Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-786/2022 14.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «əmlak və qızıl zinət əşyası» tələbinə dair mülki iş üzrə (Açar sözlər: qızıl- zinət əşyası tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əmlak və qızıl zinət əşyası» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(039)-24/2022 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(039)-49/2021 saylı qətnaməsindən məlum olur ki, cavabdeh İddiaçı 2000 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir.
2. Mobil MMC-nin 06 dekabr 2021-ci il tarixli 265 saylı rəyindən məlum olur ki, mafiyoz sep – 30.1 qram çəkidə 583 əyyarlı Rusiya istahsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 80 manat olmaqla 30.1 qram çəkidə olan qızılın qiyməti 2408 manat; mafiyoz qolbağ – 14.8 qram çəkidə 583 əyyarlı Rusiya istahsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 80 manat olmaqla 14.8 qram çəkidə olan qızılın qiyməti 1184 manat, tros sep – 25 qram çəkidə 583 əyyarlı Rusiya istahsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 80 manat olmaqla 25 qram çəkidə olan qızılın qiyməti 2000 manat, tros qolbağ – 14.2 qram çəkidə 750 əyyarlı İtaliya istahsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 14.2 qram çəkidə olan qızılın qiyməti 1562 manat, briliyan qaşlı nişan üzüyü – 4.1 qram çəkidə 750 əyyarlı İtaliya istahsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 4.1 qram çəkidə olan qızılın qiyməti 451 manat dəyərində qiymətləndirlilmişdir.
3. Yevlax Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(039)-990/2021 saylı qərardadının surətindən məlum olur ki, İddiaçı Cavabdeh qarşı «əmlak və qızıl zinət əşyası» tələbinə dair mülki iş üzrə mütəxəssis rəyi alınması və qərardadın icrası Mobil MMC-nə həvalə edilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli 4/1191 saylı məlumatdan görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd üzərinə “Smit Finishing” sözləri yaşılmış fleş yaddaş kartında olan mübahisəli fonoqramadakı danışıqların tədqiq hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş:
5. X6 ifadə verərək göstərmişdir ki, 2018-ci ildə anası xəstə olduğu üçün ona təcili pul lazım oldu. Toğrul cavabdehdən pul götürərək ona verə biləcəyini bildirmişdir. Lakin Zəminə pulu girovsuz verməyəcəyini bildirmişdir. Buna görə özünə məxsus 5 adda qızıl əşyasını Toğrula verdi, Toğrul həmin qızılları girov olaraq Zəminəyə verərək və qəbz yazaraq 2000 manat pul alımış və ona vermişdir. 11 ay həmin pulun üstünü ödəmişlər. Lakin bir neçə ay pulun üstünü verə bilməmişlər. Latareya oynayaraq pul yığıb Zəminənin evinə getmiş və qızılını almaq istəmişdir. Zəminə ona qızılların satıldığını bildirmişdir. Həmçinin Toğrulu da məhkəməyə vermişdir.
6. X2 bildirmişdir ki, iddiaçı həm iş yoldaşı, həm də qohumu-dayısı oğludur. O Toğrulla bir kənddə yaşadığı üçün işə də birlikdə gəlib-gedirlər. Təxminən 2-3 il bundan əvvəl iş yoldaşı Səfanın anası xəstə olduğu üçün ona pul lazım olduğunu bildirdi. Toğrul sələm verən Zəmindən ona pul götürə biləcəyini bildirdi. Bir dəfə işdən çıxıb evə gedəndə Toğrul ona pul götürmək üçün Zəminənin evinə getməli olduğunu bildirmişdir. Həmin vaxt Toğrulda Səfanın qızılları var idi. Toğrul qızılları girov qoyaraq, qəbz yazdı və 2000 manat pul götürüb Səfaya verdi.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı X6 Cavabdeh qarşı «əmlak və qızıl zinət əşyası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qiyməti 2107 manat olan Rusiya istehsallı, 583 əyyarlı, ümumi qızıl çəkisi 30.1 qram olan qızıldan hazırlanmış mafyoz sepin, qiyməti 1184 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, ümumi qızıl çəkisi 14.8 qram qızıldan hazırlanmış mafyoz qolbağını, qiyməti 2000 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, ümumi qızıl çıkisi 25 qram qızıldan hazırlanmış tros sepin, qiyməti 1349 manat olan, İtaliya istehsallı, 750 əyyarlı, ümumi qızıl çəkisi 14.2 qram qızıldan hazırlanmış tors qolbağını, qiyməti 389.50 manat olan İtaliya istehsallı, 750 əyyarlı, ümumi qızıl çəkisi 4.1 qram qızıldan hazırlanmış briliyant qaşdan ibarət nişan üzüyünü naturada əmlakın özünün və yaxud da dəyərinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı X6 əsil İddiaçı ilə əvəz edilmişdir.
9. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, X3 anasının müalicəsi üçün pul lazım oldu. Cavabdehdən əvvəllərdə sələmə pul götürmüş və tanışdığı var idi. X6 özünə məxsus iddia ərizəsində qeyd olunan qızılları ona verdi o isə həmin qızılları cavabdehə girov verərək əvəzinə 2000 manat pul götürərək X3 vermişdir. Həmçinin borcla bağlı yazılı qəbz də vermişdir. 11 ay cavabdehə hər ay 300 manat pul vermişdir. Lakin sonradan Türkiyə Respublikasına getmiş və 3 ay pulu verməmişdir. Cavabdeh isə qızılları satmışdır. X6 cavabdehdən pulu verib qızılları götürmək istəsə də, cavabdeh ona qızılların satıldığını bildirmişdir. Həmçinin məhkəməyə müraciət edərək, ondan 2000 manat pulun tutulması barədə qətnamə çxarılmasını xahiş etmiş, cavabdehin iddiası da təmin edilmişdir. Qızılları 2018-ci ilin sentyabr ayında cavabdehə vermişdir.
10. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə ) 07 dekabr 2021-cı il tarixli, 2(039)- 2074/2021 qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh qiyməti 2107 manat olan Rusiya istehsallı, 583 əyyarlı, ümumi qızıl çəkisi 30.1 qram olan qızıldan hazırlanmış mafyoz sep, qiyməti 1184 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, ümumi qızıl çəkisi 14.8 qram qızıldan hazırlanmış mafyoz qolbağ, qiyməti 2000 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, ümumi qızıl çəkisi 25 qram qızıldan hazırlanmış tros sep, qiyməti 1349 manat olan, İtaliya istehsallı, 750 əyyarlı, ümumi qızıl çəkisi 14.2 qram qızıldan hazırlanmış tors qolbağ, qiyməti 389.50 manat olan İtaliya istehsallı, 750 əyyarlı, ümumi qızıl çəkisi 4.1 qram qızıldan hazırlanmış briliyant qaşdan ibarət nişan üzüyü həmin əmlak olmadıqda isə onun dəyəri alınaraq, İddiaçı xeyrinə verilməsi, Cavabdeh 300 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən olundu ki, X3 pul lazım olmuş və o özünə məxsus qızılları İddiaçı vermişdir ki, sonuncu həmin qızılları girov qoyaraq Cavabdeh pul alsın. İddiaçı həmin qızılları Cavabdeh girov qoyaraq ondan 2000 manat pul almış və pulun alınması ilə bağlı Cavabdeh yazılı qəbz də vermişdir. X1 Zəminə Mustafa qızının evinə gedərək, pulu verərək qızıllarını geri götürmək istəmişdir. Lakin Cavabdeh qızılların satıldığını bildirmişdir. Aralarında olan danışığı X6 lentə almışdır (danışığın səs yazmasını yazmışdır). Cavabdeh İddiaçı qarşı pul tələbinə dair məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə iddia təmin edilmişdir. X1 Zəminə Mustafa qızına «əmlak və qızıl zinət əşyası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiaçı X6 əsil iddiaçı olan İddiaçı ilə əvəz edilmişdir. İddiaçı qızılların cavabdehdə olmasının sübutu kimi cavabdehin səsinin yazılmasının olmasını bildirmişdir. Cavabdeh səsyazmada olan səsin ona məxsus olmamasını bildirmiş və məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspert səsin Cavabdeh məxsus olması barədə rəy vermişdir. Cavabdeh məhkəmə iclasında ona qızıl verilmədiyini bildirərək, həmin qızılların anasına verildiyi və müqabilində anasından 2000 manat borcun alındığını, onun tərəfindən İddiaçı pulun yazılı qəbz əsasında verildiyini bildirmişdir.
12. Məhkəmə qeyd edir ki, səsyazmada cavabdeh qızılların onun tərəfindən satıldığını bildirməsi qızılların İddiaçı tərəfindən ona verilməsini təsdiq edir. Həmçinin məhkəmə qeyd edir ki, qızılların cavabdehdə olması iddiaçı tərəfindən təqdim edilmiş səs yazma və ekspert rəyi ilə sübut olunur. Cavabdeh isə məhkəmə iclasında qızılların 5 ədəd yox 2 ədəd olmasını bildirsə də, məhkəmə hesab edir ki, həmin qızılların 2 ədəd olmasına dair sübut etmə yükü cavabdehin üzərinə düşür və buna dair cavabdeh məhkəməyə sübut təqdim etməmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 1091.1, 1092.1 və 1093.1-ci maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 95.1, 200, 203.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının gəldiyi həmin mövqe ilə razılaşmaq mümkün deyildir. Belə ki, o, izahatında göstərirmişdir ki, İddiaçı verilən 2000 manat pul qəbz əsasında olmuşdur. Həmin tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Həmin iş üzrə cavabdeh olan İddiaçı ona qızıllar verdiyini göstərməmişdir. O, bir daha bildirir ki, İddiaçı 2 ədəd qızıl zinət əşyasını onun anasına verərək anasından 2000 manat borc götürmüş və həmin pulu da qaytara bilmədiyi üçün həmin qızıllar satılmışdır. Səfa Hüseynova isə 5 ədəd qızıl zinət əşyalarını ona yox, Toğrula verdiyini göstərmişdir. Digər tərəfdən 2000 manat borc puldan ötrü iddiaçının 7029.50 manat dəyərində 88.2 qram çəkidə qızılları heç bir sənədləşmə olmadan ona verməsi işdəki həqiqi hallarla da müəyyən olunmur. İddiaçı də, Səfa Hüseynova da qəbz əsasında ondan 2000 manat borc götürdüklərini həmin borcun qəbz əsasında götürüldüyünü təsdiq etmişlər. Əgər həmin qızıllar ona verilirdisə nə üçün İddiaçı həmin qəbzdə ona 5 adda, yaxud hər hansı bir qızılda verildiyini qeyd etmirdi. Səfa Hüseynovadan 5 adda qızıl əşyaları götürən İddiaçı həmin qızılların hamısını ona verdiyini göstərməsi onu Səfa Hüseynovaya qarşı öhdəliyindən azad edirdi. Bu səbəbdən də İddiaçı izahatı ziddiyətlidir və mötəbər sayıla bilməz. İşə baxan məhkəmə isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindəki müəyyən olunmuş faktları nəzərə almamışdır. Məhkəmə iş üçün bu halların müəyyən olunduğunu göstərsədə səs yazısında belə onun 5 adda qızıl əşyalarının satılması göstərilməmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi mövqe tam qanunsuz və əsassızdır. İstinad etdiyi maddi normalar formal olaraq qeyd edilmişdir. Məhkəmə 5 adda qızıl-zinyət əşyasının onun aldığı qənaətinə ancaq iddiacının izahatına əsasən gəlmişdir. çünki, Səfa Hüseynova qızılları ona deyil, İddiaçı verdiyini göstərdiyinə qiymət verməməklə onun hüquqlarını pozan qətnamə qəbul etmişdir. İşə baxan məhkəmə kollegiyası nəinki onun dəlilini hansı səbəbdən rədd etdiyini qeyd etməmiş, həmin qızılların 2 ədəd olmasına dair sübut etmə yükünün onun üzərinə düşməsi barədə əssasız dəyərləndirmə aparmışdır. Hesab edir ki, məhkəmə həmin dəlilin araşdırılmasını təmin etməli idi. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. İşə baxan məhkəmə kollegiyası yalnız MPM-nin 14.2, 77.1,78.1,95.1, 200, 203.1, 217-ci maddələrini, Mülki Məcəlləsinin 157.2, 1092.1, 1093.1 formal olaraq sadalamaqla qanunsuz və əsasız qətnamə qəbul etmişdir. Halbuki, tələb olunan qızıllar İddiaçı məxsus olmadığını iddiaçı özü də ərizəsində və izahatında göstərmişdir. Bununla da maddi hüquq normaları pozulmuşdur. Qeyd edir ki, həmin səsyazma ona məxsus olmamışdır, həmin səsyazısından görünür ki, səsi yazılanın bundan xəbəri yoxdur və o həmin səsyazmanın elan olunmasına etiraz etmişdir. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(039)-24/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də iddiaçıya 2000 manat məbləğində borc pul vermiş, təminat kimi də iddiaçıdan 2 ədəd qızıl, yəni çəkisi 14 qram olan bir ədəd boyunbağı və çəkisi 9 qram olan bir ədəd bilərziyi girov götürmüşdür. Lakin birinci instansiya məhkəməsi heç bir əsas olmadan ondan 5 ədəd qızıl-zinətin tutulması barədə qərar qəbul edib. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi heç bir sübut olmadan 5 ədəd qızızinətin cavabdehdən tutulması qənaətinə gəlmiş, sübutetməni də cavabdehin üzərinə qoymuşdur. Halbuki 5 ədəd qızıl-zinətin iddiaçı tərəfindən cavabdehə verilməsini sübut etmək iddiaçının vəzifəsidir. İddiaçı isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla belə cavabdeh borc pul verərkən 2 ədəd qızıl-zinətin girov olaraq götürülməsini inkar etmir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Şəfa Hüseynova ona 5 ədəd qızıl-zinət əşyası vermiş, o da həmin qızılları girov olaraq cavabdehə vermişdir. İndi cavabdeh həmin qızılların onda olmasını gah inkar edir, gah da 2 ədəd olduğunu bildirir. Halbuki, o cavabdehə 5 ədəd qızıl-zinət vermişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də təmin olunmamasını xahiş edir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətləri qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(039)-24/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, ilk və qarşılıqlı iddiaların qismən təmin edilməsi üçün əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün təfsir olunmamışdır.
24. İşin faktiki hallarından müəyyən edilir ki, X3 pul lazım olmuş və o özünə məxsus qızılları İddiaçı vermişdir ki, sonuncu həmin qızılları girov qoyaraq Cavabdeh pul götürsün.
25. İddiaçı də həmin qızılları Cavabdeh girov kimi verərək sonuncudan 2000 manat borc pul almış və pulun alınması ilə bağlı Cavabdeh yazılı qəbz də vermişdir. X8 cavabdehdən qızıılarını geri istəmiş, sonuncu isə həmin qızılların satıldığını bildirmişdir.
26. Qeyd olunmalıdır ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir
27. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.
28. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərilmiş 5 adda qızl-zinət əşyasının cavabdehə verilməsini sübut etməlidir. Lakin kollegiya tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
29. Cavabdeh isə həm birinci instansiya məhkəməsinin iclasında, həm də apellyasiya icraatı zamanı ona verilmiş qızıl-zinət əşyasının 5 ədəd yox, 2 ədəd olmasını etiraf etmiş, hətta apellyasiya icraatı zamanı ona girov olaraq verilmiş qızıl-zinətin çəkisi, əyyarı və dəyəri barədə məhkəməyə sənəd də təqdim etmişdir.
30. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
31. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
32. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbinin dəlillərinə məhz iddiaçı tərəfin iddianın əsası kimi istinad edilən halları üzrə, onun mənayefinə uyğun hüquqi qiymət verməyə çalışsa da, cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara diqqət yetirməmiş, sübutları birtərəfli qiymətləndirmiş, qəbul etdiyi qətnaməsində işin hallarının araşdırılmasını və araşdırılmasının nəticəsi kimi işin hansı faktiki hallarını müəyyən etməsini göstərməmişdir
33. Kollegiya qeyd edir ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.
34. Lakin işə baxmış birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni sadalanan maddi və prosessual hüquq normalarının tələbləri, xüsusilə MPM-in sübutetmə yükünün müəyyən edilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı müddəaları baxımından kifayət qədər əsaslandırmamış, iddiaçının izahatlarını işin müəyyən olunmuş halı kimi qiymətləndirmişdir.
35. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehin bu hissədə, yəni mübahisəli qızıl-zinət əşyasından yalnız iki ədədinə münasibətdə etiraf etməsi ilə əlaqədar sübuta yetirilmişdir
36. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
37. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
38. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
39. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, cavabdeh tərəfin etirafı həddində, yəni mübahisəli qızıl-zinət əşyasından yalnız iki ədədinə münasibətdə iddia təmin edilməlidir.
40. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan (7029-1840=5189) çox olduğundan iddiaçı tərəf kassasiya şikayəti verə bilər
41. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(039)-24/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh çəkisi 14 qr. əyyarı 585, dəyəri 1120 manat olan 01 ədəd boyunbağı və çəkisi 9 qr. əyyarı 585, dəyəri 720 manat olan 01 ədəd bilərzik naturada və ya qətnamə icra olunan zaman mövcud olmadıqda dəyərləri alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən iddiaçı tərəf, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov