Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-639/2025 09.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğlunun cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X5, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X14 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reystrindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X11 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 iştirakları ilə, İddiaçı oğlunun cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X5, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X14 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reystrindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(033)-97/2025 saylı qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Zaqatala Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsi ilə İddiaçı oğlu ölmüş elan edilmiş və onun 05 oktyabr 2018-ci ildə ölməsi barədə Zaqatala rayonu qeydiyyat şöbəsi tərəfindən 15 oktyabr 2018-ci il tarixdə qeydiyyat aparılaraq, AZ-İ 967851 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Reyestrdə 2V-480 nömrə ilə qeyd edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə İddiaçı oğlundan miras qalmış Zaqatala rayonu Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3001 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarət mirasa X13 tam hissədə pay hüququ tanınmışdır. Zaqatala rayonu 2 saylı notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 rayonu, Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsini X1. İddiaçı oğlu sağ olduğundan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli 2(107)-2267/2019 saylı qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsi ləğv edilmiş ərizəçi X13 20 avqust 1966-cı il tarixdə doğulmuş oğlu İddiaçı oğlunun ölmüş elan edilməsinə dair ərizəsi təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı oğlu cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X5, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reystrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayonu Göyəm kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,3001 ha torpaq sahəsindən paylı mülkiyyət kimi ona məxsus olan 1/3 hissəsinə dair X13 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında X13 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, X7nun məhkəməyə verdiyi ərizə əsasında Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsi ilə ölmüş elan edilmişdir. Bundan sonra atası Zaqatala rayon qeydiyyat şöbəsindən 15 oktyabr 2018-ci il tarixdə onun adına ölüm haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında Zaqatala rayonu 2 saylı Notariat Ofisinə müraciət edərək, Zaqatala rayonu Göyəm kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,3001 ha torpaq sahəsindən paylı mülkiyyət kimi ona məxsus olan 1/3 hissəsinə 08 aprel 2019-cu ildə (vərəsəlik işi № 255/2019) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (şəhadətnamə reyestrdə 2V480 №ilə qeyd edilib, informasiya sisteminə daxil edilib) almış və bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestrindən torpağın ona məxsus olan hissəsinə X7nun adına RX seriyalı ******* nömrəli Çıxarış verilmisdir. Bundan sonra X7 ondan və digər övladlarından da xəbərsiz torpaq sahəsini başqa şəxsə satmışdır. X7 27 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfat etməsindən sonra qardaşı Cavabdeh1 atasından miras qalmış əmlakları adına sənədləşdirmək üçün müraciət etdikdə ona məlum olmuşdur ki, atası özünə məxsus olan bütün əmlaklarını satmışdır. Bundan sonra qardaşına məlum olmuşdur ki, atası onu məhkəmə qaydasında ölmüş elan etdirmiş və ona məxsus 1/3 hissə pay torpağını da vərəsəlik yolu ilə adına sənədləşdirərək satmışdır. Qardaşı onun sağ olduğunu və xaricdə yaşadığını bildiyindən maraqlarına toxunan şəxs kimi məhkəməyə müraciət etmişdir. Onun ölmüş elan edilməsi barədə Zaqatala rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2267/2019 saylı qətnaməsi ilə Zaqatala rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizəçi X13 20 avqust 1966-cı il tarixdə doğulmuş oğlu İddiaçı oğlunun ölmüş elan edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməmişdir. O, pozulmuş hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlayaraq ona məhkəmə işlərini aparmaq üçün etibarnamə vermişdir. O, Ukrayna vətəndaşıdır və İtaliya Respublikasında yaşayır. Zaqatala rayon 2 saylı Notariat Ofisindən alınmış, onun - İddiaçı oğlunun adına açılmış vərəsəlik işinin materillarında olan etibarnamədən görünür ki, torpaq sahəsini qanunsuz olaraq almış X22, vərəsəlik işinin aparılmasında da X15 etibarnamə əsasında təmsil etmişddir. Mirasın qəbulu haqqında ərizəni də X22 imzalamışdır. X7 vəfat etdiyindən və bu iş üzrə o, cavabdeh qismində cəlb olunduğundan, onun hüquqi varisi kimi oğlu Cavabdeh1 göstərir. Hesab edir ki, məhkəmə tərəfindən onun ölmüş hesab edilməsinə dair məhkəmə qətnaməsi ləğv edildiyindən, onun adına olan əmlaka - 1/3 pay torpaq sahəsinə dair X13 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında X13 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarış ləğv edilməlidir.
4. 10 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X22 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsi ilə İddiaçı oğlu ölmüş elan edilmiş və onun 05 oktyabr 2018-ci ildə ölməsi barədə Zaqatala rayonu qeydiyyat şöbəsi tərəfindən 15 oktyabr 2018-ci il tarixdə qeydiyyat aparılaraq, AZ-İ 967851 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Reyestrdə 2V- 480 nömrə ilə qeyd edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 05 oktyabr 2018-ci ildə ölmüş İddiaçı oğlundan miras qalmış Zaqatala rayonu Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3001 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarət mirasa X13 tam hissədə pay hüququ tanınmışdır. Zaqatala rayonu 2 saylı notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 rayonu, Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsini X2, 27 aprel 2019-cu il tarixdə ölmüşdür.
6. Onun ölümündən sonra, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli 2(107)-2267/2019 saylı qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsi ləğv edilmiş ərizəçi X13 20 avqust 1966-cı il tarixdə doğulmuş oğlu İddiaçı oğlunun ölmüş elan edilməsinə dair ərizəsi təmin edilməmişdir.
7. İş üzrə sübutlarla İddiaçı oğlunun sağ olmasının, sağlığında o cümlədən müvafiq ərizə ilə məhkəməyə müraciət edərkən və ondan qalan mirası qəbul edərkən X16, eləcə də həmin əmlakı əvəzli olaraq əldə edərkən X9 bəlli olması halları sübut edilməmişdir.
8. İşin müəyyənləşdirilmiş hallarından həmçinin görünür ki, mübahisəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə məhkəmə qərarının icrası qaydasında verilsə də, iddiaçı cavabdehdən ləğv edilmiş məhkəmə qətnaməsi əsasında verilmiş sənədin əmlakının qaytarılması qaydasında ləğvini deyil, onun etibarsızlığını tələb edir.
9. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, məhkəmə qərarının icrası qaydasında verilmiş mübahisəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslin nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, eləcə də iddiaçının əvəzsiz olaraq atasına verilmiş əmlakının hər hansı hissəsi sonuncuda qalmadığından, iddiaçıya məxsus əmlakın əvəzli əldə etmiş şəxsin isə bu əmlakı əldə edərkən iddiaçının sağ olduğunu bildiyi halı sübut edilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, mübahisənin bu qaydada həll edilməsi, onun əmlakını əvəzli olaraq başqa şəxsə özgəninkiləşdirmiş atasının varisindən əmlakından məhrum olması ilə bağlı uğradığı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
10. Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(033)-97/2025 saylı qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia rədd olunmuş, İddiaçı oğlunun cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X6, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Zaqatala rayonu Göyəm kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,3001 ha torpaq sahəsindən paylı mülkiyyət kimi ona məxsus olan 1/3 hissəsinə dair X13 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında X13 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddiaçının nümayəndəsi Nümayəndə dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25 və 42-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159 və 194-cü maddələrinə və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4, 8.1, 8.5 və 8.7-ci bəndlərinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Zaqatala rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş 30 iyun 1988-ci il tarixli İX-JQ 340119 saylı doğum haqqında şəhadətnamə Azərbaycan Respublikası ƏMDK-ın yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Azərbaycan Respublikası ƏMDK-ın yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın qeydiyyat nömrəsi ********** saylı 11 aprel 2019cu il tarixli dövlət reyestrindən çıxarış Zaqatala Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməs Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən 15 oktyabr 2018-ci il tarixdə verilmiş AZ-İ 967851 nömrəli ölüm haqqında şəhadətnamə Zaqatala RİHB-ın Göyəm kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2018-ci il tarixli 706 saylı arayış Zaqatala rayon 2 saylı Notariat X3 nümayəndəsi X22 tərəfindən verilmiş 31 mart 2019-cu il tarixli V97(2017) saylı ərizə Zaqatala rayon 2 saylı Notariat X3 nümayndəsi X22 tərəfindən verilmiş 31 mart 2019-cu il tarixli V255(2019) saylı ərizə Zaqatala RİHB-ın Göyəm kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 aprel 2019-cu il tarixli 302 saylı arayış Reyestrdə 2V-480 nömrə ilə qeyd edilmiş 08 aprel 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli 2(107)- 2267/2019 saylı qətnaməsi Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli 2(033)-257/2020 nömrəli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)- 1563/2020 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2078/2021 nömrəli qərarı
13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı oğlu аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı oğlunun ölmüş elan olunması barədə X13 ərizəsi apellyasiya qaydasında əsassız olduğundan təmin edilməmişdir. Mülki işin materiallarında İddiaçı oğlunun adına açılmış vərəsəlik işinin materialları vardır. Həmin vərəsilk işindən görünür ki, vərəsəlik işinin açılması barədə ərizəni notariat kontoruna X8 əri X22 vermişdir. Həmçinin məhkəmə prosesində işə üçüncü şəxs kimi cəlb edilmiş X19 öz ifadələrində bildirmişdir ki, o, 2017-ci il tarixdən X21 ilə ünsiyyətdə olmuş və mütəmadi olaraq ona pul vermişdir. Bu isə o deməkdir ki, İddiaçı oğlunun ölmüş elan olunması barədə məhkəmə işindən onun xəbəri olmuşdur və hətta X15 yaşlı və kənd adamı olduğundan aldadıb və yaxud da təzyiq göstərərək həmin məhkəmə işini də özü hazırlamış və həyata keçirmişdir. Bütün bu hallara məhkəmə tərəfindən qiymət verilməmişdir. Məhkəmə ümumi sözlərlə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. İş materialları ilə sübut olunur ki, əmlakı əvəzli əldə edən şəxs ölmüş elan edilmiş İddiaçı oğlunun sağ olduğunu bilmişdir. Bildirirəm ki, iddia tələbi iki hissədən ibarətdir və ikinci hissə sənədin ləğvi ilə bağlıdır. Məhkəmə sənədin etibarsız sayılmasının rədd edilməsini əsaslandırmamışdır.
15. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(033)- 97/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X22 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(033)-97/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X6 və 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. 42.2-ci maddəsinə əsasən nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. 42.3-cü maddəsinə əsasən ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin.
21. Azərbaycan Respublikası Aliə Məcəlləsi: 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
22. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 8.1-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. 8.7-ci bəndinə əsasən məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra “Vaxtı keçmiş qeydiyyat” sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. İddiaçı Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(033)-97/2025 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir: İş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Zaqatala rayon 2 saylı Notariat Ofisi, üçüncü şəxslər X17 və X14 qarşı Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən tərtib və təsdiq olunmuş 18 iyul 2017-ci il tarixli 2V157 nömrə ilə reyestrdə qeydiyyata alınmış, 01 oktyabr 2017-ci il tarixli 2V-371 nömrə ilə reyestrdə qeydə alınmış, 08 aprel 2019-cu il tarixli 2V-479 nömrə ilə reyestrdə qeydiyyata alınmış və 08 aprel 2019cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə309 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-564 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-398 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-579 saylı xx.xx.2019-cu il tarixli və 4Ə- 651 saylı xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli X17 və X12 adına aparılmış qeydiyyatlar ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli 2(033)-257/2020 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov)iddianın təmin edilməsi, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən tərtib və təsdiq olunmuş tərəflər arasında 18 iyul 2017-ci il tarixli 2V-157 nömrə ilə reyestrdə qeydiyyata alınmış, 01 oktyabr 2017-ci il tarixli 2V371 nömrə ilə reyestrdə qeydə alınmış, 08 aprel 2019-cu il tarixli 2V-479 nömrə ilə reyestrdə qeydiyyata alınmış və 08 aprel 2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə-309 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-564 saylı xx.xx.2017-ci il tarixli, 4Ə398 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-579 saylı xx.xx.2019-cu il tarixli və 4Ə-651 saylı xx.xx.2017- ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il tarixli X17 və X12 adına aparılmış qeydiyyatların ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 oktyabr avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsimnin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Həmin qətnaməsi ilə müəyyən edilmişdir ki, Laçın Məmmədov tərəfindən üçüncü şəxslərə xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixlərdə mübahisəli torpaq sahələrini satılması barədə iddiaçı Cavabdeh1 məlumatın olmaması inandırıcı deyildir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, idddiaçı mübahisəli torpaq sahələrini üçüncü şəxslərə satılması ilə bağlı xəbərdar olmuşdur. Bundan başqa mülki iş üzrə üçüncü şəxslər Laçın Məmmədovun mübahisə predmetinin əsl mülkiyyətçisi olmadığını bilmədiyindən vicdanlı əldə edən hesab edilirlər. Üçüncü şəxslər X17 və X22 mübahisəli torpaq sahəsini qanununvericiliklə müəyyən edilmiş qaydada aldığından vicdanlı alıcı statusunu daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2078/2021 nömrəli qərarına əsasən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1563/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Hazırki iş üzrə İddiaçı oğlu həmin məhkəmə işlərində tərəf olaraq iştirak etməsə də, hazırki iş üzrə Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X22 həmin məhkəmə işləri üzrə tərəf olduqlarından həmin qərarlar onlara münasibətdə preyudisial əhəmiyyət daşıyır.
28. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri, yəni X10 İddiaçı oğlunun ölmüş elan olunması barədə məhkəmə işindən və İddiaçı oğlunun sağ olduğundan xəbərdar olması hal-hazırda qanuni qüvvədə olan məhkəmə qərarları ilə təkzib edilmişdir. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(033)-97/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(033)-97/2025 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.