Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-654/2024 15.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və qızıl-zinət əşyaları tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: əmlak və qızıl-zinət əşyaları) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və qızıl-zinət əşyaları tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(046)-110/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı və cavabdehlər Cavabdeh1 27 noyabr 2020-ci il tarixdə nikah bağlamışlar. Nikahları Göyçay rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı qızıl-zinət əşyaları və cehiz əmlaklarının cavabdehin sahibliyində qaldığını iddia etməklə alınaraq ona verilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəyəri 2500 manat olan kolye, sırğa, üzükdən və Tifani markalı qolbaq və boyunbağıdan ibarət qızıl dəstinin, dəyəri 300 manat olan 1 cüt qaşsız işləməli qızıl sırğanın bir tayının, dəyəri 300 manat olan 1 ədəd sadə formalı qızıl qolbağın, dəyəri 500 manat olan 1 ədəd qaşlı qızıl nişan üzüyün və cehiz əmlakların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək dəyəri 2500 manat olan kolye, sırğa, üzükdən və Tifani markalı qolbaq və boyunbağıdan ibarət qızıl dəstinin, dəyəri 300 manat olan 1 cüt qaşsız işləməli qızıl sırğanın bir tayının, dəyəri 300 manat olan 1 ədəd sadə formalı qızıl qolbağın, dəyəri 500 manat olan 1 ədəd qaşlı qızıl nişan üzüyün, dəyəri 40 manat olan elektrik fenin və dəyəri 70 manat 1 ədəd ağ rəngli qadın donun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 09 iyul 2021 -ci il tarixdə el adətinə uyğun toy etməklə ailə qurmuş, 27 noyabr 2020-ci il tarixdə nikah bağlamışdır. Cavabdeh1 ilə evlənərkən onun yaşadığı, valideynlərinə məxsus Göyçay rayonunun Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və cehiz əmlakı həmin evə yığılmışdır. Cavabdeh1 ilə evlənəndən 10 gün sonra aralarında olan münasibətlər pozulmağa başlamışdır. Belə ki, Cavabdeh1 valideynlərinin müdaxiləsi nəticəsində ona qarşı kobud münasibət bəsləmiş, söyüb təhqir etmiş və onu döymüşdür. 08 sentyabr 2021-ci il tarixdə onu döymüş və hamilə olduğu üçün vəziyyəti pisləşərək həmin gecə xəstəxanaya getmişdir. 13 sentyabr 2021-ci il tarixə kimi Göyçay RMX-nın ginekologiya şöbəsində müalicə olunmuş və xəstəxanadan çıxarkən yataq şəraitində müalicə olunacağı üçün valideynlərinin evinə getmişdir. Həmin vaxtdan müalicəsini davam etdirsə də 10 noyabr 2021-ci il tarixdə uşağını itirmiş və Rəşid onunla ailə münasibətlərini davam etdirmək istəmədiyini, nikahın pozulması üçün mediatora müraciət etdiyi üçün yenidən cavabdehlərin evinə qayıtmamışdır. 08 sentyabr 2021-ci il tarixdə döyülərkən qulağındakı qızıl sırğanın biri açılıb düşərək yataq otağında qalmışdır və evi yalnız əynindəki geyim, 1 tək sırğa və qızıl nişan üzüyü (alyans) ilə tərk etmişdir. Cavabdeh1 ilə aralarında olan nikah onun tələbinə əsasən Göyçay rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Lakin cavabdehlər 08 sentyabr 2021-ci il tarixdə döyülüb xəstəxanaya aparılarkən evdə qalmış cehiz əmlakını, geyimlərini və qızıl zinət əşyalarını qaytarmamışlar. Qeyd edilən əmlaklarını tələb edərək mediatora müraciət etsə də ilkin mediasiya sessiyasına Rəşidin nümayəndəsi kimi gələn atası Cavabdeh2 nə qızıl zinət əşyalarımı, nə də cehiz əmlakımla geyimlərimi ona qaytarmayacaqlarını bildirmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus qızıl-zinət əşyaları Cavabdeh1 qanunsuz sahibliyindədir. Məhkəmə baxışı zamanı iddiaçının 08 sentyabr 2021-ci il tarixdə gecə saatlarında cavabdehlərin yaşadığı evi tərk edərək “6-7 həftəlik hamiləlik, ürək vurğusu müsbət, xorion qişası arxasında hematoma(1,5*1,5 sm)” diaqnozu ilə Göyçay rayon X5 Hüquqi Şəxsin ginekologiya - doğum şöbəsində müayinədə olmuş və “6-7 həftəlik hamiləlik, düşük təhlükəsı” diaqnozu ilə xx.xx.2021-ci il tarixdə saat 10:30-da həmin şöbəyə stasionar müalicəyə yerləşdirilmiş, xx.xx.2021-ci il tarixdə “7-8 həftəlik hamiləlik, ürək vurğusu müsbət, xorion qişası arxasında hematoma(1,4*0,8 sm)” diaqnozu ilə ambulator müayinəyə evə yazılmışdır. Göründüyü kimi iddiaçının evi tərk etdiyi şəraitdən bəlli olur ki, onun qızıl zinət əşyalarını özü ilə aparmaq niyyəti olmamışdır. İddiaçı iddia tələbinin predmetini təşkil edən qızıl zinət əşyalarının Cavabdeh1 qanunsuz sahibliyində qalması iddiaçının məhkəməyə təqdim etdiyi Cavabdeh1 iddiaçıya yazdığı sms mətni ilə və məhkəmə baxışında verilmiş izahatlarla sübuta yetirilir. Belə ki, həmin sms-də Cavabdeh1 iddiaçıdan özü ilə apardığı üzük, sırğa, telefon və paltarı qaytarmağı tələb edir. Əgər qızıl zinət əşyaları iddiaçının özündə olsaydı Cavabdeh1 təkcə üzük və sırğanı deyil, bütün qızıl zinət əşyalarının qaytarılmasını tələb edərdi.
6. İddianın predmetini təşkil edən qızıl-zinət əşyalarının qiymətləri və mövcudluğu ilə bağlı Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus qızıl-ziynət əşyaları cavabdehin qanunsuz sahibliyində qalmışdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia predmeti olan 01 çüt sırğanın dəyəri 300 manat olduğundan, həmin sırğanın bir tayı cavabdehin qanunsuz sahibliyində olduğundan, həmin sırğanın dəyəri 150 manat hesabı ilə götürülməlidir.
7. Məhkəmə baxışı zamanı İddiaçı 40 manat dəyərində elektrik feninin və 70 manat dəyərində ağ rəngli qadın donunun cavabdehin qanunsuz sahibliyində olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı məxsus qızıl-zinət əşyaları Cavabdeh1 qanunsuz sahibliyində qalması müəyyən edildiyindən, iddia digər Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməməlidir.
8. Göyçay Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(046)-110/2023 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin olunmuş, dəyəri 2500 manat olan kolye, sırğa, üzükdən və Tifani markalı qolbaq və boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 150 manat olan 1 cüt qaşsız işləməli qızıl sırğanın bir tayı, dəyəri 300 manat olan 1 ədəd sadə formalı qızıl qolbağ, dəyəri 500 manat olan 1 ədəd qaşlı qızıl nişan üzüyü, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 3450 manat müştərək qaydada Cavabdeh1 alınaraq İddiaçı verilməsi, 54.50 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2022-ci il tarixli Göyçay rayon Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarə X8 RMX-nın X9 Yaşar Əhmədov tərəfindən 27 aprel 2023-cü il tarixdə verilmiş məktub
11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə zinət əşyasının bir qisminin iddiaçının özünün aparmasını, digərlərinin də aparılması şəraitinin olmasını, iddiaçının sözü ilə desək evlənəndən 10 gün sonra ailə münasibətlərinin pozulmağa başlaması, xx.xx.2021-ci ildə döyüldüyünü, hamilə olduğu üçün həmin gecə xəstəxanaya getdiyini, xx.xx.2021-ci ildən Göyçay rayon Mərkəzi Xəstəxanasında kinekolojiya şöbəsində müalicə olunduğunu, xəstəxanadan valideynlərinin evinə getdiyini, xx.xx.2021-ci ildə uşağını itirdiyini, xx.xx.2022-ci ildə ərizəsinə əsasən boşandığını, evdən gedən zaman sırqanın açılıb yerə düşdüyünü, 1 ədəd sırqa və nişan üzüyünün götürdüyünü bildirmişdir. Boşanandan bir ay sonrası Göyçay rayon Prokurorluğuna müraciət edib döyülməsini bildirmişdir. Yəni təxminən bir il sonra. Bundan başqa iddiaçının valideynləri tərəfindən iddiaçı xəstəxanadan evə gələndən sonra evə gəlib 3 sumka əşyanı sərbəst şəkildə yığıb aparmışlar. İddiaçının ailə münasibətlərinə son qoyması əvvəlcədən hesablanmışdır. İşdə ifadələr mövcuddur ki, iddiaçı xəstəxanaya gələrkən döyülməsi barədə hər hansı bir məlumat verməmişdir. Bütün bunlar işin halları olmaqla məhkəmə qaydasında aydınlaşdırılmamışdır. Birinci, iddiaçı hamiləliyi ilə bağlı xəstəxanaya getmişdir. Onun döyülməsi ilə bağlı ilkin heç bir məlumat mövcud deyildir. İddiaçını qəbul edən həkim döyülmə ilə bağlı heç bir məlumat və ya iddiaçı tərəfindən bildirmə, o cümlədən döyülmə əlaməti olan heç bir xəsarətin mövcud olmadığını bildirmişlər. İkinci, iddiaçı ifadəsində münasibətlərin ilk altı aydan pis olduğunu bildirir. Onun xəstəxanadan evlərinə getməsi, 7 gün sonra evə gəlib sərbəst şəkildə üç sumka pal-paltar aparıblar. Yəni sərbəst girib evdən iddiaçının paltarını və digər əşyalarını götürüblər. Üçüncü: zinət əşyası həmişə iddiaçıda olub. Özü də etiraf edir ki, nişan üzüyü və sırqa üstündə olub. Qızıl əşyası həmişə özündə və onun bilmədiyi saxlancında olub. Birdəki xəstəxanaya gedərkən üzərində olan əşyalarını götürübsə, digər əşyalarını da hara qoyduğunu və ya apardığını o nə xəyal edərdi. Onun evinə qayıtmamaq niyyətini ancaq özü müəyyən edib. Xəstəxanadan evlərinə getməsi və 1 həftədən sonra paltarlarını üç sumkaya yığıb aparması onun boşanma niyyətinin əvvəlcədən qurmasını ortaya qoyur. Zinət əşyası özündə olub, özü ilə aparıb. Sonra isə qayıtmaması, boşanmmanı özü verməsi, xəstəxanadan bir həftə sonra qızın pal-paltarları götürmə adı ilə üç sumka pal-paltar və digər sənədlərini götürməsi, sonra isə dəfələrlə evlərinə getmələrinə baxmayaraq evinə qayıtmaması onun əvvəlcədən boşanmaq niyyətini ortaya qoyur. Dördüncü: O heç vaxt boşanmaq istəməmişdir. Onu döyməmişdir. Xəstəxanaya gecə aparmışlar. Bütün ailəsi onun yanında olub. Çünki hamilə idi. Deyiblər ki, anası evində bir neçə gün qalsın. Razı olmuşdur ki, hamiliklə bağlı ona fasiləsiz istirahət lazımdır. O və ailəsi iddiaçının heç bir zinət əşyasını nə görmüş, nə də götürmüşlər. Öz əşyaları həmişə özündə olmuş və özü ilə aparmışdır. Xəstəxanaya sərbəst getmiş, əşyalarına tam nəzarət etmiş və özü ilə aparmışdır. Həmçinin paltarlarını və digər əşyalarını da aparmış, bu proseslərə qədər boşanma məqsədini bilməmişdir. 1-ci, zinət əşyası həmişə özündə olub. 2-ci, şəxs evə qayıtmamağı əvvəlcədən müəyyənləşdirib. 3-cü, zinət əşyasını götürməsi üçün hər cür imkanı olub. 4-cü, evlərinə gedərkən 1 həftə sonra yenə əşyaları evdən aparıb. Evdən sərbəst şəkildə gedib.
13. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(046)- 110/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X4 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(046)-110/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 666.1–ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur 668.1.3–cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlanma etibarlı sayılır.
Azərbaycan Respublikası Ailə Məcəlləsi: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(046)- 110/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının cavabdehlərin yaşadığı evi hamiləliyində düşük təhlükəsi ilə Xəstəxanaya getməklə tərk etməsi və evi tərk etdiyi şəraitdən onun qızıl zinət əşyalarını özü ilə aparmaq niyyəti olmamasının bəlli olması işin halları ilə sübut olunur. Belə olan halda, iddiaçının döyülüb-döyülməməsi, boşanmağı öncədən planlaşdırıbplanlaşdırmaması ilə bağlı dəlillər hazırki iş üçün heç bir əhəmiyyət kəsb etmir.
23. Cavabdeh apellyasiya şikayətində göstərilən qızıl-zinət əşyalarının həmişə cavabdehin özündə olması, o cümlədən evi tərk etdikdən 1 həftə sonra evə qayıdaraq əşyalarını götürməsi ilə bağlı dəlilləri isə sübut edəcək heç bir dəlili məhkəməyə təqdim etməmişdir. Ona görə də, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr hesab edilməklə təmin edilməməlidir.
24. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPMin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(046)-110/2023 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(046)-110/2023 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev