Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-691/2020 18.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi və İddiaçı (bundan sonra iddiaçı) iştirakı ilə iddiaçının cavabdehlər "Cavabdeh2" KB ASC, "Cavabdeh2" KB ASC-nin Şəki filialı və Cavabdeh3nə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcdan azad edilmə tələbinə dair Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-1322/2019 nömrəli qərardadından cavabdeh "Cavabdeh2" KB ASC-nin nümayəndəsi Orxan Babayev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Şəki Rayon Məhkəməsində cavabdehlərə qarşı iddia qaldıraraq, "Cavabdeh2" KB ASC ilə arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli 24EM/11 saylı əsas kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun 41.665,82 ABŞ dolları borcdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) xx xxxx 2019-cu il tarixli 2(075)- 1322/2019 nömrəli qərardadı ilə 2(075)-1322/2019 nömrəli iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, mülki işin icraatı ekspert rəyi alınana kimi dayandırılmışdır. Qərardaddan narazı qalan cavabdeh "Cavabdeh2" KB ASC-nin nümayəndəsi X2 şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-2534/2019 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-1322/2019 nömrəli qərardadı ləğv edilmiş və iddia tələbi üzrə icraata xitam verilmişdir. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-7778/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadının iş üzrə icraatın dayandırılması hissəsinə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə kollegiyası isə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-1322/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehlərə qarşı "Cavabdeh2" KB ASC ilə arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli 24EM/11 saylı əsas kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun 41.665,82 ABŞ dolları borcdan azad edilməsi barədə” iddia tələbi üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş və ekspert rəyi alınana kimi mülki işin icraatını dayandırmışdır. Şikayətin əsas dəlili isə ondan ibarətdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-1322/2019 nömrəli qərardadı ləğv edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbinə əsaən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: Bu Məcəllədə göstərilən hallarda; Məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (mad. 395.1). Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir (mad. 395.2). İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apelyasiya şikayətlərinə daxil edə bilərlər. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər (mad. 258.2). İstinad edilən prosessual normalardan göründüyü kimi, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-1322/2019 nömrəli qərardadının yalnız iş üzrə icraatın dayandırılması hissəsindən şikayətin verilməsi nəzədə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi və ekspert rəyi alınana kimi mülki işin icraatının dayandırılması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyasının iş üzrə gəldiyi bu nəticə MPM-in 420-ci maddəsinin tələbləri baxımından da əsaslıdır. Çünki, apelyasiya instansiyası məhkəməsinin qərardadını ləğv edən kassasiya instansiyası məhkəməsinin göstərişi də belədir. Həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-1322/2019 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsinə dair həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli 2(075)-1322/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və MPM-in 398, 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-1322/2019 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsinə dair həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli 2(075)-1322/2019 nömrəli qərardadı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddan kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-691/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-691/2020
18.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver