Məhkəmə qərarları › İş №2(107)-696/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-696/2024

04.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-696/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qızıl-zinət əşyaları, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(046)-234/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5300 (beş min üç yüz) manat məbləğində qızıl- zinət əşyaları, 1 ədəd televizoru və ya onların ümumi dəyəri və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumu alınaraq ona verilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx.xx.2010-cu il tarixdə Göyçay rayon İcra Hakimiyyəti Başçısının Çərəkə kənd İcra Nümayəndəliyində qeyd etdirmişlər. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə ayrılmış, hazırda valideyinlərinə məxsus evdə yaşayır. Ancaq ona hədiyyə verilmiş qızıl-zinət əşyaları və 1 ədəd rəngli televizoru Cavabdeh götürmüşdür. Dəfələrlə tələb etməsinə baxmayaraq həmin qızıl- zinət əşyaları və televizoru cavabdeh ona qaytarmaq istəməmişdir. Həmin qızıl-zinət əşyaları aşağıdakılardır: 1 ədəd Rusiya istehsalı olan 586 əyyarlı brilyant qaşlı 3.5 qram qızıl nişan üzük, dəyəri 400 manat, 1 ədəd brilyant qaşlı Rusiya istehsalı olan 586 əyyarlı 2.3 qram qızıl üzük, dəyəri 300 manat, Rusiya istehsalı olan 586 əyarlı “Karona” brliyant qaşlı qızıl dəsti, 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd sep, 1 ədəd qolbaq ümumi çəkisi 15 qram dəyəri 3000 manat, Rusiya istehsalı 586 əyarlı 1 ədəd safır qaşlı qızıl üzük 2.2 qram, dəyəri 250 manat, Rusiya istehsalı 586 əyarlı olan 1 ədəd sadə qaşlı 1.8 qram fantaziya üzük, dəyəri 300 manat, 2 ədəd Rusiya istehsalı olan 586 əyyarlı badamı üzük hər biri 1.8 qram, ümumi dəyəri 500 manat, Rusiya istehsalı olan 586 əyyarlı klonlu sep 2.2 qram, dəyəri 250 manatdır. Cavabdehdə qalan cehiz əşyası 1 ədəd dəyəri 300 manat və LC markalı rəngli televizor, dəyəri 300 manat. Bunların cəmi dəyəri 5300 (beş min üç yüz ) manat təşkil edir. Məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət etmişdir. Mediasiyada cavabdeh cehiz əşyalarını qaytarmağa razılıq vermiş, ancaq qızıl-zinət əşyalarının qaytarmamağını onunla əsaslandırdı ki, qızılzinət əşyalarını guya o, birgə nikah dövründə itirmişdir. O, cavabdehə məxsus evdən cehiz əşyalarını götürsə də, cavabdeh 1 ədəd televizoru və qızıl-zinət əşyalarını verməmişdir. Buna görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı iddia qaldıraraq, 5300 manat dəyərində qızıl-zinət əşyalarının, 01 ədəd televizorun və ya onların ümumi dəyərinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi əsassız olduğundan aşağıdakı şəkildə etiraz edir: Salmanova (Nəbiyeva) Xədicə Məzahir qızı ilə xx.xx.2010- cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X14, xx.xx.2015-ci il tarixdə isə X9 anadan olmuşlar. Həyat yoldaşı İddiaçı vəhabi dininə xidmət etdiyinə görə onun həyata baxışı bir qədər fərqli olmuşdur. Birgə yaşadığı dövrdə İddiaçı övladlarına ana qayğısı göstərməmiş, özünə qapanaraq bütün günü otaqdan çıxmayaraq dini kitablar oxumuş, uşaqlarla məşğul olmamışdır. 2022-ci ilin mart ayının 18-də övladları - Zakir və Güllünü onun üstümə ataraq, heç bir səbəbi olmadan yaşadığı evi tərk edərək atası evinə getmiş, bir daha geri qayıtmamışdır. İddiaçı bir ana olaraq, 4 ay ərzində uşaqlarla qətiyyən maraqlanmamış, yalnız 21 iyul 2022-ci il tarixdə nikahın pozulmasına dair məhkəmədə iddia qaldırmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-125/2023 saylı qətnaməsinə əsasən onunla İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Göyçay rayon İHB-nin Çərəkə kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 İddiaçı yanında saxlanılmaları qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-125/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı olduğu üçün tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-744/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş, əsaslandırılmamış qətnamə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-744/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə narazı olduğu üçün tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 49/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəki Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnamə tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Qeyd etmək istəyir ki, 06 iyun 2023-cü il tarixdə qızı Güllü oxuduğu Qeyis Baxışova adına Göyçay rayonu, Çərəcə kənd orta məktəbinin yaxınlığında anası İddiaçı və onun yaxınları tərəfindən zorla qaçırılmışdır. Hal-hazırda oğlu Zakir onun himayəsindədir. 29 avqust 2023-cü il tarixdə İddiaçı şahidlərin iştirakı ilə özünə məxsus cehiz əşyalarını yaşadıqları evdən aparmış, bu barədə müvafiq akt tərtib olunmuşdur. İddiaçı sözləri aktda öz əksini tapmışdır: “Bütün cehizlərini, əşyalarını götürmüşdür. Onun yeganə iradı televizorla əlaqədardır. 4-5 il bundan qabaq ailə üzvləri tərəfindən sındırılmışdır.” Sonda tərtib olunmuş akt ucadan oxunmuş, cehizləri aparan şəxslər (şahidlər) (İddiaçı qohumları): - X7 (qardaşı), X10 (dayısı) və X18 (əmisi oğlu) tərəfindən imzalanmışdır. İddiaçı cehiz əşyalarını aparan zaman qızıl-zinət əşyaları barədə hər hansı bir tələb irəli sürməmişdir. 29 avqust 2023-cü il tarixdə Mediasiya Təşkilatında onun İddiaçı arasında cehiz tələbinə dair barışıq sazişi imzalanmışdır. Burada da İddiaçı qızıl-zinət əşyaları və televizor barədə heç bir söz deməmişdir. Bir gün sonra, yəni 01 sentyabr 2023-cü il tarixdə İddiaçı qızıl-zinət əşyaları tələbinə dair Mediasiya Təşkilatına müraciət edir. Burada məntiqli sual meydana gəlir: “Niyə görə İddiaçı qızıl-zinət əşyaları ilə televizoru bir yerdə deyil, ayrı-ayrılıqla tələb edir, qısa müddət ərzində?” İddia ərizəsində qeyd edilən brilyant qaşlı nişan üzüyü, “Karona” komplekti və fantaziya üzüyü (siyahı üzrə 1,3,5) tərəfindən 2010-cu ilin noyabr ayında Ucar şəhərində yerləşən “Platin” mağazasının qızıl şöbəsindən alınmışdır (artıq 2-3 ildir ki, qızıl şöbəsi fəaliyyəti dayandırılmışdır). Sapfır qaşlı qızıl üzüyü (siyahı üzrə 4) xalası X15, klonlu sepi isə (siyahı üzrə 7) əmisı X1 Xədicə Məzahir qızına hədiyyə etmişlər. İddiaçı siyahıda qeyd edilən qızıl üzüyü (№ 2) və badamı üzüyü (№ 6) heç vaxt olmamışdır. 2017-ci ilin noyabr ayında kəndlərində X2 toy məclisi olmuşdur. Toy axşamı həyat yoldaşı İddiaçı yuxarıda qeyd edilən qızıl-zinət əşyalarını itirmişdir. Onun dediyinə görə toydan sonra qızıllarını çıxararaq cibinə qoymuş, qaçarkən cibindən salıb itirmişdir. O zaman qızılların itməsinə görə yaşadıqları evdə böyük sözsöhbət olmuşdur. Toyun səhəri günü qaynanası X17 onların evinə gələrək bildirdi ki, falçıya getmiş və falçı ona demişdir ki, guya itmiş qızılları kimsə barıdan onların həyətinə atacaq. Təxminən 2015-ci ildə televizor altlığı nasaz olduğu üçün televizor onun üstündən düşərək sınmışdır. Göründüyü kimi, İddiaçı iddia tələbi əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı ona qarşı məhkəmədə qaldırdığı 5300 manat dəyərində qızıl-zinət əşyalarının, 01 ədəd televizorun və ya onların ümumi dəyərinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun ona verilməsinə dair iddia tələbi əsassız olduğundan rədd olunması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı müdafiə edərək və əlavə olaraq bildirmişdir ki, cavabdehlə aralarında son zamanlar ciddi mübahisələr olurmuş və sonuncu dava-dalaşdan sonra o özünün və uşaqların əşyalarını toplayaraq valideyinlərinin evinə getmək qərarına gəlmiş, lakin cavabdeh uşaqları vermədiyindən evi tək tərk ertmişdir. O zaman nə qızlları nə də cehiz əşyaları yadına düşməmişdir. Sonralar uşaqlarla bağlı mübahisələr davam etmişdir. Cavabdeh tərəfindən verilmiş etirazın onun tərəfindən cehiz əşyalarının aparılması zamanı qızıl-zinət əşyaları barədə hər hansı bir tələb irəli sürməməsi hissə ilə bağlı qeyd etmişdir ki, cehiz əmlakını xx.xx.2023-cü il tarixdə götürdükdən sonra cavabdeh tərəfindən ona hədiyyə edilmiş qızıl-zinət əşyaları qaytarılmadığından, qanunla müəyyən edilmiş qaydada 01 sentyabr 2023-cü il tarixdə mediasiya təşkilatına müraciət edərək, cavabdehdən qızıl-zinət əşyalarını tələb etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qismən qəbul edərək, iddiaya etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və onda yalnız iddia ərizəsində qeyd olunan televizorun mövcüd olduğunu, qızıl-zinət əşyalarının isə iddiaçı tərəfindən 2017-ci ildə itirildiyini bir daha bildirmişdir. Qızıl-zinət əşyalarının itməsi ilə bağlı aidiyyəti orqanlara müraciət olunmamasının səbəbi kimi səhlənkarlığını göstərmiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 göstərmişdir ki, Cavabdeh qardaşıdır. 2017-ci ildə İddiaçı qardaşı Nahidi Salmanovla birlikdə toy mərasiminə getmişlər. O, həmin vaxt iddiaçıya uşağı toy mərasiminə aparmamasını bildirmişdir. İddiaçı qardaşı Cavabdehla birlikdə onlara gəlmiş, uşağı onun yanında qoymuş və onun uşağını toy mərasiminə aparmışlar. O, həmin vaxt iddiaçıya toy mərasiminə getdiyinə görə qızılları üzərinə taxmasını bildirmişdir. İddiaçı qızılları üzərinə taxaraq toy mərasiminə getmiş və toydan çıxaraq əvvəl əynindəki paltarı dəyişmək üçün evinə getmişdir. Bundan sonra o, evdə heç kim olmadığından və qızılları nəzarətsiz qoymaq istəmədiyindən qızıl-zinət əşyalarını cibinə qoyaraq uşağını götürməyə gəlmişdir. Gəlib çatandan sonra bildirmişdir ki, qızıl əşyalarını yolda itirmişdir. O, iddiaçıya məxsus qızıl zinət əşyalarını axtarsa da tapa bilməmişdir.

7. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 göstərdi ki, İddiaçı toy mərasimindən qayıtdıqdan sonra qızıl-zinət əşyalarının itirdiyini bildirmişdir. O, gəlini Nərmin Salmanova ilə birlikdə qonşulardan soruşsa da qızıl-zinət əşyaları tapılmamışdır. Qızıl-zinət əşyalarının itməsi ilə bağlı polis şöbəsinə müraciət edilməmişdir. İddiaçı toy mərasiminə gedərkən üzərində qızıl zinət əşyalarından boyunbağı, qolbaq və əlində üzüklər olmuşdur.

8. Göyçay Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(046)-234/2024 nömrəli qətnaməsi ilə (hakim G.Qurbanova) iddia tələbinin təmin edilməsi, Cavabdeh 1 ədəd Rusiya istehsalı 400 manat dəyərində olan 585 əyyarlı (ümumi çəkisi 3,5 qr.) brilyant qaşlı qızıl nişan üzüyünün, 300 manat dəyərində olan 1 ədəd brilyant qaşlı Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 2,3 qr.) qızıl üzüyünün, 3000 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 15 qr.) brliyant qaşlı qızıl dəstinin (1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd sep, 1 ədəd qolbaq), 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 2,2 qr.) 1 ədəd safır qaşlı qızıl üzüyünün, 300 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 1,8 qr.) olan 1 ədəd sadə qaşlı “fantaziya” üzüyünün, ümumi 500 manat dəyərində 2 ədəd Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 3,6 qr.) badamı üzüyünün, 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyyarlı (ümumi çəkisi 2,2 qr.) kulonlu sepin, həmçinin, cavabdehdə qalan cehiz əşyası - dəyəri 300 manat olan LC markalı rəngli televizorun alınaraq İddiaçı verilməsi, Cavabdeh əşyaların alınması mümkün olmadıqda onların dəyərinin miqdarında pulun alınaraq İddiaçı verilməsi, Cavabdeh dövlət rüsümu üçün ödənilmiş 73 manat və 0.40 qəpik xidmət haqqının alınaraq İddiaçı verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, brilyant qaşlı və badam formasında olan qızıl üzüklər (№ 2 və № 6) istisna olmaqla, iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyaları toynişan mərasimi zamanı cavabdeh və onun ailə üzvləri tərəfindən iddiaçıya hədiyyə edilmişdir. Bundan başqa, İddiaçı LC markalı rəngli televizoru cavabdehlə yaşadığı evə cehiz qismində gətirmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Cavabdeh İddiaçı iddia tələbində qeyd edilən əşyaların iddiaçı tərəfindən toya gedərkən itirdiyini və həmin qızıl əşyalarından 2 ədəd üzüyün heç vaxt görmədiyini qeyd etsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddiaçının evi tərk etməsi şəraitini xarakterizə edən halları (həyat yoldaşı ilə dava-dalaşdan sonra evinin tərk edilməsi, uşaqlarla bağlı mübahisənin yaranması) və cavadehin iddiaçı tərəfindən qızılzinət əşyalarının itirilməsi şəraiti ilə bağlı verdiyi məlumatları əsas götürərək hesab edir ki, indiki halda sübutetmək yükü bilavasitə cavabdeh tərəfin üzərinə düşür. Belə ki, məhz cavabdeh iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halları, yəni iddiaçının həmin əşyaların itirilməsi halını sübut etməlidir. Çünki qızıl-ziynət əşyalarının mövcud olması fotoşkillərlə müəyyən edilmiş və yaranmış vəziyətlə əlaqədar qızıl əşyalarını götürə bilməməyi sübut edilmişdir. Lakin cavabdeh tərəfindən qeyd edilən halla bağlı, habelə iddiaçının istinad etdiyi halları təkzib edən heç bir sübut vasitəsi təqdim edilməmişdir. Bu halda, məhkəmə hesab etmişdir ki, qeyd edilən hissədə iddia tələbi üzrə MM-nin 157.2-ci maddəsinin dispoiztiv şərtləri mövcud olmuşdur. Ona görə də idida tələbi qeyd edilən hissədə (qızıl-zinət əşyalarının qaytarılması hissəsində) təmin edilməlidir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında şahidlər X11 və X3 verdikləri izahatları göstərilən halların həqiqətə uyğun olması şübhə doğurur. Belə ki, iddiaçı tərəfindən məhz fotoşəkillərdə göstərilən qızıl əşyalarının evdə heçkim olmadığından və onların oğurlanması ehtimalı olduğundan cibində baldızının evinə aparılması və yolda onun itirilməsi və bundan sonra ailə üzvlərinin qızılların axtarılması ilə bağlı görəcək yeganə tədbir yalnız qonşulara müraciət edilməsi inandırıcı gəlməmişdir.

12. Məhkəmə qeyd edtmişdir ki, iddia tələbində göstərilən LC markalı rəngli televizorun qaytarılması tələbinə dair, hər iki tərəf sözügedən televizorun yararsız vəziyyətdə olduğunu və hal-hazırda cavabdehə məxsus evdə saxlanıldığını etiraf etdiyindən, iddia tələbi həmin hissədə təmin edilməlidir.

13. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh ilə birgə yaşadıqları evi tərk etmə şəraitini və iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, Cavabdeh qanunsuz sahibliyində olan İddiaçı məxsus olan 1 ədəd Rusiya istehsalı 400 manat dəyərində olan 585 əyyarlı (ümumi çəkisi 3,5 qr.) brilyant qaşlı qızıl nişan üzük, 300 manat dəyərində olan 1 ədəd brilyant qaşlı Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 2,3 qr.) qızıl üzük, 3000 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 15 qr.) brliyant qaşlı qızıl dəsti (1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd sep, 1 ədəd qolbaq), 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 2,2 qr.) 1 ədəd safır qaşlı qızıl üzük, 300 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 1,8 qr.) olan 1 ədəd sadə qaşlı “fantaziya” üzük, ümumi 500 manat dəyərində 2 ədəd Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 3,6 qr.) badamı üzük, 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyyarlı (ümumi çəkisi 2,2 qr.) kulonlu sep, həmçinin cavabdehdə qalan cehiz əşyası dəyəri 300 manat olan LC markalı rəngli televizor qanuni sahibinə qaytarılmalıdır. Həmin əşyaların dəyərinə gəldikdə, məhkəmə nəzərə alır ki, Cavabdeh həmin qızıl əşyaların və televizorun dəyəri ilə bağlı məhkəmənin etdiyi təklifə baxmayaraq hər hansı sübut təqdim etmək istəməmiş, ona görə də məhkəmə mütəxəssis qiymətləndiricinin rəyini digər sübutlarla təkzib olunmadığından qəbul etmiş və nəzərə almışdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2, 666.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərara istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a)Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

16. Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, İddiaçı 18 mart 2022-ci il tarixdə, əvvəlcədən hazırladığı plana əsasən, övladları-Zakir və Güllünü onun üstünə ataraq, heç bir səbəbi olmadan, rahat şəkildə yaşadığları evi tərk edərək atası evinə getmiş, bir daha geri qayıtmamışdır. Əgər o, zaman onun qızıl-zinət əşyaları olsaydı, təbii ki, sərbəst şəkildə özü ilə aparardı. Məhkəmədə şahid qismində ifadə vermiş X11 və X8 İddiaçı kənddə baş tutmuş toy mərasimindən qayıdan zaman qızıl-zinət əşyalarını itirdiyini təsdiq etmişlər. İddiaçı tərəfindən qızıl-zinyət əşyalarının onda olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

17. Bir daha qeyd etmək istəyir ki, 29 avqust 2023-cü il tarixdə İddiaçı şahidlərin iştirakı ilə özünə məxsus cehiz əşyalarını yaşadığları evdən aparmış, bu barədə müvafiq akt tərtib olunmuşdur. O, vaxt İddiaçı qızıl-zinət əşyaları barədə heç bir söz deməmiş, onun yeganə iradı televizorla bağlı olmuşdur. Qeyd etmək istəmişdir ki, təxminən 2015-ci ildə televizor altlığı nasaz olduğundan televizor onun üstündən düşərək sınmışdır. Lakin bütün bunlara baxmayaraq, birinci instansiyası məhkəməsi tərəfindən onun əsassız iddiası qanunsuz olaraq təmin edilmişdir.

18. Göründüyü kimi, Göyçay Rayon Məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, düzgün olmayan, əsaslandırılmayan, qanunsuz qətnamə qəbul edilmişdir.

19. Məhkəmə çəkişməsi zamanı iddiaçının qızıl-zinət əşyalarının onda olması öz təsdiqini tapmamış, lakin məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qanunsuz, əsassız olaraq MM-nin 157.2-ci maddəsinə istinad etmişdir: “Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.”

20. Hesab edir ki, birinci instansiya məhkəməsi maddəsi əsaslandırılmamış qətnamə qəbul etmişdir. Belə ki, qarşı tərəf qızıl-zinət əşyalarının onda olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

21. Hesab etmişdir ki, məhkəmə tərəfindən sübutlar qeyri obyektiv, qərəzli, birtərəfli araşdırıldığı üçün sübutlar düzgün qiymətləndirilməmiş, tətbiq edilməli olan hüquq normalarının seçimində yanlışlığa yol verilmiş və nəticədə əsassız, qanunsuz, uşaqların mənafelərinə zidd olan qətnamə qəbul edilmişdir.

22. Odur ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(046)-234/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı ona qarşı “əmlak” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. O, həmçinin izahatında iddiaçının 2022-ci ilin mart ayında heç bir təzyiqə məruz qalmadan, uşaqlarını belə götürmədən onun yaşadığı ünvanı tərk edib getdiyini, iddiaçıya məxsus heç bir qızıl-zinət əşyasının onda olmadığını, onun yaşadığı ünvanda qalmadığını göstərmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(046)-234/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında həqiqətən 2022-ci ilin mart ayında cavabdehin yaşadığı ünvanı tərk etdiyini, ona məxsus qızıl-zinət əşyalarının cavabdehin yaşadığı ünvanda qaldığını, cavabdehin yaşadığı ünvanı tərk edərkən heç bir fiziki təzyiqə məruz qalmadığını, ona məxsus qızıl-zinət əşyalarının cavabdehin sahibliyində olmasını təsdiq edə biləcək hər hansı bir sübutunun olmadığını göstərmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Qərar.

28. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin xx.xx.2024 tarixli, 2(046)-234/2024 nömrəli qətnaməsinin tam ləğvini xahiş etmişdir.

33. Ona görə də məhkəmə kollegiyası Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-234/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx.xx.2010-cu il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurduqları ərəfədə iddiaçıya qızıl-zinət əşyaları hədiyyə edilmiş, həmçinin iddiaçı tərəfindən ər evinə bir sıra cehiz əşyaları aparılmışdır. Sonradan münasibətləri uyğun gəlmədiyindən tərəflər faktiki olaraq ayrımışlar və onların arasında bağlanmış nikah Göyçay Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Lakin həmin qətnamə uşaqların hansı valideynin yanında qalmalı olması hissəsində mübahisələndirilmişdir. İddiaçı 1 ədəd Rusiya istehsalı 400 manat dəyərində olan 585 əyyarlı (ümumi çəkisi 3,5 qr.) brilyant qaşlı qızıl nişan üzüyünün, 300 manat dəyərində olan 1 ədəd brilyant qaşlı Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 2,3 qr.) qızıl üzüyünün, 3000 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 15 qr.) brliyant qaşlı qızıl dəstinin (1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd sep, 1 ədəd qolbaq), 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 2,2 qr.) 1 ədəd safır qaşlı qızıl üzüyünün, 300 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 1,8 qr.) olan 1 ədəd sadə qaşlı “fantaziya” üzüyünün, ümumi 500 manat dəyərində 2 ədəd Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 3,6 qr.) badamı üzüyünün, 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyyarlı (ümumi çəkisi 2,2 qr.) kulonlu sepin, həmçinin, dəyəri 300 manat olan LC markalı rəngli televizorun cavabdehdə qaldığını əsas gətirərək, həmin əşyaların və ya onların dəyərinin cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. Cavabdeh isə birinci instansiya məhkəməsinin iclasında televizorun 2015-ci ildə altlığının nasaz olması səbəbli üzərindən düşərək sındığını, iddia ərizəsində göstərilən televizorun mövcud olduğunu göstərsə də, qızıl-zinət əşyalarına aid hissədə iddia tələbi ümumiyyətlə qəbul edilməmiş, bu hissədə iddiaya etirazını qızıl-zinət əşyalarının iddiaçının özündə olması, 2017-ci ildə iddiaçının özü tərəfindən itirilməsi ilə əsaslandırılmışdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın bütünlükdə rədd edilməsini xahiş etsə də, iş materiallarındakı birinci instansiya məhkəməsinin 29 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə iclasının protokolundan görünür ki, cavabdeh həmin iclasda verdiyi izahatında televizor altlığı nasaz olduğu üçün televizorun təxminən 2015-ci ildə onun üzərindən düşərək sındığını, televizorun hazırda mövcud olduğunu göstərmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin 300 manat dəyərində LC markalı rəngli televizorun, olmadıqda onun dəyirinin cavabdehdən alınmasının ləğv edilməli olması hissəsində əsassızdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qismən, yəni, iddianın təmin edilmiş 1 ədəd Rusiya istehsalı 400 manat dəyərində olan 585 əyyarlı (ümumi çəkisi 3,5 qr.) brilyant qaşlı qızıl nişan üzüyünün, 300 manat dəyərində olan 1 ədəd brilyant qaşlı Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 2,3 qr.) qızıl üzüyünün, 3000 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 15 qr.) brliyant qaşlı qızıl dəstinin (1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd sep, 1 ədəd qolbaq), 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 2,2 qr.) 1 ədəd safır qaşlı qızıl üzüyünün, 300 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 1,8 qr.) olan 1 ədəd sadə qaşlı “fantaziya” üzüyünün, ümumi 500 manat dəyərində 2 ədəd Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 3,6 qr.) badamı üzüyünün, 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyyarlı (ümumi çəkisi 2,2 qr.) kulonlu sepin, olmadıqda həmin əşyaların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilməsi, bu hissədə iddianın rədd edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsi üçün əsasdır.

39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qarşı tərəfin qızıl-zinət əşyalarının onda olması barədə məhkəməyə heç bir sübut təqdim etməməsi, məhkəmə çəkişməsi zamanı iddiaçının qızıl-zinət əşyalarının onda olmasının öz təsdiqini tapmamasına dair dəlillərini əsaslı hesab edir.

40. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

41. Məhkəmə kollegiyası hesab edir ki, mülki proses tərəflərinin izahatları, təqdim edilmiş fotoşəkillər əsasında İddiaçı iddia etdiyi qızıl-zinət əşyalarının mülkiyyətçisi olması sübuta yetirilsə belə, birinci instansiya məhkəməsinin İddiaçı iddia etdiyi qızıl-zinət əşyalarının cavabdehin sahibliyində qalmasına dair gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərkən cavabdehin iddiaçıya məxsus qızıl-zinət əşyalarının itirilməsinə, 2 ədəd qızıl-zinət əşyasını isə heç vaxt görmədiyinə dair məhkəməyə heç bir sübutun təqdim edilməməsi ilə əsaslandırmış, beləliklə sübutetmə yükünün bölgüsü üzrə yanlış nəticəyə gəlmişdir.

42. Belə ki, bu zaman cavabdehin iddiaçıya məxsus əşyaların hansısa tarixdə itirilməsinə dair göstərdiklərinə deyil, iddiaçının iddia etdiyi qızıl-zinət əşyalarının cavabdehdə olmasına dair məhkəməyə nə kimi sübut təqdim etməsinə diqqət yetirilməlidir. İddiaçı tərəfindən isə məhkəməyə ona məxsus qızıl-zinət əşyalarının cavabdehin sahibliyində olmasını təsdiq edəcək heç bir sübut təqdim olunmamışdır.

43. Bundan əlavə birinci instansiya məhkəməsi iddianın qızıl-zinət əşyalarına dair hissədə təmin edilməsində iddiaçının evi tərk etmə şəraitini xarakterizə edən hallara (həyat yoldaşı ilə dava-dalaşdan sonra evin tərk edilməsi, uşaqlarla bağlı mübahisənin yaranması) da istinad etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi dava-dalaşın xarakterinə, kimlər arasında baş verməsinə, buna dair hər hansı bir araşdırmanın aparılıbaparılmamasına aydınlıq gətirməmişdir.

44. Kollegiya qeyd edir ki, iş materiallarında iddiaçının cavabdehin yaşadığı ünvanı hər hansı bir təsir altında tərk etməsinə dair heç bir sübut mövcud deyildir.

45. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

47. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

48. Hazırkı iş üzrə isə birinci instansiyası məhkəməsi qeyd olunan normaları nəzərə almayaraq bütün faktların hərtərəfli tədqiqini aparmadan, təqdim edilən sübutlara hüquqi qiymət vermədən, ehtimala əsaslanmaqla iddiaçıya məxsus mübahisəli qızıl əşyalarının cavabdehin sahibliyində olduğu qənaətinə gəlmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il 13 iyun və M.Şahverdiyevanın şikayəti üzrə 2013-cü il 23 iyul tarixli Qərarları).

50. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(046)-234/2024 nömrəli qətnaməsi qismən, yəni, iddianın təmin edilmiş 1 ədəd Rusiya istehsalı 400 manat dəyərində olan 585 əyyarlı (ümumi çəkisi 3,5 qr.) brilyant qaşlı qızıl nişan üzüyünün, 300 manat dəyərində olan 1 ədəd brilyant qaşlı Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 2,3 qr.) qızıl üzüyünün, 3000 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 15 qr.) brliyant qaşlı qızıl dəstinin (1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd sep, 1 ədəd qolbaq), 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 2,2 qr.) 1 ədəd safır qaşlı qızıl üzüyünün, 300 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 1,8 qr.) olan 1 ədəd sadə qaşlı “fantaziya” üzüyünün, ümumi 500 manat dəyərində 2 ədəd Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 3,6 qr.) badamı üzüyünün, 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyyarlı (ümumi çəkisi 2,2 qr.) kulonlu sepin, olmadıqda həmin əşyaların dəyərinin, 73 manat dövlət rüsumundan buna mütənasib olan 50 manatının cavabdehdən alınaraq iddiaçıya verilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd edilən hissələrdə rədd edilməli, qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(046)-234/2024 nömrəli qətnaməsi qismən, yəni, iddianın təmin edilmiş 1 ədəd Rusiya istehsalı 400 manat dəyərində olan 585 əyyarlı (ümumi çəkisi 3,5 qr.) brilyant qaşlı qızıl nişan üzüyünün, 300 manat dəyərində olan 1 ədəd brilyant qaşlı Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 2,3 qr.) qızıl üzüyünün, 3000 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 15 qr.) brliyant qaşlı qızıl dəstinin (1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd sep, 1 ədəd qolbaq), 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 2,2 qr.) 1 ədəd safır qaşlı qızıl üzüyünün, 300 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 1,8 qr.) olan 1 ədəd sadə qaşlı “fantaziya” üzüyünün, ümumi 500 manat dəyərində 2 ədəd Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 3,6 qr.) badamı üzüyünün, 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyyarlı (ümumi çəkisi 2,2 qr.) kulonlu sepin, olmadıqda həmin əşyaların dəyərinin, 50 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair ilk iddiası 1 ədəd Rusiya istehsalı 400 manat dəyərində olan 585 əyyarlı (ümumi çəkisi 3,5 qr.) brilyant qaşlı qızıl nişan üzüyünün, 300 manat dəyərində olan 1 ədəd brilyant qaşlı Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 2,3 qr.) qızıl üzüyünün, 3000 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 15 qr.) brliyant qaşlı qızıl dəstinin (1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd sep, 1 ədəd qolbaq), 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 2,2 qr.) 1 ədəd safır qaşlı qızıl üzüyünün, 300 manat dəyərində olan Rusiya istehsalı 585 əyarlı (ümumi çəkisi 1,8 qr.) olan 1 ədəd sadə qaşlı “fantaziya” üzüyünün, ümumi 500 manat dəyərində 2 ədəd Rusiya istehsalı olan 585 əyyarlı (ümumi çəkisi 3,6 qr.) badamı üzüyünün, 250 manat dəyərində olan Rusiya istehsalı 585 əyyarlı (ümumi çəkisi 2,2 qr.) kulonlu sepin və ya onların ümumi dəyərinin, 50 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi hissəsində təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(046)-234/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar