Məhkəmə qərarları › İş №2(107)-784/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-784/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-784/2020 13.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cаvаbdeh - Cavabdeh1 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1168/2019 saylı qətnaməsindən İddiaçı BOKT ASC və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1168/2019 saylı qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli 0028NF/14-01 nömrəli kredit müqaviləsi üzrə 13775,47 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0,1 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 42000 manat müəyyən edilməsi, tutmanın X1 mülkiyyətində olan Qəbələ şəhəri, C.Cabbarlı küçəsi döngə 4-də yerləşən 1 mərətəbəli, 2 otaqlı, 44 m2 yaşayış, 46 m2 köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 30000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borcun İddiaçı BOKT ASC-yə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78,68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,1 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, X1 mülkiyyətində olan Qəbələ şəhəri, C.Cabbarlı küçəsi döngə 4-də yerləşən 1 mərətəbəli, 2 otaqlı, 44 m2 yaşayış, 46 m2 köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, 200 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı X11 Təşkilatı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 2014-cü il 27 mart tarixli 0028NF/14-01 №-li kredit müqaviləsi üzrə 22641.47 manat əsas, 16119.79 manat hesablanmış faiz, cəmi 38761.26 manat borcu; hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması; ipoteka predmeti 42000 manat qiymətləndirilməsi və borcun əvəzi Qəbələ şəhəri, Cavabdeh1 mülkiyyətində istifadədə olan Ə.Bağırov küçəsi, 01 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138.32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin ev açıq hərracda satılaraq tələb edilən borc ödənilməsi; ipoteka predmetinin 30000 manat qiymətləndirilməsi və borcun əvəzinin Qəbələ şəhəri, X1 mülkiyyətində istifadədə olan C.Cabbarlı küçəsi döngə 4də 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 46 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; Qəbələ şəhəri, Cavabdeh1 mülkiyyətində istifadədə olan Ə.Bağırov küçəsi, 01 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138.32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evində yaşayanlar - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X3 mənzildən istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, fərdi yaşayış evinin əşyaları ilə birlikdə boşaldılması; Qəbələ şəhəri, X1 mülkiyyətində istifadədə olan C.Cabbarlı küçəsi döngə 4-də 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 46 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evində yaşayanlar - X2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 mənzildən istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, fərdi yaşayış evinin əşyaları ilə birlikdə boşaldılması; Girov qoyulmuş əmlak borcun ödənilməsinə kifayət etmədikdə borcun cavabdehdən ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 əvvəlki “İddiaçıbank” indiki İddiaçı X11 Təşkilatı ASC-nin “Nizami” filialından 2014-cü il 27 mart tarixli 0028NF\14-01 №-li kredit müqaviləsinə əsasən illik 23 faizlə 36 ay müddətinə dövriyyə vəsaitinin artırılması məqsədilə 70000 manat borc almışdır. 2014-cü il 27 mart tarixli 0028NF/14-01 №-li kredit müqaviləsinin təminatı olaraq: Cavabdeh1 mülkiyyətində və istifadəsində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsi, 01 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138.32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə xx.xx.2013-cü il tarixli 0467NF/13/A №-li ipoteka müqaviləsinə edilmiş 02 №-li əlavə ilə yüklü edilmişdir; X1 mülkiyyətində və istifadəsində olan Qəbələ şəhəri, C.Cabbarlı küçəsi döngə 4-də 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 46 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi xx.xx.2014-cü il tarixində xx.xx.2013-cü il tarixli 0467NF/13/B №-li ipoteka müqaviləsi 02 №-li əlavə ilə yüklü edilmişdir. İpoteka müqavilələri notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 2019-cu il fevralın 19-dək Cavabdeh1 İddiaçı BOKT ASCyə 2014-cü il 27 mart tarixli 0028NF/14-01 №-li kredit müqaviləsi üzrə 22641.47 manat əsas, 16119.79 manat hesablanmış faiz, cəmi 38761.26 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı BOKT ASC-nin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, onunla İddiaçı BOKT arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit verilmişdir. Bir müddət ödənişləri etsə də, sonradan maddi imkanı aşağı olduğundan ödənişlərini dayandırmaq məcburiyyətində qalmışdır. Bank tərəfindən hesablamalar düzgün aparılmayıb, kredit borcu artıq dərəcədə yüksək göstərilmişdir. Ekspertin rəyi ilə razıdır. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı BOKT ASC və Cavabdeh1 apelyаsiyа şikаyəti vermişlər. Apelyasiya şikayətlərinin dəlilləri: İddiaçı BOKT ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borc məbləğini müəyyən edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 25298 saylı rəyinə əsaslanmışdır. İddiaçıya həmin rəylə tanış olması və rəyə dair öz münasibətini bildirməsi üçün heç bir şərait yaratmamışdır. Belə ki, Ekspertiza Mərkəzinin rəyinə əsasən guya Cavabdeh1 iddiaçıya cəmi 13775 manat borcu müəyyən edilir. Cavabdeh tərəfindən 70000 manat məbləğində kredit götürülmüş və xx.xx.2014-cü il tarixindən bu günə kimi əsas məbləğdən 47357.61 manat borc ödənilmişdir. Göründüyü kimi məhkəmənin Ekspertiza Mərkəzinin qanunsuz rəyinə əsasəlanaraq brc məbləğini 13775 manat müəyyən etməsi təşkilatın əmlak mənafeyini kobud şəkildə pozmaqdadır. Halbuki iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışında və hesabdan çıxarış materiallarında cavabdehin borc məbləği açıq şəkildə göstərilmişdir. Hesabdan çıxarış materiallarında cavabdehin təşkilata ödədiyi pul məbləğlərinin silinmə ardıcıllığı dəqiq göstərilmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1168/2019 saylı qətnaməsinin qismən, borcun tutulması hissəsində ləğv edilməsi və iddia ərizəsinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apelyаsiyа şikayətini onunla əsaslandırmışdır ki,birinci instansiya məhkəməsinin qətnaməsindən də göründüyü kimi mühasibatlıq ekspertizası keçirilmiş və onun borcumun 13775 manat olduğu müəyyən edilmişdir. Belə hesab edir ki, bank süni şəkildə borcu şişirtməklə onun hüquqlarını pozumuşdur. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahım yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Yaxın vaxtlarda bu istiqamətdə atılmış ən öyük addımlardan biri də Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı olmuşdur. Lakin bank, borcu iddia ərizəsində qeyd edilən formada şişirtməklə onun manatla olan kreditlərinin restrukturizasiya edilməsinə maneçilik törətmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1168/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdeh Cavabdeh1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək və iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz edərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)- 1168/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1168/2019 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 0028NF/14-01 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 70000 manat məbləğində illik 23 faiz hesablanmaqla 36 ay müddətinə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 0028NF/14-01 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə 22.641 manat 47 qəpik əsas borc, 16.119 manat 79 qəpik faiz olmaqla, cəmi 38.761 manat 26 qəpik borcunun olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 0028NF/14 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə 22.641 manat 47 qəpik əsas borc, 5.814 manat 69 qəpik faiz, 1853 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 30.309 manat 16 qəpik borcunun olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 25298 saylı qiymətləndirmə rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli 0028NF/14-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixə banka olan borcu 13.775 manat 47 qəpik təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 əvvəlki “İddiaçıbank” indiki İddiaçı X11 Təşkilatı ASC-nin “Nizami” filialından 2014-cü il 27 mart tarixli 0028NF\14-01 №-li kredit müqaviləsinə əsasən illik 23 faizlə 36 ay müddətinə dövriyyə vəsaitinin artırılması məqsədilə 70000 manat borc almışdır. 2014-cü il 27 mart tarixli 0028NF/14-01 №-li kredit müqaviləsinin təminatı olaraq: Cavabdeh1 mülkiyyətində və istifadəsində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsi, 01 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138.32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə xx.xx.2013-cü il tarixli 0467NF/13/A №-li ipoteka müqaviləsinə edilmiş 02 №-li əlavə ilə yüklü edilmişdir; X1 mülkiyyətində və istifadəsində olan Qəbələ şəhəri, C.Cabbarlı küçəsi döngə 4-də 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 46 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi xx.xx.2014-cü il tarixində xx.xx.2013-cü il tarixli 0467NF/13/B №-li ipoteka müqaviləsi 02 №-li əlavə ilə yüklü edilmişdir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırdığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, 2019-cu il fevralın 19-dək Cavabdeh1 İddiaçı BOKT ASC-yə 2014-cü il 27 mart tarixli 0028NF/14-01 №-li kredit müqaviləsi üzrə 22641.47 manat əsas, 16119.79 manat hesablanmış faiz, cəmi 38761.26 manat borcu vardır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, faiz borcunun hesablanması müqavilə müddəti qurtardığı andan dayandırılır. İş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxx 2020-ci il tarixli, 2(107)-784/2020 saylı qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir. İş materiallarına əlavə edilmişAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/1825 nömrəli rəyindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixə banka olan əsas kredit borcu 14327,66 manat, faiz borcu 929,31 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinə hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “X4rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası, ekspertizanın verdiyi rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Bundan başqa Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317-ci və “İpotekа hаqqındа” Azərbaycan Respublikası Qаnununun 34.1.2-ci mаddəsinə əsаsən öhdəlik üzrə fаizlərin ödənilməsi müddətlərinin аrdıcıl olаrаq iki dəfə pozulmаsı nəticəsində ipotekа sаxlаyаn ipotekа predmetinə tutmаnı yönəltməklə, onun sаtılmаsını, əldə edilmiş puldаn kredit borcunun, hesаblаnmış fаizlərin və cərimələrin, həmçinin bununlа bаğlı çəkilmiş bütün xərclərin ipotekаyа qoyulmuş əmlаk hesаbınа ödənilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbаycаn Respublikаsı Qаnununun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 319.6-cı və «İpotekа hаqqındа» Azərbаycаn Respublikаsı Qаnununun 47.2-ci mаddələrinə əsаsən, ipotekа predmetinin sаtışındаn əldə olunаn vəsаitdən ipotekа sаxlаyаnın ipotekа ilə təmin olunmuş tələbi, o cümlədən əsаs borc öhdəliyinin icrа edilməməsi və yа lаzımıncа icrа edilməməsi, yаxud icrаnın gecikdirilməsi nəticəsində dəbbə pulu və yа vurulmuş zərər, dаhа sonrа isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qаlаn məbləğ ipotekа qoyаnа qаytаrılır. Bunа görə məhkəmə hesаb edir ki, ipotekа predmeti olаn mənzil hərrаcdа sаtışа çıxаrılmаqlа sаtılmаlı və sаtışdаn əldə olunmuş vəsаit hesаbınа iddiаçının tələbləri ödənilməli, qаlаn məbləğ isə ipotekа qoyаnа qаytаrılmаlıdır. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 4-cü mаddəsinə görə, ipotekа sаxlаyаnın tələbi əsаsə borc, fаizlər,öhdəliyin icrа edilməməsi və yа lаzımıncа icrа edilmməsi, o, cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu, və (və yа) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipotekа predmetinə tutlmаnın yönəldilməsi ilə əlаqədаr icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də dаxil olmаqlа tаm həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən, ipotekaya qoyulmuş yaşayış evinə və mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 39.3-cü mаddəsinə əsаsən məhkəmə ipotekа predmetinə tutmаnın yönəldilməsi hаqqındа qərаr qəbul edərək, qərаrdа ipotekа predmetinin ilkin sаtış qiyməti ipotekа qoyulаn ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа, mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, tərəflər Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetinin ilkin satış dəyərinin 42.000 manat, X1 mülkiyyətində olan ipoteka predmetinin ilkin satış dəyərinin 30.000 manat olması barədə razılığa gəlmişlər. Razılaşma zamanı ipoteka predmeti olan daşınmaz əmlaklar üzrə heç bir qiymətləndirmə aparılmamışdır. Həmin razılaşma 2014-cü ildə olmuşdur. İş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxx 2020-ci il tarixli, 2(107)-784/2020 saylı qərardadı ilə Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinin və cavabdeh X1 mülkiyyətində olan Qəbələ şəhəri, C.Cabbarlı küçəsi döngə 4-də yerləşən 1 mərətəbəli, 2 otaqlı, 44 m2 yaşayış, 46 m2 köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin qiymətləndirilməsi və müvafiq rəylər verilənədək iş üzrə icraat dayandırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli 11 nömrəli rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinin bazar qiyməti 95000 manat, likvid qiyməti 85000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli 11/1 nömrəli rəyindən görünür ki, X1 mülkiyyətində olan Qəbələ şəhəri, C.Cabbarlı küçəsi döngə 4-də yerləşən 1 mərətəbəli, 2 otaqlı, 44 m2 yaşayış, 46 m2 köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin bazar qiyməti 55000 manat, likvid qiyməti 50000 manat təşkil edir. Məhkəmə kollegiyası ipoteka predmeti olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinin likvid qiymətinin 85000 manat, Qəbələ şəhəri, C.Cabbarlı küçəsi döngə 4-də yerləşən 1 mərətəbəli, 2 otaqlı, 44 m2 yaşayış, 46 m2 köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin isə likvid qiymətinin 50000 manat təşkil etməsi barədə qiymətləndirmə şirkətinin rəyi ilə razılşır. Belə ki, həmin qiymətləndirmə rəyləri daha çox reallığı əks etdirir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert və qiymətləndirmə rəylərini tədqiq edərək, araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert və qiymətləndirmə rəyi sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)- 1168/2019 saylı qətnaməsi kredit müqaviləsi üzrə borc və ipoteka predmetlərinin qiyməti hissəsində dəyişdirilərək əsas kredit borcu 14327,66 manat, faiz borcu 929,31 manat məbləğində, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinin ilkin satış qiyməti 85000 manat və cavabdeh X1 mülkiyyətində olan Qəbələ şəhəri, C.Cabbarlı küçəsi döngə 4-də yerləşən 1 mərətəbəli, 2 otaqlı, 44 m2 yaşayış, 46 m2 köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 50000 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul İddiaçı BOKT ASC-dən tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda ipoteka perdmetlərinin qiymətləndirilməsi ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pul Cavabdeh1 tutulmalı və müstəqil qiymətləndirici “xxxxxxx” MMC-nin (VÖİN **********, H/H: AZ61AİİB********************, “xxxxxxxxxxxx” ASC-nin Nərimanov filialı M/H: AZ37NABZ********************, Kod: 200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı BOKT ASC və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1168/2019 saylı qətnaməsi kredit müqaviləsi üzrə borc və ipoteka predmetlərinin qiyməti hissəsində dəyişdirilərək əsas kredit borcu 14327,66 manat, faiz borcu 929,31 manat məbləğində, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinin ilkin satış qiyməti 85000 manat və cavabdeh X1 mülkiyyətində olan Qəbələ şəhəri, C.Cabbarlı küçəsi döngə 4-də yerləşən 1 mərətəbəli, 2 otaqlı, 44 m2 yaşayış, 46 m2 köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 50000 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul İddiaçı BOKT ASC-dən tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda ipoteka perdmetlərinin qiymətləndirilməsi ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pul Cavabdeh1 tutulsun və müstəqil qiymətləndirici “xxxxxxx” MMC-nin (VÖİN **********, H/H: AZ61AİİB********************, “xxxxxxxxxxxx” ASC-nin Nərimanov filialı M/H: AZ37NABZ********************, Kod: 200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar