Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-632/2022 26.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Salmanov Əli Sabir oğlunun, İddiaçı vəkili Vəkil qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(046)-1315/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları: 1.18.08.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 20.550 manat borclu olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20.550 manat məbləğində borc pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 2019-cu ilin noyabr-dekabr aylarında 20.550 manat məbləğində nisyə xurma meyvəsi satmışdır. Cavabdeh 2020-ci ilin avqust ayınadək xurma meyvəsinin pulunu ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin pulu bu günədək qaytarmamışdır. Aralarında olan razılıq pozulduğundan qalan 20.550 manat borcunu qaytarmağı cavabdehdən tələb etmiş, cavab olaraq cavabdeh bildirdimişdir ki, borcunu qaytaracaqdır. Lakin kecən müddət ərzində cavabdeh borcunu qaytarmamışdır. 4.Göyçay Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(046)-1315/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, Cavabdeh 20.550 manat pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. 5.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 2019-cu ilin noyabr ayında dəyəri 20.550 manat olan xurma meyvəsini nisyə satmış, cavadbeh həmin pulu 2021-ci ilin iyun ayında iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh keçən müddət ərzində qeyd edilən pulu iddiaçıya qaytarmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 20.550 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20.550 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı verilməlidir. 6.Məhkəmə öz mövqeyini Аzərbaycan Рespublikası Mülki Məcəlləsinin 442, 157.2 və 600.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri 7.Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. 8.Belə ki, iş materiallarında İddiaçı Cavabdeh 2019-cu ilin noyabr-dekabr aylarında 20.550 manat məbləğində nisyə xurma meyvəsi satılması barədə heç bir sübut yoxdur. Bu səbəbdən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən MM-nin 600.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Həmçinin qeyd edirki, Birinci instansiya məhkəməsi maddi hüquq norması kimi MM-nin 442-ci maddəsini tətbiq etmişdir. Hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarında İddiaçı qarşısında Cavabdeh öhdəliyinin yaranması barədə heç bir sübut yoxdur. Bu səbəbdən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən MM-nin 442-ci maddəsi düzgün tətbiq edilməmişdir. İddiaçı Cavabdeh 2019-cu ilin noyabr-dekabr aylarında 20.550 manat məbləğində nisyə xurma meyvəsinin satılması sübut olunmadığı halda və İddiaçı qarşısında Cavabdeh öhdəliyinin yaranması məhkəmə iclasında sübut olunmadığı halda, həmin halların mövcud olması barədə işin faktiki halları aydınlaşdırılmamışdır. Mülki işə baxılarkən birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən cavabdehin izahatını səhv təfsir edərək onların məzmununu iddia tələbinin əsassız olmasına yönələn xüsusatlar kimi qiymətləndirməmiş, iddiaçı tərəfindən iddia tələbinin əsaslı olmasına yönələn xüsusatları isə qanunsuz olaraq iddia tələbinin təmininə yönələn xüsusatlar kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi, Cavabdeh 20.550 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdırki, məhkəmə baxışı zamanı müəyyən edilmişdirki, İddiaçı məxsus 20.550 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, iş materiallarında İddiaçı Cavabdeh 2019-cu ilin noyabr-dekabr aylarında 20.550 manat məbləğində nisyə xurma meyvəsi satılması barədə heç bir sübut yoxdur. İşə birinci instansiya məhkəməsində baxılarkən şifahi vəsatətinə əsasən dəvət edilməli olan şahidlərin iştirakı təmin edilməmişdir. Bu səbəbdən həmin şahidlərin siyahısını apellyasiya məhkəməsində təqdim edəcəkdir. Qeyd edilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 2(046)-1315/2021nömrəli, 26 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı “Cavabdeh 20.550 manat məbləğində borc pulun tutulması” barədə iddiası əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiya məhkəməsində birinci icraat:
10.Şəki Apellyasiya Məhkəməsinin 08.12.2021-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(046)-1315/2021 nömrəli qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
Kassasiya instansiya məhkəməsində icraat:
11.Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.02.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunaraq, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2171/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qərardadı ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. 12.Ali Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmədə iddia qaldırılan zaman və birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh fərdi sahibkar statusuna (VÖEN-ə) malik olmamış, yalnız birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunduqdan sonra – 07.10.2021-ci il tarixdə 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış və bu barədə məlumatı qətnamədən verdiyi apellyasiya şikayətinə əlavə etmişdir. Başqa sözlə tərəflər arasında hüquq münasibətlərinin yarandığı, habelə işə birinci instansiya məhkəməsində baxıldığı dövrdə cavabdeh fərdi sahibkar statusuna malik olmadığına görə MPM-in 25, 26-cı, və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 26 və 27-ci bəndlərinə əsasən onlar arasında yaranmış mübahisə sahibkarlıq mübahisəsi kimi qiymətləndirilə və kommersiya məhkəməsində baxıla bilməzdi.
Məhkəmə icraatı iştirakçılarının izahatları: 13.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh hazırki apellyasiya şikayətini verməklə süni şəkildə borcunu ödəməkdən yayınır. Belə ki, iş materiallarında olan qəbzdən, həmçinin birinci instansiya məhkəməsinin icraatı zamanı verilmiş cavabdeh tərəfin etiraf ərizəsindən görünür ki, sonuncu iddiaçıya 20 550 manat borcunun qaldığını inkar etmir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir.
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(046)-1315/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(046)-1315/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat:
a) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Belə ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcud olması işin mübahisəsiz halıdır (cavabdeh də həmin halı etiraf etmişdir). Mübahisəli məsələ cavabdehin iddiaçıya olan borcun məbləğidir
21. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçıdan həqiqətən 42500 manat dəyərində meyvə almasını, lakin qalıq borcunun 20550 manat olmasını göstərmişdir
22. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdırmaqla borcun qalmamasını və bütünlüklə qaytarılmasının sübut edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh isə bu hallarla bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
23. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
24. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
25. Belə ki, zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir.
26. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
27. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
28. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (mülki Məcəllənin 600-cü maddəsi). 29.Məhkəmə kollügiyası belə nəticəyə gəlir ki, cavabdeh mülki qanunvericiliyin istinad edilən normalarını, habelə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozmuş və bu səbəbdən iddiaçının yaranmış borcu tələb etmək hüququ yaranmışdır.
30. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı Cavabdeh 2019-cu ilin noyabr ayında dəyəri 20.550 manat olan xurma meyvəsini nisyə satmış, cavadbeh həmin pulu 2021-ci ilin iyun ayında iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh keçən müddət ərzində qeyd edilən pulu iddiaçıya qaytarmamışdır. 31.Apellyasiya şikayətinin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin yalnız iddiaçının təqdim etdiyi və heç bir hüquqi əsası olmayan sübutlara qiymət verməklə qanunsuz qətnamə çıxarmasını bildirsə də, öz etirazının hüquqi əsası kimi heç bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. 32.Əvvəla iş materiallarının 2-ci səhifəsindəki, 18.08.2020-ci il tarixli yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 20.550 manat borclu olduğunu bildirmişdir (i/m səh.2).
33. İkincisi, Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı 2019-cu ilin noyabr ayının axırlarında 20.550 manat dəyərində xurma meyvəsini nisyə aldığını, həmin pulu 2021-ci ilin iyun ayında ödəyəcəyini öhdəsinə götürmüşdür. Maddi imkanı olmadığından iddiaçıya olan borcunu ödəməmişdir. İddiaçıya olan 20.550 manat pulu ödəyəcəkdir. (i/m səh. 26). 34.Göründüyü kimi işin müəyyən edilən halları ilə apellyasiya şikayətinin dəlillərində göstərilənlər ziddiyət təşkil edir. 35.Üçüncüsü, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin obyektiv araşdırılmasına şübhə ilə yanaşdığını qeyd etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin izahatına münasibətdə isə kollegiya bildirir ki, onun izahatı Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 36.Dördüncü, kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız cavabdeh tərəfindən almış olduğu xurmaların qalıq pulunun və qəbzdə göstərilmiş pulun qaytarılması tələbidir. 37.Beşinci, kollegiyanın gəldiyi qənaətə görə əşyanı təhvil almış alıcı onu razılaşdırılmış müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər ki, hazırkı halda Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında aldığı xurmanın dəyərini müəyyən olunmuş müddətdə ödəməklə bağlı vəzifəsini icra etmədiyi üçün iddiaçı tələbin subyektiv daşıyıcısıdır. Çünki qanunvericiliyə görə, satıcı satdığı əşyanın dəyərinin ödənilməsini və ya ödənilməmiş malın geri qaytarılmasını, yəni bunlardan birini alıcıdan tələb edə bilər, satıcının bunların hər ikisini birlikdə alıcıdan tələb etmək hüququ yoxdur. 38.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz 39.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(046)-1315/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov