Məhkəmə qərarları › İş №2(107)-732/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-732/2025

02.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-732/2025 02.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr – əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X11 və Sadiqov Zülfüqar Əhməd oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi – X18 oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tаrixli, 2(037)- 226/2025 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-5269 nömrə ilə qeydə alınmış 15 fevral 2024-cü il tarixli, nəqliyyat vasitəsinin istifadə edilməsinə dair qüvvədən düşmüş etibarnamənin sürətindən görünür ki, Bakı şəhər sakini İddiaçı tərəfindən 15 fevral 2024-cü il tarixdə İsmayıllı şəhər sakini Cavabdeh “X25” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 20 gün müddətinə xx.xx.2024-cü il tarixədək etibarnamə verilmişdir və həmin etibarnamə halhazırda qüvvədən düşmüşdür.

2. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X4 icraatında olan HK-1/3687 nömrəli material üzrə araşdırma aparmış, araşdırma zamanı qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, tərəflərə aralarında yaranmış mülki məsələnin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir.

3. İş materiallarında olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2000, ban nömrəsi WF0VXXGBFVYE25743, rəngi ağ, tip Vaqon olan “X25” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

4. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13- 84/2-T-169037/11/24 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Prezidenti, Baş Prokuroru, X23 və BDYPİ-nə ünvanladığı müraciətlər İsmayıllı rayon PŞ-nin DYPB-i tərəfindən araşdırılmış, araşdırmanın nəticəsi olaraq verilmiş cavab məktubunda müraciətdə qeyd edilən “Ford Transit” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin İsmayıllı rayon ərazisində idarə olunmadığı, idarə olunan zaman DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilərək əlavə məlumat veriləcəyi, “Ford Transit” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sonuncu etibarnamə əsasında idarə edən Cavabdeh İsmayıllı rayon PŞ-nin DYPB-nə dəvət olunduğu, Cavabdeh izahat verərək avtomobilin onda olmadığını, 2024-cü ilin fevral ayında avtomobili Babək adlı şəxsdən aldığını və 2024-cü ilin mart ayında təkrar etibarnamə ala bilmədiyi üçün avtomobili Babək adlı şəxsə qaytardığını bildirməsi qeyd edilmişdir.

5. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-1316/2/2-379/2025 saylı sorğuya cavab məktubunun surətindən görünür ki, Bakı şəhər sakini İddiaçı adına qeydiyyata alınmış, 2000-ci il buraxılışlı “Ford Transit” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı şəhəri,R.Rza küçəsi ev 12 ünvanda yaşayan Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə texniki baxışdan keçərək elektron talon təqdim edilmişdir.

6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, №YF15439323 nömrəli Elektron Talonun surətindən görünür ki,Bakı şəhər sakini İddiaçı adına qeydiyyata alınmış, 2000-ci il buraxılışlı “Ford Transit” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə istifadədə olan İsmayıllı şəhəri, R.Rza küçəsi ev 12 ünvanda yaşayan Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə texniki baxışdan keçirilərək xx.xx.2024-cü il tarixli, №YF15439323 nömrəli Elektron Talon verilmişdir.

7. İş materiallarında olan X5 İsmayıllı Rayon məhkəməsinə ünvanladığı məktubun məzmunundan görünür ki, o, İddiaçı tanımır. **-SZ-*** dövlət qeydiyyat nişanlı “Ford” markası olan avtomobili təxminən 2024-cü ilin fevral ayında X8 tərəfindən etibarnamə ilə özü tərəfindən Cavabdeh verilmişdir. Həmin “Ford” markalı avtomobili 2024-cü ilin sentyabr ayında Cavabdeh Bakı şəhərinə gətirərək ona verib. Onun tərəfindən həmin avtomobil X8 və X2 8-ci mikrarayon, Əcəmi Naxçıvani küçəsində verilmişdir. Bildirmək istəyir ki, Cavabdeh nə Heydəri, nə Ruslanı və digər şəxsləri tanıyır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Ford Transit” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Ford Transit” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün Cavabdeh ilə ona məxsus istehlak mallarının satışını həyata keçirmək məqsədi ilə 15 fevral 2024-cü il tarixdə etibarnamə əsasında mülkiyyətində olan avtomobili etibarnamə əsasında cavabdehin istifadəsinə vermişdir. Cavabdeh avtomobili götürdükdən bir müddət sonra nə mallarını, nə də ki, mülkiyyət hüququ üzrə ona məxsus olan “Ford Transit” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini qaytarmır. Dəfələrlə avtomobilinin qaytarılması üçün hüquq mühafizə orqanlarına müraciət etməsinə baxmayaraq avtomobilinin alınıb ona verilməsi hələdə təmin edilməmişdir. Hazırda onun mülkiyyətində olan mübahisəli avtomobil cavabdehin qanunsuz sahibliyindədir. Cavabdehin qanunsuz olaraq həmin avtomobilə sahiblik etməsi, avtomobilin üzərində öz hüquqlarını icra etməkdən onu məhrum edir. Cavabdeh həmin avtomobili hər an yararsız hala sala bilər və ya ümumiyyətlə məhv edə bilər. Ona görə də hesab edir ki, mülkiyyətində olan avtomobil cavabdehdən alınaraq ona verilməlidir. Bu səbəbdən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilərək, mülkiyyətində olan “X25” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq ona verilməsini xahiş edir.

10. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, İsmayıllı şəhərində yaşayır. O, iddiaçını tanımır. Bakı şəhərində yaşayan Babək adlı tanışı ondan Gəncə şəhərində olan “Ford” markalı yük avtomaşının olduğunu və həmin avtomaşını Gəncə şəhərindən təhvil götürərək Bakı şəhərində ona təhvil verməsini xahiş etmişdir. O, da Babək adlı tanışının xahişi ilə ona verilmiş etibarnamə əsasında Gəncə şəhərinə gedərək “Ford” markalı yük avtomaşınını təhvil götürmüş, 3 ay idarə etdikdən sonra Bakı şəhərinə apararaq Babək adlı şəxsə təhvil vermişdir. Hazırda həmin avtomaşın Bakı şəhərində Babək adlı şəxsdədir və sonuncu özü də avtomaşının onda olmasını etiraf edir. İddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçıya məxsus “X25” markalı, **- SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını Babək adlı şəxsin xahişi ilə ona verilən etibarnamə əsasında Gəncə şəhərindən təhvil götürdüyünü, həmin avtomaşını xx.xx.2024-cü il tarixdə Ağsu rayon 3 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X14 texniki baxışdan keçirmədiyini, sözügedən avtomaşını 3 ay istifadə etdikdən sonra Bakı şəhərində Babək adlı şəxsə təhvil verdiyini və hazırda həmin avtomaşının Bakı şəhərində Babək adlı şəxsdə olduğunu bildirir və iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir.

12. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, Bakı şəhərində yaşayır. Heydər kürəkənidir. Fəxrəddini isə kürəkəninə məxsus “X25” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhərində təhvil götürərkən tanımışdır. Bakı şəhərində yaşayan Ruslan adlı tanışı ona “Ford” markalı yük avtomaşını lazım olduğunu bildirmişdir.O, da Ruslana kürəkəni Heydərdə “Ford” markalı yük avtomaşını olduğunu bildirmişdir. Kürəkəni Heydər mülkiyyətində olan “Ford” markalı yük avtomaşınını Gəncə şəhərindən götürüb Bakı şəhərinə aparmaq üçün Fəxrəddinə 20 gün müddətinə elektron qaydada etibarnamə vermişdir. Fəxrəddin etibarnamə əsasında Gəncə şəhərinə gələrək onun yanında kürəkəninə məxsus “Ford” markalı yük avtomaşınını təhvil götürmüşdür. Fəxrəddin avtomaşını Gəncə şəhərində qəbul etsə də, Ruslan adlı şəxsə təhvil verməmiş, əvəzində yaşadığı İsmayıllı rayonu ərazisində idarə etmiş, müxtəlif vaxtlarda avtomaşına cərimələr yazılmış,həmin cərimə məbləğləri məhkəməyə müraciət edildikdən sonra Fəxrəddin tərəfindən ödənilmişdir. Bundan əlavə avtomaşın Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq Fəxrəddin tərəfindən xx.xx.2024-cü il tarixdə Ağsu rayon 3 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X14 texniki baxışdan keçirilmişdir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “X25” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyularaq axtarışa verilməsi barədə qərar qəbul olunsa da, həmin qərar hazırkı vaxtadək icra olunmamışdır. Fəxrəddinin deməsinə görə “X25” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını Babək adlı şəxsə təhvil vermişdir. Lakin Babək adlı şəxs də avtomaşının onda olmadığını bildirir.

13. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 21 aprel 2025-ci il tаrixli, 2(037)-226/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı mülkiyyətində olan buraxılış ili 2000, ban nömrəsi WF0VXXGBFVYE25743, rəngi ağ, tip Vaqon olan “X25” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməsi qət edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, mübahisəli avtomobil həqiqi hüquq əsasında iddiaçıya məxsusdur. Həmin əşya iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşya üzərində mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, hazırda həmin əşya iddiaçının iradəsinə zidd olaraq cavabdehin sahibliyindədir. Cavabdehin həmin əşya üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı əmlakla bağlı tələb hüququ yaranmışdır.

15. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddia ərizəsində qeyd edilən iddiaçının mülkiyyətində olan avtomobil cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 152.1, 152.2, 152.3, 152.5 və 152.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 119.1, 217.4, 218.1, 218.3 və 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. İsmayıllı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tаrixli, 2(037)-226/2025 saylı qətnaməsindən nаrаzı qalan Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.

II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalrının tətbiqində səhvə yol verilmiş və əsl olmayan cavabdehlə işin araşdırmalarını davam edərək əsassız nəticəyə gəlmişdir. İşə iddiaçının mövqeyinə uyğun olaraq birtərəfli, qərəzli, natamam, qeyri-obyektiv mövqeindən yanaşmaqla münasibət bildirilmişdir. Məhkəmə tərəfindən düzgün olmayan maddi hüquq norması tətbiq edilərək iddia rədd edilməsi yönündə maddi hüquq normaları tətbiq edilməmiş və ədalətli araşdırmanı tətbiq etmədiyi üçün iddianın təmin edilməsinə nail olunmuşdur. Eyni zamanda heç bir maddi hüquq norması tətbiq edilməmişdir. Qətnamənin özü belə maddi hüquq normalarına zidd qəbul edilmişdir. Cavabdeh tərəfindən verilmiş vəsatətlər qəbul edilib edilməməsi barədə nəticə vermədən, təqdim edilən sənəd və sübutlar araşdırılmadan, araşdırmaların ədalətli araşdırmasını təmin etmədən və araşdırma üçün fürsət belə yaranmamışdır. Bütün bu faktları təsdiq edəcək dəlillərdən biri də odur ki, məhkəmə prosesində cavabdeh tərəfindən məhkəmə aidiyyatını mübahisələndirmiş, lakin məhkəmə qətnaməsində bu barədə hər hansı bir hala aydınlıq gətirilməmişdir. Belə ki, məhkəmədə də qeyd etdiyi kimi iddia tələbi ona qarşı deyil Babək adlı şəxsə qaldırılmalı olduğu halda əsassız olaraq ona qarşı qaldırılmışdır. Bundan başqa Babək məhkəmə iclaslarına dəvət edilmədən məhkəmə tərəfindən yekun qərar qəbul edilərək prossesual hüquq normaları polzulmuşdur. Məhkəmə araşdırılması, tərəf olaraq onun prosesual hüquqularının pozulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tаrixli, 2(037)-226/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

20. Məhkəmə kollegiyasının 15 iyul 2025-ci və 02 sentyabr 2025-ci il tarixli protokol qərardadları ilə X12 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar.

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini İsmayıllı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tаrixli, 2(037)-226/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 İbadovun avtomobili ona qaytardığını, onun da həmin avtomobili Ruslana təhvil verdiyini, beləliklə iddiaçının əmlakının onlarda olmadığını nəzərə alaraq apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmaısını xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

29. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

32. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

35. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

36. Maddə 50.1. prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

37. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

41. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

42. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

V. Apellyasiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tаrixli, 2(037)-226/2025 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

49. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

50. Müəyyən edilmişdir ki, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2000, ban nömrəsi WF0VXXGBFVYE25743, rəngi ağ, tip Vaqon olan “X25” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İddiaçının qayınatası X6 xahiş etmişdir ki, onun dostuna avtomobil lazımdır. İddiaçı də qaynatasının xahişini yerinə yetirmişdir. 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-5269 nömrə ilə qeydə alınmış 15 fevral 2024-cü il tarixli, nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnaməyə əsasən İddiaçı tərəfindən 15 fevral 2024-cü il tarixdə İsmayıllı şəhər sakini Cavabdeh “X25” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 20 gün müddətinə xx.xx.2024-cü il tarixədək etibarnamə verilmiş və həmin etibarnamə halhazırda qüvvədən düşmüşdür. Cavabdeh ona verilmiş etibarnamə əsasında Gəncə şəhərinə gedərək “X25” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhvil götürmüş və yaşadığı İsmayıllı rayonu ərazisində 3 ay ərzində istifadə etmişdir. 07 oktyabr 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı İftixar Məmmədov icraatında olan HK1/3687 nömrəli material üzrə araşdırma aparmış, araşdırma zamanı qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, tərəflərə aralarında yaranmış mülki məsələnin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı mülkiyyətində olan “X25” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 15 fevral 2024-cü il tarixli, nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə əsasında Cavabdeh tərəfindən müvəqqəti istifadə edilməsi məqsədi ilə təhvil götürülsə də, sonradan həmin avtomobil Cavabdeh tərəfindən mülkiyyətçi İddiaçı geri qaytarılmamışdır. Cavabdeh həmin avtomobili X9 qaytarmış, sonuncu isə avtomobili X8 və X2 vermişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan İsmayıllı Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

51. İşə mahiyyəti üzrə baxan İsmayıllı Rayon Məhkəməsi iddianın təmin olunmasına dair qətnamə çıxarmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

52. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, iddia ərizəsində qeyd edilən mübahisəli avtomobil həqiqi hüquq əsasında iddiaçıya məxsusdur. Həmin əşya iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşya üzərində mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, hazırda həmin əşya iddiaçının iradəsinə zidd olaraq cavabdehin sahibliyindədir. Cavabdehin həmin əşya üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı əmlakla bağlı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.

53. Kollegiya birinci instansiya məhkəməsinin avtomobilin iddiaçının mülkiyyəti olması barədə mövqeyini əsaslı saysa da, gəlmiş olduğu nəticə ilə razılaşmır.

54. Belə ki, cavabdeh məhkəmə kolegiyasının iclasında birinci instansiya məhkəməsində vermiş olduğu izahatına uyğun izahat verərək göstərmişdir ki, onun VÖEN-i var və fəaliyyət istiqamətini etil (yeyinti) spirtinin və alkoqollu içkilərin ixtisaslaşdırılmamış mağazalarda pərakəndə satışı təşkil edir. İddiaçını tanımamış, Babək Qasımov ona Gəncədə bir avtomobilin olduğunu bildirmiş və onun mallarını həmin avtomobillə daşımasını təklif etmiş, o, da razılaşmışdır. O, avtomobili iddiaçıdan deyil, Gəncə şəhərindən götürmüşdür. Avtomobili iddiaçının mallarını daşımaq və satmaq məqsədlə götürməmişdir. Onun daşıdığı mallar Babək Qasımova məxsus olmuşdur. Sadəcə olaraq avtomobili Babək Qasımovdan götürdüyünə görə, etibarnamənin müddəti bitdikdən sonra ona da geri qaytarıb. Avtomobili Gəncə şəhərində təhvil almış, Bakı şəhərinin 8-ci mikrorayonunda isə geri qaytarmışdır.Yəni avtomobil hazırda onda deyildir. O, Babək Abbasova hazırkı mübahisə barədə məlumat vermiş, Babək də İsmayıllı Rayon Məhkəməsinə maşının onda olmasına dair ərizə ünvanlamışdır. Həmin ərizə iş materiallarına əlavə olunmalı idi. Onu da bildirir ki, Babəyə avtomobili etibarnamənin müddəti bitdiyindən xeyli müddət sonra qaytarmışdır.

55. İddiaçı məhkəmə kolegiyasının iclasında göstərmişdir ki, o, cavabdehi və Babək Abbasovu tanımamışdır. Onun qayınatası Taleh Abdullayev ondan xahiş etmişdir ki, sonuncunun dostuna avtomobil lazımdır. O da qaynatasının xahişini yerinə yetirmişdir. Avtomobilin istifadə olunmasına görə ona pul verilməsi nəzərdə tutulmamış və verilməmişdir. O, sadəcə kömək məqsədilə 1 ay müddətinə təmənnasız olaraq avtomobilini istifadəyə vermişdir. Artıq iki ilə yaxındır ki, onun avtomobili yoxdur, onun geri qaytarılmasını tələb etmişdir. Etibarnaməni də Fəxrədddinin adına verdiyinə görə avtomobilini ondan tələb etmişdir. Qayınatasının Babəklə olan münasibətləri barədə məlumatı yoxdur.

56. İddiaçı verilmiş suallara cavab olaraq iddia ərizəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün ona məxsus istehlak mallarının satışını həyata keçirmək məqsədi ilə 15 fevral 2024-cü il tarixdə mülkiyyətində olan avtomobili etibarnamə əsasında cavabdehin istifadəsinə verməsi barədə göstərdiklərinin doğru olmadığını bildirdi.

57. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 vermiş olduğu izahatında göstərdi ki, o, iddiaçını tanımamışdır. Avtomobili 2024-cü ilin fevral ayında birlikdə işlədikləri X10 adlı şəxsdən istifadəyə götürmüşdür. O, həmin Ruslan adlı şəxslə birlikdə Bakı şəhərində araq istehsalı ilə məşğul olmuşdur. Ruslan və X17 şəhərində keçmiş iş yoldaşları olmuşlar. Sonradan isə Ruslan Bakı şəhərinə köçmüş və orada iş qurub. Ruslanın Bakıda iki avtomobili var idi və o, araq satırdı. Sonra ona təklif edib ki, birlikdə araq istehsal edib sataq və o, da razılaşmışdır. Cavabdeh Fəxrəddinlə tanışlığı olub, onun ekspeditor işlədiyini bilirdi. Buna görə də özünün məhsullarını satmağı Fəxrəddinə təklif etmişdir. Ruslan da həmin satışlar üçün avtomobil təklif etmişdir.

58. Babək Abbasov verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Taleh Abdullayevi də tanımamışdır. Ruslan Həsənov ona bildirmişdir ki, mübahisəli avtomobil onundur. O, təsdiq edir ki, mübahisəli avtomobil ona qaytarılmış, o da avtomobili bir ildir ki, Bakı şəhərinin 8-ci mikrorayonunda Ruslan Həsənov və Ramiq Məmmədova təhvil vermişdir. Avtomobil ona Ruslan verdiyinə görə ona geri qaytarmışdır. Avtomobilə etibarnamənin verilməsi üçün o, Fəxrəddinin sənədlərinin şəkillərini “WhatsApp” tətbiqi vasitəsilə Ruslan göndərmişdir. Gecəliklə də Ruslan elektron etibarnamənin verildiyini bildirmişdir, lakin sənədin özünü və ya şəklini (surətini) bizə göndərməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Fəxrəddin mənə zəng edərək hazırkı mübahisə barədə bildirmişdir. O, İsmayıllı Rayon Məhkəməsinə elektron poçt vasitəsilə məktub ünvanlayaraq Fəxrəddin tərəfindən avtomobilin mənə təhvil verildiyini göstərmişdir.

59. Məhkəmə kollegiyaslnın iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 göstərmişdir ki, Həsənov Ruslan və Ramiq Məmmədov onun keçmiş iş yoldaşları olublar. Ramiq Babəkin qohumudur. Ruslan və Ramiq bildirmişlər ki, məhsulların satışı üçün Babəkə maşın lazımdır. O da kürəkəni İddiaçı zəng edərək avtomobilini 1 aylıq müddətə istifadəyə verməyini xahiş etmiş, Heydər razılaşmışdır. Babəyin göndərdiyi Fəxrəddinin sənədləri əsasında 20 günlük müddətinə onun adına elektron etibarnamə verilmişdir. Həmin müddət bitdikdən sonra o, Fəxrəddinlə əlaqə saxlayaraq müddətin keçdiyinə görə avtomobilin geri qaytarılmasını xahiş etmişdir. Fəxrəddin avtomobili Babəkdən aldığını və ona da qaytaracağını bildirmişdir. O, Babəkə zəng edib avtomobili istədikdə, sonuncu onu Ruslan vasitəsilə tanıdığını, hazırda Ruslanın ona borcunun olduğunu və avtomobili borc ödənildikdən sonra qaytaracağını bildirdi. O, də cavab olaraq qeyd edib ki, avtomobil xahiş əsasında kömək məqsədilə müvəqqəti olaraq verilmişdir və hazırda mülkiyyətçisi geri istəyir, ona görə də qaytarmaq lazımdır. İsmayıllı Rayon Məhkəməsində Fəxrəddin bildirmişdir ki, 2024-cü ilin mart ayında avtomobili Babəkə qaytarmışdır. Cavabdeh avtomobili mart ayında qaytardığını qeyd etməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixdə Ağsu rayonunda Fəxrəddin avtomobili texniki baxışdan keçirmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Baş Dövlət Yol Polis İdarəsi həmin texniki baxışın keçirildiyini və buna dair talonun Cavabdeh verildiyini təsdiqləmişdir. Həmin müddətdə avtomobil axtarışda idi. Bundan başqa, avtomobilin üzərində həbs qoyulmasına baxmayaraq, o sürülürdü, çünki onun telefonuna radara düşmək barədə mesajlar daxil olurdu. O, birinci instansiya məhkəməsində avtomobilə dair cərimələrin mövcüd olduğunu bildirdikdən sonra cərimələrin hamısı ödənilmişdir. Onu da qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsində icraatında 3 nəfər- özü, iddiaçı və cavabdeh iştirak etmişlər, yəni kənar şəxslər olmamışdır ki, cərimələr barədə məlumatları olsun.

60. Beləliklə də müəyyən olunmuşdur ki, mübahisəli avtomobilin həqiqi hüquq əsasında iddiaçıya məxsus olsa da, hazırda həmin əşya cavabdehin sahibliyində deyil. İdiaçının mülkiyyətində olan avtomobil birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin qanunsuz sahibliyində olmamış, hal hazırda da başqa şəxslərin qanunsuz sahibliyindədir. İşin bu mübahisəsiz halı proses iştirakçılarının yuxarıda göstərilən izahatları ilə də təsdiq olunur.

61. Belə olan halda Cavabdeh hazırkı iddiaya cavab verməli şəxs olmadığından iddia ona qarşı yönələ bilməz.

62. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

63. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

64. Kollegiyanın qənaətinə və işin faktiki hallarına görə, birinci instansya məhkəməsi də cavabdehin əsl cavabdehlə əvəz etmədən işə mahiyyəti üzrə baxaraq iddianı təmin etməkdə səhvə yol vermişdir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

66. Hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir.

67. Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və yacavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir.

68. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbləri ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından və apellyasiya mərhələsində cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirilməsi doğru hesab edilə bilməz.

69. Buna görə də, məhkəmə kоllegiyаsı belə hesаb edir ki, birinci instаnsiyа məhkəməsi işin bütün fаktiki hаllаrını tаm, hərtərəfli və оbyektiv аrаşdırmаmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmiş, tərəflər аrаsındаkı mübаhisənin həlli üçün tətbiq edilməli оlаn prоsessuаl hüquq nоrmаlаrını düzgün tətbiq etməmişdir ki, bu dа Аzərbаycаn Respublikаsı MPM-in 387.1-ci mаddəsinə görə məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır.

70. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

71. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

72. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tаrixli, 2(037)-226/2025 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tаrixli, 2(037)-226/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar