Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-762/2021 01.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibiyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 KB ASC-yə, Cavabdeh2 KB ASC-nin Şəki filialı və Cavabdeh3nə qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və borcdan azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 34/2020 saylı qətnaməsindən iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti və “apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair” ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-34/2020 saylı qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 KB ASC ilə arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli, 24EM/11 saylı əsas kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun 41665.82 ABŞ dolları borcdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-34/2020 nömrəli (hakim P.Hacıyev) qətnaməsi ilə İddiaçı Cavabdeh2 KB ASC ilə arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli, 24EM/11 saylı əsas kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun 41665.82 ABŞ dolları borcdan azad edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı narazı qalmış, onun Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-34/2020 saylı qətnaməsindən apellyasiya şikayəti xx xxxxxxx 2020-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Mülki işə Şəki Apellyasiya Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə baxılaraq 2(107)-2094/2020 saylı qətnamə çıxarılmış, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-34/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamənin surəti poçt vasitəsi ilə mülki proses tərəflərinə göndərilmişdir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-34/2020 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizəsi xx xxxxxx 2020-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2 KB ASC-yə, Cavabdeh2 KB ASC-nin Şəki filialı və Cavabdeh3nə qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və borcdan azad edilməsi” tələbinə dair iddia ərizəsi iddia ərizəsinə xx xxxxxx 2020-ci il tarixdə Şəki Rayon Məhkəməsində baxılaraq 2(075)-34/2020 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamənin surəti rəsmi qaydada ona təqdim edilməmiş, qətnamənin onun hüquqlarını pozaraq çıxarıldığı ona indi aydın olmuşdur. Bundan başqa 10000 ABŞ dolları borc yoldaşı İddiaçı tərəfindən onun müalicəsi üçün alınmış, bank tərəfindən saxta sənədlərlə məbləğ şişirdilmiş göstərilmişdir. Kredit müqaviləsində göstərilən məbləğdə borc təmin ediləcəyi təqdirdə onların ailə büdcəsindən ödəniləcəyindən onun hazırda maraqlarına toxunur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-34/2020 saylı qərardadı ilə həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-34/2020 saylı qətnaməsindən iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs verdiyi apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-34/2020 saylı qərardadından narazı qalmış, onun şikayəti xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-34/2020 saylı qərardadı ilə həmin məhkəmənin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-34/2020 saylı qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs verdiyi şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-34/2020 saylı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli apellyasiya şikayətindən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-34/2020 saylı qətnaməsindən xəbərdar olmuşdur. İşdə olan SS677875727AZ nömrəli xəbərnamədən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-2094/2020 saylı qətnaməsinin surətini xx xxxxxx 2020-ci il tarixdə xəbərnaməni imzalamaqla almışdır. İşdə olan portaldan çıxarışdan görünür ki, maraqlarına toxunan şəxs Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticəsi olaraq qeyd edir ki, maraqlarına toxunan şəxs Maraqlı şəxs İddiaçı həyat yoldaşı olmaqla, ünvan 1 ünvanında yaşayır. İddiaçı cavabdehlər Cavabdeh2 KB ASC-yə, Cavabdeh2 KB ASC-nin Şəki filialı və Cavabdeh3nə qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və borcdan azad edilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına daxil olduğu xx xxx 2019-cu ildən etibarən bütün məhkəmə bildirişləri və qərarları onların birgə yaşadığı (qeydiyyatda olduğu) ünvan 1 ünvanına göndərilmiş, xəbərnamələrə imza etməklə qəbul edilmişdir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs ərizəsində qətnamənin ona gec təqdim edildiyini qeyd etsə də, o, hazırkı iş üzrə mülki proses tərəfi qismində çıxış etməmiş, işin məhkəmədə olduğu dövrdə üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı hər hansı müraciəti olmamış, qətnamənin surətinin ona göndərilməsinin vacibliyi ilə bağlı məhkəmənin hər hansı öhdəliyi” mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: “İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur”. Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Kollegiya əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair xx xxxxxxx 2020-ci il tarixli Qərardadına əsasən məhkəmə tərkibinin mövqeyi ondan ibarət olmuşdur ki;
41. Qeyd edilənlər baxımından məhkəmə tərkibi belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır.
42. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin bu əsasla geri qaytarılması apellyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. Qərardadın 44-cü bəndində həmçinin qeyd edilmiuşdir ki, apellyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı). Həmin qərardadın nəticə hissəsinin 3-cü bəndinə görə məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Beləlilkə, məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, hazırki halda apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğundan işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-34/2020 saylı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-34/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz
Sədrlik edən Ayaz Mahmudov