Məhkəmə qərarları › İş №2(107)-765/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-765/2023

23.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-765/2023 23.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras payının müəyyən edilməsi və bağışlama müqaviləsinin ləğvi tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras payının müəyyən edilməsi, bağışlama müqaviləsinin ləğvi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras payının müəyyən edilməsi və bağışlama müqaviləsinin ləğvi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(051)-113/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin, 13 saylı mənzili X5 adına olmuşdur. X12 xx.xx.1996-cı ildə ölmüşdür və mübahisəli mənzili nəvəsi İddiaçı2 vəsiyyət etmişdir. X6 əri X10 isə xx.xx.2005-ci ildə ölmüşdür. X10 öz payını 12 iyun 2004-cü il tarixdə qızı Cavabdeh vəsiyyət etmişdir. Mübahisəli mənzilə İddiaçı2 ½ hissə, Cavabdeh ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyetrində 6 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində ******* saylı Çıxarışla qeydiyyata alınmışdır. Bundan sonra İddiaçı2 öz payını xalası hal-hazırki iş üzrə Cavabdeh 26 aprel 2007-ci il tarixdə bağışlamış və mənzil xx.xx.2022-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət edərək Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilində atası X4 ½ hissə miras payına İddiaçı1 ¼ hissə miras payının müəyyən olunması, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə olan İddiaçı2 ½ hissə bağışlanmış payının Cavabdeh geri alınması, Mingəçevir şəhəri 2 saylı Notariat kontorunda bağlanmış 26 aprel 2007-ci il tarixli 4Ə/1-154 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmədə İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh onun doğma bacısıdır. İddiaçı2 isə onun doğma oğludur. X1 ilə X6 birgə evliliyindən doğulmuş övladlarıdır. Onlardan başqa valideynlərinin Kifayət və Sevda adlı iki nəfər uşaqları vardır. Valideynləri Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin, 13 saylı mənzilində yaşamışlar. Mənzil 16 aprel 1993-cü ildə mənzillərin özəlləşdirilməsi qaydasında Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən anası X8 bağışlanmış və onun mülkiyyət hüquqları qeydə alınmışdır. Valideynlərinin oğul övladı olmadığından ilk nəvələri olan oğlu İddiaçı2 faktiki övladlığa götürməklə böyüdüb boya başa çatdırmışlar. X25 İddiaçı2 bütün əmlakını vəsiyyət etmişdir. O, 01 aprel 1996-cı ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra ailə üzvlərinin razılığı ilə o, və ailə üzvləri olan əri İsmayıl Nuriyev, digər övladları Pərviz və Mehriban Nuriyevlər həmin mənzilə köçmüşlər və həmin mənzildə atasına qulluq etməyə, mənzili idarə etməyə başlamışlar. Həmçinin həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşmüşlər. 05 fevral 2004-cü ildə atası X11 Nuriyevin adına olan vəsiyyətnaməyə baxmayaraq Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 nömrəli evin, 13 saylı mənzilinə Mingəçevir şəhər 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 2V-1- 16 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı2 iddiası əsasında Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1MK3932/2006 saylı 14 iyul 2006-cı il tarixli qətnaməsi ilə atam Abbasəli Musayevin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə İddiaçı2 vəsiyyət üzrə vərəsə olması səbəbindən ½ hissəsinə münasibətdə ləğv edilmişdir. 12 iyul 2004-cü ildə atası Abbasəli Musayev öz payını onun təkidi ilə Cavabdeh vəsiyyət etmişdir. Belə ki, həmin vaxt oğlu İddiaçı2 boşanırdı və atası yurdu dağılmasın deyə bacısına etibar edirdi. Bu minvalla oğlu İddiaçı2 də inandırdı ki, öz payını onun bacısı Cavabdeh bağışlasa, mübahisə bitdikdən sonra xalası evi bizə qaytaracaqdır. Oğlu İddiaçı2 də özünə məxsus olan Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilindəki, ½ hissədə əmlak payını ünvan 2 Kontorunun 26 aprel 2007-ci il tarixli 4Ə/1-154 saylı bağışlama muüqaviləsinə əsasən onun da etibarnamə üzrə nümayəndəsi olduğu Cavabdeh bağışlamışdır. Bundan əlavə 17 aprel 2005-ci ildə vəfat etmiş atası Abbasəli Musayevdən miras qalmış Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə ünvan 2 Ofisində 02 oktyabr 2015-ci ildə V-219/2015 saylı vərəsəlik işi açılmış və 15 sentyabr 2020-ci ildə onun adına həmin torpaq sahəsinə Cavabdeh vəsiyyətnaməsi olması nəzərə alınmaqla ¼ hissədə miras payı tanınmışdır. O, atasından qalan mirası o vəfat etdiyi gündən qəbul etsə də atasından miras qalmış Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilində olan ½ hissə payından ona pay verilməmişdir. Qeyd edir ki, həmin mirasla bağlı vərəsəlik işi heç bir vaxt açılmamış və vərəsəlik şəhadətnaməsi verilməmişdir. O, İddiaçı2 göstərir ki, o, xalası Cavabdeh öz payını onun adına keçirərkən hesab etmirdi ki, onu mənzildən çıxarmağa çalışar. Əksinə ailədaxili razılaşmaya əsasən onun keçmiş arvadı Elnarə Nuriyeva mənzildə qeydiyyatda olduğu müddətdə həmin mənzil xalasının adına qalacaqdır və sonra da onların mənzilini özlərinə qaytarmalı idi. Qeyd edir ki, Mingəçevir şəhəri ünvan 3 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin də bütün sənədləşməsini onlar aparmışlar və işin həqiqi hallarına uyğun olaraq da Cavabdeh ilə heç bir mübahisələri olmadan həmin torpağı bacısı Mehriban Nuriyevaya bağışlamışdır. Əlavə olaraq onu da qeyd edir ki, Dilbər Musayeva sağlığında Cavabdeh üçün ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzilin yarı məbləği, 4500 dollar məbləğində pulun 2500 dollarını İddiaçı1 alaraq Cavabdehnm evinin alınmasına hədiyyə etmişdir. Bu səbəbdən də bu illər ərzində Cavabdeh Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilində bir gündə olsun yaşamamış və əmlakı qəbul etməmişdir. Bu illər ərzində mənzilin bütün kommunal xərclərini onlar ödəmişlər. Məhz bu razılaşmaya da güvənərək həmin mənzildə ailəlikcə təmir işləri aparmışlar. O, İddiaçı2 Cavabdehnm adına keçirilmiş əmlakını geri istəyir. Bu səbəbdən ki, ona qarşı Şəki İnzibati Məhkəməsində mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbinə dair iddia qaldırmışdır. İddiaçı2 hazırda evsizdir və başqa yaşayış yeri yoxdur. Cavabdeh isə Mingəçevir şəhərində və Rusiya Federasiyasında hər birində 3 otaqlı olmaqla mənzilləri vardır. Ona görə də Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilində atası X4 ½ hissə miras payına İddiaçı1 ¼ hissə miras payının müəyyən olunması, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə olan İddiaçı2 ½ hissə bağışlanmış payının Cavabdeh geri alınması, Mingəçevir şəhəri 2 saylı Notariat kontorunda bağlanmış 26 aprel 2007-ci il tarixli 4Ə/1-154 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

4. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh İddiaçı1 doğma bacısıdır. İddianın xahiş hissəsində iki tələb irəli sürülmüşdür. Birinci tələb üzrə Minəçevir şəhər D.Əliyeva küç. ev 20, m. 13 ünvandaki mənzildə atası X4 1/2 hissə miras payına, İddiaçı1 Abbəsəli qızının 1/4 hissə miras payının müəyyən olunmasıdır. İddia ərizəsində İddiaçı1 qeyd edir ki, o atasından qalan mirası qəbul etsə də, atasından miras qalmış ünvan 5 ünvandaki mənzildə olan hissə payından cavabdehə pay verilməmişdir və həmin mirasla bağlı vərəsəlik işi heç bir vaxt açılmamış və vərəsəlik şəhadətnaməsi verilməmişdir. Bu hal həqiqəti əks etdirmir. Müvəkkili Cavabdeh ünvan 6 ünvandaki mənzildə İddiaçı1nm notariat təstiq olunmuş ərizəsində qeyd edir ki, bacısı Cavabdeh Rusiya vətəndaşı olmasına baxmayaraq onunla birgə yaşamış və mirası faktiki qəbul etmişdir. Bununla yanaşı ataları X2 qalan bütün əmlak, torpaq sahəsi və mülkün vəsiyyətnamə üzrə müvəkkilim Cavabdeh vəsiyyət edilmişdir. Həmin vəsiyyətnamənin qüvvədə olub olmamasına dair notariusun sorğusuna görə Dövlət Notariat Arxivinin cavab məktubuna əsasən qeyd olunan vəsiyyətnamənin xx.xx.2020-ci ilədək dəyişdirilməsi və ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Ona görə də, iddia ərizəsinin rədd edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında vəkili Vəkil2 ilə eyni məzmunlu izahat vermişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil mərhum X13 və mərhum X4 birgə nikah dövründə əldə edilmişdir. X12 xx.xx.1996-cı ildə ölmüşdür və mübahisəli mənzilin ona düşən payını nəvəsi İddiaçı2 vəsiyyət etmişdir. X10 isə xx.xx.2005-ci ildə ölmüşdür. X10 öz payını qızı Cavabdeh vəsiyyət etmişdr. Mübahisəli mənzilə İddiaçı2 ½ hissə, Cavabdeh ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyetrində 6 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan sonra İddiaçı2 öz payını xalası hal-hazırki iş üzrə Cavabdeh bağışlamış və mənzil xx.xx.2022-ci il tarixdə tam mülkiyyət hüquqi üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda İddiaçı1 bununla razılaşmayaraq Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə onun ¼ miras payının müəyyən olunmasını iddia edir. İddiaçı2 isə bağışlanmadan imtina edərək əmlakın Cavabdeh geri alınmasını və bağışlama müqaviləsinin ləğv edilməsini tələb edir.

6. Məhkəmə iddia tələbinə hissəvi olaraq qiymət verərək aşağıdakı nəticəyə gəlmişdir: ilk növbədə iddia tələbinin mübahisəli Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə İddiaçı1 ¼ miras payının müəyyən olunması hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, hal-hazırda mübahisəli miras əmlak vərəsəlik üzrə və bağışlama müqaviləsi əsasında tam mülkiyyət hüquq üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə hesab edir ki, İddiaçı1 həmin mənzilin tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsini və onun miras əmlaka pay hüququnun olmasını iddia etməsə də əmlakın dövlət qeydiyyatına alınması üçün əsas olan vərəsəlik şəhadətnaməsi və çıxarış mübahisələndirilmədiyi üçün, həmin sənədlər qüvvədə oluduğu halda iddiaçının miras əmlaka payını tələb etməsi əsassızdır və hal-hazırda İddiaçı1 həmin tələb üzrə subyektiv hüququ yoxdur.

7. Bundan başqa məhkəmə İddiaçı2 iddiasına qiymət verərkən iddia tələbi hədiyyətinin geri qaytarılmasını qeyd etsə də işin hallarından da müəyyən olunur ki, iddia bağışlamadan imtina edilərək hədiyyənin geri alınması tələbidir. Odur ki, məhkəmə İddiaçı2 iddia tələbinə Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə olan İddiaçı2 ½ hissə bağışlanmış payının bağışlamaqdan imtina edərək Cavabdeh geri alınması və ünvan 2 Kontorunda bağlanmış 26 aprel 2007-ci il tarixli, 4Ə/1-154 saylı bağışlama müqaviləsini ləğv edilməsinə hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Qanunvericiliyi bağışlamaqdan imtinanın və bağışlama müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edir.

8. İş materiallarından və məhkəmə araşdırmasının nəticələrindən də görünür ki, qanunvericiliklə müəyyən edlmiş bağışlamaqdan imtina edərək geri alınmasına və müqavilənin ləğvi üçün əsas verən həmin hallar mövcud deyil və iddiaçı həmin halların mövcudluğu barəsində məhkəməyə sübutlar təqdim edə bilmədi. Həmçinin bağışlama müqaviləsi üzrə şərtlər və öhdəliklər mövcud deyildir. Bağışlama müqaviləsi tərəflərin iradə ifadəsi ilə notariat kontorunda yazılı surətədə tərbib edilmiş, tərəflərin iradə ifadəsi yoxlanılmış və təsdiq edilmişdir və hədiyyə alan hədiyyəni qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır və bağışlama müqailəsinin ləğvi üçün əsaslar yoxdur.

9. Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(051)-113/2023 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) İddiaçı1 Cavabdeh qarşı Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə İddiaçı1 ¼ miras payının müəyyən olunmasına dair iddia tələbinin rədd edilməsi, İddiaçı2 Cavabdeh qarşı D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə İddiaçı2 ½ hissə bağışlanmış payının Cavabdeh geri alınması və ünvan 2 Kontorunda bağlanmış 26 aprel 2007-ci il tarixli, 4Ə/1-154 saylı bağışlama müqaviləsinin ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 666, 668, 669 və 673-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

11. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notariat haqqında təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1996-cı ildə ölmüşdür və onun ölümü haqqında xx.xx.1996-ci il tarixli 139 №-li akt tərtib olunmuşdur.

12. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notariat haqqında təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2005-ci ildə ölmüşdür və onun ölümü haqqında xx.xx.2005-ci il tarixli 227 №-li akt tərtib olunmuşdur.

13. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin notariat haqqında təsdiq edilmiş surətindən görünür ki, X4 X14 ilə nikahından xx.xx.1958-ci il təvəllüdlü Ziyafət adlı uşaqları doğulmuşdur.

14. İşə əlavə edilmiş X17 Xidmət Mərkəzində Notariat Ofisinin 29 iyun 2022-ci il tarixli 1189 nömrəli məktubundan görünür ki, xx.xx.2005-ci il tarixdə ölmüş X2 miras qalmış əmlaka ünvan 2 ofisində xx.xx.2015-ci il tarixdə V-219/2015 saylı vərəsəlik işi açılmış və mərhumun vərəsələri olan qızı-Cavabdeh və qızı İddiaçı1 xx.xx.2020-ci il tarixli 2V-547 və 2V-548 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Lakin mərhum X2 qalmış ünvan 7 ünvanında yerləşən 13 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

15. İşə əlavə edilmiş 12 iyun 2004-cü il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 7, mənzil 13-də yaşayan X10 bütün əmlakını, torpaq sahəsini və mülkünü Mingəçevir şəhəri M.Maqomayev küçəsi 50 mənzil 20-də yaşayan X7 vəsiyyət etmişdir.

16. Məhkəməyə təqdim olunmuş DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri D.Əliyeva küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 81,91 kv.m ümumi, 59,69 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 13 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı2 ½ hissə, Cavabdeh ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyetrində 6 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmışdır.

17. İşə əlavə edilmiş 26 aprel 2007-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama (Alqısatqı müqaviləsi) müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı2 Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Yevlax rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 252 nömrəli arayışa əsasən dörd otaqlı, ümumi sahəsi 81,91 kvadrat metr, yaşayış sahəsi 59,69 kvadrat metr olan Mingəçevir şəhər D.Əliyeva küçəsi ev 20, mənzil 13-də olan və kvadrat metr torpaq sahəsində yerləşən mənzilin olan məxsus olan ½ hissəsini Cavabdeh bağışlamışdır.

18. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri Dəliyeva Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzili tam mülkiyyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 14 iyul 2006-cı il tarixli 2932/2006 nömrəli qətnaməsi ilə İddiaçı2 apeilyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir şəhər məhkəməsinin bu iş üzrə 18 yanvar 2006-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin edilmiş, Mingəçevir şəhər D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinin 1/2 hissəsinə İddiaçı2, 14 hissasinə isə Cavabdeh Ahbasəli qızının mülkiyyət hüququ tanınmış, həmin mənzilin göstərilən paylarla dövlət reyestrində İddiaçı2 və Cavabdeh adına qeydiyyata alınması Mingəçevir şəhər X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 dekabr 2006-cı il tarixli 6K-2898 nömrəli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi MİÜMK-nın bu iş üzrə 14 iyul 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı1 atası Abbasəli Nuriyevdən miras qalmış əmlaka ¼ hissə məcburi payı olmasına dair vərəsəlik hüququna dair şəhadətnamə mövcuddur və o ləğv olunmamışdır. O da atası Abbasəli Nuriyevdən miras qalmış və miras kütləsinə daxil olan Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinin ½ hissəsindən məcburi payının müəyyən edilməsini tələb etmişdir.

21. İddiaçı2 göstərmişdir ki, bağışlanmış əmlak Cavabdeh tərəfindən qəbul edilməmiş, digər tərəfdən əsl niyyəti bağışlamaq olmamış, bu müqavilə nəticəsində o ağır vəziyyətə düşmüşdür. İddiaçı2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 669-cu maddəsinə istinad edərək göstərmişdir ki, nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Cavabdeh əmlak payını notarat qaydasında təsdiqlənməklə versə də müqavilə real müqavilə olduğundan Cavabdeh həmin əmlakı qəbul etməsi tələb olunurdu. Cavabdeh isə bu mənzildə bir gün də olsun yaşamamış və bağışlanmış əmlakı idarəçiliyinə qəbul etməmişdir.

22. O, adına olan vərəsəlik hüququna dair şəhadətnaməyə istinad etmişdir. Məhkəmə onun təqdim etdiyi həmin şəhadətnaməyə qiymət verməmişdir.

23. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(051)- 113/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

26. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(051)-113/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

27. İddiaçı2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır 669-cu maddəsinə əsasən nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: - hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; - hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; - bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

31. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(051)- 113/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən İddiaçı2 aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya şikayətinin bu qətnamənin 20-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək kollegiya qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(107)-765/2023 nömrəli qərardadı ilə iddia tələbinin İddiaçı1 Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilində miras payının müəyyən olunması hissəsində iş üzrə icraata xitam verildiyindən hazırki qətnamədə iddianın İddiaçı1 aid hissəsində araşdırma aparılmamışdır.

34. Apellyasiya şikayətinin bu qətnamənin 21-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək kollegiya qeyd edir ki, İddiaçı2 bağışlama müqaviləsinin ləğvi əsası olaraq cavabdehin bağışlanmış əmlakı qəbul etməməsinə əsaslanmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 669 və 673.1-ci maddələrinə istinad etmişdir. Halbuki, işin hallarından görünür ki, Apellyasiya Məhkəməsinin 14 iyul 2006-cı il tarixli 2932/2006 nömrəli qətnaməsi ilə hazırki iş üzrə cavabdehin mübahisəli əmlaka ½ hissədə payı müəyyən edilmiş və cavabdeh DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MH seriyalı, ******* saylı Çıxarış almaqla həmin əmlakın ½ hissəsinə mülkiyyət hüquqlarını rəsmiləşdirmişdir. X16 şəhəri D.Əliyeva küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 81,91 kv.m ümumi, 59,69 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 13 nömrəli mənzilin digər ½ hissədə mülkiyyətçisi İddiaçı2 olmuş və sonuncu 26 aprel 2007-ci il tarixli müqavilə ilə mənzilin ona məxsus olan ½ hissəsini Cavabdeh bağışlamışdır. Həmin müqavilə əsasında da Cavabdeh öz adına həmin mənzilə tam mülkiyyət hüququnun olması barədə xx.xx.2022-ci il tarixli Çıxarışı almışdır. Göründüyü kimi, İddiaçı2 mənzilin özünə aid hissəsini Cavabdeh bağışlamazdan öncə də, sonuncu həmin mənzildə ½ hissədə mülkiyyətçi olmuşdur. İddiaçı2 Cavabdeh sadəcə mənzilin digər hissəsini bağışlamışdır. Belə olan halda, İddiaçı2 Cavabdeh artıq yarı hissəsi onun mülkiyyətində olan bölünməz bir əmlakı qəbul etmədiyinə istinad edə bilməz.

35. Bu qətnamənin 22-ci bəndində göstərilmiş dəlillərə gəldikdə isə kollegiya qeyd edir ki, bu qətnamənin 7-ci və 34-cü bəndlərində göstərilənlərə əsasən, 26 aprel 2007-ci il tarixli bağışlama müqaviləsinin ləğv olunması əsaslı olmadığından, iddiaçıların 22-ci bənddə istinad etdiyi göstərilmiş şəhadətnamə hazırki iş üzrə gəlinəcək nəticəyə heç bir təsir etmir.

36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi İddiaçı2 aid hissədə iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti İddiaçı2 aid iddianın rədd edilmiş hissəsində təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(051)- 113/2023 nömrəli qətnaməsi İddiaçı2 aid hissədə dəyişdirilmədən sаxlаnılmalıdır. Şəki Apellyasiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(107)-765/2023 nömrəli qərardadı ilə İddiaçı1 aid hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti İddiaçı2 aid iddianın rədd edilmiş hissəsində təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(051)-113/2023 nömrəli qətnaməsi İddiaçı2 aid mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Şəki Apellyasiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(107)-765/2023 nömrəli qərardadı ilə iddia tələbinin İddiaçı1 Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilində miras payının müəyyən olunması hissəsində iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar