Məhkəmə qərarları › İş №2(107)-635/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-635/2022

10.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-635/2022 10.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mixayloviçin Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu İngiloy Kötüklü kəndində yerləşən Ferma binasından Əmlak payına düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair (Açar sözlər: payın mülkiyyətə verilməsi-icraata xitam) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X36 iclas katibliyi, İddiaçı Mixayloviçin, Cavabdeh, maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X10 və tərcüməçi X34 iştirakı ilə İddiaçı Mixayloviçin Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu İngiloy Kötüklü kəndində yerləşən Ferma binasından Əmlak payına düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(024)-714/2021 nömrəli qətnaməsindən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. Qax rayon İngiloy-Kötüklü kənd Nəsimi adına kolxozda aqrar islahatın aparılması ilə əlaqədar subyektlərə əmlak paylarının hesablanması və bölgüsünün aparılması barədə kənd sakinlərinin 23 fevral 2001-ci il tarixli 1 nömrəli ümumi yağıncağın protokolundan Qax rayon Dövlət Arxivi tərəfindən verilmiş 10.06.2020-ci il tarixli və 14.08.2020-ci il tarixli Arxiv çıxarışlarından görünür ki, Qax rayon Kötüklü kəndində yerləşən ferma binasından və əmlakından həmin dövrdə qüvvədə olan milli valyuta ilə X15 adına olan pay ******* (bir milyon dörd yüz altmış səkkiz min) manat, X16 adına olan pay 226000 (iki yüz iyirmi altı min) manat, X17 adına olan pay ******* (beş milyon sıfır iyirmi səkkiz min) manat, X8 adına olan pay 847000(səkkiz yüz qırx yeddi min) manat, X21 adına olan pay 678000 (altı yüz yetmiş səkkiz min) manat, Cavabdeh adına olan pay 904000(doqquz yüz dörd min) manat, X12 adına olan pay ******* (bir milyon üç yüz əlli altı min) manat, X27 adına olan pay ******* (iki milyon üç yüz on altı) manat, X4 adına olan pay ******* (iki milyon üç yüz yetmiş üç) manat təşkil edir. 2.İmzalarının həqiqiliyi notariat qaydasında təsdiq olunmuş ərizələrdən görünür ki, Qax rayon Dövlət Arxivi tərəfindən verilmiş 03.09.2020-ci il tarixli 189/1 saylı Arxiv çıxarışına əsasən həmin dövrdə qüvvədə olan milli valyuta ilə X5 adına olan ******* (bir milyon dörd yüz altmış səkkiz min) manat, X6 adına olan 226000 (iki yüz iyirmi altı min) manat, X7 adına olan ******* (beş milyon sıfır iyirmi səkkiz min) manat, X1 adına olan 847000(səkkiz yüz qırx yeddi min) manat, X11 adına olan 678000 (altı yüz yetmiş səkkiz min) manat, Cavabdeh onun adına olan 904000(doqquz yüz dörd min) manat, X3 adına olan ******* (bir milyon üç yüz əlli altı min) manat, X35 onun adına olan ******* (iki milyon üç yüz on altı) manat, X2 adına olan ******* (iki milyon üç yüz yetmiş üç) manat dəyərində payın İddiaçı adına rəsmişləşdirlməsinə etirazının olmadığını, razı olduğunu göstərmişlər. 3.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 27 iyul 2021-ci il tarixli məktubundan görünür ki, 1957 və 1978-ci illərdə inşa edilmiş mal tövlələri Qax rayonu, İngiloy Kötüklü kənd Nəsimi adına kolxozda aqrar islahat aparılan zaman Sakeşvili Nino, Canaşi İlarion, Canaşvili Evqeni, Canaşvili Mariyam, Berkaşvilu Kamali, Abulaşvili Bondo, Abulaşvili Qia, Abulaşvili Sauli, Qaçişvili Abesalom, Cavabdeh, Berkaşvili Tavad, Babacanaşvili Eldar, Babalaşvili Valerian, Babacanaşviliı Masiko, Abulaşvili Zauri, Kosiaşvili Vardo, Babalaşvili Qiorqi, Berikaşvili Suren, Bediaşvili Aleksandre, Nadiraşvili Koliya, Berikaşvili Lavrent, Babacanaşvili İliko, Baxışov Adil, Nadiraşvili İvane və Nadiraşvili Variçkanın adlarına olmaqla paylı mülkiyyətə verilmişdir. Qax rayonu, İngiloy Kötüklü kənd Nəsimi adına koixozun 23 fevral 2001-ci il tarixli ümumi yığıncağının 01 saylı qərarında əmlakın pulla ifadəs 60500 min manat göstərilsə də, təqdim edilmiş 25 nəfərə düşən payın pulla ifadəsi 41800 manat təşkil edir ki, 18700 min manatın kimə verilməsi barədə sənəd təqdim edilməmişdir Müraciətə sözügedən əmlaka tək iddiaçının adına çıxarış verilməsinin göstərilməsi və təqdim edilən sənədlərdə olan ziddiyyətlər ərizənizin icrasını mümkünsüz edir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Mixayloviç Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu İngiloy Kötüklü kəndində yerləşən özünə Ferma binasından Əmlak payına düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxаrılmаsını xаhiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırmışdır ki, o, Qax rayonu İngiloy-Kötüklü kəndində yaşayır. Onun yaşadığı kənddə 1957-1978-ci illər ərzində mal tövləsi insa olunmuşdur. Kolxozlar ləğv olunan zaman həmin mal tövləsindən ona və həmkəndlilərinə əmlak payı verilmişdir. Həmin əmlak payını həmin vaxtdan bəri istifadə etmişdir. Əmlak payı 25 nəfərə verilmişdir. Əmlakin pul dəyəri 60500 manat təşkil edir. Əmlak payı olan şəxslərdən bir neçəsi öz payından Qax rayon Notariat Ofisində imtina etmişdir. O, əmlak payı kimi ona verilmiş 3694 manat payın ona verilməsini istəyir. Aralarında problemlər olduğu üçün əmlak payını öz adına keçirə bilmir. O, sənədləşmə üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə müraciət etsə də orada ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. 6.Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 29 oktyabr 2021-ci il tarixli, 2(024)- 714/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən Ferma binasında həmin dövrdə qüvvədə olan milli valyuta ilə X15 adına olan ******* (bir milyon dörd yüz altmış səkkiz min) manat, X6 adına olan 226000 (iki yüz iyirmi altı min) manat, X17 adına olan ******* (beş milyon sıfır iyirmi səkkiz min) manat, X8 adına olan 847000(səkkiz yüz qırx yeddi min) manat, X21 adına olan 678000 (altı yüz yetmiş səkkiz min) manat, Cavabdeh adına olan 904000(doqquz yüz dörd min) manat, X12 adına olan ******* (bir milyon üç yüz əlli altı min) manat, X27 adına olan ******* (iki milyon üç yüz on altı) manat, X4 adına olan ******* (iki milyon üç yüz yetmiş üç) manat dəyərində olan və iddiaçının xeyrinə imtina etdikləri əmlak payları üzərində İddiaçı payının müəyyən edilməsi və iddiaçının mülkiyyətinə verilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qax rayon İngiloy-Kötüklü kənd Nəsimi adına kolxozda aqrar islahatın aparılması ilə əlaqədar subyektlərə əmlak paylarının hesablanması və bölgüsünün aparılması barədə kənd sakinlərinin 23 fevral 2001-ci il tarixli 1 nömrəli ümumi yağıncağında Qax rayon Kötüklü kəndində yerləşən ferma binasından və əmlakından həmin dövrdə qüvvədə olan milli valyuta ilə X23 ******* (bir milyon dörd yüz altmış səkkiz min) manat, X24 226000 (iki yüz iyirmi altı min) manat, X25 ******* (beş milyon sıfır iyirmi səkkiz min) manat, X13 847000(səkkiz yüz qırx yeddi min) manat, X31 678000 (altı yüz yetmiş səkkiz min) manat, Cavabdeh 904000 (doqquz yüz dörd min) manat, X22ə1356000 (bir milyon üç yüz əlli altı min) manat, X33 ******* (iki milyon üç yüz on altı) manat, X9 ******* (iki milyon üç yüz yetmiş üç) manat dəyərində əmlak payı verilmişdir. X5 adına olan həmin dövrdə qüvvədə olan milli valyuta ilə ******* (bir milyon dörd yüz altmış səkkiz min) manat, X6 adına olan 226000 (iki yüz iyirmi altı min) manat, X7 adına olan ******* (beş milyon sıfır iyirmi səkkiz min) manat, X1 adına olan 847000(səkkiz yüz qırx yeddi min) manat, X11 adına olan 678000 (altı yüz yetmiş səkkiz min) manat, Cavabdeh onun adına olan 904000(doqquz yüz dörd min) manat, X3 adına olan ******* (bir milyon üç yüz əlli altı min) manat, X35 onun adına olan ******* (iki milyon üç yüz on altı) manat, X2 adına olan ******* (iki milyon üç yüz yetmiş üç) manat dəyərində payın İddiaçı xeyrinə imtina etmişlər. İddiaçı əmlak payı kimi ona verilmiş 5028 manat dəyərində payını tələb edir. Lakin əmlakla bağlı digər payçılarla problemlər olduğu üçün əmlak payını öz adına keçirə bilmir. İddiaçı iddia tələbində göstərilən əmlakın öz adına rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə müraciət etmiş, lakin həmin idarədə iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclаsındа tədqiq olunаn sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Qax rayonu İngiloy Kötüklü kəndində yerləşən özünə Ferma binasından iddiaçının əmlak payına düşən pay və digər şəxslərin onun xeyrinə imtina etdikləri palyar da daxil olmaqla iddiaçının mülkiyyətinə verilməlidir. 8.Məhkəmə öz mövqeyini Azərbаycаn Respublikаsı Konstitusiyasının 60-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli və «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrlarına, Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1, 152.5, 178.1, 213.1, 213.2, 213.3, 213.4, 213.5, 213.6, 214.1, 214.2 və 221-ci maddələrinə, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 4.1, 9.1, 9.3, 14.2 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9.Məhkəmənin qətnaməsindən narazı qalan maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1957 və 1978-ci illərdə inşa edilmiş mal tövlələri Qax rayonu, İngiloy Kötüklü kənd Nəsimi adına kolxozda aqrar islahat aparılan zaman Sakeşvili Nino, Canaşi İlarion, Canaşvili Evqeni, Canaşvili Mariyam, Berkaşvilu Kamali, Abulaşvili Bondo, Abulaşvili Qia, Abulaşvili Sauli, Qaçişvili Abesalom, Cavabdeh, Berkaşvili Tavad, Babacanaşvili Eldar, Babalaşvili Valerian, Babacanaşvili Masiko, Abulaşvili Zauri, Kosiaşvili Vardo, Babalaşvili Qiorqi, Berikaşvili Suren, Bediaşvili Aleksandre, Nadiraşvili Koliya, Berikaşvili Lavrent, Babacanaşvili iliko, Baxışov Adil, Nadiraşvili İvane və Nadiraşvili Variçkanın adlarına olmaqla paylı mülkiyyətə verilmişdir. Qax rayonu, İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun 23 fevral 2001-ci il tarixli ümumi yığıncağının 01 saylı qərarında əmlakın pulla ifadəsi 60500 manat göstərilsə də, təqdim edilmiş 25 nəfərə düşən payın pulla ifadəsi 41800 manat edir ki, 18700 manatın kimə verilməsi barədə sənəd, bundan əlavə olaraq Aqrar İslahat Komissiyasının qərarı təqdim edilməmişdir. Həmçinin iddia edilən hüquq dövlət reyestrində qeydiyyata alınmamış hüquqdur. X38 Komissiyasının qərarı olmadan verilmiş “Əmlakdan pay haqqının verilməsi barədə” Aktı kifayət olan hüquqi əsas hesab edilə bilməz. Bundan əlavə, iddia, iddiaya cavab verməli olmayan şəxsə verildiyi halda məhkəmə prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. 11.Belə ki, 12 saylı Şəki Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Hazırki iş üzrə iddiaçı tərəfindən bununla bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmiş, belə olan halda isə iddiaçı mülkiyyət hüququ əldə edə bilməzdi. Qeyd edilənlərə əsasən Qax Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-(024)-714/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X20 oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı məhkəmədən əvvəl ərizə ilə onlara müraciət etmiş, lakin 27.07.2021ci il tarixli ərizədə qeyd olunan səbəblərdən iddiaçıya imtina verilmişdir. Bundan əlavə RX-i iş üzrə cavabdeh kimi deyil, maraqlı şəxs kimi qoyulduğundan onlar qətnamənin icra olunmasına məsul deyillər. Hesab edir ki, qətnamə tamamilə əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Mixayloviç apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, payçıların bir çoxu onun xeyrinə imtina etsə də, RX-i onun mülkiyyət hüququnu tanımaqdan imtina edir. Ona görə də Qax Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər)

17. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndinə görə, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, Azərbaycan Respublikası MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətindən görünür ki, apellyator Qax Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(024)-714/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(024)-714/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(024)-714/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.

23. Hazırki iddia tələbinin ifadə tərzindən və mahiyyətindən görünür ki, iddiaçı Qax rayonu İngiloy Kötüklü kəndində yerləşən özünə Ferma binasından Əmlak payına düşən payın mülkiyyətinə verilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyası tələblə bağlı qeyd edir ki, birinci instasiya məhkəməsi tərəfindən işə ümumi məhkəmədə mahiyyəti üzrə baxılaraq iddia tələbi təmin edilərkən, məhkəmə aiddiyyatı qaydaları pozulmuşdur.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi.

26. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir

27. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.05.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir.

29. Hazırki işin mahiyyətindən görünür ki, iddiaçı tələb üzrə cavabdeh kimi Cavabdeh göstərsə də, əslində tələb maraqlı tərəf kimi qeyd olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı yönəlmiş, qətnamə də icra olunması üçün həmin orqana göndərilmişdir (i/m səh. 57).

30. Göründüyü kimi iddiaçının tələbi əslində mahiyyət etibarı ilə Cavabdeh qarşı deyil, DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı yönəlmişdir. Həmin təşkilat da inzibati orqandır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 31.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqanlardır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddia tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. 33.Belə ki, iddia tələbinin qeyd edilən hissəsindən göründüyü kimi, mübahisələndirilən hissədə dövlət reyestrində qeydiyyatın aparılmasına əsas fiziki şəxslər arasında mülki hüquqi münasibətlərin nəticəsində baş verməmişdir. 34.Lakin birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə yolverilməzliyinə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinin həmin hissəsinə ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxmışdır. 35.Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşülür. 36.Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. 37.Göründüyü kimi hazırki mübhaisənin predmeti hüquqi təbiətinə görə mülki mübahisələrdən fərqli olduğundan mülki icraat qaydasında baxıla bilməz. Çünki bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. 38.Kollegiya sonda qeyd edir ki, iddiaçıya hazırki mübahisənin həlli ilə bağlı ilk növbədə həmin sənədləri verən orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciəti müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. 39.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(024)-714/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Mixayloviçin Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu İngiloy Kötüklü kəndində yerləşən Ferma binasından Əmlak payına düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına (vəkil vasitəsilə) kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar