Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-628/2025 19.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak tələbi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair və məhkəmə məsrəflərinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(039)-405/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh qızıl-zinət əşyalarını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair və məhkəmə məsrəflərinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəyəri 1870 (bir min səkkiz yüz yetmiş) manat olan, 17 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan badam formalı qızıl sırğa – üzük dəstinin və ya həmin əmlak olmadıqda onun dəyərinin, dəyəri 4400 (dörd min dörd yüz) manat olan 40 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan mafioz qızıl sepin və ya həmin əmlak olmadıqda onun dəyərinin, dəyəri 660 (altı yüz altmış) manat olan 6 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan tək qaşlı üzüyün və ya həmin əmlak olmadıqda onun dəyərinin, dəyəri 990 (doqquz yüz doxsan) manat olan 6 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan gül formalı qızıl nişan üzüyünün və ya həmin əmlak olmadıqda onun dəyərinin, dəyəri 550 (beş yüz əlli) manat olan 5 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan gül formalı qızıl üzüyün və ya həmin əmlak olmadıqda onun dəyərinin, məhkəmə məsrəflərini təşkil edən 50 (əlli) manat mediasiya rüsumunun və 104 (bir yüz dörd) manat dövlət rüsumu məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə faktik nikah münasibətinə girməklə ailə həyatı qurmuş, xx.xx.2011-ci il tarixdə isə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahdan iki övladları var: xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6. Cavabdeh ilə onun arasında olan rəsmi nikahın pozulması, uşaqların onun yanında qalmasının müəyyən edilməsi və cavabdehin aliment öhdəliklərinin yaranması ilə bağlı xx.xx.2023-cüil tarixli Yevlax Rayon Məhkəməsinin qətnaməsi artıq qanuni qüvvəsini almışdır. İddiaçının cavabdehə qarşı qızıl-zinət əşyaları tələbini irəli sürmüşdür. Belə ki, cehiz əşyalarını götürən zaman qızıllarını tələb etməyinə baxmayaraq qızılları ona qaytarılmamış(bununla bağlı şahidləri məhkəmədə izahat verəcəklər). Lakin, o, ötən müddət ərzində, yenə də cavabdehə dəfələrlə sifarişlər göndərərək qızıllarının qaytarılmasını tələb etmişdir. Tələblərinə qarşı cavabdeh tam laqeydlik göstərdiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Cavabdeh təlb etdiyi qızıl-zinət əşyalarının siyahısı və qiyməti aşağıdakı kimidir: badam formalı qızıl sırğa – üzük dəsti – 17 qram çəkidə. 585 əyarlı Rusiya istehsalı, qiyməti 1870 (min səkkiz yüz yetmiş) manat, mafioz qızıl sep – 40 qram çəkidə 585 əyarlı Rusiya istehsalı, qiyməti 4400 (dörd min dörd yüz) manat, tək qaşlı qızıl üzük - 6 qram çəkidə. 585 əyarlı Rusiya istehsalı, qiyməti 660 (altı yüz altmış) manat, gül formalı nişan üzüyü - 9 qram çəkidə. 585 əyarlı Rusiya istehsalı, qiyməti 990 (altı yüz altmış) manat, gül formalı üzük - 5 qram çəkidə. 585 əyarlı Rusiya istehsalı, qiyməti 550 (beş yüz əlli) manat. Qeyd edir ki, iddia tələbinin predmetini təşkil edən qızıl-zinət əşyalarının hər biri cavabdehin ailəsi tərəfindən ona toy hədiyyəsi olaraq bağışlanmışdır, o cümlədən iddiaçının ayrıca xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh iddia ərizəsinin predmeti olan 5 adda qızıl əşyalarını ondan icazəsiz girov qoyub pul götürmüş və götürdüyü pul məbləğini borclarına ödəmişdir. onu da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehin həmişə mənbəyi məlum olmayan borcları olurdu və onların ailəsi də bu kimi səbəblərdən dağılmışdır.
4. Yevlax Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(039)-405/2025 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin olunmuş, Cavabdeh 17 qram çəkidə 585 əyarlı, Rusiya istehsalı olan badam formalı qızıl sırğa-üzük dəsti – dəyəri 1870 manat, 40 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan mafioz qızıl sepin – dəyəri 4400 manat, 6 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan tək qaşlı üzük – dəyəri 660 manat, 6 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan gül formalı qızıl nişan üzük – dəyəri 990 manat, 5 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan gül formalı qızıl üzük – dəyəri 550 manatdan ibarət qızıl-zinət əşyaları alınaraq İddiaçı verilsin. (Qızıl–zinət əşyaları cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin qızıl-zinət əşyalarının cəmi dəyəri olan 8470 manat cavabdehdən tutularaq iddiaçı verilməlidir. İddia tələbi təmin edildiyi üçün Cavabdeh 154 (yüz əlli dörd) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 225.2-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1 və 34.1-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı işə Yevlax Rayon Məhkəməsində baxılması üçün 104.40 (bir yüz dörd manat, qırx) manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, İddiaçı toy mərasimində qızıl-zinət əşyaları hədiyyə edilmişdir.
7. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o İddiaçı ilə faktiki ailə münasibətlərinə girməklə ailə qurmuşdur. Aralarında olan nikah xx.xx.2011-ci il tarixdə rəsmiləşmişdir. Birgə nikahdan iki övladı var. Aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Toyda valideynləri və onun tərəfindən hədiyyə olaraq iddiaçıya bir neçə adda qızıl-zinyət əşyası alınmışdır. Lakin həmin qızıl-zinyət iddia ərizəsində qeyd edilən qiymətdən çox aşağı qiymətə alınmışdır ki, iddiaçı bunun əksi olaraq həmin qızılların qiymətini və qramını iddia ərizəsində şişirdilmiş şəkildə göstərmişdir. İddiaçı iddia ərizəsində cehiz əşyalarını apararkən qızıl əşyalarını tələb etməsini qeyd edir. Bununla bağlı qeyd edir ki, cehiz əşyalarının aparılması zamanı onun qızılları tələb etməsi tamamilə əsassızdır. Çünki qeyd edilən qızıllar ailəli olduqları vaxtda onun razılığı ilə “Accesbank”ın Mingəçevir filialına girov qoyularaq pul götürülmüşdür ki, həmin pul isə ailə üçün xərclənmişdir. İddiaçının razılığı olmadan həmin qızılların götürülərək girov qoyulması mümkün deyil. Çünki qızıllar 2017-2018-ci illərdə girovda olmuşdur ki, həmin vaxt onlar bir yerdə yaşayırdılar və birgə təsərrüfatı idarə etmişlər. Qızıllar həmişə iddiaçının özündə olmuşdur və onun razılığı olmadan xəbərsiz onları banka girov qoymağı mümkün deyil. Həmin vaxt maddi vəziyyətləri yaxşı deyildi və ailənin pula ehtiyacı var idi. Onlar da razılaşdılar ki, qızılları girov qoyub bankdan pul götürsünlər və belə də etdilər. Sonradan qərara gəldilər ki, hər ay banka kredit ödənilməsi müəyyən çətinliklər yaradır və bu səbədən Bank işçisi Natiq adlı şəxsin köməkliyi ilə qızılları götürüb Gəncə şəhərində sataraq banka olan borclarını bağladılar və yerdə qalan 180 manata isə evə bazarlıq etdilər. Həmin vaxt iddiaçı onunla birlikdə olmuş və bankdan qızıllar onun razılığı ilə götrülərək onun iştirakı ilə satılmışdır. Lakin Natiq adlı şəxsi tapa bilmədiyindən onun şahid olaraq məhkəmə iclasına dəvət edə bilmir. Yəni iddia ərizəsində qeyd edildiyi kimi qızılları o icazəsiz satmamışdır. Onun özünün razıllığı ilə iştirakı ilə satılmışdır. Qeyd edilən qızıl-zinyət əşyaları iddiaçının istifadəsində sahibliyində olmuş və onun razılığı əsasında ailəli olduqları dövrdə satılaraq ailənin ehtiyacları üçün xərclənmişdir. Qızılzinyət əşyaları nikah pozulndan bir neçə il əvvəl satılmışdır. Eyni zamanda qeyd edilir ki, guya qızıl-zinyət əyaları girov qoyulub pul götrülərkən onun xəbəri olmamışdır. Tamamilə əsassızdır. Çünki qızıllar daimi olaraq iddiaçının özündə olmuşdur və onun razılığı ilə girov qoyulub, sonra isə satılmışdır. Bununla bağlı bankda sənədlər var və məhkəmə sorğusu əsasında həmin sənədlər tələb olunaraq alınarsa iddiaçının qızılların satılması barədə ərizəsi də ortaya çıxacaq. Qızıllar satılandan sonra bir neçə il ailə olaraq bir yerdə yaşayıb təsərrüfatı idarə etmişlər və bu müddət ərzində bir dəfə də, olsa qızılları tələb etməmişdir. Çünki öz təklifi ilə qızıllar satılıb. Guya qızıl-zinyət əyaları qaynanasında və qaynatasında olmuşdur. Bu mümkün olmayacaq bir haldır. Onlar tamamilə valideynlərindən ayrı olaraq yaşamışlar və qızıllar da özündə olmuşdur. Qızılların onun valideynlərində olması həqiqəti əks etdirmir. Bu tamamilə yalandır. Olmayan, satılmış qızıllar necə olar ki, valideynlərində olsun. Özü istəyib qızılları ailə üçün satıb xərcləyib. Məhkəmə işə baxarkən tam və hərtərəfli araşdırma aparmamışdır. Belə ki, cavabdeh məhkəmə iclasında qızıl-zinyət əşyalarının “AccesBank”ın Mingəçevir filialına girov qoyularaq birgə nikah dövründə ailənin maddi tələbatı üçün pul götürdüklərini iddia etməsinə baxmayaraq məhkəmə bununla bağlı banka heç bir sorğu ünvanlamamışdır. Çünki sorğu əsasında həqiqətən də qızılların girov qoyularaq bankdan kredit götürüldüyü və sonradan iddiaçının razılıq ərizəsi əsasında bankdan götürülərək satıldığı müəyyən ediləcəkdi. Lakin bu hal məhkəmə tərəfindən araşdırılmamışdır.
9. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(039)-405/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Verilmiş apellyasiya şikayətinə etiraz verilməmişdir
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(039)- 405/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən nikah müddətindəər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrəəldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(039)-405/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
24. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
25. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. İddiaçı ailə qurduqdan sonra Yevlax rayonunun Aran qəsəbəsinə Cavabdeh məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçıya badam formalı qızıl sırğa-üzük, mafioz qızıl sep, tək qaşlı qızıl üzük, gül formalı qızıl nişan üzüyü, gül formalı qızıl üzükdən ibarət qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Qızıl–zinət əşyaları cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin qızıl-zinət əşyalarının dəyəri olan 8470 manat cavabdehdən tutularaq iddiaçı verilməlidir. Məhkəmə bu qənaətə gələrkən iddia tələbində olan qızılların birgə nikah dövründə mövcudluğu barədə izahatını, həmçinin qızıl-zinət əşyalarının birgə yaşayış meyarı üçün satılmadığını nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, cavabdeh qızılların satılmasında iddiaçının razılığını ifadə edən imzalı sənədlərin olduğunu və məhkəməyə təqdim edəcəyini bildirsə də, həmin sübutları təqdim edə bilməmiş, bundan başqa məhkəmə araşdırması zamanı cavabdeh ziddiyətli izahatlar vermişdir ki, bu hallar da iddiaçının xeyrinə həll olunması üçün əsasdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə mediasiyada baxılması üçün 50 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax 1 X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞY/MT034/2024-00361 nömrəli arayışdan görünür ki, İddiaçı “əmlak” tələbi ilə mediasiyaya müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli AZ-İ 467171 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 87 nömrəli rəydən görünür ki, badam formalı sırqaüzük dəsti – 17 qr.çəkidə, 585 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 17 qr.çəkidə olan qızılın qiyməti – 1870 (min səkkiz yüz yetmiş) manat, mafioz sep – 40 qram qr.çəkidə, 585 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 40 qr.çəkidə olan qızılın qiyməti 4400 (dörd min dörd yüz) manat, tək qaşlı üzük - 6 qr.çəkidə, 585 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 6 qr.çəkidə olan qızılın qiyməti 660 (altı yüz altmış) manat, gül formalı nişan üzüyü 9 qr.çəkidə, 585 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 9 qr.çəkidə olan qızılın qiyməti 990 (doqquz yüz doxsan) manat, gül formalı üzük - 5 qr.çəkidə, 585 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 5 qr.çəkidə olan qızılın qiyməti 550 (beş yüz əlli) manat, ümumilikdə 8470 (səkkiz min dörd yüz yetmiş) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı işə Yevlax Rayon Məhkəməsində baxılması üçün 104.40 (bir yüz dörd manat, qırx) manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, İddiaçı toy mərasimində qızıl-zinət əşyaları hədiyyə edilmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar və formal olaraq verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə əsas ola bilməz.
27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(039)-405/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(039)-405/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.