Məhkəmə qərarları › İş №2(107)-631/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-631/2025

05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-631/2025 05.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölümün səbəbinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraata qəbuldan imtina, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölümün səbəbinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Yevlax Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(039)-481/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, mərhum oğlu X2 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 146 saylı ölüm haqqında akt qeydində ölümün səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən” vəfat etməsi səbəbinə düzəlişin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(039)-481/2025 nömrəli qərardadı ilə (hakim Kamil Əliyev) Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün səbəbinin müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmış və iddiaçı Ərizəçi hazırkı tələbi ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Yevlax Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(039)-481/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən şikayət verilmişdir. Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(039)-481/2025 nömrəli qərardadı ilə şikayət qanunvericilikdə nəzərdə tutulmuş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Bundan sonra Ərizəçi tərəfindən qeyd edilən nöqsan aradan qaldırılaraq nümayəndəsi tərəfindən yenidən qərardaddan şikayət verilmiş və mülki iş 31 yanvar 2025ci il tarixli müşayiət məktubu ilə şikayətlə birlikdə baxılması Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(107)-335/2025 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(039)-481/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilmiş və iş materialları Yevlax Rayon Məhkəməsinə qaytarılmışdır. Qərardadda göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(039)-481/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsində baxılmadan birbaşa iş materialları ilə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(039)-481/2025 nömrəli qərardadı ilə 07 yanvar 2025-ci il tarixli, 2(039)-481/2025 nömrəli qərardaddan Ərizəçi tərəfindən verilmiş şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün yenidən Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(107)-431/2025 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(039)-481/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа yenidən qeyrimümkün hesаb edilmiş və iş materialları Yevlax Rayon Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən şikayətin qeyri-mümkün hesab olunmasına səbəb olmuş nöqsanlar birinci instansiya məhkəməsi tərəfindən aradan qaldırılmış və Yevlax Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(039)-481/2025 nömrəli qərardadı ilə 07 yanvar 2025-ci il tarixli, 2(039)-481/2025 nömrəli qərardaddan Ərizəçi tərəfindən verilmiş şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə xitam verməklə maddi hüquq normasını pozmuşdur. Belə ki, Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum oğlu X2 müharibənin qızğın dövründə 1993-cü ildə könüllü olaraq X5 Batalyonun tərkibində mülki şəxs kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Birinci Qarabağ müharibəsi döyüşlərində iştirak etdiyini bildirmişdir. Ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə ermənilərin işğalının qarşısını alan zaman oğlu düşmən tərəfindən açılan atəş nəticəsində xx.xx.1993-cü il tarixində döyüşdə həlak olmuşdur. Ərizəçi özünün də, müharibə veteranı olduğunu və Füzuli rayonundan məcburi köçkün olduğunu qeyd edir. Qeyd edir ki, Yevlax rayon X1 Ramiz Əsəd oğlunun barəsində tərtib olunan ölüm haqqında şəhadətnamədə düzəliş edilməsi, ölümünün səbəbi olaraq “döyüş əməliyyatında güllə yarasından həlak olması” səbəbi ilə müvafiq düzəlişin edilməsi barədə müraciətlər etsə də, Maraqlı şəxs bundan imtina edilmişdir. Oğlu üçün bu günə kimi etmiş olduğu cəhdlərin heç bir müsbət nəticəsi olmamış və ölüm haqqında şəhadətnaməsində oğlunun ölüm qeydi ümumi səbəbdən göstərilmişdir. Məcbur qaldığından məhkəməyə müraciət etmişdir. Ancaq inzibati məhkəmə aidiyyatın yerli məhkəməyə aid olduğunu bildirdiyindən, Yevlax Rayon Məhkəməsindən mərhum oğlu X2 adına tərtib edilmiş xx.xx.2019-cu iltarixli 146 saylı ölüm haqqında akt qeydində ölümünün səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən” vəfat etməsi səbəbinə düzəlişin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Yevlax Rayon Məhkəməsi onun qaldırdığı məsələyə obyektiv yanaşmamış, əsassız olaraq aidiyyatın inzibati məhkəmə aid olduğunu bildirmiş və ərizənin icraata qəbul edilməsindən imtina etmişdir. Halbuki, o bu barədə öncədən inzibati məhkəmə müraciət etmişdir. Odur ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci iltarixli İş № 2(039)-481/2025 saylı qərardadın ləğv edilməsini və tərəfindən Maraqlı şəxsnə qarşı “ölümün səbəbinin müəyyən edilməsinə” dair ərizənin icraata qəbul edilməsindən imtina edilməsi və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmasına dair qərardadın ləğv edilərək icraatın təzələnməsinə dair məhkəmə qərardadı qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(039)-481/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin icraata qəbulundan imtina barədə MPMnin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, Ərizəçi tələbi mərhum oğlu X2 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 146 saylı ölüm haqqında akt qeydində ölümün səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən vəfat etməsi” səbəbinə düzəliş edilməsindən ibarətdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 201-cu il tarixli qərarının 2.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda Ərizəçi məhkəməyə müraciət edərək, mərhum oğlu X2 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 146 saylı ölüm haqqında akt qeydində ölümün səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən” vəfat etməsi səbəbinə düzəlişin edilməsinə dair öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və eyni zamanda kollegiya qeyd edir ki, şikayətdə göstərilən dəlillər qərardanın ləğvi üçün əsas deyil. Belə ki, MPM-nin 153-cü maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulun imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, ərizəçinin müraciətində qeyd olunan məsələyə məhkəmə qərardadları ilə hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 2(039)-1928/2024 nömrəli qərardadından görünür ki, Ərizəçi mərhum oğlu X2 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 146 ölüm haqqında akt qeydində ölümün səbəbinin “məhkəmə qətnaməsindən” döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən” vəfat etməsi səbəbinə düzəlişin edilməsinə dair ərizəsi icraata qəbul edilməsindən imtina edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2024-cü il tarixli 2(107)-1012/2024 nömrəli qərardadından görünür ki, Ərizəçi şikayəti təmin edilməmiş və Yevlax Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 2(039)-1928/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, tərəflər arasında hazırki mübahisəyə dair artıq məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı olmasına baxmayaraq Ərizəçi qarşı eyni predmet barəsində və eyni əsaslarla təkrar məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-481/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-481/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-481/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar