Məhkəmə qərarları › İş №2(107)-66/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-66/2025

03.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-66/2025 03.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: əmlak və əmlak bölgüsü) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X9 ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(037)-29/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh ilə 29 oktyabr 2010-cu il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahlarından iki övladları olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(037)-11/2023 nömrəli qətnaməsi ilə X5 ilə Cavabdeh arasında 29 oktyabr 2010-cu il tarixdə İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 250 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. 15 iyul 2011-ci ildə doğulmuş X10 və 02 yanvar 2015-ci ildə doğulmuş X13 (anası) X1 yanında saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2270 manat dəyərində qızıl-zinyət əşyaları və ya dəyəri, 7572 manat dəyərində cehiz əmlakı və ya dəyəri, 2550 manat dəyərində birgə nikah müddətində alınmış ev əşyalarının, əmlakın yarısı və ya dəyəri 1275 manat, birgə nikah müddətində alınmış İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində faktiki tikilmiş fərdi yaşayış evinin bölünməsi və ya yarı dəyəri 23000 manat – cəmi 34117 manat dəyərində əmlak və ya dəyəri alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 29 oktyabr 2010cu il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından iki övladları olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-ci il tarixli 2(037)-11/2023 nömrəli qətnaməsi ilə nikahları ləğv edilmişdir. Onu məcburən evdən çıxaranda cavabdehdə ona məxsus qızıl-zinyət əşyaları, cehiz əmlakı və birgə nikah müddətində qazandıqları əmlaklar qalmışdır. Bundan əlavə onlar birgə nikah müddətində, 2016-cı ildə İsmayıllı rayonu İsmayıllı kəndində cavabdehin adına faktiki yaşadıqları 0,04 hektar həyətyanı torpaq sahəsini satın almışlar və həmin həyətyanı torpaq sahəsində 46000 manat xərc çəkərək fərdi yaşayış evi, bir sıra yardımçı tikililər tikmişlər. Cavabdeh indi onu həmin evdən, həyətyanı torpaq sahəsindən çıxararaq bütün mülkiyyətini qeyri-qanuni olaraq ələ keçirmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubunda göstərilmiş əmlakların İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsi faktiki birgə nikah müddətində 2016-cı ildə alınmışdır. 46000 manat xərc çəkilərək bir mərtəbəli, dörd yaşayış otaqlı, zal, mətbəx və hamam- tualetdən ibarət fərdi yaşayış evi tikilmiş, eyni ilə həyətyanı sahədə bir otaqlı yardımçı tikili və tualet tikilmişdir. 2016-ci ildən faktiki ayrıldıqları 2021-ci ilin iyun ayına kimi orada övladları ilə birlikdə yaşamış, faktiki yaşadıqları ev birgə nikah müddətində qazanılmış əmlakdır. O, aralarında qarşılıqlı razılıq əsasında əmlak bölgüsünün aparılmasını, cavabdehdə qalan qızıl-zinyət əşyalarının, cehiz əmlakının ona verilməsi üçün cəhd göstərsə də qarşı tərəf heç bir formada razılığa gəlmək istəmir və o, məcbur olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya şurasına müraciət etmiş, orada da razılıq alınmamış və bu barədə mediasiya şurası 17 aprel 2022-ci il tarixdə arayış verərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Ona nişan və toyda verilmiş 250 manat dəyərində 06 qram çəkidə 583 əyarlı ağ qaşlı bir ədəd nişan üzüyü, 500 manat dəyərində 12 qram çəkidə 583 əyarlı iri yaşıl qaşlı və yaşıl qaşlı, kənarları kiçik ağ qaşlı bir cüt sırğa, 300 manat dəyərində 12 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd bilərzik, 400 manat dəyərində 10 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl sep, valideynləri tərəfindən hədiyyə edilmiş 250 manat dəyərində 08 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl üzük, 400 manat dəyərində 10 qram çəkidə sep və qızıl onluq şəkilli dairəvi klondan ibarət bir ədəd qızıl dəst, uşağa hədiyyə edilmiş 170 manat dəyərində bir cüt sırğa və 04 qram çəkidə 583 əyarlı bir ədəd sep – cəmi 2270 manat dəyərində qızıl-zinyət əşyaları olmuşdur. Cavabdeh onu evdən çıxaranda həmin qızıl-zinyət əşyalarını əlindən almışdır. Cehiz əmlaklarından 1200 manat dəyərində şifoner, taxt kravat, termo və iki taxt yanı şkafından ibarət mebel dəsti, 1100 manat dəyərində bir ədəd stol və səkkiz ədəd stul, 800 manat dəyərində bir ədəd qorka, 600 manat dəyərində bir ədəd divan, iki ədəd kreslo və jurnalnı stol, 450 manat dəyərində qarışıq və qırmızı güllü iki ədəd xalça, 105 manat dəyərində lüstürlər, 60 manat dəyərində iki yer güldanı və palma gülü, 400 manat dəyərində “Dnepr” markalı bir ədəd soyuducu, 500 manat dəyərində “İndesit” markalı bir ədəd paltaryuyan, 100 manat dəyərində “Gepas” markalı bir ədəd ətçəkən və “LG” markalı bir ədəd tozsoran, 160 manat dəyərində bir ədəd mikser, bir ədəd çörək sobası və qara rəngli dörd gözlü bir ədəd qaz sobası, 125 manat dəyərində bir ədəd fen, bir ədəd ütü, bir ədəd “Tefal” markalı çaynik dəsti və bir ədəd vintilyator, 300 manat dəyərində bir ədəd telefon, 72 manat dəyərində on iki ədəd rəngli xörək boşqabı, on iki ədəd orta dayaz boşqab, on iki ədəd iri rəngli boşqab və on iki ədəd salat boşqabı, 50 manat dəyərində altı ədəd güllü dərin, altı ədəd qırmızı güllü salat və altı ədəd dayaz güllü boşqab, 200 manat dəyərində qırmızı güllü iki ədəd bulud boşqabı, səkkiz ədəd xrustal meyvə vazı və bir ədəd göy vaz, 140 manat dəyərində bir ədəd qrafin, altı ədəd bakal və iki ədəd iri konfet qabından ibarət bagema dəsti, 300 manat dəyərində bir ədəd çay və yemək servisi, 40 manat dəyərində iki ədəd qrafin və on iki ədəd bakal, 132 manat dəyərində on iki ədəd xrustal bakal və on səkkiz ədəd xrustal rumka, 170 manat dəyərindəon on səkkiz ədəd qəddan, on səkkiz ədəd xrustal stəkan, on iki ədəd xrustal armudu stəkan, qırx iki ədəd göy rəngli nəlbəki, iki ədəd kasa və qaşıqlar, 37 manat dəyərində üç ədəd dəst podnus və iki ədəd sadə podnus, 75 manat dəyərində bir ədəd dərin vanna, beş ədəd uzunsov alminum qazan, üç ədəd aşsüzən, bir ədəd çuqun vedrə, bir ədəd dəmir vedrə, 145 manat dəyərində altı ədəd stolüstü skatel, iyirmi ədəd əl-üz dəsmalları və çay dəsmalları, 100 manat dəyərində dörd dəst çexol-prastina, bir ədəd taxt adyalı və iki ədəd tək adamlıq adyal, 100 manat dəyərində beş ədəd çuqun qırmızı qazan, 110 manat dəyərində qaşıq, çəngəl, çay qaşığı və mətbəx bıçağından ibarət çemodan dəsti – cəmi 7572 manat dəyərində cehiz əmlakları cavabdehdə qalmışdır. Bundan başqa birgə nikah müddətində 700 manat dəyərində “İndesit” markalı iki qapılı, dondurucu hissəsi aşağıda olan gümüşü rəngli bir ədəd soyuducu, 600 manat dəyərində “Beko” markalı altı kiloqramlıq gümüşü rəngli bir ədəd paltaryuyan, 300 manat dəyərində qara rəngli bir ədəd televizor, 110 manat dəyərində iki ədəd lüstr, 120 manat dəyərində bir ədəd ptiminutka, 300 manat dəyərində iki ədəd çarpayı, 80 manat dəyərində bir ədəd aspirator, 100 manat dəyərində bir ədəd çörək peçi, 240 manat dəyərində pərdələr – cəmi 2550 manat dəyərində birgə nikah müddətində qazanılmış əmlaklar vardır ki, həmin əmlaklar da bölünməli və ya dəyərinin yarısı ona ödənilməlidir. Cavabdeh onu evdən qovaraq evə buraxmır, qeyd olunan əmlaklardan istifadəsinə imkan vermir və qızılzinyət əşyalarını ona qaytarmaq istəmir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

4. İddiaçının vəkili-nümayəndəsi Vəkil iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh etiraz ərizəsində göstərmişdir ki, iddiaçı özünə məxsus cehiz və digər maddi qiymətlilərin özü tərəfindən sülh və sakitlik şəraitində aparılması üçün onun tərəfindən şifahi və yazılı formada müraciətlərinə baxmayaraq bilərəkdən məsələni uzatmış, qəsdən cehiz və digər iddiasında qeyd etdiyi maddi qiymətliləri aparmaqdan yayınmışdır. İddiaçı məsələni gərginləşdirmək, cehiz və digər iddiasında qeyd etdiyi maddi qiymətlilərin dəyərinin pul kompensasiyası ilə əvəz olunmasını istəmişdir. İddiaçı ilə 29 oktyabr 2010-cu il tarixində rəsmi nikah bağlamış və həmin dövrdən 13 il keçmişdir. 2010cu il tarixində iddiaçı onun da qeydiyyatda olduğu, anası X2 adına rəsmi qeydiyyatı olan, 1988-ci ildə inşa olunmuş İsmayıllı rayonu Talıstan kəndində onlarla qonşuluqda yerləşən birmərtəbəli həyət evinə gəlin köçmüşdür. Anası ağır astma-bronxit və iflic xəstəliyinə düçar olduğu üçün məcbur qalıb həmin evi 10000 manata satmış və anasının müalicəsinə sərf etmişdir. Sonradan müvəqqəti olaraq qardaşı Nümayəndə məxsus Talıstan kəndində yerləşən evə köçmüşlər. Lakin qardaşı həmin evi satmaq istədiyi üçün ona xəstə anasına baxmaq məqsədi ilə 19 may 2016-cı il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,04 hektar torpaq sahəsini və içərisində qardaşı tərəfindən inşa olunmuş sənədsiz birmərtəbəli evi hədiyyə etmiş və onlar ailəliklə ora köçmüşlər. Lakin qardaşı bağışlama zamanı ondan yazılı ərizə almışdır ki, anasına yaxşı baxılmadığı təqdirdə bağışlama müqaviləsini ləğv edəcəkdir və o, da buna etiraz etməyəcəyini yazılı bildirmişdir. İddiaçının iddiasında qeyd etdiyi cehi və digər maddi qiymətlilər ona Ailə Məcəlləsində tövsiyə olunan nikah müqaviləsi ilə verilməmişdir. Eyni zamanda maddi dəyərlilərə zaman keçdikcə mühasibatlıq qaydasına görə amortizasiya normaları tətbiq olunur. Ona görə də iddiaçının qeyd etdiyi maddi qiymətlilərin dəyərinə amortizasiya normaları tətbiq olunmalıdır. İddiada qeyd olunan maddi qiymətlilər olduğu kimi yerindədir. O, humanizm prinsipindən çıxış edərək iddiaçıya aid olan maddi qiymətliləri qoruyub saxlamış və əlavə xərclə təmir etdirmişdir. İddiaçının ona qardaşı tərəfindən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 19 may 2016-cı il tarixdə hədiyyə edilmiş 0,04 hektar torpaq sahəsi və içərisində qardaşı tərəfindən inşa olunmuş sənədsiz birmərtəbəli evdən ona dəyəri pulla ifadə olunmaqla pay ayrılmasına dair iddiası əsassızdır. İddiaçının iddiasında qeyd etdiyi qızıl-zinət əşyalarının həmin dövrdəki qiymətləri iddiaçının göstərdiyi şişirdilmiş formadadır. Belə ki, 180 manat dəyərində 4,8 qram çəkidə bir ədəd nişan üzüyü, 240 manat dəyərində bir cüt komplekt qaşlı sırğa və üzük, 280 manat dəyərində 7,8 qram çəkidə bir ədəd sep, 110 manat dəyərində bir ədəd bilərzik, 90 manat dəyərində uşağa həddiyə olunmuş bir ədəd sırğa, 120 manat dəyərində 03 qram çəkidə bir ədəd nazik qaşlı üzük olmuşdur. Əlavə olaraq iddiaçının valideynləri tərəfindən sonuncuya hədiyyə verilməsindən kimə və hansı səbəbə hədiyyə verilməsindən xəbəri olmamışdır. Yəqin ki, belə hal olubsa foto və ya videofakt, o cümlədən, təkzibolunmaz dəlillərlə sübuta yetirilməlidir. Əks təqdirdə belə bir iddia absurddur. İddiaçının qızıl-zinyət əşyaları həmişə özündə olmuş və 2015-ci ildən etibarən evdən məxfi saxlamışdır. Bir ədəd qızıl sepi 2014- cü ildə əməkhaqqı gecikdiyinə görə məcbur olub iddiaçının öz razılığı ilə 200 manata lom qiymətlə sataraq evə ərzaq almışdır. O cümlədən iddiaçının özünə aid olan əşyaəmlakının özü tərəfindən aparılmasına guya onun tərəfindən maneçilik törədildiyi barədə cəfəng fikirləri, məhkəməyə təqdim etdiyi təkzibolunmaz rəsmi sübutlar) inkar edir. İddiaçının iddiası əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. X3 ifadə verərək göstərmişdir ki, iddiaçı onun qızıdır. Qızı 2010-cu ildə cavabdehlə ailə qurmuşdur. 2016-cı ildə sözügedən ev tikilmişdir. Həmin evi qızı ilə cavabdeh tikmişdir. Qızının əmlakları cavabdehdə qalmışdır. X4 ifadə verərək göstərmişdir ki, iddiaçı onun qızıdır. Sözügedən evi cavabdehin qardaşı deyil, cavabdeh özü tikmişdir. Qızının əmlakları cavabdehdə qalmışdır.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, 19 may 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Nümayəndə tərəfindən İsmayıllı rayonu İsmayıllı kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,04 hektar torpaq sahəsi Cavabdeh bağılanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(037)-11/2023 nömrəli qətnaməsinə əsasən X5 ilə Cavabdeh arasında 29 oktyabr 2010-cu il tarixdə İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 250 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. 15 iyul 2011-ci ildə doğulmuş X10 və 02 yanvar 2015-ci ildə doğulmuş X13 (anası) X1 yanında saxlanılmışdır. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 13 iyun 2023-cü il tarixli, AZ-İ №460295 nömrəli şəhadətnaməsi ilə X5 ilə Cavabdeh arasında olan nikaha 16 may 2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8305 nömrəli məlumatına əsasən ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə 11 yanvar 2024-cü il saat 10:00-da baxış keçirilməsinin təşkili edilməsi barədə vəsatət verilmişdir. Qeyd olunan tarixdə mübahisə predmeti olan tikilinin yerləşdiyi ünvana gedilmiş, lakin iş üzrə cavabdeh tərəf tədqiq olunan tikiliyə daxil olmaqla müvafiq ölçü işlərinin aparılmasına şərait yaratmamışdır (icazə verməmişdir). Qeyd olunan səbəbdən mübahisə predmeti olan tikiliyə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır.

8. Məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı iddia tələbində 250 manat dəyərində 06 qram çəkidə 583 əyarlı ağ qaşlı bir ədəd nişan üzüyü, 500 manat dəyərində 12 qram çəkidə 583 əyarlı iri yaşıl qaşlı və yaşıl qaşlı, kənarları kiçik ağ qaşlı bir cüt sırğa, 300 manat dəyərində 12 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd bilərzik, 400 manat dəyərində 10 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl sep, valideynləri tərəfindən hədiyyə edilmiş 250 manat dəyərində 08 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl üzük, 400 manat dəyərində 10 qram çəkidə sep və qızıl onluq şəkilli dairəvi klondan ibarət bir ədəd qızıl dəst, uşağa hədiyyə edilmiş 170 manat dəyərində bir cüt sırğa və 04 qram çəkidə 583 əyarlı bir ədəd sep – cəmi 2270 manat dəyərində qızıl-zinyət əşyaları tələb etsə də həmin qızıl-zinyət əşyalarının qiymətləri ilə bağlı mütəxəssis rəyi təqdim etməmişdir. Məhkəmə belə olan halda cavabdehin etiraz ərizəsində göstərdiyi 180 manat dəyərində 4,8 qram çəkidə bir ədəd nişan üzüyü, 240 manat dəyərində bir cüt komplekt qaşlı sırğa və üzük, 280 manat dəyərində 7,8 qram çəkidə bir ədəd sep, 110 manat dəyərində bir ədəd bilərzik, 90 manat dəyərində uşağa həddiyə olunmuş bir ədəd sırğa, 120 manat dəyərində 03 qram çəkidə bir ədəd nazik qaşlı üzük – cəmi 1020 manat dəyərində qızıl-zinyət əşyalarının dəyərini cavabdehin etirafı kimi qəbul edərək, ağlabatan və qənaətbəxş məbləğ olmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa cavabdeh etiraz ərizəsində bir ədəd qızıl sepi 2014-cü ildə əməkhaqqı gecikdiyinə görə məcbur olub iddiaçının öz razılığı ilə 200 manata lom qiymətlə sataraq evə ərzaq aldığını bildirsə də bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir.

9. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab etmişdir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, mübahisəli cehiz əşyaları həqiqi hüquq əsasında iddiaçıya məxsusdur. Həmin əşyalar iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, hazırda həmin əşyalar iddiaçının iradəsinə zidd olaraq cavabdehin sahibliyindədir. Cavabdehin həmin əşyalar üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı əmlaklarının qaytarılması ilə bağlı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının qızıl-zinyət əşyaları, cehiz əmlakı və ya dəyərləri tələbi əsaslıdır.

10. Məhkəmə iddia tələbinin qızıl-zinyət əşyaları və cehiz əmlakı hissəsinə münasibətdə belə nəticəyə gəlmişdir ki, cavabdehdən 180 manat dəyərində 4,8 qram çəkidə bir ədəd nişan üzüyü, 240 manat dəyərində bir cüt komplekt qaşlı sırğa və üzük, 280 manat dəyərində 7,8 qram çəkidə bir ədəd sep, 110 manat dəyərində bir ədəd bilərzik, 90 manat dəyərində uşağa həddiyə olunmuş bir ədəd sırğa, 120 manat dəyərində 03 qram çəkidə bir ədəd nazik qaşlı üzük – cəmi 1020 manat dəyərində qızıl-zinyət əşyaları, 1200 manat dəyərində şifoner, taxt kravat, termo və iki taxt yanı şkafından ibarət mebel dəsti, 1100 manat dəyərində bir ədəd stol və səkkiz ədəd stul, 800 manat dəyərində bir ədəd qorka, 600 manat dəyərində bir ədəd divan, iki ədəd kreslo və jurnalnı stol, 450 manat dəyərində qarışıq və qırmızı güllü iki ədəd xalça, 105 manat dəyərində lüsturlar, 60 manat dəyərində iki yer güldanı və palma gülü, 400 manat dəyərində “Dnepr” markalı bir ədəd soyuducu, 500 manat dəyərində “İndesit” markalı bir ədəd paltaryuyan, 100 manat dəyərində “Gepas” markalı bir ədəd ətçəkən və “LG” markalı bir ədəd tozsoran, 160 manat dəyərində bir ədəd mikser, bir ədəd çörək sobası və qara rəngli dörd gözlü bir ədəd qaz sobası, 125 manat dəyərində bir ədəd fen, bir ədəd ütü, bir ədəd “Tefal” markalı çaynik dəsti və bir ədəd vintilyator, 300 manat dəyərində bir ədəd telefon, 72 manat dəyərində on iki ədəd rəngli xörək boşqabı, on iki ədəd orta dayaz boşqab, on iki ədəd iri rəngli boşqab və on iki ədəd salat boşqabı, 50 manat dəyərində altı ədəd güllü dərin, altı ədəd qızrmızı güllü salat və altı ədəd dayaz güllü boşqab, 200 manat dəyərində qırmızı güllü iki ədəd bulud boşqabı, səkkiz ədəd xrustal meyvə vazı və bir ədəd göy vaz, 140 manat dəyərində bir ədəd qrafin, altı ədəd bakal və iki ədəd iri konfet qabından ibarət bagema dəsti, 300 manat dəyərində bir ədəd çay və yemək servisi, 40 manat dəyərində iki ədəd qrafin və on iki ədəd bakal, 132 manat dəyərində on iki ədəd xrustal bakal və on səkkiz ədəd xrustal rumka, 170 manat dəyərindəon on səkkiz ədəd qəddan, on səkkiz ədəd xrustal stəkan, on iki ədəd xrustal armudu stəkan, qırx iki ədəd göy rəngli nəlbəki, iki ədəd kasa və qaşıqlar, 37 manat dəyərində üç ədəd dəst podnus və iki ədəd sadə podnus, 75 manat dəyərində bir ədəd dərin vanna, beş ədəd uzunsov alminum qazan, üç ədəd aşsüzən, bir ədəd çuqun vedrə, bir ədəd dəmir vedrə, 145 manat dəyərində altı ədəd stolüstü skatel, iyirmi ədəd əl-üz dəsmalları və çay dəsmalları, 100 manat dəyərində dörd dəst çexol-prastina, bir ədəd taxt adyalı və iki ədəd tək adamlıq adyal, 100 manat dəyərində beş ədəd çuqun qırmızı qazan, 110 manat dəyərində qaşıq, çəngəl, çay qaşığı və mətbəx bıçağından ibarət çemodan dəsti – cəmi 7571 manat dəyərində cehiz əmlakları natura şəklində, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə onların ümumilikdə dəyəri olan 8591 (səkkiz min min beş yüz doxsan bir) manat məbləği alınaraq iddiaçıya ödənilməlidir.

11. Məhkəmə iddia tələbinin birgə nikah dövründə alınmış 2550 manat dəyərində ev əşyalarının yarı dəyəri kimi 1275 manat məbləğinin alınması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehlə sözügedən evdə yaşamaqla birgə qazancları ilə 700 manat dəyərində “İndesit” markalı iki qapılı, dondurucu hissəsi aşağıda olan gümüşü rəngli bir ədəd soyuducu, 600 manat dəyərində “Beko” markalı altı kiloqramlıq gümüşü rəngli bir ədəd paltaryuyan, 300 manat dəyərindəqara rəngli bir ədəd televizor, 110 manat dəyərində iki ədəd lüstr, 120 manat dəyərində bir ədəd ptiminutka, 300 manat dəyərində iki ədəd çarpayı, 80 manat dəyərində bir ədəd aspirator, 100 manat dəyərində bir ədəd çörək peçi, 240 manat dəyərində pərdələr – cəmi 2550 manat dəyərində əmlaklar aldığını bildirir. Cavabdeh həmin əmlaklarla bağlı hər hansı bir etirazı olmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdehdən 700 manat dəyərində “İndesit” markalı iki qapılı, dondurucu hissəsi aşağıda olan gümüşü rəngli bir ədəd soyuducu, 600 manat dəyərində “Beko” markalı altı kiloqramlıq gümüşü rəngli bir ədəd paltaryuyan, 300 manat dəyərindəqara rəngli bir ədəd televizor, 110 manat dəyərində iki ədəd lüstr, 120 manat dəyərində bir ədəd ptiminutka, 300 manat dəyərində iki ədəd çarpayı, 80 manat dəyərində bir ədəd aspirator, 100 manat dəyərində bir ədəd çörək peçi, 240 manat dəyərində pərdələr – cəmi 2550 manat dəyərində birgə nikah müddətində qazanılmış əmlaklar, əmlakların qətnamənin icrası zamanı tərəflər arasında naturada bölüşdürülməsi mümkün olmadıqda (qarşılıqlı razılaşma olmadıqda) həmin əmlakların dəyərinin yarısı, yəni 1275 (bir min iki yüz yetmiş beş) manat məbləği alınaraq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə sözügedən əmlakların bölünməz xüsusiyyətə malik olmalarını nəzərə alaraq, əmlakların tərəflər arasında iradələrinə uyğun olaraq qarşılıqlı razılıq əsasında bölünməsi barədə razılığın olmamasını nəzərə alaraq hesab etmişdir ki, icra mərhələsində sözügedən əmlakların yarısının və ya qarşılıqlı razılıq əsasında bölüşdürülərək digər tərəfə verilməsi, bu mümkün olmadıqda isə dəyərinin alınaraq iddiaçıya verilməsi müəyyənləşdirilməlidir.

13. Məhkəmə iddia tələbinin birgə nikah müddətində alınmış 0,04 hektar həyətyanı torpaq sahəsinin bölünməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı izahatında 2016-cı ildə, yəni birgə nikah dövründə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinin alındığını bildirsə də, 19 may 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, cavabdehin qardaşı Nümayəndə tərəfindən İsmayıllı rayonu İsmayıllı kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,04 hektar torpaq sahəsi cavabdehə bağışlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi birgə nikah müddətində alınmış 0,04 hektar həyətyanı torpaq sahəsinin bölünməsi hissəsində təmin edilməməlidir.

14. Məhkəmə iddia tələbinin birgə nikah müddətində alınmış 0,04 hektar həyətyanı torpaq sahəsinin bölünməsidə faktiki tikilmiş evin bölünməsi və ya evə çəkilmiş xərclərin alınması hissəsinə münasibətdə qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8305 nömrəli məlumatına əsasən mübahisə predmeti olan tikilinin yerləşdiyi ünvana gedilmiş, lakin iş üzrə cavabdeh tərəf tədqiq olunan tikiliyə daxil olmaqla müvafiq ölçü işlərinin aparılmasına şərait yaratmamışdır (icazə verməmişdir). Qeyd olunan səbəbdən mübahisə predmeti olan tikiliyə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Belə olan halda məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi 46000 manat məbləği ilə razılaşmış və hesab etmişdir ki, cavabdehdən birgə nikah dövründə İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0,04 hektar torpaq sahəsində faktiki tikilmiş fərdi yaşayış evinə çəkilmiş xərc - 46000 manat dəyərinin yarısı – 23000 (iyirmi üç min) manat məbləği alınaraq iddiaçıya ödənilməlidir.

15. Cavabdeh təyin edilmiş ekspertizanın keçirilməsinə mane olduğuna görə məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi 46000 manat məbləğinin ağlabatan və qənaətbəxş məbləğ olmasını məqsədəmüvafiq hesab etmişdir.

16. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, tikintisinə çəkilmiş xərclərin bölünməsi tələb edilən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmasa da, (tərəflər sözügedən fərdi yaşayış evinin mövcudluğunu etiraf etmiş və bu işin mübahisəsiz halıdır) həmin fərdi yaşayış evi birgə nikah dövründə tikildiyindən çəkilən xərclər də bölünməlidir.

17. İsmayıllı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(037)-29/2024 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 180 manat dəyərində 4,8 qram çəkidə bir ədəd nişan üzüyü, 240 manat dəyərində bir cüt komplekt qaşlı sırğa və üzük, 280 manat dəyərində 7,8 qram çəkidə bir ədəd sep, 110 manat dəyərində bir ədəd bilərzik, 90 manat dəyərində uşağa həddiyə olunmuş bir ədəd sırğa, 120 manat dəyərində 03 qram çəkidə bir ədəd nazik qaşlı üzük – cəmi 1020 manat dəyərində qızıl-zinyət əşyaları, 1200 manat dəyərində şifoner, taxt kravat, termo və iki taxt yanı şkafından ibarət mebel dəsti, 1100 manat dəyərində bir ədəd stol və səkkiz ədəd stul, 800 manat dəyərində bir ədəd qorka, 600 manat dəyərində bir ədəd divan, iki ədəd kreslo və jurnalnı stol, 450 manat dəyərində qarışıq və qırmızı güllü iki ədəd xalça, 105 manat dəyərində lüstürlər, 60 manat dəyərində iki yer güldanı və palma gülü, 400 manat dəyərində “Dnepr” markalı bir ədəd soyuducu, 500 manat dəyərində “İndesit” markalı bir ədəd paltaryuyan, 100 manat dəyərində “Gepas” markalı bir ədəd ətçəkən və “LG” markalı bir ədəd tozsoran, 160 manat dəyərində bir ədəd mikser, bir ədəd çörək sobası və qara rəngli dörd gözlü bir ədəd qaz sobası, 125 manat dəyərində bir ədəd fen, bir ədəd ütü, bir ədəd “Tefal” markalı çaynik dəsti və bir ədəd vintilyator, 300 manat dəyərində bir ədəd telefon, 72 manat dəyərində on iki ədəd rəngli xörək boşqabı, on iki ədəd orta dayaz boşqab, on iki ədəd iri rəngli boşqab və on iki ədəd salat boşqabı, 50 manat dəyərində altı ədəd güllü dərin, altı ədəd qırmızı güllü salat və altı ədəd dayaz güllü boşqab, 200 manat dəyərində qırmızı güllü iki ədəd bulud boşqabı, səkkiz ədəd xrustal meyvə vazı və bir ədəd göy vaz, 140 manat dəyərində bir ədəd qrafin, altı ədəd bakal və iki ədəd iri konfet qabından ibarət bagema dəsti, 300 manat dəyərində bir ədəd çay və yemək servisi, 40 manat dəyərində iki ədəd qrafin və on iki ədəd bakal, 132 manat dəyərində on iki ədəd xrustal bakal və on səkkiz ədəd xrustal rumka, 170 manat dəyərində on on səkkiz ədəd qənddan, on səkkiz ədəd xrustal stəkan, on iki ədəd xrustal armudu stəkan, qırx iki ədəd göy rəngli nəlbəki, iki ədəd kasa və qaşıqlar, 37 manat dəyərində üç ədəd dəst podnus və iki ədəd sadə podnus, 75 manat dəyərində bir ədəd dərin vanna, beş ədəd uzunsov aliminium qazan, üç ədəd aşsüzən, bir ədəd çuqun vedrə, bir ədəd dəmir vedrə, 145 manat dəyərində altı ədəd stolüstü skatel, iyirmi ədəd əl-üz dəsmalları və çay dəsmalları, 100 manat dəyərində dörd dəst çexol-prastina, bir ədəd taxt adyalı və iki ədəd tək adamlıq adyal, 100 manat dəyərində beş ədəd çuqun qırmızı qazan, 110 manat dəyərində qaşıq, çəngəl, çay qaşığı və mətbəx bıçağından ibarət çemodan dəsti – cəmi 7571 manat dəyərində cehiz əmlakları natura şəklində, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə onların ümumilikdə dəyəri olan 8591 (səkkiz min min beş yüz doxsan bir) manat məbləğinin alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 700 manat dəyərində “İndesit” markalı iki qapılı, dondurucu hissəsi aşağıda olan gümüşü rəngli bir ədəd soyuducu, 600 manat dəyərində “Beko” markalı altı kiloqramlıq gümüşü rəngli bir ədəd paltaryuyan, 300 manat dəyərində qara rəngli bir ədəd televizor, 110 manat dəyərində iki ədəd lüstr, 120 manat dəyərində bir ədəd ptiminutka, 300 manat dəyərində iki ədəd çarpayı, 80 manat dəyərində bir ədəd aspirator, 100 manat dəyərində bir ədəd çörək peçi, 240 manat dəyərində pərdələr – cəmi 2550 manat dəyərində birgə nikah müddətində qazanılmış əmlaklar, əmlakların qətnamənin icrası zamanı tərəflər arasında naturada bölüşdürülməsi mümkün olmadıqda (qarşılıqlı razılaşma olmadıqda) həmin əmlakların dəyərinin yarısı, yəni 1275 (bir min iki yüz yetmiş beş) manat məbləğin alınaraq İddiaçı ödənilməsi, Cavabdeh birgə nikah dövründə İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0,04 hektar torpaq sahəsində faktiki tikilmiş fərdi yaşayış evinə çəkilmiş xərc - 46000 manat dəyərinin yarısı – 23000 (iyirmi üç min) manat məbləğinin alınaraq İddiaçı ödənilməsi, mülki iş üzrə ödənilmiş 193 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34.1, 34.2, 36.1, 36.3, 37.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1 və 157.2-ci maddələrinə istinad etmişdir.

19. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 19 may 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi; İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(037)-11/2023 nömrəli qətnaməsi; İsmayıllı rayon Qeydiyyat şöbəsinin 13 iyun 2023-cü il tarixli, AZ-İ №460295 nömrəli şəhadətnaməsi; Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8305 nömrəli məlumatı; Şəki 1 saylı X7 rayon şöbəsinin 17 aprel 2022-ci il tarixli, MŞŞ/MT0xx/xx-00826 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokol; 21 iyul 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi.

20. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun hüquqi nümayəndəsi Nümayəndə vasitəsi ilə İsmayıllı Rayon Məhkəməsinə xx.xx.2029-cu il tarixində təyin olunmuş məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməyəcəkləri ilə bağlı ərizəni nəzərə almamış və 2(037)-29/2024 nömrəli qətnamə(qismən) qəbul etmişdir. Belə ki, məhkəmə iddiaçının ona qarşı qaldırdığı ümumilikdə 34117 (otuz dörd min yüz on yeddi) manat əmlakı və ya onun dəyərini qismən təmin edərək 32866 (otuz iki min səkkiz yüz altmış altı) manat əmlak və ya onun dəyəri formasında iddiaçının xeyrinə qətnamə çıxarmışdır. O xx.xx.2029-cu il tarixli 2(037) 29/2024 nömrəli qətnamə ilə razılaşmır, hesab edir ki, hakim İlqar Hüseynov ona qarşı qərəzli qətnamə qəbul etmişdir. Çünki işə əlavə etdikləri aşağıdakı sübutların heç biri araşdırılmadan primitiv qətnamə qəbul etmişdir: 1. 0,04 ha həyatyanı torpaq sahəsinin ona qardaşı Nümayəndə notarial qaydada hədiyyə etməsi barədə sənədi; 2. Kreditə götürdüyü və nikahları rəsmi pozulduqdan sonra kreditlərini ödəyib-bitirdiyi əşyaların qətnamədə markası səhv göstərilmiş “İndesit” markalı soyuducunun, “Arçelik” markalı paltaryuyanın, televizorun, elektriklə işləyən çörək peçinin ödəniş çeklərinin surətini; 3. Kreditin gecikməsinə görə İsmayıllı İcra və Probasiya Şöbəsi tərəfindən ödətdirilən kreditlərin çekləri və xitam məktubu. Məhkəmə yalnız iddiaçının və vəkilinin izahatına və onun təqdim etdiyi sübutsuz dəlillərə istinad etmiş, yalnız iddiaçının və vəkilinin izahatına istinadən son nəticəyə gəlmişdir. Məhkəmə cavabdeh kimi onun izahatında qeyd etdiyi halları nəzərə almamış, izahatında qeyd etdiyi hallara hüquqi qiymət verməmişdir. Məhkəmə iddaçının birgə nikahda olduqları 2010-2016-cı illər ərzində əldə etdiyi qazanc, aralarında nikah dövründə və (və ya) nikah pozulduqda əmlak hüquqlarını və vəzifələrini müəyyən edən saziş – nikah müqaviləsi və yaxud alınan malların siyahısı barədə sübutları, iddiaçıya məxsus olan, Talıstan kənd bələdiyyəsi ərazisində yerləşən 25 sot pay torpağının valideynləri və qardaşları tərəfindən istifadə edilərək mənimsənilməsi barədə tərəfindən təqdim olunmuş sübutları məhkəməyə təqdim etdiyi 2010- 2016-cı illər ərzində onun qazancı barədə rəsmi sənədlə bağlı heç bir araşdırma aparmamış, ümumiyyətlə, hər iki tərəfin rəsmi gəlirlərini müəyyən etməmiş, bununla bağlı iddiaçıdan sübutların təqdim olunmasını tələb etməmişdir.

22. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2029-cu il tarixli 2(037)- 29/2024 saylı qətnaməsinin ləğv olunmasını, iddianın 0,04 ha torpaq sahəsində inşa olunmuş sənədsiz tikiliyə əsassız qiymətləndirməsi, dəyəri tərəfindən ödənilmiş ev əşyalarına qarşı hesablanmış məbləğinin ondan alınaraq iddiaçıya ödənilməsi hissəsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə kollegiyasına xx.xx.2026-cı ildə əlavə ərizə göndərərək İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2029-cu il tarixli 2(037)-29/2024 saylı qətnaməsinin ləğv olunmasını, iddianın 0,04 ha(4 sot) torpaq sahəsində inşa olunmuş və qardaşı Nümayəndə tərəfindən ona hədiyyə edilmiş 0,04 ha(4 sot) torpaq sahəsi və üzərində inşa olunmuş sənədsiz tikilinin qiymətləndirilməsi və sənədsiz tikilinin qiymətinin onunla İddiaçı ilə bölünmə məsələsi ləğv edilərək yalnız İddiaçı cehiz, əşya, əmlakı üzərində olan hüququnun tanınmasını, mübahisəli evin 8x10 metr ölçüdə, 1,5 metr hündürlükdə hissəsinin pulla dəyərinin sənədsiz tikilinin hesablanmış ümumi məbləğindən çıxılmasını və İddiaçı məxsus olan cehiz, əşya-əmlakın aparılmasının təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 29 may 2024cü il tarixli, 2(037)-29/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.3–cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlanma etibarlı sayılır.

27. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 31-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1-ci maddəsində nəzərdə tutulduğu kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1.-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

28. Qərarlar: E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 18 mart tarixli qərarı Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

31. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2029-cu il tarixli 2(037)-29/2024 saylı qətnaməsinin ləğv olunmasını xahiş etsə də, əslində iddianın təmin olunmuş evə çəkilmiş xərcin və birgə nikah dövründə alınmış məişət əşyalarının bölünməsini mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissələrdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmuş- birgə nikah dövründə əldə edilmiş İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsində faktiki tikilmiş fərdi yaşayış evinin tikintisinə çəkilmiş 46000 manatın yarısı olan 23000 manata aid və birgə nikah dövründə alınmış ev əşyalarına, əmlaka aid hissələrində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissələrdə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

33. E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 18 mart tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən ər-arvadın ümumi əmlakının bölünməsi və ya vərəsəlik qaydasında keçməsi ilə bağlı işlərə baxılarkən, ilk növbədə, həmin əmlakın ərarvadın birgə nikah dövründə və onların ümumi gəlirləri hesabına əldə olunması məsələsi araşdırılmalı, bu zaman tərəflərin öz tələblərini əsaslandırdığı hallar, etiraz və dəlillər ətraflı müzakirə edilməli, bununla bağlı verilmiş vəsatətlər həll edilərək əsaslandırılmış qərar qəbul edilməlidir.

34. İddiaçının iddia tələbi cavabdehdən 2270 manat dəyərində qızıl-zinət əşyaları və ya dəyəri, 7572 manat dəyərində cehiz əmlakı və ya dəyəri, 2550 manat dəyərində birgə nikah müddətində alınmış ev əşyalarının, əmlakın yarısı və ya dəyəri 1275 manat, birgə nikah müddətində alınmış İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində faktiki tikilmiş fərdi yaşayış evinin bölünməsi və ya yarı dəyəri 23000 manat – cəmi 34117 manat dəyərində əmlak və ya dəyərinin alınıb ona verilməsi olmuşdur.

35. Birinci instansiya məhkəməsi iddia tələbini cehiz əmlakı, birgə nikah dövründə əldə edilmiş əmlak və həyətyanı torpaq sahəsində faktiki tikilmiş fərdi yaşayış sahəsinə münasibətdə tam həcmdə, qızıl-zinət əşyalarına münasibətdə isə cavabdehin etirafı həcmində-1020 manat təmin etmişdir.

36. Apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 21-ci bəndində qeyd edilmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh iddianın təmin olunmuş qızıl-zinət əşyaları və cehiz əşyaları ilə bağlı hissələrini mübahisələndirməmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, həmin hissələrdə mübahisə mövcud deyildir və ona görə də həmin hissələrlə bağlı araşdırma aparılmamışdır.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsində faktiki tikilmiş fərdi yaşayış evinə aid hissəsinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8305 nömrəli məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə 11 yanvar 2024-cü il saat 10:00-da baxış keçirilməsinin təşkil edilməsi barədə vəsatət verilmişdir. Qeyd olunan tarixdə mübahisə predmeti olan tikilinin yerləşdiyi ünvana gedilmiş, lakin iş üzrə cavabdeh tərəf tədqiq olunan tikiliyə daxil olmaqla müvafiq ölçü işlərinin aparılmasına şərait yaratmamışdır (icazə verməmişdir). Qeyd olunan səbəbdən mübahisə predmeti olan tikiliyə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır.

38. Şəki Apellyasiya Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 2(107)-934/2024 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, İsmayıllı rayonu İsmayıllı kəndində Cavabdeh adına qeydə alınmış 0,04 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin tikilməsi üçün nə qədər xərc çəkildiyi ekspert qarşısında sual kimi qoyulmuşdur.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.

40. Şəki Apellyasiya Məhkəməsinin 07 may 2025-ci il tarixli 2(107)-66/2025 saylı qərardadı ilə xərclərin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici-ekspert dəvət edilmiş, xərclərin qiymətləndirilməsi "xxxx" CONSULTİNG MMC-yə həvаlə edilmiş, qiymətləndirici-ekspert qarşısında Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 6 mart 2025-ci il tarixli 10/6767 nömrəli ekspert rəyində göstərilmiş smeta da nəzərə alınmaqla, İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 24 may 2016-cı il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh adına qeydə alınmış 0,04 hektar həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikilməsi üçün nə qədər xərc çəkilməsi sual kimi qoyulmuşdur.

41. "xxxx" CONSULTİNG MMC-nin 09 yanvar 2026-cı il tarixli qiymətləndirmə rəyinə əsasən tikinti və təmir xərcinin dəyəri 24600 (iyirmi dörd min altı yüz) manat müəyyən edilmişdir.

42. İşin müəyyən edilmiş halı ondan ibarət olmuşdur ki, Cavabdeh ********** nömrəli xx.xx.2014-cü il tarixli çıxarışla mülkiyyətində olmuş İsmayıllı rayonu Talıstan kəndində 0.12 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini İsmayıllı rayon Notariat Ofisinin xx.xx.2015-ci il tarixli 4Ə-315 saylı müqaviləsinə əsasən Nümayəndə bağışlamışdır. Daha sonra 19 may 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Nümayəndə tərəfindən İsmayıllı rayonu İsmayıllı kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,04 hektar torpaq sahəsi Cavabdeh bağışlanılmışdır. Həmin müqavilədə bağışlanmış torpaq sahəsi üzərində hər hansı bir tikilinin mövcudluğu ilə bağlı məlumat mövcud deyildir. Cavabdeh məhkəmə kollegiyasına xx.xx.2026-cı ildə göndərdiyi ərizədə mübahisəli evin 8x10 metr ölçüdə, 1,5 metr hündürlükdə hissəsinin pulla dəyərinin sənədsiz tikilinin hesablanmış ümumi məbləğindən çıxılmasını xahiş etmişdir ki, həmin ərizədə DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin məktubuna istinad etmişdir. Həmin məktubda qeyd olunan yarımçıq tikilinin Cavabdeh məxsus torpaq sahəsində olduğu qeyd edilmişdir. Nümayəndə həmin torpaq sahəsini 19 may 2016-cı ildə qardaşı Cavabdeh bağışlamışdır. Həmin torpaq sahəsi Cavabdeh adına xx.xx.2016-cı ildə ********** nömrəli çıxarışla qeydiyyata alınmışdır. Daha sonra həmin torpaq sahəsinin üzərində hazırki iş üzrə iddiaçının mübahisələndirdiyi ev tikilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

43. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 5.6-cı bəndinə görə əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ər-arvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. 5.7. ... Bu zaman bağışlamanı etmiş qohumun ... bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər. Yuxarıda göstərilən Qərarın 6.19-6.21-ci bəndlərinə görə paylar müəyyən edildikdən sonra ümumi əmlakda yer alan ayrı-ayrı predmetlər pay nisbətlərinə uyğun şəkildə ərarvad arasında bölüşdürülməlidir. Yəni əmlaka daxil olan hər predmet ərin və ya arvadın payına təxsis edilməklə, onların hər birinin fərdi mülkiyyətinə veriləcək şəkildə paylaşdırılır. Bu, Ailə Məcəlləsinin 36.4-cü maddəsinin məhkəmə tərəfindən ər-arvadın ümumi əmlakı bölünərkən onların tələbi ilə hər birinə çatacaq əmlakın müəyyən edilməsi tələbindən irəli gəlir. Bölüşdürmə aparılması üçün əvvəlcə ümumi əmlaka daxil olan bütün aktivlərin və passivlərin dəyəri müəyyən edilir (məsələn, hər biri 100.000 manat olan iki mənzil, 50.000 manat qiyməti olan torpaq sahəsi, 50.000 manatlıq avtomobil və ərin adına olan 60.000 manat bank əmanətindən ibarət aktivin ümumi dəyəri - 360.000 manat, ərin adına rəsmiləşmiş kredit borcu isə 60.000 manat), həmin dəyər paylara müvafiq bölünür (məsələn, hər birinə ½ payla 180.000 manat aktiv, 30.000 manat passiv düşür), buna uyğun olaraq ayrı-ayrı predmetlər ərin və arvadın paylarına, daxil edilməklə onların ayrıca (fərdi) mülkiyyətinə verilir. Bölüşdürmə zamanı konkret predmetlərin kimə verilməsi ilə bağlı əvvəlcə tərəflərin öz aralarında razılıq olub-olmadığı aydınlaşdırılmalı, belə razılıq olduqda paylaşdırma onların istəyinə uyğun aparılmalı, razılıq olmadıqda isə bölgü hər birinə eyni xarakterli predmetlər, bu da mümkün olmadıqda eyni dəyərdə müxtəlif predmetlər verilməklə həyata keçirilməlidir. Məsələn, yuxarıda göstərilən eyni dəyərdə olan mənzillərdən birinin, avtomobilin, habelə 30.000 manat əmanətin ərin, digər mənzilin, torpaq sahəsinin və 30.000 manat əmanətin isə arvadın mülkiyyətinə verilməsi, banka olan borca tərəflərin bərabər öhdəliyini tanımaqla bölgünün tamamlanması mümkündür.

44. Cavabdeh etiraz ərizəsində göstərmişdir ki, İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,04 hektar torpaq sahəsini və içərisində qardaşı tərəfindən inşa olunmuş sənədsiz birmərtəbəli evi qardaşı ona hədiyyə etmiş, onlar ailəliklə ora köçmüşlər. Cavabdeh İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,04 hektar torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin hazır şəkildə qardaşı tərəfindən bağışlandığını bildirsə də, istinad etdiyi halı sübut etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd olunan halla bağlı əlavə olaraq bildirmək istəyir ki, bu qətnamənin 22 və 42-ci bəndində yer alan cavabdehin göndərdiyi ərizədə o, bu bənddə göstərilənlərlə ziddiyyət təşkil edən fikir bildirmişdir. Hətta ölçülərini belə göstərdiyi yarımçıq tikilinin nədən ibarət olduğu barədə heç bir dəlil təqdim etməmişdir.

45. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Belə olan vəziyyətdə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Əvvəla, müəyyən edilməlidir ki, kim kimdən nəyi hansı əsasla tələb edir.

46. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

47. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən də ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

48. Yuxarıda qeyd edilmiş halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən Cavabdeh adına xx.xx.2016-cı ildə ********** nömrəli çıxarışla qeydiyyata alınmış 0,04 hektar torpaq sahəsində faktiki tikilmiş fərdi yaşayış evi tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməli və həmin evə çəkilmiş xərcin dəyəri tərəflər arasında bərabər bölünməlidir.

49. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 4.11-ci bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.

50. AB” CONSULTİNG MMC-nin 09 yanvar 2026-cı il tarixli qiymətləndirmə rəyinə əsasən tikinti və təmir xərcinin dəyəri 24600 (iyirmi dörd min altı yüz) manat müəyyən edildiyindən həmin dəyərin yarısı olan 12300 manat həcmində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.

51. Məhkəmə kollegiyası iddia tələbinin 2550 manat dəyərində birgə nikah müddətində alınmış ev əşyalarının, əmlakın yarısı və ya dəyəri olan 1275 manatına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında faktiki nikah münasibətlərinə 12 iyul 2021-ci ildə xitam verilmişdir. İş materiallarında olan protokola əsasən İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatda bildirmişdir ki, 2021-ci il iyul ayının 12-si evi tərk etmişdir.(i/v 24) İşin hallarından da görünən odur ki, əmlaklar tərəflər arasında faktiki nikah münasibətlərinə xitam verilmədən əvvəl alınmışdır. İş materiallarında olan ödəniş qəbzlərində kreditin verilmə tarixi xx.xx.2019-cu il göstərilmişdir ki, həmin tarix iddiaçı ilə cavabdehin birgə nikah dövrünə düşür.

52. Həmçinin iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh “Baku Electronics”-ə İndesit markalı soyuducu və Midi oven markalı çörək peçinə görə xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 101 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat pul ödəmişdir. 20 aprel 2021-ci il tarixli Baku Electronics MMC-nin xəbərdarlıq məktubundan görünür ki, cavabdehə 16 fevral 2019-cu il tarixli nisyə satış müqaviləsinə görə 651,52 manat ümumi gecikdirilmiş borcunun olduğu bildirilmişdir.

53. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli Baku Electronics MMC-nin İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə göndərdiyi xitam ərizəsindən görünür ki, 616,52 manat borc cavabdeh tərəfindən ödənmişdir.

54. İş materiallarına əlavə edilmiş cavabdeh X17 ilə Ultratek MMC arasında bağlanmış müqavilədən və ödəniş cədvəllərindən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi ilə Ultratek MMC-dən 18 ay müddətinə ümumi dəyəri 644,15 manat olan “Arçelik” paltaryuyan maşın, xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi ilə Ultratek MMC-dən 12 ay müddətinə ümumi dəyəri 293,00 manat olan “Arçelik” aspirator və ümumi dəyəri 289,00 manat olan Samsung markalı telefon almışdır. Cavabdeh X17 29 oktyabr 2021-ci il tarixdə Ultratek MMC-yə 30 manat, həmin tarixdə 70 manat, 20 dekabr 2021-ci il tarixdə 50 manat, 17 fevral 2022-ci il tarixdə 50 manat, 30 mart 2022-ci il tarixdə 50 manat, 27 aprel 2022-ci il tarixdə 50 manat, 06 iyul 2022-ci il tarixdə 40 manat olmaqla cəmi 340 manat nisyə alğı-satqı müqaviləsi üzrə olan borcundan ödəniş etmişdir. Həmçinin cavabdeh X17 iddiaçı ilə faktiki ayrılana qədər kredit borcundan 1 dəfə 50 manat, 1 dəfə də 35 manat əlavə ödəniş etdiyini bildirmişdir.

55. Yuxarıda göstərilənlərdən məlum olmuşdur ki, iddiaçının birgə nikah dövründə əldə olunduğunu iddia etdiyi paltaryuyan maşının markası “Beko” deyil, “Arçelik”dir və iddiaçı həmin məişət texnikasının adını mübahisələndirməmişdir. İddiaçının birgə nikah dövründə Baku Electronics MMC-dən alındığı iddia olunan İndesit markalı soyuducu və Midi oven markalı çörək peçinin dəyəri tərəflərin nikahına faktiki xitam verildikdən sonra cavabdeh tərəfindən sonuncunun vəsaiti hesabına Baku Electronics MMC-yə ödənilmişdir ki, həmin hal və birgə nikah dövründə əldə edilmiş digər əşyaların dəyəri mübahisələndirilməmişdir.

56. Dəyəri cavabdeh tərəfindən ödənilmiş həmin məişət texnikaları ümumi tələbdən çıxıldıqda iddiaçının tələb etdiyi dəyərinin 340 manatı cavabdeh tərəfindən ödənilmiş 600 manat dəyərində “Arçelik” markalı altı kiloqramlıq gümüşü rəngli bir ədəd paltaryuyan, 300 manat dəyərində qara rəngli bir ədəd televizor, 110 manat dəyərində iki ədəd lüstur, 120 manat dəyərində bir ədəd ptiminutka, 300 manat dəyərində iki ədəd çarpayı, 80 manat dəyərində bir ədəd aspirator, 100 manat dəyərində bir ədəd çörək peçi, 240 manat dəyərində pərdələr cavabdehdə qalmışdır. Həmin əşyaların ödənilmiş məbləğ çıxıldıqdan sonra qalan cəmi dəyəri 1410 manatdır.

57. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.26-cı bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların ayrı yaşayan valideynlərdən birinin himayəsində qalması məhkəmələr tərəfindən bu normadan çıxış edərək, ümumi əmlakın qeyri-bərabər bölünməsi üçün əsas ola bilməz. Ümumi əmlakın bölünməsi zamanı birbaşa və ya dolayısı ilə məhz yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə xidmət edən xüsusi hallar nəzərə alınmalı və bu əsasla ümumi əmlakdakı payların qeyri-bərabər bölünməsi zamanı hər bir halda yetkinlik yaşına çatmayan uşaqların mənafeyinin bunu tələb etdiyi məhkəmə tərəfindən əsaslandırılmalıdır. Həmin qərarın 6.23 və 6.25-ci bəndlərində göstərilir ki, təcrübədə bölüşdürülən predmetlərin dəyərləri hər zaman pay nisbətləri ilə üst-üstə düşmür. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, ər-arvaddan birinə dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul verilə və ya başqa şəkildə kompensasiya edilə bilər (Ailə Məcəlləsi, 36.4-cü maddə, ikinci cümlə). Ailə qanunvericiliyi ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu payları bərabər hesab etməklə yanaşı, payların qeyri-bərabər bölünməsinə əsas verən halları da müəyyən etmişdir. Belə ki, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyini və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyini nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Ailə Məcəlləsinin 37.2-ci maddəsi).

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

59. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaları rəhbər tutaraq iddiaçının himayəsində saxlanılmış uşaqların üstün mənafelərini, iddiaçının xahişini, həmçinin iddiaçının hal-hazırda yaşadığı evdə daha çox televizora, işıqlandırma zərurətindən 2 ədəd lüstura, 1 ədəd aspiratora və 2 ədəd pərdəyə ehtiyacı olması qənaətinə gəlir və hesab edir ki, 300 manat dəyərində 1 ədəd televizor, 110 manat dəyərində 2 ədəd lüstur, 80 manat dəyərində 1 ədəd aspirator və 240 manat dəyərində 2 ədəd pərdə qətnamə icra olunduğu zaman mövcud olduqda həmin əşyaların özü, mövcud olmadıqda isə həmin əşyaların dəyəri cavabdehdən alınıb iddiaçıya verilməli, tələb olunan digər əşyalar isə cavabdehdə qalmalıdır.

60. Məhkəmə xərclərinə gəldikdə Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(037)-29/2024 saylı qətnaməsi qismən- iddianın təmin olunmuş İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən Cavabdeh adına xx.xx.2016-cı ildə ********** nömrəli çıxarışla qeydiyyata alınmış 0,04 hektar həyətyanı torpaq sahəsində faktiki tikilmiş fərdi yaşayış evinin tikintisinə çəkilmiş 46000 manat xərcin yarısı olan 23000 manata aid və birgə nikah dövründə alınmış ev əşyalarına, əmlaka aid hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, iddia tələbinin İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən Cavabdeh adına xx.xx.2016-cı ildə ********** nömrəli çıxarışla qeydiyyata alınmış 0,04 hektar həyətyanı torpaq sahəsində faktiki tikilmiş fərdi yaşayış evinə çəkilmiş 46000 manat xərcin yarısı olan 23000 manata aid hissəsi qismən təmin edilməli, həmin evin tikilməsinə çəkilmiş 24600 manat xərcin yarısı olan 12300 manat pul Cavabdeh alınıb İddiaçı verilməli, iddia tələbinin birgə nikah dövründə əldə edilmiş 700 manat dəyərində “İndesit” markalı iki qapılı, dondurucu hissəsi aşağıda olan gümüşü rəngli bir ədəd soyuducu, 600 manat dəyərində “Beko”(“Arçelik”) markalı altı kiloqramlıq gümüşü rəngli bir ədəd paltaryuyan, 300 manat dəyərində qara rəngli bir ədəd televizor, 110 manat dəyərində iki ədəd lüstur, 120 manat dəyərində bir ədəd ptiminutka, 300 manat dəyərində iki ədəd çarpayı, 80 manat dəyərində bir ədəd aspirator, 100 manat dəyərində bir ədəd çörək peçi, 240 manat dəyərində pərdələr hissəsi qismən təmin edilməli, 300 manat dəyərində 1 ədəd televizor, 110 manat dəyərində 2 ədəd lüstur, 80 manat dəyərində 1 ədəd aspirator və 240 manat dəyərində 2 ədəd pərdə, qətnamə icra olunduğu zaman mövcud olmadıqda isə həmin əşyaların dəyəri cavabdehdən alınıb iddiaçıya verilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X6, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ**********0000003944 S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülməlidir.

62. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(037)-29/2024 saylı qətnaməsi qismən- iddianın təmin olunmuş İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən Cavabdeh adına xx.xx.2016-cı ildə ********** nömrəli çıxarışla qeydiyyata alınmış 0,04 hektar həyətyanı torpaq sahəsində faktiki tikilmiş fərdi yaşayış evinin tikintisinə çəkilmiş 46000 manat xərcin yarısı olan 23000 manata aid və birgə nikah dövründə alınmış ev əşyalarına, əmlaka aid hissələrdə ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İddia tələbinin İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən Cavabdeh adına xx.xx.2016-cı ildə ********** nömrəli çıxarışla qeydiyyata alınmış 0,04 hektar həyətyanı torpaq sahəsində faktiki tikilmiş fərdi yaşayış evinə çəkilmiş 46000 manat xərcin yarısı olan 23000 manata aid hissəsi qismən təmin edilsin. Həmin evin tikilməsinə çəkilmiş 24600 manat xərcin yarısı olan 12300 manat pul Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbinin birgə nikah dövründə əldə edilmiş 700 manat dəyərində “İndesit” markalı iki qapılı, dondurucu hissəsi aşağıda olan gümüşü rəngli bir ədəd soyuducu, 600 manat dəyərində “Beko”(“Arçelik”) markalı altı kiloqramlıq gümüşü rəngli bir ədəd paltaryuyan, 300 manat dəyərində qara rəngli bir ədəd televizor, 110 manat dəyərində iki ədəd lüstur, 120 manat dəyərində bir ədəd ptiminutka, 300 manat dəyərində iki ədəd çarpayı, 80 manat dəyərində bir ədəd aspirator, 100 manat dəyərində bir ədəd çörək peçi, 240 manat dəyərində pərdələr hissəsi qismən təmin edilsin. 300 manat dəyərində 1 ədəd televizor, 110 manat dəyərində 2 ədəd lüstur, 80 manat dəyərində 1 ədəd aspirator və 240 manat dəyərində 2 ədəd pərdə, qətnamə icra olunduğu zaman mövcud olmadıqda isə həmin əşyaların dəyəri cavabdehdən alınıb iddiaçıya verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X6, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ**********0000003944 S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar