyə Quliyeva yaşayır. Hazırda həmin avtomobil və ev üzərində həbs vardır. Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(051)- 233/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuş, miras əmlakına ikidə bir hissə miras payın bağışlanmasına dair cavabdeh ilə X22 arasında X21 Xidmət mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixlu müqavilə və mənzilin satılmasına cavabdeh birinci cavabdeh tərəfindən iddiaçının adından imzalanmış 29 iyun 2021-ci il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, X14 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv olunması, miras əmlakı olan mənzilin 25000 manata satılmasına dair X22 ilə 3-cü şəxs arasında Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ikidə bir hissədə etibarsız hesab edilməsi, həmin hissədə 3-cü şəxsin adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışın ləğv olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022ci il tarixli, 2(107)-1012/2022 saylı qətnaməsi ilə 3-cü şəxs və ikinci cavabdehin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-599/2023 saylı qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(107)- 1012/2022 saylı iş üzrə qətnaməsi qismən, iddiaçının miras payının bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 may 2023ci il tarixli, 2(107)-596/2023 saylı qətnaməsi üçüncü şəxs X10 və cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətləri miras payın bağışlanmasına dair 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(051)-233/2022 saylı qətnaməsi Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair X23 ilə X22 arasında Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının mövqeyi aşağıdakı kimi olmuşdur: Göründüyü kimi, apellyasiya məhkəməsi işdə olan sübutları hərtərəfli və düzgün qiymətləndirməmiş, miras payın bağışlanması müqaviləsinin iddiaçının iradəsinə uyğun olması barədə düzgün olmayan qənaətə gəlmişdir. Bu isə iddiaçının hüquqlarını pozmaqla, gələcəkdə həmin əmlak hüquqları ilə bağlı hər hansı müdafiə vasitələrindən istifadə etmək imkanının qarşısını almışdır». Məhkəmə iclaslarında iştirak edən Çimnaz Kamalova həmin mənzili 45000 manata aldığını göstərmişdir. İş materiallarından görünür ki, Anar Quliyev 30 iyun 2021-ci ildə Şəfa küçəsi 19 -cü döngə 23 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini 5000 manata, həmçinin 02 iyul 2021-ci ildə VAZ 21074 markalı 02-B0-307 dövlət qeydiyyat nişanlı Sedan avtomobilini satın almışdır. Qeyd edir ki, Anar Quliyev həmin torpaq sahəsini satın alarkən fərdi yaşayış evi mövcud olmuş və onun dəyərini də ödəmişdir. 45000 manat puldan qalan vəsaitin hara xərclənməsini bilinmir. X18 mirası bağışlamağım barədə müqavilə etibarsız sayıldığından Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinin iddiaçı ½ hissə payını tələb etmir. Həmin vəsaitə Anar Quliyev ev aldığından həmin evində dəyəri artdığından iddiaçının Anar Quliyevin vərəsəsindən tələbim 30000 manatdır. Odur ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə olan əmlak payının dəyəri olaraq 30000 manat pulun, 39 adda anasından miras qalmış cəmi 10072 (on min yetmiş iki) manat dəyərində ev əşyalarının özünün və ya dəyərinin, X11 miras qalmış şəriksiz mülkiyyəti olan 02 iyul 2021-ci ildən mülkiyyətində olan VAZ-21074 markalı 02-B0-307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021-ci ildən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak hesabına iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X9 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, X22 onun əridir. Əri 3 ildir ki, rəhmətə gedib. Qaynanasının adına olan mənzil qaynı, hal-hazırda İddiaçı təkidi və istəyi ilə satılıb. Evin satılmasının məqsəd Ramili azadlığı çıxarmaq olmuşdur. Ev satılarkən ondan bir məsləhət alınmayıb. İddiaçının iddia etdiyi ev əşyaları onun əri ilə birgə nikahları dövründə alınmışdır. Evin hansı məbləğdə satılması barədə onun xəbəri olmayıb. Odur ki, iddia əsassızdır və rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili cavabdehin izahatına uyğun məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq onu da bildirmişdir ki, 2021-ci ildən gedən məhkəmə mübahisələrində iddiaçı tərəf anasından miras qalmış əşyalarla bağlı tələb irəli sürməsini, ancaq mənzilin onun razılığı olmadan satılmapsını mübahsələndirmişdir. Mübahisə edilən mənzildə anasından miras qalmış əşyalar qalsa idi bu hissədə də mübahisələndirmə aparardı.
12. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 02 fevral 2024-cü il tаrixli, 2(051)-58/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh X2 12500 (on iki min beş yüz) manat alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə olan əmlak payının dəyəri olaraq 30000 manat pulun X11 miras qalmış VAZ-21074 markalı 02-B0-307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021-ci ildən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak hesabına ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı satılmış Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə olan əmlak payının olmasını iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətanəmələri ilə sübut edir. Lakin satılmış həmin daşınmaz əmlakın 45000 manata satılmasını iddia etsə də bunu sübut edə bilmir. İddiaçı daşınmaz əmlakın 45000 manata satılmasını onunla əsaslandırır ki, əvvəllər baxılmış mülki işlərdə şahid ifadələrində və iş üzrə 3-cü şəxsin ifadələrində göstərildiyini bildirir. Lakin iş materiallarına əlavə edilmiş 29 iyun 2021-c il tarixli AN- №0928138 saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzil 25000 manata satılmışdır. Məhkəmə əvvəllər baxılmış mülki işlərdə olan şahid ifadələrini deyil, daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyə uyğun notarial qaydada təsdiq edildiyindən həmin müqaviələni mötəbər sübut kimi qəbul edib qiymətləndirir və iddiaçıya çatası pulun məbləğinin satılmış əmlakın müqavilədə göstərilən məbləğ nəzərə almaqla, həmin daşınmaz əmlakda ½ payına uyğun (12500 manat) olması nəticəsinə gəlir.
14. Birinci instansiya məhkəməsi iddia tələbinin 39 adda miras qalmış əmlakın və ya dəyərininin tələb edilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, əşyaların mövcudluğu, mövcudu olmuşsa da həmin əşyaların iddiaçının anasından miras qalması və ya mərhum anasına məxsus olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video çəkilişi məhkəmə baxışında nümayiş etdirərkən həmin çəkilişdə gösətrilən hallar hal-hazırkı iş üzrə əhəmiyyət kəsb edilmədiyi müəyyən olundu. Odur ki, məhkəmə həmin diski sübut kimi qəbul etmir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili X15 və cavabdeh X9 tərəfindən аpellyаsiyа şikаyətləri verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd edilənlərlə oxşar məzmunda olmuş, əlavə olaraq göstərilmişdir ki, ... Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bağışlama müqaviləsi etibarsız sayıldığından Anar Quliyevin mənzilin dəyəri olaraq aldığı 45500 manatın yarı dəyəri iddiaçıya qaytarılmalıdır. Həmin vəsaitə isə Anar Quliyev torpaq sahəsi alındığı göstərilsə də, həmin torpaq sahəsində fərdi yaşayış evi vardır. Hansı ki, həmin yaşayış evində Anar Quliyevin yas mərasimi keçirilmiş və hazırdada həmin evdə Lamiyyə Quliyeva yaşayır. Şəki Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(107)-1012/2022 saylı qətnaməsinin qanuni qüvvəsini almış mənzilin alqı-satqısı müqaviləsinin etibarsız sayılmasının rədd edilməsi hissəsi üzrə müəyyən edilmişdir ki, mənzil 45500 manata satılmışdır. Həmin qətnamə tərəflər üçün preyudisial xarakter daşıyır. Hətta həmin evdə olan, iddia etdikləri miras əmlaklar üzərinə həbs də qoyulmuşdur. İddiaçı anası Mirvari Quliyevadan miras qalmış 39 adda əşyaların ona veriliməsi tələbinə dair iddia qaldırmış, həmin əşyalar üzərinə Mingəçevir Şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 16(051)-86/2023 saylı qərardadı ilə həbs qoyulmuşdur. Məhkəmə prosesi zamanı Cavabdeh Anar Quliyevlə evlənərkən qoşulub gəldiyini və bu zaman cehiz gətirmədiyini təsdiq etmişdir. Məhkəməyə təqdim etdiyi disklə isə Mirvari Quliyevanın mənzilində çəkilmiş videogörüntülərdən ev əşyalarının həmin mənzildə artıq mövcud olduğu öz təsdiqini tapsa da məhkəmə bu sübutları qəbul etməmişdir. Bundan başqa tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Məhkəmə Anar Quliyevin evin dəyəri hesabına əşyalar aldığını, həmin məbləği müqavilə üzrə 25000 manat olmasını gösiərsə də nəzərə almamışdır ki, məhz İddiaçıdə vəsaiti hesabına həmin əmlaklar alındığından onların real bazar dəyəri də nəzərə alınmaqla ona qaytarılmalıdır. Ancaq bununla bağlı heç bir araşdırma aparmamışdır. Ev əşyalarını X31 Quliyevanın əmlakı hesab edərkən nəzərə almamışdır ki, məhz daşınmaz əmlakda, avtomobildə mənzilin satılmasından sonra əldə edilmiş əmlaklardır. Əgər doğrudan da onların belə bir qazancları var idisə, analarından miras qalmış əmlak satılana qədər hər hansı əmlak almaq imkanları olardı. Qeyd olunanlara əsasən Mingəçevir Şəhər Məhkəməsinin 02 fevral 2024-cü il tаrixli, 2(051)-58/2024 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
19. Cavabdeh verdiyi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ...miras payın bağışlanmasına dair X23 ilə X22 arasında Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinin satışından əldə edilmiş (25000 manat pulun yarısının) 12500 manatın Cavabdeh alınıb İddiaçı verilməsi üçün əsas ola bilməz. Cavabdeh 14 il X22 ilə evli olmuş, bu nikahdan iki uşaqları doğulmuş, birgə təsərrüfat idarə etmişlər. X1 Anar Vidadi oğlu ilə birgə nikahı dövündə 5000 manata torpaq sahəsi, 4000 (dörd min) manata isə VAZ-2107 markalı avtomobil almışdır. Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin satışından əldə edilən pulun Cavabdeh heç bir adiyyəti yoxdur. X22 ilə İddiaçı analarından miras qalmış Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzili İddiaçı təşəbbüsü ilə satılmış mübahisə edilən mənzilin pulu da İddiaçı xərclənmişdir. Cavabdeh mərhum əri X14 mübahisə edilən mənzilin alqı-satqısından əldə edilən pulunu görməmişdir. Əgər həqiqətdə Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin alqısatqısından əldə edilmiş 25 000 manat X16 olsaydı Anarın sağlığında İddiaçı ona çatacaq pulu tələb edərdi. X11 miras qalmış ünvan 3 ünvanda yerləşən torpaq sahəsi və VAZ-21074 markalı **- BO-*** dövlət nişanlı avtomobil Cavabdeh qazancı, valideynlərinin köməkliyi ilə alınmışdır. Ailə başçısı olaraq birgə nikah dövründə əldə edilmiş əmlaklar mərhum əri X14 adına qeydə alınmışdır. Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin alqı-satqısından əldə edilmiş 25 000 manatın yarısının, yəni 12500 manatın Cavabdeh tələb edilməsi qanunsuz və əsassızdır. Cavabdeh Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin alqı-satqısından əldə edilmiş puldan məlumatı yoxdur, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi və VAZ-21074 markalı **-BO-*** dövlət nişanlı avtomobil Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin alqı-satqısından əldə edilmiş 25 000 manatdan istifadə edilərək alınmamışdır. ünvan 3 ünvanda yerləşən torpaq sahəsi və VAZ-21074 markalı **-BO-*** dövlət nişanlı avtomobil 9000 (doqquz min) manat pulun qarşılığında əldə edilmiş, həmin pullar da Cavabdeh qazancı, valideynlərinin köməkliyi ilə əldə edilmişdir. X14 pulunu görməmiş, mərhum əri Anar Quliyev həmişə pulunun saxlanması üçün xalası Validəyə verdyini deyirdi. Bundan başqa X23 notariat əməliyyatlarında X22 ilə bir iştirak etmişdir. Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin alqı-satqısından əldə edilmiş pullar X23 və Anarın xalası Validədə olmuşdur. X14 vəfatından istifadə edib başsız qalmış arvadı və yerim qalmış uşaqlarından pul almaq istəyirlər. Mənim pulum olsa idi, 300 manata xadimə işləməzdi. ünvan 3 ünvanda yerləşən torpaq sahəsi və VAZ-21074 markalı **-BO-*** dövlət nişanlı avtomobili qanun üzrə birinci növbəli vərəsə kimi mən və uşaqlarım qəbul etmişdir. Ancaq məhkəmədə vəsatətlə həbs qoydurmuşlar, adımıza keçirə bilmirik. Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin alqı-satqısından əldə edilmiş 25 000 manat X23 və Anarın xalası Validədədir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilərək Mingəçevir Şəhər Məkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(051)-58/2024 saylı qətnaməsinin iddianın qismən təmin edilmə hissəsində ləğv edərək, İddiaçı cavabdeh X14 vərəsəsi X5 qarşı əmlak tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır.
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X15 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 02 fevral 2024-cü il tаrixli, 2(051)-58/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında cavabdeh X14 vərəsəsi X9 özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 02 fevral 2024-cü il tаrixli, 2(051)-58/2024 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini, İddiaçı nümayəndəsi və vəkili X15 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətlərinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
24. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı qismən, cavabdeh isə qətnaməni bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (...).
26. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. (...). Azərbaycan Respublikası Mülki Məcəlləsi:
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
30. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
31. Maddə 1133. Vərəsəlik anlayışı - 1133.1 Ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. - 1133.2. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır.
32. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
33. Maddə 1159.1. Əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
36. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
38. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
39. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
41. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
42. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
44. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
45. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
49. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
50. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
51. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarı
VI. Apellyasiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İddiaçı nümayəndəsi və vəkili X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 02 fevral 2024-cü il tаrixli, 2(051)-58/2024 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilməlidir.
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
55. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
56. Müəyyən edilmişdir ki, cavabdeh X9 iddiaçının qardaşı Anar Quliyevin arvadıdır. İddiaçı və onun qardaşı Anar Quliyev Vidadi Həbib oğlu ilə X12 birgə evliliyindən doğulmuşdur. Valideynləri arasındakı nikah 1982-ci ildə pozulmuşdur. İddiaçının X4 07 noyabr 2020-ci ildə vəfat etmişdir. Həmin vaxt və hazırda da iddiaçı Ədliyyə Nazirliyi Pentensiar Xidmətin İxtisaslaşdıılmış Müalicə Müəssisəsində cəza çəkir. İddiaçı anasından miras qalmış evdən payının qəbul edilməsi zərurəti ilə əlaqədar qohumu X19 etibarnamə vermişdir. 02 sentyabr 2021-ci ildə iddiaçının qardaşı Anar Quliyev vəfat etmişdir. Anar Quliyevin vərəsələri qismində arvadı X9 (hazırkı iş üzrə cavabdeh) və 2 yetkinlik yaşına çatmayan uşağı qalmışdır) Onun vəfatından sonra iddiaçıya məlum olmuşdur ki, qardaşı Anar Quliyev anasından miras qalmış evi öz adına rəsmiləşdirərək satmışdır. İddiaçı buna etiraz etmiş və bu barədə məhkəmədə iddia qaldırmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuş, miras əmlakına ikidə bir hissə miras payın bağışlanmasına dair cavabdeh ilə X22 arasında X21 Xidmət mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixlu müqavilə və mənzilin satılmasına cavabdeh birinci cavabdeh tərəfindən iddiaçının adından imzalanmış 29 iyun 2021-ci il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, X14 adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv olunması, miras əmlakı olan mənzilin 25000 manata satılmasına dair X22 ilə 3-cü şəxs arasında Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ikidə bir hissədə etibarsız hesab edilməsi, həmin hissədə 3-cü şəxsin adına 09 iyul 2021-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışın ləğv olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh və 3-cü şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1012/2022 nömrəli, 13 sentyabr 2022ci il tarixli qətnaməsi ilə 3-cü şəxs və ikinci cavabdehin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. İddiaçı Apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-599/2023 saylı qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1012/2022 nömrəli iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən, iddiaçının miras payının bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-596/2023 nömrəli, 23 may 2023ci il tarixli qətnaməsi ilə üçüncü şəxs X10 və cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətləri miras payın bağışlanmasına dair 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(051)-233/2022 saylı qətnaməsi Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə miras payın bağışlanmasına dair X23 ilə X22 arasında Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
57. Hal-hazırda iddiaçı Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə olan əmlak payının dəyəri olaraq 30000 manat pulun X11 miras qalmış VAZ-21074 markalı 02-B0-307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021-ci ildən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak hesabına ödənilməsi və 39 adda anasından miras qalmış əmlakın və ya dəyərininin ona ödənilməsi tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan tərəflər apellyasiya şikayəti vermişlər.
58. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı satılmış Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ikidə bir hissə olan əmlak payının olmasını iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətanəmələri ilə sübut edir. Lakin satılmış həmin daşınmaz əmlakın 45000 manata satılmasını iddia etsə də, bunu sübut edə bilmir. İddiaçı daşınmaz əmlakın 45000 manata satılmasını onunla əsaslandırı ki, əvvəllər baxılmış mülki işlərdə şahid ifadələrində və iş üzrə 3-cü şəxsin ifadələrində göstərildiyini bildirir. Lakin iş materiallarına əlavə edilmiş 29 iyun 2021-c il tarixli AN-№0928138 saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzil 25000 manata satılmışdır. Məhkəmə əvvəllər baxılmış mülki işlərdə olan şahid ifadələrini deyil, daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyə uyğun notarial qaydada təsdiq edildiyindən həmin müqaviələni mötəbər sübut kimi qəbul edib qiymətləndirir və iddiaçıya çatası pulun məbləğinin satılmış əmlakın müqavilədə göstərilən məbləğ nəzərə almaqla, həmin daşınmaz əmlakda ½ payına uyğun (12500 manat) olması nəticəsinə gəlir. - Bundan başqa iddiaçı X11 miras qalmış VAZ-21074 markalı 02-B0-307 dövlət qeydiyyat nişanlı avtomobilin məhz tərəflərin analarından miras qalmış Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilin satılmasından əldə edilmiş vəsait əsasında və ya iddiaçıya düşən payın hesabına alınmasına dair məhkəməyə sübutlar təqdim edə bilmədi. Odur ki, məhkəmə iddiaçının mülahizələrini qəbul etmir. - Həmçinin məhkəmə iddia tələbinin 39 adda miras qalmış əmlakın və ya dəyərininin tələb edilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, həmin əşyaların mövcudluğu, mövcudu olmuşsa da həmin əşyaların iddiaçının anasından miras qalması və ya mərhum anasına məxsus olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilmədi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video çəkilişi məhkəmə baxışında nümayiş etdirərkən həmin çəkilişdə gösətrilən hallar hal-hazırkı iş üzrə əhəmiyyət kəsb edilmədiyi müəyyən olundu. Odur ki, məhkəmə həmin diski sübut kimi qəbul etmir.
59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
60. Belə ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM, maddə 82.3).
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
62. İş materiallarında olan qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(107)-1012/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzil 45.000 manata satılmışdır. Həmin üş üzrə üçüncü şəxs qismində cəlb edilmiş mənzilin alıcısı X10, şahid qismində dindirilmiş X24 və X17 da mənzilin 45000 manata satılmasını təsdiq etmişlər. Yəni həmin mənzilin 45.000 manata satılması tərəflərin iştirak etdikləri əvvəlki işl iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq mənzilin 25.000 manata satılması qənaətinə gəlmişdir.
63. Belə olan halda kollegiya hesab edir ki, iddiaçıya çatmalı payın məbləği satılmiş mənzilin dəyəri olan 45.000 manatın ½ hissəsi olan 22500 manat təşkil edir.
64. Cavabdehin ərinin mənzilin puluna maşın və ev alması və buna görə də iddiaçının həmin iki əşyaya görə 30 000 manat məbləğində pul tələb etməsi barədə iddiaçının bəyanı əsassızdır. Belə ki, mənzilin puluna hər hansı əmlakın alınıbalınmamasından, alınmış əmlakın qiymətindən asılı olmayaraq iddiaçının satılmış mənzilin dəyərinin (45.000 manat) yarısını tələb etmək hüququ vardır.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
66. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
67. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda şərh olunan hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 07 noyabr 2020-ci ildə vəfat etmiş X4ndan miras qalmış ev əşyalarından da özünə düşən payı tələb etmək hüququ vardır.
68. Yuxarıda da qeyd edildiyi kimi 07 noyabr 2020-ci ildə vəfat etmiş X12 iki vərəsəsi qalmışdır. Hazırkı iş üzrə İddiaçı və onun 2021-ci ildə vəfat etmiş qardaşı X22. Ona görə də, X20 vəsiyyətnamə qoymadığından ev əşyalarından ibarət 10072 (on min yetmiş iki) manat dəyərində miras əmlakın özünün və ya dəyərinin ikidə bir hissəsi İddiaçı çatmalıdır.
69. Bu baxımdan məhkəmə kollegiyası miras qalmış ev əşyalarının bütünlüklə iddiaçıya verilməsinə dair tələbi əsassız sayır. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
70. Məhkəmə kollegiyası cavabdehin ev əşyalarının mərhum qayınanasına deyil, özünün olması ilə bağlı izahatına tənqidi yanaşır. Cavabdeh bununla bağlı sübutları təqdim edə bilməmişdir.
71. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
72. Mülki işin apellyasiya baxışında cavabdehin apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və cavabdehin apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmiş, əksinə iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan sonuncunun apellyasiya şikayətində qoyduğu əsaslarla qətnamənin ləğv edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
73. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan İddiaçı nümayəndəsi və vəkili X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 fevral 2024-cü il tаrixli, 2(051)-58/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.
74. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir (MPM, maddə 119.1) Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 02 fevral 2024-cü il tаrixli, 2(051)-58/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 Mingeçevir şəhəri, Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinə ½ hissə əmlak payının dəyəri olan 22500 (iyirmi iki min beş yüz) manat alınıb İddiaçı verilsin. X7 miras qalmış 1 dəst qiyməti 1450 manat olan yataq mebeli (taxt, kamot, dolab, 2 ədəd tumba), 1 ədəd qiyməti 550 manat olan qonaq otağı üçün dolab (servant), 4 ədəd ümümi dəyəri 320 manat olan 3x2 xalça, 1 ədəd qiyməti 440 manat olan 108 ekran LC markalı televizor, 1 ədəd qiyməti 590 manat olan 2 qoltuqlu divan, 1 ədəd qiyməti 800 manat olan künc divanı, 1 dəst (6) qiyməti 280 manat olan stol-stul dəsti, 1 ədəd qiyməti 230 manat olan televizor altından ibarət əmlaklar naturada, həmin əmlaklar olmadıqda dəyəri cavabdeh X2 alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 180 mantat dövlət rüsumunun 172,50 manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 106 manat dövlət rüsumunun 86 manatı cavabdeh X2 alınaraq İddiaçı verilsin. Cavabdeh X9 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov