Məhkəmə qərarları › İş №2(107)-644/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-644/2024

25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-644/2024 25.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs5, X8 və X2 qarşı şəxsin ölmüş hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs5, X8 və X2 qarşı şəxsin ölmüş hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(016)-773/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair iddiaçı Ərizəçi tərəfindən verilmiş vəsatətin təmin edilməməsi barədə Ağsu Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(016)-773/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü X7 və xx.xx.1993-cü il təvəllüdlü X4 xx.xx.2017-ci ildə ölmüş hesab edilməsini xahiş etmişdir.. Ağsu Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(016)-773/2023 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, xx.xx.1990-cı ildə Ağsu rayonu, Cəlayır kəndində anadan olmuş X5 Suriya Respublikasında ölmüş elan edilməsi, X5 ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi günün onun ölüm günü hesab edilməsi qət edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(016)-773/2023 nömrəli qərardadı ilə Ağsu Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(016)-773/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Ərizəçi həmin qərardaddan şikayət vermişdir. Ağsu Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(016)-773/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(016)- 773/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan SX012089889AZ kodlu xəbərnamədən görünür ki, Ağsu Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qətnaməsi 12 dekabr 2023-cü il tarixdə ərizəçi tərəfindən imza edilməklə qəbul olunmuşdur. Lakin həmin qətnamədən apellyasiya şikayəti ərizəçi tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə 29 yanvar 2024-cü il tarixdə verilmişdir. Ərizəçi qətnamənin ona 17 yanvar 2024-cü ildə verildiyini göstərsə də, bununla bağlı məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, Ağsu Rayon Məhkəməsinin 21 noyabr 2023cü il tarixli, 2(016)-773/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti tərəfin öz təqsiri üzündən ötürülmüşdür və müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün heç bir əsas aşkar edilmir. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Həmin Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, Ağsu Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(016)-773/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(016)-773/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Kollegiya əlavə olaraq qeyd edir ki, hazırki iş üzrə Ağsu Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(016)-773/2023 nömrəli qərardadı ilə Ağsu Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(016)-773/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Ərizəçi tərəfindən verilmiş vəsatət təmin edilməmiş, lakin Ərizəçi tərəfindən Ağsu Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(016)-773/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessuаl Məcəllənin tələblərinə uyğunluğu məsələsi həll edilməmiş qalmışdır. Hazırki qərardadla apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası üçün əsas olmadığının təsdiq olunması nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən Ağsu Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(016)-773/2023 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessuаl Məcəllənin tələblərinə uyğunluğu məsələsi həll edilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(016)-773/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar