Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-68/2025 05.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbinə dair ilk, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilən xərclərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaqdan çıxarılma, yaxşılaşdırma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbinə dair ilk, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilən xərclərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(024)-18/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Qax rayonu Kötüklü kəndində yerləşən 1.84 ha torpaq sahəsi İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçılar cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin torpaq sahəsini zəbt ediklərini iddia edərək, zəbt olunmuş hissələr müəyyən olunmaqla torpaq sahəsindən çıxarılmalarını tələb edirlər. Cavabdehlər isə qarşılıqlı iddia ərizələri verərək iddiaçılara məxsus torpaq sahəsi üzərində özlərinə məxsus çoxillik əkmələr - fındıq bağlarının olmasını əsas gətirərək torpaq sahəsinə edilən yaxşılaşdırılmaların dəyərinin ödənilməsini tələb etmişlər.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət edərək “özlərinə məxsus olan 1.84 ha torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi və zəbt edilmiş torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək özünün istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. Cavabdeh2 Kosiaşvili isə Tamazi Vaniyayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “onlardan Qax rayonu İngiloy- Kötüklü kəndində yerləşən 0.28 ha torpaq sahəsində olan 45 (qırx beş) ədəd fındıq ağacına görə 9000 (doqquz min) manat pulun və ödənilmiş 111 (bir yüz on bir) manat dövlət rüsumunun alınaraq ona verilməsi, Cavabdeh3 isə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “onlardan Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 0.18 ha torpaq sahəsində olan 35 (otuz beş) ədəd fındıq ağacına görə 7000 (yeddi min) manat pulun və ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi, Cavabdeh1 isə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “onlardan Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 0.08 ha torpaq sahəsində olan 12 (on iki) ədəd fındıq ağacına görə 2400(iki min dörd yüz) manat pulun və ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçılar İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək özlərinə məxsus olan 1.84 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərinin müəyyən edilərək mərz nişanlarının vurulması, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi və zəbt edilmiş torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək özünün istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddiaçılar İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 ilkin iddia ərizəsində göstəmişlər ki, onlar Qax rayonu İngiloy-Kötüklü kəndində yaşayırlar. Onlara məxsus 1.84 ha torpaq sahəsi vardır. Torpaq sahəsinə dair onlara DƏDRX-dən ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Həmin torpaq sahəsinin faktiki 0.80 ha hissəsi zəbt edilmiş və o torpaq sahəsindən istifadə də bilmir. Belə olan halda mülkiyyət hüquqları pozulmuş olur. Həmin torpaq sahəsi tammülkiyyət hüququ əsasında onlara məxsusdur. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən özlərinə məxsus olan 1.84 ha torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi və zəbt edilmiş torpaq sahəsindən cavabdehlərinin çıxarılması və torpaq sahəsinin ölçülərək özünün istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşılıqlı iddia ərizələrində göstərmişlər ki, onlar Qax rayonu İngiloy-Kötüklü kəndində yaşayırlar. Qax rayon kötüklü kəndində onlara verilmiş 0.08 ha fındıq bağ torpaq sahəsi vardır. Onlara verilən zaman həmin torpaq sahəsi bos sahə olmuş, lakin aldıqları müddətdən sonra həmin əraziyə fındıq kolları əkmişdir. 0.08 ha torpaq sahəsində ümumilikdə 12 kol fındıq əkmiş və hazırda həmin fındıq bağı məhsul verən böyük bağdır. 30 ildən bəri fındıq kollarını indiki vəziyyətə gətirmək üçün zor bəla ilə su gətirərək yetişdirmişlər. İslahat zamanı onlara verilən torpaq sahəsi boş torpaq sahəsi olmuşdur. Bunu onlara verilən sənəddən görmək mümkündür. 2022-ci il tarixdə iddiaçılar məhkəməyə verərək onun onların ərazisini zəbt etdiyini bildirmişlər. Fındıq kolunun hazırkı bazar qiyməti 12 ədəd-200 manat =2400 manat edir. Onlara olan bu borcu ödənildikdən sonra oradan çıxarılmağa etiraz etmirlər. Belə olan təqdirdə cavabdehlərdən torpaq sahəsini yaxşılaşdırmağı üçün çəkdiyi xərcləri yəni fındıq kollarının dəyərini tələb etmək məcburiyyətində qalmışlar. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 də özlərinin verdiyi qarşılıq iddialarına uyğun izahat vermişlər.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Qax rayonu Kötüklü kəndində yerləşən 1.84 ha torpaq sahəsi İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus torpaq sahəsini zəbt etməsini əsas gətirərək özlərinə məxsus olan 1.84 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərinin dəqiqləşdirilərək mərz nişanlarının vurulması, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi və zəbt edilmiş torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək özünün istifadəsinə verilməsini, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddiaçılara məxsus torpaq sahəsi üzərində özlərinə məxsus çoxillik əkmələr fındıq bağlarının olmasını əsas gətirərək torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilən məsrəflərin ödənilməsini tələb etmişlər. Hazırki ilkin iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün mübahisələndirilən cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən istifadə edilib-edilməməsinin müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası Əliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzinin” ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 06 sentyabr 2023-cü il tarixli 10/3135 saylı Rəyinə əsasən İddiaçı1 Vanoyeviçin faktiki istifadəsində olan 9614 kv.m, cavabdehlərin faktiki istifadələrində 8215 kv.m torpaq sahələri və naturada istifadə qaydaları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 1-də göstərilməsi, **********63 nömrəli çıxarışa əsasən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 Vaniyeviç, X4, İddiaçı3 Vanaiyevna, İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmiş torpaq sahəsinin Cavabdeh3 tərəfindən istifadə edilən 2808 kv.m, Cavabdeh2 Besoyeviç tərəfindən istifadə edilən 1798 kv.m, Cavabdeh1 tərəfindən istifadə edilən 808 kv.m torpaq sahələri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilməsi, İddiaçı1 Vaniyeviçin adına hüquqların Dövlət reyestrində qeydiyyata alınmış **********63 nömrəli çıxarışın sənəd üzrə yerləşmə vəziyyətlə faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə vəziyyəti arasında uyğunsuzluqlar olması və mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilməsi, cavabdehlər Cavabdeh1 və qeyrilərinin bildirdiyinə görə həmin torpaq sahələrinin uzun müddət çoxillik əkmələrə (fındıq bağları) kimi istifadələrində olması göstərilmişdir. Eyni zamanda qarşılıqlı iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 26 dekabr 2023-cü il tarixli 9/9126 saylı Rəyinə əsasən iş materiallarında olan məlumatlardan istifadə edilməklə, ümumilikdə 92 ədəd fındıq ağacının orta bazar qiyməti nəzəri qaydada təxminən 13800,0 manat müəyyən edilməsi müəyyən edilmişdir. Beləliklə cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsindən istifadə edildiyi və iddiaçılara məxsus torpaq sahəsi üzərində cavadehlərə məxsus çoxillik əkmələr-fındıq bağlarının olması işin faktiki halları, tərəflərin izahatları və işdə olan əsaslı və mötəbər sübut olan ekspert rəyi ilə sübuta yetirilmişdir. Belə ki, cavabdehlər məhkəmə iclasında iddiaçılara məxsus torpaq sahəsindən çıxmalarına razı olduqlarını, lakin onlara məxsus olan fındıq ağaclarının dəyərinin cavabdehlər tərəfindən ödənilməsini tələb etdiklərini göstərmişlər. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində qismən haqlıdır. İddia təmin ediləcəyi üçün iş üzrə 50(əlli) manat ekspertiza xərci cavabdehdən alınaraq müvafiq hesaba ödənilməlidir.
8. Qax Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(024)-18/2024 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) ilk iddia qismən təmin olunmuş, reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 Vaniayeviç, İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmiş torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilən qaydada 2808 kv.m hissəsindən Cavabdeh3, 1798 hissəsindən Cavabdeh2 Besoyeviç və 808 kv.m hissəsindən Cavabdeh1 məcburi qaydada çıxarılması, cavabdehlər Cavabdeh3, Cavabdeh2 Besoyeviç və Cavabdeh1 iş üzrə 50 (əlli) manat ekspertiza xərci alınıb (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı- X1, kodu 210005, VÖEN **********, Müxbir hesab Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab AZ34GCTRE********************) saylı hesaba ödənilməsi, ilkin iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 ümumilikdə 92 ədəd fındıq ağacının dəyəri olan 13800,0 manat pulun alınaraq Cavabdeh3, Cavabdeh2 Besoyeviç və Cavabdeh1 verilsin. İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin alınıb (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X1, kodu 210005, VÖEN **********, Müxbir hesab Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab AZ34GCTRE********************) saylı hesaba ödənilməsi, qarşılıqlı iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157 və 1097-ci maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019cu il olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Əlibəyli Bələdiyyəsinin verdiyi arayışlar İş materiallarının 1-ci cildinin 83-88-ci vərəqlərində yer alan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 20 aprel 2023-cü il tarixli mütəxəssis rəyi İş materiallarının 1-ci cildinin 91-94-ci vərəqlərində yer alan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 06 sentyabr 2023-cü il tarixli 10/3135 saylı Rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 26 dekabr 2023-cü il tarixli 9/9126 saylı Rəyi
11. Həmin qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər biri ayrılıqda apellyasiya şikayəti versələr də, hər biri apellyasiya şikayətini eyni dəlillərlə əsaslandıraraq göstərmişlər ki, birinci instansiya məhkəməsi nə ilkin iddia üzrə, nə də qarşılıqlı iddia üzrə qətnamənin icrası qaydasını və müddətini müəyyən etməmişdir. İşin hallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçılar məhkəməyə qarşılıqlı iddia ərizələri verərkən cavabdehlərdən hər biri üçün ayrı-ayrılıqda fərqli məbləğlərdə pul tələb etmişlər. Halbuki birinci instansiya məhkəməsi pul tələbi ilə bağlı onların xeyrinə qətnamə çıxararkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.1-ci maddəsinin tələbinə zidd olaraq qətnamənin nəticə hissəsində xeyrinə qət edilmiş pul məbləğinin hər birinə aid olan hissəsini ayrıca göstərməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə onların ödədiyi dövlət rüsumlarının cavabdehlərdən alınıb onlara verilməsi məsələsini həll etməmiş, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi yəni onların ödədiyi dövlət rüsumlarının cavabdehlərdən alınıb onlara verilməsi göstərilməmişdir.
13. Ona görə də, Qax Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(024)-18/2024 nömrəli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumlarının qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulması, eyni zamanda ilkin iddia tələbinin qarşılıqlı iddia tələbi ilə eyni vaxtda icra edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 izahat verərək qanuni qərar qəbul edilməsini xahiş etdi.
17. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdehlər Qax Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(024)-18/2024 nömrəli qətnaməsinin qarşılıqlı iddiaların təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etdiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə və həmin hissədən ayrılmaz olan - ilk iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Besoyeviçin torpaq sahəsindən çıxarılmalı olduqları hissələrin ölçülərinə dair hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin hər iki iddianı qismən təmin edərkən ilk iddianın mübahisəli torpaq sahəsinin 2808 kv.m hissəsindən Cavabdeh3, 1798 kv.m hissəsindən Cavabdeh2 Besoyeviçin çıxarılması ilə bağlı hissədə, qarşılıqlı iddia iddia ilə bağlı gəldiyi nəticə ilə isə tamamilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissələrdə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
23. Kollegiya əvvəla qeyd edir ki, iş materiallarının 1-ci cildinin 83-88-ci vərəqlərində yer alan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 20 aprel 2023-cü il tarixli mütəxəssis rəyinin 84-cü vərəqdə yerləşən “araşdırma nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi” hissəsində iddiaçılara verilmiş torpaq sahəsinin Cavabdeh3 tərəfindən 2808 kvm istifadə edildiyi, Cavabdeh2 (rəydə Pridon kimi qeyd olunmuşdur) tərəfindən 1798 kvm istifadə edildiyi və həmin məlumatların Yerquruluşu planı 2-də göstərildiyi qeyd edilmişdir. 87-ci vərəqdə yerləşən Yerquruluşu planı 2-də isə iddiaçılara verilmiş torpaq sahəsinin Cavabdeh3 tərəfindən 1798 kvm hissəsindən, Cavabdeh2 (Pridon kimi qeyd olunmuşdur) 2808 kvm hissəsindən istifadə edildiyi göstərilmişdir. İş materiallarının 1-ci cildinin 91-94-ci vərəqlərində yer alan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 06 sentyabr 2023-cü il tarixli 10/3135 saylı Rəyində mütəxəssis rəyinin “araşdırma nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi” hissəsində göstərilənlər, yəni iddiaçılara verilmiş torpaq sahəsinin Cavabdeh3 tərəfindən 2808 kvm istifadə edildiyi, Cavabdeh2 (rəydə Pridon kimi qeyd olunmuşdur) tərəfindən 1798 kvm istifadə edildiyi qeyd olunur. Cavabdehlər tərəfindən verilmiş qarşılıqlı iddia ərizələrində torpaq sahəsinin hər bir cavabdeh tərəfindən istifadə olunan hissəsinin ölçüləri ayrılıqda göstərilmişdir. Qarşılıqlı iddia ərizələrində mübahisəli torpaq sahəsinin 1798 kv.m hissəsinin Cavabdeh3, 2808 kv.m hissəsinin Cavabdeh2 Besoyeviç tərəfindən istifadə edildiyi qeyd olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 06 sentyabr 2023-cü il tarixli 10/3135 saylı rəyinin 20 aprel 2023-cü il tarixli mütəxəssis rəyinə istinad etdiyi və həmin mütəxəssis rəyində olan ziddiyyətlərin aydınlaşdırılmadığı aydın olur. Həmin ziddiyətin aydınlaşdırılması məqsədilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli 2(107)-955/2024 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. 27 yanvar 2025-ci ildə Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 20 dekabr 2024-cü il tarixli 10/8355 nömrəli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə Məlumat”ı Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 20 aprel 2023-cü il tarixli mütəxəssis rəyinin düzəldilmiş variantı məhkəmə kollegiyasına təqdim edilmişdir. Həmin rəydə göstərilmişdir: “İddiaçı1 Vaniayeviçin faktiki istifadəsində olan 9614 kv.metr, cavabdehlərin faktiki istifadələrində 8215 kv.metr torpaq sahələri və naturada istifadə qaydaları tərtib edilmiş Yerquruluşu planı 1-də göstərilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış **********63 nömrəli çıxarışa əsasən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 Vaniayeviç, İddiaçı4 Vanyayevanın ümumbirgə mülkiyyətinə verilmiş torpaq sahəsi Cavabdeh3 Besoeviç tərəfindən istifadə edilən 1798 kv.metr, cavabdeh X5 tərəfindən istifadə edilən 2807 kv.metr, Cavabdeh1 Besoeviç tərəfindən istifadə edilən 808 kv.metr torpaq sahəsi tərtib edilmiş Yerquruluşu planı 2-də göstərilmişdir. İddiaçı1 Vaniyeviçin adına Hüquqların dövlət reyestrində qeydiyyata alınmış **********63 nömrəli çıxarışın sənəd üzrə yerləşmə vəziyyəti ilə faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə vəziyyəti arasında uyğunsuzluq var və tərtib edilmiş Yerquruluşu planı 2-də göstərilmişdir.Cavabdehlər Cavabdeh1 oğlunun və qeydlərinin bildirdiyinə görə həmin torpaq sahələri uzun müddət onların çoxillik əkmələr (fındıq bağları) kimi istifadələrindədir.” Kollegiya hesab edir ki, ekspert rəyi 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssis rəyinə əsaslanaraq veriləcəyindən və hazırki iş üzrə torpaq sahəsinin zəbt olunan hissəsinin ölçüləri ilə bağlı ziddiyyətlər 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssis rəyindən qaynaqlandığından həmin mütəxəsis rəyi düzəldildiyi halda, yenidən işin ekspertiza rəyinin alınması üçün göndərilməsinə zərurət qalmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin 2808 kv.m hissəsindən Cavabdeh3, 1798 kv.m hissəsindən Cavabdeh2 Besoyeviçin çıxarılmasını qət edərkən gəldiyi nəticə işin hallarına uyğun gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Hazırki halda, cavabdehlər apellyasiya şikayətində qətnamənin ilk iddiaya aid hissəsini mübahisələndirməmişlər. Lakin, cavabdehlərin qarşılıqlı iddia ərizəsində tələb etdikləri torpaq sahəsinə çəkilən xərclərlə bağlı pul tələbinin hansı cavabdehə münasibətdə hansı həcmdə təmin olunması hansı cavabdehin torpaq sahəsini hansı ölçülərdə zəbt etməsinin müəyyən edilməsindən asılıdır. Yəni, qətnamənin ilk iddiaya dair apellyasiya şikayəti ilə mübahisələndirilməmiş hissəsində yol verilmiş səhvin dəyişdirilmədən saxlanılması qətnamənin qarşılıqlı iddiaya dair apellyasiya şikayəti ilə mübahisələndirilmiş hissəsində də səhv nəticəyə gəlinməsinə səbəb olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ... apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda tam yoxlayır. Ona görə də, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəli torpaq sahəsinin 2808 kv.m hissəsindən Cavabdeh3, 1798 kv.m hissəsindən Cavabdeh2 Besoyeviçin çıxarılması ilə bağlı hissədə dəyişdirilməli, mübahisəli torpaq sahəsinin 1798 kv.m hissəsindən Cavabdeh3, 2808 kv.m hissəsindən Cavabdeh2 Besoyeviçin çıxarılması qət edilməlidir.
24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri qismən əsaslıdır. Belə ki, cavabdehlər hər biri qarşılıqlı iddia ərizələrində iddiaçılardan istifadə etdikləri torpaq sahəsinə uyğun olaraq fərqli məbləğlərdə pul tələb etmələrinə baxmayaraq, birinci instansiya məhkəməsi ümumilikdə 13.800 manat pulun iddiaçıdan alınaraq cavabdehlərə verilməsini qət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226-cı maddəsində qeyd olunur ki, məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir. Məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Hazırki halda, cavabdehlərin hər biri mübahisəli torpaq sahəsini fərqli hissələrdə istifadə etdiklərindən və həmin hissələrdə fərqli həcmdə xərc çəkdiklərindən onların tələb hüququ müştərək ola bilməzdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2023-cü il tarixli 9/9126 saylı Rəyinin “tədqiqi hissə”sindən görünür ki, Cavabdeh2 istifadəsində olan Qax rayon İngiloy-Kötüklü kəndində yerləşən 0,28 ha torpaq sahəsində 45 (qırx beş) ədəd fındıq ağacı, Cavabdeh3 Besoyevicin istifadəsində olan Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 0,18 ha torpaq sahəsində 35 (otuz beş) ədəd fındıq ağacı, Cavabdeh1 istifadəsində olan Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 0,08 ha torpaq sahəsində 12 (on iki) ədəd fındıq ağacları mövcuddur. Bir fındıq ağacının qiyməti 150 manat müəyyən edilmişdir. Belə olan halda, iddiaçılardan alınaraq Cavabdeh2 verilməli olan pulun məbləği 6750 manat (45x150=6750), Cavabdeh3 verilməli olan pulun məbləği 5250 manat (35x150=5250) və Cavabdeh1 verilməli olan pulun məbləği 1800 manat (12x150=1800) müəyyən edilir. Mübahisəli torpaq sahəsi iddiaçıların ümumibirgə mülkiyyətlərində olduğundan onların cavabdehlər qarşısında məsuliyyəti müştərək hesab olunur.
25. Kollegiya əlavə olaraq onu da qeyd edir ki, nəzərə alınmalıdır ki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir. Hazırki iş üzrə isə çoxillik bitkilərin dəyəri yaxşılaşdırmaların dəyəri olaraq hesablanmış və tərəflər bu şəkildə hesablanmanı mübahisələndirməmişlər. Belə ki, iddiaçılar cavabdehlərin torpaq sahəsindən çıxarılmalı olduğu hissələr və yaxşılaşdırmaların əvəzi olaraq ödənilməli olan pulun məbləği ilə razılaşmaqla qətnamədən apellyasiya şikayəti verməmişlər. Cavabdehlər də öz növbələrində aspellyasiya şikayətində iddiaçılardan tutularaq onlara verilməli olan pul məbləğinin ümumi dəyərini və hesablanma şəklini mübahisələndirməmişlər.
26. Qarşılıqlı iddiaların verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçılardan tutulmasına gəldikdə, kollegiya qeyd edir ki, qarşılıqlı iddialar qismən təmin edildiyindən dövlət rüsumları da iddianın təmin edilən hissəsinə mütənasib olaraq təmin edilməlidir. Belə ki, Cavabdeh2 9000 manat dəyərində iddiası 6750 manat həcmində təmin edildiyindən ödənilməli olan 110 manat dövlət rüsumunun 82.5 manat hissəsi iddiaçılardan alınmalı, qalan hissə cavabdehin özünə aid edilməlidir. Cavabdeh3 7000 manat dəyərində iddiası 6750 manat həcmində təmin edildiyindən ödənilməli olan 90 manat dövlət rüsumunun 67.5 manat hissəsi iddiaçılardan alınmalı, qalan hissə cavabdehin özünə aid edilməlidir. Cavabdeh1 2400 manat dəyərində iddiası 1800 manat həcmində təmin edildiyindən ödənilməli olan 44 manat dövlət rüsumunun 33 manat hissəsi iddiaçılardan alınmalı, qalan hissə cavabdehin özünə aid edilməlidir.
26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.10-cu bəndində göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. O da nəzərə alınmalıdır ki, qanunverici oxşar münasibətlərdə ədalətin bərpa edilməsi məqsədilə bir qayda olaraq, müdafiə vasitələrinin tətbiqinə yol verir (məsələn, qanunsuz vicdanlı sahibin etdiyi yaxşılaşdırmaların əvəzi ödənilənədək əşyanı geri verməkdən boyun qaçırmaq hüququ - Mülki Məcəllə, maddə 157; saxlama hüququ - Mülki Məcəllə, maddə 468), ləngitmə hüququ - Mülki Məcəllə, maddə 562 və s.) Kollegyia hesab edir ki, hazırki halda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsindən çıxarılması ilə iddiaçılardan bu qətnamə ilə müəyyən edilmiş pulun alınaraq cavabdehlərə verilməsi eyni vaxtda icra olunmalıdır.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ilk iddianın mübahisəli torpaq sahəsinin 2808 kv.m hissəsindən Cavabdeh3, 1798 kv.m hissəsindən Cavabdeh2 Besoyeviçin çıxarılması ilə bağlı hissədə və qarşılıqlı iddia iddia ilə bağlı hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissələrdə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissələrdə maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(024)-18/2024 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddiaya dair hissədə ləğv edilməli, ilk iddianın mübahisəli torpaq sahəsinin 2808 kv.m hissəsindən Cavabdeh3, 1798 kv.m hissəsindən Cavabdeh2 Besoyeviçin çıxarılması ilə bağlı hissəsində dəyişdirilməli, ilk və qarşılıqlı iddialar qismən təmin edilməli, reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 Vaniayeviç, İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmiş 1.84 ha torpaq sahəsinin 12 saylı Şəki Ərazi İdarəsinin 20 aprel 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilən qaydada 1798 kvm hissəsindən Cavabdeh3, 2808 kvm hissəsindən Cavabdeh2 Besoyeviç məcburi qaydada çıxarılmalı, iddiaçılar İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 müştərək qaydada 6750 manat və dövlət rüsumunun əvəzi olaraq 82.5 manat pul alınaraq Cavabdeh2 Besoyeviçə, 5250 manat və dövlət rüsumunun əvəzi olaraq 67.5 manat pul alınaraq Cavabdeh3 və 1800 manat və dövlət rüsumunun əvəzi olaraq 33 manat pul Cavabdeh1 verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddialar üçün dövlət rüsumu olaraq ödədikləri pulların qalan hissəsi özlərinə aid edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Qax Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(024)-18/2024 nömrəli qətnaməsi ilk iddianın mübahisəli torpaq sahəsinin 2808 kv.m hissəsindən Cavabdeh3, 1798 kv.m hissəsindən Cavabdeh2 Besoyeviçin məcburi qaydada çıxarılması ilə bağlı hissəsində dəyişdirilsin, qismən – qarşılıqlı iddiaya dair hissədə isə ləğv edilsin. Reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019cu il olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 Vaniayeviç, İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmiş 1.84 ha torpaq sahəsinin 12 saylı Şəki Ərazi İdarəsinin 20 aprel 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilən qaydada 1798 kvm hissəsindən Cavabdeh3, 2808 kvm hissəsindən Cavabdeh2 Besoyeviç məcburi qaydada çıxarılsın. Qarşılıqlı iddialar qismən təmin edilsin. İddiaçılar İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 müştərək qaydada 6750 manat və dövlət rüsumunun əvəzi olaraq 82.5 manat pul alınaraq Cavabdeh2 Besoyeviçə, 5250 manat və dövlət rüsumunun əvəzi olaraq 67.5 manat pul alınaraq Cavabdeh3 və 1800 manat və dövlət rüsumunun əvəzi olaraq 33 manat pul alınaraq Cavabdeh1 verilsin. Qarşılıqlı iddialar üçün ödənilmiş dövlət rüsumlarının qalan hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə aid edilsin. İlk və qarşılıq iddiaların təmin edilmiş hissələri eyni vaxtda icra olunsun. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.