Məhkəmə qərarları › İş №2(107)-631/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-631/2022

26.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-631/2022 26.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, X2 və X11 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(033)-256/2021 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 27 aprel 2021-ci il tarixli 2(033)-256/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı təmsilçisi Cavabdeh1 ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə 4Ə-1016 reyestr nömrə ilə qeyd edilməklə Zaqatala Rayon 2 saylı Notariat Kontorunda bağlanmış AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin ləğv edilməsi, ünvan 3ində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində Cavabdeh2 adına aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manatın özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh1 və Cavabdeh2 qarşı, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, X5 və X15 olmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” etibarsız sayılması, ünvan 3ində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 29 mart 2021-ci il tarixli məhkəmə iclasında birinci instansiya məhkəməsinə iddianın dəyişdirilməsi haqqında ərizə ilə müraciət edərək, mülki iş üzrə iddia ərizəsinin tələb hissəsinin dəyişdirilərək "İddiaçı ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi, ünvan 3ində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın dəyişdirilməsi haqqında ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, İddiaçı, cavabdehlər və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinin rəisi məktub göndərərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı və cavabdehlər məhkəmə baxışı iclasında iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçının mərhum əri X20 02 yanvar 1999-cu il tarixdə ölmüşdür. Sonuncunun ölümündən sonra ünvan 3ində 0,1758 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Həmin torpaq sahəsi və fərdi yaşayış evindən X13 vəfatından sonra, sonuncunun bacısının oğlu - iş üzrə üçüncü şəxs X5 istifadə etmişdir. Hal-hazırda da qeyd olunan əmlaklar iş üzrə üçüncü şəxs X5 və onun ailə üzvlərinin istifadəsindədir. 2012-ci ildə Zaqatala rayonunda təbii fəlakət (zəlzələ) baş vermiş və nəticədə X12 miras qalmış fərdi yaşayış evi yararsız hala düşmüşdür. Nəticədə iddiaçının razılığı əsasında qeyd olunan fərdi yaşayış evinin yerində dövlət vəsaiti hesabına Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,1758 ha həyətyanı torpaq sahəsini də iddiaçının bağışlamaq istədiyi iş üzrə üçüncü şəxs X1 arvadı X7 adına sənədləşdirilmişdir. İddiaçı 13 noyabr 2013-cü il tarixdə iş üzrə Cavabdeh1 (üçüncü şəxsin qardaşı) etibarnamə verərək, mərhum əri X12 miras qalmış “fərdi yaşayış evinin” sənədləşdirilməsi və özgəninkiləşdirilməsi ilə bağlı səlahiyyətləri ona həvalə etmişdir ki, həmin evi iddiaçının adından iş üzrə üçüncü şəxs X2 bağışlasın. 2020-ci ilin təqribən oktyabr-noyabr aylarında X5 İddiaçı bildirmişdir ki, qardaşı ilə münasibətləri yaxşı deyildir və mümkündürsə həmin evi özü ona bağışlasın. Çünki etibarnamənin verilməsinin üzərindən 7 (yeddi) ilə yaxın vaxt keçməsinə baxmayaraq, iş üzrə Cavabdeh1 hələ də qeyd olunan fərdi yaşayış evini sənədləşdirməmiş və X2 bağışlamamışdır. İddiaçı qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmək məqsədi ilə 2020-ci ilin təqribən oktyabr-noyabr aylarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə şifahi olaraq müraciət etmiş və məlum olmuşdur ki, torpaq sahəsinə dair sərəncam vermək hüququ olmadığı halda Cavabdeh1 ona verilmiş etibarnamədən sui-istifadə edərək iddiaçının mərhum əri X12 miras qalmış ünvan 3ində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə vərəsəlik açmış və həmin əmlak üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırdıqdan sonra, torpaq sahəsini 16 iyul 2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən, qızı - iş üzrə Cavabdeh2 bağışlamışdır. Cavabdeh1 bütün bu hərəkətləri düşünülmüş şəkildə etmişdir ki, nə İddiaçı, nə X1, nə də X7 bundan məlumatı olmasın. Belə ki, İddiaçı 13 noyabr 2013-cü il tarixdə Cavabdeh1 verdiyi etibarnaməyə əsasən, yalnız iddiaçının mərhum əri X12 miras qalmış ünvan 3ində yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququnun rəsmiləşdirilməsi və özgəninkiləşdirilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, iş üzrə Cavabdeh1 düşünmüşdür ki, fərdi yaşayış evi üzərində vərəslik hüququnu rəsmiləşdirəcəyi və özgəninkiləşdirəcəyi təqdirdə, iş üzrə üçüncü şəxslər X5 və X7 bundan məlumatı olacaqdır. Çünki ilk olaraq fərdi yaşayış evi üzərində hüquqlar dövlət qeydiyyatına alınan zaman həmin əmlakda 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən texniki inventarlaşma işləri aparılmalı və texniki pasport tərtib olunmalıdır. Həmin vaxtı da evdə X5 və X15 yaşadığı üçün buna təbii olaraq şahidlik edəcək və dolayısıyla da evin onlara bağışlanmasını tələb edəcəkdilər. İkincisi isə Cavabdeh1 fərdi yaşayış evi üzərində hüquqları dövlət qeydiyyatına aldıracağı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 49-cu bəndinə əsasən, həmin evdə qeydiyyatda olan X5 və X7 da razılığını almalı olacaqdı. Göründüyü kimi, Cavabdeh1 iş materiallarında olan 13 noyabr 2013-cü il tarixli etibarnamədə iddiaçının mərhum əri X12 miras qalmış və daha sonradan İddiaçı mülkiyyəti olmuş torpaq sahəsi ilə bağlı ona hər hansı bir hüquq verilmədiyi halda, qanunsuz olaraq iş üzrə cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisi vasitəsi ilə həmin torpaq sahəsini qızı Cavabdeh2 bağışlamışdır. Hətta etibarnamədə Cavabdeh1 torpaq sahəsinə dair sərəncam vermək hüququ verilmiş olsa idi belə, o bu hüquqdan sui-istifadə edərək, həmin əmlakı yaxın qohumu olan qızına bağışlaya bilməzdi. Odur ki, qeyd edilənləri nəzərə alaraq 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi və dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin əvvəlki baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı mərhum əri X20 mülki iş üzrə Cavabdeh1 və üçüncü şəxs X1 dayısıdır. X4 rayonu Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh1 olduğunu bildirmişdir. X20 vəfat etdikdən sonra İddiaçı həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini Cavabdeh1 təhvil verərək yaşamaq üçün Balakən rayonuna köçmüşdür. Bu zaman o, daşınmaz əmlak üzərində hüquqların rəsmləşdirilməsi üçün Rəşidə 1999-cu ildə etibarnamə də vermişdir. Sonuncu sonradan qeyd edilən torpaq sahəsini üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə istifadə etməsi üçün qardaşı Nurməhəmməd Laçınova vermişdir. Lakin o həmin əmlakı qızı Cavabdeh2 satmış və həmin evdə əmisinin yaşadığını ona bildirmişdir. Hazırda da cavabdeh əmisinin həmin evdə yaşamasına hər hansı etirazını bildirmir. Cavabdeh1 vəfat etmişdir. Əgər iddiaçı həmin evi Nurməhəmmədə bağışlamaq istəyirdisə onda nəyə görə Cavabdeh1 iki dəfə, yəni 1999-cu il tarixdə və 2013-cü il tarixdə etibarnamə vermişdir. Elə birbaşa etibarnaməni bağışlamaq istədiyi şəxsə verərdi. Odur ki, iddia tələbi ilə razı deyil və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən üçüncü şəxs X5 izahat verərək göstərmişdir ki, o, 22 ildir ünvan 3ində 0,1758 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh isə həmin evdə yaşamamışdır. O, orada tikinti işləri aparmış və öz istifadəsi üçün hər bir şərait yaratmışdır. Qeyd edilən torpaq sahəsi onun mərhum dayısı, iddiaçının mərhum əri X13 mülkiyyətində olmuşdur. Sonradan həmin əmlak onun vərəsəsi olan İddiaçı mülkiyyətinə verilmişdir. O, 1996-1998-ci illərdə dayısı mərhum X16 baxmış, onun qulluğunda durmuşdur. Dayısı 1997-ci ildə İddiaçı ilə ailə həyatı qurmuşdur. 1998-ci ildə o vəfat etdikdən sonra onun həyat yoldaşı-ünvan 3ində 0,1758 ha torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı Balakən rayonuna köçmüş və həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evinin ona bağışlanması üçün sənədlərin hazırlanması məqsədi ilə qardaşı Cavabdeh1 etibarnamə vermişdir. O, Cavabdeh1 həmin evin özünə bağışlamaq istədiyini də demişdir. O, Cavabdeh1 etibarnamə verilməsindən məlumatlı olmuşdur. Lakin o müddət ərzində özü xəstə olduğundan əmlakın bağışlanması müqaviləsinin bağlanması ilə bağlı olan işlərlə məşğul ola bilməmişdir. Lakin, sonradan Cavabdeh1 qeyd edilən evi və torpaq sahəsini qızı Cavabdeh2 satdığını öyrənmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən üçüncü şəxs X15 X1 izahatına uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyаsiyа şikаyəti verərək Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021ci il tarixli 2(033)-256/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi) Mahir Əsədli və Ayaz Mahmudov) 29 sentyabr 2021-ci il tarixli 2(107)-1508/2021 nömrəli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(033)-256/2021 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinə, X2 və X11 qarşı alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli 2(107)-1508/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2022-ci il tarixli 2(102)-969/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 02.01.1999-cu ildə ölmüş X20 iş üzrə İddiaçı əri, iş üzrə cavabdeh kimi yazılmış Cavabdeh1 isə dayısı olmuşdur. Cavabdeh2 isə Cavabdeh1 qızıdır. X23 Muxax kəndində həyətyanı torpaq sahəsi və yaşayış evi miras qalmışdır. Hacı Ağayev özünün bütün əmlakını arvadı Hürüneyə vəsiyyət etmişdir. Hacı Ağayev öldükdən sonra İddiaçı həmin evə, torpağa dair bütün səlahiyyətlərini əks etdirən etibarnaməni 10.02.1999-cu ildə Cavabdeh1 verdikdən sonra çıxıb başqa rayona daimi yaşamaq üçün gedir. Həmin vaxtdan bütün əmlak Cavabdeh1 sərəncamında olur. 2013-cü ildə İddiaçı yenə həmin miras əmlakla bağlı evin vərəsəliyin açılması, evin satılması, özünə məxsus olan torpağın satılması səlahiyyətlərinə dair Cavabdeh1 etibarnamə verir. Cavabdeh1 icazəsi ilə qardaşı Nurməhəmməd Laçınova həmin evdə yaşamağa icazə verilir və Nurməhəmməd Laçınov həmin evdə yaşamağa başlayır. 2012-ci ildə rayonda baş verən zəlzələ nəticəsində ev yararsız hala düşür və dövlət tərəfindən yeni ev inşa olunur. Etibarnamə əsasında Cavabdeh1 tərəfindən torpaq sahəsinə qanun üzrə vərəsəlik şəhadətnaməsi (2014-cü ildə) və İddiaçı adına çıxarış (2018-ci ildə) alınır. Ev dövlət tərəfindən tikildiyinə görə evə çıxarış torpağın çıxarışı alındıqdan sonra verilməlidir. Etibarnamə əsasında həmin torpaq sahəsi 16 iyul 2018-ci ildə Cavabdeh2 5400 manata satılır və torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarış verilir. Alqı satqı zamanı müqavilədə nəzərdə tutulmuş torpağın dəyəri və 439.5 manat vergi məbləği İddiaçı adından dövlətə ödənilir. Bütün bu ödəmələri Cavabdeh1 həyata keçirir. 21 noyabr 2020-cİ il tarixdə Cavabdeh1 vəfat edir. Cavabdeh1 vəfatından sonra iş üzrə üçüncü şəxslər Nurməhəmməd Laçınov və qeyrisi İddiaçı məhkəmədə iddia qaldırmağa, alqı-satqı müqaviləsinin ləgv edilməsinə təhrik edirlər. İddiaçı əvvəlcə iddiada müqavilənin etibarsızlığını xahiş edir və MM-in 337- 339-cu maddələrinə istinad edir, sonra iddianı dəyişir, müqavilənin ləğvini tələb edir. Lakin iddiada müqavilənin ləgv edilməsinə deyil, əmlakın vərəsəlik yolu ilə qəbul edilməsini mübahisələndirir. İşə baxan məhkəmə iddianın əsasını miras əmlakın vərəsəlik yolu ilə qəbul edilməsini və bu barədə etibarnamə verilməməsi, təşkil etməsinə baxmayaraq, üçüncü şəxsləri müdafiə etməklə iddianı başqa əsaslarla əsaslandırmağa çalışır. Belə ki, alqı-satqı müqaviləsini ləgv edən məhkəmə mülki qanunvericiliyin müqavilənin ləğvini nəzərdə tutan əsas və qaydalara, maddi hüquq normalarına istinad etmədən, özünün etibarnamə barədə olduğu fərziyyələri və mülahizələri əsasında iddianı təmin edir. Məhkəmə qətnamədə iki fikir irəli sürür: bir tərəfdən Cavabdeh1 etibarnamə əsasında İddiaçı qanuni təmsilçisi olmasını, bu halın mübahisə doğurmadığını yazsa da, sonradan həmin əmlakın alqı-satqısına niyyətin olmadığını, Hürüneyin isə iradəsinə uyğun olmadığını qeyd edir. Cavabdeh1 öldükdən sonra bu iddianı qaldırmaqda məqsəd ölmüş şəxsin iradəsinin ziddinə getməkdir. Cavabdeh1 öldükdən sonra məhkəmə hardan və necə müəyyən etdi ki, əmlakın satılması niyyəti olmamışdır. Etibarnamədə satmaq səlahiyyəti verildiyi halda məhkəmə bu səlahiyyətin verilmədiyi nəticəsinə necə gələ bilər. Məhkəmə iclasında iddiaçı Hürünüy Nəbiyeva bildirdi ki, mübahisəli əmlakla bağlı etibarnaməni Cavabdeh1 vermişdir və heç vaxt da ona iradı olmamışdır. 2020-ci ildə Nurməhəmməd Laçınov ona müraciət edərək Cavabdeh1 etibarnamə əsasında satdığı həmin torpağın alqı-satqı müqaviləsini ləgv edib özünə verməyi xahiş etmişdir. O, Nurməhəmmədin xahişi ilə məhkəmədə hazırkı iddainı qaldımışdır. Məhkəmə iddiaçının bu ifadəsinə qiymət verməmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, “İddiaçı Balakən rayonuna köçmüş və həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evinin Nurməhəmməd Laçınova bağışlanması üçün sənədlərin hazırlanması məqsədi ilə qardaşı Cavabdeh1 etibarnamə vermişdir.” Məhkəmə bu nəticəyə hansı sübut əsasında gəldiyini qeyd etməmişdir. Əgər əmlak Nurməhəmmədə bağışlanmaq məqsədilə Rəşidə etibarnamə verilmiş olsa idi, bu öhdəlik, bu şərt və bu tapşırıq etibarnamədə göstərilməli idi. Burada Cavabdeh1 torpağı qızına satmaqla onun öz maraqlarından çıxış etməsini sübut edən hər hansı bir dəlil yoxdur və həm hüquqi, həm də faktiki olaraq əslində bu belə deyildir. Etibarnamə əsasında, həqiqətən də, torpağın satılması alqı-satqı müqaviləsindən, ödənilmiş rüsumdan bir daha görünür. Belə də ki, Cavabdeh1 torpağı bağışlamaq səlahiyyəti də verildiyindən, o, həmin torpaq sahəsini öz qızına bağışlaya bilərdi. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı, cavabdehlər Cavabdeh2 və Zaqatala rayon 2 saylı Notariat ofisi, üçüncü şəxslər X5, X15 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh Zaqatala rayon 2 saylı Notariat ofisi və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30.10.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X20 ilə İddiaçı nikahı haqqında 25 sentyabr 1998-ci il tarixdə 25 nömrəli akt qeydi tərtib olunmuşdur. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30.10.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X20 02.01.1999-cu ildə ölmüşdür və bu barədə 21 yanvar 1999-cu il tarixdə 02 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. 2-B-1-343 nömrə ilə reyestrdə qeydiyyata alınmış 03 iyun 1998-ci il tarixli vəsiyyətnamədən görünür ki, X4 rayonu Muxax kəndində yerləşən 2 mərtəbəli, hər mərtəbədə iki otağı olan, üst mərtəbədə balkonu olan evini həyətyanı torpaq sahəsi ilə və evdə olan əşyalarla birlikdə İddiaçı vəsiyyət etmişdir. 10.02.1999-cu il tarixli reyestrdə 4E—15-183 nömrəi ilə qeyd edilmiş etibarnamədən görünür ki, İddiaçı 10.02.1999-cu il tarixdən 10.02.2002-ci il tarixədək Cavabdeh1 ünvan 3ində yerləşən ərinə məxsus evə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa, sənədlər toplamağa, sənədləşmələrdə əvəzindən imza etməyə, həmin evə dair bütün əməliyyatları yerinə yetirməyə, evi satmağı və bağışlamağı əvəzinə imza etməyi etibar etmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 18.11.2020-ci il tarixdə verilmiş 76 nömrəli məktubdan görünür ki, Muxax kənd sakini mərhum X12 Balakən rayonu Qazma kənd sakini İddiaçı miras qalmış həyətyanı torpaq sahəsində və həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində 2000-ci ildən hal-hazıradək mərhumun bacısı oğlu Muxax kənd sakini X5 ailəsi ilə birlikdə yaşayır. X12 miras qalmış həmin yaşayış evi 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Həmin qəzalı vəziyyətə düşmüş evin yerində 2012-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən X1 arvadı X7 adına iki otaqlı fərdi yaşayış evi tikilmişdir. Hal-hazırdək həmin evdə X1 ailə üzvləri yaşayırlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 11.12.2013-cü il tarixdə verilmiş Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 0,1758 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X13 adına qeydiyyata alınmışdır. Reyestrdə 2V-33 nömrəsi ilə qeyd edilmiş 26.01.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 02 yanvar 1999-cu il traixdə vəfat etmiş X13 vərəsəsi İddiaçıdır və şəhadətnamə DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin 11.12.2013-cü il tarixli ******* nömrəli çıxarışa əsasən ünvan 3ində yerləşən 0,1758 ha torpaq sahəsinə münasibətdə verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 21.05.2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 0,1758 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. 13 noyabr 2013-cü il tarixli reyestrdə 7E-9270 nömrə ilə qeyd edilmiş, 20 il müddətinə verilən və 13 noyabr 2033-cü ilədək etibarlı olan etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 ünvan 3ində yerləşən ərinə məxsus evə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa, sənədlər toplamağa, sənədləşmələrdə əvəzinə imza etməyə, həmin evə dair bütün əməliyyatları yerinə yetirməyə, evi satarkən və bağışlayarkən əvəzində imza etməyi, özünə məxsus olan torpaq sahəsini satarkən və bağışlayarkən əvəzində imza etməyə etibar etmişdir. Reyetrdə 4Ə-1016 nömrə ilə qeyd edilmiş Zaqatala rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli 16 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı tam mülkiyyətində olan ünvan 3ində yerləşən 0,1758 ha torpaq sahəsi İddiaçı etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 (İddiaçı əvəzinə) tərəfindən 5400 manat qiymətinə qızı-Cavabdeh2 satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 03.09.2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 0,1758 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. Zaqatala rayon 2 saylı Notariat ofisinin 18 aprel 2021-ci il tarixli 423 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı nümayəndəsi Laçınov X8 rayonu Muxax kəndi ünvanında yerləşən 0.1758 ha torpaq sahəsini ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 5400 (beş min dörd yüz) manata satmışdır. Həmin göstərilən pul vəsaiti satıcı və alıcı arasında olan razılaşmaya əsasən yazılmışdır. Həmin müqavilədə göstərilən pul vəsaiti nağd şəkildə verilmişdir. Əmlakın dəyəri 5500 (beş min beş yüz) manatdan yuxarı olduqda alıcı pulu notariusun Bankda açılmış depozit hesabına qoyur, satıcı isə alqı-satqı müqaviləsi bağlandıqdan sonra həmin məbləği notarius tərəfindən yazılmış qəbz əsasında götürür. Əmlakın dəyəri aşağı olduğu üçün pul vəsaiti depozitə qoyulmamışdır. Zaqatala rayon Qeydiyyat şöbəsi tərəfindən 15 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İİ 140811 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 21 noyabr 2020-ci il tarixdə ölmüşdür. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 verdiyi 28 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, o, iddiaçının tələbinin faktiki olaraq “alqı-satqı” müqaviləsinin etibarsızlığına yönəlməsi səbəbindən iddianın “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” kimi başa düşülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(102)- 969/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli 2(107)-1475/2021 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “Baxılan iş üzrə iddia tələbində iddiaçı əvvəl Cavabdeh2 ilə aralarında 16 iyul 2018-ci il tarixdə Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" etibarsız hesab edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, iddia ərizəsinin tələb hissəsini dəyişdirmiş və sözügedən müqavilənin ləğv edilməsi tələbini irəli sürmüş, mövqeyini belə əsaslandırmışdır ki, o, müqavilə tərəfidir və müqavilənin ləğvini tələb edə bilər. İddiaçı tələbini dəyişsə də, iddianın əsaslarını dəyişməmiş və iddia ərizəsini əqdlərin etibarsızlığı halları (təmsilçinin səlahiyyətli olmaması, özü üçün əqd bağlaması) ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən həm əqdlərin ləğvi, həm də etibarsızlığı ilə bağlı maddi hüquq normalarına istinad etməklə, iddianı təmin etmiş və müqaviləni ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə müqavilənin ləğvi ilə bağlı maddi hüquq normalarına istinad etməklə, öz mövqeyini müqavilənin etibarsızlığı ilə bağlı dəlillərlə əsaslandıraraq müqavilənin ləğvi barədə iddianı rədd etmişdir. Yuxarıda da qeyd olunduğu kimi müqavilənin ləğvi və etibarsızlığı ayrı-ayrı institutlar olduğundan və eyni əqd barəsində hər iki iddianın verilməsi istisna edilmədiyindən işə baxan məhkəmənin etibarsızlıq əsasları ilə müqaviləni ləğv etməsi və ya həmin əsaslar olmadığından bundan imtina etməsi maddi hüquq normalarının pozuntusunu təşkil etməklə, son nəticədə düzgün olmayan məhkəmə aktının qəbulu ilə nəticələnir. Belə olan halda iddiaçının mübahisələndirdiyi əqdlə bağlı hansı hüquqi nəticəni əldə etmək istədiyi sual yaratdığı üçün MPM-in 14.1-ci, 167 və 184.1-ci maddələrinin tələblərinə əsasən bu məsələni tərəflərlə müzakirə etmək məhkəmənin vəzifəsidir. Bu cür müzakirənin nəticəsindən asılı olaraq isə işə baxan birinci instansiya məhkəməsi MPM-in 53-cü maddəsinə əsasən iddianın əsasını və ya predmetini dəyişməyi iddiaçıya təklif edə, yaxud həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarına, tərəflərin bununla bağlı mövqeyinə, işin hallarına qiymət verərək iddiaçının əslində əqdin etibarsızlığını tələb etdiyi barədə qənaətə gələ və bundan irəli gələn hüquqi nəticələri tətbiq edə bilər...Hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən MPM-in 14, 184.1 və 167-ci maddələrinin tələbləri pozulmuş, tərəflərlə lazımi müzakirələr aparılmadan, müqavilənin etibarsızlığı barədə dəlillərlə əsaslandırılmış iddia tələbi əsasında müqavilə ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etsə də, həmin məhkəmənin yol verdiyi eyni prosessual pozuntuları təkrarlamış, iddiaçının istinad etdiyi etibarsızlıq hallarının sübuta yetirilməməsi əsası ilə, lakin müqavilənin ləğvinə dair hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına istinadla müqavilənin ləğvi tələbini rədd etmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh1 21 noyabr 2020-ci il tarixdə, yəni iddia ərizəsi məhkəməyə təqdim edilməmişdən xeyli əvvəl ölmüşdür. Bu hal isə həmin şəxsə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxılması üçün deyil, qeyd olunan cavabdehə aid hissədə iş üzrə icraata xitam verilməsi üçün əsas olmuşdur. Çünki Mülki Məcəllənin 25.2ci və MPM-nin 48, 153.2.1-ci maddələrinə əsasən ölmüş şəxsin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti olmadığından ona qarşı iddia irəli sürülə və belə iddia icraata qəbul edilə bilməz. Əgər icraata qəbul ediləndən sonra belə hal müəyyən edilərsə MPMnin 261.0.1-ci maddəsinə əsasən həmin şəxsə aid hissədə iş üzrə icraata xitam verilməlidir. Lakin işə baxmış məhkəmələr bütün məhkəmə prosesləri barədə digər tərəflərlə yanaşı, ölmüş şəxsə də bildirişlər göndərmiş, həmin şəxsin iştirakı olmadan iclasın keçirilməsi mümkünlüyünü müzakirə etmiş və həmin şəxsə qarşı verilmiş iddiaya da mahiyyəti üzrə də baxmışlar.” MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli 2(107)- 631/2022 nömrəli qərardadı ilə Cavabdeh2 və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, X2 və X11 qarşı “alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(033)-256/2021 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh1 münasibətdə iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissə üzrə mülki işin icraatına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə kollegiyasına ünvanlanan 28 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, iddiaçının tələbinin faktiki olaraq “alqı-satqı” müqaviləsinin etibarsızlığına yönəlməsi səbəbindən iddia tələbinin “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” kimi qəbul edilərək həmin tələbə baxılması xahiş edilmişdir. Göründüyü kimi, iddiaçı tərəf iddia tələbini dəyişdirərək “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə baxılmasını xahiş etdiyindən, bununla da iddia tələbi ilk iddia ərizəsinin mahiyyətinə uyğunlaşdırıldığından apellyasiya məhkəmə kollegiyası iddia ərizəsinə uyğun olaraq “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 26, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 324.1, 359.1, 359.3, 362.1, 567, 646.1 və 646.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində iddianın təmin edilməsinin əsası kimi göstərilmişdir ki, X20 02.01.1999-cu ildə ölmüşdür. İddiaçı tərəfindən Cavabdeh1 ünvan 3ində yerləşən mərhum ərindən miras qalmış evə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa, sənədlər toplamağa, sənədləşmələrdə əvəzindən imza etməyə, həmin evə dair bütün əməliyyatları yerinə yetirməyə, evi satarkən və bağışlayarkən əvəzinə imza etməyi, özünə məxsus olan torpaq sahəsini satarkən və bağışlayarkən əvəzində imza etmək hüququ verən 13 noyabr 2013-cü il tarixli etibarnamə vermişdir. ünvan 3ində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı mərhum həyat yoldaşı X13 mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində 11.12.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ünvan 3ində yerləşən 0,1758 ha torpaq sahəsinə münasibətdə X13 vərəsəsi kimi Qanun üzrə vərəsəlik hüququ haqqında 26.01.2014-cü il tarixdə şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi 21.05.2018-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən 13 noyabr 2013-cü il tarixdə verilmiş etibarnamə üzrə onun nümayəndəsi qismində Cavabdeh1 mülki iş üzrə cavabdeh olan qızı Cavabdeh2 ilə 16 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalayaraq İddiaçı mülkiyyətində olan ünvan 3ində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini Cavabdeh2 5400 manata satmışdır. ünvan 3ində yerləşən 0,1785 yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ 03.09.2018-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı iddia ərizəsində 13 noyabr 2013-cü il tarixdə Cavabdeh1 verdiyi etibarnaməni mərhum əri X13 mülkiyyətində olmuş fərdi yaşayış evinə və ünvan 3ində yerləşən 0,1785 yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair vərəsəliklə bağlı sənədləşmələrinin həyata keçirilməsi üçün verdiyini və evin sonradan X2 bağışlanması üçün verdiyini qeyd etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 İddiaçı ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin ləğv edilməsi və Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Birinci instansiya məhkəməsi iddia tələbinin 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, hazırkı iddia üzrə ləğv edilməsi tələb olunan müqavilə bağlanan zaman Cavabdeh1 İddiaçı etibarnamə əsasında təmsilçisi olması işin mübahisələndirilməyən halıdır. Eyni zamanda müəyyən olunur ki, İddiaçı etibarnamə əsasında təmsilçisi Cavabdeh1 16 iyul 2018-ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında 13 noyabr 2013-cü il tarixli reyestrdə 7E-9270 nömrə ilə qeyd edilmiş etibarnamədən istifadə edərək, İddiaçı mülkiyyətində olmuş ünvan 3ində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini qızı Cavabdeh2 satmışdır. İşin qeyd edilən halı da mübahisəsiz olaraq müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 13 noyabr 2013-cü il tarixli reyestrdə 4-Ə-1016 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alqı satqı müqaviləsi bağlanarkən alıcı qismində Cavabdeh1 qızı-iş üzrə Cavabdeh2 çıxış etməklə, cavabdeh 13 noyabr 2013-cü il tarixli reyestrdə 7E-9270 nömrə ilə qeyd edilmiş etibarnamədən istifadə etməklə iddiaçıya məxsus ünvan 3ində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini satmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, 13 noyabr 2013-cü il tarixli reyestrdə 7E-9270 nömrə ilə qeyd edilmiş İddiaçı tərəfindən Cavabdeh1 verilmiş etibarnamədə İddiaçı mülkiyyətində olan ünvan 3ində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin konkret subyekt olan Cavabdeh2 münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamış, o zaman təmsil olunan İddiaçı iradə və maraqları müəyyən şəkildə ifadə olunmamış və ona görə də Laçınov X9 Hürüney Boro qızının formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edə bilməz. O da qeyd olunmalıdır ki, hələ etibarnamə verilən zaman (13 noyabr 2013-cü il tarixdə) alqı-satqının predmeti olan daşınmaz əmlak İddiaçı mülkiyyətində olmamışdır. Mülkiyyətdə olmayan əmlak barəsində isə iddiaçının sərəncam vermək hüququnun olmadığı da iş materialları ilə öz təsdiqini tapır. Qanunverciliyə görə əqdin (müqavilənin) etibarsızlığı ilə bağlı iddianı maraqlı şəxs, yəni əqdin iştirakçısı olmayan şəxs verə bilsə də, əqdin ləğvini yalnız onda iştirak edən şəxs tələb edə bilər. (Mülki Məcəllənin 354.2 və 421-ci maddələri) Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, mübahisələndirilən alqı-satqı müqaviləsi İddiaçı əvəzinə etibarnamə əsasında Cavabdeh1 tərəfindən bağlanılmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı həmin əqdin bağlanmasında dolayısı ilə iştirak edən şəxs, yəni müqavilənin tərəfi olduğundan həmin əqdin ləğv edilməsini də tələb edə bilər. Birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, mübahisəli evə və torpaq sahəsinə dair etibarnamə verilərkən İddiaçı Cavabdeh1 bu etibarnaməni onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etməklə cavabdehin öz maraqları daxilində deyil, İddiaçı maraqları çərçivəsində hərəkət etmək səlahiyyəti vermişdir. Alqı-satqı müqaviləsi nəticəsində təmsil edilən İddiaçı müqavilədə qeyd edilən alqı-satqı müqaviləsinin predmeti olan və onun mülkiyyətində olan ünvan 3ində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin satışından hər hansı gəlir əldə etdiyinə dair sübutlar da məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda o da qeyd edilməlidir ki, üçüncü şəxs X5 ailəsi ilə birlikdə 22 ildir ki, ünvan 3ində 0,1758 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh2 isə həmin evdə heç yaşamamışdır. Nurməhəmməd Laçınov orada tikinti işləri aparmış və öz istifadəsi üçün hər bir şərait yaratmışdır. Qeyd edilən torpaq sahəsi onun mərhum dayısı, iddiaçının mərhum əri Hacı Ağayevin mülkiyyətində olmuşdur. Sonradan həmin əmlak onun vərəsəsi olan İddiaçı mülkiyyətinə verilmişdir. O, 1996-1998-ci illərdə dayısı mərhum Hacı Ağayevə baxmış, onun qulluğunda durmuşdur. Hacı Ağayev 1997-ci ildə İddiaçı ilə ailə həyatı qurmuşdur. 1998-ci ildə o vəfat etdikdən sonra onun həyat yoldaşı və ünvan 3ində 0,1758 ha torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı Balakən rayonuna köçmüş və həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evinin Nurməhəmməd Laçınova bağışlanması üçün sənədlərin hazırlanması məqsədi ilə sonuncunun qardaşı Cavabdeh1 etibarnamə vermişdir. Göründüyü kimi, mübahisələndirilən alqı-satqı müqaviləsi ata və qızı arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlansa da, həmin müqavilənin tərəfləri olan iddiaçı (müqavilədə təmsil olunan) və cavabdehin həmin daşınmaz əmlakın alqı-satqısına dair həqiqi niyyətləri olmamışdır. Həmin müqavilənin bağlanması İddiaçı iradəsinə uyğun olmamış və onun həqiqi iradəsini əks etdirməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin İddiaçı ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Kontorunda bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi hissəsi təmin edilməlidir. Bundan başqa, məhkəmə iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi ünvan 3ində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində də təmin olunmalıdır. Çünki Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 03 sentyabr 2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 4Ə-1016 nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 16 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmişdir. Etibarlı olmayan AN-İ ******* nömrəli, 16 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 03 sentyabr 2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da qanuni sənəd hesab edilə bilməz. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilərək İddiaçı təmsilçisi Cavabdeh1 ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə 4Ə-1016 reyestr nömrə ilə qeyd edilməklə Zaqatala Rayon 2 saylı Notariat Kontorunda bağlanmış AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" ləğv edilməli, Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, iddia tələbi əsassızdır. Bu, aşağıdakı mülahizələrdən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MM-in: 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin gerçək hallarından görünür ki, İddiaçı ilə X20 25.09.1998-cu ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. X4 rayonu Muxax kəndində yerləşən 2 mərtəbəli, hər mərtəbədə iki otağı olan, üst mərtəbədə balkonu olan evini həyətyanı torpaq sahəsi ilə və evdə olan əşyalarla birlikdə İddiaçı 03 iyun 1998-ci il tarixli vəsiyyətnamə ilə 2-B-1-343 nömrə ilə reyestrdə qeydiyyata alınmaqla vəsiyyət etmişdir. X20 02.01.1999-cu ildə ölmüşdür. İddiaçı 10.02.1999-cu il tarixli reyestrdə 4E—15-183 nömrə ilə qeyd edilmiş etibarnamə ilə 10.02.1999-cu il tarixdən 10.02.2002-ci il tarixədək Cavabdeh1 ünvan 3ində yerləşən ərinə məxsus evə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa, sənədlər toplamağa, sənədləşmələrdə əvəzindən imza etməyə, həmin evə dair bütün əməliyyatları yerinə yetirməyə, evi satmağı və bağışlamağı əvəzinə imza etməyi etibar etmişdir. Cavabdeh1 ona həmin etibarnamə ilə verilən səlahiyyətlərdən istifadə etməmişdir. Muxax kənd sakini mərhum X12 Balakən rayonu Qazma kənd sakini İddiaçı miras qalmış həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Həmin qəzalı vəziyyətə düşmüş evin yerində 2012-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən X1 arvadı X7 adına iki otaqlı fərdi yaşayış evi tikilmişdir. Həmin evdə X1 ailə üzvləri indi də yaşayırlar. Onlar həmin torpaq və evlə bağlı İddiaçı etibarnaməsi ilə sərəncam vermə hüququ Cavabdeh1 məxsus olduğundan sonuncu ilə razılaşma əsasında 2000-ci ildən həmin evə köçmüşlər. İddiaçı 13 noyabr 2013-cü il tarixli reyestrdə 7E-9270 nömrə ilə qeyd edilmiş 20 il müddətində qüvvədə olan etibarnamə ilə Cavabdeh1 ünvan 3ində yerləşən ərinə məxsus evə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa, sənədlər toplamağa, sənədləşmələrdə əvəzindən imza etməyə, həmin evə dair bütün əməliyyatları yerinə yetirməyə, evi satarkən və bağışlayarkən əvəzinə imza etməyi, özünə məxsus olan torpaq sahəsini satarkən və bağışlayarkən əvəzində imza etməyi etibar etmişdir. Həmin etibarnamə ona verilən səlahiyyətlərindən istifadə edərək Cavabdeh1 DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 11.12.2013-cü il tarixdə verilmiş Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ünvan 3ində yerləşən 0,1758 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X13 adına qeydiyyata aldırmış, daha sonra isə 02 yanvar 1999-cu il tarixdə vəfat etmiş X13 DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin 11.12.2013-cü il tarixli ******* nömrəli çıxarışa əsasən ünvan 3ində yerləşən 0,1758 ha torpaq sahəsinə münasibətdə vərəsəsinin İddiaçı olması barədə 26.01.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. İddiaçı verdiyi səlahiyyətlərdən istifadə edərək DƏDRXnin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 21.05.2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ünvan 3ində yerləşən 0,1758 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata aldırmışdır. Sonradan isə İddiaçı etibarnaməsi əsasında Zaqatala rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli 16 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsini 5400 manat qiymətinə öz qızı Cavabdeh2 satmışdır. DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 03.09.2018ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ünvan 3ində yerləşən 0,1758 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. Cavabdeh1 21 noyabr 2020-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, Laçınov X9 Hürüney Boro qızının verdiyi etibarnamədə göstərilən səlahiyyətlərindən istifadə edərək sonuncunun adından qanunla nəzərdə tutulmuş qaydada torpaq sahəsinin alqı-satqısını həyata keçirmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi İddiaçı 13 noyabr 2013-cü il tarixli etibarnamədə Cavabdeh1 digər səlahiyyətlələ yanaşı özünə məxsus olan torpaq sahəsini satarkən və bağışlayarkən əvəzində imza etmək səlahiyyətini də etibar etmişdir. Cavabdeh1 isə məhz həmin qanuni səlahiyyətindən istifadə edərək sözügedən torpaq sahəsinin alqı-satqısını həyata keçirmişdir. 16 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən edilmir. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, “İddiaçı həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evinin Nurməhəmməd Laçınova bağışlanması üçün sənədlərin hazırlanması məqsədi ilə sonuncunun qardaşı Cavabdeh1 etibarnamə vermişdir”. Lakin birinci instansiya məhkəməsinin məhz hansı təkzib edilməz sübut və dəlillər əsasında həmin nəticəyə gəlməsini işin gerçək halları ilə müəyyən etmək mümkün olmadığından həmin mövqe apellyasiya şikayətinin müəllifləri ilə yanaşı məhkəmə kollegiyası üçündə anlaşılan deyildir. Ona görə də kollegiya həmin mövqeni qanuni və əsaslı mövqe hesab edə bilmir. İddiaçı tərəfin bildirdiyinin əksinə olaraq həmin etibarnamədə Cavabdeh1 İddiaçı məxsus torpaq sahəsini iş üzrə üçüncü şəxs olan X2 bağışlamalı olması barədə heç bir göstəriş aşkar edilməmişdir. İddiaçı mübahisəli torpaq sahəsini üçüncü şəxs Nurməhəmməd Laçınova bağışlamaq niyyətində olduğunu bildirsə də, uzun illər ərzində bunu etməməsi və bu məsələ ilə maraqlanmaması kollegiyada haqlı şübhələr yaratmaqla iddiaçının bildirdiklərinin mötəbər sayılmaması üçün zəmin yaratmışdır. Şərh olunan qaydada kollegiya belə nəticəyə gəlir ki, 16 iyul 2018-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız sayılması üçün qanuni əsas mövcud deyildir. ünvan 3ində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində Cavabdeh2 adına aparılmış qeydiyyat isə 16 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinin nəticəsində aparılmış, daha sonra isə həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 03.09.2018-ci il tarixdə RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 16 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas olmadığına görə onun əsasında aparılmış qeydiyyatın və verilmiş Çıxarışın da ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də iddia tələbi həmin hissələrdə də təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almadan iddia tələbini təmin etmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və ədalətli hesab etmək mümkün deyildir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı işin gerçək hallarını Ali Məhkəmənin 21 fevral 2022-ci il tarixli 2(102)-969/2022 qərarı ilə müəyyən edilən göstərişlər əsasında araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(033)-256/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə İddiaçı cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisinə və Cavabdeh2, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, X2 və X11 qarşı “Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(033)-256/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinə və Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, X2 və X11 qarşı İddiaçı ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız sayılması, ünvan 3ində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 03 sentyabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar